Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-191/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 azyaşlı övladı olan, orta təhsilli, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən yarımtikilidə yaşamış, hazırda barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 601/2024 saylı hökmü ilə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 azyaşlı övladı olan, orta təhsilli, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən yarımtikilidə yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı hökmü ilə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 06 yanvar 2024-cü il tarixdən həmin gün saat 06 radələrinə kimi olan müddət ərzində, yəni 06 yanvar 2024cü il tarixdə, saat 02 radələrində, 06 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində və 06 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən metal qəbulu məntəqəsinə darvazanın dəmir lövhəsini aralamaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus bir kiloqramının qiyməti 10 manat olmaqla ümumi dəyəri 550 manat olan 55 kiloqram çəkidə “mis” materialından olan metal avadanlıqları, bir kiloqramının qiyməti 1,5 manat olmaqla ümumi dəyəri 45 manat olan 30 kiloqram çəkidə “nerj” materialından olan metal avadanlıqları, bir kiloqramının qiyməti 2 manat olmaqla ümumi dəyəri 100 manat olan 50 kiloqram çəkidə “düralminium” materialından olan metal avadanlıqları, bir kiloqramının qiyməti 2,5 manat olmaqla ümumi dəyəri 262,5 manat olan 105 kiloqram çəkidə “alminium” materialından olan metal avadanlıqları və 150 manat dəyərində 01 ədəd istilik radiatorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1107,50 (min yüz yeddi manat əlli qəpik) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 06 yanvar 2024-cü il tarixdən həmin gün saat 06 radələrinə kimi olan müddət ərzində, yəni 06 yanvar 2024cü il tarixdə, saat 02 radələrində, 06 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində və 06 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən metal qəbulu məntəqəsinə darvazanın dəmir lövhəsini aralamaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus bir kiloqramının qiyməti 10 manat olmaqla ümumi dəyəri 550 manat olan 55 kiloqram çəkidə “mis” materialından olan metal avadanlıqları, bir kiloqramının qiyməti 1,5 manat olmaqla ümumi dəyəri 45 manat olan 30 kiloqram çəkidə “nerj” materialından olan metal avadanlıqları, bir kiloqramının qiyməti 2 manat olmaqla ümumi dəyəri 100 manat olan 50 kiloqram çəkidə “düralminium” materialından olan metal avadanlıqları, bir kiloqramının qiyməti 2,5 manat olmaqla ümumi dəyəri 262,5 manat olan 105 kiloqram çəkidə “alminium” materialından olan metal avadanlıqları və 150 manat dəyərində 01 ədəd istilik radiatorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1107,50 (min yüz yeddi manat əlli qəpik) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nərimanov rayonu, Z.Bünyadov prospektində qardaşı Rahiblə birlikdə piyada hərəkətdə olan zaman yaxınlıqdakı metal qəbulu məntəqəsi onun diqqətini çəkib. Maddi sıxıntıları olduğundan həmin metal qəbulu məntəqəsindən oğurluq etmək qərarına gəlib və bu fikri barədə qardaşı Rahibə deyib. Rahibin də maddi sıxıntıları olduğundan onunla birlikdə oğurluq etməyə razılaşıb. Fikirləşiblər ki, gecədən səhərə qədər metal qəbulu məntəqəsinə daxil olub oradan gücləri çatan qədər metal oğurluyub satsınlar. Hiss-hissə oğurlamağı qərarlaşdırıblar ki, həm taksi sürücüsü həm də metal qəbul edən məntəqə onlardan şübhələnməsin. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Orduxanın idarə etdiyi avtomobillə Balaxanı qəsəbəsinə metal satmağa aparan zaman qeyd etdiyi Z.Bünyadov prospekti 204 saylı ünvanda yerləşən metal qəbulu məntəqəsinin yaxınlığından keçən zaman Orduxandan idarə etdiyi avtomobili saxlamasını istəyib. Orduxan da idarə etdiyi avtomobili Z.Bünyadov prospektində yolun kənarında saxlayıb. Orduxana bildirib ki, yaxınlıqda da bir az metal yığıb, həmin metalı da avtomobilə yerləşdirərək Balaxanı qəsəbəsinə aparsınlar və orada satsınlar. Orduxan da onunla razılaşıb. Qardaşı Rahiblə birlikdə Orduxanın idarə etdiyi avtomobildən düşüblər və Z.Bünyadov prospekti 204 saylı ünvanda yerləşən metal qəbulu məntəqəsinə gediblər. Rahib içərisində aliminium və düraliminium olan bir neçə ədəd torba gətirib avtomobilə tərəf gediblər və həmin torbaları taksinin yük yerinə qoyublar. Orduxandan Balaxanı qəsəbəsinə sürməsini xahiş ediblər. Orduxan onları Balaxanı qəsəbəsində yerləşən adını xatırlamadığı metal qəbulu məntəqəsinə gətirib. Metal qəbulu məntəqəsinə əvvəllər də bir neçə dəfə metal satdıqlarından orada onu və Rahibi tanıyırmışlar. Oğurladıqları satıblar. Əlvan metalları satdıqdan sonra Orduxanın idarə etdiyi taksiyə əyləşib. 54 manatdan 10 manatını yol haqqı olaraq Orduxana verib. Orduxana bildirib ki, yaxınlıqda zibilliklərdən yenə metal yığacaqlar. Metal yığıb qurtardıqdan sonra Orduxanla əlaqə saxlayacaqlar ki, onları yenidə Balaxanı qəsəbəsinə aparsın və həmin metalları satsınlar. Orduxan da onlarla razılaşaraq çıxıb gedib. Saat 04 radələrində yenidən Z.Bünyadov prospekti 204 ünvanında yerləşən metal qəbulu məntəqəsinə gediblər. Oradan içərisində mis və nerj metallar olan torbaları götürərək yolun kənarına yaxınlaşıblar. Bundan sonra Orduxanla əlaqə saxlayaraq olduqları yeri deyiblər və yanlarına gəlməsini xahiş ediblər. Bir neçə dəqiqədən sonra Orduxan onların yanına gəlib. Orduxandan yenidən onları Balaxanı qəsəbəsində metal qəbulu məntəqəsinə aparmasını xahiş ediblər. Orduxan da razılaşaraq onları eyni həmin metalları satdıqları məntəqəyə aparıb. Onlar oğurladıqları metalları 225 manata satıblar. Həmin puldan 30 manatını Orduxana yol haqqı olaraq verib. Yenidən saat 06 radələrində onlar etdikləri əməlin davamı olaraq Z.Bünyadov prospekti 204 saylı ünvanda yerləşən metal qəbulu məntəqəsinin qarşısına gəliblər. Rahib eyni qaydada məntəqəyə daxil olub və bu dəfə Rahib metal qəbulu məntəqəsindən bir ədəd içərisində mis metal olan radiator götürüb. Metal qəbulu məntəqəsinin qapısına gələrək radiatoru ona verib və qapıdakı dəmirlərin arasından çölə çıxıb. Bundan sonra yolun kənarına yaxınlaşaraq Orduxanla əlaqə saxlayıblar. Orduxan yenə də onların yanına gəlib. Radiatoru Orduxanın idarə etdiyi avtomobilin yük yerinə qoyublar. Orduxandan yenidən onları Balaxanı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmasını xahiş ediblər. Orduxan da etiraz etməyərək onları qeyd olunan metal qəbulu məntəqəsinə aparıb. Orada radiatoru sökərək içərisində olan mis metalını çıxarmaqlarını istəyiblər. Lakin, onlar radiatoru sökə bilməyiblər. Fikirləşiblər ki, səhəri gün özləri ilə metal doğrayan götürərək gəlib rahatlıqla dəmiri doğrayıb içindəki misi satarlar. Ona görə də radiatoru metal qəbulu məntəqəsinə qoyub oradan uzaqlaşaraq Orduxanın idarə etdiyi avtomobilə əyləşiblər. Orduxana yol haqqı vermədən onları Z.Bünyadov prospektinə aparmasını xahiş ediblər. Orduxan da onları gecələdikləri Z.Bünyadov prospektinə aparıb. Son olaraq əməlindən peşman olduğunu, himayəsində 02 azyaşlı övladı və həyat yoldaşının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nərimanov rayonu, Z.Bünyadov prospektində qardaşı Samirlə birlikdə piyada hərəkətdə olan zaman yaxınlıqdakı metal qəbulu məntəqəsi diqqətlərini çəkib. Maddi sıxıntıları olduğundan həmin metal qəbulu məntəqəsindən oğurluq etmək qərarına gəliblər və bu fikir barədə Samir ona deyib. Onun da maddi sıxıntıları olduğundan Samirlə birlikdə oğurluq etməyə razılaşıb. Fikirləşiblər ki, gecədən səhərə qədər metal qəbulu məntəqəsinə daxil olub oradan gücləri çatan qədər metal oğurluyub satarlar. Hiss-hissə oğurlamağı qərarlaşdırıblar. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Orduxanın idarə etdiyi avtomobillə Balaxanı qəsəbəsinə metal satmağa aparan zaman qeyd etdiyi Z.Bünyadov prospekti 204 saylı ünvanda yerləşən metal qəbulu məntəqəsinin yaxınlığından keçərkən Orduxandan idarə etdiyi avtomobili saxlamasını istəyib. Orduxan da idarə etdiyi avtomobili Z.Bünyadov prospektində yolun kənarında saxlayıb. Samir Orduxana bildirib ki, yaxınlıqda da bir az metal yığmışlar, həmin metalı da avtomobillə yerləşdirərək Balaxanı qəsəbəsinə aparsınlar və orada satsınlar. Orduxan da onlarla razılaşıb. Qardaşım Samirlə birlikdə Orduxanın idarə etdiyi avtomobildən düşüblər və Z.Bünyadov prospekti 204 saylı ünvanda yerləşən metal qəbulu məntəqəsinə gediblər. Metal qəbulu məntəqsinin dəmir qapısı sınıq olduğundan o, dəmirlərin arasından metal qəbulu məntəqəsinə girib, Samir isə onu çöldə gözləyib. Bundan sonra oğurladıqları torbaları avtomobilə qoyub, Balaxanı qəsəbəsinə sürməsini xahiş ediblər. Orduxan onları Balaxanı qəsəbəsində yerləşən adını xatırlamadığı metal qəbulu məntəqəsinə gətirib. Metal qəbulu məntəqəsinə əvvəllər də bir neçə dəfə metal satdıqlarından orada onu və Samiri tanıyırmışlar. Oğurladıqları metalları 54 manata satıblar, 10 manatını yol haqqı olaraq Orduxana veriblər. Saat 04 radələrində yenidən həmin ünvandan mis və nerj yığaraq torbalara qoymuşlar. Bundan sonra Orduxanla əlaqə saxlayaraq Orduxana olduqları yeri deyib və onların yanına gəlməsini xahiş ediblər. Bir neçə dəqiqədən sonra Orduxan onların yanına gəlib. Əllərində olan torbaları Orduxanın idarə etdiyi avtomobilin yük yerinə qoyub. Orduxandan yenidən onları Balaxanı qəsəbəsində metal qəbulu məntəqəsinə aparmasını xahiş ediblər. Orduxan da razılaşaraq onları eyni həmin metalları satdıqları məntəqəyə aparıb. Oğurladıqları metalları 225 manata satıblar. Həmin puldan 30 manatını Orduxana yol haqqı olaraq veriblər. Daha sonra yenidən eyni qaydada həmin ünvandan radiator oğurlamışlar, metal qəbulu məntəqəsində radiatoru sökərək içərisində olan mis metalını çıxarmaqlarını istəyiblər. Lakin, onlar radiatoru sökə bilməyiblər. Fikirləşiblər ki, səhəri gün özləri ilə metal doğrayan götürərək gəlib rahatlıqla dəmiri doğrayıb içindəki misi satarlar. Ona görə də radiatoru metal qəbulu məntəqəsinə qoyub oradan uzaqlaşaraq Orduxanın idarə etdiyi avtomobilə əyləşiblər. Orduxana yol haqqı vermədən onları Z.Bünyadov prospektinə aparmasını xahiş ediblər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, nə sürücü nə də metalları qəbul edən şəxslər onların oğurluq olmasını bilməmişlər. Himayəsində 01 azyaşlı övladı və həyat yoldaşının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Z.Bünyadov prospekti 204 saylı ünvanda yerləşən metal qəbulu məntəqəsinin təxminən bir ildən artıqdır ki, icarə əsasında işlədir. Həmin metal qəbulu məntəqəsində səhər saatlarından axşam saatlarınadək metal məmulatları alır və aldığı metal məmulatlarını bir az baha qiymətə satır. Metal qəbulu məntəqəsi 24 saat kamera nəzarətindədir. xx.xx.2024-cü il tarixdə o, saat 10 radələrində metal qəbulu məntəqəsinə gəlib. Məntəqədə olan əlvan metallara baxan zaman bir neçə gün bundan əvvəl aldığı mis və aliminium metalların yerində olmadığını görüb. Fikirləşib ki, həmin metal qəbulu məntəqəsində işləyən şəxslər yəqin əlvan metalları satmışdır. xx.xx.2024-cü il tarixdə o, metal qəbulu məntəqəsində olan zaman işçilərdən əlvan metal satıb-satmadığını soruşub. İşçilər isə heç bir əlvan metal satmadıqlarını bildiriblər. Bundan sonra əmin olub ki, icarə əsasında işlətdiyi metal qəbulu məntəqəsindən oğurluq olmuşdur. Buna görə də videokameralara baxıb. Videomüşahidə kamerasına baxan zaman gecə saatlarında tanımadığı şəxsin metal qəbulu məntəqəsinin dəmir darvazasının arasından məntəqəyə daxil olaraq oğurluq etdiyini görüb. Məntəqədə olan metallara baxış keçirən zaman kloqramı 10 manat olmaqla 55 kloqram mis metalının, kloqramı 1.5 manat olmaqla 30 kloqram nerj metalı, kloqramı 2 manat olmaqla 50 kloqram duraliminium, kloqramı 2.5 manat olmaqla 105 kloqram aliminium və bir ədəd 150 manat dəyərində radiatorun oğurlandığını aşkar edib və baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat verib. Məhkəmənin sualına cavab olaraq şikayətçi olduğunu, ziyan ödənildiyi halda təqsirləndirilən şəxslərlə barışacağını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 bildirmişdir ki, **-CH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili gündəlik icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. 2024cü ilin yanvar ayının əvvələrində Rahib və Təqsirləndirilən şəxs1 qardaşları ilə tanış olub. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olduğundan sifariş əsasında Samir və Rahibi xatırlamadığı ünvana aparıb, tarixini xatırlamadığı vaxtda gecə radələrində Samir onun istifadəsində olan mobil nömrəsinə zəng edib və ondan Z.Bünyadov prospektində olan “DİN-nin Hospitalının” yanına gəlməsini xahiş edib. O, da Samirin xahişi əsasında Samirin dediyi ünvana gəlib. Samir əlində olan metalları avtomobilə yerləşdirib və ondan Balaxanı qəsəbəsinə getmələrini xahiş edib. Avtomobildə Samirdən əlavə Samirin qardaşı Rahib də olub. Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman Samir avtomobili yolun kənarında saxlasını, yaxında da metal yığdığını həmin metalı da götürərək avtomobilə qoyaraq satmaq istədiyini bildirib. O, da Samirlə razıalşaraq avtomobili saxlayıb. Metalları avtomobilə qoyub Balaxanı qəsəbəsinə xatırlamadığı metal qəbulu məntəqəsinə aparıb. Orada samirlə Rahib metalları satıblar və ona yol haqqı olaraq 7 manat pul veriblər. Samir Orduxandan onları Z.Bünyadov prospektini qaytarmasını istəyib. Samirlə Rahib bir neçə dəfə də metal qəbulu mənətəqəsinə gedib-gələcəklərini bildiriblər. O, da işləməli olduğunu bildirib. Pul lazım olduğundan müştəri kimi razılaşmışdır. Təxminən bir saatdan sonra Samir onunla əlaqə saxlayaraq Z.Bünyadov prospektinə gəlməsini xahiş edib. Samir bildirib ki, ərazidən metal mis yığmışlar və həmin metalı yenidən Balaxanı qəsəbəsinə satmağa aparırlar. O, Samirlə Rahibin istəkləri əsasında onları Balaxanı qəsəbəsinə aparıb. Yol haqqı olaraq 30 manat pul verib. Yenidən təxminən 1 saatdan sonra Samir onunla əlaqə saxlayıb və “Çingizxan” restoranının qarşısına gəlməsini istəyib. O, Samirin istəyi ilə Çingizxan restoranın qarşısına gəlib. Samirlə Rahib yenidən əlində dəmir parçası ilə avtomobilə yaxınlaşıblar və həmin dəmir parçasını avtomobilin yük yerinə qoyublar. Dəmir parçasının nə olmasını o, görməyib. Samir yenidən onları Balaxanı qəsəbəsinə aparmasını istəyib. O, samirlə Rahibi yenidən Balaxanı qəsəbəsinə aparıb. Samirdən yükün nə olmasını, haradan götürdüyünü soruşan zaman Samir yükün dəmir olduğunu və həmin dəmiri Z.Bünyadov prospektində yerdən tapdığını, özünün də dəmir yığıb satdığını bildirib. O, Samirlə Rahibin üzərilərindən dəmir yığıb satanları oxşamasını gördüyündən şübhələnməyib. Balaxanı qəsəbəsində olan metal qəbulu məntəqəsində Samirlə Rahib dəmiri satmaq istəsələr də sata bilməyiblər və dəmiri metal qəbulu məntəqəsinə qoyub qayıdıb avtomobilə əyləşiblər. Samir bu dəfə ona pul verə bilməyəcəyini deyib və onları Z.Bünyadov prospektinə aparmasını xahiş edib. O, da Samirə heç nə deməyərək Samirlə Rahibi Z.Bünyadov prospektində düşürdüb. Onların oğurluq etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 Nəsibağa oğlunun ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 yanvar 2024cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs qarşı oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən və fəaliyyət göstərən Metal qəbulu məntəqəsində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(021)-21/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(021)-21/2017 saylı hökmün əsasən təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 ay, 08 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzası başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-601/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məlumat aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilən “Elektron Məhkəmə İnformasiya sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Sadiq Mirzəlizadə, xx.xx.2015-ci il təvəllüdlü Səid Mirzəlizadə adlı iki azyaşlı övladı və həyat yoldaşı vardır. Məhkəmə iclasında tədqiq edilən “Elektron Məhkəmə İnformasiya sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2014-cü il təvəllüdlü Fatimə Mirzəlili, xx.xx.2019-cü il təvəllüdlü Akif Mirzəliyev adlı iki azyaşlı övladı vardır. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsi və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib oğurluq əməlini törətmələri onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib dəfələrlə zərərçəkmiş şəxsə məxsus əşyaları talamaqla oğurluq cinayətini törətmişdirlər. Beləliklə, məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 02 azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər cinayət əməli törətməsinə baxmayaraq, yenidən cinayət törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 01 azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər cinayət əməli törətməsinə baxmayaraq, yenidən cinayət törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-601/2024 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdam məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 17 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut – ünvan 2 ünvanda yerləşən metal qəbulu məntəqəsində quraşdırılmış müşahidə kamerasının görüntülərinin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylıVəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-601/2024 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-601/2024 saylı hökm üzrə 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı hökmü üzrə 17 aprel 2024-ci il tarixdən 18 aprel 2024-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət, 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - ünvan 2 ünvanda yerləşən metal qəbulu məntəqəsində quraşdırılmış müşahidə kamerasının görüntülərin əks olunduğu 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Əlimirz əoğlu tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-191/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-191/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver