Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-19/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, subay, Hacıqabul rayonunun Nəvai kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.1, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən dələduzluq etmiş və insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrarən soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyun 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «3-cü Mikrorayon Dairəsi» yaxınlığında yerləşən «Bomonti» kafesinin qarşısında saxlanmış, Zərərçəkmiş şəxs8 məxsus 1.500 manat dəyərində olan «Tufan M50» markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 avqust 2022-ci il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs19 ilə yemək yemək məqəsədilə ünvan 2 ünvanında yerləşən “The Garden” adlı restorana gəlib, sonuncunun özünə məxsus 3.000 manat dəyərində olan “İphone 13 pro” markalı mobil telefonu masanın üzərinə qoyub sanitar qovşağına getməsindən istifadə edərək həmin mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 3000 (üç min) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 özünə məxsus, 1.000 manat dəyərində “İphone 11 Pro Max” markalı mobil telefonunu satmasını bilib onunla telefon əlaqəsi yaradaraq telefonu almaq istədiyini bildirib, onu 17 noyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən “Obed 50 qəpik” çay evinə dəvət etmiş, orada telefonu yoxlamaq adı ilə Zərərçəkmiş şəxs9 alıb yoxlamış və qardaşına zəng vurmaq istədiyini deyərək telefonla danışa-danışa çay evindən çıxaraq uzaqlaşmaqla Zərərçəkmiş şəxs9 məxsus “İphone 11 Pro Max” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs9 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs7 özünə məxsus 950 manat dəyərində “İphone 12” markalı telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, 19 noyabr 2022-ci il tarixdə saat 19 radələrində ona zəng vuraraq telefonu almaq istədiyini yalandan bidirib, onu ünvan 4 ünvanında yerləşən “Limon” çay evinə dəvət edib onunla həmin günü saat 20:40-da görüşərək telefonu işləməsini yoxlamaq adı ilə ondan alıb çəkiliş etməyə başlamış və Zərərçəkmiş şəxs7 diqqətinin yayınmasından istifadə edib çay evindən çölə çıxıb uzaqlaşaraq sonuncuya məxsus “İphone 12” markalı telefonunu ələ keçirib Zərərçəkmiş şəxs7 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs20 özünə məxsus 1.400 manat dəyərində “İphone 12 pro” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, 03 dekabr 2022-ci il tarixdə ona zəng vuraraq telefonu almaq istədiyini yalandan bildirib, saat 15 radələrində onunla Yasamal rayonu. Z.Xəlilov küçəsində yerləşən “Ceviz” restoranında görüşdükdən sonra telefona baxıb yoxlamaq adı ilə alıb Zərərçəkmiş şəxs20 diqqətinin yayınmasından istifadə edərək restorandan çıxıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs20 1.400 (min dörd yüz) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs11 məxsus 1.950 manat dəyərində “İphone 13 Pro” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs11 qohumu Şahid10 ilə telefon əlaqəsi saxlayıb, onunla Xətai rayonu, «Əhmədli» metrosunun yaxınlığında yerləşən «Paris» adlı kafedə görüşərək, güya telefona baxıb yoxladıqdan sonra nömrə taxmaq adı ilə sonuncunu aldadaraq kafedən çıxıb uzaqlaşmaqla zərərçəkmiş şəxs .Zərərçəkmiş şəxs11 ümumilikdə 1.950 (min doqquz yüz əlli) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs13 özünə məxsus 1.500 manat dəyərində “İphone 12 Pro max” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, 03 yanvar 2023-cü il tarixdə onunla əlaqə saxlayıb saat 18 radələrində ünvan 5 ünvanında yerləşən “Kapitan” adlı kafeyə dəvət etmiş və orada telefonu alacağına yalandan vəd verib aldadaraq mobil telefonu ondan alıb telefonun «Vi-fi»sini yoxlamaq adı ilə həmin kafedən çölə çıxıb oradan uzaqlaşmaqla ələ keçirib Zərərçəkmiş şəxs13 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq elmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs15 özünə məxsus 1.600 manat dəyərində “İphone 12 Pro max” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, xx.xx.2023-ci il tarixdə onunla əlaqə saxlayıb saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 3007 ünvanda yerləşən «Lokma» adlı kafeyə dəvət etmiş və orada telefonu alacağına yalandan vəd verib aldadaraq mobil telefonu ondan alıb telefonun «Vi-fi»sini yoxlamaq adı ilə həmin kafedən çölə çıxıb oradan uzaqlaşmaqla ələ keçirib Zərərçəkmiş şəxs15 1.600 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə «Tap az» saytında Zərərçəkmiş şəxs21 özünə məxsus 1.600 manat dəyərində “İphone 12 Pro” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, 27 yanvar 2023-cü il tarixdə onunla əlaqə saxlayıb saat 17 radələrində onu «Xırdalan Dairəsi»nə dəvət edib, orada yerləşən «Mars Market»in üstündəki çay evində görüşüb, orada telefonu alacağına yalandan vəd verib aldadaraq mobil telefonu ondan alıb çay evinin sahibindən «Vi-fi» kodunu öyrənmək adı ilə həmin çay evindən çölə çıxıb oradan uzaqlaşmaqla həmin mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs21 1.600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə «Tap az» saytında Zərərçəkmiş şəxs6 özünə məxsus 1.400 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb, xx.xx.2023- ci il tarixdə onunla əlaqə saxlayıb saat 15 radələrində onu Nəsimi rayonu, S.Vurğun küçəsi 192B ünvanda yerləşən «LaLiga» adlı çay evinə dəvət edib görüşərək orada telefonu alacağına yalandan vəd verib aldamış və mobil telefonu ondan alıb kafenin sahibindən «Vi-fı» kodunu öyrənmək adı ilə həmin çay evindən çölə çıxıb oradan uzaqlaşmaqla mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs6 1.400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs18 özünə məxsus 1.450 manat dəyərində “Apple 12 Pro Max" markalı mobil telefonu satması barədə elan yerləşdirdmiş və telefonu satmaq üçün «NN Telekom» telefon mağazasına vermiş, Təqsirləndirilən şəxs həmin mağazanın satıcısı X8 ilə xx.xx.2023-ci il tarixdə onunla əlaqə telefon əlaqəsi saxlayıb saat 19 radələrində onu Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “X17 Club” adlanan kompüter salonuna dəvət edib, onunla görüş zamanı telefonu almaq niyyətində olduğunu yalandan vəd verib aldadaraq telefonu baxmaq adı ilə almış və və Samir Eyvazovun namaz qılmaq üçün otaqdan çıxmasından istfadə edərək kompüter salonundan çölə çıxıb oradan uzaqlaşmaqla mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs18 1.450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap az» saytında X9 özünə məxsus 1.800 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb xx.xx.2023-ci il tarixdə onunla əlaqə telefon əlaqəsi saxlayıb saat 18 radələrində onu ünvan 7 ünvanında yerləşən "Möhtəşəm Məkan” adlanan restorana dəvət edib, onunla görüş zamanı telefonu almaq niyyətində olduğunu bidirib, telefonu baxmaq üçün ondan almış və «Vi-fi» aparatına qoşulmasını yoxlamaq adı ilə həmin çay- evindən çölə çıxıb uzaqlaşmaqla mobil telefonu ələ keçirib zərərçəkmiş şəxs X13 1.800 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap az» saytında Zərərçəkmiş şəxs10 özünə məxsus 950 manat dəyərində “İphone 11 Pro Max” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb xx.xx.2023-cü il tarixdə onunla telefon əlaqəsi saxlayıb saat 15 radələrində onu Nərimanov rayonu, Əhməd Rəcəbli yerləşən “Fanatik Plastation” adlanan kluba dəvət edib, telefonu almaq niyyətində olduğunu bidirib, telefonu baxmaq üçün ondan almış və «Vi-fi» aparatına qoşulmasını yoxlamaq adı ilə həmin klubdan çölə çıxıb uzaqlaşmaqla mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs10 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Lalafo az» saytında Zərərçəkmiş şəxs4 özünə məxsus 2.700 manat dəyərində “İphone 11 Pro” markalı mobil telefonu satması barədə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürüb xx.xx.2023- ci il tarixdə onunla telefon əlaqəsi saxlayıb saat 19 radələrində onu Yasamal rayonu, «Elmlər Akademiyası» metrosunun yaxınlığında yerləşən B.Vahabzadə küçəsi 14 ünvanında yerləşən «MEDO” çay evinə dəvət edib, telefonu almaq niyyətində olduğunu yalandan bidirib onu inandıraraq, telefonu baxıb yoxlatmaq üçün ondan almış və kiməsə zəng vuraraq danışadanışa çay evindən çölə çıxıb uzaqlaşmaqla 2700 manat dəyərində mobil telefonu və həmin telefonun üzərində olan 55 manat dəyərində telefon qabını, 5 manat dəyərində telefonun qoruyucu üzlüyünü, balansında 3 manat pul olan 20 manat və balansında pul olmayan 5 manat dəyərində mobil telefon kartlarını ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümmilikdə 2.788 manat ziyan vurmaqla təkrarən dələduzluq elmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs14 «Tap.az» saytında özünə məxsus 2.000 manat dəyərində “İphone 13 Pro Max” markalı telefonunu satmaq məqsədilə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürərək 05 aprel 2023-cü il tarixdə ona zəng edib telefonu almaq istədiyiyni bildirib, həmin gün saat 17 radələrində onu ünvan 8 ünvanında yerləşən “Faxralı” kafesinə dəvət edib onunla qiymətdə razlaşdıqdan sonra sonuncunun içdikləri çayın pulunu vermək üçün masadan uzaqlaşmasından istifadə edib, sonuncuya məxsus “İphone 13 Pro Max” markalı telefonunu gizli olaraq ələ keçirib, kafedən çıxıb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs14 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 «Tap.az» saytında özünə məxsus 2675 manat dəyərində “İphone 13 Pro Max” markalı telefonunu satmaq məqsədilə yerləşdirdiyi elandan onun telefon nömrəsini götürərək 14 aprel 2023-cü il tarixdə ona zəng edib telefonu almaq istədiyiyni bildirib, həmin gün saat 19 radələrində onu ünvan 9 ünvanında yerləşən “Nar” kafesində kafesinə dəvət edib onunla qiymətdə razlaşdıqdan sonra telefonu Cavid 17 ünvanında yerləşən “Nar” kafesində “İphone 13 Pro Max” markalı telefonunu danışmaq adı ilə ondan alıb həmin kafedən çölə çıxıb uzaqlaşaraq “İphone 13 Pro Max” markalı telefonu ələ keçirib Zərərçəkmiş şəxs12 2.675 (iki min altı yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Nəriman” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs16 “Tap.az” saytında özünə məxsus 2.500 manat dəyərində «İphone 14 Pro» markalı mobil telefonu satması barədə elan yerləşdirmiş, eyni zamanda həmin telefonu satmaq məqsədilə «TT Mobile» adlı telefon satışı mağazasına təhvil vermiş və Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə mağazaya zəng vuraraq telefonu almaq istədiyiyni bildirdiyi üçün həmin gün saat 15 radələrində mağazanın kuryeri Şahid13 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Üzüm” restoranına dəvət etmiş, orada Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan “Nəriman” adlı şəxs ilə birlikdə Şahid13 telefonu alıb «Wi-fi» internet şəbəkəsinə qoşulmaq adı Təqsirləndirilən şəxs restoranı tərk edib qaçdıqdan sonra “Nəriman” adlı şəxs mobil telefonun pulunu özü ödəyəcəyini Şahid13 bildirərək, onu inandıraraq küçəyə çıxdıqda sonra oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs16 2.500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə “Tap.az” sosial şəbəkəsində X3 özünə məxsus 2.000 manat dəyərində «Tufan M50» modelli mopedinin satılması üçün yerləşdirdiyi elanla bağlı sonuncuya 09 iyun 2023-cü il tarixdə saat 15:45 radələrində zəng edərək mopedi almaq istədiyini bildirərək mopedə baxmaq üçün Bakı şəhəri, Nizami rayonu, İİ.Əliyev pr. 172 ünvanda yerləşən «Bravo» hipermarkelin yanına dəvət etmiş və mopedi sürüb texniki vəziyyətini yoxlamış, sonra da oradan uzaqlaşmaqla ələ keçirib, Zərərçəkmiş şəxs17 2.000 (iki min) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq elmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Tap.az” sosial şəbəkəsində Zərərçəkmiş şəxs3 özünə məxsus 2.050 manat dəyərində «Tufan M50» modelli mopedinin satılması üçün yerləşdirdiyi elanla bağlı sonuncuya 18 iyun 2023-cü il tarixdə zəng vuraraq saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində onunla görüşüb ona məxsus 2.050 manat dəyərində «Tufan M50» markalı mopcdi sürüb yoxlamaq adı ilə ondan alaraq, həmin mopedlə oradan uzaqlaşaraq etibardan sui-istifadə etmə və aldatmaqla ələ keçirib həmin mopcdi 1100 manata sataraq Zərərçəkmiş şəxs3 2.050 manat ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 20 iyun 2023-cü il tarixdə saat 21 radələrində ünvan 11 ünvanın qarşısındakı yolun kənarında piyada səkisində quraşdırılmış skamyada əyləşib telefonla danışan Zərərçəkmiş şəxs2 arxadan yaxınlaşıb onun boyun nahiyəsinin arxa hissəsinə əli ilə zərbə endirərək onun həyalı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, Zərərçəkmiş şəxs2 əlində saxladığı, içərisində 23 manat pul, üzərində 10 manat dəyərində nömrə kartı, 30 manat dəyərində ekran qoruyucusu, 40 manat dəyərində kabura olan 2.930 manat dəyərində «İphone 13 Pro» markalı mobil telefon, 01 ədəd 170 manat dəyərində 100 ml «Trussardi» markalı ətir, 01 ədəd 10 manat dəyərində dodaq boyası olan 70 manat dəyərində HM markalı çəhrayı rəngli əl çantasını götürüb qaçaraq Zərərçəkmiş şəxs2 cəmi 3.283 (üç min iki yüz səksən üç) manat maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Tap.az” saytında Zərərçəkmiş şəxs22 özünə məxsus 1.400 manat dəyərində «Tufan M50» modelli mopedinin satılması üçün yerləşdirdiyi elanla bağlı sonuncuya 23 iyun 2023-cü il tarixdə zəng vuraraq saat 18 radələrində ünvan 12 ünvanında onunla görüşüb mopcdi sürüb yoxlamaq üçün ondan alıb aldadaraq, həmin mopedlə oradan uzaqlaşaraq etibardan sui-istifadə etmə və aldatmaqla ələ keçirib həmin mopedi cinayət yolu ilə əldə olunduğunu bilən X6 150 manata sataraq Zərərçəkmiş şəxs22 1.400 manat ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Tap.az” saytında Zərərçəkmiş şəxs1 özünə məxsus 1.750 manat dəyərində «İphone» markalı mobil telefonu satılması üçün yerləşdirdiyi elanla bağlı sonuncuya 12 avqust 2023-cü il tarixdə zəng edib telefonu almaq istədiyini bildirərək saat 14 radələrində ünvan 17anov rayonu, Ağa Nemətulla 68 ünvanda yerləşən «АA LUNCH karaoke» klubda görüşdükən sonra telefona alıb baxaraq funksiyalarını yoxlamış və «Vi-fİ»ni yoxlamaq adı ilə qəbul şöbəsinə kodu alacağını bildirib oradan çıxıb oradan uzaqlaşmaqla telefonu ələ keçirib, Zərərçəkmiş şəxs1 1.750 (min yeddi yüz əlli) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.1, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsindən keçib, bir qədər həmin ərazidə gəzişdikdən sonra həmin ərazidə yerləşən “Bomonti” kafesinin qarşısında qara rəngli üzərində “Tufan” yazısı olan mopedin dayandığını, mopedə yaxınlaşdıqda mopedin açarının üzərində olduğunu, daha sonra ətrafda heç kimin olmadığını görüb dərhal mopedə əyləşib, mühərriki işə salaraq sürüb oradan uzaqlaşmış və “8 Noyabr” metrostansiyasının yaxınlığına gəlmişdir. Arxasınca heç kimin gəlmədiyinə əmin olduqdan sonra mopedlə hərəkətini davam edərək, Qaradağ rayonu, Lökbatan dairəsinə gəlmiş və təxminən yarım saat orada olan köşklərdən birində çay içdikdən sonra daimi yaşadığı Ələt qəsəbəsinə sürüb getmişdir. Bundan sonra mopedi satmaq üçün 2 gün müştəri axtarmış, lakin sənədləri olmadığı üçün sata bilməmişdir. Bundan sonra isə həm mopedin yanacağı qurtardığı üçün, həm də satmaq üçün müştəri tapa bilmədiyi üçün onu ehtiyat hissələrinə ayıraraq, hissələrini bir neçə gün ərzində metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə ümumilikdə 170 manata satmışdır. Bundan başqa 09 avqust 2022-ci il tarixdə dostları ilə birlikdə “Malakan” bağında oturub söhbət etdikləri zaman həmin vaxt adının sonradan Hüseyn olduğunu bildiyi bir nəfər şəxs də yanlarına gəlmiş, o, tanışı olan və onlarla oturmuş Sahil adlı şəxsə “Əcəmidə yaşayan bir nəfər tanışı ilə Qarabağ futbol komandasının oyununa baxmağa getmiş, ona aid əşyaları əlində qalmaması üçün öz çantasında saxlamış, daha sonra isə onun əşyalarını qaytaran zaman öz şəxsiyyət vəsiqəsini də qaytardığını və indi həmin şəxsi tapa bilmədiyini” demişdir. Hüseynə “mən də Əcəmidə qalıram, gedək sənə tapmağa köməklik edərəm” demiş və birlikdə «Əcəmi» ərazisinə getmişlər, lakin həmin şəxsi soraq etsə də tapa bilməmişlər. Daha sonra Hüseyn 18-ci polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Hüseynlə ünsiyyətdə olan zaman onun «İphone 13 Pro» markalı mobil telefon işlətdiyini görmüş və həmin mobil telefonu oğurlayıb satmaq barədə qərara gəlmiş və bu səbəbdən də Hüseynə “gedək mənim tanışlarım var onalr vasitəsilə mobil telefonu tapa bilərik” demiş, birlikdə, Bakı Dövlət Universiteti ilə üzbəüzdə yerləşən “The Garden” kafesinə gələrək çay içmişlər. Kafedə olan zaman Hüseyn tualetə getmiş, yaranmış vəziyyətdən istifadə edib mobil telefonu götürüb cibinə qoyaraq kafedən çıxıb getmişdir. Mobil telefonu satmaq üçün “Əcəmi” metrostansiyasının yaxınlığına gəlib telefonu satmaq üçün təklif etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün götürməmişlər. Dükandan çıxan zaman üzdən tanıdığı, lakin adı, soyadı və ata adı yadında qalmayan tanışı ilə rastlaşmış, ona mobil telefonu satmaq istədiyini bildirmiş, o, “20 yanvar ərazisinə gedək bir nəfər gəlib telefona baxsın bəyənsə alacaq” demiş və birlikdə “20 yanvar” ərazisinə getmişlər. Orada bir nəfər kişi gəlib mobil telefona baxdıqdan sonra 300 manat verərək telefonu almışdır. Qeyd edir ki, Hüseyn mobil telefondan istifadə edərkən mobil telefonun menyusuna daxil olmaq üçün tətbiq edilmiş şifrəni gördüyü üçün telefonu oğurladıqdan sonra da iclouddan çıxmış, bu səbəbdən nə mobil telefonu alan tanımadığı şəxs, nə də ki, adını xatırlamadığı tanışın mobil telefonun oğurluq olması barədə məlumatları olmamışdır. Bundan başqa 17 noyabr 2022-ci il tarixdə “Elmlər Akademiyası” metrostansiyasında platformanın kənarında dayanıb qatar gözləyərkən 2 nəfər tanımadığı şəxsə yaxınlaşıb, onlara adının Kənan olduğunu və özünə məxsus telefonun oğurlandığını bildirmiş, həmin şəxslərdən biri özünü Atilla kimi, digəri isə Namizəd kimi təqdim etmiş, daha sonra həmin şəxslərə üzərində pul olduğunu və özünə yeni telefon almaq məqsədilə internetdə elan sayıtlarına daxil olub “İphone 11” markalı telefonlara baxması üçün onların telefonlarından istifadə etməyinə icazə vermələrini xahiş etmiş və daha sonra o, həmin şəxslərlə birlikdə vaqona əyləşib metronun “Ulduz” stansiyasına gedərkən həmin şəxslərdən biri, yəni Namizəd adlı şəxs özünə məxsus telefonla “tap.az” elan saytına daxil olmuş, onun istəyi ilə telefonlara baxmışlar. “Ulduz” metrostansiyasına çatıb metrodan çıxdıqdan sonra elan saytlarında yerləşdirilmiş telefonlara baxmağa davam edərək, orada olan elan sahiblərinə Namizəd adlı şəxsin telefon nömrəsi ilə zəng etməyə başlamışlar, lakin zəng etdikləri şəxslər uzaqda olduqları üçün Namizəd bildirmişdir ki, onun tanışı özünə məxsus “İphone 11 Pro Max” markalı telefonunu satır və həmin şəxslə danışıb maraqlana bilər. Onunla razılaşmış və ondan dostuna zəng edib telefona baxmaq üçün görüşməklərini xahiş etmişdir. Namizəd həmin şəxslə telefonla danışarkən həmin şəxs onları «Nizami» metrosunun yaxınlığına dəvət etmiş, lakin ora gedə bilmədikləri üçün onunla danışıb «28 May» metrostansiyasının yaxınlığında görüşmək barədə razılaşmışlar. Atilla və Namizəd rayona getməli olduqları üçün onunla gələ bilməyəcəklərini bildirmişlər, ona görə də onlardan telefonun sahibi olan Hüseynin nömrəsini götürüb yaxınlıqda yerləşən köşkdə kağıza yazıb, onlardan ayrılmışdır. Daha sonra yenidən «Ulduz» metro stansiyasına daxil olmuş, oradan isə “28 May” stansiyasına getmiş, ora çatdıqdan sonra isə tanımadığı şəxsə yaxınlaşıb dostuna zəng etmək üçün onun telefonundan istifadə etməyi xahiş etmiş, həmin şəxsin telefonu ilə kağızda qeyd etdiyi nömrəyə zəng edib Hüseynlə danışmış və olduğu yeri ona bildirmişdir. Daha sonra onunla metronun çıxışında görüşüb bir qədər söhbət eldikdən sonra həmin şəxs, yəni Hüseyn işə tələsdiyini bildirmiş və telefonu yoxlatmaq üçün yaxınlıqda olan mağazalardan birinə göstərməyi təklif etmişdir. Ona birlikdə çay içməyi və telefona baxmağı xahiş etmiş, Hüseyn də onunla razılaşmış və birlikdə Nəsimi rayonu ərazisində yerləşən “50 qəpik obed” restoranına getmişlər. Restoranda çay içdikdən sonra Hüseynə bildirmişdir ki, qardaşı ilə əlaqə saxlasın, o da yaxında olduğu üçün gəlsin telefona baxsın. Hüseyn də etiraz etməmiş, ondan əvvəlcə telefonun şifrəsini öyrənmiş və onu inandırmaq məqsədilə öz gödəkçəsini də oturduğu masanın arxasında qoyub restoranı tərk etmiş, daha sonra isə qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra isə həmin telefonu «28 May» metrosu yaxınlığında yerləşən telefon mağazalarından birində İlkin adlı satıcıya 350 manata satıb, pulunu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, 19 noyabr 2022-ci il tarixdə “28 May” metrostansiyası yaxınlığında tanımadığı şəxsə yaxınlaşıb zəng etmək üçün telefonundan istifadə etməyi xahiş etmiş, həmin şəxsin telefonu ilə dostu Cəmillə danışmış, daha sonra həmin şəxsdən birlikdə əyləşib çay içməyi xahiş etmiş, onunla birlikdə yaxınlıqda olan “Limon” çay evinə gedib, birlikdə əyləşib çay içərkən onun telefonundan istifadə edib “tap.az” elan saytına daxil olaraq orada olan telefon elanlarına baxmış, qarşısına çıxan “İphone 12” markalı 950 manat qiyməti olan ikinci əl telefonu satan Elvin adlı şəxsə zəng edib onunla danışmışdır. Həmin şəxs telefonda bir qədər aralıda olduğu üçün təxminən 1 saata «28 May» metrosu yaxınlığına gələcəyini bildirdiyi üçün həmin şəxsi gözləməli olmuş, təxminən saat 19:00 radələrində həmin şəxs “Limon” çay evinə gəlmiş, əyləşib bir qədər söhbət etdikdən sonra Elvin adlı şəxsə bildirmişdir ki, telefonu yaxınlıqda olan tanışı telefon ustasına göstərəcək. Elvin onunla razılaşdığı üçün, həmçinin onun əlində digər telefonla məşğul olmasından istifadə edib telefonu götürüb çay evini tərk edib, qaçaraq oradan uzaqlaşmışdır. Sonra “28 May” metrostansiyasına daxil olub “Memar Əcəmi” metrostansiyasına gedib, oradan çıxıb bibisigilin yaşadıqları ünvana gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən həmin mobil telefonu könüllü olaraq təhqiqata təqdim etmişdir. Bundan başqa, 19 noyabr 2022-ci il tarixdə «Tap.az» internet saytında bir nəfər şəxsin «İphone 12 pro» markalı mobil telefonu satmaq üçün elan yerləşdirdiyini görüb, həmin şəxsi aldadıb telefonu ondan almaq qərarına gəlib, bu məqsədlə həmin gün ona zəng vuraraq onunla telefonu 950 manata razılaşmış və onu Nəsimi rayonu, S.Rəhimov küçəsində yerdəşən «Limon» çay evinə dəvət etmiş, saat 20 radələrində onunla görüşüb, telefonu ondan alaraq sazlığını yoxlamış və çəkilişini yoxlamaq üçün çəkiliş aparmağa başlamış və telefon sahibinin diqqətinin yayınmasından istfadə edib çay evindən çıxaraq oradan uzaqlaşmışdır. Bundan başqa, 03 dekabr 2022-ci il tarixdə internetdə bir nəfər şəxsin «İphone 12 pro» markalı mobil telefonu satmaq üçün elan yerləşdirdiyini görüb, maddi vəziyyəti yaxşı olmadığından həmin şəxsə zəng vurub ona həmin telefonu almaq istədiyini bildirib, bundan sonra həmin telefonu oğurlamaq qərarına gəlmiş və bu məqsədlə həmin şəxsə zəng vurub onu görüşmək üçün Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Cəviz” adlı restorana çağırmış, həmin günü saat 16 radələrində “Cəviz” adlı restoranda sonradan adını bildiyi Yaşar adlı şəxslə görüşüb çay içdikləri zaman ondan baxmaq üçün «İphone 12 pro» markalı mobil telefonu almış və telefonun «vi-fi» kodunu yazdırmaq bəhanəsi ilə telefonla birlikdə oturduqları otaqdan çıxaraq restoranı tərk etmiş və həmin telefonu Nizami rayonu, Qara Qarayev metrosu yaxınlığında yerləşən lombarda girov qoyaraq 850 manat pul götürmüşdür. Əldə etdiyi pulu şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. Həmin telefonu girov qoyan zaman telefonun özünə məxsus olduğunu bildirmiş və oğurluq olması barədə heç kimə məlumat verməmişdir. Bundan başqa 22 dekabr 2022-ci il tarixdə Xətai rayonu ərazisində oxşar cinayət əməli törətmiş, "tap.az” elan saytına daxil olub, orada yerləşdirilən elanlara baxmış, elanlar arasında “İphone 13 Pro” markalı telefonun 1.950 manata satışa qoylduğunu görüb, həmin şəxslə görüş təyin etmiş və xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Paris” restoranında Elçin adlı şəxslə görüşmüşdür. Görüş zamanı Elçindən telefonu alıb baxmış, telefona nömrə taxmaq və telefonla internetə daxil olmaq adlı ilə restoranın digər tərəfinə keçmiş və sonra restoranı tərk etmişdir. Həmin gün «20 Yanvar» metrostansiyasının yaxınlığına gedib tanışı Marksla görüşdükdə ona demişdir ki, mobil telefonu Xətai rayonunda Elçin adlı şəxsi aldatmaqla ələ keçirmişdir, həmin mobil telefonu satır, şəxsiyyət vəsiqəsi yoxdur, telefonu satmaqda kömək etməsini xahiş etmişdir. Marks “Uğur Telekom” adlı telefon mağazasına daxil olub mobil telefonu öz şəxsiyyət vəsiqəsi ilə 950 manata satıb 900 manat pul verdi. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 03 yanvar 2023-cü il tarixdə “tap.az” elan saytına daxil olub, orada yerləşdirilən elanlara baxanda elanlar arasında Ayxan adlı şəxsin “İphone 12 Pro Max” markalı telefonu 1.500 manata satışa qoyduğunu görüb həmin şəxsi aldadıb telefonunu ələ keçirmək qərarına gəlmiş və yanında olan Şəfa adlı qıza demişdir ki, həmin elanın sahibinin mobil telefonuna zəng edib telefonun qiymətini soruşsun. Şəfa telefonunun qiymətini soruşduqdan sonra özü də həmin oğlanla əlaqə saxlayıb telefon barədə maraqlanmış və həmin gün saat 18:00 radələrində Nizami rayonu ərazisində yerləşən “Kapitan” adlı kafedə onunla görüşmüş, kafedə Ayxan ilə bir otaqda əyləşib çay sifariş edib, Ayxana barəsində suallar verərək telefonun probleminin olmadığını öyrənmişdir. Bundan sonra həmin şəxsi aldadıb “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə telefonu ondan alıb, “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə otaqdan çıxaraq kafeni tərk etmişdir. Həmin gün tanışı Fikrət ilə görüşüb telefonunu satmaqda kömək etməsini ondan xahiş etmiş, Fikrət həmin telefonu öz şəxsiyyət vəsiqəsi ilə 850 manata satıb pulunu ona vermişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 08 yanvar 2023cü il tarixdə “tap.az” elan saytında yerləşdirilən elanlara baxanda Cəbrayıl adlı şəxsin “İphone 12 Pro Max” markalı telefonu 1.650 manata satışa qoyduğunu görüb, həmin şəxsə zəng edib danışan zaman həmin şəxsə adının Kənan olduğunu, Sumqayıt şəhərində yaşadığını onun saytda yerləşdirdiyi mobil telefonu bəyəndiyi üçün almaq istədiyini bildirmiş, həmin şəxsə «20 Yanvar» metrosu yaxınlığında saat 17:00 radələrində görüşməyi təklif etmiş, o da razılaşıb, həmin gün saat 17:00 radələrində Cəbrayıl adlı şəxslə «20 Yanvar» metrostansiyasının içərisində görüşərək hava soyuq olduğu üçün yaxınlıqda restoranların birində əyləşməyi təklif etmişdir. Daha sonra birlikdə metordan çıxıb yaxınlıqda yerləşən “Lokma” restoranına gedərək əyləşib yemək və su sifariş etmiş, sonra Cəbrayıl adlı şəxsə telefon barəsində suallar verib, telefonun probleminin olmadığını öyrənmiş, ondan xahiş etmişdir ki, telefonun yaddaşını format etsin. O da telefonu format etmiş, bundan sonra həmin şəxsi aldadıb “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə telefonu ondan alaraq restoranı tərk etmiş və qaçaraq yolun kənarında dayanan taksiyə əyləşib oradan uzaqlaşmışdır. Taksidə gələrkən İsmayıl adlı dostuna zəng edib pulu olmadığı üçün taksinin pulunu ödəməsini xahiş etmiş və taksi ilə “Tibb Universiteti”nin yaxınlığına gəlmiş, dostu İsmayıl həmin yerdə “Razi” kimi tanıdığı qardaşı Xatirlə birlikdə gəlib taksinin pulunu ödəmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə “Tap.az” satış elanları olan səhifədə bir nəfər tanımadığı şəxsin həmin elan saytında “İphone 13 pro” markalı mobil telefon satdığını görüb, pula ehtiyyacı olduğundan həmin telefonu ələ keçirmək istəmiş və həmin nömrə ilə əlaqə saxlayıb həmin mobil telefonu almaq istədiyini bildirmiş, danışdığı şəxs həmin mobil telefonu 1.600 manata satacağını bildirmiş, onunla razılaşıb, istintaq dövründə adının Rəhim olduğunu öyrəndiyi şəxslə danışan zaman ona Abşeron rayonu, Xırdalan şəhərində ofisiant işlədiyini, buna görə də başqa yerə gedə bilmədiyini bildirib, Rəhimdən işdən çıxa bilmədiyi üçün Xırdalan şəhərinə gəlməsini xahiş etmiş, təxminən 1- 2 saat sonra Rəhim adlı şəxs Xırdalana gələrək əlaqə yaratmış, onunla Abşeron rayonu, Xırdalan şəhəri, «Xırdalan dairəsi» adlanan yerdə ‘‘Mars” marketin üzərində yerləşən adını xatırlamadığı kafedə görüşmüş, onda olan “İphone 13 Pro Max” markalı mobil telefonu almaq istədiyini bildirmiş. Rəhim əlində olan mobil telefonu ona vermiş, telefonun kilidini açaraq oradan Rəhimə aid olan faylları silməyə və telefonun yaddaşını təmizləməyə başlamış, Rəhimi ona məxsus mobil telefonu alacağına tam inandıraraq telefona Rəhimin yanında format vermiş, daha sonra həmin mobil telefona kafedə olan «vi-fi» şifrəsini yazmaq bəhanəsi ilə ondan götürüb kafenin giriş qapısına doğru gedib, oradan çıxaraq dərhal markasını və nömrəsini xatırlamadığı taksiyə əyləşib oradan uzaqlaşmış, daha sonra tanışı Razi adlı şəxsin Xırdalan şəhərində yerləşən evinə gəlib, Raziyə həmin mobil telefonun özünün olduğunu və satmaq istədiyini bildirmiş, daha sonra Razi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, «Xalqlar Dostluğu» adlanan əraziyə gəlib, həmin “İphone 13 Pro Max” markalı mobil telefonu, orada olan lombardlardan birinə 950 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Dostu Raziyə həmin telefonun özünə məxsus olduğunu demişdir. Bundan başqa 01 fevral 2023-cü il tarixdə həmişə olduğu kimi “tap.az” elan saytına daxil olub, orada yerləşdirilən elanlar arasında qarşısına Sunay adlı şəxsin “İphone 12 Pro Max” markalı telefonu 1.400 manata satışa qoyduğunu görüb, həmin elanın sahibinin mobil telefonuna zəng edib, həmin şəxsə adının Kənan olduğunu, onun saytda yerləşdirdiyi mobil telefonu almaq istədiyini bildirmiş, bu məqsədlə həmin şəxsi ünvan 14 ünvanında yerləşən “LaLiga” restoranına gəlməsini və telefonu da özü ilə gətirməsini xahiş etmiş, Sunay da razılaşıb, həmin gün, saat 15:00 radələrində ora gəlmiş, içəridə kabinetlərdən birində görüşmüşlər. Bundan sonra həmin şəxsi aldadıb “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə telefonu ondan alaraq kabinetdən çıxıb restoranı tərk etmiş və qaçaraq yolun kənarında dayanan taksiyə əyləşib oradan uzaqlaşmış, daha sonra həmin mobil telefonu satıb pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin həmin mobil telefonu hansı mağazaya və neçəyə satmağını dəqiq xatırlamır. Bundan başqa 12 fevral 2023-cü il tarixdə “Tap.az” satış elanları olan səhifədə axtarış edərkən bir nəfər tanımadığı şəxsin həmin elan saytında “İphone 12 pro max” markalı mobil telefon satdığını görüb, həmin nömrə ilə əlaqə saxlayıb həmin mobil telefonu almaq istədiyini bildirmiş, həmin şəxs həmin mobil telefonu 1.450 manata satacağını bildirmiş, onunla razılaşıb, həmin şəxs özünü Samir kimi təqdim etmiş, Samirlə danışan zaman ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Best Club” da işlədiyini, işdən çıxa bilmədiyini, buna görə də telefonu almaq üçün şəhərə gələ bilməyəcəyini bildirmiş, daha sonra Samirə olduğu yerin konumunu göndərmiş, axşam 19 radələrində Samir yanında adını xatırlamadığı bir şəxs ilə gəlmiş, daha sonra həmin şəxsləri guya işlədiyi playstation kluba çay içmək üçün dəvət etmiş, həmin şəxslər onunla birlikdə Xırdalan şəhərində “X17 Club”a düşmüşlər, orada onlarla bir qədər söhbət etdikdən sonra Samirdə olan “İphone 12 Pro Max” markalı mobil telefonu almaq istədiyini bildirmiş, bu zaman telefonu satmaq üçün gələn Samir adlı şəxs namaz qılmaq üçün digər otağa keçmək istədiyini bildirmişdir. Samir namaz otağına keçən zaman ona məxsus «İphone» markalı mobil telefonu ona vermiş, Samir namaz qılmaq üçün otağa keçdikdə Samirin yanında olan dostunun divanda oturub mobil telefonla məşğul olduğunu görüb, ayağa qalxaraq Samirin yanında gələn adını bilmədiyi dostuna guya həmin playstation klubun barından özünə sifariş verməyə gedirmiş kimi göstərib ondan kola istəyib-istəmədiyini soruşmuş, həmin şəxs də qazlı su gətirməyini bildirmişdir. Həmin şəxsin fikrinin onda olmadığını görüb klubdan çıxaraq oradan uzaqlaşmış, daha sonra tanışı Razi ilə Xırdalan şəhəri, «Zeytun» marketin yaxınlığında görüşüb taksi sifariş edərək Razi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, «Xalqlar Dostluğu» adlanan əraziyə gəlmiş, orada “İphone 12 Pro Max” markalı mobil telefonu, orada olan lombardlardan birinə 700 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmiş, dostu Raziyə həmin telefonun özünə məxsus olduğunu demişdir. Bundan başqa 19 fevral 2023-cü il tarixdə “tap.az” elan saytına daxil olub, orada yerləşdirilən elanlar arasında Aqil adlı şəxsin “İphone 13 Pro Max” markalı telefonu 1.800 manata satışa qoyduğunu görüb, həmin şəxsə zəng edib, mobil telefonu bəyəndiyi üçün almaq istədiyini bildirmiş və onunla həmin gün saat 19 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Möhtəşəm Məkan” adlı restoranda görüşmüşdür. Həmin vaxt yanında Nurlan adlı dostu da olmuş. Nurlanın onun mobil telefonu ələ keçirmək istəməyi barədə məlumatı olmamışdır. Bir az sonra onunla sağollaşıb restorandan çıxıb getmiş, Aqil adlı şəxsə telefon barəsində suallar verib, telefonun probleminin olmadığını öyrənmiş, bundan sonra o, Adil adlı şəxsi aldadıb “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə telefonu ondan alaraq “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə restoranın digər tərəfinə keçmiş və sonra isə restorandan çıxıb oradan uzaqlaşmışdır. Həmin mobil telefonu o, «Neftçilər» metrostansiyasının yaxınlığında 1.300 manata satmış, telefonu satanda şəxsiyyət vəsiqəsi olmadığı üçün dostu Elçinin şəxsiyyət vəsiqəsini mağazaya təqdim etmiş, telefonu satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 03 mart 2023-cü il tarixdə “tap.az” elan saytına daxil olub, elanlar arasında Məmməd adlı şəxsin “İphone 11 Pro Max” markalı telefonu 900 manata satışa qoyduğunu görüb, həmin elanın sahibinin mobil telefonuna zəng edib, həmin şəxsə telefonu bəyəndiyi üçün almaq istədiyini bildirmiş, həmin şəxslə həmin gün saat 15:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Fanatik” pleystation klubunda görüşmüş, sonra Məmməd adlı şəxsə telefon barəsində suallar verərək, telefonun probleminin olmadığını öyrənmiş, sonra həmin şəxsi aldadıb “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə telefonu ondan alaraq telefonla “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə klubun digər tərəfinə keçmiş, sonra isə klubdan çıxıb oradan uzaqlaşmışdır. Həmin telefonu Binə qəsəbəsində yerləşən telefon satışı mağazasına tanışı Elsunun şəxsiyyət vəsiqəsini təqdim edərək 290 manata satmış, pulunu şəxsi ehtiyaclarına xərcləmiş, lakin Elsuna həmin telefonu dələduzluq yolu ilə ələ keçirməyini bildirməmişdir. Bundan başqa 05 aprel 2023-cü il tarixdə “tap.az” elan saytına daxil olub, elanlar arasında Fərid adlı şəxsin “İphone 13 Pro Max” markalı telefonu 2.000 manata satışa qoyduğunu görüb, onunla telefonla danışaraq telefonu bəyəndiyi üçün almaq istədiyini bildirmiş, onunla həmin gün saat 17:00 radələrində Nəsimi rayonu, H.Əliyev küçəsi 13 ünvanında yerləşən «Faxralı» kafesində görüşüb, ona telefon barəsində suallar verib, telefonun probleminin olmadığını öyrəndikdən sonra həmin şəxsi aldadıb “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə telefonu alaraq telefonla “wi-fi” kodunu öyrənib qoşulmaq adı ilə kafenin digər tərəfinə keçib, sonra isə kafedən çıxıb oradan uzaqlaşmış, həmin telefonu «28 May» metrostansiyasının yaxınlığında yerləşən telefon satışı mağzasına 1.100 manata satmış, pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin mağazaya telefonu tanışı Niyazin şəxsiyyət vəsiqəsinin surəti ilə satmışdır. Bundan başqa 14 aprel 2023-cü il tarixdə tanışı Rafailin “İpone 13 Pro Max” markalı mobil telefonunu ələ keçirib satmaq qərarına gəlmiş, buna görə xx.xx.2023cü il tarixdə Rafail ilə telefon əlaqəsi saxlayıb onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nar” adlanan kafeyə yeməyə dəvət etmiş, həmin gün saat 19 radələrində Rafail ilə “Nar” kafesində görüşüb, yemək sifariş vermiş, yemək yeyərkən Rafaildən xahiş etmişdir ki, telefonunu versin, anası ilə danışmaq istəyir. Rafail də, “İpone 13 Pro Max” markalı mobil telefonunu danışmaq üçün ona vermiş, Rafailin mobil telefonunu götürüb kimə isə zəng etmək səhnəsini yaratmış, həmin vaxt Rafailin ayaq yoluna getməyindən istifadə edib “İpone 13 Pro Max” markalı mobil telefonu cibinə qoyub kafeni tərk etmiş, həmin mobil telefonu «20 yanvar» metrostansiyasının yaxınlığında telefon satılan mağazaya 1.300 manata satıb pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 24 may 2023-cü il tarixdə “Tap az” elan saytında «İphone 14 Pro» markalı mobil telefonun satıldığını saytdan götürdüyü, hazırda xatırlamadığı mobil telefon nömrəsinə tanışı olan bir xanımın adına olan, lakin özü istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla «vatsap» proqramı vasitəsilə əlaqə saxlayıb telefonu 2.500 manata razılaşmış, həmin telefonun Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Üzüm” restoranına göndərməsini xahiş etmiş, 24 may 2023-cü il tarixdə saat 15 radələrində bir nəfər adını xatırlamadığı şəxs zəng edərək özü gələ bilmədiyi üçün atası vasitəsilə sifariş verdiyi “İphone 14 Pro” markalı mobil telefonu göndərdiyini bildirmişdir. Həmin şəxs atasının nömrəsini vermiş, həmin şəxslə danışıb, onunla görüşərək "Üzüm” restoranına dəvət etmişdir. Birlikdə Nəriman adlı tanışı ilə oturduğu kabinetə qalxmış, oturduqdan sonra həmin şəxs telefonu çıxardıb ona vermiş, telefona baxdıqdan sonra «vayfay»a qoşulmaq bəhanəsi ilə bayıra çıxmış, telefonu gətirən şəxs tanışı Nəriman ilə otaqda qalmış, bayıra çıxandan sonra aşağı düşüb idarə etdiyi mopedə oturub oradan uzaqlaşmışdır. Nərimanın telefonu olmadığı üçün onunla danışıb necə olduğunu, həmin telefonu gətirən kuryerin hara getdiyini öyrənə bilməmişdir. Sonra isə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən telefon satışı mağazasına girib telefonu satmaq istədiyiyni bildirmiş, həmin şəxs ondan vəsiqəsinin olub-olmadığını soruşmuş, ona vəsiqəsinin olmadığını bildirdiyi üçün mağazada telefonu almamışlar. Həmin telefonu küçədə adını xatırlamadığı şəxsə 800 manata satmış, telefonu satarkən telefonun özünə məxsus olduğunu, kreditə götürdüyünü bildirmiş, pulu alıb həmin yerdən uzaqlaşaraq pulu öz ehtiyaclarına xərcləmiş, tanışı Nərimana həmin telefonu aldadaraq ələ keçirmək niyyətinin olduğunu deməmiş, “Üzüm” restoranında oturan zaman Nərimana demişdir ki, telefon sifariş vermiş, həmin telefonu restorana gətirəcəklər, həmin telefonun satışından əldə etdiyi puldan Nəriman adlı tanışına verməmişdir. Bundan başqa motsiklet həvəskarı olsa da, onu almaq üçü pulu olmadğından hər hansı bir vasitə ilə motosiklet ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə «Tap.Az» saytında əvvəllər tanımadığı X1 moped elanını qoyduğunu görüb, həmin mopedi aldadaraq ələ keçirmək fikrinə düşmüş, bu məqsədlə 09 iyun 2023-cü il tarixdə saytda olan Cavadın mobil nömrəsinə zəng edib görüşə dəvət etmişdir və mopedə baxmaq istədiyini bildirmiş, elə həmin gün günorta saatlarında Cavadla metronun «Koroğlu» stansiyasının yanında yerləşən «Bravo Hipermarket»in yanında olan dayanacaqda görüşüb, mopedi sürüb yoxlamaq istədiyini ona bildirmiş, Cavad etiraz etməyərək mopedi vermiş, o da mopedə əyləşib sürmüş, məqsədi mopedi ələ keçirmək olduğu üçün Cavadın diqqətini çəkmədən yava-yavaş oradan uzaqlaşmağa başlamış, oradan bir başa yaşadığı Ələt qəsəbəsinə getmişdir. Mopedi yaşadığı evin həyətində saxlamışdır. Bundan başqa 18 iyun 2023-cü il tarixdə axşam saat 18 radələrində «tap.az» saytında «Tufan» markalı moped satışı elanında mopedi satan Ramil adlı şəxsin istifadəsində olan 050 *** ** ** telefon nömrəsinə zəng vurub həmin mopedi almaq fikrində oduğunu bildirib, ona görüş yerini təyin edərək onunla Yasamal rayonu, «1st Petrol» yanacaq məntəqəsinin yaxınlığında görüşmüş, daha sonra həmin mobedin sazlığını yoxlamaq üçün Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığına gedib, təmir emalatxanasında mopedi ustaya yoxlatmaq istədiyini bildirmişdir. Həmin mopedi əvvəlcədən də almaq fikri olmamış, sadəcə mopedi ələ keçirmək üçün əlverişli məqam axtarmış, orada dəqiq ünvanı xatırlamadığı yerdə Ramilin diqqətsizliyindən istifadə edərək mopedi sürərək oradan uzaqlaşmışdır. Bundan başqa 20 iyun 2023-cü il tarixdə saat 21:10 radələrində ünvan 11 ünvanın yaxınlığında olan zaman əvvəlcədən tanımadığı bir xanımın skamyada oturmuş vəziyyətdə mobil telefonla danışdığını, yanında isə çəhrayı rəngli, dəri materialdan çanta olduğunu görüb, pula ehtiyacı olduğu üçün yaxınlıqda heç kəs olmadığından istifadə edib, həmin xanımın çantasını götürüb qaçmaq və bu məqsədlə arxadan həmin xanıma yaxınlaşaraq onun boyun nahiyəsindən vurub çantanı götürüb qaçmaq qərarına gəlmişdir. Odur ki, əli ilə arxadan həmin xanımın boyun nahiyəsindən yavaş halda vurmuş, xanım da çantanın tutacaq hissəsini buraxmış və onda o, skamyanın üzərində olan çantanı götürüb qaçmışdır. Bundan sonra xanım da qışqıraraq bir qədər onun arxasınca qaçsa da, çata bilməmiş və o, binaların arasına girib uzaqlaşıb getmişdir. Hadisə yerindən uzaqlaşdıqdan sonra çantaya baxıb çantasının içərisində 23 manat pul, üzərində ekran qoruyucusu və kaburası olan 01 ədəd «İphone 13 pro» markalı mobil telefon, 01 ədəd 100 ml «Trussardi» markalı ətir, 01 ədəd dodaq boyası olduğunu görmüş, 23 manat pul ilə mobil telefonu götürmüş, digər əşyalarla birlikdə çantanı yadında qalmayan bir yerdə atmışdır. Növbəti gün «Tap.az» internet saytında həmin telefonun satılması üçün elan yerləşdirmiş, Elanda istifadəsində olan ***-***-**-** mobil nömrəsini qeyd etmiş, təxminən 2 gün sonra elanla bağlı tanımadığı şəxs zəng etmiş, həmin şəxsə telefonu cinayət yolu ilə əldə etdiyini bildirmədən, telefonun özünə məxsus olduğunu, lakin «İcloud» bloklaşmasında olduğunu, şifrəni unutduğunu bildirmiş, telefonun qiymətini həmin şəxslə 1.150 manat müqabilində razılaşmışdır. Həmin şəxslə zəng etdiyi gün saat 13-14 radələrində Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində görüşmüş, 1.150 manat pulu alaraq həmin mobil telefonu alan şəxsə satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyyaclarına xərcləmişdir. Könül xanımı arxadan boyun nahiyəsindən əli ilə yavaş halda bir dəfə vurmuş, niyyəti ona xəsarət yetirmək olmamış, ona görə də, yavaş halda vurmuşdukr ki, çantanı götürüb qaça bilsin. Həmin zaman əlində heç bir əşya olmamış və Könül xanıma hər hansı bir formada hədə-qorxu gəlməmişdir. Bundan başqa 23 iyun 2023-cü il tarixdə «tap.az» saytında telefon elanlarına baxıb, «Tufan M50» markalı mopedin 1.400 manata satışa qoyulmasını görüb, elan qeyd edilmiş telefon nömrəsinə zəng vuraraq mopedə baxmaq istədyini bildirib, onunla 18 radələrində Yasamal rayonu, N.Hikmət küçəsi 25 ünvanın qarşısında görüşüb, mopedi sürüb yoxlamaq üçün ondan alaraq sürüb aradan çıxmış və yaşadığı Ələt qəsəbəsinə apararaq qonşusu Adyar Xəlilova 150 manata satmışdır. Bundan başqa 12 avqust 2023-cü il tarixdə «tap.az» saytında telefon elanlarına baxıb, nömrəsini xatırlamadığını bir şəxsin «İphone» markalı mobil telefonu satmaq üçün saytda elana yerləşdirdiyini görüb həmin şəxs ilə əlaqə saxlayaraq telefonu almaq istədiyini bildirmiş, həmin şəxslə görüşə razılaşmışlar. Onu Nərimanov rayonunda yerləşən «AА Lunch» kluba çağırmış, vaxt təyin edib həmin şəxslə qeyd olunan klubda görüşüb, onunla kabinetdə oturduqdan sonra həmin şəxsdən «İphone» markalı mobil telefonu alaraq baxış keçirmiş, telefonun yaxşı vəziyyyətdə olmasını gördükdən sonra öz telefonundan həmin şəxsin yanında gizli olaraq taksi sifariş etmiş, taksi onların olduğu ünvana çatandan sonra həmin şəxsə telefonun «vayfayını» yolxmamaq istədyini bildirib kabinetdən çıxaraq sifariş etdiyi taksiyə minib ordan uzaqlaşmış və sonra «Əcəmi» metrosunun yanına gedib, əvvəllər tanıdığı Əsmərlə görüşərək onunla bilikdə «Əhmədli» metrosunun yanına gəlmiş, orada Əsmərin şəxsiyyət vəsiqəsi ilə telefonu telefon mağazasında 1.200 manata satmışdır.Telefonu haradan əldə etməsi barədə Əsmərə deməmiş və əldə etdiyi puldan da ona verməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 20 iyun 2023-cü il tarixdə saai 19 radələrində ünvan 17anov rayonu, Atatürk prospekti 108A ünvanında yerləşən iş yeri olan «X12» MMC-dən çıxaraq tək valideynlərinin yaşadığı ünvan 16 ünvanına qonaq getmişdir. Bir müddət sonra təxminən saat 21:00 radələrində oradan çıxaraq yaşadığı ünvana getməliymiş. Bunun üçün həmin ünvandan çıxaraq piyada yaşadığı ünvan 17anov rayonu, Ə.Rəcəbli küçəsi ev 26, mənzil 21 istiqamətdə yola düşmüşdür. Yolda olarkən ona zəng gəlmiş və o, telefonla danışaraq yoluna davam etmişdir. Piyada hərəkət edib ünvan 18 ünvanın qarşısından keçən zaman telefonla rahat danışmaq, eyni zamanda dincəlmək üçün piyada səkisində yerləşən skamyada əyləşmişdir. O, skamyada yanakı vəziyyətdə olurmuşdur. Təxminən 10 dəqiqə müddətində skamyada oturub telefonla danışan zaman arxadan boyun nahiyyəsindən kimsə onu vurmuşdur. Hadisə anidən baş verdiyi üçün nə baş verdiyini anlamamışdır. Həmin zaman o, kiçik əl çantasını sol yanında skamyanın üzərinə qoymaqla əli ilə tutacağından tutmuşdur. Həmin şəxs onun boyun nahiyyəsindən vurduğu anda o, çantasının tutacağını əlindən buraxmış və başını tutmuşdur. Həmin şəxs yanında olan skamyanın üzərindəki əl çantasını götürüb oradan qaçıb uzaqlaşmağa başlamışdır. O, özünü itirmədən həmin şəxsin arxasınca qaçmışdır ki, ona çataraq əl çantasını qaytarsın. O, qışqıraraq bir qədər həmin şəxsin dalınca qaçmış, lakin ona çata bilməmiş və həmin şəxs binaların arasından naməlum istiqamətdə qaçaraq gözdən itmişdir. Oradan o, yaşadığı evə gəlmiş və dərhal 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir, daha sonra isə Nərimanov rayonu 17-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin zaman o təkiymiş, lakin hadisə baş verdikdə o, qışqırmağa başlamış və həmin şəxsin arxasınca qaçmışdır, lakin ona çata bilməmişdir. Sonradan qışqırıq səsinə yoldan keçən tanımadığı şəxslər yaxınlaşmışlar, lakin o, onları tanımadığı üçün barələrində heç bir məlumatı olmadığını demişdir. O, həmin şəxsi əvvəllər tanımamış və görməmişdir. Hadisə vaxtı da həmin şəxsin üzünü görməmişdir. Çünki həmin şəxs ona arxadan yaxınlaşmış və ani bir anda onu vurub çantasını götürüb qaçmışdır. Həmin şəxs heç bir əşya və ya alətdən istifadə etməmişdir, onu əli ilə vurmuş, buna baxmayaraq hadisə zamanı o, heç bir xəsarət almamışdır. Həmin əl çantası kiçik ölçüdə, H/M markalı, çəhrayı rəngli sərt dəri materialdan ibarət olmaqla dəyəri 70 manat idi, çantasının içərisində 23 manat pul, 01 ədəd üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olan, **********38169 imei kodlu 2930 manat dəyərində «İphone 13 pro» markalı mobil telefon, telefonun üzərində ekran qoruyucusu 30 manat, kabura isə 40 manat olmuşdur, həmçinin 01 ədəd 170 manat dəyərində 100 ml «Trussardi» markalı ətir, 01 ədəd 10 manat dəyərində dodaq boyası olmuşdur. Ümumilikdə ona 3283 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus İphone 12 markalı mobil telefonunu 950 manata satmaq məqsədilə “Tap.az” sosial şəbəkəsində elan yerləşdirmişdir. Həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini də elanda qeyd etmişdir. Həmin günü saat 19 radələrində əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Kənan adlı şəxs ona zəng vurub mobil telefonunu almaq istədiyini demişdir. O, Kənan adlı şəxsə telefonunu 950 manata satdığını dedikdə sonuncu onunla razılaşmışdır. Kənan adlı şəxslə həmin günü yəni, xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində ünvan 4 ünvanında yerləşən “Limon” çay evində görüşmüşlər. Həmin zaman Kənan tək gəlmişdir. Onlar həmin çay evində bir masa arxasında əyləşmiş, söhbət zamanı Kənan telefona baxmaq istədiyini demişdir. O da telefonu ona vermiş, Kənan telefonun menyusuna baxmış və 950 manata almaq barədə razılaşmışdır. Daha sonra Kənan telefonun kamera çəkilişinin necə olmasını yoxlamaq üçün ayağa qalxıb kameranın çəkilişini yoxlamağa başlamışdır. Həmin zaman Kənan onun diqqətsizliyindən və ona olan etibarından istifadə edib çay evini tərk etmişdir. Bir anda görmüşdür ki, artıq Kənan çay evində yoxdur. Bundan sonra başa düşmüşdür ki, Kənan onu aldadıb telefonunu ələ keçirmişdir. Bundan sonra o, Nəsimi RPİ-nin 22-ci PŞ-nə şikayət etmiş, təxminən 2-3 gün sonra Kənan adlı şəxs saxlanılmış, daha sonra araşdırma zamanı onun telefonu müəyyən olunaraq ona qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, özünə məxsus “İphone 11 Pro Max” markalı mobil telefonu satmaq istədiyindən bir neçə sosial şəbəkəyə elan yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə bir nəfər şəxs onun mobil telefonuna yığaraq həmin mobil telefonu almaq istədiyini bildirmişdir. Adını sonradan bildiyi Kənan adlı şəxsə mobil telefonu 950 manata satacağına dair razılaşmışdır. Kənan xx.xx.2023-cü il tarixdə onunla telefon əlaqəsi saxlayıb saat 15 radələrində onu Nərimanov rayonu, Əhməd Rəcəbli yerləşən “Fanatik Plastalion” adlanan kluba dəvət etmişdir. Görüş zamanı Kənan telefonu baxmaq üçün ondan almış və «Vi-fi» aparatına qoşulmasını yoxlamaq adı ilə həmin klubdan çölə çıxıb uzaqlaşmışdır. Kənan ona 950 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “NN Telekom” adlanan telefon mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində mağazasında satıcı işləyən Samir Eyvazov ona mağazada vitrində olan 1450 manat dəyərində İphone 12 Pro Max markalı mobil telefonun “Tap.az” sosial şəbəkəsində bir nəfər şəxs tərəfindən bəyənildiyini və buna görə də, həmin şəxsin istəyi ilə həmin telefonu Abşeron rayonu, Xırdalan şəhərinə aparıb müştəriyə satmaq istəyirmiş. Həmçinin Samir bildirmişdir ki, telefonu almaq istəyən müştəri demişdir ki, bacısının nişan mərasimi ilə bağlı olaraq Xırdalan şəhərindən çıxa bilmir, ona görə də, telefonun Xırdalan şəhərinə gətirilməsini istəmişdir. O da etiraz etməmişdir. X19 Xırdalan şəhərinə getdiyi üçün mağazada işləyən Samirə Xırdalan şəhərinə onunla birlikdə getməsini bildirmişdir. Aradan bir qədər vaxt keçdikdən sonra Samir ona zəng vurub telefonu almaq istəyən özünü Kənan kimi təqdim edən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Hadisə nəticəsində ona 1450 manat maddi ziyan vurulmuşdur. Sonradan Samir bildirmişdir ki, həmin şəxslə Xırdalan şəhərində “X17 Club” da görüşmülər, telefonu baxması üçün Kənan adlı şəxsə vermiş, sonra namaz qılmaq üçün digər otağa keçmiş, bundan sonra Kənan adlı şəxs telefonla birlikdə həmin yerdən çıxıb getmişdir. Qeyd olunan telefonun üzərində hər hansı bir mobil nömrə, hər hansı bir aksesuar olmamışdır. Hadisə nəticəsində ona 1.450 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində bildirmişdir ki, telefon satışı ilə bağlı "Tap.az” saytına elan yerləşdrimiş, Elanla bağlı ***-***-**-** saylı nömrədən zəng edən şəxs ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Ceviz" restoranında görüşмüş, həmin şəxs restoranda olarkən telefonu almaq istədiyini bildirərək telefonu istəмиş, о, telefonu оnа verмiş və həmin şəxs telefona baxmaq adı ilə başlarını qataraq onun diqqətsizliyindən istifadə edərək oradan uzaqlaşmışdır. Sonradan ətrafa baxsa da həmin şəxsi tapa bilməмиş, "İphone 12 Pro” markalı mobil telefonunun qiyməti 1.400 manat оlмуşdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs22 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadədən aydın olur ki, ona məxsus olan üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan «İphone» markalı mobil telefonunu satmaq üçün tap.az saytında elan yerləşdirmiş və əlaqə nömrəsini qoymuşdur. 12 avqust 2023-cü il tarixdə ona məxsus İphone markalı mobil telefonu satmaq üçün saytda yerləşdirdiyi elana görə onun işlətdiyi nömrəyə zəng gəlmişdir. Həmin nömrə ***- ***-**-** saylı mobil nömrəymiş. Bu nömrədən ona zəng edən şəxs özünü Kənan kimi təqdim etmişdir. Bundan sonra elana görə zəng etdiyini və onun telefonunu almaq istədiyini bildirmişdir. Bununla bağlı olaraq telefona baxmaq üçün görüşmək istədiyini qeyd etmişdir. O da onunla görüşmək qərarına gəlmişdir. Bundan sonra Kənan onu ünvan 17anov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “AA LUNCH” karaoke klubda görüşməyə dəvət etmişdir. Həmin gün təxminən saat 14:30 radələrində deyilən ünvanda o, Kənan adlı şəxs ilə görüşmüşdür. Görüşəndən sonra Kənan adlı şəxs ondan baxmaq üçün həmin telefonunu istəmişdir. O da telefonu Kənana vermişdir. Kənan telefona baxdıqdan və bir çox funksiyalarını yoxladıqdan sonra telefonun internetə qoşulmasını yoxlamaq istədiyini bildirmişdir. Telefonun vifisinin işləməsini yoxlamaq üçün qəbul şöbəsinə gedib kodu alacağını demişdir. O da razı olmuşdur. Kənan onun telefonunu götürərək həmən klubun qəbul şöbəsinə getmişdir. Bunun üzərindən təxminən 5-6 dəqiqə keçmişdir. O, Kənanın geri gəlmədiyini görüb Kənanın arxasınca o da qəbul şöbəsinə getmişdir. O, qəbul şöbəsinə daxil olarkən orda Kənanı görməmiş və bundan narahat olub onu axtarmağa başlamışdır. Lakin Kənanı tapa bilməmişdir. Bundan sonra başa düşmüşdür ki, Kənan onun etibarından suiistifadə edərək onun telefonunu ələ keçirmiş və ordan uzaqlaşmışdır. Bundan sonra o, 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qeyd etmişdir ki, o, Kənan adlı şəxsi daha əvvəllər tanımаmış, heç vaxt görməmiş, оnunla heç bir əlaqəsi olmamışdır. Qeyd etmişdir ki, ona məxsus telefonun ələ keçirilməsi nəticəsində 1.750 manat məbləğdə maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, hadisə baş verən zaman həmin yerdə Kənaanın Kazım adlı bir nəfər dоstu оlmuş, Kənan getdikdən sonra Kazım onun yanında qalmış, o, Kənanın ardınca getməmiş, Kazım adlı şəxs polis əməkdaşları gələndən sonra onlarla birlikdə polis bölməsinə aparılmışdı. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadədən aydın olur ki, təxminən 2023-cü ilin iyun ayının əvvəllərində özünə məxsus olan “Tufan M50” markalı mopedi satmaq məqsədilə “Turbo.az”, “Lalafo.az” və “Tap.az” internet saytlarında elan yerləşdirmişdir. Həmin elanda alıcıların onunla əlaqə saxlaması üçün istifadəsində olan ***-***- **-** və ya ***-***-**-** saylı mobil nömrələri elanda yerləşdirmişdir. Həmçinin həmin moped üçün 1.400 manat qiymət müəyyən etmişdir. 18 iyun 2023-cü il tarixdə axşam saat 22 radələrində əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Kənan adlı şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng vurub mopedi almaq məqsədilə mopedə baxmaq istədiyini bildirmişdir. Kənanla həmin günü Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yanında görüşmüşlər. Həmin zaman Kənan “Tufan M50” markalı moped ilə tək gəlmişdir. Kənan mopedi sürüb yoxlamaq istədiyini bildirmişdir. O da etiraz etməmişdir. Buna görə, birlikdə Yasamal rayonu, Xarici dairəvi yolun yaxınlığında yerləşən MİDA yaşayış kompleksinin həyətinə gəlmişlər. Kənan həmin kompeksin həyətində özü ilə gəldiyi mopedi onun yanında qoymuş, saat 22:15 radələrində ona məxsus mopedi götürüb yoxlamaq adı ilə sürüb getmişdir. Bir neçə dəqiqə gözləməsinə baxmayaraq Kənan geri qayıtmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Kənan onu aldadıb ona məxsus mopedi ələ keçirmişdir. O, həmin zaman DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonra onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər, orada o, Kənanın onun yanında qoyub getdiyi mopedi təqdim etmişdir. Təxminən 15-20 gün sonra araşdırma zamanı Kənan müəyyən olunmuş və eyni zamanda onun mopedi də müəyyən olunaraq ona geri qaytarılmışdır. Sonradan o, həmin mopedi tanımadığı şəxsə satmışdır. Mopedinin dəyəri 1400 manat olmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadədən aydın olur ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində özünə məxsus İphone 13 Pro markalı mobil telefonunu 1.600 manata satmaq məqsədi ilə “Lalafo.az” sosial şəbəkəsində elan yerləşdirmişdir. Həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni elanda qeyd etmişdir. Səhəri günü yəni, xx.xx.2023-cü il tarixdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onunla əlaqə saxlayıb telefonu almaq istədiyini bildirmişdir. Kənan adlı şəxslə həmin günü Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yanında görüşmək barədə razılaşmışlar. Həmin günü axşam saat 19:25 radələrində Kənanla qeyd olunan metrostansiyanın çıxışında görüşmüşlər. Həmin zaman Kənanın yanında bir nəfər tanımadığı oğlan var idi. Bundan sonra onlar “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “MUDO” çay evinə getmişlər. Onlar üçü birlikdə bir masa arxasında əyləşmişlər, həmin zaman Kənan bildirmişdir ki, satacağım telefonu ona verim baxsın və proqramistə zəng vuracaqdır. O, ona inanıb telefonu Kənana vermişdir. Kənan ondan telefonunu götürdükdən sonra kiməsə zəng vurub telefonu qulağına tutub danışa-danışa çay evinin giriş hissəsinə tərəf getmişdir. Bundan bir neçə dəqiqə sonra o, baxdıqda görmüşdür ki, Kənan yoxdur və çıxıb getmişdir. Həmin zaman ona məlum olmuşdur ki, Kənan onu aldadıb telefonunu ələ keçirmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Kənanın ələ keçirdiyi İphone 13 Pro markalı mobil telefonunun dəyəri 1.600 manat olmuşdur. Həmçinin mobil telefonunun üzərində 55 manat dəyərində qoruyucu qab, 5 manat dəyərində qoruyucu üzlük, telefonun içərisində balansında pul olmayan 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə və 5 manat dəyərində balansında 3 manat pul olan ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Sonradan ***-***-**-** saylı mobil nömrənin dublikartını çıxarmış və balansda olan 3 manat pul geri qayıtmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1685 manat maddi ziyan vurulmuşdur. O, əvvəlki ifadəsində telefonunu aldığı qiyməti 2.700 manat qeyd etmişdir. Lakin, təxminən bir il istifadə etdiyi üçün və üzərində cızıqlar olduğu üçün qiyməti həmin vaxt 1.600 manat dəyərində idi. Həmin şəxsi tanımadığını qeyd etmişdir. Həmin şəxslə aralarında heç bir söhbət olmamışdır. O, yalnız Kənanla danışıb razılaşmış və telefonu da yoxlaması üçün sonuncuya vermişdir. Kənanın yanında olan şəxsin ona məxsus mobil telefonunun ələ keçirilməsində heç bir rolu olmamışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadədən aydın olur ki, 17 fevral 2023-cü il tarixdə özünə məxsus «İphone 13 Pro Max» markalı mobil telefonunu satmaq məqsədilə “Tap.az” sosial şəbəkəsində elan yerləşdirmişdir. Həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini elanda qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə hazırda yadında qalmayan bir nömrədən bir nəfər oğlan zəng vurub telefonunu almaq istədiyini bildirmişdir. O, həmin şəxsə telefonunu 1.800 manata satdığını dedikdə sonradan adını bildiyi Kənan adlı şəxs həmin məbləğə telefonunu ala biləcəyini demişdir. Bundan sonra Kənan adlı şəxslə görüşmək barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Kənanla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında görüşmüşlər. Həmin zaman Kənan tək gəlmişdir. Kənan ona birlikdə yaxınlıqdakı Rəşid Məmmədov küçəsində yerləşən “Möhtəşəm Məkan” adlı restoranın zirzəmisində yerləşən çay evinə gedib orada mobil telefonu format edib haqq-hesab etməsini təklif etmişdir. O da onunla razılaşmışdır. Kənanla birlikdə həmin çay evinə getmişlər. Çay evində kabinetdə bir masa arxasında əyləşmişlər. Həmin masada əvvəlcədən Kənanın tanıdığı, lakin onun tanımadığı bir nəfər cavan oğlan var idi. Bir neçə dəqiqə sonra Kənanın həmin tanışı masadan qalxıb çay evindən çıxıb getmişdir. Kənan onun satdığı mobil telefona baxdı, sonra telefonunu format etməsini bildirmiş, o da telefonunu format etmişdir. Saat təxminən 20 radələrində, Kənan ondan mobil telefonunu götürüb “Wifi”yə qoşulub yoxlamaq adı ilə kabinetdən çıxmışdır. O bir neçə dəqiqə kabinetdə tək gözləyib Kənanın gəlmədiyini görüb kabinetdən çıxmışdır. Lakin, Kənanın çay evində olmadığını görmüş və başa düşmüşdür ki, Kənan onun etibarından sui-istifadə edib onu aldadaraq mobil telefonunu ələ keçirmişdir. Mobil telefonunun dəyəri 1800 manat olmuş, içərisindəki ***-***-**-** saylı mobil nömrənin dəyəri isə 100 manat idi. Ümumilikdə ona 1900 manat maddi ziyan vurulmuşdur. Lakin, sonradan o, həmin 100 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrənin dublikartını çıxarmış və hazırda həmin nömrə öz istifadəsində olduğunu bildirmişdir. Mobil telefonunun üzərində hər hansı bir aksesuar olmamışdır. Kənanın tanışı olan digər şəxsi ümumiyyətlə tanımadığını demiş, həmin şəxslə aralarında heç bir söhbət olmamışdır. Onlar Kənanla masada əyləşdikdən bir neçə dəqiqə sonra həmin şəxsin çıxıb getdiyini bildirmişdir. Həmin şəxsin ona məxsus mobil telefonunun ələ keçirilməsində heç bir rolu olmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 vermiş olduğu ifadədən aydın olur ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus İphone 12 Pro Max markalı mobil telefonunu 1400 manata satmaq məqsədilə “Tap.az” sosial şəbəkəsində elan yerləşdirmişdir. Həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmi elanda qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Kənan adlı şəxs ona zəng vurub mobil telefonunu almaq istədiyini demişdir. O, Kənan adlı şəxsə telefonunu 1400 manata satdığını dedikdə sonuncu onunla razılaşmışdır. Həmçinin Kənan adlı şəxs hal-hazırda ünvan 14 ünvanında yerləşən “LaLiga” çay evində olduğunu və telefonu həmin çay evinə gətirməyini bildirmişdir. Həmin günü saat 15:55 radələrində həmin çay evinə getmişdir. Kənan adlı şəxs çay evində kabinetlərin birində masanın arxasında əyləşmişdir. O, həmin şəxslə görüşüb masada əyləşmişdir. Kənan telefona baxmaq istədiyini dedikdə o, telefonunu ona vermişdir. O, telefonu satdığı üçün üzərindəki mobil nömrəni çıxarmışdır. Kənan isə özünə məxsus mobil nömrəni onun telefonuna yerləşdirmişdir. Bundan sonra telefonun menyusuna girib telefonu yoxlamışdır. Daha sonra Kənan telefonunu format etdi və “Wifi” şəbəkəsinə qoşmaq üçün çay evinin işçilərindən kodu öyrənmək adı ilə kabinetdən çıxdı. Təxminən 2-3 dəqiqə keçdikdən sonra Kənanın gəlmədiyini görüb kabinetdən çıxdıqda görmüşdür ki, sonuncu çay evindən getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Kənan onu aldadıb telefonunu ələ keçirmişdir. Buna görə də, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Qeyd olunan mobil telefonu Kənan ondan alıb ələ keçirən zaman yanlarında heç kəs olmamışdır. Telefonunun dəyəri 1400 manat olduğunu da qeyd etmişdir. Həmçinin mobil telefonunun üzərində hər hansı bir mobil nömrə, aksesuar olmamışdır. Hadisə nəticəsində ona 1400 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs8 vermiş olduğu ifadədən aydın olur ki, 2022-ci ilin aprel ayında özünə “Tufan M 50” markalı işlənmiş vəziyyətdə qara rəngli moped almış, həmin moped ilə kuryerlik fəaliyyəti ulə məşğul olmuşdur. Moped işlər vəziyyətdə olmuş, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:10 radələrində o, özünə məxsus olan «Tufan М50» markalı mopedi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr. Dairəsi yaxınlığında yerləşən “Bomonti” kafesinin qarşısında saxlayıb kafeyə daxil olmuşdur. Təxminən 30 dəqiqə sonra kafedən çölə çıxanda görmüşdür ki, mopedi saxladığı yerdə yoxdur. Başa düşmüşdür ki, mopedini oğurlamışdırlar. Bu hadisədən sonra DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. O, “Tufan M 50” markalı mopedi işlənmiş vəziyyətdə 2022-ci ilin aprel ayında 1500 manata almışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs9 vermiş olduğu ifadədən aydın olur ki, o özünə məxsus olan “İphone 11 Pro Max” markalı mobil telefonunu satmaq istəyirmiş. Bu barədə tanışı Namizədin də məlumatı olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində onun mobil telefonuna dostu Namizədə məxsus olan ***-***-**-** nömrəsindən zəng gəlmişdir. O, mobil telefona cavab verəndə onunla danışan şəxsin Namizədin deyil, tanımadığı şəxsin olduğunu gördü. Həmin şəxs ona məxsus olan “İphone 11 Pro Max" markalı mobil telefonunu almaq istədiyini bildirmişdir. Mobil telefonda danışarkən mobil telefonu 1000 manata həmin şəxsə satacağı barədə razılaşmışdır. Həmin şəxs Nəsimi rayonu ərazisində yerləşən “Obed 50 qəpik” çay evinə gəlməsini ona bildirmişdir. Həmin gün təxminən saat 14 radələrində o, “Obed 50 qəpik” çay evinə gedib onun mobil telefonunu almaq istəyən şəxslə görüşmüşdür. Həmin şəxs adının Kənan olduğunu ona bildirmişdir. Onlar masa arxasında əyləşib çay sifariş vermişlər. Kənan ondan mobil telefonu yoxlamaq üçün istəmişdir. O da könüllü olaraq “İphone 11 Pro Max” markalı mobil telefona baxmaq üçün Kənana təqdim etmişdir. Kənan ondan ona satacağı “İphone 11 Pro Max” markalı mobil telefonu alıb telefonun menyusuna daxil olub telefonu yoxladı. Yoxladıqdan sonra həmin telefonu 1000 manata almaq barədə onunla razılaşmışdır. Kənan söhbət zamanı mobil telefonun şifrəsini ondan öyrənmişdir. Kənan bir qədər mobil telefona baxdıqdan sonra, telefondan çox anlayışı olmadığını, qardaşının telefon ustası olduğunu və telefona baxmaq üçün qardaşına zəng vurmaq istədiyini bildirmişdir. O da Kənanla razılaşdı. Kənan mobil telfonu ilə kimə isə zəng edib masa arxasından qalxıb danışa-danışa çay evindən çölə çıxmışdır. Kənan çay evindən çıxdıqdan bir qədər sonra o, Kənanın arxasınca küçəyə çıxdıqda onu görə bilmədiyini demişdir. Tanımadığı şəxsdən mobil telefon istəmiş və öz mobil telefonuna zəng etmişdir. Kənan mobil telefona cavab verib indi yaxınlaşacağını, qardaşını qarşılamağa getdiyini bildirmişdir. O, Kənanı 5 dəqiqəyə yaxın gözləmiş, təkrar olaraq öz mobil telefonuna zəng etmiş, lakin mobil nömrəsinə zəng çatmamışdır. Onun mobil telefonunun içərisində ***-***-**-** saylı nömrə var idi. O, başa düşmüşdür ki, Kənan onun etibarından istifadə edib mobil telefonunu ələ keçirib qaçıb getmişdir. Bundan sonra o, çay evində olan tanımadığı şəxsdən mobil telefonunu bir neçə dəqiqəlik alıb DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Onu da qeyd etmişdir ki, ona məxsus ***-***-**-** saylı nömrəsinin dublikatını çıxartmışdır. Kənan adlı şəxs onun mobil telefonunu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Obed 50 qəpik” kafesində ələ keçirmişdir. “İphone 11 Pro Max” markalı mobil telefonumun ələ keçirilməsinə görə ona 1000 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs11 vermiş olduğu ifadədən aydın olur ki, o, özünə məxsus olan “İphone 13 Pro” markalı mobil telefonunu satmaq istədiyindən 2022-ci ilin dekabr ayının ortalarında “Tap az” sosial şəbəkəsində 1950 manata mobil telefonun satışı barədə elan yerləşdirmişdir. Həmin ərəfədə o, X7 getdiyi üçün satmaq istədiyi mobil telefonu qohumu Şahid10 vermişdir ki, telefonu almaq istəyən olsa satsın. xx.xx.2022-ci il tarixdə bir nəfər şəxs qohumu Elçin ilə telefon əlaqəsi saxlayıb həmin gün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığına yerləşən “Paris” adlı kafedə Elçin ilə görüşmüş, mobil telefonu Elçindən 1950 manata almaq barədə Elçin ilə razılaşaraq mobil telefona nömrə taxmaq adı ilə Elçindən telefonu götürüb kafedən çıxıb uzaqlaşmaqla telefonu ələ keçirmişdir. “İphone 13 Pro” markalı mobil telefonunun ələ keçirilməsinə görə mənə 1950 manat ziyan dəymişdir. Ona məxsus olmuş “İphone 13 Pro” markalı mobil telefonunun imei kodu 5503 0239 0834 006, 3503 0239 0869 150 olduğunu qeyd etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs12 vermiş olduğu ifadədən aydın olur ki, anası Abbasova Hicran Əli qızı 2022-ci ilin avqust ayında onun üçün təzə vəziyyətdə 2.600 manata “İphone 13 Pro Max” markalı mоbil telefon almış, telefonun üzərində ***-***-**-** mobil nömrəni işlədirmiş. O, Kənan adlı yetkinlik yaşına çatmayan oğlanla 2023-cü ilin yanvar ayında metroda təsadüfən tanış olmuşdur. O, Kənan adlı şəxslə yaşdığı ünvanın yaxınlığında bir dəfə görüşmüşdür. Kənan onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nar” adlanan kafeyə yeməyə dəvət etmişdir. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Kənan ilə görüşmək üçün Yasamal rayonunda yerləşən “Nar” kafesinə gedib onunla görüşmüşdür. Kənan kafedə yemək sifariş vermişdir. Yemək yeyərkən Kənan ondan xahiş etmişdir ki, telefonunu ona versin, anası ilə danışsın. O da “İpone 13 Pro Max” markalı mobil telefonu danışmaq üçün Kənana vermiş, Kənan mobil telfonu ilə kimə isə zəng edib danışmağa başlamışdır. O da həmin vaxt ayaq yoluna getmiş, ayaq yolundan qayıdanda görmüşdür ki, Kənan kafedə yoxdur. Ona məlum olmuşdur ki, Kənan ona məxsus “İphone 13 Pro Max” markalı mobil telefonu da götürüb kafedən çıxıb getmişdir. Bundan sonra o qohumu Emin Kərimovla kafedə olan şəxslərdən birinin mobil telefon vasitəsilə əlaqə saxlamış, Emin kafeyə gəlmiş, bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişlər, daha sonra 26-cı PBnə getmişlər, o, yetkinlik yaşına çatmadığı üçün Polis bölməsində Emin şikayət ərizəsi yazmışdır. “İphone 13 Pro Max” markalı mobil telefonunu 2600 manata alındığını, ***-***-**-** mobil nömrənin isə dəyəri 15 manat, mobil telefonun üzlüyünə 20 manat verildiyini, kamera qoruyucusuna 30 manat verildiyini demişdir. Mobil telefonunun Kənan tərəfindən ələ keçirilməsinə görə ona ümumilikdə 2675 manat ziyan dəydiyini bildirmişdir. Ona məxsus olmuş “İphone 13 Pro Max” markalı mobil telefonunun imei kodu 3598 3651 0906 773 olmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs13 vermiş olduğu ifadədən aydın olur ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus İphone 12 Pro Max markalı mobil telefonunu 1500 manata satmaq məqsədilə “Tap.az” sosial şəbəkəsində elan yerləşdirmişdir. Həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni elanda qeyd etmişdir. Həmin günü təxminən saat 16 radələrində elan yerləşdirdiyi nömrəsinə Vhatsapp sosial şəbəkəsi vasitəsilə ***-***-**- ** saylı mobil nömrədən səsli mesaj gələrək elan yerləşdirmiş olduğu mobil telefonunu almaq istədiyini bildirmişdir. Həmin səsli mesajı göndərən xanım səsi idi. Sonradan həmin nömrədən ona zəng gəlmiş və tanımadığı oğlan ona bildirmişdir ki, telefonunu bir nəfər tanışına almaq istəyir, telefonun işlək vəziyyətdə olub-olmamasını ondan soruşmuşdur. O, həmin şəxsə telefonunun işlək vəziyyətdə olmasını bildirdikdən sonra həmin şəxs onu Bakı şəhəri, Q.Qarayev metrostansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. Həmin günü saat 18 radələrində əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Kənan adlı şəxslə qeyd olunan metronun çıxış hissəsində görüşmüşlər və telefona baxması üçün yaxınlıqda yerləşən “Kapitan” puba daxil olmuşlar. Orada yerləşən bir kabinetdə ikisi əyləşmişlər və çay sifariş etmişlər. Həmin zaman o, özünə məxsus satmaq istədiyi İphone 12 Pro Max markalı mobil telefonunu baxıb yoxlaması üçün Kənan adlı şəxsə vermişdir. Kənan isə ona telefona format verməsini bildirmiş, o da telefona format verib həmin telefonu yenidən onun özünə qaytarmışdır. Kənan adlı şəxs telefonu alacağını, ona pulu göndərməsi üçün bir kart nömrəsi verməsini istəmişdir. Sonra Kənan adlı şəxs telefonun vifisini yoxlamaq üçün kabinetdən çıxmışdır. O, isə kabinetdə onu gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Kənan adlı şəxsin gəlmədiyini görüb çölə çıxdıqda görmüşdür ki, sonuncu onun telefonunu etibarından sui-istifadə edib ələ keçirib getmişdir. Qeyd olunan mobil telefonunun dəyəri 1500 manat olmuş, həmin telefonunun üzərində hər hansı bir mobil nömrə və aksesuar olmamışdır. Hadisə nəticəsində ona 1500 manat maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs14 vermiş olduğu ifadədən aydın olur ki, özüнə məxsus olan “İpone 13 Pro Max” markalı mobil telefonu satmaq məqsədilə internetdə elan yerləşdirmiş, həmin elanla əlaqədar zəng edən şəxs özünü Kənan kimi təqdim edib, telefonu almaq istədiyini bildirmiş, telefonu 2.000 manata razılaşmışlar və Kananla xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ünvan 8 ünvanında yerləşən “Faxralı” kafesində görüşüb, birlikdə çay içmişlər. Həmin vаxt Kənan оndan “İphone 13 Pro Max” markalı mobil telefonu alıb yoxlamış və almaq istədiyini bildirmiş, Fərid gödəkçəni çıxarıb, telefonu cərayana taxıb gödəkçənin cibinə qoyaraq masadan qalxıb kabinetdən çıxаrаq içdikləri çayın pulunu verməyə getmiş, çayın pulunu verib bir neçə dəqiqə sonra kabinetə qayıtdıqda, Kənanın orada olmadığını, telefonu götürüb getdiyini aşkar etmiş və başa düşmüşdür ki, Kənan telefonumu oğurlamışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı olaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs15 vermiş olduğu ifadədən aydın olur ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus istifadə etdiyi mavi rəngli “İphone 12 pro max“ markalı mobil telefonunu sataraq özünə yeni telefon almaq üçün telefonunu «Lalafo.az» və «Tap.az» elan səhifəsinə 35305660 elan nömrəsi ilə qeydiyyata salaraq yerləşdirmişdir. Elan səhifəsində telefonunun foto şəkillərini yerləşdirərək qiymətini 1.600 azn qoymuş, və özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsini əlaqə saxlanılması üçün elana yerləşdirmişdir. Həmin gündən bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə saat təqribən 16 radələrində elana yerləşdirmiş olduğu mobil nömrənin «Whatsapp»ına yadında qalmayan mobil telefon nömrəsindən yazılı mesaj gələrək elan saytına yerləşdirmiş olduğu mobil telefonu almaq istədiyini bildirmiş. Qeyd etmişdir ki, ona yazılı mesaj göndərən şəxs oğlanıymış. O, həmin şəxsə «Whatsapp» vasitəsi ilə yazılı mesaj ataraq həmin şəxsi bildirmişdir ki, “Sədərək” ticarət mərkəzinə gəlsin. Həmin şəxs «Whatsapp» vasitəsi ilə ona bildirmişdir ki, “mən rayona gedirəm bu baxımdan dediyin ünvana gələ bilmirəm imkan varsa sən «20 Yanvar» metrosuna gəl”. Mən də xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmin şəxslə razılaşıb onun dediyi yerə gedib həmin şəxslə Bakı şəhəri, Nəsimi rayönu, Moskva prospekti 3007 ünvanında yerləşən “Lokma” adlı kafedə görüşmüşdür. Həmin şəxs təxminən 16-17 yaşlarında əynində qara rəngli qış gödəkcəsi ağ rəngli boyunlu köynək və göy rəngli cins şalvar geyinmişdir. Onlar kafedə əyləşmiş həmin şəxs çay sifariş vermiş və onun mobil telefonuna baxmaq istəmişdir. O, özünə məxsus elana yerləşdirmiş olduğu İphone 12 pro max markalı mobil telefonu həmin şəxsə baxaraq yoxlaması üçün vermişdir. Həmin şəxs telefona baxdıqdan sonra telefondan xoşunun gəldiyini və telefona format verməsini ona bildirmişdir. O, telefonu götürərək telefona format vermiş və yenidən telefonu həmin şəxsə yoxlaması üçün vermişdir. Həmin şəxs ona telefonu alacağını və atasının kart nömrəsini ona verməsini və telefonun pulunu həmin karta göndərə biləcəyini bildirmişdir. Həmin şəxs onun ona vermiş olduğu telefonun Wifisini yoxlamaq üçün əyləşmiş olduqları kabinetdən çölə çıxmışdır. Sonradan geri gəlmədiyini görüb telefonunu aparmasını anlamışdır. Həmin zəman dərhal polisə məlumat vermişdir. Hadisə zamanı həmin şəxsə ümumilkdə 1600 manat ziyan dəydiyini demişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs16 vermiş olduğu ifadədən aydın olur ki, bir ildir ünvan 17anov rayonu, Ə.Rəcəbli küçəsi 3 V ünvanında yerləşən “TT Mobile” adlı telefon satışı mağazasında telefon satışı ilə məşğul olur, 24 may 2023-cü il tarixdə instaqram sosial şəbəkə vasitəsilə tanımadığı şəxs 077- ***-**-** nömrəli mobil telefonla vatsap proqramı vasitəsilə “İphone 14 Pro” markalı mobil telefon sifariş vermiş, telefonun qiymətini onunla danışıb 2.500 manata razılaşmışlar. Həmin telefonu çatdırmaq üçün kuriyer işləyən X14 vermiş, Əli telefonu mağazdan götürüb, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Üzüm” restoranında təhvil vermək üçün getmiş və təxminən 1 saat sonra Əli zəng edərək bildirmişdir ki, o, “Üzüm” restoranının qarşısında dayanıb gözləmiş, atası Rəşid həmin telefonu sifariş vermiş şəxsə çatdırmaq üçün içəri girmiş, bir neçə dəqiqə sonra bayıra çıxaraq telefonu sifariş vermiş şəxsin onu aldadaraq telefonu ələ keçirərək oradan uzaqlaşdığını bildirmişdir. Sonra Rəşid bu barədə Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmiş, o isə Nizami RPİ-nə ərizə ilə müraciət edərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilərək, dəymiş ziyanın ödətdirilməsini xahiş etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2.445 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs17 vermiş olduğu ifadədən aydın olur ki, halhazırda rəsmi olaraq heç bir yerdə işləmir, «VOLT» şirkətində kuryer kimi çalışır, özünə məxsus «Tufan-М50» markalı, dəyəri 2.000 manat olan mopedi xx.xx.2023-cü il tarixdə «Turbo.az» və «Tap.az» saytlarında satışı elanını yerləşdirmiş, еlə həmin gün tanımadığı şəxs оnunla «Turbo.az» saytından elanla bağlı ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq mopedi almaq istədiyini və metronun «Koroğlu» stansiyasının yanında yerləşən “Bravo” hipermarketin dayanacağına gəlib baxmaq istədiyini bildirmişdir. O öz mopedi ilə qeyd olunan yerin dayanacağına gəlmiş, həmin şəxs sonradan adını bidiyi Təqsirləndirilən şəxs оnunla birlikdə mopedi idarə edib, sonradan düşməyimi deyərək mopedi tək sürüb baxmaq istədiyini bildirmiş, onunla razılaşıb mopedi sürüb yoxlamaq üçün оna vermişdir. Мopedi Kənana sürüb yoxlamaq üçün verəndən təxminən 2 dəqiqə sonra Kənan qayıdıb gəlməmiş, bundan sonra başa düşmüşdür ki, Kənan mopedi sürüb yoxlamaq adı ilə götürüb, аldadaraq sürüb aparmışdır. Bu səbəbdən o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs19 vermiş olduğu ifadədən aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Səbail rayonu, ‘'Malakan” bağı deyilən yerdə gəzən zaman bir nəfər Kənan adlı şəxslə tanış olmuş, söhbət zamanı münasibətləri yaranmış və birlikdə Nərimanov RPİ-nin 18-ci PB-nə gedib özünə məxsus şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlı ərizə yazmış, оradan çıxaraq “Elmlər” metrosunun yaxınlığına gedib “The Garden” restoranında yemək yemək qərarına gəlmişlər. Həmin günü saat 23 radələrində özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu masanın üzərinə qoyaraq sanitar qovşağına getmiş, təxminən 10 dəqiqə sonra geri qayıdanda Kənanın masada olmadığını görüb, əvvəlcə düşünmüşdür ki, Kənan restoranın daxilində harasa getmiş, lakin onu axtarsa da restoranda olmadığını və masanın üzərinə qoyduğu mobil telefonun dа orada olmadığını gördükdə, Kənanın оnа məxsus mobil telefonu oğurlayaraq oradan getdiyini başa düşüb, işçilərdən onu görüb-görmədiklərini soruşduqda onlar Kənanın restorandan çxaraq getdiyini bildirmiş və bundan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində 3.000 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs21 vermiş olduğu ifadədən aydın olur ki, hal hazırda Bakı Dövlət Universitetinin 3-cü kursunda təhsil alır, özünə məxsus 2022-ci ilin may ayında 2.600 manata aldığı «İphone 13 pro» markalı mobil telefonu pula ehtiyyacı olduğu üçün satmağa qərara almış, bunun üçün həmin mobil telefonu təxminən 10 gün öncə “Tap.az” satış saytında 1.600 manata satışa qoymuş, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən özünü Ruslan kimi təqdim edən şəxs zəng edərək həmin mobil telefonu almaq istədiyini bildirmiş və telefonda danışan zaman Ruslan adlı şəxs Abşeron rayonu, Xırdalan şəhərində obyekt işlətdiyini və bu səbəbdən də işdən çıxa bilmədiyini, lakin həmin mobil telefonu almaq istədiyini bildirmişdir. Ruslan Xırdalan şəhərində görüşməyi təklif etmiş, onunla razılaşmış, daha sonra o, Xırdalan dairəsinə “Mars” marketin üstündə yerləşən çayxanaya gəlib Ruslanı gözləməyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra Ruslan başqa tanımadığı biri ilə gəlmiş, Ruslan yanındakı adamı balaca qardaşı kimi təqdim etmiş, daha sonra Ruslan telefonu alaraq xoşu gəldiyini və onu almaq istəyini bildirmiş, daha sonra Ruslan telefona giriş vermək üçün internet lazım olduğunu demiş və telefonu əlinə götürərək həmin kafenin sahibindən internetin giriş kodunu öyrənmək üçün kafenin sahibinin yanına gedəcəyini bildirmişdir. Ruslan telefonumu götürərək dəhlizə çıxmış, bu zaman Ruslanlа gələn оğlаn sanitar qovşağına getmək üçün оnun yanından durub bayıra çıxmış, bir neçə dəqiqə gözləyib Ruslanın gəlmədiyini gördükdən sonra onun arxası ilə kafenin çölünə çıxаrаq onu axtarmağa başlamış, lakin Ruslanı tapmadığından onun telefonu oğurlandığına əmin olmuşdur. Daha sonra tanımadığı bir şəxsin mobil telefonunu alaraq onun nömrəsi ilə bibisi оğlu Zamin Qəhrəmanova zəng etmiş, Zamin həmin kafeyə gəlmiş və sonra bu barədə 102 xidmətinə zəng etdim. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs22 vermiş olduğu ifadədən aydın olur ki, özünə «Tufan M50» markalı moped almış və snradan həmin mipedi satmaq qərarına gəlib, 20 iyun 2023-cü il tarixdə həmin mopedi satmaq məqsədilə internetdə elan yerləşdirmiş və elanda mopedin qiymətini 1.400 manat qeyd eymişdir. xx.xx.2023-cü il tarixdə sonradan adını bildiyi Kənan adlı şəxs ***-***-**-** nömrədən zəng vurub mopedə baxıb almaq istədiyini bildirmiş, Kənanla həmin gün saat 18:30-da Yasamal rayonu, N.Hikmət küçəsi 25 ünvanda görüşməyə razılaşaraq həmin yerdə görüşmüşlər. Kənan mopedə baxıb, sürüb yoxlamaq istədiyini bildirdiyi üçün mopedi ona vermişdir. Kənan mopedi sürərək oradan uzaqlaşmış, bir qədər gözləmiş, lakin o gəlməmiş və onda başa düşmüşdür lo, Kənan onu aldadaraq mopedi ələ keçirmişdir. Odur ki, 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra da 28ci Polis Bölməsinə gedib şikayət ərizəsi və izahat yazmışdır. Sonra polis əməkdaşları ilə gedib hadisə yerini göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. Hadisənin səşəri günü polis əməkdaşları zəng edib bildirmişlər ki, Kənanı tutublar, o mopedi Qobustan qəsəbəsində qonşusuna satmışdır. Polis əməkdaşları tərəfindən “Tufan M50” markalı moped həmin şəxsdən götürülərək ona qaytarılmış və bu barədə qəbz yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, «28 May» küçəsi, Şəmsi Bədəybəyli küçəsində yerləşən “Esmobile” telefon mağazasında 2023-cü ilin mart-aprel aylarında satıcı işləmiş, 2023-cü ilin aprel ayında “Telefon Baku” telefon mağazasının satıcısı Zakir adlı şəxsdən «İphоne 13 Pro Max» markalı mobil telefonu 1.500 mаnаtа alıb işlədiyi mağasada satışa qoymuşdur. Həmin günlərdə qonşu mağazada yəni “Nur mobile” adlanan mağazada satıcı işləyən Adnan adlı satıcı ondan bir neçə mobil telefonu almış, «İphоne 13 Pro Max» markalı mobil telefonu ona 1.500 manata satmış, həmin vaxtdan təxminən 10 gün sonra həmin mağazadan işdən çıxmış, həmin vaxtdan təxminən bir ay sonra isə Adnan оnunla telefon əlaqəsi saxlayıb satdığı «İphоne 13 Pro Max» markalı mobil telefonun oğurluq olmasını demişdir. Adnana demişdir ki, həmin telefonu Zakirdən almış, Zakir ilə telefon əlaqəsi saxlayıb həmin mobil telefonun oğurluq olması barədə deyəndə о, demişdir ki, həmin telefonun oğurluq olması barədə məlumatı vardır. Daha sonra Adnan ilə də telefon əlaqəsi saxlayıb Zakirin dediklərini ona deyib Zakirlə məsələsini öz aralarında həll etməsini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Zakirlə telefon əlaqəsi saxlayıb “İphоne 13 Pro Max” markalı mobil telefonun məsələsini həll edib-etməməsini soruşanda Zakir demişdir ki, narahat olma həll edəcəm, bir neçə gün sonra yenidən Zakirlə telefon əlaqəsi saxlayanda demişdir ki, həmin telefonun məsələsini həll etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X4, Şahid2, Şahid3, Şahid4, Şahid5,Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid11, Şahid12 və Şahid13 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Diskə baxış keçirilməsi haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 22 ünvanında yerləşən “Faxralı” kafesində quraşdırılmış müşahidə kamerasına baxış keçirilmişdir. Müşahidə kamerasında xx.xx.2023-cü il tarixd saat 18:04-də bir nəfər orta boylu, qara saçlı, qarayanız şəxsin mobil telefon ilə danışaraq kafedən çıxması, kafedən çıxdıqdan sonra qaçaraq getməsi əks edilmişdir. “Axtarışda olan şəxsin yaxalanması” barədə 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli vəsatət rədd edilmiş və onun MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli, 9/09 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “İphone 12 Pro” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1250 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “DVD diskdə olan görüntülərə baxış keçirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs8 məxsus “Tufan M50” markalı moped Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Bomonti” kafesinin qarşısında naməlum şəxs tərəfindən oğurlanmışdır. Diskə baxış zamanı müəyyən edilir ki, əynində qara rəngli köynək, boz rəngli şalvar olan bir nəfər şəxs dayanmış mopedi sürüb gedir. İkinci görüntüdə əynində qara rəngli köynək, boz rəngli şalvar olan bir nəfər şəxs mopedi piyada yolu ilə sürüb gedir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 məxsus “Tufan M50” markalı mopedi oğurladığı zaman müşahidə kamerasının qeydə aldığı videogörüntülər olan DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, o, bütün epizodlar üzrə özünü təqsirli bilir, iyirmi epizod üzrə müddət keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Daha sonra «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.1, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci (15 iyun 2022-ci ildə Zərərçəkmiş şəxs8 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi), ikinci (09 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs19 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi), üçüncü (17 noyabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs9 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi), dördüncü (19 noyabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs7 ümumilikdə vahid niyyətlə 950 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), beşinci (03 dekabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs20 ümumilikdə vahid niyyətlə 1400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), altıncı (22 dekabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs11 ümumilikdə vahid niyyətlə 1950 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), yeddinci (03 yanvar 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs13 ümumilikdə vahid niyyətlə 1500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), səkkizinci (08 yanvar 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs15 ümumilikdə vahid niyyətlə 1600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), doqquzuncu (27 yanvar 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs21 ümumilikdə vahid niyyətlə 1600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), onuncu (01 fevral 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs6 ümumilikdə vahid niyyətlə 1400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on birinci (12 fevral 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs18 ümumilikdə vahid niyyətlə 1450 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on ikinci (19 fevral 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə zərərçəkmiş şəxs X13 ümumilikdə vahid niyyətlə 1800 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on üçüncü (03 mart 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs10 ümumilikdə vahid niyyətlə 950 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on dördüncü (23 mart 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə 2788 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on beşinci (05 aprel 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs14 2000 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etməsi), on altıncı (14 aprel 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs12 ümumilikdə vahid niyyətlə 2675 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on səkkizinci (09 iyun 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs17 ümumilikdə vahid niyyətlə 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), on doqquzuncu (18 iyun 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə 2050 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), iyirmi birinci (23 iyun 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs22 ümumilikdə vahid niyyətlə 1400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), iyirmi ikinci (12 avqust 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 1750 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi) epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, on birinci, on ikinci, on üçüncü, on dördüncü, on beşinci, on altıncı, on səkkizinci, on doqquzuncu, iyirmi birinci və iyirmi ikinci epizodlar üzrə törətdiyi cinayət əməlləri üzrə hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddətləri müstəqil hesablandığından ona qarşı CM-nin 177.2.2 və 178.2.2-ci maddələri üzrə irəli sürülmüş ittiham həmin hissədə CM-nin 177.1 və 178.1-ci maddələrinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.2-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Təqsirləndirilən şəxs qeyd olunan epizodlar üzrə cinayət əməllərini törətdiyi (15 iyun 2022-ci ildən - 12 avqust 2023-cü il tarixədək) zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2-ci bəndinə görə birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, on birinci, on ikinci, on üçüncü, on dördüncü, on beşinci, on altıncı, on səkkizinci, on doqquzuncu, iyirmi birinci və iyirmi ikinci epizodlarında qeyd olunan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi birinci - 15 iyun 2022-ci ildə Zərərçəkmiş şəxs8 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə, ikinci - 09 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs19 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsinə, üçüncü - 17 noyabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs9 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsinə, dördüncü - 19 noyabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs7 ümumilikdə vahid niyyətlə 950 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, beşinci - 03 dekabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs20 ümumilikdə vahid niyyətlə 1400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, altıncı - 22 dekabr 2022-ci il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs11 ümumilikdə vahid niyyətlə 1950 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, yeddinci - 03 yanvar 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs13 ümumilikdə vahid niyyətlə 1500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, səkkizinci - 08 yanvar 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs15 ümumilikdə vahid niyyətlə 1600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, doqquzuncu - 27 yanvar 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs21 ümumilikdə vahid niyyətlə 1600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, onuncu - 01 fevral 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs6 ümumilikdə vahid niyyətlə 1400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on birinci - 12 fevral 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs18 ümumilikdə vahid niyyətlə 1450 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on ikinci - 19 fevral 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə zərərçəkmiş şəxs X13 ümumilikdə vahid niyyətlə 1800 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on üçüncü - 03 mart 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs10 ümumilikdə vahid niyyətlə 950 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on dördüncü - 23 mart 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə 2788 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on beşinci - 05 aprel 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs14 2000 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etməsinə, on altıncı - 14 aprel 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs12 ümumilikdə vahid niyyətlə 2675 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on səkkizinci - 09 iyun 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs17 ümumilikdə vahid niyyətlə 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, on doqquzuncu - 18 iyun 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə 2050 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, iyirmi birinci - 23 iyun 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs22 ümumilikdə vahid niyyətlə 1400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, iyirmi ikinci - 12 avqust 2023-cü il tarixində tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 1750 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair epizodlar üzrə törətmiş olduğu əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və hər bir epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri müstəqil hesablandığından və təqsirləndirilən şəxs göstərilən epizodlar üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin epizodlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 178.1-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi on yeddinci – 24 may 2023-cü il tarixində qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs16 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsinə dair və iyirminci – 20 iyun 2023-cü il tarixində tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3283 manat məbləğində ziyan vurmaqla təkrarən soyğunçuluq etməsinə dair epizodlar üzrə cinayət əməllərini törətməkdə təqsirlidir və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1, 180.2.2 və 180.2.4-cü maddələri üzrə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini və cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdən (saat 12:00) 26 iyun 2023-cü il tarixədək (saat 10:30) tutulduğu, cəmi 01 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli – 23 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda iş üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının ümumi dəyəri 50 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 178.2.1-ci maddəsilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.2 və 180.2.4-cü maddələrilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək tutulduğu, cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-19/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-19/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver