Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-193/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs X7 iştirakları ilə, 11 dekabr 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X15 xüsusi ittihamçı X14 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X2.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqaləsində onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymış, onu nüfuzdan salan ağır cinayətdə ittiham etməklə böhtan atmış, kütləvi informasiya vasitəsində və internet informasiya ehtiyatında şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, kütləvi informasiya vasitəsi olan “Bizimyol.info” informasiya vasitəsində 27 yanvar 2022-ci il tarixdə, saat 14:53-də “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqalə dərc edilmişdir. ”Bizimyol.info” informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqalədə onun fotoşəkili, təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin istifadəsində olan satış mağazasının fotoşəkili yerləşdirilməklə Şahsuvar Talıbovun məktubu olduğu kimi təqdim edilmişdir. “Bizimyol.info” informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlığı ilə yayılmış məqalədə barəsində təhqir, böhtan xarakterli məlumatların Şahsuvar Talıbov tərəfindən və yaxud digər şəxslər tərəfindən verilməsini aydınlaşdırmaq üçün “Bizimyol.info” informasiya və Şahsuvar Talıbov vasitəsi ilə araşdırma aparmışdır. Həmçinin, polis orqanına ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma ilə və “Bizimyol.info” informasiya vasitəsinin 27 yanvar 2022ci il tarixidə saat 14:53-də eyni başlıqla yaydığı məlumatda düzəliş edilərək bildirilmişdir ki, “bu məktub əvvəlcə Şahsuvar Talıbovun adından yayımlanmışdır. Lakin sonradan Abutalıb Ağayev redaksiyamıza müraciət edərək məktubu özünün göndərdiyini bildirdi. Abutalıb Ağayev bildirdi ki, məktubu “Bizim Yol”a ünvanlayarkən texniki yanlışlıq üzündən bu məktuba öz şəxsiyyət vəsiqəsini deyil, Şahsuvar Talıbovun vəsiqəsinin surətlərini əlavə edib və o üzdən də əvvəlcə yazıda məktub müəllifi olaraq Şahsuvar Talıbovun adı keçirdi. Texniki yanlışlığa görə Şahsuvar Talıbovdan üzr istəyirik. Burada yazılanlara gəlincə, Abutalıb Ağayev əlavə edib ki, o, məktubda yazılanların doğruluğunu bir daha təsdiq edir. X15 11 dekabr 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 30 noyabr 2017-ci il tarixdə "xxxx" MMC-yə ərizə verərək nəzarətçi-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş Abdullayev Əfqan tərəfindən verilmiş 01 dekabr 2017-ci il tarixli, 247 saylı əmrlə "xxxx" MMC-nə məxsus avtoehtiyat hissələri mağazasına nəzarətçi-kassir vəzifəsinə işə qəbul edilmişdir. Onunla həmin tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə bağlanmışdır. Ağayev Abutalıb 21 sentyabr 2021-ci il tarixli, 665 saylı əmrlə işdən azad edilmiş və əmək müqaviləsinə xilam verilmişdir. "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş Abdullayev Əfqanın rəhbərliyi və təşkilatçılığı ilə cəmiyyətə məxsus xüsusilə külli miqdarda əmlakları taladıqdan sonra cəmiyyətə məxsus malları, pul vəsaitlərinin hesabatlarını təhvil-təslim etmədən, hesabat vermədən bir qrup işçinin işə çıxmamalarına dair tapşırıq verməsinə görə X15 işə çıxmamış və işdən çıxmasına dair ərizə vermişdir. Cəmiyyətə məxsus əmlakların talanması barədə müraciəti əsasında müstəqil auditor təşkilatı tərəfindən araşdırma aparılaraq materiallar istintaq orqanına göndərildiyindən X15 və qeyriləri qabaqcadan əlbir olaraq ona qarşı böhtan və təhqir cinayəti əməllərini törətmişlər. "xxxx" MMC-nin 100% təsisçisidir və Cəmiyyətin direktorudur. Cəmiyyətin ondan başqa heç bir şəriyi yoxdur. Cəmiyyət öz nizamnaməsinə və Azərbaycan Respublikası qanunlarına uyğun fəaliyyət göstərir. Fəaliyyəti nəticəsində vergi borclarını və digər qanunla müəyyən edilmiş məcburi ödənişləri ödəmişdir. Cəmiyyətin 2020-2021-ci il ərzində fəaliyyəti nəticəsində dövlət büdcəsinə 4.362.352 manat məbləğində vergi və digər məcburi ödənişlər ödənilmişdir. Məqalədə qeyd olunan məlumatlar bütövlükdə böhtandır. X15 tərəfindən Bizimyol.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqaləsində yazılmış və yayılmış məlumatlar kütləvi informasiya vasitəsində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, onun barəsində böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət əməllərini törətməkdə ittiham etmişdir. Bizimyol.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqaləsində adı qeyd olunan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri vəzifəsində işləmiş Eldar Mahmudovla onun heç bir biznes münasibəti, heç bir ünsiyyəti olmamışdır. Eldar Mahmudovla onun münasibətinin olmasına, onun biznes işlərinə rəhbərlik elməyinə, 2004cü ildə onun həbs edilərək Bakıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməyi, həmin vaxt onu həbsdən qurtarmaq üçün qohumlarının Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışan Eldar Mahmudovdan xahiş etmələri nəticəsində həbsdən qurtulmağı, Eldar Mahmudovla o vaxtdan əlaqələrinin yaranması və bu əlaqələrin sonrakı illərdə Eldar Mahmudovun qanunsuz işlərinə nəzarət etməkdən, şərikliyə qədər gəlib çıxması, "xxxx" mağazalar şəbəkəsində Eldar Mahmudovun onunla ortaqlığı, Eldar Mahmudovun “Balıq və kürü biznesinə onun rəhbərlik etməsi, Eldar Mahmudovun qeyriqanuni qazanc yerlərindən biri olan xaricə pul köçürülməsi və pul daşınmaları işinə onun nəzarət etməsi, sabiq nazirin “Briliyant biznesi”nə onun nəzarət etməyi, bizneslərdən gələn çirkli pulların yuyulması işinə rəhbərlik etməsi, Eldar Mahmudovun nazir olduğu 11 il ərzində onun qanunsuz işlərinə rəhbərlik etməklə, onun sayəsində özünün qanunsuz işlərini genişləndirməklə, milyonlarla vergidən yayınması, məqalədə onunla bağlı yazılmış bütün məlumatlar böhtandır. X5 Bizimyol.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqaləsində: “Nəriman Əliyev” yazıb internet araşdırması etsəniz, qarşınıza istər rəsmi sahibi olduğu "xxxx" mağazalar şəbəkəsi ilə bağlı iqtisadi-biznes adamı olaraq, istərsə də 10 il deputat olmuş biri kimi, siyasətçi olaraq hansısa müsbət yazı, xoşagələn fakt tapmaq çətin məsələdir. Bir az dərindən araşdırsanız, eks deputatın 2004-cü ildən, 2015-ci ilədək 11 illik müddətdə Eldar Mahmudovun qəyyumluğu altında böyük bir şəbəkəyə rəhbərlik etməsi ilə bağlı faktlara və hətta bu faktlara malik olan canlı mənbələrə rast gələ bilərsiniz. 70 saylı Masallı şəhər dairəsindən 2010-2019-cu illərdə deputat olmuş Nəriman Əliyevin sahib olduğu böyük biznes şəbəkəsi, saysız əmlaklar, avtomobillər və milyonlarla pulun hansı yollarla qazanıldığı ilə bağlı bəzi faktları sizinlə bölüşmək istəyir. Belə ki, Nəriman Əliyev indiki vəziyyətə çatmaq üçün qaranlıq işlərdən, qanunsuz əməllərdən və özü kimi qaranlıq işlərlə məşğul olan ortaqlardan istifadə etmişdir. Bu qanunsuzluqların tarixi xeyli əvvələ, 2004-cü ilə qədər gedib çıxır” ifadələri ilə onu təhqir etmiş, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X2.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqaləsində kütləvi informasiya vasitəsi ilə onun barəsində böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət əməllərini törətməkdə ittiham etmişdir. Belə ki, kütləvi informasiya vasitəsində onun “Xaricə pul köçürülməsi və pul daşınmaları işinə də birbaşa nəzarət etməsi, sabiq nazir həm də "Briliyant biznesi” şəbəkəsi qurması, bu biznesin də nəzarətin ən yaxın və sadiq adamı kimi onda olması, bu və digər bizneslərdən gələn çirkli pulların yuyulması işinə onun rəhbərlik etməsi, Eldar Mahmudovun nazir olduğu 11 il ərzində həm onun qanunsuz işlərinə rəhbərlik edən, həm də onun sayəsində öz qanunsuz işlərini genişləndirərək, milyonlarla vergidən yayınmağı barədə məlumatları kütləvi surətdə yaymaqla onu Azərbaycan Respublikası CM-nin 193-1-ci maddəsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırması, Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinə görə qaçaqmalçılıq, Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinə görə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməllərini törətməkdə ittiham etmişdir. X2.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqalədə onu CM-nin 193-1.2-ci maddəsi ilə, CM-nin 206.3-cü maddəsi ilə, 213.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə ittiham etməklə böhtan atmışdır. X7 Bizimyol.info informasiya vasitəsində “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə" başlıqlı məqaləsndə onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayması (CM-nin 147.1-ci maddəsi), onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan ağır cinayətdə ittiham etməsi (CM-nin 147.2-ci maddəsi), kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması (CM-nin 148-ci maddəsi) cinayəti əməllərini törətməsinə görə ona maddi və mənəvi zərər vurmuşdur. Ona vurulmuş maddi zərər ondan ibarətdir ki, o, "Ştutqart” MMC-ni təsis etməklə kommersiya fəaliyyəti ilə məşğul olur. Cəmiyyətin geniş alıcı kütləsi mövcuddur. Cəmiyyətin alıcıları, biznes əlaqələri olan şəxslər bilirlər ki, onların Cəmiyyətə ödədiyi hər bir ödənişdən Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinə vergilər və digər ödənişlər ödənilir. Barəsində şərəf və ləyaqətini ləkələyən onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla təhqir etməsi, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları yayması, onun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmağını, vergidən yayınmağını, "Briliyant biznesi” şəbəkəsi qurulmasında iştirak etməklə qaçaqmalçılıq cinayət əməllərini törətməkdə iştirak etməyi barədə yalan və böhtan xarakterli məlumatların yayılması ona və təsisçisi olduğu cəmiyyətə 100.000 manat maddi zərər və onun özünə 1.000.000 manat məbləğində mənəvi zərər vurmuşdur. Qeyd edilənləri nəzərə alaraq, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şərəfini, ləyaqətini ləkəyələyən, onu nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan və yalan olduğunu bilə-bilə məlumatlar yaymasına görə X7 “Bizimyol.info” informasiya vasitəsi ilə ondan üzr istəməsi; onun şərəfini, ləyaqətini ləkələyən, onu nüfuzdan salan nalayiq formada qəsdən alçaldan və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına görə ona dəymiş mənəvi zərərə görə X6 300.000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X15 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirdi ki, barəsində xüsusi ittiham qaydasında verilmiş şikayəti qəbul etmir, özünü Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilmir. Mətbuata verdiyi ifadələrdə göstərdiyi hər bir faktı köhnə tarixli məlumatlara əsaslanıb söyləmişdir. 27 yanvar 2022-ci il tarixində saat 14:53-də “Bizimyol.info” saytında dərc edilən “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb – başgicəlləndirən mənzərə” adlı yazı onun tərəfindən və ona məxsus e-mail vasitəsilə sözügedən e-mail ünvanına göndərilmişdir. Həmin yazını o, məktub formasında göndərmiş və saytda yayımlanmış məktuba istinad edilmişdir. Məktubda yazdığı heç bir məlumat subyektiv fikri deyil, hər birini müxtəlif illərdə mətbuatda oxumuş və ya sabiq deputat Nəriman Əliyevin yaxın qohumu Əfqan Abdullayevdən eşitmişdir. Məktubda qeyd etdiklərinin mənbələrini aşağıdakı kimi qeyd edir: “İlk iş olaraq Babək prospektində “Karkas” ehtiyat hissələri mağazası açılır və bütün rəhbərlik Nəriman Əliyevə həvalə olunur. 2004-cü ilin iyul ayında Eldar Mahmudov Milli Təhlükəsizlik naziri təyin olunandan sonra bu əməkdaşlıq daha da artır”- bu barədə yazı hələ ondan əvvəl 17 may 2017-ci il tarixdən Nəriman Əliyev barəsində şikayətçi olan, hazırda Nəriman Əliyevə məxsus “Avtosistem” mağazasında çalışan Fərhad Rəfiyev tərəfindən “bakupost.az” saytında səsləndirilmişdir. Daha sonra həmin saytda "xxxx" mağazalar şəbəkəsi əvəllər “Karkas” adı ilə fəaliyyət göstərib və Nəriman Əliyevin bacısı oğlu X11r” sözləri qeyd edilir. Həmçinin 20 mart 2016-cı ildə “anaxəbər.info” saytında yer alan məlumatda yazılır: “Qeyd edək ki, "xxxx" dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi hamı daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda “Köhnə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da MTN-dən keçib. Eldar Mahmudovun rəhbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə “verbovka” olunur və sabiq MTN şefi üçün işləməyə başlayır”. Digər bir çox xəbərləri isə ona Nəriman Əliyevin bacısı oğlu, onun işlərini idarə edən X16 bildirmişdir. Bundan başqa digər faktları Nəriman Əliyev barədə müxtəlif illərdə “google.az”-da gedən mənbələrdən əldə etmişdir. Sosial şəbəkələrdən əldə etdiyi köhnə tarixli məlumatlar barəsində heç bir təkzib məqalələri paylaşılmadığından məlumatların əsaslı olduğuna inanıb belə bir informasiya vermişdir. Qeyd edilənləri nəzərə alaraq, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə bəraət hökmünün çıxarılmasını və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb – Başgicəlləndirən mənzərə” adlı məqalədən görünür ki, həmin məqalə 27 yanvar 2022-ci il tarixdə saat 14:53-də “Bizimyol.info” kütləvi informasiya vasitəsində yayılmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 4/494 nömrəli rəyindən görünür ki, “Bizimyol.info” informasiya vasitəsilə 27 yanvar 2022-ci il tarixdə, saat 14:53-də yayımlanmış ‘‘Sabiq deputatın mülklərinin siyahısı - Başgicəlləndirən mənzərə” başlıqlı məqalədə işlənən ifadələrin (“Bakının mərkəzində ağac kəsən”, “içərisində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçıran”, “qaranlıq işlərlə, qanunsuz əməllərlə məşğul olan”, “çirkli pulların yuyulması işinə rəhbərlik edən”, “milyonlarla vergidən yayınan”) əks etdirdiyi iddialar sübuta yetirilmədiyi təqdirdə X4 şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur. Məqalədə işlədilən ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Həmin məqalədə X14 barəsində Azərbaycan ədəbi dilinin leksik normalarına zidd olan, yəni nalayiq, biədəb, söyüş, təhqir xarakterli olduğu üçün ədəbi dil fonduna daxil olmayan ifadələr işlədilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********995500 nömrəli çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X8r. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X12 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 26/A-029 saylı məktubdan görünür ki, onun Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası və Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlandığı və araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş “ünvan 2 ünvanında yerləşən Ştutqart MMC-nin anbar ərazisində X14 tərəfindən 37 ədəd ağacın kəsilməsi” barədə müraciətləri İdarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Aparılan araşdırma nəticəsində ərazidə ağacların qanunsuz götürülməsi faktı müəyyən olunmuş və ağacların götürülməsi nəticəsində yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından tərtib olunmuş akt və digər sənədlər baxılaraq hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən X12 ünvanlanmış 21 yanvar 2022-ci il tarixli, 03/222006004/139 nömrəli məktubdan görünür ki, onun 28 dekabr 2021-ci il tarixli müraciəti üzrə toplanmış materiallar əsasında, "xxxx" MMC-nin direktoru X9 məxsus olmaqla, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış təyinatlı torpaq sahəsində əkilmiş ağacların qanunsuz kəsilməsi faktına görə 18 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikası CM-in 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması xüsusilə mühüm işlər üzrə müstəntiq Taleh Bağırova həvalə edilmişdir. X16 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, eks deputat X4 bacısı oğludur və qeyd edilən işlərin 90%-i Nəriman Əliyev onun vasitəsilə icra etmişdir. Çirkli pulların yuyulmasından tutmuş Eldar Mahmudovla bağlı səsləndirdiyi ifadələrin hər birini özü şəxsən ona demişdir. xx.xx.2020-ci il tarixli, **********139462 nömrəli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, "xxxx" MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticəsi üzrə aşağıdakı vergi və maliyyə sanksiyalarının tətbiq edilməsi təklif olunmuşdur: 1) Vergi Məcəlləsinin 104 cü maddəsinə əsasən büdcəyə əlavə olaraq 2 214 918.88 manat (277 780,06+919 896.06+1 017 242.761 məbləğində mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 2 214 918.88 manat vergi məbləğinin 50 faizi miqdarında 1 107 459.44 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi. 2) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV üzrə 7 163 874.27 manat əlavə hesablamanın aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 7 163 874.31 manat vergi məbləğinin 50% miqdarında 3 581 937.14 manat maliyyə sanksiyasının tətbiq edilməsi. 3) Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergilər üzrə əlavə olaraq 62 620,96 manat vergilərin hesablanması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış 62 620.96 manat vergi məbləğinin 50% miqdarında 31 310.48 manat maliyyə sanksiyasının tətbiq edilməsi. 4) “Sosial sığorta haqqında” və “İşsizlikdən siğorta haqqında” Qanunun tələblərinin pozulmasına görə 1708,11 manat mdss və işsizlikdən siğorta haqqının hesablanması və "Sosial siğorta haqqında" Qanunun 9-1-ci, “İşsizlikdən siğorta haqqında” Qanunun 7-1-ci və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış 1710.27 manat (1651.37+36.90) mdss və işsizlikdən siğorta haqının 50% miqdarında 855.14 manat m/s tətbiq edilməsi. Cəmi hesablama: 14 164 684.44 manat. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X15 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu, təqsirləndirilən şəxsin, xüsusi ittihamçının məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-linqvistik ekspertizanın nəticələrini araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, X15 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilməmişdir. Bununla belə, təqsirləndirilən şəxs X15 tərəfindən xüsusi ittihamçı X4 barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayılması iş üzrə mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Buna görə də, X7 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, öz mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində əsasən, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə, “Bizimyol.info” informasiya vasitəsində 27 yanvar 2022-ci il tarixdə, saat 14:53-də yayılmış “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb – Baş gicəlləndirən mənzərə” adlı məqalədə Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, həmin məqalədə qeyd edilən cinayət əməllərinin tərkibi mövcud deyil. Təhqirlə bağlı ittiham tərəfinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qeyd edir ki, A.Ağayevin Bizimyol.info informasiya vasitəsində yayılmış “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə” başlıqlı məqaləsində qeyd edilən: “Nəriman Əliyev” yazıb internet araşdırması etsəniz, qarşınıza istər rəsmi sahibi olduğu "xxxx" mağazalar şəbəkəsi ilə bağlı iqtisadi-biznes adamı olaraq, istərsə də 10 il deputat olmuş biri kimi, siyasətçi olaraq hansısa müsbət yazı, xoşagələn fakt tapmaq çətin məsələdir. Bir az dərindən araşdırsanız, eks deputatın 2004-cü ildən, 2015-ci ilədək 11 illik müddətdə Eldar Mahmudovun qəyyumluğu altında böyük bir şəbəkəyə rəhbərlik etməsi ilə bağlı faktlara və hətta bu faktlara malik olan canlı mənbələrə rast gələ bilərsiniz. 70 saylı Masallı şəhər dairəsindən 2010-2019-cu illərdə deputat olmuş Nəriman Əliyevin sahib olduğu böyük biznes şəbəkəsi, saysız əmlaklar, avtomobillər və milyonlarla pulun hansı yollarla qazanıldığı ilə bağlı bəzi faktları sizinlə bölüşmək istəyirəm. Belə ki, Nəriman Əliyev indiki vəziyyətə çatmaq üçün qaranlıq işlərdən, qanunsuz əməllərdən və özü kimi qaranlıq işlərlə məşğul olan ortaqlardan istifadə etmişdir. Bu qanunsuzluqların tarixi xeyli əvvələ, 2004-cü ilə qədər gedib çıxır” ifadələri ilə onu təhqir etmiş, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir: Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Məhkəmə bildirir ki, qanunverici şərəf və ləyaqətin məhz nalayiq formada alçaldılmasını təhqir anlayışı ilə əhatə edir və formalaşmış hüquqi mövqe bundan ibarətdir ki, təhqiredici hərəkətin nalayiq olub-olmaması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. X1 nümayiş etdirilən internet informasiya ehtiyatında – «Bizimyol.info» saytında yaydığı yazılarda xüsusi ittihamçı X4 şərəf və ləyaqətini nalayiq formada alçaldıbalçaltmadığını müəyyən etmək üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 4/494 nömrəli rəyinin nəticəvi hissəsinin 2-ci bəndində qeyd edilir: “Həmin məqalədə X14 barəsində Azərbaycan ədəbi dilinin leksik normalarına zidd olan, yəni nalayiq, biədəb, söyüş, təhqir xarakterli olduğu üçün ədəbi dil fonduna daxil olmayan ifadələr işlədilməmişdir.”. Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini işin digər faktiki halları ilə məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X7 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil, o cümlədən onun «Bizimyol.info» saytında yaydığı məlumatlar xüsusi ittihamçı N.Əliyevin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadığına görə təhqir hesab oluna bilməzlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir:
1. Məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. Həmin məlumatın doğru olmaması; 3. Belə məlumatların yayılması; 4. Barəsində belə məlumatlar yayılmış şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi. Məhkəmə, ilkin olaraq “Bizimyol.info” informasiya vasitəsində yayılmış “Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə" adlı məqalədə göstərilən məlumatları tədqiq edərək qeyd edir ki, həmin məqələdə göstərilmiş “Bakının mərkəzində ağac kəsən”, “içərisində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçıran”, “qaranlıq işlərlə, qanunsuz əməllərlə məşğul olan”, “çirkli pulların yuyulması işinə rəhbərlik edən”, “milyonlarla vergidən yayınan” kimi ifadələr özülüyündə N.Əliyevin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar hesab edilməlidir. Bununla bağlı, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 4/494 nömrəli rəyinin nəticəvi hissəsinin 1-ci bəndində qeyd edilir: “Bizimyol.info” informasiya vasitəsilə 27 yanvar 2022-ci il tarixdə, saat 14:53-də yayımlanmış ‘‘Sabiq deputatın mülklərinin siyahısı - Başgicəlləndirən mənzərə” başlıqlı məqalədə işlənən ifadələrin (“Bakının mərkəzində ağac kəsən”, “içərisində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçıran”, “qaranlıq işlərlə, qanunsuz əməllərlə məşğul olan”, “çirkli pulların yuyulması işinə rəhbərlik edən”, “milyonlarla vergidən yayınan”) əks etdirdiyi iddialar sübuta yetirilmədiyi təqdirdə X4 şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur.”. Məhkəmə, daha sonra qeyd edir ki, X15 tərəfindən həmin məlumatlarını həqiqiliyi sübuta yetirilmir. Başqa sözlə, müdafiə tərəfi məhkəməyə xüsusi ittihamçının Bakının mərkəzində ağac kəsməsi, içərisində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçırması, qaranlıq işlərlə, qanunsuz əməllərlə məşğul olması, çirkli pulların yuyulması işinə rəhbərlik etməsi, milyonlarla vergidən yayınması kimi əməlləri törətməsinə dair hər hansı mötəbər sübut təqdim etmir. Halbuki, yuxarıda qeyd edilən əməllərin törədilməsi Azərbaycan Respublikası CM-nin Xüsusi Hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə CPM-nin aşağıda istinad ediləcək 21.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, təqsiri cinayətprosessual qanunvericiliklə nəzərdə tutulan qaydada sübuta yetirilməmiş, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan şəxs təqsirli sayıla bilməz. İşin faktik hallarından görünür ki, xüsusi ittihamçı X4 cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırması, qanunsuz ağac kəsməsi, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınması və digər bu kimi cinayətləri törətdiyinə dair məhkəmə aktı mövcud deyil. Müdafiə tərəfinin təqdim etdiyi yuxarıda istinad olunan məktublar və səyyar vergi yoxlaması aktı isə özlüyündə şəxsin cinayət törətməkdə təqsirli olduğunu təsdiq etmək üçün əsas sayıla bilməz. Beləliklə, X15 xüsusi ittihamçının müvafiq əməllərlə bağlı məhkəmə tərəfindən heç vaxt cinayət məsuliyyətinə cəlb edilmədiyini bildiyi halda onun barəsində belə məlumatları yaymışdır. Bunlarla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə hazırkı iş üzrə məhkəmə baxışının həddi təqsirləndirilən şəxsə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamla məhdudlaşır. Yəni, məhkəmə hazırkı işə baxmaqla eyni vaxtda xüsusi ittihamçının hər-hansı cinayət törədib-törətməməsi məsələsinə mahiyyəti üzrə baxıb qiymət vermək səlahiyyətinə malik deyil. Əgər xüsusi ittihamçı hər-hansı cinayət törədibsə, bu məsələyə qanunvericiliklə müəyyən edilmiş qaydada ayrıca icraatda baxılmalı və yekun qərar qəbul edilməlidir. Mövcud vəziyyətdə isə məhkəmə yalnız xüsusi ittihama qiymət verir, bu zaman xüsusi ittihamçı barəsində məhkəmənin qüvvədə olan ittiham hökmünün olmadığını nəzərə alır. Xüsusi ittihama hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasını təsbit edən 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Məhkəmə, bundan başqa qeyd edir ki, xüsusi ittihamçı X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yayılmış məlumatlardır. Belə ki, həmin məlumatlar kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, yəni “Bizimyol.info” saytında 27 yanvar 2022-ci il tarixdə, saat 14:53-də dərc edilməklə yayılmışdır. Beləliklə, göründüyü kimi, Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinin yaranması üçün 4 əsas tövsifedici əlamətdən üçü mövcuddur. Barəsində şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yayılmış şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Əvvəla, məhkəmə X7 «Bizimyol.info» informasiya ehtiyatında işlətdiyi “Bakının mərkəzində ağac kəsən”, “içərisində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçıran”, “qaranlıq işlərlə, qanunsuz əməllərlə məşğul olan”, “çirkli pulların yuyulması işinə rəhbərlik edən”, “milyonlarla vergidən yayınan” ifadələrin xarakterini, müvafiq ifadələri işlətdiyi halda ətraflı şərh etmədiyini, Cinayət Qanununun Xüsusi Hissəsinin konkret normasına istinad etmədiyini və s. bu kimi halları nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin cinayət əməli ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, həmin ifadələr qeyd edilən formada, yəni ətraflı şərh edilməklə, Cinayət Qanununun konkret maddəsinə istinad etməklə yayılmış olsaydı belə, törədilmiş əməl yenə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmazdı. Belə ki, xüsusi ittihamçının təqdim etdiyi şikayətdə özünün ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham edilməklə böhtana atılmasını bildirməsinə münasibətdə məhkəmənin mövqeyi aşağıdakı kimidir: Cinayətlərin təsnifatı cinayət qanunvericiliyində konkret meyarlar əsasında müəyyən edilmişdir. Bu və ya hər hansı cinayət əməlinin ağır və ya xüsusilə ağır cinayət əməli hesab edilməsi, onun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həcmi ilə müəyyən edilir. Belə ki, təqsirləndirilən şəxs X15 “Bizimyol.info” informasiya ehtiyatında yayılmış yazılarında X14 tərəfindən CM-nin Xüsusi Hissəsində nəzərdə tutulmuş cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırması, qanunsuz ağac kəsməsi, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınması kimi cinayətləri törətməsi fikri formalaşdıra biləcək ifadələrə yer versə də, xüsusilə qeyd edilməlidir ki, o, heç bir tövsifedici əlamət göstərməmişdir. Cinayət Məcəlləsinin 193-1.1, 213, 259-cu maddələrində nəzərdə tutulmuş cinayətlər müvafiq tövsifedici əlamətlər olmadan ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına daxil edilmir. Belə olan halda, məhkəmə, “Bizimyol.info” informasiya ehtiyatında yayımlanmış yazılarda N.Əliyevin cinayət törətməsinə dair müvafiq ifadələri işlətdiyi halda ətraflı şərh etmədiyini, Cinayət Qanununun Xüsusi Hissəsinin konkret normasına istinad etmədiyini, həmin cinayətləri ağır və ya xüsusilə ağır cinayət kimi səciyyələndirən tövsifedici əlamətləri göstərməməsini və iş üzrə əhəmiyyət kəsb edən digər halları təsdiq edən sübutların olmamasını əsas tutaraq hesab edir ki, X7 əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin əsas tərkib elementi olan ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atılması halı mövcud deyil. Lakin, X15 tərəfindən “Bizimyol.info” informasiya ehtiyatında yayılmış yazılarda yer alan “Bakının mərkəzində ağac kəsən”, “içərisində Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçıran”, “qaranlıq işlərlə, qanunsuz əməllərlə məşğul olan”, “çirkli pulların yuyulması işinə rəhbərlik edən”, “milyonlarla vergidən yayınan” ifadələr xarakterinə görə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirilməli, bununla da, onun əməli Azərbaycan Respublikası CMin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilməli, həmin maddə ilə təqsirli olması tam sübuta yetirildiyinə görə o, CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X7 törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X15 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X7 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X12 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X7 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X12 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsilə cəza təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, iş üzrə məhkəmə xərcinə münasibətdə hesab edir ki, məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı zərər çəkmiş şəxsin təhqir olunubolunmamasına dair hissədə ekspertiza tədqiqatının aparılmasını nəzərdə tutduğundan və təhqir cinayətinə aid hissədə təqsirləndirilən şəxsə bəraət verildiriyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı X14 mülki iddia verərək, onun şərəfini, ləyaqətini ləkəyələyən, onu nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan və yalan olduğunu bilə-bilə məlumatlar yaymasına görə X7 “Bizimyol.info” informasiya vasitəsi ilə ondan üzr istəməsi; onun şərəfini, ləyaqətini ləkələyən, onu nüfuzdan salan nalayiq formada qəsdən alçaldan və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına görə ona dəymiş mənəvi zərərə görə X6 300.000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Mülki iddiaçının X7 “Bizimyol.info” informasiya vasitəsi ilə ondan üzr istəməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir: “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 19-cu bəndində göstərilir ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının Qərarın 12-ci bəndində o, da qeyd edilir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində hüquqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzibedilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddiaçı X4 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh X7 üzərinə mülki iddiaçı X3 onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan bilə-bilə yalan məlumatları yaymasına görə “Bizimyol.info” informasiya vasitəsi ilə üzr istəmək vəzifəsi qoyulmalı, mülki cavabdeh X6 500 (beş yüz) manat mənəvi ziyan və dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi olaraq 3.50 (üç manat əlli qəpik) manat tutularaq mülki iddiaçı X9 ödənilməli, dövlət rüsumunun ödənilmiş məbləğ qalan hissədə mülki iddiaçının özünə aid edilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilsin. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. X15 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh X7 üzərinə mülki iddiaçı X3 onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan bilə-bilə yalan məlumatları yaymasına görə “Bizimyol.info” informasiya vasitəsi ilə üzr istəmək vəzifəsi qoyulsun. Mülki cavabdeh X6 500 (beş yüz) manat mənəvi ziyan və dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi olaraq 3,50 (üç manat əlli qəpik) manat tutularaq mülki iddiaçı X9 ödənilsin, dövlət rüsumunun ödənilmiş məbləğ qalan hissədə mülki iddiaçının özünə aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov