Məhkəmə qərarları › İş №1(005)-192/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-192/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-192/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:40 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəsqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhri 20 saylı vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olan, Şamaxı şəhəri, S.Ə.Şirvani prospekti ev 31-də qeydiyyatda olmaqla oarda yaşamış barəsində Nərimanov rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 4(004)-1634/2023 saylı qərari ilə həbsetməninin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə 26 noyabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında sərnişin kimi əyləşdiyi taksi sürücüsü Zərərçəkmiş şəxs məxsus daxilində 10 manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan 1500 manat dəyərində «iPhone 11 Pro Max» markalı mobil telefonu danışmaq adı ilə alıb qaçmaqla Zərərçəkmiş şəxs cəmi 1510 manat dəyərində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 noyabr 2023-cü il tarixdə 20 yanvar dairəsində Nərimanov rayonu, Montin qəsəbəsinə getmək üçün taksi sifariş vermişdir. Yolda olarkən taksi sürücüsünə telefonla danışmaq istədiyini və onun telefonundan istifadə etmək istədiyini bildirmişdir. Bundan sonra taksi sürücüsü özünə məxsus «iPhone 11 Pro Max» markalı mobil telefonun şifrəsini açaraq telefonu ona vermişdir. O, telefonu alaraq ailəsi ilə danışmışdır. Bundan sonra mobil telefonu taksi sürücüsünə geri qaytarmışdır. Nərimanov rayonu, Montin qəsəbəsinə qaranlıq küçəyə çatmağa yaxın yenidən taksi sürücüsünə həyat yoldaşına zəng edəcəyini bildirərək yenidən onun mobil telefonu ilə danışmaq istəmişdir. Taksi sürücüsü telefonu ona vermiş və ondan şübhələndiyini hiss etmişdir. Taksi qaranlıq ara məhlədə dayanaraq avtomobili döndərən zaman o, avtmobilin qapısını açaraq telefonla birlikdə qaçmışdır. Qaçan zaman ayağı büdrədiyindən yerə yıxılmışdır. Taksi sürücüsü avtomobili saxlayaraq arxasınca qaçaraq telefonunu qaytarmağı üçün qışqırmışdır. Lakin o, qeyd edilən məhləni tanıdığından taksi sürücüsü ona çata bilməmişdir. Bunan sonra bir müddət keçmiş o, digər döngədən çıxaraq 20 yanvar dairəsinə geri qayıtmaq üçün «Araz» marketin yaxınlığında tanımadığı taksiyə əyləşmişdir. Nərimanov rayonu, A.Neymətulla küçəsinədə olan zaman taksi sürücüsü öz avtomobili ilə o, əyəşmiş olduğu avtomobili saxlatmış və onun əyləşmiş olduğu qabaq qapıya gəlmişdir. O, qaçmaq istəyən zaman onu saxlamış, bundan sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, oğurlamış olduğu mobil telefonu təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, övladı xəstə olduğu üçün ona pul lazım olmuşdur. Mobil telefonu polis şöbəsində zərərçəkmiş şəxsə geri qaytarmış, onunla barışıq əldə etmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, «Chevrolet Cruz» markalı, **-CE-*** dövlət nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü 26 noyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobilə 20 Yanvar dairəsindən müştəri götürərək Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsinə hərəkət etməyə başlamışdır. Bundan sonra müştəri ona məxsus mobil telefonu zəng etmək üçün istəmiş, o da köməklik məqsədi ilə «iPphone 11 Pro Max» markalı telefonunu ona vermidir. Müştəri telefonu ilə danışaraq telefonu ona geri qaytarmışdır. O, müştərinin sifariş verdiyi ünvan olan Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində ara məhləyə çatan zaman müştəri yenidən telefonunu danışmaq üçün ona verməyini istəmiş, oda yenidən mobil telefonunu müştəriyə vermişdir. Lakin bu zaman müştəri telefonu ilə birlikdə avtomobildən düşərək qaçmış, daha sonra yerə yıxılmışdır, qalxaraq yenidən öz hərəkətinə davam etmişdir. O da, avtomibilindən enərək şəxsin arxasınca getsə də onu tapa bilməmişdir. Bundan sonra o, polisə məlumat vermək üçün yolun kənarında tanımadığı taksi şoferinin telefonunu alaraq DİN-102 xidmətinə zəng etmişdir. Yolun kənarında duraraq polisləri gözləyən zaman telefonunu götürüb qaçan şəxsin «Araz» market tərəfə gəlməsini və taksiyə minməsini görmüşdür. O, öz avtomobili ilə həmin taksinin arxasınca hərəkət etmiş və Nərimanov rayonu, A.Nemətulla küçəsində taksini saxlatmışdır. Həmin şəxs onu görüb qaçmaq istəyən zaman avtomobildə tutaraq qaçmasına mane olmuşdur. Bu zaman polis əməkdaşları gələrək onları polis şöbəsinə gətirmişlər. Son olaraq Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən götürülmüş mobil telefon ona geri qaytarılmışdır. Lakin qırıq vəziyyətdə olmuşdur. Son olaraq o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Bununla bağlı məhəməyə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 26 noyabr 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olarkən radistansiya vasitəsi ilə «Montin» qəsəbəsində yerləşən «Araz» marketin qarşısında vətəndaşa qarşı soyğunçuluq hadisəsi baş verilməsi barədə məlumat verilib həmin yerə yaxınlaşmalarına göstəriş verilmişdir. Bu məlumat əsasında «Araz» marketin qarşısına yaxınlaşmış, lakin hadisəni törədən və məlumat verən vətəndaşın orada olmadığını görmüşlər. Məlumat əsasında hadisəni törətmiş şəxsin Ağa Neymətulla küçəsində hərəkətdə olması məlum olmuşdur. Bundan sonra Ağa Neymətulla küçəsinə baxış keçirilmiş və hadisəni törədən şəxsin Ağa Neymətulla küçəsində yerləşən «Cofemani» restoranın qarşısında müəyyən etmişlər. Həmin vaxt DİN-nin 102 xidmətinə məlumat verən şəxslə soğunçuluq etmiş şəxsə yaxınlaşıb özlərini təqdim etmək istəyən zaman soğunçuluq edən şəxs qaçmağa cəhd göstərmişdir. Daha sonra onlar həmin şəxsi saxlayıb avtomaşına əyləşdirib Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid2 məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və ifadəsi digər Şahid1 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhər Nərinmanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, Əliyev X4 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən sərnişin ona məxsus İphone 11 markalı telefonu götürüb qaçması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmədə tədqiq olunan “Baxış keçirmə və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən İphone 11 pro max markalı mobil telefonu və qara rəngli üzərində KGTEL sözləri yazılan mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qara rəngli üzərində KGTEL sözləri yazılan mobil telefonun özünə məxsus olduğunu, İphone 11 pro max markalı mobil telefonu isə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi Ş.Mustafayev küçəsində taksi sürcüsündən götürüb qaçmış olduğu telefon olmasını bildirdi. 11 pro max markalı mobil telefona baxış keçirilərkən mobil telefonun boz rəngli olması arxasında qara rəngli telefon kabrosu olması və telefonun arxa hissəsinin çatlamış vəziyyətdə olması aşkar edildi. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış protokolundan” və foto cədvəllərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə soyğunçuluq hadisəsinin baş verdiyi ünvan ünvan 4aycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9425 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd “İphone 11 pro max” markalı mobil telefonun istifadədə olmuş normal vəziyyətdə 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat, 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4,00 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 X6 məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövüründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərkətlərini, faktini xarakertini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna gördə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsir dairəsinə düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs olunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək barəsində 02 il müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixili Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya” Qərarının 3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəza 06 ay azaldılmışdır. xx.xx.2013-cü il tarixidə cəzasının sonu ilə azad olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,185.1, 185.2.2, 326.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 04 il, 06 ay müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2017-ci il tarixli, 816 saylı qanunun tətbiqinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəza 04 il, 02 aya endirilməklə cəzadan azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 ay, 10 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixində Şamaxı Rayon Məhkəməsinin qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 ay, 10 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası 05 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 1(074)-82/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Surxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən Təqsirləndirilən şəxsŞamaxı Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 1(074)-82/2021 saylı hökmü ilə təyin edilmiş cəzası 06 ay azaldılmış, qəti olaraq onun üzərində 01 il, 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası qalmışdır. Surxanı Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-992/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı nəzərə alınmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış sorğuya əsasən 09 aprel 2024-cü il tarixli, 83/5 nömrəli cavab məktubundan görünür ki, Surxanı Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-992/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 26 günündən vaxtından əvvəl azad edilməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində qərar xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmədə tədqiq olunanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X8 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanda “Affektiv tipli şəxsiyyət pozuntusu özünü kəsmələr ilə” diaqnozu ilə müalicədə olmuşdur. Məhkəmədə tədqiq olunan Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçiriməsi protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, həmçinin iş üzrə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 yanvar 2024-cü il tarixli İ 3-16- 16/2-9/9425/2024 saylı rəyi maddi sübut hesab edilmiş, İş üzrə 01 ədəd ***-***-**-** GSM nömrəli “İPhone 11 Pro Max” markalı mobil telefon maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(005)-1634/2023 saylı qərarından görünür ki, Məmmədşuri X1 Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrindən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli barışıq ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmişdən oğurlamış olduğu mobil telefonu ona qaytararaq barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dəfərlərlə mülkiyyəti əleyhinə cinayət əməli törətməkdə davam etməsi, islah yoluna heç bir şəkildə qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-82/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan 27 noyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən 01 ədəd ***-***-**-** GSM nömrəli “İPhone 11 Pro Max” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 20 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd ***-***-**-** GSM nömrəli “İPhone 11 Pro Max” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 20 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar