Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-191/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, motosikl təmiri ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron city” yaşayış kompleksində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı yaşayış sahəsi hesab edilən ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzilə əvvəlcədən əldə edilmiş açarla qapını açıb qanunsuz daxil olaraq mənzilin dəhlizində olan şkafın içərisindəki seyfdən 7500 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı yaşayış sahəsi hesab edilən ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzilə əvvəlcədən əldə edilmiş açarla qapını açıb qanunsuz daxil olaraq mənzilin dəhlizində olan şkafın içərisindəki seyfdən 7500 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi “Kia Ceed” markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs2 onun dostudur və onların evində kirayədə yaşamış, evin yaxınlığında motosikl təmir etməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə Rüfətin sevgilisidir, onu hadisədən bir neçə gün əvvəl tanımışdır və aralarında heç bir qərəzli münasibət olmamışdır. xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə Sürayyəni həbsdə olan ərinin yanına aparmış, oradan çıxdıqdan sonra Sürayyə ilə Rüfət arasında qısqanclıq üstündə mübahisə yaranmış, daha sonra o, Sürayyənı evlərinə düşürmüş, Rüfəti isə Elmlər Akademiyasına iş yerinə aparmışdır. Həmin gün Sürayyənin evinin açarı onun maşınında qalmışdır. Bir neçə gün əvvəl Rüfət ona Sürayyənin evində xeyli miqdarda pulunun olmasını və həmin pulları götürmək istəməsini bildirdiyi üçün o, açarı maşında gördükdən sonra Rüfətin dediklərini xatırlamış, buna görə də açar barədə Sürayyəyə məlumat verməmişdir. Həmin vaxt özünün də pula ehtiyacı olduğundan Rüfətin həmin pulları götürdüyü təqdirdə ona da müəyyən məbləğdə pul verəcəyini düşünmüşdür. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Rüfəti görəndə açarı ona göstərmiş, lakin ona verməmiş, axşam bu barədə söhbət edəcəklərini bildirmişdir. Həmin gün Sürayyənin oğlunun ad günü olduğundan onun ailəsi ilə birlikdə “Niaqara” adlı restoranda ad günü məclisində olacağını bilmişdir. Sürayyə Rüfətdən küsdüyü üçün Rüfəti həmin məclisə çağırmamış, ancaq onu dəvət etmişdir. Həmin gün axşam Rüfətlə birlikdə bərbərə gedərkən Sürayyəgil ad günündə olduqları vaxt onların evinə girib Sürayyənin pulunu oğurlamaq barədə onunla razılaşmışdır. Bu məqsədlə bərbərdən çıxdıqdan sonra idarə etdiyi “Kia Ceed” markalı avtomobillə Rüfətlə birlikdə Sürayyəgilin binasının yanına gəlmiş, həmin vaxt onların evində işıq yandığı üçün evdə adam olduğunu düşünmüş və avtomobili sürüb oradan uzaqlaşmışdır. Həmin ərəfədə Sürayyə ona zəng edib niyə ad gününə gəlmədiyini soruşmuşdur. Söhbət zamanı o, Sürayyənin bacısının da səhhəti ilə bağlı hələ də ad gününə gedə bilmədiyini öyrənmiş, buna görə də Sürayyəni sakitləşdirmək üçün Rüfətlə birlikdə “Niaqara” restoranının yanına gəlmişdir. Rüfət onu maşında gözləmiş, o isə restoranın qarşısında Sürayyə ilə görüşmüş, ona əynini dəyişdikdən sonra ad gününə gələcəyini demiş, daha sonra Rüfətlə birlikdə yenidən Sürayyəgilin həyətinə gəlmişdir. Artıq evin işığı sönülü olduğundan evdə heç kimin olmadığını anlamış, Rüfət Sürayyənin evinin açarlarını götürüb pulu oğurlamaq üçün evə qalxmış, o isə ətrafa nəzarət etmək üçün maşında oturub onu gözləmişdir. Təxminən 10 dəqiqə sonra Rüfət geri qayıdıb maşına əyləşmiş, o, tez maşını sürüb həyətdən çıxmış və Elmlər Metrostansiyası istiqamətinə gedərkən Rüfət evdəki seyfdən pulları götürdüyünü demiş və pulları çıxarıb cəmi 3200 manat pul saymışdır. Onun maşınında nasazlıq olduğundan həmin pulun 2000 manatını ona vermiş, qalan pulu isə özünə götürmüşdür. “Bakıxanov” körpüsünün üstündə hərəkətdə olarkən Rüfət Sürayyənin evinin açarlarını maşının pəncərəsindən tullamış, onu evə düşürdükdən sonra özü əynini dəyişib Sürayyənin oğlunun ad günü məclisinə getmişdir. Məclis bitdikdən sonra Sürayyəgili götürüb evlərinə gətirmiş, Sürayyənin anasıgil evə çıxdıqdan sonra o, Sürayyə ilə birlikdə mafia kluba gəlmiş, təxminən gecə saat 04 radələrində evə qayıtmışdır. Sabahı gün saat 19 radələrində Sürayyə ona zəng edərək seyfindən 7500 manat pulunun oğurlandığını bildirmişdir. Daha sonra Sürayyənin anası Sevinc onu ittiham edərək pulların onun tərəfindən oğurladığını demiş, o, sevgilisi olduğu üçün Sürayyənin Rüfətdən şikayət etməyəcəyini və beləcə məsələnin üstünün bağlanacağını düşünmüş, oğurluğun üstü açıldığı üçün Rüfətə bu barədə məlumat verərək gizlənməsini tapşırmışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənildiyini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur, onların evində kirayədə yaşamış və evin yaxınlığında, Elmlər Akademiyası metrostansiyası ətrafında motosikl təmir etməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə hadisədən 6-7 ay əvvəl tanımış, onunla sevgili olmuş və aralarında heç bir qərəzli münasibət olmamışdır. Hadisədən təxminən 15-20 gün əvvəl Möhtəşəmlə Sürayyəni tanış etmiş, Möhtəşəm taksi işlədiyi üçün arada Sürayyəni də müxtəlif yerlərə aparmışdır. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində Sürayyə ilə görüşmüş, qısqanclıq üstündə aralarında mübahisə yaranmış, buna görə də Sürayyə onu xx.xx.2022ci il tarixdə keçiriləcək oğlunun ad günü məclisinə dəvət etməmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 07-08 radələrində işə hazırlaşarkən Möhtəşəm Sürayyənin evinin açarını ona göstərib “Gör məndə nə var?!” deyə bildirmişdir. O, Sürayyənin evində pulu olmasını və həmin pulu götürmək istədiyini Möhtəşəmə bildirdiyi üçün Möhtəşəm də açarı ona göstərərək Sürayyənin yadından çıxıb maşında qaldığını demişdir. Həmin gün saat 19-20 radələrində Möhtəşəmlə birlikdə bər-bərə getmiş, ümumi söhbət zamanı Sürayyəgil ad günündə olduqları vaxt onların evinə girib Sürayyənin pulunu oğurlamaq barədə Möhtəşəmlə razılaşmışdır. Bu məqsədlə bərbərdən çıxdıqdan sonra Möhtəşəmlə birlikdə onun idarə etdiyi “Kia Ceed” markalı avtomobillə Sürayyəgilin binasının yanına gəlmiş, həmin vaxt Sürayyəgilin evində işıq yandığından evdə adam olduğunu düşünüb oradan uzaqlaşmış, daha sonra birlikdə “Niaqara” restoranının yanına gəlmişdir. Möhtəşəm restoranın qarşısında Sürayyə ilə görüşmüş və əynini dəyişdikdən sonra ad gününə gələcəyini bildirmişdir. Bundan sonra onlar yenidən Sürayyəgilin həyətinə gəlmiş, evin işığı sönülü olduğundan o, Möhtəşəmdən Sürayyənin evinin açarlarını götürüb pulu oğurlamaq üçün evə qalxmış, Möhtəşəm isə ətrafa nəzər yetirmək üçün maşında onu gözləmişdir. O, 4-cü mərtəbəyə çıxıb açarla evin qapısını açıb içəri daxil olmuş, bir neçə dəfə Sürayyənin evində olduğu üçün onun pulları harada saxladığını, seyfin kodunun “2025” olduğunu əvvəlcədən bilmişdir. Evə daxil olduqda dəhlizdə olan paltar şkafının alt gözündə, paltarların arasında olan qırmızı rəngli seyfin kodunu yazıb qapısını açmış, seyfin içərisində olan açıq qutudakı pulu götürmüş, lakin, seyfdə başqa pul, qiymətli əşya və ya qızıl-zinət əşyaları olub-olmadığına fikir verməmişdir. Həyəcanlı olduğu üçün pulu orada saymamış, eləcə də evdə digər yerləri axtarmamış, seyfi bağlayıb edən çıxarkən evin qapısını da açarla bağlamışdır. Daha sonra həyətə düşüb Möhtəşəmin maşınına əyləşmiş, maşınla Elmlər Akademiyası istiqamətində gedərkən Sürayyənin evindən götürdüyü pulu çıxarıb saymış, cəmi 3200 manat pul olmuşdur. Möhtəşəmin maşınında nasazlıq olduğundan həmin pulun 2000 manatını Möhtəşəmə vermiş, qalan 1200 manatı isə özü götürmüşdür. “Bakıxanov” körpüsünün üzərində olanda Sürayyənin evinin açarını maşının pəncərəsindən tullamış, Möhtəşəm onu evə düşürdükdən sonra özü Sürayyənin oğlunun ad gününə getmişdir. O isə cibində pulu olduğundan həmin gecə Babək prospektində yerləşən “Səngər” adlı mafia oyunu oynanılan kluba getmiş, pulun bir hissəsini orada xərcləmişdir. Sabahı gün axşam saatlarında Möhtəşəm Sürayyənin polisə şikayət etməsi barədə ona məlumat vermiş və bir müddətlik aradan çıxmasını tapşırmışdır. Həmin vaxt o, dostu Novruzla birlikdə onların Mərdəkan qəsəbəsində yerləşən bağ evinə getmiş, həmin gecəni orada qalmış, sabahı gün isə Masazır qəsəbəsində yerləşən “Abşeron City” adlı yaşayış kompleksindən ev kirayə götürüb oraya köçmüşdür. O, “İnstagram” sosial şəbəkəsi üzərindən Sürayyə ilə danışmağa başlamış, bir neçə gündən sonra isə yaşadığı yer barədə Sürayyəyə məlumat vermiş və onu evinə çağırmışdır. Sürayyə gəldikdən sonra həyətdə polis əməkdaşlarının olduğunu görüb könüllü təslim olaraq hadisəni səmimi etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənildiyini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında anası, bacısı, qardaşı və 2 azyaşlı övladı birlikdə kirayədə yaşayır. Özünə şəxsi ev almaq üçün pul yığmış və həmin pulları yaşadığı evdə kiçik ölçülü kodla açılan seyfdə saxlamış, ailə üzvlərinin də bu barədə məlumatı olmuşdur. Oğlu İbrahimin 4 yaşı münasibəti ilə 21 noyabr 2022-ci il tarixdə, saat 20:00 üçün “Niagara” restoranında masa sifariş vermişdir. Həmin gün müəyyən xərclər üçün seyfdən pul götürmüş, həmin vaxt seyfdə cəmi 10.200 manat pul qalmış, həmçinin qızılzinət əşyaları da seyfdə olmuşdur. Seyfdə olan pulun məbləğini anası Sevinc də bilmişdir. Həmin gün axşam salona getmiş, daha sonra evə gəlib əynini dəyişərək taksi ilə Niagara restoranına getmişdir. Artıq anası Sevinc, azyaşlı qardaşı Yusif və 2 azyaşlı övladı restoranda olmuşlar, böyük bacısı Nilufər isə səhhətində problem olduğu üçün təxminən saat 22:15 radələrində restorana gəlmişdir. Yəni evdən ən son bacısı Nilufər çıxmışdır. Gecə saat 00:00 radələrində artıq məclisin qurtarmış, daha sonra anasıgil evə getmiş, özü isə tanışı Möhtəşəmlə birlikdə Babək prospektində yerləşən “Mafia Klub”a gəlmişdir. Təxminən gecə saat 03:00 radələrində evə qayıtmışdır. Sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində qızıl qolbağını seyfə qoyarkən seyfdə pulun az olmasını aşkar etmiş, seyfdə cəmi 2700 manat pul qalmışdır. Həyəcanlı olduğu üçün ilkin olaraq 7000 manat pulunun oğurlanmasını düşünmüş, buna görə də anası 102 xidmətinə zəng edərək 7000 manat pullarının oğurlanması barədə məlumat vermişdir. Daha sonra sakitləşib yenidən hesabladıqda 7500 manat pulunun oğurlanmasını müəyyən etmişdir. xx.xx.2022ci il tarixdə ad günü məclisindən evə qayıdarkən mənzilin giriş qapısı bağlı vəziyyətdə olmuş, həmin vaxt mənzilin qapısını anası Sevinc açarla açmış, ailə üzvlərinin hər birində 1 açar olmaqla giriş qapısının cəmi 4 açarı olmuş, özünə məxsus açarı hadisədən 1-2 gün əvvəl itirmişdir. Həyat yoldaşı həbs olunduqdan sonra Rüfət adlı şəxslə sevgili münasibətində olmuş, son zamanlar münasibətləri korlanmış, ancaq onun dostu olan Möhtəşəm adlı şəxslə əlaqəsi qalmışdır. Oğlunun ad gününə Möhtəşəmi də çağırmış, lakin o, məclisə gecə saat 23:30 radələrində gəlmiş, hadisənin Möhtəşəm və Rüfət tərəfindən törədilməsindən şübhələnmişdir. Ona bu barədə bildirdikdə Möhtəşəm oğurluq etmədiyini bildirmiş, həmin pulu Rüfətin götürə biləcəyini demişdir. Rüfət əvvəllər bir neçə dəfə onun yaşadığı evdə olmuş, onun ev almaq üçün pul yığdığını, pulları seyfdə saxladığını və hətta seyfin kodunun 2025 olduğunu da bilmişdir. Rüfət Möhtəşəmlə birlikdə əvvəlcə onun evinin açarlarını ələ keçirmiş, o ad günü məclisində olarkən Rüfət həmin açarla qapını açıb evə daxil olmuş, evi dağıtmadan seyfdən 7500 manat məbləğində pulu götürüb daha sonra isə oğurluq olmasından şübhələnməmələri üçün pulun bir hissəsini, eləcə də qızıl-zinyət əşyalarını seyfdə saxlamış və evdən çıxdıqda qapını açarla bağlayıb getmişdir. Sürayvə Tağıyeva hadisə nəticəsində ev dağıdılmadığı üçün, eləcə də seyfdə olan bütün pullar və qızıl-zinyət əşyaları aparılmadığı üçün evə kənar şəxsin daxil olmasına inanmadığını, hadisənin Rüfət və Möhtəşəm tərəfindən törədildiyini, oğurluq hadisəsi nəticəsində 7500 manat pulunun oğurlandığını bildirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 5 ildir tanıyır, yaxın dostluq münasibətləri var. Rüfət motosikl təmiri ilə məşğul olduğu üçün xx.xx.2022-ci il tarixdə də öz motosikletini yoxlatdırmaq üçün Rüfətin yanına getmişdir. Axşam saatlarında Rüfətlə birlikdə onun yaşadığı evdə oturduğu zaman Rüfətin tanışı Möhtəşəm ona zəng edərək nəsə demiş, Rüfətin həyəcanlandığını görüb ondan nə olduğunu soruşmuş, Rüfət polislə probleminin olduğunu bildirmiş, lakin problemin nə ilə bağlı olduğunu deməmiş, Rüfət görüşdüyü qızla tez-tez mübahisə etdiyi üçün onun yenə də sevgilisi ilə dalaşdığını düşünmüşdür. Həmin vaxt Rüfət evdən çıxıb başqa yerdə gecələməli olduğunu bildirmiş, o, Rüfəti Mərdəkan qəsəbəsində yerləşən bağ evinə aparmışdır. Bir neçə dəfə ondan nə olduğunu, niyə polislə probleminin olduğunu soruşsa da, Rüfət bu barədə danışmaq istəməmişdir. Sabahı gün Rüfət Masazır qəsəbəsindən kirayə ev tutmuş və o, Rüfətlə birlikdə həmin evə getmişdir. Rüfət tez-tez “İnstagram” sosial şəbəkəsində Sürayyə adlı sevgilisi ilə danışdığı üçün o, Rüfətin sevgilisi ilə dalaşdığını və sevgilisinin onun barəsində polisə şikayət etdiyini düşünmüşdür. 29 noyabr 2023-cü il tarixdə Rüfət sevgilisi ilə barışmaq üçün onu Masazır qəsəbəsində yerləşən kirayədə qaldıqları evə çağırmış, Sürayyə gəldikdən sonra o, Rüfətin tanışı Möhtəşəmlə birlikdə Sürayyənin evindən oğurluq etdiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. İki qızı, oğlu və nəvələri ilə birlikdə təxminən ünvan 6 ünvanında kirayəşin yaşayırlar. Sürayyənin həyat yoldaşı neçə ildir ki, həbsdədir. Evləri olmadığı üçün bir neçə illərdir ki, qızı Sürayyə özlərinə ev almaq üçün pul yığır və həmin pulları yaşadıqları evdə seyfdə saxlamışdır. 21 noyabr 2022-ci il tarixdə Sürayyənin oğlunun ad günü ilə bağlı həmin günü axşam saat 20:00 üçün Sürayyə “Niagara” restoranında masa sifariş verib və bütün ailə üzvləri həmin yerdə ad günündə iştirak edəcəklər. Həmin günü Sürayyə seyfdən bir qədər pul götürmüş, o, da nəvəsinə ad günü hədiyyəsi almaq üçün bir qədər pul götürmüşdür. Seyfdə həmin vaxt 10.200 manat pul qalmış, eyni zamanda qızı Sürayyənin, onun və digər qızının da qızıl-ziynət əşyalarını seyfə qoymuşlar. Axşam radələrində onlar qeyd olunan restorana getmişlər. Böyük qızı Nilufər isə səhhəti ilə bağlı evdə qalmış və təxminən saat 22:15 radələrində restorana gəlmişdir. Gecə saat 00:00 radələrində artıq məclis qurtarmış və onlar birlikdə restorandan çıxıb yaşadıqları evə getmişlər. Onlar avtomobildən düşüb evə qalxmışlar. Sürayyə isə həmin günü ad günündə iştirak edən tanışı Möhtəşəmlə birlikdə getmişlər. Sürayyə gecə saat 03 radələrində evə gəlmiş, səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Sürayyə qızıl qolbağını qızıl qoymaq istədikdə seyfdə pul az olduğunu görüb pulu saydıqda cəmi 2700 manat pul olduğunu görmüşdür. Sürayyə həmin zaman ona həyəcanlı şəkildə 7.000 manat pulun oğurlandığını bildirmiş, o da dərhal DİN-nin 102 xidmətinə zəng edərək 7000 manat pulun oğurlanması barədə məlumat vermişdir. Daha sonra sakitləşib yenidən pulları saydıqda məlum olmuşdur ki, 7500 manat pul oğurlanmışdır. Sonradan məlum oldu ki, evlərindən pulları oğurlayan şəxs qızının tanışı Rüfət və Möhtəşəm adlı şəxslər olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-18-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzildə baş vermişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan “Şübhəli şəxsin saxlanıldığı X1 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 67-68-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 130-134-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1288/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 135-136-cı vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 01 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 139-145-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1289/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddətinin 3 (üç) ay müddətində müəyyən edilməsi qərara alınmışdır. Cinayət işinin 148-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Möhtəşəm və Rüfət adlı şəxs onun evindən oğurladıqları 7500 manat pulun 3200 manatını qaytarıblar. Qalan pulu isə istintaq zamanı qaytaracaqlar. Cinayət işinin 151-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 153-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 164-cü vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Rüfət adlı şəxs onun evindən oğurladığı 7500 manat puldan 500 manatını ödəmişdir. Möhtəşəm və Rüfət ona vurduqları 7500 manat maddi ziyandan cəmi 3700 manatını ödəyiblər. Qalan 3800 manatı isə hissə-hissə ödəyəcəklərinə söz veriblər. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-191/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli nəticəsində ona dəymiş 7500 (yeddi min beş yüz) manat məbləində maddi ziyan tam olaraq ödənilmişdir. Ondan üzr istəmişlər və onlar barışmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir maddi və mənəvi xarakterli iddia tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutma altında saxlanıldığı 2 (iki) gün və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat zamanı tutma altında saxlanıldığı 2 (iki) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 keçirilmiş 12 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün hər bir vəkil tərəfindən 40 (qırx) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 40 (qırx) iş saatına görə cəmi 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutma altında saxlanıldığı 2 (iki) gün və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (1 il 7 ay 22 gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı tutma altında saxlanıldığı 2 (iki) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (8 ay 2 gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 40 (qırx) iş saatına görə cəmi 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-191/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-191/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver