Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-192/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X7, müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə1, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs, iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü iltarixdə verilmiş, B kateqoriyalı, BB437140 Nq-İİ sürücülük vəsiqəsi əsasında 07 mart 2024-cü iltarixdə, saat 23 radələrində texniki cəhətdən saz olan, özünə məxsus “HYUNDAİ GRANDEUR" minik markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 118 ünvanında yerləşən “Hyundai" servisin qarşısından keçən köməkçi yolda, soldan sağa doğru üçüncü hərəkət zolağında, Bakı şəhər Metropolitenin “Koroğlu" stansiyası istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, yolun hərəkət hissəsininqarşısında dayanmış “HONDA İNSİGHT" minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlıavtomobillə toqquşmamaq üçün avtomobli sola istiqamətləndirdikdə “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkətinin iştirakçısı olaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, qeyd olunan tələblərə əməl etməyib və həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü kimi hərəkətə başlamazdan, dönməzdən, yerdəyişməzdən qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıq siqnallarının köməyi iləsiqnal verməli, bu zaman təhlükəsiz manevr etməli və hərəkətin digər iştiralçıları üçün maneə yaratmamalı olduğu halda, qeyd olunan tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi avtomobil ilə ehtiyatsızlıqdan yol örtüyündə horizontal vəziyyətdə olan piyada X12 üzərindən keçmiş və həmin avtomobilin piyada Əli Əbilovu yol örtüyü ilə sürükləməsi nəticəsində ehtiyatsızlıqdansonuncunun hər iki ağciyərin cırılması, döş boşluqlarında 2-2,5 litr qan yığılması, döş sümüyü və iki tərəfli qabırğaların çoxlu yer dəyişmiş sınıqları, döş qəfəsinin küt travması kimi sağlamlığa ağır zərərvurmaya aid, qarnın sol bayır səthi və sol sağrının əzilmiş-cırılmış yaraları kimi sağlamlığa yüngül zərərvurmaya aid və alnın sağ və sifətin sol yarısının, alnın sol yarısının,burunun sol qanadının, burunun belinin sağ bazunun ön səthinin, hər iki diz oynağının önsəthinin, döş qəfəsinin arxa səthinin və hər iki sağrının sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər almasına və qeyd olunan ağır zərərvurmaya aid bədən xəsarətləri nəticəsində isəzərərçəkmiş şəxs X12 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində özünə məxsus idarə etdiyi “Hyundai Grandeur” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində, “Hyundai” servisin qarşısı ilə köməkçi yolda soldan sağa doğru 3-cü hərəkət zolağında 40-50 km/saat sürətlə “Koroğlu” metrostansiyası istiqamətində idarə etdiyi vaxt, “Hyundai” servisin qarşısındakı yerüstü piyada keçidinin altından keçən zaman onunla eyni hərəkət zolağında təxminən 20-30 metr qarşıda “Honda İnsight” markalı avtomobilin qəza işıqlarını yandırmadan dayandığın gördükdə avtomobilin sürətini azaltmış, həmin avtomobilin hərəkət etmədiyini gördükdə sol hərəkət zolağına doğru istiqamətlənib həmin “Honda İnsight” markalı avtomobilin sol tərəfindən ötüb keçdikdə avtomobilin altına nəyinsə sürtüldüyünü hiss etdiyinə görə, avtomobili sağa doğru sürüb yolun kənarında saxlamış, avtomobildən düşdükdə bir nəfərin paltarlarının avtomobilə ilişdiyini və avtomobilin altında qaldığını görmüşdür. Həmin adamın üstündən avtomobillə keçdiyini bilmişdir. Sonradan adının X13 olduğunu bildiyi avtomobilin sürücüsü və ətrafdakı adamlarla birlikdə piyadanı avtomobinin altından çıxardıb onun avtomobilinə qovaraq, Sabunçu xəstəxanasına aparmışlar. Hadisə zaman 70 km/saat sürət həddi olan yolda avtomobili 40-50 km/saat sürətlə, 5 zolaqlı yolun soldan üçüncü zolağı ilə hərəkət etmiş, sonradan ötmə edib dördüncü həkət zolağına keçmiş, piyadanın üstündən də dördüncü hərəkət zolağında keçmişdir. Fikri hərəkətdə olduğu zolaqda olduğundan piyadanı görməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etmişdir. Əməlinin ehtiyatsızlıqdan baş verdiyini, səmimi peşman olmasını, ailəsinin tək gəlir mənbəyi kimi onun olduğunu, azyaşlı övladının olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmış X14 ifadəsində göstərmişdir ki, X5 onun qardaşıdır. xx.xx.2024-cü il tarixdə, gec saatlar olduğundan X24 evə gəlmədiyindən, onun mobil telefonuna zəng etmiş, lakin ona zəng çatmadığından, digər qardaşı X6 demiş, ondan xəbər almadıqlarına görə DİN-nin 102 xidmətinə zəng edərək bubarədə məlumat vermişlər. Bir neçə dəqiqədən sonra qardaşı Mühəmmədə tanımadığı bir nəfər zəng edərək özünü polis əməkdaşı kimi təqdim edərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadanın öldüyünü, onun şəxsiyyətini müəyyən edə bilmədiklərini deyərək, qardaşının əynində olan paltarlar barədə məlumat verməklərini istəmişdir. X24 əynindəki paltarları barədə məlumat verdikdən sonra, polis əməkdaşı Nərimanov rayonu, Z.Bünyadov prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxsin onların qardaşı olmasını və buna görə 5 nömrəli şəhər kliniki xəstəxanasında yerləşən məhkəmə tibbi ekspertizasına gəlmələrini bildirmişdir. X17 ilə birlikdə həmin ekspertizaya getmiş, orada baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxsin X5 olduğunu bilmişlər. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dəyən maddi və mənəvi ziyanı ona tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim etdiyi mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Əbil Əbilovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - açıq kəlləbeyin travması, hər iki gicgah sümüklərinin hərəsindən bir ədəd olmaqla kəllə əsasına keçən xətti sınıqları, baş beyin yumşaq qişalarına qansızma, hər iki ağciyərlərin cırılmaları ilə müşayiət olunan döş sümüyünün, sağ və sol tərəfli qabırğaların çoxsaylı, qəlpəli, yerdəyişən - yayılmışsınıqları, sağ gicgah - ənsə nahiyəsinin, sol qaşın bayır bucağının əzilmiş yaraları, almın sağyarısının, sifətinin sol yarısı almın sol yarısı əhatə olunmaqla, burunun sol qanadının və burunbelinin, sağ bud-çanaq oynağının, döş qəfəsinin ön səthində epiqastral nahiyədən başlayaraqqarnın ön səthinin, sağ bazunun ön səthinin, sağ mil-bilək oynağının ön səthinin, hər iki dizoynağının ön səthlərinin, döş qəfəsinin arxa səthinin, hər iki sağrı nahiyəsinin sıyrıqları, qarnmsol bayır səthinin, sol sağrının bayır - iç səthinin əzilmiş-cırılmış yaraları həyati olub, bir qədərəvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilənşəraitdə və müddətdə yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələbilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Mərhum Ə.Ə.Əbilovun ölümünə səbəb isə hər iki ağciyərlərin cırılmaları ilə müşayiət olunan sağ və sol tərəfli qabırğaların, döş sümüyünün çoxsaylı qəlpəli sınıqları nəticəsində baş vermiş daxili qanitirmədən inkişaf edən hemorragik şok olmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, X4 ölümünə səbəb - hər iki ağciyərlərin cırılmaları ilə müşayiət olunan sağ və sol tərəfli qabrğaların, döş sümüyünün çoxsaylı qəlpəli sınıqları nəticəsində baş vermiş daxili qanitirmədən inkişaf edən hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X4 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində 0,58o-li etil spirti aşkar edilmişdir, rəsmi cədvəl üzrə bu qatılıq Yüngüldərəcəli sərxoşluğun əlamətlərini daşıyır. Metil, butyl və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon,1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkaredilmiş xəsarətlər- açıq kəllə beyin travması, hər iki gicgah sümüklərinin hərəsindən bir ədədolmaqla kəllə əsasına keçən xətti sınıqları, baş beyin yumşaq qişalarına qansızma, hərikiağciyərlərin cırılmaları ilə müşayiət olunan döş sümüyünün, sağ və sol tərəfli qabırğalarınçoxsaylı, qəlpəli, yerdəyişən - yayılmış sın qları, sağ gicgah - ənsə nahiyəsinin, sol qaşın bayır bucağının əzilmiş yaraları, alının sağ yarısının, sifətinin sol yarısı almın sol yarısı əhatəolunmaqla, burunun sol qanadının və burun belinin, sağ budçanaq oynağının, döş qəfəsinin ön səthində epiqastral nahiyədən başlayaraq qarnın ön səthinin, sağ bazunun ön səthinin, sağ mil- bilək oynağının ön səthinin, hər iki diz oynağının ön səthlərinin, döş qəfəsinin arxa səthinin, hər iki sağrı nahiyəsinin sıyrıqları, qarnın sol bayır səthinin ,sol sağrının bayır-iç səthinin əzilmiş - cırılmış yaraları həyati olub, bir qədər əvvə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, meyidin müayinəsini özü aparmışdır və xəsarətləri özü müəyyən etmişdir. Hansı xəsarətlər nəticəsində ölümün baş verməsini bildirmək isə onun səlahiyyətində deyildir. Məhkəmə iclasında yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş və digər şahidlərin bildirdikləri ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti yaxınlığında baş vermişdir. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aprılan tibbi müayinə” haqqında 2/12751 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “DVD diskdə olan video görüntülərə baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il protokoldan görünür ki, 07 mart 2024-cü il tarixdə saat verləşən "Hyundai" servisin qarşısından keçən hissəsində, avtomobillə piyada Əbilov 23 radələrində Bakı şəhəri, Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisində Əli Əbülfəz 2-2024-03-07_22h55min00s000ms 3-2024-03- oğlunun vurularaq ölümünə səbəb xəsarət yetirmiş avtomobili və sürücüsünü müəyyən etmək məqsədilə cinayət işinə əlavə edilmiş, hadisə yerini özündə əks etdirən bir ədəd DVD diskə baxış kecirildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz şəhər xidməti " yazılmış zərf 14x15 ölçüdədir, zərfi açdıqda içərisindəki 1 eded dairəvi optik disk götürüldü. Diskin üzərində "Verbatim", sol tərəfində "DVD-R", sağ tərəfində 4.7, 16x, 120 yazılmış qeydlər vardı, həmin optik disk standart 120mm ölçüdədir və şəffaf materialdan hazırlanmışdır. Həmin diskdəki video görüntülərə baxmaq üçün disk xidməti otağımdakı "HP" markalı "noutbook" kompyuterin disk yerinə qoyuldu. Disk açıldıqda diskdə TŞ6-070 1-2024-03-07_22h55min00s000ms, TŞ6-070 və TŞ6-70 07_22h55min00s000ms adda 3 ədəd MP4 formatda yazılmış video yazının qeydə alındığı müəyyən olundu. Diskdə olan TŞ6-070 1-2024-03-07_22h55min00s000ms video görüntüdə havanın qaranlıq olduğu, avtomobil yolunun süni işıqlandırması, baş vermiş yol nəqliyyat hadisəsini əks etdirən görüntülərin aşkar olunmadı müəyyən olundu. Diskə baxış 25 dəqiqə 1 saniyə davam etdi. Diskdə olan TŞ6-70 2-2024-03- 07_22h55min00s000ms video görüntüdə havanın qaranlıq olduğu, avtomobil yolunun süni işıqlandırması, baş vermiş yol nəqliyyat hadisəsini əks etdirən görüntülərin aşkar olunmadığı müəyyən olundu. Diskə baxış 25 dəqiqə 1 saniyə davam etdi. Diskdə olan TŞ6-070 3-2024-03- 07_22h55min00s000ms video görüntüdə havanın qaranlıq olduğu, avtomobil yolunun süni işıqlandırması, baş vermiş yol nəqliyyat hadisəsini Dijyadənın vurulduğu anı özündə əks etdirən görüntülərin aşkar olunmadığı müəyyən olundu. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X29 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X4 meyitinin məhkəmə tibbi müayinəsi zaman aşkar edilmış xəsarətlər - açıq kəllə beyin travması, hər iki gicgah sümüklərinin hərəsindən bir ədəd olmaqla kəllə əsasına keçən xətti sınıqları, bas beyin yumşaq qisalarına qansızma, ha sümüyünün, sağ və sol tərəfli çoxsayı, qəlpəli, yerdəyişən - yayılmış sınıqları, sağ gicgah - ənsə nahiyəsinin, sol qaşın bayır bucağının əzilmiş yaraları, alınım sağ yarısının, sifətinin sol yarısı alının sol yarısı əhatə olunmaqla, burunun sol qanadının və burun belinin, sağ bud-çanaq oynağının, döş qəfəsinin ön səthində epiqastral nahiyədən başlayaraq qarnın ön səthinin, sağ bazunun ön səthinin, saj mil-bilək oynağının ön səthinin, hər iki diz oynağının ön səthlərinin, döş qəfəsinin arx səthinin, hər iki sağrı nahiyəsinin sıyrıqları, qarnın sol bayır səthinin, sol sağrının bayır - səthinin əzilmiş cırılmış varaları həyati olub, bir qədər əvvəl bərk küt əşyanın (əşyaların Ba təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X3 ölümünə səbəb-kəllə tağı və kələ əsası sümüklərinin sınıqları, baş beyin qişalarına və toxumalarına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyidxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Mərhum X4 ölümünə səbəb hər iki ağciyərlərin cırılmalan ilə müşayiət olunan sağ və sol tərəfli qabırğaların, döş sümüyünün çoxsaylı qəlpəli sınıqlan nəticəsində baş vermiş daxili qanitirmədən inkişaf edən hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2 - 4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. 3. X4 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində 0,580-li etil spirti aşkar edilmişdir, rəsmi cədvəl üzrə bu qatılıq Yüngü dərəcəli sərxoşluğun əlamətlərini daşıyır. Metil, butil və amil spirtləri, barbitur turşus törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepu törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X29 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T363/2024 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1978-ci il təvəllüdlü X12 adına tərtib edilmiş sənədlər və qararda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Marhum Ə.Ə.Əbilovun meyitinin müayinəsi zamanı hər iki gicgahın qansızma,shar iki ağciyərin cırılması, döş boşluqlarında 2-2.5 litr qan və qan sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beynin yumşaq qişasına Jaxtaları, döş sümüyü və iki tərəfli qabırğaların çoxlu yerdəyişmiş sınıqları alnım sağ və sifətin sol yarısını, alının sol yarısını, burnun sol qanadını sag gicgah-ənsə nahiyəsinin, sol qaşın bayır bucağının əzilmiş yaralanı alnim beluni, sağ bud-çanaq oynağı, döş qəfəsinin ön səthinin, qarnın ön bathinin, sağ bazunun ön səthinin, sağ mil-bilək oynağı, hər iki diz öynağımın ön səthinin, döş qəfəsinin arxa səthinin, hər iki sağrının sıyrıqları, qarnın sol bayır səthi və səl sağrının əzilmiş-cırılmış yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş və qərarda göstərildiyi kimi xx.xx.2024-cü ildə avtomobil travması nəticəsində yaranmış, dərəcəsinə görə açıq kəllə beyin travması, başın əzilmiş yaraları, baş beyinin qişasına qansızma, hər iki gicgah sümüyünün kəllə əsasına keçən sınığı, döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı yerdəyişən sınığı, hər iki ağciyərin cırılması, döş boşluqlarına 2-2,5 litr qan yığılması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, qarnın və sağrının əzilmiş-cırılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. 2. Xəsarətlərin yaranma mexanizmini onların xarakteri lokalizasiyasına əsasən belə izah etmək olar: piyada vertikal və ya buna yaxın vəziyyətdə olarkən ilkin zərbə avtomobilin qabaq tərəfi ilə piyadanın aşağı ətrafına olmuş, bundan sonra ikinci mərhələdə zərbənin təsirindən piyada birinci avtomobilin alın şüşəsinə çırpılmış, nəticədə ənsə nahiyəsində azilmiş yara, sağ bud-çanaq oynağında sıyrıq yaranmış, sonrakı mərhələdə piyadanın yol örtüyünə çırpılması nəticəsində hər iki gicgah sümüyünün kəllə əsasına keçən sınıqları, baş beynin yumşaq qişasına qansızma, qarnın da səthinin, döş qəfəsinin, sağ mil-bilək oynağının sıyrıqları yaranmışdır. Artıq yol örtüyündə horizontal vəziyyətdə olan piyadanın üzərindən avtomobilin keçməsi və onu yol örtüyü ilə sürükləməsi nəticəsində bədənin bırğaların çoxsaylı iki tərəfli yerdəyişən sınıqları, hər iki ağciyərin coxsaylı sıyrıqları, əzilmiş-cırılmış yaraları, döş qəfəsinin küt travması, cırılması, dös boşluqlarında 2-2.5 litr qan yığılması yaranmışdır. 3. Mərhum Ə.Ə.Əbilovun ölümünə səbəb döş qəfəsinin küt travması, hər ki ağciyərin cırılması, qabırğaların çoxsaylı sınıqları, döş sümüyünün sınığından inkişaf edən daxili qanitirmə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 8/1697-4/985 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş TŞ6-070 1-2024-03-07_22h55min00s000ms, TŞ6. 070 2-2024-03-07 22h55min00s000ms və TŞ6-070 3-2024-03-07_22h55min00s000ms adl videoyazıların heç birində bilavasitə piyadanın vurulması anı müəyyən olunmadığından başladığı andan avtomobillə vurulduğu ana qədər keçən vaxtı və piyadanın hərəkət temp müəyyən etmək mümkün olmadı. Yol-nəqliyyat hadisəsinin qismən qeydə alındığı TŞ6- 070 3-2024-03 07_22h55min00s000ms adlı videoyazıdakı görüntülərin keyfiyyəti yolnəqliyyat hadise İştirakçısı olan avtomobillərin konturlarının aydın görünməsinə, verilmiş anda avtomobillar koordinantlanının dəqiq müəyyən olunmasına imkan vermədiyindən və ön faralarından düşər İşıq seli avtomobillərin kadrlarda göründovu andan piyadanın vurulmasına kimi (piyadan vurulması anı görünmür) məsafənin hesablanması üçün hesablama cisimləri seçməyə imkan vermədiyindən təqdim olunmuş videoyazılara göra avtomobillərin sürətini müəyyən etmək mümkün olmadı. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Grandeur markalı, 10XM440 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Honda İnsight markalı, 77HM387 nömrəli dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sürücüsü X1 nəzərə alınmışdır. Hyundai Grandeur markalı, 10XM440 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, sürücüsü Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınmışdır. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçmək haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X15 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, tərəflər arasında barışıq əldə edilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ziyan ödənilmişdir, gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi olmayacaqdır. Vermiş olduğu mülki iddiadan imtina etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs X10 adlı xx.xx.2022-ci il təvəllüdlü övladı vardır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən, yol hərəkəti yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 oktyabr 2024cü il tarixli, 8/1697-4/985 saylı və digər zəruri sənədlərindən aydın olur ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), himayəsində azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - hadisənin görüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. İş üzrə maddi sübut “Hyundai Grandeur” 10XM440 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiaçi - X15 tərəfindən mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddialarından imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-192/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-192/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver