Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-192/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı Şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Alballıq massivi Nəriman Əliyev küçəsi döngə 3 ev 3-də qeydiyyatda olmaqla yaşayır, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olmuş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,585 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini üzərində saxlayaraq daşımış və 23 dekabr 2022-ci il tarixdə saat 17:20-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır. Bundan sonra ünvan 2 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş içərisində kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,585 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə saat təxminən 17:20 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirmişdir. Onun narkotik vasitələrin istifadəsi və satışında şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edildiyini, birlikdə Nərimanov Rayon Polis İdarəsinə getməsini təklif etdiklərini söyləmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi məqsədilə vəkil dəvət olunmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonunu, 5 manat pulunu və 1 ədəd qara rəngli kağız bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoyduğunu bildirmişdir. Həmin metamfetamin bir ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, internetdə tanış olduğu, lakin özünü görmədiyi “Samir” adlı şəxsdən təxminən 2-3 dəfə özü üçün aldığını, ancaq telefon vasitəsi ilə onunla əlaqə saxladığını, psixotrop maddə metamfetamin bükümünü Ayna Sultanova heykəlinin yaxınlığında Azadlıq prospektində körpünün Nərimanov rayonu tərəfdə səkinin kənarında olan ağacın dibindən götürdüyünü lakin, həmin günü istifadə etmədiyini bildirmişdir. Heç vaxt narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmadığını, əldə etdiyi psixotrop maddəni öz istehlakı üçün əldə etdiyini söyləmişdir. Son olaraq əməlindən səmimi peşman olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və qrupa o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid1 daxil edildiyini qeyd etmişdir. Bundan sonra 23 dekabr 2022-ci il tarixdə, saat 17:20-də ünvan 5 ünvanın yaxınlığında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanıldığını, ona yaxınlaşdıqlarını, özlərini ona təqdim etdiklərini və ona qanunsuz olaraq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirdiklərini, Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirildiyini bildirmişdir. Daha sonra rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul olunduğunu, onun hüquqlarının müdafiəsi ilə bağlı özünün xahişi ilə dövlət hesabına müdafiəçi təyin edildiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış və götürmə başlanıldığını, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd mobil telefonu, 05 manat pulu, 1 ədəd qara rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən yuxarıda qeyd olunanlardan əlavə qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli pisxotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə 01 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis idarəsinə gətirilərkən və eləcə də onun üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir təziq və zor göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmiş və ifadəsi digər Şahid2 ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 23 dekabr 2022-ci il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində (050)-252-12-18 GSM nömrə olan mobil telefonunu, 5 manat pulunu 1 ədəd qara rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 manat pulu, özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürüldü.Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Həmin aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi qablaşdırılma ilə birlikdə ümumi təxmini çəkisinin 1 (bir) qram olması müəyyən edildi. Həmin aşkar edilmiş maddə 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfimdən götürüldü. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 24 dekabr 2022-ci il tarixli 6/7145 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 nömrəli möhür əks olan, “..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs-imza ;V.Həsənquliyev-imza” yazısı, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,585 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X3 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 7913 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, haz-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomanoyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən alınan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 2022-ci ilin oktyabr ayının 01 dən həmin ilin dekabr ayının 23-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısını, əhatə dairəsini, SMS mətinlərini əks etdirən məlumatlarla bağlı CD diskə baxış keçirilməsi ilə bağlı protokoldan və çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və göndərilən mesaj mətnlərini özündə əks etdirən 01 ədəd ********** SMS adlı fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadəsində ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adlı şəxsdən əldə edir, onun soyad və ata adı, eləcə də digər anket məlumatlarını bilmir. Təqsirləndirilən şəxs "Samir” adlı şəxslə sosial şəbəkədə +905-416-520-449 saylı mobil telefon nömrəsi ilə əlaqə saxladığını bildirmişdir. Həmçinin +**********49 saylı telefon nömrəsinin Türkiyə Cümhuriyyətinə aid mobil nömrə olduğunu qeyd etmişdir. Belə ki, 01 ədəd **********_SMS adlı fayla baxış zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə saat 05:23-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəyə ***-***-**-** saylı mobil nömrədən “+**********49” məzmunlu mesaj daxil olmuşdur. “Samir” adlı şəxsin istifadə etdiyi +**********49 saylı telefon nömrəsinin həqiqətəndə Türkiyə Respublikasına aid olması istintaq zamanı müəyyən edilmişdir. Belə ki, (+905) kodu Türkiyə Respublikası ərazisində istifadə edilməkdədir. Bundan başqa, 01 ədəd CD diskin yaddaşında olan fayllara baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri istifadə edən şəxslərlə əvvəllər mobil telefon əlaqəsi saxlayaraq, şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan metamfetaminin ümumi çəkisi 0,585 qram maddə sübut kimi tanınmış həmçinin tədqiqata sərf edildikədən sonra qalıq qalmış 0,535 qram çəkidə narkotik vasitə metamfetamin saxlanc üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsin üzərinə axtarış keçirilməsi ilə bağlı videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmşdur, Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 25/2019 saylı, xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 02 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan” tədbirinin seçilməsinə aid xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2022-ci il tarixli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, məhkəmə bioloji ekspertizasının rəyinə əsasən 0,535 qram çəkidə narkotik vasitə metamfetamin olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər eyni məzmunlu cinayət əməli törətməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, cəzadan xx.xx.2021-ci ildə azad olunmasına baxmayaq Təqsirləndirilən şəxs yenidən eyni xarakterli cinayət əməli törətməsi, eləcə də “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onun azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət də daxil olmaqla dəfələrlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə barəsində inzibati tənbet tətbiq edilməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), yuxarıda qeyd olunan şəxsiyyətini mənfi səciyyələndirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (23-25 dekabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı qeyd olunmuş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası CM-in 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,535 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (23-25 dekabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,535 qram çəkidə narkotik vasitə metamfetamin məhv edilsin. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-192/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-192/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver