Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-19/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Zərdab rayonunun Pərvanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən “Mado" restoranının arxasındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs yaxasından tutub dayanacağın şüşəsinə vuraraq sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, Zərərçəkmiş şəxs məxsus 214 manat nağd pulunu onun əlindən aldıb özgənin əmlakını açıq yolla talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 214 manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 17-18 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında yerləşən 9 mərtəbəli binanın yaxınlığından keçən zaman bir nəfər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşmış, yaxınlarda 2-3 manat müqabilində qalmaq üçün ev olub-olmamasını soruşmuşdur. Ona Nərimanov rayonu Montin qəsəbəsində gecəsi 2 manata kirayədə qaldığını, istəsə bir yerdə qala biləcəyini demiş və Mehralı onunla razılaşmışdır. Onlar avtobusa minərək Nərimanov rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda o, Mehralıya kafedə oturub yeyib içməyi təklif etmiş, Mehralı isə xəstə olduğu üçün yorulduğunu, istirahət etmək istədiyini, evə gedəndə ona kiçik həcmli spirtli içki alacağını bildirmişdir. O, Mehralı ilə razılaşmış və birlikdə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 16 A ünvanında yerləşən “Mado” restoranının arxasındakı avtobus dayanacağına gəlmişlər. Mehralıya avtobusdan düşməyi, dayanacaqda bir qədər dincəlməyi demişdir. Mehralı avtobus dayanacağında əyləşmiş o, isə ayaq üstə dayanmışdır. Həmin vaxtı o, Mehralını hədələyərək gözünü kor edib özünü də yortacağını bildirərək cibində nə qədər pulu varsa, çıxartmasını tələb etmişdir. Bu zaman Mehralı ona 50 manat verməsini, ondan əl çəkməsini desə də, o, razılaşmamış, Mehralının yaxasından tutaraq kürək nahiyəsini dayanacağın şüşəsinə vurmuşdur. Mehralı ondan qorxub cibində olan 274 manat pulun hamısını ona vermişdir. O, həmin pulun 60 manatını Mehralıya qaytarmış, qalan 214 manatını isə cibinə qoyub qaçıb getmişdir. Tanımadığı marşrut avtobusuna minərək 28 may metrosansiyasının yaxınlığında tanımadığı internet klubda oturmuş, səhərisi gün oradan çıxıb Bakı şəhərinin müxtəlif yerlərində avtomobil dayanacaqlarında avtomobillərə baxaraq özünə çörək pulu qazanmışdır. Mehralıdan əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bravo” marketdə olarkən Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci PŞ-yə gətirilən zaman o, xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 16 A ünvanında yerləşən “Mado” restoranının arxasındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətdiyini səmimi olaraq etiraf etmişdir. Son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs xəstə olduğu üçün məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsi veteranıdır, 2010-cu il tarixdə isə ağ ciyərlərində (vərəm) xəstəliyi yarandığına görə hal hazırda İİ qrup əlildir. Xəstəliyi ilə əlaqədar olaraq Ağcabədi RMX-nin Vərəm Şöbəsindən onu müayinə və müalicə olunmaq üçün tibbi kartadan çıxarışla Bakı şəhəri X4 Tədqiqat İnstitutuna göndərmişlər. O, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində yaşadığı Ağcabədi rayonundan taksi fəaliyyəti ilə məşğul olan tanımadığı avtomobilə əyləşərək Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatdıqda 20 yanvar metrostansiyasında metroya əyləşib Neftçilər stansiyasında metrodan çıxmış, oradan üzü 8-ci kilometr bazarı istiqamətində getmişdir. Yolda dönərxanadan bir ədəd dönər və bir ədəd ayran almış, yeyib içdikdən sonra bazarın yaxınlığında yerləşən 9 mərtəbəli binanın qarşısına gəlmişdir ki, 3 manat verib bir gecə həmin binada qalsın, səhərisi gün tezdən durub X2 gedər. Çünki əvvəllər də həmin binada bir gecəsi 3 manata qalmışdır. Binanın qarşısında dayanan zaman bir nəfər tanımadığı şəxs onun yanından keçərkən həmin şəxsin fəhlə olduğunu yəqin edib ondan buralarda gecəsi 2-3 manata olan ev tanıyıb tanımadığını soruşmuşdur. O, isə cavabında Zərərçəkmiş şəxs demişdir ki, buralarda elə ev tanımır, lakin Nərimanov rayonu Montin qəsəbəsində gecəsi 2 manata olan evdə qalır, istəsə gedib onunla qala bilər. O da həmin şəxsə inanıb onunla razılaşmış və hər ikisi avtobusa minib yolda söhbət etmişlər. O, həmin şəxsə müalicə üçün gəldiyini demişdir. Həmin şəxs ona kafedə yeyib içmək təklif etmiş, xəstə olduğu üçün spirtli içki içmədiyini, ona evdə içməsi üçün kiçik həcmli spirtli içki olan araq alacağını demişdir. Həmin şəxs onunla razılaşmış, birlikdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 16 A ünvanında yerləşən “Mado” restoranının arxasındakı avtobus dayanacağında avtobusdan düşmüşlər. Saat təxminən 19:30 radələrində həmin şəxs ona demişdir ki, “gəl bir iki dəqiqə dincələk, sonra gedərik”. O, yenə də həmin şəxsin təklifi ilə razılaşmış və dayanacaqda əyləşmiş, həmin şəxs isə ayaq üstə dayanmışdır. Bu zaman həmin şəxs ona demişdir ki, “sənin gözünü kor edib özünü də yortaram, cibində olan pulları ver”. O, isə həmin şəxsə demişdir ki, “gəl sənə 50 manat verim əl çək, çıx get”. Onunla razılaşmamış və yaxasından tutaraq onun kürək nahiyəsini dayanacağın şüşəsinə vurmuş, o da qorxduğundan cibində olan 274 manat pulun hamsını çıxarıb həmin şəxsə vermişdir. Həmin şəxs 274 manat pulun 60 manatını ona qaytarmış və ona demişdir ki, “səni hökumət pulsuz müalicə edəcəkdir”. Həmin şəxs yolun əks tərəfinə qaçıb getmiş, o, isə Nərimanov metrosansiyasına düşmüş polis əməkdaşına yaxınlaşaraq hadisə barədə məlumat vermiş, polis əməkdaşı isə ona Nərimanov RPİ-yə müraciət etməsini demişdir. O da öz növbəsində mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermiş və Nərimanov RPİ-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş soyğunçuluq hadisəsi zamanı bədən xəsarəti almadığına görə məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X1, Zərərçəkmiş şəxs, hal şahidlərinin iştirakı ilə protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə və Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 21:15 radələrində Nərimanov rayonu ərazisində naməlum şəxs onu qorxudaraq üzərində olan 214 manat pulu alıb hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, baxış keçirilən ərazidə, ünvan 1 ünvanında yerləşən “Mado” restoranının arxa hissəsində avtobus dayanacağı vardır, dayanacağın arxasında ağaclar əkilmişdir, dayanacaq şüşə, dəmir dirəklərdən və taxta oturacaqdan ibarətdir, dayanacağın qarşısından yol keçir, arxa tərəfində bir qədər aralıda yaşayış binası yerləşir. Baxış təbii işıqlandırma şəraitində keçirildi. Baxış zamanı hadisə yerində hər hansı əşya və ya predmet aşkar olunmadı; Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanması istintaq hərəkətini keçirmişdir. Müstəntiqin “Təqsirləndirilən şəxs! Siz istintaq zamanı verdiyiniz ifadənizdə xx xxxxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “Mado” restoranının arxasında yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs yaxasından tutub kürək nahiyəsini dayanacağın şüşəsinə vuraraq Zərərçəkmiş şəxs məxsus 214 manat pulu götürüb qaçdığınızı göstərmisiniz. Bu barədə nə göstərə bilərsiniz?” sualına şahid qismində dindirilən şəxs Təqsirləndirilən şəxs aşağıdakıları göstərdi ki, “Müxtəlif vaxtlarda törətdiyim cinayət əməllərinə görə CM-in müxtəlif maddələri ilə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuşam, azadlığa çıxdıqdan sonra yenidən digər cinayət törətdiyim üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. İşin mahiyəti üzrə deyə bilərəm ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 17-18 radələri olardı Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarının yaxınlığında yerləşən 9 mərtəbəli binanın yaxınlığından keçən zaman bir nəfər tanımadığım, arıq bədən quruluşlu, sonradan adını bildiyim Zərərçəkmiş şəxs mənə yaxınlaşıb buralarda 2-3 manat müqabilində qalmaq üçün ev olub olmamasını soruşdu. Mən də ona dedim ki, mən Nərimanov rayonu Montin qəsəbəsində gecə 2 manata kirayədə qalıram, istəsən gəl gedək mənimlə qalarsan. Mehralı mənimlə razılaşdı. Biz avtobusa minib Nərimanov rayonu istiqamətində hərəkət etməyə başladıq, yolda mən Mehralıya dedim ki, gəl gedək kafedə oturub yeyib içək, Mehralı isə mənə dedi ki, yox, mən xəstə adamam yorulmuşam, istirahət etmək istəyirəm, gedək evə mən sənə kiçik həcmli spirtli içki (araq) alacağam. Mən də Mehralı ilə razılaşdım və biz avtobusla gəldik Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 16 A ünvanında yerləşən “Mado” restoranının arxasındakı avtobus dayanacağına. Mən Mehralıya dedim ki, gəl avtobusdan düşək, o da düşdü, sonra mən dedim ki, gəl dayanacaqda bir qədər oturub dincələk, sonra gedərik evə. Mehralı avtobus dayanacağında əyləşdi, mən isə ayaq üstə dayandım. Mən Mehralıya dedim ki, sənin gözünü kor edib özünü də yortaram, ciblərində nə qədər pul varsa çıxart ver mənə. Bu zaman Mehralı mənə dedi ki, gəl sənə 50 manat verim, əl çək, çıx get, mən onunla razılaşmadım. Mehralının yaxasından tutub kürək nahiyəsini dayanacağın şüşəsinə vurdum. Mehralı məndən qorxub cibində olan 274 manat pulun hamısını mənə verdi. Mən isə həmin pulun 60 manatını qaytardım Mehralıya, qalanını isə cibimə qoyub oradan qaçıb getdim. Tanımadığım marşrut avtobusuna minib 28 may metrosansiyasının yaxınlığında tanımadığım internetklubda oturdum, səhərisi gün oradan çıxıb Bakı şəhərinin müxtəlif yerlərində avtomobil dayanacaqlarında avtomobillərə baxıb özümə çörək pulu qazanırdım. Mehralıdan əldə etdiyim pulları isə şəxsi ehtiyaclarıma xərclədim. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bravo” marketdə olarkən Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci PŞ-yə gətirilən zaman mən xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 16 A ünvanında yerləşən “Mado” restoranının arxasındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətdiyimi tam səmimi olaraq etiraf etdim. Hal hazırda da mən tam səmimi olaraq ifadəmdə qeyd etdiyim Zərərçəkmiş şəxs qarşı olan soyğunçuluq cinayətini törətdiyimi bildirirəm, yəni etiraf edirəm”. Bundan sonra şahid Təqsirləndirilən şəxs söylədiklərini əyani şəkildə göstərə biləcəyini soruşduqda sonuncu bildirdi ki, baş vermiş hadisənin baş verdiyi yeri əyani şəkildə göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri, yəni ünvan 1 ünvanında yerləşən “Mado” restoranının arxasında yerləşən avtobus dayanacağını göstərərək Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etdiyi yeri göstərdi. İfadənin yerində yoxlanılması zamanı fraqmentlərin “Soni Rəqəmsal” markalı foto aparatla şəkilləri çəkilərək protokola əlavə olundu. Bununla da, istintaq hərəkəti başa çatdı; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Yavər Məmmədlinin xx xxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 181.2.2, 181.2.5 və 132-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 06 ay götürülmüş, cəza müddəti 09 ilə endirilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-326/2011 nömrəli, xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 09 il müddətə, CM-in 132-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CMin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza kimi əmlakı müsadirə olunmamaqla 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1602/2012 nömrəli, xx xxxxxxxx 2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə CM-in 132-ci maddəsinə əsasən təyin edilmiş və digər cəzaya toplanmış 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası üzərindən götürülmüşdür. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-326/2011 nömrəli, xx xxxxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilə endirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-165/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır; “Axtarışda olan şəxsin tutulmasına dair” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞyə təhvil verilmişdir; Zərərçəkmiş şəxs Ağcabədi regional “Asan Xidmət” mərkəzində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Barışmış, şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Sözügedən qərarın 23-cü bəndində göstərilir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edərək peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli qərarı ilə müddəti endirilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2019-cu ildə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini xx.xx.2019-cu tarixdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir (CM-in 83.4-cü maddəsi). Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, həmçinin yenidən qəsdən cinayət törətdiyi üçün onun əməlində cinayətlərin residivi yaranmış olur. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 gün (06-xx xxxx 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-in 69.3), cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-19/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-19/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver