Məhkəmə qərarları › İş №1(005)-189/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-189/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-189/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan xx.xx.2022-ci il tarixli qərarla barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tanışları X4, X14 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə ilə bir qrup şəxs halında birləşərək, 10 iyun 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında ictimai yer hesab edilən yaşayış binalarının həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə Zərərçəkmiş şəxs1 zor tətbiq edəcəyi ilə hədələyib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub sonuncunun birgə yaşadıqları məhəllədə dostaları ilə birlikdə siqaret çəkməsini və möhkəm səslə danışmasını bəhanə edərək yumruq və təpik zərbələri endirərək yerə yıxıb müqavimətini qırmaqla, bir qrup şəxs halında birləşdiyi şəxslərlə sağlamlığa az ağır zərər vurmaya aid olan, sol əlinin İİ-İİİ barmaqlarının distal falanqalarının qapalı sınığı, burun sümüyünün yerdəyişən sınığı, yüngül zərər vurmaya aid olan sağ göz ətrafının ağlı qişaya qansızma ilə müşayiət olunan hematoması, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ-alın gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı xəsarətləri yetirib, nəticədə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş və həmin vaxtı ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirmək üçün onları birbirindən ayırmaq istəyən Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 yumruqla qəsdən sol qoluna, təpiklə isə baldır nahiyyələrinə vuraraq ona sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sol bazunun, hər iki baldırın qançırları xəsarətləri yetirməklə müqavimət göstərib, qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs2 məxsus bank hesabında olan pul vəsaitlərinin əks olunduğu və elektron məlumat daşıyıcısı hesab olunan “X16” ASC tərəfindən təqdim olunmuş “Albalı” ödəniş kartından sonuncunun məlumatı olmadan istifadə etməklə, mobil tətbiq vasitəsilə Dürdanə Xudadanovnanın bank hesabından gizli olaraq 30 iyun 2022-ci il tarixdən 28 iyul 2022-ci il saat 12:18-dək olan müddət ərzində hissə-hissə olmaqla onlayn ödənişlər və köçürmə yolu ilə ümumilikdə 1000 manat pulu talamış, 28 iyul 2022-ci il tarixdə saat 12:18 dəqiqədə 10 manat pulu həmin hesabdan başqa hesaba köçürdüyünü Zərərçəkmiş şəxs2 30 iyul 2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 3 ünvanında aşkar etmiş, bununla da Təqsirləndirilən şəxs başqasına məxsus şəxsi məlumatları öz mobil telefonuna köçürməklə elektron daşıyıcılar vasitəsi ilə özgənin əmlakını gizli yolla talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 cəmi 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 23 radələrində tanışları X4, Orxan Hüseynov və Nofəl ilə birlikdə yaşadığı evin yaxınlığında yəni ünvan 6 binanın həyətindəki oturacaqlarda “skmayalarda” oturub söhbət edirmişlər. Bu zaman onların yaxınlığında olan skamyada sonradan adlarının X6, Zərərçəkmiş şəxs3, X22, Şahid3 və Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxslərlə oturaraq söhbət edirdilər bu zaman orada olan Anar Babayev ayağının skamyanın üzərinə qoymuş və onlar yüksək tonla danışıb söhbət etmiş və bir neçə dəfədə öz aralarında söyüşlə danışmışlar onlarda məhlədə qadın uşaq olduğu üçün onlara yaxınlaşmış və tanışı Orxan ilk olaraq Zərərçəkmiş şəxs1lə söhbət etmək üçün onu yanlarına çağırmışdır. Bu zaman Təqsirləndirilən şəxs kənar olduğunu bildirmişdir. Daha sonra əlbəyaxa dava olmuş və Mirnəzir Fuadı itələmişdir. Faud söhbət zamanı onlarla kobud danışdığı üçün Təqsirləndirilən şəxs ona öz iradını bildirmişdir. Faud Abdullayev isə ona irad bildirməyindən əsəbləşərək Təqsirləndirilən şəxs üz nahiyyəsinə sillə vurmuş, Təqsirləndirilən şəxs təhqiredici sözlərlə söydüyü üçün Təqsirləndirilən şəxs onun ayağına təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs1 yerə yıxılmağını görməmişdir. Mirnəzirdən başqa kimin vurmasından xəbəri olmamış sonradan oradan uzağlaşmışlar. Təqsirləndirilən şəxs orada yalnız Fuada bir dəfə ayağı ilə təpiklə vurduğunu qeyd etmiş, Zərərçəkmiş şəxs3 ümumiyyətlə vurmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Dürdanə Xudadanovnanın kartından 1.000 manat məbləğində pulu oğurlaması barədə bildirmişdir ki, Dürdanə Xudadanovna ilə yaxın münasibətdə olmuşdur, dəfələrlə ona pullar vermişdir. Kartda olan pulu götürməyindən Dürdanənin xəbəri olduğunu demişdir. Dürdanənin mobil telefonu olmadığından onun kartına aid proqram onun otaq yoldaşı Müjganın telefonunda olmuşdur. Dürdanə Müjganın telefonundan kartdan pulu çıxartdığını görmüş və oğurlandığını zənn edib 102 xidmətinə zəng etmişdir. Bundan sonra məsələ aydınlaşmış və həmin məbləğdə pulu Dürdanənin xəbəri olaraqdan götürüldüyü məlum olmuşdur. Bildirmişdir ki, Dürdanənin kartından pulları öz telefonunda olan proqram vasitəsi ilə online ödənişlər edərək şəxsi ehtiyyaclarları üçün xərcləmişdir. Qeyd etmişdir ki, Dürdanə həmin proqramı Təqsirləndirilən şəxs işlətdiyini bilirdi. Dəfələrlə birlikdə sonuncunun telefonu ilə pul çıxarmışlar. Bir daha qeyd et etmişdir ki, Dürdanənin telefonu olmadığı üçün Təqsirləndirilən şəxs telefonunu birlikdə işlədirmişlər və onların aralarında heç bir zaman pul söhbəti olmamışdır. Son olaraq əməlindən səmimi peşman olmasını zərərçəkmiş şəxslərlə barışmasını və barəsində heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları Şahid2, Zərərçəkmiş şəxs3, X22 və Şahid3 ilə birlikdə onun yaşadığı binanın həyətində olan oturacaqlardakı oturacaqlarda oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman dostu Təqsirləndirilən şəxs və Orxan adlı şəxs, eləcə də yanlarında bir neçə oğlanlar oturduqları yerin ətrafında gəzinməyə başlamışlar. Bu zaman Anar Babayev ayağını oturacağın altına uzatmış, Zərərçəkmiş şəxs1 də məhlədə olduqları üçün ona ayağını aşağı salmasını bildirmişdir, bu zaman məhlədə olan əvvəllər tanımadığı anket məlumatlarını bilmədiyi təxminən 25-30 yaşı olan Orxan adlı şəxs onlara yaxınlaşıb dostu Anarı yanına çağıraraq ona ayağını oturacağa qoyduğu üçün irad bildirmişdir. Bu zaman Emin, X2 və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslərdə var idi. Həmin şəxslər ilə onun arasında sözlü mübahisə baş vermiş, daha sonra söhbət zamanı Emin ona “padnoşka” verib üzərinə gələrək başladılar onu vurmağa. Yerdə olan zaman Mirnəzir və Emin və adlarını bilmıdiyi digər şəxslər onun bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşdurlar. Həmin vaxt qızlar da aralamaq üçün orda idilər və bu zaman Təqsirləndirilən şəxs ayaq zərbəsi ilə Məhbubəni vurmuşdur. Daha sonra tanışı Xəyalə 102 xidmətinə zəng etmiş bu zaman həmin şəxslər oradan uzaqlaşmışlar. Son olaraq təqsirləndirlən şəxslə barışdığını və ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, X5 qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ilkin ifadəsində göstərmişdir ki, Dürdanə ünvan 4 ünvanda bacısı Müjgan və Ayşən adlı tanışı ilə kirayədə yaşayırmışlar. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, onun dalınca evlərinin yanına gəldiyini və onunla görüşdüklərini bildirmişdir. 30 iyul 2022-ci il tarixdə şəxsi kabinetinə baxdıqda ona məlum olmuşdur ki, onun «Albalı kart»ında olan 1.000 manat pul naməlum şəxs tərəfindən çıxarılmışdır. Məlum oldu ki, kartıda olan hesabından həmin pul oğurlanmışdır. Zərərçəkmiş şəxs2 bu barədə 102 xidmətinə zəng vuraraq məlumat vermiş və o, 16-cı PB-nə çağırılaraq izahatı alınmışdır. Həmçinin onun bacısı Müjgandan və bizimlə bir yerdə yaşayan Ayşəndən izahat alınmışdır. Zərərçəkmiş şəxs2 ərizə və izahat verdikdən bir müddət sonra polis bölməsində ona bildirmişlər ki, onun kartından pulu Təqsirləndirilən şəxs oğurlamışdır. Qeyd etmişdir ki, onun həmin müddətdə Emin ilə əlaqəsi olmamışdır. Onu da qeyd etmişdir ki, onun kartından pul «onlayn» elektron qaydada çıxarılmışdır. Kart məlumatları Emində də olmuşdur. Son olaraq təqsirləndirlən şəxslə barışdığını və ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilkin ifadəsində göstərmişdir ki, «GATE» restoranında adminstartor işləyir. 10 iyun 2021-ci il tarixdə saat 23:00 radələrində dostları Zərərçəkmiş şəxs1, Şahid2, X22 və Şahid3 ilə ünvan 5 ünvanında yaşayış binalarının qarşısında olan skamyalardan birində oturub söhbət edirmişlər. Söhbət zamanı dostu Anar ayağını skamyanın altında olan dəmirə qaldırıb qoyduqda Həmin ərazidə olan bir sıra oğlanlar onlara yaxınlaşıb Anara ayağını dəmirə qoyduğunu irad bildirdikdən sonra o, ayağını dəmirdən götürüb yerə qoymuşdur. Bu zaman adını bildiyim Orxan adlı şəxs onlara yaxınlaşıb Anarın ayağını dəmirə qoymasını bir daha irad bildirmiş və Fuadı yanına çağırmışdır. Fuad həmin şəxslə birlikdə onun əyləşdiyi şəxslərin yanına getmiş, orada olan zaman aralarında mübahisə yaranmış, mübahisə zəmnində tanımadığı 10-15 nəfər şəxs əlləri və ayaqları ilə Fuadın bədəninin müxtəlif nayihələrinə vuraraq xəsarət yetirmişlər. Hadisə vaxtı mən həmin şəxslərin Fuadı vurmasının qarşısını almaq istəyən zaman, onlardan biri, yəni Təqsirləndirilən şəxs yumruqla vuranda onun yumruğu sonuncunun sol qoluna dəymiş, həmçinin onun təpikləri isə sonuncunun baldır nahiylərinə dəyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, nə qədər çalışsa da, onları ayıra bilməmişdir. Zərərçəkmiş şəxs3 qışıqırıb demişdir ki, indi 102-yə zəng vurub polis çağıracaq. Bundan sonra həmin şəxslər oradan qaçıb uzaqlaşmışdırlar. Son olaraq təqsirləndirlən şəxslə barışdığını və ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Şahid3 ilə birlikdə Fuadın yaşadığı binanın həyətində olan oturacaqlarda oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman Anar ayağını oturacağın altına uzatmış bu zaman məhlədə olan əvvəllər tanımadıqları anket məlumatlarını bilmədiyi Orxan adlı təxminən 25-30 yaşı olan şəxs onlara yaxınlaşaraq dostu Anarı yanına çağırıb ona ayağını oturacağa qoyduğu üçün irad bildirmiş bu zaman Anar Fuad və Raci həmin şəxslərə yaxınlaşdılar sonradan adının Emin, Nofəl, X2 və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslərdə var idi. Aralarında sözlü mübahisə baş vermiş daha sonra söhbət zamanı Emin adlı şəxs Fuada “padnoşka” verib yıxmaq istəmiş, lakin Fuad yıxılmamışdır, bu zaman Emin Fuadın sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Onu da qeyd etmişdir ki, həmin an Faudın yanında olan tanışı Məhbuba Məmmədlidə sol qol nahiyyəsindən xəsarət almışdır. Sonra isə Mirnəzir Fuadın üzərinə gəlmiş, Fuad yerə yıxılmışdır yerdə olan zaman Mirnəzir və Emin və adlarını bilmədiyi digər şəxslər Fuadın bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşlar. Daha sonra 102 xidmətinə zəng etmiş bu zaman həmin şəxslər oradan uzaqlaşmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid3 baş vermiş olduğu ifadəsi ümumilikdə iş üzrə dindirilmiş digər şahid X15 və Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə olmuş, eyni zamanda hadisənin üstündən çox vaxt keçdiyindən və həmin mübahisə olan vaxt Eminlə yanaşı ətrafında çoxlu oğlanlar olduğundan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurması ilə bağlı məqamları xatırlamadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə şahid X7 ibtidai istintintaqda verdiyi ifadəsi elan edilmişdir və iş üzrə digər şahid X15 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Azadlıq prospekti 114 ünvanında yaşayan vətəndaş X1 xx.xx.2022-ci il tarixdə təxminən 1000 manat pul çəkilməsini aşkar etmiş və bu barədə Nərimanov Rayon Polis İdarəsinin 16 Polis Bölməsinə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Unibankdan” əldə edilmiş çıxarışdan görünür ki, hissə-hissə, müxtəlif vaxtlarda X1 1000 manat məbləğində pul çəkilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, X10 03 nəfər qonşuluqda yaşayan şəxs tərəfindən oğlu Zərərçəkmiş şəxs1 döyülməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18 Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı hadisə 10 iyun 2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 6 ünvanın qarşısında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs3 Nərimanov Rayon Polis İdarəsinin 18 Polis Şöbəsinə ünvanlanmış olduğu ərizədən məlum olur ki, xx.xx.2021-ci il tarixdə dostları Zərərçəkmiş şəxs1, Şahid2, X20 və Şahid3 ilə birlikdə ünvan 5 ünvanında yaşayış binalarının qarşısında olan zaman, dostu Fuadın həmin ərazidə olan şəxslərlə yaranmış mübahisəsi zamanı dostu Fuadı ayırarkən ona da yumruq zərbələri endirilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, bir qrup şəxs ilə birlikdə 10 iyun 2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 6 ünvanın qarşısında ictami qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 döyərək xuliqanlıq etmişlər və faktla bağlı Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2021-ci il tarixli, 401 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-sol əlin ikinci və üçüncü barmaqlarının distal falaqalarının qapalı sınığı, sağ alın-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı, sağ göz ətrafının hemotoması, sağ gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilənxx.xx.2021ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2021-ci il tarixli, 402 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər-sol bazunun, hər iki baldırın qançırları küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2022-ci il tarixli, 18/401 (2021-ci il tarixli 401 nömrəli rəyinə əlavə) canlı şəxsin ekspertizası ilə bağlı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-sol əlin ikinci və üçüncü barmaqlarının distal falaqalarının qapalı sınığı, sağ alın-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı, sağ göz ətrafının hemotoması, sağ gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilənxx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə sol əlin ikinci və üçüncü barmaqlarımın distaq falaqanlarının qapalı sınığı burun sümüyünün yerdəyişən sınığı sağlamlığa az ağır zərər vurmaya, sağ göz ətrafının ağlı qışaya qansızma ilə müşayiət olunan hematoması ümumlikdə və eləcədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, sağ alın-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin olunmur. Məhkəmədə tədqiq olunan işə əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 üz nahiyəsində və qol nahiyyələrində xəsarətlər mövcuddur. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli edilən şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərəd tutulmuş cinayət əməlini törətmədə şühbəli şəxs qimsində tutulmuşdur. Məhkəmədə tədqiq olunan qətimkan tədbirinin seçilməsi ilə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işinin onun barəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda ibtidai istintaqı aparılmılşdır. Həmçinin cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair barəsində istintaq müddətinn sonunadək, yəni 02 ay, 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair seçilmiş həbs qətimkan tədbiri ibtidai istintaq müddətinin sonunadək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X9 Zərərçəkmiş şəxs2 Unibank ASC-yə məxsus olan kartdan sonuncunun məlumatı olmadan 1000 manat pulunun oğurlanması faktı əsasında vurulmuş maddi ziyanın miqdarı zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi miqdarda müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmasına dair barəsində Azərbaycan Respublikası BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs1 ünvanlamış olduğu barışıq xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona vurulmuş maddi ziyan ödənilmişdir. Ona qarşı hər hansısa bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs2 ünvanlamış olduğu barışıq xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o təqsirləndirlən şəxslə barışmış və ona vurulmuş maddi ziyan ödənilmişdir. Ona qarşı hər hansısa bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs3 ünvanlamış olduğu barışıq xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, o təqsirləndirlən şəxslə barışmış və ona vurulmuş maddi ziyan ödənilmişdir. Ona qarşı hər hansısa bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif etdiyindən o, həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi, cinayət işində materiallarında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3da mövcüd olan xəsarətlərin təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ekspertiza rəyləri nəticəsində onlara yetirilmiş xəsarətlərlə, həmçinin digər Zərərçəkmiş şəxs2 məxsus bank kartından əldə edilmiş sonuncunun xəbəri olmadan onun kartından 1000 manat pulu oğurulması çıxarışla, həmçinin zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi X9 tərəfindən Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirməsi, Zərərçəkmiş şəxs3 dərəcəsi müəyyən edilməyən xəsarətin yetirməsi, həmçinin Zərərçəkmiş şəxs2 məxsus bank kartından pul əldə etməsi faktını bir daha təsdiq edir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs3 vurmaması və digər Zərərçəkmiş şəxs2 kartından oğurluq niyyəti olmadan pul oğurlaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini, gənc olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən X9 CM-nin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (28-30 iyun 2023-cü il), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (005)-1305/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçildiyi gündən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət və ev dustaqlığında olduğu müddət (13 dekabr 2022 - 16 iyun 2023-cü il tarixədək - 6 ay) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən X3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMin 127.2.3, 221.2.1, 221.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Bakı şəhəri 20 saylı» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il, 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı tutma altında saxlanıldığı 02 (iki) gün (28-30 iyun 2023-cü il), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-1305/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçildiyi gündən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət və ev dustaqlığında olduğu müddət (13 dekabr 2022 - 16 iyun 2023-cü il tarixədək - 6 ay) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar