Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-19/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X14, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Beton zavod yaşayış sahəsi, ev 4, mənzil 12-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 18 dərələrində Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən X4 mənzilinə pəncərədə olan dəmir barmaqlığını vintaçan və qaz açarı ilə sındırıb, qanunsuz olaraq evə daxil olaraq, mənzildən hər birinin dəyəri 500 manat olan cəmi dəyəri 1500 manat təşkil edən 3 ədəd “Armani” makralı qol saatını, dəyəri 500 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 2 ədəd “Constantin Vasheron” markalı qol saatını, dəyəri 500 manat olan 1 ədəd “Foursel” markalı qol saatını, hər birinin cəyəri 500 manat olan, cəmi dəyəri 1500 manat təşkil edən 3 ədəd isə “Potek Filip” markalı qol saatını, dəyəri 2000 manat olan 1 ədəd Almaniya istehsalı 583 əyarlı qızıl qol saatını, dəyəri 4000 manat təşkil edən 750 əyarlı 1 ədəd brilyant komplekt sarı topazlı sırğa və üzüyü, dəyəri 2000 manat olan 750 əyarlı bir komplekt qızıl mavi minalı birliyant daşlı sırğa və üzüyü, dəyəri 1500 manat təşkil edən 750 əyarlı bir komplekt mirvari boyunbağı və üzüyü, dəyəri 1600 manat olan “Roberto Koin” markalı 750 əyarlı bir ədəd qızıl kolyeni, dəyəri 1200 manat olan 750 əyarlı tək qaş brliyantlı bir ədəd kolye, dəyəri 400 manat olan ağ rəngli 750 əyarlı boyunbağını, dəyəri 200 manat olan 750 əyarlı bir ədəd “Komeya” markalı qızıl klonu, dəyəri 300 manat olan “Majorika markalı gümüş mirvari sırğanı, dəyəri 250 manat olan “Majorika” gümüş mirvari markalı sırğanı, cəmi dəyəri 100 manat olan bir komplekt gümüş, 2 ədəd sırğa, braslet, boroşkasmı, dəyəri 1500 manat olan bir ədəd biton dərili yol çantasını, dəyəri 500 manat olan dəri qadın çantasını, dəyəri 500 manat olan 1 ədəd 52 ölçüdə kişi dəri gödəkcəsini, dəyəri 500 manat olan 1 ədəd “Armani” markalı gödəkcəni, dəyəri 600 manat olan “Piton” dərili 44 ölçülü qara rəngli kişi ayaqqabısını, ümumilikdə 22.550 manat məbləğində əmlakı gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Pərviz Xəlilzadəyə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 yanvar 2020-ci il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanına mənzilin giriş qapısının kilidini üzərində gəzdirdiyi qaz açarı ilə müdaxilə edib, vintaçanla kilidi açaraq mənzilə qanunsuz daxil olaraq, oradan 12750 manat nisbətində 7500 ABŞ dolları qiymətində 60 qram çəkidə, üzərində 20 karat brilyant qaş olan 01 ədəd halqavari boyunbağını, 4500 manat dəyərində 01 ədəd brliyant komplektini, 4250 manat nisbətində 2500 ABŞ dollar dəyərində 01 ədəd brliyant komplektini, ümumi dəyəri 2550 manat olan 04 ədəd qızıl boyunbağıları, 935 manat nisbətində 550 ABŞ dolları dəyərində 01 ədəd kəpənək şəkilli qızıl klonu, ümumi dəyəri 1000 manat olan qızıl üzük, sırğa və klonları, 300 manat dəyərində 01 ədəd “Pandora” markalı qolbağı, dəyəri 200 manat olan 01 ədəd mirvari boyunbağını, dəyəri 200 manat olan gümüş üzük və sırğaları, dəyəri 600 manat olan 02 ədəd bijuteriya brend qolbağını, 2040 manat nisbətində 1200 ABŞ dolları dəyərində və 700 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə 30.025 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 fevral 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanda yerləşən mənzilin qapısının kilidini özündə olan kəlbətinlə sındırmaqla qanunsuz mənzilə daxil olaraq, evin yataq otağındakı daxıldan dəyəri 2000 manat olan 4 qram çəkidə, bir ədəd tək brilyant qaşlı 585 əyarlı üzüyü, dəyəri 1500 manat olan 6 qram çəkidə bir cüt tək briliyant qaşlı 585 əyarlı sırğanı, dəyəri 1500 manat olan 4 qram çəkidə bir cüt tək brilyant qaşlı 585 əyarlı sırğnı, dəyəri 3000 manat olan göy rəngli brilyant qaşlı 585 əyarlı 10 qram çəkidə sırğa və üzükdən ibarət konplekti, dəyəri 2500 manat olan 10 qram çəkidə brilyant qaşlı 585 əyarlı qolbağı, dəyəri 1500 manat olan xırda brilyant qaşlardan ibarət 585 əyarlı çəkisi 6 qram olan üzüyü, dəyəri 1000 manat olan göy rəngli brilyant qaşlı 585 əyarlı bir cüt sırğanı, dəyəri 25 manat olan bir ədəd qol saatını, dəyəri 500 manat olan 4 qram çəkidə qaşsız 585 əyarlı qızıl üzüyü, dəyəri 800 manat olan 5 qram çəkidə 585 əyarlı qızıl klonu, dəyəri 700 manat olan 4 qram çəkidə 585 əyarlı nazik qızıl boyunbağını, ümumi dəyəri 20 manat olan ağ və qara bujiteriyadan ibarət iki ədəd boyunbağını, yataq otağındakı dolabın rəfindən 350 manat məbləğdə nağd pulu, qonaq otağından bir ədəd 100 manat dəyərində “Samsung” markalı planşeti və mətbəx otağında olan planşetin 10 manat dəyərində adaptorunu, ümumilikdə dəyəri 15.680 manat təşkil edən əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 mart 2020-ci il tarixdə saat 20:40 radələrində Zərərçəkmiş şəxs12 oğlu Sərxan Qarayevin kirayədə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti ev 54 saylı evin 43 saylı mənzilin giriş qapısının kilidini vintaçan alətlə sındırmaqla mənzilə qanunsuz daxil olmuş və mənzilin yataq otağındakı güzgülü dolabın siyirməsindən Zərərçəkmiş şəxs12 məxsus 02 ədəd şüşə bankanın içərisində ümumi məbləği 500 manat olan sikkə pulları və yataq dəstinin üzərində dəyəri 500 manat olan 01 ədəd “HP” markalı noutbuku gizli olaraq talamaqla, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 cəmi 1000 manat məbləğində ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 04 may 2020-ci il tarixdə saat 03 radələrində X5 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 ünvanında yerləşən 5a saylı mənzilin giriş qapısının mexaniki açarını dəmir parçası ilə sındırmaqla mənzilə qanunsuz daxil olmuş və mənzilin yataq otaqındakı güzgülü dolabın siyirməsindən sonuncuya məxsus 900 manat dəyərində, 750 əyarlı, 9 qram çəkidə, İtaliya istehsallı qızıl bilərziyi, 600 manat dəyərində, 750 əyarlı, 5 qıram çəkidə İtaliya istehsallı uşaq qolbağını klon ilə birlikdə, 650 manat dəyərində, 950 əyarlı, 7 qram çəkidə İtaliya istehsallı, gül şəkilli üzüyü, 650 manat dəyərində, 750 əyarlı, 6 qram çəkidə uşaq üzüyünü sırğası ilə birlikdə, 600 manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə Türkiyə istehsallı gül qaşlı üzüyü, 450 manat dəyərində, 583 əyarlı 3 qram çəkidə uşaq sırğasını, 400 manat dəyərində 583 əyarlı 2 qram çəkidə uşaq sırğasını, 450 manat dəyərində, 583 əyarlı 3 qram çəkidə uşaq boyunbağısını klon ilə birlikdə, dəyəri 100 manat olan 1 ədəd gül şəkilli qolbağı, dəyəri 70 manat olan zəncir şəkilli bir ədəd qolbağı, dəyəri 80 manat olan fil şəkilli klonu, dəyəri 140 manat olan komplekt gül şəkilli sırğa, üzük və klonu, dəyəri 220 manat olan tros şəkilli qolbaq və boyunbağını, dəyəri 200 manat olan ürək şəkilli komplekt klon və sırğanı, dəyəri 50 manat olan sırğa, üzük komplektini, dəyəri 70 manat olan “Setti” markalı qadın saatını, dəyəri 90 manat olan uşaq saatını, dəyəri 100 manat olan sırğa və üzük komplektini, dəyəri 40 manat olan şar şəkilli sırğanı, dəyəri 500 manat olan mirvarili komplekt sırğanı, dəyəri 500 manat olan mirvari üzük, klon, sırğa ilə birlikdə, dəyəri 300 manat olan qaşlı gümüş sırğa boyunbağı, qolbağ və üzük komplektini, dəyəri 100 manat olan mirvarili sırğa üzük boyunbağı komplektini, dəyəri 30 manat olan sırğa rəngli qaşlarla, dəyəri 30 manat olan kəpənəkli boyunbağını, dəyəri 50 manat olan lək mirvari qaşlı uzun sırğanı, dəyəri 50 manat olan rəngbərəng güllü mirvari qaşlı sırğanı, dəyəri 60 manat olan damla qaşlı mirvarini, dəyəri 300 manat olan sırğa üzük, boyunbağı, klon komplektini, dəyəri 200 manat ürək, mələk, açar şəkilli klon sep komplektini, dəyəri 500 manat, tək qaş komplekt sırğaları, dəyəri 200 manat olan 1 ədəd kartiye üzüyü, dəyəri 300 manat olan uşaq sırğa, üzük, klon komplektini, dəyəri 400 manat olan mirvari qaşlı sırğa komplektini, dəyəri 380 manat olan bir dəst gümüş mirvari qaşlı sırğa, üzük, boyunbağını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs8 ümümlikdə 9760 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 05 may 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti ev 23 mənzil 31-də yerləşən mənzilinin giriş qapısını sındırmaq yolu ilə qanunsuz evə daxil olaraq, oradan Zərərçəkmiş şəxs13 məxsus bir ədəd “HP” markalı 800 manat dəyərində noutbuk, 9 ədəd 135 manat dəyərində yaddaş kartı və 35 manat dəyərində internet moderni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs13 cəmi 970 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən o, tamalı niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 may 2020ci il tarixdə gecə vaxtlarında Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 5ünvanında yerləşən evin giriş qapısının kilidini kəlbətin və vintaçan alətlə sındırıb qanunsuz olaraq mənzilə daxil olaraq, yataq otağında çemodanın içərisində yumru qabın daxilində saxladığı dəyəri 400 manat olan 1 ədəd 750 əyarlı 4 qram çəkidə qızıl üzüyü, dəyəri 200 manat olan 1 ədəd 2 qram çəkidə 750 əyarlı qızıl üzüyü, dəyəri 1000 manat olan, 1 ədəd 20 qram çəkidə “Reket” markalı toxunma qızıl boyunbağını, dəyəri 100 manat olan bir ədəd gümüş qara qaşlı üzüyü, dəyəri 70 manat olan bir ədəd gümüş üzük, dəyəri 50 manat olan gümüş paxlava üzüyü, dəyəri 30 manat olan bijutcriya komplekt sırğanı, üzüyü, boyunbağını, dəyəri 7 manat olan qolbağı, dəyəri 20 manat olan mirvari boyunbağını, 1000 manat məbləğində pul, dəyəri 35 manat olan paltar çemodanını, dəyəri 45 manat olan saç fenini, dəyəri 40 manat olan təziq ölçən aparatı, dəyəri 30 manat olan Nokia markalı işlənmiş mobil telefonunu, dəyəri 5 manat olan 1 ədəd suvenir bıçağı, dəyəri 27 manat olan kolqotkanı, dəyəri 10 manat olan qara rəngli qadın koftasnı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs9 3079 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 12 may 2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs11 və X1 yaşadıqları ünvan 6 ünvanda yerləşən mənzilin giriş qapısının klidini özündə olan vintaçan alətlə sındırıb mənzilə qanunsuz daxil olaraq, mənzilin qonaq otağında olan dolabdan Zərərçəkmiş şəxs11 məxsus 200 manat dəyrində 01 ədəd “Lenova” markalı noutbuk kompüterini, həmin yerdən sonuncuya məxsus 80 manat dəyərində 01 ədəd “Panasonic” markalı saç kəsən aparatını, bundan başqa yataq otağında olan güzgülü dolabın siyirməsindən X8ma məxsus məxsus dəyəri 1500 manat olan Rusiya Federasiyasının istehsallı 585 əyarlı sünbül formalı 20 qramlıq qadın qızıl qolbağını, dəyəri 1500 manat olan İtaliya Respublikasının istehsallı olan 585 əyarlı, üzərində brilyant daşdan olan tək qaşlı 10 qram çəkidə qadın üzüyünü, dəyəri 1700 manat olan İtaliya Respublikasının istehsallı 585 əyarlı, şar formalı 20 qram çəkidə qadın üçün 1 cüt qızıl sırğanı, dəyəri 1000 manat olan Rusiya Federasiyasının istehsallı 585 əyarlı paxlava formalı 13 qram çəkidə qadın qızıl üzüyünü, dəyəri 2000 manat olan Rusiya Federasiyasının istehsallı 585 əyarlı üzərində briliyant daşdan olan 5 qaşlı 20 qramlıq qadın nişan üzüyünü, cəmi dəyəri 2200 manat olan Türkiyə Respublikasının istehsallı 585 əyarlı hər biri 10 qram çəkidə sadə görünüşlü 03 ədəd qadın üzüklərini, dəyəri 200 manat olan təziq ölçən tibb aparatını, dəyəri 100 manat olan 1 ədəd “Kassio” markal qol saatını, hər birinin dəyəri 50 manat olan cəmi dəyəri 150 manat təşkil edən 3 ədəd qol saatlarını, dəyəri 500 manat olan “Konon” fotoparatını, cəmi dəyəri dəyəri 3060 manat təşkil edən 4 ədəd 585 əyarlı nazik boyunbağını, 5100 manat nisbətində 3000 ABŞ dollar nağd pulu, dəyəri 20 manat olaıı bir ədəd pul kisəsini, ümumilikdə 19.030 manat məbləğində əmlakı gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Təranə Məmmədovaya 19.030 manat məbləğində xeyli miqdarda, Zərərçəkmiş şəxs11 isə 280 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 11 iyun 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 28 yerləşən evinin giriş qapısını kilidini kəlbətin və vintaçan alətlə sındırıb evə qanunsuz daxil olaraq, mənzildəki otaqlardan 250 manat dəyərində, 01 ədəd 750 əyarlı 3 qram çəkidə olan qadın üzüyünü, dəyəri 500 manat 01 ədəd 583 əyarlı 5 qaram çəkidə zümrüd qaşlı qadın üzüyü, 1000 manat dəyərində 01 ədəd 583 əyarlı paxlava formalı 7 qaram çəkidə qadın üzüyünü, dəyəri 1500 manat olan 01 ədəd 750 əyarlı fantaziya formalı 09 qram çəkidə qadın üzüyünü, dəyəri 350 manat olan 01 ədəd 750 əyarlı 2 qaram çəkidə qadın nişan üzüyünü, dəyəri 100 manat olan 01 ədəd 585 əyarlı 01 qram qadın üzüyünü, dəyəri 150 manat olan 01 cüt 750 əyarlı 02 qram çəkidə qızıl sırqanı, dəyəri 500 manat olan 01 cüt 750 əyarlı 08 qram çəkidə sırğanı, dəyəri 200 manat olan 01 cüt 750 əyarlı 03 qram çəkidə sırğanı, dəyəri 500 manat olan 01 cüt 750 əyarlı sırğanı, dəyəri 2000 manat olan 01 cüt 750 əyarlı brilyant qaşlı 7 qram çəkidə üzüyü, dəyəri 1000 manat olan 01 ədəd 750 əyarlı 5 qram çəkidə qızıl mirvari komplekti, dəyəri 600 manat olan 01 ədəd 750 əyarlı 8 qram çəkidə qızıl komplekt sırğa və üzüyü, dəyəri 6000 manat olan 01 ədəd komplekt Sultanit markalı üzük, sırğa və klonunu, dəyəri 200 manat olan 01 ədəd firuzə daşlı qolbaq və bounbağını, dəyəri 100 manat olan 01 ədəd komplekt firuzə daşlarla gümüş sırğanı, cəmi dəyəri 100 manat olan 02 ədəd gümüş qolbağı, dəyəri 100 manat olan 01 ədəd gümüş qolbağı, dəyəri 100 manat olan 01 odod ametis daşlarından olan bounbağını, dəyəri 70 manat olan 1 ədəd ametis daşlı sırğanı, dəyəri 50 manat olan 01 ədəd malxit daşlı klonu. dəyəri 250 manat olan 01 ədəd gümüş komplekt üzük və sırğanı, dəyəri 150 manat olan 01 ədəd şanel bounbağını, dəyəri 250 manat olan metal rəngli 01 ədəd tissot markalı saatı, dəyəri 300 manat olan 01 ədəd ağ keramik kəmərli İsveç istehsallı saatı, dəyəri 500 manat olan “Soni” markalı video kamera aparatını, dəyəri 200 manat olan ağ “Casper” markalı notbuk kompyuterini, dəyəri 150 manat olan qırmızı rəngli “Acer” markalı notbuk kompyuterini, hər birinin dəyəri 190 manat cəmi dəyəri 380 manat olan 02 ədəd “Bety Barclay” markalı cins şalvarlarları, dəyəri 150 manat olan “Bety Barclay” markalı cins yubkanı, dəyəri 100 manat olan “Bety Barclay” markalı yubkanı, dəyəri 200 manat olan “Chanel N5” markalı parfum ətiri, dəyəri 100 manat olan “Salvador dali” parfum ətrini, dəyəri 250 manat olan bir ədəd “Emiraldo” duxini, dəyəri 50 manat olan bir ədəd qara rəngli qadın əl çantasını, dəyəri 40 manat olan gümüş sırğanı, dəyəri 650 manat olan 750 əyarlı hamar formalı sırğa iri üzüyü ilə, dəyəri 200 manat olan saç üçün ütünü, dəyəri 600 manat olan 1 cüt qadın ayaqqabısını, dəyəri 200 manat olan “Max” kosmetik naboru, dəyəri 50 manat olan sarı rəngli klonu, dəyəri 100 manat olan plasmas brasletli qadan saatını, dəyəri 20 manat olan 1 ədəd kompası, dəyəri 50 manat olan bir ədəd firuzə qaşlı boyunbağını, dəyəri 50 manat olan bir ədəd natural qaşlı rəngli boyunbağını, ümumi dəyəri 150 manat olan 7 ədəd saç sancağı, dəyəri 30 manat olan bir ədəd döş sancağını, dəyəri 400 manat olan 1 ədəd eynəyi, dəyəri 300 manat olan 1 ədəd eynəyi, dəyəri 200 manat olan 1 ədəd duxunu, dəyəri 100 manat olan 1 ədəd duxunu, dəyəri 300 manat olan Ərərb istehsallı duxunu, dəyəri 150 manat olan İngiltərə istehsallı duxunu, dəyəri 10 manat olan 1 ədəd xarici istehsallı duxuııu, dəyəri 300 manat olan 1 ədəd “İfsefrlaran” markalı əl çantasını, dəyəri 100 manat olan bir ədəd qara rəngli əl çantasını, dəyəri 100 manat olan qaşlı əl çantasını, dəyəri 100 manat olan qırmızı rəngli əl çantasını dəyəri 60 manat olan bir ədəd epilyatoru, dəyəri 150 manat olan “Quçi” markalı lasionu, dəyəri 500 manat olan qızıl duxunu, dəyəri 300 manat olan Ərəb istehsallı duxunu, dəyəri 100 manat olan masaj alətini, ümumilikdə 23.660 manat dəyərində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 05 iyul 2020-ci il tarixdə, saat 14-15 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 7 ünvanında mənzilin giriş qapısının kilidini üzərində üzərində gəzdirdiyi qaz açarı və vintaşanla sındırıb açaraq, evə qanunsuz daxil olaraq oradan 01 ədəd 400 manat dəyərində Samsung markalı 32 düyümlü televizoru və 01 ədəd 600 manat dəyərində 40 düyümlü Samsung markalı televizoru gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs6 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 30 iyul 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 8 ünvanında yerləşən evin giriş qapısının qıfılını vintaçan alətlə sındırıb açaraq, qanunsuz olaraq mənzilə daxil olub, mənzilin qonaq otağındakı güzgülü dolabdan bir ədəd 750 manat dəyərində 750 əyyarlı çəkisi 12 qram olan qızıl boyunbağını, bir ədəd üzərində klonu olan “Bvlgari” markalı 250 manat dəyərində çəkisi 4 qram olan qızıl boyunbağını, dəyəri 250 manat olan bir ədəd “Pandora” markalı çəkisi 4 qram olan qızıl boyunbağı klonu ilə birlikdə, dəyəri 900 manat olan 750 əyarlı ümumi çəkisi 6 qram olan bir cüt sırğa və bir üzüyü olan komplekt dəsti, dəyəri 300 manat olan 750 əyarlı bir cüt sırğanı, dəyəri 100 manat olan yaşıl qaşlı bir cüt gümüş sırğanı, dəyəri 150 manat olan “Pandora” markalı bir cüt qızılı rəngli gümüş sırğanı, dəyəri 120 manat olan bır cüt büjuteriya sırğanı, dəyəri 70 manat olan bir cüt büjuteriya sırğanı, dəyəri 50 manat olan 02 ədəd qul saatını, dəyəri 50 manat olan büjiteriya üzüyünü, dəyəri 20 manat olan “Hyundai” markalı avtomobilin ehtiyat açarını, dəyəri 120 manat olan gümüş şəbəkəli qadın qolbağını, dəyəri 40 manat olan gümüş tünd qırmızı rəngli qaşlı üzüyü və üzərində 70 manat dəyərində svarovski brelokunu və digər dolabdan isə 700 manat dəyərində 01 ədəd “Emporio armani” markalı qol saatını talamaqla, Zərərçəkmiş şəxs7 ümumilikdə 4250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 9 ünvanında yerləşən mənzilin kilidini üzərində olan kəlbətin və özü yığılan açar alətlə sındıraraq, qanunsuz olaraq həmin mənzilə daxil olaraq 01 ədəd 500 manat dəyərində “HP” markalı noutbuku, dəyəri 300 manat olan çəkisi 5 qram bir cüt 585 əyarlı sırğanı, 35 manat dəyərində qadın qol saatını, bir ədəd dəyəri 400 manat olan 585 əyarlı qızıl boyunbağını klonu ilə birlikdə, hər birinin dəyəri 100 manat olan və hər birinin çəkisi 3 qram olmaqla cəmi dəyəri 300 manat təşkil edən 585 əyarlı 3 ədəd qızıl üzükləri gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1535 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının 19-da o, Yasamal rayonu ərazisində olan zaman H.Zərdabi küçəsində beş mərtəbəli binaların birindən oğurluq etmək məqsədilə təxminən saat 18 radələrində həmin binaların qarşısında gəzirmiş. Özü ilə əlcək, vintaçan, kəlbətin və qaz açarı götürmüşdür ki, evlərin giriş qapılarını qırıb aça bilsin. Həmin binalardan birində birinci mərtəbədə ağ rəngdə olan balkonda dəmir barmaqlıqların olduğunu görmüş, bundan sonra o, həmin dəmir barmaqlıqlardan keçərək mənzilə girmək qərarına gəlmişdir. Evdə heç kimin olmadığına və ətrafa baxan zaman heç kimi görmədiyinə görə o, dəmir barmaqlığı vintaçan və qaz açarı ilə aralamış, sonra keçib pəncərənin açıq vəziyyətdə olmasından istifadə edib mənzilə daxil olmuşdur. Həmin mənzil 3 otaqdan ibarət olmuşdur. Mənzilə daxil olduqdan sonra otaqları axtarmağa başlamış və otaqlardan təxminən 10 ədəd qol saatı, 1 briliyant komplekt sırğa və üzük sarı qaşlı, bir komplekt qızıl birliyant daşlı sırğa və üzüyü, bir komplekt mirvari boyunbağı və üzüyü, bir ədəd kolyeni, iki ədəd qaşlı kolyeni, ağ rəngli boyunbağını, bir ədəd klonu, gümüş mirvarini, gümüş sırğanı, braslet sancağı ilə birlikdə çantaları, 2 ədəd kişi dəri gödəkcəni, kişi ayaqqabısını götürmüş və oğurladığı əşyaları qadın çantasına yığmış və gəldiyi üsul ilə hadisə yerini tərk edərək oradan uzaqlaşmışdır. O, həmin saatların hadisədən bir gün sonra Sumqayıt şəhərində Karvan ticarət mərkəzində tanımadığı şəxsə ümumilikdə 120 manata satmışdır. Əlində götürdüyü qara rəngli qadın çantasını xatırlamadığı yerdə zibilliyə atmış, qızıl və gümüş əşyalarını hazırda xatırlamadığı qiymətə lom kimi tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa, 2020-ci ilin yanvar ayının sonlarında günorta saatlarında Xətai rayonu ərazisində gəzişərkən M.Hadi küçəsində yerləşən “Beynəlxalq Bankın” yanında yerləşən hündür mərtəbəli binada oğurluq etmək qərarına gəlmiş və həmin bina onun diqqətimi cəlb etmişdir. Oğurluq etmək məqsədi il ilə o, binanın birinci blokuna daxil olmuş, həmin ünvana daxil olduqdan blokda olan mənzillərin qapılarına bir-bir nəzarət etmişdir. Belə ki, qapının arasına nəzər yetirmiş, əgər qapının arasında hər hansısa bir komunal ödənişlə bağlı çek olurdusa güman etmişdir ki, həmin mənzildə müəyyən müddət yaşayış olmadığı üçün çek qapının arasında qalmışdır. Bundan əlavə, mənzillərin giriş qapısının üzərində olan gözlüklərdən mənzilin daxilində işığın yanıb yanmadığına nəzər yetirmişdir. Həmin blokda bir-bir mənzillərə nəzər yetirdikdən sonra 7- ci mərtəbədə yerləşən 11 saylı mənzilin giriş qapısının bağlı olduğunu və həmin mənzilin içərisində işıq yanmadığını sezmişdir. Bundan sonra, o, bir qədər giriş qapısının qarşısında dayanaraq mənzilin içərisindən səs gəlib gəlməməsinə diqqət yetirmişdir. O, mənzilin daxilindən hər hansı bir səs eşitmədikdən sonra qapını əli ilə döyərək evdə hər hansısa bir şəxs və ya şəxslərin olub-olmamasını daha da dəqiqləşdirmək qərarına gəlmişdir. O, qapını döydükdən sonra qapını açan hər hansısa bir şəxs olmadığı üçün o, həmin mənzildə heç kəsin olmadığına əmin olmuşdur. Əvvəlcədən gödəkcəsinin iç cibində oğurluq etmək məqsədilə saxladığı çoxsaylı açarla qapının kilidini açmağa başlamışdır. Bir neçə açarla qapının kilidini aça bilməsə də, sonradan həmin qapıya uyğun açarı qapının kilid hissəsində sürüşdürərək qapını açmış və mənzilə daxil olmuşdur. O, mənzilə daxil olduqdan sonra ilk öncə mənzilin yataq otağında axtarış etməyə başlamışdır. Yataq otağına daxil olduqda orada güzgülü termo görmüş və ilk öncə həmin termonun siyirtmələrinə baxış keçirtmişdir. Güzgülü termonun siyirtmələrinə baxış keçirtdiyi zaman orada dəqiq xatırlamadığı təxmini olaraq 1000 ABŞ dolları, 500-600 manat pul vəsaitini və hazırda əlamətlərini xatırlamdığı qızıl-zinət əşyalarının olduğunu görmüşdür. O, dərhal həmin qızıl-zinət əşyalarını və pul vəsaitlərini götürərək evin giriş qapısını örtüb oradan uzaqlaşmişdir. Oğurladığı qızıl-zinət əşyalarını 2 ədədini həmin günü səhərisi kənd Əhmədli adlanan ərazidə Sədrəddin adlı şəxsə 500 manat müqabilində satmışdır. Qızıl-zinət əşyalarının digər hissəsini isə Sumqayıt şəhərində tanımadığı ayrı-ayrı şəxslərə satmaqla ümumilikdə 1430 manat pul əldə etmişdir. Əldə etdiyi pulu da, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2020-ci ilin fevral ayının axırlarında, dəqiq tarixini xatırlamadığı günlərin birində günorta saatlarında Nərimanov rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edərək pul yaxud da qiymətli əşyalar əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin günü saat təxminən 15 radələrində Nərimanov rayonu, Atatürk prospektinə gəlmiş, yaşayış binalarından birinə daxil olub liftlə binanın doqquzuncu mərtəbəsinə qalxmışdır. Orada yerləşən mənzillərdən birinin qapısını döydükdə cavab gəlmədiyinə görə evdə heç kimin olmadığını fikirləşmiş və həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə özündə olan kəlbətinlə mənzilin qapısının kilidini sındırmış və içəri daxil olmuşdur. Bundan sonra evdən oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxtı o, evin yataq otağından müxtəlif adda qızıl-zinət əşyaları, yəni bir neçə ədəd üzük, bir neçə dəst sırğa, boyunbağı və qolbağ, həmin otaqdakı şkafdan müxtəlif əskinaslardan ibarət pullar, qonaq otağından 1 ədəd planşct və mətbəx otağından 1 ədəd planşetin adaptorunu tapmışdır. O, evdən tapdığı qızıl-zinət əşyaları və pulları əynində olan şalvarın ciblərinə qoymuş, planşet və onun adaptorunu isə özündə olan salofan paketə qoyub evdən çıxaraq liftlə binanın birinci mərtəbəsinə düşmüş və oradan da uzaqlaşmışdır. Yolla gedərkən oğurladığı planşetin və onun adaptorunun dəyərini az hesab etdiyindən həmin əşyaları yolun kənarında, yadında qalmayan yerdə atmışdır. Həmin vaxtı oğurluq yolu ilə əldə etdiyi pulları saydıqda təxminən 350 manat pul oğurladığını bilmişdir. Səhəri günü “Laçın” ticarət mərkəzinin qarşısına getmiş və orada oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını tanımadığı şəxsə, özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirərək cəmi 1500 manata satmışdır. Bir ədəd qol saatını isə aparıb evində saxlamışdır ki, sonra satsın. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 15 mart 2020-ci il tarixdə oğurluq etmək məqsədi ilə özü ilə vintaçan açarı götürüb Nəsimi rayonu Moskva prospekti ev 54 ünvanına getmiş, binanın 4cü mərtəbəsinə qalxıb oğurluq etmək üçün 43 saylı mənzilin qapısına yaxınlaşmış, ətrafa baxmış və heç kimin görmədiyinə əmin olmuş və bundan sonra qapını döymüşdür. Qapını açan olmadığı üçün evdə heç kimin olmadığını bilmiş və vint açarla kilidi sındırıb evə daxil olmuşdur. Yataq otağına girmiş və şifonerdə olan içərisində 500 manat məbləğində qəpiklər olan 2 ədəd şüşə bankanı və yataq dəstinin üzərində olan “HP” markalı notbuku götürüb evi tərk etmişdir. 500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və notbuku isə Nəsimi rayonu ünvan 10 ünvanında yerləşən maqazinin satıcısına 300 manata satmışdır. Üzərində saxladığı Şahid15 məxsus şəxsiyyət vəsiqəsini həmin maqazində işləyən satıcıya təqdim etmiş və öz şəxsiyyət vəsiqəsini itirdiyini və təqdim etdiyi şəxsiyyət vəsiqəsinin dostuna məxsus olduğunu demiş, notbukun isə özünə məxsus olmasını bildirmiş, təcili pul lazım olduğunu demişdir. Satıcını özünə inandırmış və satıcı heç nədən şübhələnməmiş, ağ kağız vərəqədə səxsiyyət vəsiqəsinin surətini çıxartmış və o, kağızda qeyd aparmışdır. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa, o, Bakı şəhərində müxtəlif ünvanlarda oğurluq etməklə gəlir əldə etmişdir. Nəsimi rayon ərazisində 4-5 müxtəlif ünvanların əsas giriş qapılarının qıfıllarını sındırmaqla mənzilə daxil olmuş, eyni zamanda o, ümümi dəhlizə daxil olmazdan öncə həyətdən müşahidə apararaq mənzildə sakin olmadığından tam əmin olmuş və daha sonra daxil olacaq mənzili təyin etdikdən sonra qonşuların giriş qapılarının üzərində olan gözlüklərin üstünə kağız parçası tüpürcəyi ilə istladaraq yapışdırmış və daha sonra mənzilə daxil olmuşdur. O, 2020-ci ilin may ayının 4-də Dilarə Əliyeva küçəsində yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki sol girişi olan mənzildən saat 03 radələrində Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 ünvanndakı yaşayış binasına küçədən göz gəzdirdikdə, 5 mərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilin işıqları yanmadığı nəzərini cəlb etmişdir. Binanın blokuna daxil olaraq 4-cü mərtəbəyə qalxmış və yan tərəfdə daha bir mənzil olduğunu görmüşdür. Daha sonra özü ilə gətirdiyi ücü iti dəmir parçası ilə açarı qıraraq qapını açmış və dərhal yataq otağına daxil olub orada axtarışlar aparmaqa başlamışdır. Yataq otaqdakı güzgülü dolabı açdıqda qızıl və gümüş olduğunu görüb bir selofana yığaraq oranı tərk edib getmişdir. Mənzildən təxminən bilərzik, uşaq qolbağı klonu ilə birgə, gül şəkilli üzük, uşaq üzüyü sırğası ilə birgə, gül qaşlı üzük, uşaq sırğalarını, boyunbağı klonu və çoxlu miqdarda müxtəlif çeşidli gümüş büjeteriyalar oğurlamışdır. Sonra o, mənzili tərk edib evinə getmiş və oğurladığı əşyalardan bir ədəd ağ rəngli qolbağı, bir ədəd sarı rəngli qadın qol saatını, kolyeni, bir dəst sırğa və üzüyü və sırğanı evdə saxlamış, qalanlarını isə bir gün sonra Sumqayıt şəhərində yerləşən avtovağzalda tanımadığı bir şəxsə hamısını bir dəfəyə 800 manata satmış və pulu da öz ehtiyacına xərcləmişdir. Bundan başqa, 2020-ci ilin may ayının 5 də oğurluq etmək məqsədi ilə təxminən saat 01 radələrində Binəqədi rayonu tərəfinə getmiş, münasib ev tapıb oradan oğurluq etmək qərarına gəlmişdir. Binəqədi rayonu Z.Bünyadov prospekti ev 23 mənzil 31-də yerləşən mənzilin bağlı olduğunu görmüş və həmin mənzilə girməyi qərarlaşdırmışdır. Mənzilinin giriş qapısını özündə olan vintaçan alətlə sındırmaq yolu ilə evə daxil olmuş, oradan bir ədəd “HP” markalı noutbuk, 9 ədəd yaddaş kartı və internet modernini oğurlayıb evi tərk etmişdir. Həmin evdən qeyd etdiyi əşyalardan savayı heç bir başqa əşya götürməmişdir. Bundan sonra o, həmin moderni və notbuku aparıb Bakı şəhərində telefon və kompyuter alqı satqısı olan mağazada özündə saxladığı Şahid15 şəxsiyyət vəsiqəsini satıcıya göstərib ona, pula ehtiyacı olduğunu bildirib xatırlamadığı qiymətə satmışdır. Satıcı şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmış və o, ağ vərəqdə yazlı qeyd aparmışdır. Satıcı həmin əşyaların oğurluq olduğunu bilməmiş və o, onu inandırmışdır ki, həmin əşyalar ona məxsusdur və ehtiyacı olduğu üçün satır. Həmin vaxtı o, satıcıya güya hərbiçi olduğunu, komandirinin avtomobilini əzdiyini və onu düzəltmək üçün həmin əşyaları satmaq istədiyini bildirmişdir. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Satıcı həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa, o, pula ehtiyacı olduğundan Nəsimi rayonu, Cavadxan küçəsi, bina 25, 4 saylı mənzilində 11 may 2020-ci il tarixdə gecə vaxtlarında törətmişdir. Belə ki, qeyd olunan tarixdə pula ehtiyacı olduğundan, qeyd olunan mənzilin yerləşdiyi ərazidə gəzib sahibi evdə olmayan və işıqları yanmayan mənzilə diqqət yetirib həmin mənzilə daxil olaraq pul və ya qızıl əşyalar oğurlamaqı qərarlaşdırmışdır. Həmin vaxt o, mənzilə daxil olmaq üçün giriş qapısının qıfılını sındırmaq üçün özü ilə dəmir qaz açarı götürmüş, həmin ərazidə tək gəzib diqqət yetirmiş, mənzilin işıqlarının yanmadığını görmüşdür. Binanın ətrafında xeyli müddət ərzində hərlənib ev sahibinin evdə olmadığından tam əmin olduqdan sonra mənzilin yerləşdiyi bloka girib ikinci mərtəbəyə qalxmışdır. Mənzilin giriş qapışına yaxınlaşmış, blokda kimsənin olmadığından və onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra özü ilə götürdüyü qaz açarı ilə mənzilin giriş qapısının qıfılını sındırıb qapını açmışdır. Bundan sonra, o, mənzilə daxil olub oğurlamaq üçün pul və ya qızıl əşyalar axtarmağa başlamışdır. Mənzilin yataq otağında olan paltar şkafının içərisini axtaranda orada olan çamadanı açdıqda içərisində pul və qızıl əşyalar olduğunu görmüşdür. Çamadanın içərisində olan pulu və qızıl əşyaları götürüb mənzildən çıxıb həmin yerdən aralaşmışdır. Hadisə yerindən aralaşdıqdan sonra oğurladığı pulu saydıqda və əşyalara baxdıqda, oğurluq nəticəsində qeyd olunan mənzildən 1000 manat məbləğində pul, 1 ədəd qızıl qadın boyunbağı, 2 ədəd qızıl qadın üzükləri və 2 ədəd gümüş qadın üzüklərin olduğunu bilmişdir. Oğurladığı qeyd olunan məbləğdə pulu bir neçə gün içərisində şəxsi təlabatları üçün xərcləmişdir. Oğurladığı qızıl və gümüş əşyların hamısını bir neçə gün sonra Sumqayıt şəhərində dəniz kənarında yerləşən parkda tanımadığı orta yaşlı 40-45 yaşlı kişiyə sataraq əvəzində 550 manat pul almışdır. Bundan başqa, o, oğurluq etmək məqsədi ilə 12 may 2020-ci il tarixdə təxminən saat 03 radələrində özü ilə vintaçan aləti götürüb Nəsimi rayonu 4-cü mikrorayon M.Cəlal küçəsində ev 36 mənzil 48 qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra vintaçanla qapının kilid sistemini qırmış və qapını açaraq evə daxil olmuş, yataq otağından “Lenova” markalı notbuk kompyuterini, bir ədəd “Sonu” markalı saç kəsən aparatı çoxlu sayda qızıl əşyaları 3000 ABŞ dolları nağd pulu oğurlayıb evdən çıxmış və Nəsimi rayonu Cavadxan küçəsində 3005-ci ünvanda yerləşən maqazinə gedib qızılları özünə aid olduğunu bildirib təcili pul lazım olduğu üçün satmaq istədiyini söyləmişdir. Satıcı ona inanmış və 600 manat pul vermiş, o, da sənədləşdirmə üçün yerdən tapdığı şəxsiyyət vəsiqəsini ona verib şəxsin dostu olmasını demiş və həmin şəxsdə ona inanaraq ağ vərəqədə sənədləşdirmişdir. Sonra o, mağazanı tərk etmiş və 3000 ABŞ dolları və 600 manatı öz ehtiyacına xərcləmişdir. Bundan başqa, o, oğurluq etmək məqsədi ilə münasib ev axtarmış və 11 iyun 2020-ci il tarixdə saat 22 radələrində Yasamal rayonu İzmir küçəsində 9 saylı ev diqqətini çəkmiş və həmin binaya girmiş və bir neçə mənzil yoxlamış, həmin mənzillərdə adam olduğundan ora girə bilməmiş və 16 saylı mənzilin qarşısında dayanmış və həmin mənzilin qapısını döymüş, heç kim qapını açmamış və o, əmin olmuşdur ki, evdə heç kim yoxdur və qərara almışdır ki, bu evə girib oğurluq etsin. Bu məqsədlə giriş qapısının kilidini kəlbətin və vintaçanla qırıb açmış və mənzilə daxil olmuş, mənzilin otaqlarından çoxlu sayda qızıl, gümüş üzük, sırğa komplekti, klounu, qolbaq, bounbağı, gümüş əşyaları, saatları, Soni markalı video kameranı, ağ rəngli notbuukları, 02 ədəd cins şalvarları, cins yubkanı, Chanel markalı parfum ətiri və digər qadın otrlərini oğurlayıb evi tərk etmiş və həmin əşyaları kirayədə yaşadığı evə aparmış, sonra isə oradan Abşeron rayonu Gənclər şəhərciyində bacısı Samirənin evinə aparmışdır. Qeyd olunan əşyalardan dəyərli olan notbuku və qızıl zinət əşyalarını Bakı şəhərində tanımadığı şəxslərə lom kimi satmışdır. Qızıl zinət əşyalarının bəzilərini aparıb Sumqayıt şəhərində adını bilmədiyi və tanımadığı şəxsə Karvan TM-nin qarşısında 1800 manata satmışdır. Notbuku isə M.Əcəmi metrosunun yanında olan dükana 30 manata, digər açıq qırmızı rəngdə olan notbuku isə 2-ci Alatavada yaşayan Elmar adlı şəxsə 160 manata satmışdır. Həmçinin Elmara 10 qrama yaxın qızıl zinət əşyası olan sep vermiş, ondan 200 manat almışdır. Bundan başqa, o, 2020-ci ilin iyul ayının əvvəllərində dəqiq tarix yadanda qalmamış, saat təxminən 14-15 radələrində Xətai rayonu ərazisində gəzişərkən Xudu Məmmədov küçəsi ev 20 onun diqqətini cəlb etmiş və o, həmin evin blokuna daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. O, həmin ünvana daxil olduqdan sonra blokda olan mənzillərin qapılarına bir-bir nəzarət etmişdir. Həmin blokda bir bir mənzillərə nəzər yetirdikdən sonra 9-cu mərtəbədə yerləşən 39 saylı mənzilin qapısının arasında çek qaldığını görmüşdür. Bundan sonra, o, qapını əli ilə döyərək evdə hər hansısa bir şəxs və ya şəxslərin olub-olmamasını dəqiqləşdirmək qərarına gəlmişdir. O, qapını döydükdən sonra qapını açan hər hansısa bir şəxs olmadığı üçün o, həmin mənzildə heç kəsin olmadığına əmin olmuşdur. Bundan sonra, o, həmin mənzilin giriş qapısının qıfılını ilk öncə qaz açarı ilə qırıb daha sonra vintaçan ilə açaraq mənzilə daxil olmuşdur. O, mənzilə daxil olduqdan sonra mənzildə axtarış etməyə başlamışdır. Mənzildə axtarış etdikdən sonra mənzildən nağd pul və ya qızıl zinət əşyası tapa bilməmişdir. Bundan sonra o, həmin mənzildən iki ədəd Samsung markalı televizoru oğurlamışdir. Belə ki, həmin televizorlardan birini evin mətbəx otağından digərini isə yataq otağından götürmüşdür. Həmin televizorları özü ilə götürərək evin giriş qapısını örtərək oradan uzaqlaşmışdır. Oğurladığı televizorları həmin günü səhərisi Şamaxinka adlanan ərazidə kompyuterlərin alğı-satqısı ilə məşğul olan şəxsə təsadüfən əlinə keçmiş Şahid15 adına olan şəxsiyyət vəsiqəsi ilə 130 manat müqabilində satmışdır. Alıcı şəxs həmin əşyaların oğurluq olduğunu bilməmiş və televizorların özünə məxsus olduğuna inandırmış, ehtiyacı olduğu üçün satmasını demişdir. Əldə etdiyi pulu öz təbii ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 30 iyul 2020-ci il tarixdə gecə saat 04 radələrində Nəsimi rayonu D.Əliyeva küçəsi ilə keçən zaman orada beş mərtəbəli binanı görüb, binanın hər hansı bir mənzildən oğurluq edə biləcəyini fikirləşib binanın giriş qapısına yaxınlaşmışdır. Həmin vaxt binanın əsas giriş qapısı açıq vəziyyətdə olmuşdur. O, pilləkənlərlə yuxarı 5-ci mərtəbəyə qalxmış, pilləkənlər bitdikdən sonra sol tərəfdə olan qapıya yaxınlaşıb onun açıq vəziyyətdə olubolmadığını yoxlamışdır. Həmin vaxt qapı bağlı olmuşdur. O, əlimdə olan dəmir parçasıyla qapının qıfılını sındırmış, ətrafda onu görə biləcək adamların olmadığına əmin olduqdan sonra mənzilə daxil olmuşdur. Mənzilə daxil olub ətrafa nəzər yetirdikdə əsas giriş qapısının yanında pilləkənin olduğunu görmüşdür. O, birinci irəliyə gedib qonaq otağına daxil olmuş, qonaq otağında sağ tərəfdə güzgülü kamotun olduğunu görmüş və kamota yaxınlaşaraq siyirməni açmışdır. Oradan üç ədəd boyunbağını, bir cüt sırğa və bir üzük olan komplekt dəsti, bir cüt sırğanı, yaşıl qaşlı bir cüt gümüş sırğanı, bir cüt gümüş sırğanı, iki cüt büjuteriya sırğanı, 02 ədəd qol saatını, 01 ədəd büjiteriya üzüyünü, “Hyundai” markalı avtomobilin ehtiyat açarını, 01 ədəd gümüş şəbəkəli qadın qolbağını, 01 ədəd gümüş tünd qırmızı rəngli qaşlı üzüyü və 01 ədəd svarovski brelokunu oğurlayıb sağ cibimə yığmışdır. Sonra isə kamotun yanındakı dolabı açıb oradan qol saatını oğurlamışdır. Daha sonra o, mənzili tərk etmişdir. Oğurladığı əşyaları Sumqayıt şəhərində adını və üzünü xatırlamadığı şəxsə ümumilikdə 1500 manata satmışdır. Həmin oğurladığı əşyalardan müəyyən qismini bir ədəd saatını, avtomobil açarını, gümüş qolbağı, 2 ədəd üzüyü, büjiteriya sırğalarını, qızıl sırğanı və sancağı evində saxlamışdır ki, sonra müştəri tapıb satmağı qərara almışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat təxminən 23 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi ilə hərəkət edərkən bir bina görüb ora girmək qərarına gəlmişdir. Nərimanov rayonu, M.Araz küçəsi ev 23 ünvanında yerləşən binaya daxil olmuş 1-ci mərtəbədən 5-ci mərtəbəyədək olan bütün mənzillərin qapısını döyüb evdə adam olub-olmamağını yoxlamışdır. Həmin binanın 5-ci mərtəbəsində yerləşən 50-ci mənzilin qapısını döymüş, lakin qapını heç kim açmamışdır. O, mənzilin qapısında kiçik kağız parçası görmüşdür. O, həmin kağız parçasını özü biləcək formada qoyub oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra, yəni 31 iyul tarixdə saat təxminən 01 radələrində o, yenidən həmin mənzilin qarşısına gəlmiş və özü işarələdiyi kağız parçasının tərpənmədiyini görmüşdür. Buna görə də, həmin mənzildə kiminsə olmadığına əmin olub üzərində olan qaz aşarı və kəlbətin ilə qapının kilid hissəsini sındırıb mənzilə daxil olmuşdur. O, oğurluq edən zaman əli ilə əlcək taxmışdır. Mənzilin qonaq otağında olan dolabın üzərində qara rəngli “HP” markalı noutbuku görüb götürmüşdür. Sonra mənzildən sırğa, qol saatı, boyunbağı klonla birlikdə 3 ədəd üzüklərti götürüb cibinə qoymuş və evi tərk etmişdir. Təxminən 01 radələrində o, oradan çıxıb piyada 20 yanvar metro stansiyasına doğru getmişdir. Oradan isə taksi ilə yaşadığı Abşeron Gənclər şəhərciyinə getmişdir. Saat təxminən 02 radələrində evə çatmışdır. Həmin vaxt həyat yoldaşı yatdığından noutbuku evdə gizlətmişdir. Həmin gün səhər saat 11 radələrində o, həmin noutbuku götürüb “Şamaxinka” deyilən yerə getmişdir. Orada olan kompyuter alqı-satqı mağazasına daxil olmuş, üzərində olan X15 məxsus şəxsiyyət vəsiqəsi ilə həmin noutbuku 110 manata satmışdır. Bundan sonra, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, bir neçə ay əvvəl, 2020-ci ilin təxminən fevral-mart aylarında Memar Əcəmi metro stansiyasının yaxınlığında yerləşən ünvanını dəqiq xatırlamadığı mobil telefon mağazasından nömrə alan zaman öz vəsiqəsni mağazanın satıcısına təqdim etmişdir. Satıcı sənədləşməni apardıqdan sonra ona vəsiqəni geri qaytarmışdır. O, da satıcının verdiyi vəsiqəyə baxmadan cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin gün axşam evə gedən zaman vəsiqəni cibindən çıxarıb baxan zaman həmin şəxsiyyət vəsiqəsinin ona məxsus olmadığını, lakin şəxsiyyət vəsiqəsinin üzərində olan şəkildəki şəxsin ona oxşadığını görmüşdür. O, da həmin vəsiqəni özündə saxlamışdır. Daha sonra səhəri gün həmin mobil telefon mağazasına gedib öz vəsiqəsini oradan geri götürmüşdür. Bundan sonra həmin şəxsiyyət vəsiqəsini əvvəllər və hazıra tanımadığı Şahid15 aid olduğunu bilmiş və üzərində saxlamış, gələcəkdə oğurluqlar edəcəyi evlərdən götürəcəyi əşyaları həmin sənəd vasitəsi ilə sata bilsin və beləliklə izi azdırmağa çalışdığını, heç kim bilməsin ki, o, oğurluqlarla məşğul olmuşdur. O, qeyd etdiyi oğurluqlardan savayı ünvanlarını dəqiq xatırlamadığı Bakı şəhərində bir çox mənzillərə daxil olmuş, həmin ünvanlardan müxtəlif qızıl zinyət əşylan, ətirlər, bijuteriylar, qadın çantaları və elektron avadanlıqlar götürmüşdür. O, oğurladığı qızıl zinət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən ünvanını dəqiq xatırlamadığı qızıl zinət əşyalarının alqı satqısı ilə məşğul olan mağazalara müxtəlif vaxtlarda xatırlamadığı qiymətlərə satmışdır. Bijuteriyaları isə yaşadığı evə aparıb orada saxlamışdır. O, oğurluqla əldə etdiyi elektron avadanlıqlarının bəzilərini Bakı şəhərində ünvanını dəqiq xatırlamadığı elektron avadanlıqları mağazalarına satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Satmadıqlarını isə yaşadığı ünvanda saxlamış və onları arvadı polisə təqdim etmişdir. O, oğurluq etməmişdən bir neçə dəqiqə və ya bir gün əvvəldən oğurluq edəcəyi mənzilin qarşısına gedib işarə qoymuşdur. Belə ki, girəcəyi mənzilin qapısının kilidinin içərisinə semiçka qabığı qoymuş, daha sonra çıxıb getmişdir. Daha sonra gəlib həmin kilidin içərisini yoxlamış, semiçka qabığı həmin kilidə yerləşdirdiyi vəziyyətdə olanda artıq əmin olmuşdur ki, həmin mənzilə girib-çıxan olmamışdır. İşarənin pozulmadığına əmin olduqdan sonra isə kilidini sındırıb həmin mənzilə daxil olub əlinə keçən dəyərli nə varsa oğurlayıb getmişdir. O, tutulan zaman onun üzərindən çanta aşkar edilmişdir. Həmin çantanın içərisində olan 3 ədəd vintaçan, 1 ədəd dəmir kəsən mişar, 3 ədəd kilid qırmaq üçün xüsusi hazırlanmış alət, 1 ədəd əl fənəri, 2 ədəd özü açılan açar, 1 ədəd kəlbətin, 1 ədəd iki tərəfli açar, 1 cüt ağ-qara rəngli əlcək, 1 ədəd "Givenchy" markalı qara rəngli kişi qol saatı və 1 ədəd hərbi formalı şərfi, alışqan suvenir tapança könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Həmin əşyaları o, oğurluq cinayəti törədərkən, qapıların kilidini, dəmir barmaqlığını qırmaq üçün istifadə etmiş, kişi qol saatı, alışqan suvenir tapança isə xatırlamadığı mənzillərdən oğurlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənildiyini və zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 10.00 radələrində evdən çıxmış, bir az şəhərdə gəzmişdir. O, evdən çıxdığı zaman arvadı Samirə evdə olmuşdur. O, evə saat təxminən 16.00 radələrində qayıtmışdır. O, liflə minib yuxarı qalxmış və 9-cu mərtəbədə enmişdir. Lifidən çıxarkən bir nəfər şəxslə rastlaşmış, lakin həmin adam onunla qonşuluqda və ya onların binasında yaşamamışdır. O, ondan “burada nə gəzirsən” soruşduqda o, “mən burada Ruslan adlı həkim axtarıram” demişdir. O da, ona “burada belə adam yaşamır” demişdir. Sonra o, liflə mənzilin arasında olan pilləkanı qalxmış və açarı salıb qapını açmaq istəmişdir. O, açarı fırladıqca açar boşuna fırlanmışdır. O, qapını itələdikdə qapı açılmış və qapının kilidinin yerindən çıxdığını görmüşdür. O, kilidi özünün sındırdığını güman edib evə keçmiş və planşeti axtarmağa başlamışdır, arvadı Samirə də həmin vaxt evdə olmamışdır. Lakin, o, planşeti qonaq otağında tapa bilməmişdir. O, da həmin vaxt, evə kənar şəxsin daxil olub evdən oğurluq edildiyini bilmişdir. Zəng edib bu barədə arvadı Samirəyə demiş, bir neçə dəqiqədən sonra Samirə evə gəlmişdir. O, evdən saat təxminən 14.30 radələrində çıxıb marketə gedib, çıxanda da qapını bağlamışdır. Samirə ilə o, evi axtarmağa başlamış və evin yataq otağındakı daxıldan dəyəri 2000 manat olan 4 qram çəkidə, bir ədəd tək brilyant qaşlı 585 əyarlı üzüyü, dəyəri 1500 manat olan 6 qram çəkidə bir cüt tək brilyant qaşlı 585 əyarlı sırğanı, dəyəri 1500 manat olan 4 qram çəkidə bir cüt tək brilyant qaşlı 585 əyarlı sırğnı, dəyəri 3000 manat olan göy rəngli brilyant qaşlı 585 əyarlı 10 qram çəkidə sırğa və üzükdən ibarət komplekti, dəyəri 2500 manat olan 10 qram çəkidə brilyant qaşlı 585 əyarlı qolbağı, dəyəri 1500 manat olan xırda brilyant qaşlardan ibarət 585 əyarlı çəkisi 6 qram olan üzüyü, dəyəri 1000 manat olan göy rəngli brilyant qaşlı 585 əyarlı bir cüt sırğanı, dəyəri 25 manat olan bir ədəd qol saatını, dəyəri 500 manat olan 4 qram çəkidə qaşsız 585 əyarlı qızıl üzüyü, dəyəri 800 manat olan 5 qram çəkidə 585 əyarlı qızıl klonu, dəyəri 700 manat olan 4 qram çəkidə 585 əyarlı nazik qızıl boyunbağını, ümumi dəyəri 20 manat olan ağ və qara bujiteriyadan ibarət iki ədəd boyunbağını, yataq otağındakı dolabın rəfindən 350 manat məbləğdə nağd pulu, qonaq otağından bir ədəd 100 manat dəyərində “Samsung” markalı planşeti və mətbəx otağında olan planşetin 10 manat dəyərində adaptorunu, ümumilikdə dəyəri 15.680 manat təşkil edən əmlakı gizli olaraq oğurlandığını aşkar etmişdir. Qızıllar və digər əşyalar onun özünə məxsus olmuşdur, bütün ziyan da ona dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində bacısı Səbinənin yaşadığı Pirallahı qəsəbəsinə getmişdir. Orada 2 gecə qaldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evə gəlmişdir. O, yaşadığı mənzilin qapısına yaxınlaşıb açarla açmaq istədikdə qapının açıq olduğunu və açar yerinin sındığını görmüşdür. Dərhal qapını əli ilə itələyib açmış və içəri girmişdir. Evə baxan zaman naməlum şəxs qanunsuz olaraq onun yaşadığı evə daxil olub yaşadığı evin otağından ona məxsus 1 ədəd 500 manat dəyərində “HP” markalı nooutbuk, qramlarını dəqiq bilmədiyi, bir ədəd 585 əyarlı qızıl boyunbağı çəkisi 5 qram, 585 əyarlı, qızıl klonla birlikdə qiyməti təxminən 400 manat olan 4 qram çəkidə bir dəst qızıl sırğa, qiyməti təxminən 300 manat və üç ədəd qızıl üzüklər ayrı ayrılıqda hər birinin qiyməti təxminən 100 manat olan hər birinin çəkisi 3 qram olan qızıl zinət əşyaların və 01 ədəd 35 manat dəyərində markasını xatırlamadığı qadın qadın qol saatının oğurlandığını aşkar etmişdir. O, çox qorxduğu üçün heç bir yerə deməmişdir. Daha sonra həmin yaşadığı ünvanın giriş qapısının sınmış kilidini təmir etdirib dəyişdirmişdir. Sonradan baş vermiş hadisə ilə bağlı nə edə biləcəyi ilə maraqlanmış və ona ərazi aidiyyəti üzrə Polis Bölməsinə ərizə ilə müraciət etməsini demişlər. O, da 06 avqust 2020-ci il tarixdə 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 1535 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa hadisə nəticəsində qapını kilidi qırılmışdır, hadisədən sonra o, 30 manata həmin kilidi dəyişib yenisini taxdırmışdır. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 09 iyun 2020-ci il tarixdə yaşadığı evin qapısını bağlayıb saat 15 radələrində Zirə qəsəbəsində yerləşən bağa getmişdir. 12 iyun 2020-ci il tarixdə saat 08 radələrində evə gəlmiş, qapını açmaq istəyəndə qapının kilidi sındırıldığını görmüşdür. Evə daxil olanda isə evin dağınıq halda olduğunu şahidi olmuşdur. İçəridə olan əşyalarının dağınıq olmasından evə naməlum şəxs daxil olaraq oğurluq etmişdir. Əşyalarından 01 ədəd 750 əyarlı 3 qram çəkidə olan qadın üzüyü 250 manat dəyərində, 01 ədəd 583 əyarlı 5 qaram çəkidə zümrüd qaşlı qadın üzüyü 500 manat dəyərində, 01 ədəd 583 əyarlı paxlava formalı 7 qaram çəkidə qadın üzüyü 1000 manata dəyərində. 01 ədəd 750 əyarlı fantaziya 09 qram qadın üzüyü 1500 manat dəyərində, 01 ədəd 750 əyarlı nişan üzüyü 2 qram çəkidə qadın üzüyü 350 manat dəyərində, 01 ədəd 585 əyarlı 01 qram qadın üzüyü 100 manat dəyərində, 01 cüt 750 əyarlı 02 qram çəkidə qızıl sırğa 150 manat dəyərində, 01 cüt 750 əyarlı sırğa 08 qram 500 manat dəyərində, 01 cüt 750 əyarlı 03 qara çəkidə 200 manat dəyərində, 01 cüt 750 əyarlı sırğa 500 manat dəyərində, 01 cüt 750 əyarlı brilyant qaşlı 7 qram çəkidə 2000 manat dəyərində, 01 ədəd mirvari qızıl komplekt 750 əyarlı 5 qram çəkidə 1000 manat dəyərində, 01 ədəd qızıl komplekt sırğa və üzük 750 əyarlı 8 qram çəkidə 600 manat dəyərində, 01 ədəd komplekt “Sultanit” üzük, sırğa kloun 6000 manat dəyərində, 01 ədəd qolbaq və bounbağı “firuzə” daşlarından 200 manat dəyərində, 01 ədəd komplekt “firuzə” daşlarla gümüş 100 manat dəyərində, 02 ədəd gümüş qolbaq 100 manat dəyərində, 01 ədəd gümüş qolbaq 100 manat dəyərində, 01 ədəd “amctis” daşlarından olan boyunbağı 100 manat dəyərində, 01 ədəd kloun “malaxit” daşlı 50 manat dəyərində, 01 ədəd gümüş komplekt üzük və sırğa 250 manat cəyərində, 01 ədəd “şanel” boyunbağı 150 manat dəyəirində, 01 ədəd “tissot” markalı saat metal rəngdə 250 manat dəyərində, 01 ədəd İsveçdən aldığı saat markasını xatırlamadığı ağ keramik kəməri olan 300 manat dəyərində, əldə istifadə olunan balaca “Soni” markalı video kamera 500 manat dəyərində, ağ “Casper” markalı notbuk işlənmiş 200 manat dəyərində, qırmızı nootbuk “Acer” firmasından 150 manat dəyərində, 02 ədəd “Bety Barclay” markalı cins şalvarları biri 190 manat olmaqla ikisi 380 manat dəyərində, cins yubka Bety Barclay markalı 150 manat dəyərində, yubka Bety Barclay markalı 100 manat dəyərində, “Chanel N5” markalı parfum ətir 200 manat dəyərində, Salvador dali parfum 100 manat dəyərində olan əşyalarının oğurlandığını aşkar etmişdir. Evində nağd pul olmamış, bağa gedərkən pulu özü ilə götürmüşdür. Baş vermiş hadisə nəticəsində ona 23.660 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, bacısı rəhmətə getdiyi üçün 21 yanvar 2020-ci il tarixdə saat 10 radələrindən etibarən o və ailə üzvləri yas mərasimi ilə əlaqədar olaraq yaşadığı evdə olmamışlar. Evə də axşam saatlarında gəldiyi üçün gec olduğu və yorğun olduğu səbəbindən heç evdə olan əmlaka diqqət yetirməmişlər. 26 yanvar 2020-ci il tarixdə saat 01 radələrində həyat yoldaşı Gülxanım yaşadığı mənzilin yataq otağında olan termonun süyürməsini açarkən içində qızıl olan ilə qutunun tərs şəkildə olması onun diqqətini çəkmiş, qutunu götürüb içinə baxış keçirdiyi zaman qutunun içərisində olan 7500 ABŞ dolları dəyərində 60 qr çəkidə, üzərində 20 karat brilyant qaş olan halqavari boyunbağının yerində olmadığını müəyyən etmişdir. Bundan sonra süyürməyə diqqət yetirdikdə, ayrı-ayrı vaxtlarda aldığı 4500 manat dəyərində 01 ədəd komlplekt brilyantın, 2500 ABŞ dolları dəyərində 01 ədəd komplekt brilyantın, ümumi dəyəri 2550 manat dəyərində 04 ədəd qızıl seplərin, 550 ABŞ dolları dəyərində olan 01 ədəd kəpənək şəkilli qızıl klonun, ümumi dəyəri 1000 manat olan qızıl üzük, sırğa və klonların, 300 manat dəyərində 01 ədəd “Pandora” qolbağın, 200 manat dəyərində 01 ədəd mirvari boyunbağının, 200 manat dəyərində gümüş üzük və sırğaların, 600 manat dəyərində 02 ədəd bijuteriya brend qolbağının, 1200 ABŞ dolları və 700 manat məbləğində pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra həyat yoldaşı onu qonaq otağına səsləyərək mənzildə yerləşən termonun süyürməsində olan qızılların və pulun oğurladığını bildirmişdir. O, yataq otağına gəlib termonun süyürməsinə baxış keçirtdikdə həqiqətən də yuxarıda sadaladığı qızılların və pulun oğurlandığının şahidi olmuşdur. ünvan 16 ünvanında yerləşən mənzilindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 11750 dollar və 10050 manat dəyərində ziyan dəymişdir. Cəmi maddi ziyan 30.025 manat təşkil edir. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə 29 iyul 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı mənzilin əsas giriş qapısını açarla bağlayaraq Ləhiş massivində yerləşən bağ evinə getmişlər. 12 avqust 2020-ci il tarixdə ailəsi ilə birlikdə yaşadığı mənzilə qayıdanda evin əsas giriş qapısının qıfılının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Mənzilə daxil olub evə nəzər yetirdikdə qonaq otağındakı güzgülü kamotun və dolabın açılaraq içindəki əşyaların yerə atıldığını görmüşdür. Güzgülü kamota baxarkən oradan bir ədəd 750 manat dəyərində 750 əyyarlı çəkisi 12 qram olan qızıl boyunbağı, bir ədəd üzərində klonu olan “Bvlgari” markalı 250 manat dəyərində çəkisi 4 qram olan qızıl boyunbağını, bir ədəd üzərində klon olan “Pandora” markalı 250 manat dəyərində çəkisi 4 qram olan qızıl boyunbağı, dəyəri 900 manat olan 750 əyarlı ümumi çəkisi 6 qram olan bir cüt sırğa və bir üzük olan komplekt dəsti, dəyəri 300 manat dəyərində 750 əyarlı bir cüt sırğanın, 100 manat dəyərində yaşıl qaşlı bir cüt gümüş sırğanın, 150 manat dəyərində “Pandora” markalı bir cüt qızılı rəngli gümüş sırğanın, 120 manat dəyərində bir cüt büjuteriya sırğanın, 70 manat dəyərində bir cüt büjuteriya sırğanın, 50 manat dəyərində 02 ədəd qol saatının, 50 manat dəyərində büjiteriya üzüyün, 20 manat dəyərində “Hyundai” markalı avtomobilin ehtiyat açarı, 120 manat dəyərində gümüş şəbəkəli qadın qolbağının, 40 manat dəyərində gümüş tünd qırmızı rəngli qaşlı üzüyün və üzərində 70 manat dəyərində svarovski brelokun doladan isə 700 manat dəyərində “Emporio Armani” markalı qol saatının oğurlandığını aşkar etmişdir. Ona ümumlikdə 4.230 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində başqa hər hansı bir əşya oğurlanmamışdır. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində ailəsi ilə birgə rəfiqəsi Gülnarə Sadıqovaya məxsus Nardaran qəsəbəsində yerləşən “Ləhic” bağları adlanan yerdə yerləşən bağ evinə getmiş, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində qızı ilə birgə geri qayıdarkən, evin əsas giriş qapısının mexaniki açarı sındırılmaqla mənzilin yataq otaqdındakı güzgülü dolabın siyirməsindən, ona məxsus, 900 manat dəyərində, 750 əyyarlı, 9 qram çəkidə, İtaliya istehsallı bilərzik, 600 manat dəyərində, 750 əyyarlı, 5 qram İtaliya istehsal 11 uşaq qolbağı klonu ilə birgə, 650 manat dəyərində, 950 əyyarlı, 7 qram çəkidə İtaliya istehsallı, gül şəkilli üzük, 650 manat dəyərində, 750 əyyarlı, 6 qram çəkidə uşaq üzüyü sırğası ilə birgə, 600 manat dəyərində, 585 əyyarlı, 5 qram çəkidə Türkiyə istehsallı gül qaşlı üzük, 450 manat dəyərində, 583 əyyarlı 3 qram çəkidə uşaq sırğası, 400 manat dəyərində 583 əyyarlı 2 qram çəkidə uşaq sırğası, 450 manat dəyərində, 583 əyyarlı 3 qram çəkidə uşaq boyunbağı klonu və 5000 manat dəyərində müxtəlif çeşidli 1 kq çəkidən artıq gümüş büjeteriyalarının oğurlandığını aşkar etmişdir. Onlardan 1 ədəd gül şəkilli qolbaq 100 manat, zəncir şəkilli qolbaq bir ədəd 70 manat, Fil şəkilli klon dəyəri 80 manat, komplekt gül şəkilli sırğa, üzük klon, 140 manat, tros şəkilli qolbaq, boyunbağı dəyəri 220 manat, ürək şəkilli komplekt klon, sırğa dəyəri 200 manat, sırğa komplekt üzüyü ilə birlikdə 50 manat, “Sctti” markalı qadın saatı dəyər 70 manat, uşaq saatı 90 manat, komplekt sırğa və üzük dəyəri 100 manat, şar şəkilli sırğa 40 manat, mirvarili komplekt sırğa 500 manat, mirvari üzük, klon, sırğa 500 dəyərində, qaşlı gümüş komplekt sırğa sep, qolbağ, üzük 300 manat, mirvarili komplekt sırğa üzük boyunbağı dəyəri 100 manat, sırğa rəngli qaşlarla dəyəri 30 manat, kəpənəkli boyunbağı dəyəri 30 manat, uzun sırğa tək mirvari qaşlı dəyəri 50 manat, rəngbərəng güllü mirvari qaşlı sırğa dəyəri 50 manat, damla qaşlı mirvari 60 manat dəyərində, komplekt sırğa üzük, boyunbağı, klon ilə birlikdə 300 manat, ürək, mələk, açar şəkilli klon sep komplekti 200 manat, tək qaş komplekt sırğalar dəyəri 500 manat, kartiye üzük 1 ədəd dəyəri 200 manat komplekt uşqa sırğa, üzük, klonu dəyəri 300 manat, mirvari qaşlı sırğa komplekti dəyəri 400 manat, bir dəst gümüş mirvari qaşlı sırğa, üzük, boyunbağı dəyəri 380 manat təşkil etmişdir. Ümumilikdə ona 9760 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin əşyaları görərsə, onları qurluşuna, formasına, bəzəklərinə görə tanıya biləcəyini bildirmişdir. Hadisə ilə bağlı hər hansı bir şübhələndiyi şəxs olmamışdır. Sonda Zərərçəkmiş şəxs8 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının 16-da o, evdən çıxmış və bayram münasibəti ilə Masallı rayonuna getmişdir. 13 may 2020-ci il tarixdə qardaşı Elşən evə baş çəkməyə gəlmiş və evdən oğurluq olduğunu aşkar etmişdir. Bundan sonra Elşən ona məlumat vermiş və DİN-nin 102 Xidmətinə zəng etmişdir. Sonra o, təxminən 10 gündən keçmiş evinə gəlmiş və evə baxanda evin dağınıq vəziyyətdə olduğunu, evdə otaqda olan çemodanının içərisində yumru qabın daxilində saxladığı dəyəri 400 manat olan 1 ədəd 750 əyyarlı 4 qram çəkidə qızıl üzüyün, dəyəri 200 manat olan 1 ədəd 2 qram çəkidə 750 əyyarlı qızıl üzüyün, dəyəri 1000 manat olan, 1 ədəd 20 qram çəkidə “Reket” markalı toxunma qızıl boyunbağının, dəyəri 100 manat olan bir ədəd gümüş qara qaşlı üzüyün, dəyəri 70 manat olan bir ədəd gümüş üzüyün, dəyəri 50 manat olan gümüş paxlava üzüyün, dəyəri 30 manat olan bujiteriya komplekti sırğa, üzük, boyunbağı dəstinin, dəyəri 7 manat olan qolbağın, dəyəri 20 manat olan mirvari boyunbağının, 1000 manat məbləğində pulun, dəyəri 35 manat olan paltar çcmodammn, dəyəri 45 manat olan saç feninin, dəyəri 40 manat olan təziq ölçən aparatın, dəyəri 30 manat olan Nokia markalı işlənmiş mobil telefonun, dəyəri 5 manat olan 1 ədəd suvenir bıçağın, dəyəri 27 manat olan kolqotkanın, dəyəri 10 manat olan qara rəngli qadın koftasnın oğurlandığını aşkar etmişdir. Dəyilən ziyanın məbləği 3079 manat təşkil edir. Sonda Zərərçəkmiş şəxs9 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində evdən çıxmış və bağa ailə üzvlərinin yanına Qaradağa rayonuna getmişdir. Oradan da həmin gün axşam saat 19 radələrində işə gəlmiş və xidmət aparmışdır. xx.xx.2020-ci il tarixdə işdən səhər saat 08 radələrində çıxmış və təxminən 08.15 radələrində Nəsimi rayonunda olan evə gəlmişdir. Əlini qapının üzərinə qoyan kimi, qapı içəri tərəfə doğru getmiş və açılmışdır. Dərhal, qapının kilid sisteminə baxmış, kilid sisteminin yerində olmadığını, qapının kilid sisteminin yeri boş olduğunu aşkar etmişdir. Dərhal anasına zəng etmiş və anası bu barədə DİN-nin 102 xidmətinə zəng etməsini, şikayət etməyi bildirmişdir. O, da belə də etmiş və polisə şikayət etmiş və polislər hadisə yerinə gəlib müayinə etmişlər. Evi axtarmış və anasına məxsus 3000 manat qızıl zinət əşyasının və anasına məxsus 3000 ABŞ dolları pulun oğurlandığını aşkar etmişdir. Sonra isə evi axtaranda ona məxsus “Lenova” markalı noutbuk kompüterinin və 80 manat dəyərində olan “Panasonic” markalı saç kəsən maşının akvariumun altında olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O, həmin noutbuku 4 il bundan əvvəl 450 manata almış, istifadə etdiyi üçün həmin noutbukun real-hazırki qiymətini 200 manat hesablamışdır. Həmin saç kəsən maşınını 2 il bundan əvvəl 80 manata almış, yaxşı vəziyyətdə olduğu üçün onu hal-hazırki dəyərini 80 manat hesablamışdır. Ümumilikdə ona 280 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs11 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, ölkədə tətbiq edilən karantin şərtlərinə əsasən mart ayının 19-dan yaşadığı ünvanı tərk edərək Gəncə şəhərinə, ailəsinin yanına getmişdir. 14 may 2020-ci il tarixində, saat 8:30 da Bakıda yaşadığı həmin mənzilin çöl, əsas giriş qapısının sındırılması yolu ilə mənzildən naməlum şəxslər tərəfindən hal-hazırda 800 manat dəyərində olan HP markalı noutbuk, 135 manat dəyərində 9 ədəd yaddaş kartı və 35 manat dəyərində modern oğurlandığını, ümumi dəyəri 970 manat olmaqla əmlakının oğurlandığını və ona maddi ziyan vurulduğunu müəyyən etmişdir. Oğurluğ hadisəsinin mənəvi tərəfi isə 10 ildən artıq onun bütün elmipedaqoji fəaliyyəti və elmlər doktorluğu ilə bağlı uzun illər topladığı və yazdığı yazılar noutbukda və yaddaş kartlarında olmuşdur. Qapı qonşunun dediyinə görə 10 gündür çöl hissədən sındırılmış vəziyyətdə olmuşdur. 14 may 2020-ci il tarixdə bibisi oğlu Məmmədqulu Quliyevə zəng etmiş, onun qaldığı evə və oradan kompyuterini götürməsini və Gəncəyə göndərməsini xahiş etmişdir. Bibisi oğlu onun xahişi ilə onun qaldığı evə getmiş və sonra ona zəng edib məlumat vermişdir ki, evin qapısı sındırılıb və evdən oğurluq edilmişdir. Bibisi oğlu onun xahişi ilə polis bölməsinə getmiş və ərizə ilə oğurluq barədə müraciət etmişdir. 14 may 2020-ci il saat 8:30 da hadisə ilə bağlı 102 xidmətinə zəng etmiş və dərhal 5-ci bölmənin əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etmişlər. Sonda Zərərçəkmiş şəxs13 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş üzrə zərərçəkmiş şəxslər X16, Zərərçəkmiş şəxs6, X9 və Zərərçəkmiş şəxs12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, zərərçəkmiş şəxslərdən X16 ərizə ilə, Zərərçəkmiş şəxs6 isə teleqramla məhkəməyə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişlər. Cinayət işinin İİ cildinin 44-45-ci vərəqələrində olan zərərçəkmiş şəxs X4 istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində ailə üzvləri yaşadığı ünvanı tərk edərək Gəncə şəhərində yaşayan qohumlarına baş çəkmək üçün həmin rayona getmişlər. xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı mənzilə geri qayıtdıqda, mənzilin dəmir reşotkasımn sındırıldığını və içəri otaqların dağıdıldığını aşkar etmişlər. Onlar dərhal hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, mənzili müayinə etdikdə, ona məxsus 10 ədəd saat, o cümlədən 3 ədəd hər birinin dəyəri 500 manat olmaqla cəmi dəyəri 1500 manat olan “Armani”, 2 ədəd hər birinin dəyəri 500 manat olmaqla cəmi dəyəri 1000 manat olan “Constantin Vasheron”, 1 ədəd dəyəri 500 manat olan “Foursel”, 3 ədəd isə Potek Filip” hər birinin dəyəri 500 manat olmaqla cəmi dəyəri 1500 manat olan, 1 ədəd Almaniya istehsalı olan markasını xatırlamadığı 583 əyarlı qızıl saat dəyəri 2000 manat, 1 brilyant komplekt sırğa və üzük sarı topazlı, 750 əyarlı, dəyəri 4000 manat, bir komplekt qızıl 750 əyarlı, mavi minalı birliyant daşlı sırğa və üzük dəyəri 2000 manat, bir komplekt mirvari boyunbağı və üzük 750 əyarlı, 1500 manat, bir ədəd qızıl kolye 750 əyarlı “Roberto Koin” markalı 1600 manat dəyərində, bir qızıl kolye tək qaş brliyantla əyarı 750 olan dəyəri 1200 manat, ağ qızıl boyunbağı 750 əyarlı, dəyəri 400 manat, qızıl klon bir ədəd “Komeya” markalı, 750 əyarlı dəyəri 200 manat, gümüş mirvari komplekt “Majorika” markalı dəyəri 300 manat, bir ədəd gümüş mirvarili sırğa Majorika markalı dəyəri 250 manat, bir gümüş komplekt, 2 ədəd sırğa, braslet, boroşkası ilə bilikdə 1000 manat dəyərində, yol çantası biton dərili 1 ədəd dəyəri 1500 manat, dəri qadın çantası İtaliya istehsallı dəyəri 500 manat, kişi dəri gödəkcə 52 ölçüdə 1 ədəd Armani markalı 500 manat, 1 ədəd kişi gödəkcəsi 52 ölçüdə Armani markalı, dəyəri 500 manat, piton dərili kişi ayaqqabısı 44 ölçülü qara rəngli dəyəri 600 manat olan əşyalarının oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 22.550 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlardan savayı evdən başqa heç nə oğurlanmamışdır. O, oğurlanmış əşyaları görərsə onları qurluşuna, formasına, xarici əlamətlərinə görə tanıya biləcəyini bildirmişdir. Cinayət işinin İİİ cildinin 20-22-ci vərəqələrində olan Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şəki şəhərində yaşasa da, ünvan 19 ünvandakı ev ona məxsus olmuşdur. O, həmin ünvanı Şahid5 adlı şəxsə 200 manat müqabilində kirayə vermişdir. Şahid5 Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olmuş, həm Şəki şəhərində həmyerlisi, həm də ki, uzaqdan qohum olmuşdur. 2020-ci ilin mart ayında ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Fərid Cəfərov həmin ünvandan çıxaraq Şəki şəhərinə qayıtmışdır. Fərid Şəki şəhərinə qayıtdıqdan sonra yuxarıda göstərilən ünvan sahibsiz qalmışdır. 06 sentyabr 2020-ci il tarixdə Fərid Cəfərov yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Şəki şəhərindən Bakı şəhərinə yollanmışdır. Həmin günü saat təxminən saat 12 radələrində Fərid Cəfərov onunla əlaqə saxlamış, evin giriş qapısının sındırılması yolu ilə mənzilə naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olaraq evdən 01 ədəd 400 manat dəyərində Samsung markalı 32 düyümü televizor və 01 ədəd 600 manat dəyərində 40 düyümlü Samsung markalı televizoru gizli yolla talanaraq oğurlandığını bildirmişdir. O, Fərid Cəfərova bu barədə aidiyyəti üzrə Polis Bölməsinə məlumat verməsini bildirmişdir. Fəridin verdiyi məlumat əsasında hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə müayinə etmişlər. Baş vermiş hadisə zamanı ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı şübhələndiyi şəxs olmamışdır. Cinayət işinin İİİ cildinin 255-257-ci vərəqələrində olan zərərçəkmiş şəxs X2 istintaqa verdiyi ifadəsindən görünür ki, o, ünvan 21 ünvanda əri, qızı və oğlu öz ailəsi ilə birlikdə yaşamışdır. Özü qadın saç ustası olmuş və illərlə gözəllik salonunda işləmişdir. Halhazırda heç bir yerdə işləməmişdir. Oğlunun nəvəsi körpə olduğu üçün bu evdə yaşamamış və Qaradağ rayonunda Arzu bağ evi adlanan ərazidə bağ evində o, öz ailəsi ilə birlikdə müvəqqəti olaraq yaşamışdır. Oğlu Mirtaleh səhər saat təxminən 08:30 radələrində ona zəng etmiş, ünvan 22 ünvanından naməlum şəxs tərəfindən oğurluq olmasını bildirmişdir. Bu sözləri eşitdikdən sonra o, dərhal ona DİN-nin 102 xidmət mərkəzinə zəng edib məlumat verməsini istəmişdir. Sonra dərhal o, evə gəlmiş və oğurlanan əmlaklarını müəyyən etmişdir. Beləliklə, ona məxsus mənə məxsus dəyəri 1500 manat olan Rusiya Federasiyasının istehsalı olan 585 əyarlı sünbül formalı 20 qramlıq qadın qızıl qolbağın, dəyəri 1500 manat olan İtaliya Respublikasının istehsalı olan 585 əyarlı, üzərində brillyant daşdan olan tək qaş 10 qramlıq qadın üzüyünün, dəyəri 1700 manat dəyərində İtaliya Respublikasının istehsalı olan 585 əyarlı, şar formalı 20 qramlıq qadın üçün 1 cüt qızıl sırğanın, dəyəri 1000 manat olan Rusiya Federasiyasının istehsalı olan 585 əyarlı paxlava formalı 13 qramlıq qadın qızıl üzüyün, dəyəri 2000 manat olan Rusiya Federasiyasının istehsalı olan 585 əyarlı üzərində brillyant daşdan olan 5 qaşlı 20 qramlıq qadın nişan üzüyün, Türkiyə Respublikasının istehsalı olan ümumi dəyəri 22UU manat olan 585 əyarlı, lıəıəsi 10 qramlıq sadə görünüşlü 03 ədəd qadın üzüyünün 200 manat dəyərində təziq ölçən tibb aparatı, 100 manat dəyərində 1 ədəd Kassio markal qol saatını, ümumi dəyəri 150 manat olan 3 ədəd markasını xatırlamadığı qol'saatını, baş qırxan aparat dəyəri 80 manat, şəkil çəkən fotoparat Konon dəyəri 500 manat, 4 ədəd nazik boyunbağı 585 əyarlı 3060 manat dəyərində əmlakın hamısının oğurlandığını aşkar etmişdir. Bundan başqa oğluna məxsus nootbuk oğurlanmışdır Saç qırxan maşın da oğluna məxsus olmuşdur. Bundan başqa 5100 manat nisbətində 3000 ABŞ dollar nağd pul olan kisəsənin də oğurlandığını, pul kisəni isə 2 il bundan əvvəl 20 manata aldığını bildirmişdir. Ümumilikdə ona 19.030 manat maddi ziyan dəymişdir. Baş vermiş cinayətlə bağlı şübhələndiyi şəxs olmamışdır. Cinayət işinin V cildinin 207-208-ci vərəqələrində olan Zərərçəkmiş şəxs12 istintaqa verdiyi ifadəsindən görünür ki, onun oğlu Zərərçəkmiş şəxs12 ünvan 23 ünvanında tək kirayədə yaşamış və tələbə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 20:27 radələrində kirayədə yaşadığı mənzilin kilid qapısını bağlayaraq çıxıb getmişdir. Həmin gün saat təxminən 22:15 radələrindən qayıdarkən mənzilin giriş qapısının kilidini naməlum şəxs tərəfindən naməlum əşya ilə sımdırıldığını aşkar etmiş və mənzilə daxil olub evin dağmıq vəziyyətdə olduğunun şahidi olmuşdur. Bundan sonra yataq otağına daxil olmuş və yataq otağında dolabda olan 2 ədəd şüşə bankada qəpiklərdən ibarət olan ümumilikdə 500 manat dəyərində nağd pulun və yataq çarpayının üstündə 500 manat dəyərində HP markalı noutbukun yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 Xidmət mərkəzinə zəng edib bu barədə məlumat vermiş və polis əmədaşları evə gəlib hadisə yerini müayinə etmişlər. Ona məxsus əmlakın oğurlanmasında heç kimdən şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 14.30 radələrində o evdən çıxmış, marketə evə ərzaq almaq üçün getmişdir. O, evdən çıxdığı zaman əri Rza da evdən çıxmışdır. O, marketdə olarkən Rza ona zəng etmiş, planşetin harada olduğunu soruşmuş, o, da planşetin divanın üstündə olduğunu demişdir. Bir neçə dəqiqədən sonra isə Rza, ona evdən oğurluq olmuşdur, tez vaxtda özünü evə çatdırdımağını bildirmişdir. Əri Rza ilə o, oğurluq edildikdən sonra evi axtarmağa başlamış və evin yataq otağındakı daxıldan dəyəri 2000 manat olan 4 qram şəkidə, bir ədəd tək brilyant qaşlı 585 əyarlı üzüyün, dəyəri 1500 manat olan 6 qram çəkidə bir cüt tək brilyant qaşlı 585 əyarlı sırğanın, dəyəri 1500 manat olan 4 qram çəkidə bir cüt tək brilyant qaşlı 585 əyarlı sırğanın, dəyəri 3000 manat olan göy rəngli brilyant qaşlı 585 əyarlı 10 qram çəkidə sırğa və üzükdən ibarət komplektin, dəyəri 2500 manat olan 10 qram çəkidə brilyant qaşlı 585 əyarlı qolbağın, dəyəri 1500 manat olan xırda brilyant qaşlardan ibarət 585 əyarlı çəkisi 6 qram olan üzüyün, dəyəri 1000 manat olan göy rəngli brilyant qaşlı 585 əyarlı bir cüt sırğanın, dəyəri 25 manat olan bir ədəd qol saatının, dəyəri 500 manat olan 4 qram çəkidə qaşsız 585 əyarlı qızıl üzüyün, dəyəri 800 manat olan, 5 qram çəkidə 585 əyarlı qızıl klonun, dəyəri 700 manat olan 4 qram çəkidə 585 əyarlı nazik qızıl boyunbağının, ümumi dəyəri 20 manat olan ağ və qara bujuteriyadan ibarət iki ədəd boyunbağının, yataq otağındakı dolabın rəfindən 350 manat məbləğdə nağd pulun, qonaq otağından bir ədəd 100 manat dəyərincə “Samsung” markalı planşet və mətbəxdən də planşetə məxsus 10 manat dəyərində adaptorun oğurlandığım aşkar etmişlər. Qızılların ümumilikdə dəyəri 15.680 manat təşkil etmişdir. Qeyd olunan əşyalardan savayı evdən başqa heç nə oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, nikahlarından iki övladları var. Samir ev ustası işləmişdir. 2019-cu ilin oktyabr ayına qədər onlar Masazır qəsəbəsində ünvanını dəqiq xatırlamadığı evdə kirayədə yaşamışlar. Lakin, Samirin işləri yaxşı getmədiyindən və maddi durumları yaxşı olmadığından o, uşaqları ilə birlikdə 2019-cu ilin oktyabr ayının sonlarında İsmayıllı rayonuna getmişdir. Həmin müddətdə Samir Bakı şəhərində yaşamış və işləmişdir. Mövcud karantin vəziyyəti ilə əlaqədar olaraq o, xx.xx.2020-ei il tarixədək İsmayıllı rayonunda yaşamışdır. Sonra isə Bakı şəhərinə gəlmişdir. Samir Abşeron gənclər şəhərciyində baldızı Samirə ilə birlikdə kirayə ev tutub yaşamışdır. O da həmin evə gəlmişdir. Evə gəldikdə dolabda müxtəlif ətirlər, qolbaqlar, bəzək əşyaları, saatlar və s. əşyalar görmüşdür. Samirdən həmin əşyaları haradan əldə etdiyini soruşduqda Samir ona, bir dostu olduğunu, onun mağazasının bağlandığından, həmin əşyaları ondan ucuz qiymətə aldığını bildirmişdir. O da ona inanmışdır. Bundan sonra, Samir bir neçə dəfə də evə müxtəlif saatlar, ətirlər, paltarlar, elektrik avadanlıqları gətirmişdir. O, həmin əşyaların haradan əldə etdiyini soruşduqda Samir dostunun mağazası olduğunu, ondan ucuz qiymətə aldığını demişdir. Lakin, 09 avqust 2020-ci il tarixdə gecə saatlarında polis əməkdaşları yaşadığı evə gəlib, Samirin Bakı şəhərində müxtəlif ünvanlardan oğurluq etdiyini və oğurluq nəticəsində əldə etdiyi əşyaların yaşadığı evdə olduğunu bildirmişlər. Polis əməkdaşları Samirin evə gətirdiyi bütün əşyaları onlara təqdim etməsini demişlər. O, Samirin evə gətirdiyi bütün əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, həmin vaxtı, evdə olan bütün əşayların oğurlandığını, Samirin onları oğurluq edərək əldə etdiyini bilmişdir. O, Samirin oğurluq etməsindən xəbəri olmamışdır. Samir ümumiyyətlə bu barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 24 ünvanında yerləşən telefonların və kompyuterlərin alqı satqısı ilə məşğul olan dükanı icarə əsasında işlətmişdir. O, orada həm mobil telefonlar və onlara məxsus aksesuarların, kompyuterlər və kompyuterlərin aksesuarlarının alqı-satqısı ilə məşğul olmuşdur. 2020-ci ilin iyul ayının 6-da saat təxminən 11-12 radələrində o, dükanda olan zaman əvvəllər tanımadığı bir nəfər şəxs dükana yaxınlaşaraq 02 ədəd Samsung markalı televizor satdığını bildirmişdir. O, həmin şəxslə söhbət etdikdən sonra həmin televizorların 130 manat müqabilində alğı-satqı edilməsinə razılaşmışdır. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini istədikdə, həmin şəxs cibindən şəxsiyyət vəsiqəsi çıxararaq ad soyad ata adı yerində Şahid15 kim yazılmış şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, həmin şəxsiyyət vəsiqəsinin şəkil hissəsinə baxanda həmin şəkildəki şəxs ilə qarşısındakı şəxsin bir birinə oxşadığı üçün həmin şəxsə inanmışdır. Bundan sonra o, televizorların alğı-satqısı ilə bağlı sənəd tərtib etmişdir. Həmin sönədə televizorları satan şəxs də imza etmişdir. Sonradan ona, televizorları satan şəxs Təqsirləndirilən şəxs Niyaz oğlu olduğu məlum olmuşdur. O, həmin əşyaları oğurluq yolu ilə əldə etdiyi üçün yaxalanmamaq məqsədi ilə özünə bənzəyən şəxsin şəxsiyyət vəsiqəsini təqdim edərək onu aldadaraq həmin televizorları ona satmışdır. Həmin şəxs ona televizorun özünə məxsus olduğunu yaşadığı mənzili satdığı üçün mənzilin əşyalarını satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, əvvəllər Nəsimi rayonu ünvan 10 ünvanda yerləşən “Comp element” adlı maqazində satıcı işləmişdir. xx.xx.2020-ci il tarixdən həmin maqazindən işdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ünvan 10 ünvanda yerləşən “Comp element” adlı maqazində işdə olduğu zaman təxminən saat 16 radələrində maqazinə bir nəfər şəxs gəlmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edib əlində gətirdiyi “HP” markalı noutbuku ona göstərib satdığını bildirmişdir. Ondan həmin noutbukun kimə məxsus olmasını və nə səbəbə satdığını soruşmuşdur. Samir adlı şəxs həmin noutbukun özünə məxsus olmasını və evində xəstə olduğu üçün təcili pula ehtiyacı yarandığı üçün satdığını qeyd etmişdir. O, da onun sözlərini inanmış və həmin noutbuka baxmış və 150 manata ala biləcəyini qeyd etmişdir. Samir də onunla razılaşmış və noutbuk alışını sənədləşdirmək üçün ondan şəxsiyyət vəsiqəsinin sürətini istəmişdir. O, da ona, özünə məxsus şəxsiyyət vəsiqəsini itirdiyi üçün dostu Şahid15 məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, bu sənəd üzrə rəsmiləşdirməsini bildirmişdir. O, da onunla razılaşmış və Şahid15 şəxsiyyət vəsiqəsinin surətini çıxardıb həmin sənədin üzərinə noutbukun satması ilə bağlı qeyd etmiş və Samirə 150 manat pul vermişdir. O, həmin noutbuku alan zaman Samir ona noutbukun cinayət yolu ilə əldə etmədiyini və ona məxsus olmasını və xəstəsi olduğu üçün pula ehtiyacı yarandığını və satdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin may ayının təxminən 5-10 arası olardı “lalofo” vasitəsi ilə ucuz qiymətə “Modem” satıldığını bilmiş, sonra həmin moderni almaq üçün Neftçilər metrosunun yanında yerləşən kompyuter təmiri mağazasına getmişdir. Orada satıcı adını xatırlamadığı bir oğlan ona ağ rəngli Modem aparatı göstərmiş və həmin modem işlək vəziyyətdə olduğu üçün və qiyməti 25 manat olduğundan onu almaq qərarına gəlmişdir. O, 25 manat məbləğində satıcıya pul ödəmiş və modemi götürüb evinə gətirmişdir. Bir ay işlətdikdən sonra onu polis əməkdaşları Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişlər və orada söhbət zamanı o, Modemi mağazadan aldığını bildirmiş və sonra həmin modemi könüllü olaraq polisə təqdim etmişdir. Həmin modemi alarkən onun oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid10, X19, Şahid12, Şahid13 və Şahid15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid10, X19, Şahid12, Şahid13 və Şahid15 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Eyni zamanda şahidlər Şahid5 və Şahid13 tərəfindən məhkəməyə teleqram ünvanlanaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Bundan başqa, qeyd edilən şahidlərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qəbul edilmiş qərara əsasən: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 102-5042-1222 saylı məktubdan görünür ki, Şahid7 2021-ci il tarixdə öldüyündən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır; - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 062-13164-1222 saylı məktubdan görünür ki, Şahid10 olduğu yer müəyyən edilmədiyindən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır; - Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 128-45493 nömrəli məktubundan görünür ki, X11 olduğu yer müəyyən edilmədiyindən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır; Cinayət işinin İ cildinin 4-6-cı vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baxış ünvan 25 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus mənzildə keçirilmişdir. Naməlum şəxs həmin ünvanda mənzilin qapı kilidini sındırmaqla mənzilə qanunsuz daxil olub yataq otağında qızıl-ziynət və digər əşyaları oğurlamışdır. Cinayət işinin İ cildinin 48-49-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 26 ünvanında yerləşən mənzildir. Evin giriş qapısı dəmir qapıdır, boz rənglidir. Mənzilə daxil olduqda sağ tərəfdə sanitar qovşaq yerləşir. Mənzil bir otaqdan ibarətdir. Otağın sağ tərəfində boz rəngli dolab yerləşir. Həmin otağın baş tərəfində soyuducu, yuxarı sol tərəfdə isə kiçik mətbəx yerləşir. Cinayət işinin İ cildinin 83-cü vərəqində olan “Əşyanı könüllü təqdim etmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs cinayət işi üzrə üzərndə qara rəngli çanta, həmin çantanın içərisində olan 3 ədəd vintaçan, 1 ədəd dəmir kəsən mişar, 3 ədəd kilid qırmaq üçün xüsusi hazırlanmış alət, 1 ədəd əl fənəri, 2 ədəd özü açılan açar, 1 ədəd kəlbətin, 1 ədəd iki tərəfli açar, 1 cüt ağ-qara rəngli əlcək, 1 ədəd "Givenchy" markalı qara rəngli kişi qol saatı, 1 ədəd hərbi formalı şərfi, 1 ədəd oyuncaq tapança formalı alışqanı könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Cinayət işinin İ cildinin 87-89-cu vərəqələrində olan “Baxış-götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, video-çəkliş vasitəsi ilə Şahid3 həyat yoldaşı Təqsirləndirilən şəxs oğurladığı əşyaların yerinin könüllü surətdə göstərilməsi təklif edildikdən sonra o, həmin əşyaları yaşadığı mənzilin yataq otağında və qonaq otağında müxtəlif yerlərdə olduğunu bildirmişdir. Bundan sonra, ünvan 1 ünvanında yerləşən evin yataq otağında olan dolabdan aşkar edilərək götürülmüş 01 ədəd “DKNY”, 02 ədəd "FİTRON", 01 ədəd “Rado”, 01 ədəd “Aldo”, 01 ədəd “Poamer”, 01 ədəd "Casio”, 01 ədəd "Crystal Palace”, 01 ədəd “Vintex”, 01 ədəd “Hilfiger”, 01 ədəd “My Bravo”, 01 ədəd "Swatch”, 01 ədəd “Emporio Armani”, 02 ədəd “Tissot”, 01 ədəd "Noxin”, 01 ədəd “Cartisi”, 01 ədəd "Chopard” markalı qadın qol saatları, 01 ədəd “Slarenger”, 01 ədəd "Tissot” markalı kişi qol saatları və 01 ədəd içərisində “Paris” sözü yazılmış markasız qadın qol saatı, 01 ədəd “Hyundai" markalı avtomobilə məxsus açar, 01 ədəd qapaqlı qızılı rəngli kompas, 01 ədəd "Avon Femme”, 01 ədəd “Laperia", 01 ədəd "Little Black dres". 03 ədəd “Faberlic", 01 ədəd “Dolge Gabanna”, 01 ədəd “Dali”, 01 ədəd "Mancera", 01 ədəd "Renat", 01 ədəd “Chanel”, 01 ədəd “Madomasiella”, 01 ədəd “Joy of nature", 01 ədəd “Stayn Alive”, 01 ədəd “Dior”. 01 ədəd “EmMicalef”, 01 ədəd “Gucci Bloom”, 01 ədəd "Ramon Molzivar”, 01 ədəd “Yas”, 01 ədəd “X24" markalı qadın ətirləri və 01 ədəd markasız qadın ətiri, 01 ədəd qadbı ilə birlikdə “Fredy Jionte", 01 ədəd “Dior”, 01 ədəd “Millioner” və 01 ədəd ağ rəngli markasız qadın gün eynəyi, 01 ədəd göy rəngli “Lenova” və 01 ədəd qara rəngli "Samsung" markalı planşet, 01 ədəd boz rəngli “HP" markalı noutbuk, 01 ədəd ağ rəngli və 01 ədəd göy rəngli planşet üçün qablar, 01 ədəd "Vivet” markalı tük təmizləyən aparat, 01 ədəd ədəd qara rəngli “Sony" markalı video çəkən aparat, 01 ədəd “Dr. Men" markalı qara rəngli təzyiq ölçən aparat qabı ilə birlikdə, 01 ədəd ədəd qabı ilə birlikdə “Philips” markalı tük təmizləyən aparat, 02 ədəd ağ və göy rəngli "Vitek" markalı saç feni, 01 ədəd “Casio” markalı və 01 ədəd markasız saç üçün ütü feni, 01 ədəd "Philips" markalı par ütüsü, 01 ədəd “Velform” markalı masaj aparatı, 01 ədəd “Philips” markalı paltar ütüsü, 01 ədəd "Scarlet" markalı saçkəsən aparat, 01 ədəd qara rəngli "Genius" markalı səs gücləndirici, 01 ədəd üzərində "London" sözü yazılmış açıq sarı rəngli pul qabı, 01 ədəd parlaq göy rəngli, 01 ədəd qırmızı rəngli, 01 ədəd üzərində qaşlar olan qara rəngli, 01 ədəd parlaq gümüşü rəngli, 01 ədəd parlaq qara rəngli, 01 ədəd üzərində qaşlar olan boz rəngli markasız qadın çantaları, 01 ədəd Şahid15 məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd Ülkər Yaqubovaya məxsus "Acsess" bank kartı, 01 ədəd Ülkər Yaqubovaya məxsus "Beynəlxalq Bank" tərəfindən verilmiş məxfi məlumatların qeyd olunduğu sənədin surəti, 01 ədəd "Katv 1"-ə məxsus kart, 01 ədəd ağ rəngli qadın pencəyi, 01 ədəd ağ rəngli və 01 ədəd qara rəngli ətək, 01 ədəd göy rəngli uşaq cinsi, 01 ədəd qadın üçün cins şalvar, 24 ədəd müxtəlif formalı və rəngli bijuteriya qadın üzükləri, 02 ədəd gümüşü rəngli bijuteriya kişi üzüyü, 42 ədəd müxtəlif forma və rəngli bijuteriya qadın sırğaları, 16 ədəd müxtəlif fomalı və rəngli saç yığılması üçün nəzərdə tutulmuş saç bəzək əşyası, 08 ədəd müxtəlif formalı və rəngli paltar bəzək əşyası, 37 ədəd müxtəlif formalı və rəngli bijuteriya qadın qolbaqları, 21 ədəd müxtəlif formalı və rəngli bijuteriya qadın klonları, 25 ədəd müxtəlif formalı və rəngli bijuteriya qadın boyunbağıları, 2 dəst bijuteriya qadın sıra və üzükləri, 01 ədəd yaşıl rəngli dini təsbeh, 01 ədəd “Emporio Armani" markalı qol saatına məxsus qutu və içərisində 649 AZN yazısı olan kiçik kağız parçası, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd vint açan, 01 ədəd dəmir kəsən mişar, 01 ədəd açar, 01 ədəd kəlbətin, 01 ədəd özü yığılan açar, 01 ədəd parçadan boz rəngli papaqlı üst geyimi, 01 ədəd hərbi formalı papaq, 01 ədəd qara rəngli üzərinə "Azerbaijan” sözləri yazılmış papaq, 01 cüt ağ rəngli parça əlcək, 01 ədəd qara rəngli barmaqları olmayan parça və dəri materiallı əlcək, 01 adəd qara rəngli parça materiallı əlcək, 01 ədəd qapı kilidini sındırmaq üçün nəzərdə tutulmuş xüsusi formada hazırlanmış alət götürülərək protokola əlavə olundu. Cinayət işinin İ cildinin 115-ci vərəqində olan “Tutma haqqında” 09 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 133-cü vərəqində olan “Şübhəli şəxsin MSY-dən azad etmə haqqında” 10 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 161-165-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-921/2020 saylı qərarımdan görünür ki, vəsatət və təqdimatın qismən təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 06 noyabr 2020-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 09 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınmaqla onun həbsdə saxlanılması 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə müəyyən edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 176-cı vərəqində olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X10 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İ cildinin 176-cı vərəqində olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X12 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İ cildinin 189-192-ci vərəqəsində olan “Baxış keçirilməsi barədə” 12 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə saat 09:00-da Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi ev 9 mənzil 16 ünvanına baxış keçirilmişdir. ünvan 28 yerləşən evin giriş qapısının kilidini kəlbətin və vintaçan alətlə sındırıb evə qanunsuz daxil olunaraq mənzildəki otaqlardan oğurluq edilmişdir. Cinayət işinin İİ cildinin 5-6-cı vərəqələrində olan “Götürmə aparılması haqqında” 14 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğurladığı bir sıra əşyaları tutulan zaman Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Kənan Məmmədzadə tərəfindən götürülmüşdür. Odur ki, hazırda müstəntiq Kənan Məmmədzadədə olan 5 ədəd müxtəlif formalı və ölçülü bijuteriya qadın boyunbağıları, 2 ədəd qara və qırımızı rəngli bijuteriya üzük, 1 ədəd göy rəngli bijuteriya qadın qolbağı, 01 ədəd klon, 01 ədəd paltar bəzək əşyası, 01 ədəd qızılı rəngli qapaqlı kompas, 02 ədəd müxtəlif formalı və rəngli bijuteriya qadın sırğaları, 01 ədəd komplekt üzük və sırğa, 6 ədəd müxtəlif formalı və rəngli qadın üçün saç bəzək əşyası, 01 ədəd “Laperia”, 01 ədəd “Faberlic”, 01 ədəd “Chand”, 01 ədəd “Stayn Alive”, 01 ədəd “Dior”, 01 ədəd “Em Micalef”, 01 ədəd “Gucci Bloom”, 01 ədəd “Yas”, 01 ədəd “X24”, 01 ədəd “Ramon Molvizar” markalı və 01 ədəd markasız qadın ətiri, 02 ədəd “Tissot”, 01 ədəd “Poamer” və 01 ədəd “Vintex” markalı qadın qol saatları, 01 ədəd qara rəngli “Dior” markalı və 01 ədəd qara rəngli “Millionaire” markalı qadın gün eynəkləri, 01 ədəd qara rəngli “Sony” markalı video çəkən aparat, 01 ədəd “Velform” markalı masaj aparatı, 01 ədəd ədəd qabı ilə birlikdə “Philips” markalı tük təmizləyən aparat, 01 ədəd “Vivet” markalı tük təmizləyən aparat, 01 ədəd parlaq göy rəngli, 01 ədəd qırmızı rəngli, 01 ədəd üzərində qaşlar olan qara rəngli, 01 ədəd üzərində qaşlar olan boz rəngli markasız qadın çantaları götürülmüşdür. Cinayət işinin İİ cildinin 13-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 3/795 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizmin bir hissəsinin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr vardır. Silindrik mexanizmin üzərində olan zədələrin yerləşmə sahəsinə, forma və istiqamətinə əsasən onlar kəlbətin tipli predmetlə qanrılaraq sındırılması nəticəsində yarana bilər. Bu cür zədələr yaratmaqla silindrik mexanizmi açmaq mümkündür. Təqdim edilmiş silindrik mexanizmin bir hissəsinin açar oyuğunda kənar predmetə xas olan iz və zədələr yoxdur. Təqdim edilmiş silindrik mexanizmin bir hissəsi təqdim edilmədiyindən və iki hissəyə bölündüyündən “tədqiqata təqdim edilmiş açarlar qeyd edilən kilitə məxsusdurmu” sualına cavab vermək mümkün olmadı. Tədqiqata təqdim edilmiş dörd ədəd açarın üzərində iz və zədələr aşkar edilmədi. Cinayət işinin İİ cildinin 24-26-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal raonu, H.B.Zərdab küçəsi, ev 41, mənzil 63-dür. Mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil 3 otaq, mətbəx, sanitar qovşağından ibarətdir və ümumi sahəsi 65 kv.mdir. Mənzilin giriş qapısı seyf qapıdandır və qapıdan daxil olduqda dəhliz mövcuddur. Cinayət işinin İİ cildinin 97-98-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, mənzilin giriş qapısı dəmir materialdandır. Qapının üzərində heç bir zədələnmə aşkar edilmir. Mənzilin girişində dəhliz, sonra isə geniş qonaq otağı vardır. Cinayət işinin İİ cildinin 159-162-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 29 ünvanında baş vermişdir. Mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısı dəmir metaldandır. Mənzildə 3 otaq, 1 mətbəx və sanitar qovşaq mövcuddur. Mənzilin giriş qapısı dəhlizə açılır. Qonaq otağından yataq otağına qapı açılır. Giriş qapısından solda mətbəx yerləşir. Cinayət işinin İİİ cildinin 6-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 30 ünvanında yerləşir. Həmin ünvan 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşir. Mənzilin dəmir qapısı dəmir seyf qapıdır. Tünd zoğalı rəngdədir. Mənzil 3 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarətdir. Cinayət işinin İİİ cildinin 110-111-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən yaşayış binasının 5-ci mərtəbəsidir. Mənzil özü 2 mərtəbədən ibarətdir. 3 otaqlıdır. Mənzil yaşayış üçün nəzərdə tutulmuşdur. Cinayət işinin İİİ cildinin 173-174-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 32 ünvandır. Mənzil 5 mətəbəli binanın 3-cü mərtəbəsndə yerləşir. Girişdə hər mərtəbədə iki mənzil olmaqla sözü gedən mənzil sol tərəfdədir. Cinayət işinin İİİ cildinin 201-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin15 iyul 2020-ci il tarixli, 3/7057 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizm nasaz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararsızdır. Silindrik mexanizmin daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Lakin, silindrik mexanizmin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr olmuşdur. Silindrik mexanizmin üzərində olan zədələrin yerləşmə sahəsinə, forma və istiqamətinə əsasən onlar kəlbətin tipli predmetlə qanrılaraq sındırılması nəticəsində yarana bilər. Bu cür zədələr yaratmaqla silindrik mexanizmini açmaq mümkünür. Təqdim edilmiş silindrik mexanizm taxma qıfıldan ayrılmadığı və onun tərkib hissəsi olduğu halda, taxma qıfılın bütün hissələri ilə birlikdə təqdim edildiyi zaman taxma qıfılın daxilndə olan bağlayıcı mexanizmin vəziyyətinə dair (açıq və ya bağlı olması) tədqiqatın aparılması mümkündür. Taxma qıfılın konstruktiv xüsusiyyətlərinə görə onun silindrik mexanizmi taxma qıfıldan qıfılın bağlayıcı mexanizmi açıq olduğu halda ayrılır. Cinayət işinin İİİ cildinin 238-239-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 12 may 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən obyekt Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Mir Cəlal küçəsi, ev 36, 42 saylı mənzildir. Həmin mənzil beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısı tünd göy rəngdə olub dəmir metaldandır. Giriş qapısnın kilid açarı naməlum şəxs tərəfindən sındırılmış və içəriyə daxil olunmuşdur. Cinayət işinin İV cildinin 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 6 iyul 2020-ci il tarixli, 9/1369 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6780,00 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında ətraflı məlumat (modeli, istehsal ili, texniki göstəriciləri, texniki vəziyyəti və s.) olmadını üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin İV cildinin 56-57-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 15 mart 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yeri ünvan 33 ünvanıdır. Həmin mənzil beş mərtəbəli binaının dördüncü mərtəbəsində yerləşir. Mənzilin giriş qapısı dəmir metaldandır. Giriş qapısının kilid açarı naməlum şəxs tərəfindən sındırılmışdır və içəriyə qanunsuz daxil olunmuşdur. Cinayət işinin İV cildinin 132-133-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə baş vermiş mənzilin giriş qapısının daxili qıfılı sındırılmışdır. Mənzil 2 otaq və 1 mətbəxdən ibarətdir. Cinayət işinin V cildinin 125-126-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Binəqədi rayonu, Z.Bünyadov 23, məznil 31 ünvanıdır. Giriş qapısının aşağı açarı sındırılmış vəziyyətdədir. Giriş qapısı ağ rəngli boya ilə boyanmışdır. Mənzil 3 otaqdan ibarətdir, evin döşəməsi taxtadandır. Cinayət işinin V cildinin 249-251-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3275 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 37 adda malların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 813,00 manat müəyyən edilir. Digər 1 adda üzərində markalanmasına dair heç məlumat olmayan, ətirin 80%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir. Cinayət işinin Vİ cildinin 2-8-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21/203R nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs adına olan əl əksləri (daktiloskopik xəritəsi) tam və aydın şəkildə əks olunduğundan müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. 2. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ünvan 35 ünvanında X4 mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. 3. xx.xx.2020-ci il tarixdə ünvan 36 ünvanında yerləşən X6 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. 4. xx.xx.2020-ci il tarixdə ünvan 37 ünvanında yaşayan Zərərçəkmiş şəxs7 mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs əl- barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. 5. xx.xx.2020-ci il tarixdə ünvan 38 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. 6. xx.xx.2020-ci il tarixdə ünvan 28 Zərərçəkmiş şəxs3 Aydınovanın mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin Vİ cildinin 20-21-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin Vİ cildinin 31-42-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(003)-123/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində 1 (bir) il 11 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün hissəsinin Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 11 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzaçəkmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin Vİ cildinin 64-103-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 16 mart 2021-ci il tarixli qərardan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Şahid8 təqdim etdiyi alqı-satqıya dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona satılmış iki ədəd “Samsung” markalı televizorların alınması ilə bağlı yazılı qeydlər aparılmış vərəqə, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi qara rəngli çanta, həmin çantanın içərisində olan 3 ədəd vintaçan, 1 ədəd dəmir kəsən mişar, 3 ədəd kilid qırmaq üçün xüsusi hazırlanmış alət, 1 ədəd əl fənəri, 2 ədəd özü açılan açar, 1 ədəd kəlbətin, 1 ədəd iki tərəfli açar, 1 cüt ağ-qara rəngli əlcəyin maddi sübut kimi tanınması və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, telefon alqı-satqısı mağazasında işləyən Şahid13 könüllü surətdə 05 və 29 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Şahid15 məxsus şəxsiyyət vəsiqəsinə əsasən, ondan bir ədəd Tenda-F300 modelli 61484986 nömrəli Modem və “Samsung HP305V5” markalı notbuk alması və bu barədə sonuncunun şəxsiyyət vəsiqəsinin surəti, vərəqlərdə Təqsirləndirilən şəxs həmin əşyaları satmasına dair yazılı qeydlərin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Şahid14 könüllü surətdə təqdim etdiyi bir ədəd “Modem Tend”-300 markalı aparatın maddi sübut kimi tanınması, Zərərçəkmiş şəxs3 evinə keçirilmiş baxış zamanı mənzilin giriş qapısının silindrik mexanizminin bir hissəsinin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr aşkar edildiyindən həmin kilidin maddi sübut kimi tanınması və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs tərəfindən Şahid10 satılmış əşyaya dair təqdim edilmiş Şahid15 şəxsiyyət vəsiqəsinin surəti və vərəqədə yazılı qeydin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Şahid3 əri Təqsirləndirilən şəxs oğurladığı əşyaların bir qismini könüllü olaraq təhvil verdiyi bir ədəd “Salvador Dali” duxunu, 1 ədəd “Şanel” duxunu, 2 ədəd Ərəb istehsallı duxunu, 1 ədəd lodka formalı duxunu, 1 ədəd İngiltərə istehsallı duxunu, 1 ədəd “Nina Ricic” qara flakon duxunu, 2 ədəd günəş eynəklərini, 7 ədəd saç üçün sancaqları, 1 ədəd sinə sancağını, 1 ədəd kompası, 3 ədəd qol saatını, 1 ədəd epilyatoru, 1 ədəd “İfsenloran” əl çantası, 1 ədəd qara rəngli əl çantasını, 1 ədəd qaşlı əl çantası, 1 ədəd zinət əşyaları üçün çantanı, 1 ədəd “Cuci” lasionu, 1 ədəd “Emiraldo” duxunu, 1 ədəd qızılı duxunu, 1 ədəd anetis sırğanı, 1 ədəd gümüş komplekt (sırğa və üzüyü), 1 ədəd komplekt firuzə qaşlı qolbağ və boyunbağını, 1 ədəd firuzə qaşlı boyunbağını, 1 ədəd rəngli daşlarla olan boyunbağını, 1 ədəd natural daşlı klonu, 1 cüt firuzə qaşlı sırğanı, 1 cüt ametis sırğa və 1 ədəd qara əl çantasını Zərərçəkmiş şəxs3, bir ədəd “Dkny” markalı ağ metaldan olan dəmir sepli qol saatının Zərərçəkmiş şəxs1, bir ədəd ağ rəngli qolbağın, bir ədəd sarı metaldan olan saatın, bir dəst sırğa üzüyün, bir ədəd sırğanın, bir ədəd muncuqlu qolbağın Zərərçəkmiş şəxs8 məxsus olduğundan həmin əşyalar eləcə də 01 ədəd Şahid15 məxsus şəxsiyyət vəsiqəsinin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-846/2022 saylı qərarından görünür ki, təqdimat və ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsi və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(003)-123/2020 nömrəli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin məhkumluğun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), cəza çəkməsinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.). İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılması zamanı Şahid8 təqdim etdiyi alqı-satqıya dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona satılmış iki ədəd “Samsung” markalı televizorların alınması ilə bağlı yazılı qeydlər aparılmış vərəqə, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd CD disk, telefon alqısatqısı mağazasında işləyən Şahid13 könüllü surətdə 05 və 29 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Şahid15 məxsus şəxsiyyət vəsiqəsinə əsasən, ondan bir ədəd Tenda-F300 modelli 61484986 nömrəli Modem və “Samsung HP305V5” markalı notbuk alması və bu barədə sonuncunun şəxsiyyət vəsiqəsinin surəti, vərəqlərdə Təqsirləndirilən şəxs həmin əşyaları satmasına dair yazılı qeydlər, Təqsirləndirilən şəxs tərəfindən Şahid10 satılmış əşyaya dair təqdim edilmiş Şahid15 şəxsiyyət vəsiqəsinin surəti və vərəqədə yazılı qeyd cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi qara rəngli çanta, həmin çantanın içərisində olan 3 ədəd vintaçan, 1 ədəd dəmir kəsən mişar, 3 ədəd kilid qırmaq üçün xüsusi hazırlanmış alət, 1 ədəd əl fənəri, 2 ədəd özü açılan açar, 1 ədəd kəlbətin, 1 ədəd iki tərəfli açar, 1 cüt ağ-qara rəngli əlcək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - Şahid3 əri Təqsirləndirilən şəxs oğurladığı əşyaların bir qismini könüllü olaraq təhvil verdiyi bir ədəd “Salvador Dali” duxunu, 1 ədəd “Şanel” duxunu, 2 ədəd Ərəb istehsallı duxunu, 1 ədəd lodka formalı duxunu, 1 ədəd İngiltərə istehsallı duxunu, 1 ədəd “Nina Ricic” qara flakon duxunu, 2 ədəd günəş eynəklərini, 7 ədəd saç üçün sancaqları, 1 ədəd sinə sancağını, 1 ədəd kompası, 3 ədəd qol saatını, 1 ədəd epilyatoru, 1 ədəd “İfsenloran” əl çantası, 1 ədəd qara rəngli əl çantasını, 1 ədəd qaşlı əl çantası, 1 ədəd zinət əşyaları üçün çantanı, 1 ədəd “Cuci” lasionu, 1 ədəd “Emiraldo” duxunu, 1 ədəd qızılı duxunu, 1 ədəd anetis sırğanı, 1 ədəd gümüş komplekt (sırğa və üzüyü), 1 ədəd komplekt firuzə qaşlı qolbağ və boyunbağını, 1 ədəd firuzə qaşlı boyunbağını, 1 ədəd rəngli daşlarla olan boyunbağını, 1 ədəd natural daşlı klonu, 1 cüt firuzə qaşlı sırğanı, 1 cüt ametis sırğa və 1 ədəd qara əl çantası Zərərçəkmiş şəxs3, bir ədəd “Dkny” markalı ağ metaldan olan dəmir sepli qol saatının Zərərçəkmiş şəxs1, bir ədəd ağ rəngli qolbağın, bir ədəd sarı metaldan olan saatın, bir dəst sırğa üzüyün, bir ədəd sırğanın, bir ədəd muncuqlu qolbağın Zərərçəkmiş şəxs8 və 01 ədəd şəxsiyyət vəsiqəsinin Şahid15 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 evinə keçirilmiş baxış zamanı mənzilin giriş qapısının silindrik mexanizminin bir hissəsinin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr aşkar edildiyindən həmin kilid qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddialara gəldikdə isə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs13 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 935,00 manat məbləğində, mənəvi zərərə görə 15000,00 manat məbləğində pulun və ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun əvəzinin Təqsirləndirilən şəxs, 10000,00 manat məbləğində pulun isə oğurluq malı alıb-satan mağazanın satıcısı X7 onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 15000.00 manat hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə, həmçinin iddia tələbinin X7 10000.00 manat məbləğində pulun Zərərçəkmiş şəxs13 xeyrinə tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, X17 hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs, yəni mülki cavabdeh hesab edilə bilməz. Bundan başqa, cinayət işinin Vİ cildinin 230-cu vərəqində olan xx.xx.2020-ci il tarixli qəbzlə müəyyən edilir ki, Zərərçəkmiş şəxs13 bir ədəd Tenda markalı modem qurğusunu müstəntiqdən təhvil almışdır. Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə, hazırki iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs13 uzun müddət həyata keçirdiyi elmi-pedoqoji fəaliyyətinin nəticələri olan tədqiqat işlərinin əks olunduğu noutbuk və yaddaş kartlarının oğurlanmasını və hazırda həmin tədqiqat işlərinin bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində mülki iddiaçı Zərərçəkmiş şəxs13 mənəvi zərərin vurulması real görünür. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 935 (doqquz yüz otuz beş) manat maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs13 xeyrinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs8 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 10000,00 manat məbləğində və ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun əvəzinin Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin tədqiq edilmiş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 ümümlikdə 9760 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq edilmiş, dəymiş ziyandan 320 manat Zərərçəkmiş şəxs8 ödənilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 9.440 (doqquz min dörd yüz qırx) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 100 (yüz) iş saatına görə 600 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılması zamanı Şahid8 təqdim etdiyi alqı-satqıya dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona satılmış iki ədəd “Samsung” markalı televizorların alınması ilə bağlı yazılı qeydlər aparılmış vərəqə, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd CD disk, telefon alqısatqısı mağazasında işləyən Şahid13 könüllü surətdə 05 və 29 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Şahid15 məxsus şəxsiyyət vəsiqəsinə əsasən, ondan bir ədəd Tenda-F300 modelli 61484986 nömrəli Modem və “Samsung HP305V5” markalı notbuk alması və bu barədə sonuncunun şəxsiyyət vəsiqəsinin surəti, vərəqlərdə Təqsirləndirilən şəxs həmin əşyaları satmasına dair yazılı qeydlər, Təqsirləndirilən şəxs tərəfindən Şahid10 satılmış əşyaya dair təqdim edilmiş Şahid15 şəxsiyyət vəsiqəsinin surəti və vərəqədə yazılı qeyd cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi qara rəngli çanta, həmin çantanın içərisində olan 3 ədəd vintaçan, 1 ədəd dəmir kəsən mişar, 3 ədəd kilid qırmaq üçün xüsusi hazırlanmış alət, 1 ədəd əl fənəri, 2 ədəd özü açılan açar, 1 ədəd kəlbətin, 1 ədəd iki tərəfli açar, 1 cüt ağ-qara rəngli əlcək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Şahid3 əri Təqsirləndirilən şəxs oğurladığı əşyaların bir qismini könüllü olaraq təhvil verdiyi bir ədəd “Salvador Dali” duxunu, 1 ədəd “Şanel” duxunu, 2 ədəd Ərəb istehsallı duxunu, 1 ədəd lodka formalı duxunu, 1 ədəd İngiltərə istehsallı duxunu, 1 ədəd “Nina Ricic” qara flakon duxunu, 2 ədəd günəş eynəklərini, 7 ədəd saç üçün sancaqları, 1 ədəd sinə sancağını, 1 ədəd kompası, 3 ədəd qol saatını, 1 ədəd epilyatoru, 1 ədəd “İfsenloran” əl çantası, 1 ədəd qara rəngli əl çantasını, 1 ədəd qaşlı əl çantası, 1 ədəd zinət əşyaları üçün çantanı, 1 ədəd “Cuci” lasionu, 1 ədəd “Emiraldo” duxunu, 1 ədəd qızılı duxunu, 1 ədəd anetis sırğanı, 1 ədəd gümüş komplekt (sırğa və üzüyü), 1 ədəd komplekt firuzə qaşlı qolbağ və boyunbağını, 1 ədəd firuzə qaşlı boyunbağını, 1 ədəd rəngli daşlarla olan boyunbağını, 1 ədəd natural daşlı klonu, 1 cüt firuzə qaşlı sırğanı, 1 cüt ametis sırğa və 1 ədəd qara əl çantası Zərərçəkmiş şəxs3, bir ədəd “Dkny” markalı ağ metaldan olan dəmir sepli qol saatının Zərərçəkmiş şəxs1, bir ədəd ağ rəngli qolbağın, bir ədəd sarı metaldan olan saatın, bir dəst sırğa üzüyün, bir ədəd sırğanın, bir ədəd muncuqlu qolbağın Zərərçəkmiş şəxs8 və 01 ədəd şəxsiyyət vəsiqəsinin Şahid15 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 evinə keçirilmiş baxış zamanı mənzilin giriş qapısının silindrik mexanizminin bir hissəsinin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr aşkar edildiyindən həmin kilid qanuni sahibinə qaytarılsın. İş üzrə ekspertiza xərci 171,00 (yüz yetmiş bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs13 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 935 (doqquz yüz otuz beş) manat maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs13 xeyrinə ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs8 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 9.440 (doqquz min dörd yüz qırx) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs8 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 100 (yüz) iş saatına görə 600 (altı yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-19/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-19/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver