Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-193/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saat 16:20 radələrində etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə yağmurlu hava şəraitində idarə etdiyi “Hyundai İX 35” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində soldan ikinci zolaqda, 20-30 km/saat sürətlə Z.Bünyadov prospekti 103/1 ünvanında yerləşən “Socar” YDM-nin qarşısında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almağın mümkün olacağı ara məsafəsi seçməli olduğu halda, həmin qanunun qeyd olunan tələblərinə əməl etməyərək hərəkətini davam etdirməklə ehtiyatsızlıqdan eyni zolaqda qarşıda hərəkətdə olan Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hisssəsi ilə toqquşması nəticəsində Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oluracağında olan sərnişin X2 şok və onurğa beyin funksiyasının pozulması ilə müşayiət olunan İİ boyun fəqərəsinin pazvari sınığından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerinin yaxınlığında ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Hyundai İX 35” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən təxminən bir ay əvvəl Bədirli Vüsal Saleh oğundan kredit yolu ilə almışdır. Vüsal da ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Kredit ödənib qurtardıqdan sonra isə avtomobil onun adına rəsmiləşəcəkdi. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işlədiyi mebel sexində olan zaman onlardan mebel almış şəxsin yaşadığı Masazır qəsəbəsinə getməli olub ki, həmin şəxsin evində mebel quraşdırsın. Buna görə də idarə etdiyi avtomobilə əyləşmişdir. Avtomobildə ondan əlavə Şahid4 da olmuşdur. Dilqəm də ona mebel quraşdırmaqda köməklik edəcəkmiş. Saat 16:20 radələrində Z.Bünyadov prospekti ilə soldan 2-ci zolaqda 20-30 km/saat sürətlə hərəkətdə olan zaman ondan qarşıda “Toyota Prius” markalı avtomobil gedirmiş. Yağışın yağması və yolda olan sıxlığa görə “Toyota Prius” markalı avtomobilin sürcüsü avtomobilin sürətini azaldaraq dayandırma həddinə gətirmişdir. O, da əyləci sıxaraq avtomobilini dayandırmaq istəsə də avtomobili dayandıra bilməmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o idarə etdiyi avtomobillə “Toyota Prius” markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Bundan sonra avtomobilini saxlayaraq dərhal avtomobildən düşmüş və “Toyota Prius” markalı avtomobiln sürücüsü sonradan adının Şahid1 olduğunu bildiyi şəxs də idarə etdiyi avtomobilən düşmüşdür. O, Məmmədin səhhəti ilə bağlı maraqlanmış, Məmməd səhhətində heç bir problemin olmadığını, heç bir xəsarət almadığını bildirmişdir. Bundan sonra Məmmədin idarə etdiyi avtomoldən əvvəllər tanımadığı, sonradan adlarının Şəhriyar və Muxlisə olduğunu bildiyi şəxslər düşmüşlər. Muxlisənin narahat olduğunu görüb ona yaxınlaşmış və heç nə olmadığını narahat olmamasını bildirmişdir. Bundan sonra Muxlisə Məmmədin idarə etdiyi avtomobilə əyləşmişdir. Məmməd baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DİN-nin 102 xidmtinə və sığorta şirkətinə məlumat vermiş, o, da öz avtomobilinin sığortalandığı şirkətə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Müxlisə özünü pis hiss etdiyini, başının ağrıdığını bildirmişdir. Məmmədlə birlikdə qərar vermiş ki, yoldan keçən avtomobillə Müxlisəni xəstəxanaya göndərsinlər, hadisə yerinə isə yol patrul xidməti əməkdaşlarını gəlməsini gözləsinlər. Yoldan keçən avtomobillərdən “Chevrolet Crus” markalı avtomobili saxldaraq Müxlisəni həmin avtomobilə əyləşdirib, avtomobilin sürücüsü sonradan adının Abdurahman olduğunu bildiyi şəxsdən də xahiş etmişdir ki, Müxlisəni xəstəxanaya aparsın. Abdurahman avtomobilin idarə edərək onların yanından uzaqlaşmışdır. Təxminən 1 saatdan sonra məlum olmuşdur ki, Muxlisənin vəziyyəti Abdurahmanın idarə etdiyi avtomobildə pisləşmiş və Muxlisə elə avtomobildəcə ölmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanın ödənilməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, X5 onun anasıdır. Anası Müxlisə Bakı şəhərinə qardaşı Davudun yanına yaşamağa gəlmişdir. Qardaşı Davud hal-hazırda Rusiya Federasiyasında işlədiyindən orada yaşayır. Anası da qardaşının ailəsi ilə birlikdə Binəqədi rayonunda xatırlamadığı ünvanda yaşayırdı. xx.xx.2023-cü il tarixdə Zaqatala rayonunda öz evində olan zaman Rusiyada yaşayan qohumu onunla əlaqə saxlamış və anası Müxlisənin vəziyyətinin yaxşı olmadığını, onun Bakı şəhərinə 5 nömrəli xəstəxanaya getməsini istəmişdir. O, artıq nəsə baş verdiyindən şübhələndiyi üçün dərhal avtomobillə Bakıya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, həmin gün saat 16:20 radələrində Z.Bünyadov prospektində “Hyundai” markalı və “Toyota Prius” markalı avtomobillər toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Prius” markalı avtomobildə olan anası Müxlisə hadisə yerinin yaxınlığında ölmüşdür. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində işdən çıxmış və Q.Qarayev metrostansiyası yaxınlığında yerləşən “Bona Dea” xəstəxanasına getmişdir. Həmin xəstəxanaya getməkdə məqsədi orada yerləşən aptekdən dərman almaq olmuşdur. Aptekdən dərmanı aldıqdan sonra özünə məxsus “Chevrlot Crus” markalı avtomobilə əyləşmiş və yaşadığı ünvana doğru getməyə başlamışdır. Koroğlu metrostansiyasından Z.Bünyadov prospektinə daxil olmuş və Z.Bünyadov prospektindən 20 yanvar dairəsi istiqamətində hərəkətə başlamışdır. Yolun sol hissəsində olan “SOCAR” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra hava yağmurlu olması səbəbindən yolda sıxlıq yaranmışdır. Bir az irəlidə yolun soldan ikinci zolağında “Hyundai İX 35” markalı və “Toyota Prius” markalı iki avtomobilin yol nəqliyyat hadisəsi törətdiyini və yolun soldan ikinci zolağında dayanaraq gözlədiklərini görmüşdür. Həmin avtomobillərdən birinin sürücüsü sonradan adının Məmməd olduğunu bildiyi şəxs onun avtomobilini saxlamağı üçün əl etmişdir. O, da ona görə avtomobili saxlayaraq nə köməklik lazım olduğunu soruşmuşdur. Bu zaman Məmməd yol nəqliyyat hadisəsi olduğunu, hadisə yerinə yol patrul xidməti əməkdaşlarının gəlməsini gözlədiklərini bildirib, ondan avtomobilində sərnişin olan qadının özünü pis hiss etdiyindən həmin qadını xəstəxanaya aparmasını xahiş etmişdir. O, da Məmmədlə razılaşdıqdan sonra “Toyota Prius” markalı avtomobildə sərnişin olan iki nəfər sonradan adlarının Şəhriyar və Muxlisə olduğunu bildiyi şəxslər onun idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişlər. Təxminən 500 metr irəlilədikdən sonra Şəhriyar Muxlisənin özünü pis hiss etdiyini bildirmişdir. Bu zaman o, idarə etdiyi avtomobili saxlamış və yaxınlıqda market axtarmağa getmişdir ki, su alsın. O, dərhal su alıb avtomobilə qayıtmışdır. Şəhriyarla birlikdə qadının üzünə su vurub özünə qaytarmaq istəmişlər. O, həyəcandan avtomobilə qayıtmamış və avtomobilin çölündə gözləmişdir. Bu zaman yaxınlıqda olan şəxslər də onlara yaxınlaşaraq köməklik etmək istəmişlər. Yaxınlıqda olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. O, qoruxu və stresdən avtomobilə yaxınlaşa bilməmişdir. Təxminən 10 dəqiqə sonra Şəhriyar Muxlisənin öldüyünü demişdir. Bir neçə dəqiqə sonra yaxınlıqdan yol patrul xidməti əməkdaşlarının keçdiyini görmüş və dərhal onlara yaxınlaşaraq saxlatdırıb hadisə barədə məlumat vermişdir. YPX-nin əməkdaşları onun sükan arxasına keçməsini və onların müşaiəti ilə xəstəxanaya getmələrini istəmişlər. O, isə polis əməkdaşlarına qorxu və stresdən avtomobilini idarə edə bilməyəcəyini demişdir. Bu zaman YPX-nin əməkdaşı onun idarə etdiyi avtomobilin sükanı arxasında əyləşmiş, avtomobili idarə etmək istəyən zaman yaxınlıqda olan şəxslərdən biri təcili tibbi yardım avtomobilinin gəldiyini, yolun əks tərəfində olduqlarını, tıxacla bağlı yanlarına yaxınlaşa bilmədiklərini demişdir. Bundan sonra YPX-nin əməkdaşı onun avtomobilini idarə edərək yolun əks istiqamətinə keçmişdir. Təcili tibbi yardım avtomobilinin yanına çatdıqdan sonra təcili tibbi yardım avtomobilində olan həkim Muxlisəni müayinə etmiş və öldüyünü demişdir. Bundan sonra hadisə yerinə digər polis əməkdaşları gəlib Muxlisəni ekspertizaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Binə qəsəbəsində yerləşən “Finici” mebel sexində mebel ustası işləyir. Onunla birlikdə həmin sexdə Təqsirləndirilən şəxs da işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işlədiyi mebel sexində olan zaman onlardan mebel almış şəxsin yaşadığı Masazır qəsəbəsinə getməli olmuşlar ki, həmin şəxsin evində mebel quraşdırsınlar. Buna görə də Kənanın idarə etdiyi avtomobilə əyləşmişlər. Həmin ünvana Kənanla birlikdə mebel quraşdırmalıymışlar. Saat 16:20 radələrində Z.Bünyadov prospekti ilə soldan 2-ci zolaqda 20-30 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda “Toyota Prius” markalı avtomobil gedirmiş. Yağışın yağması və yolda olan sıxlığa görə “Toyota Prius” markalı avtomobilin sürcüsü avtomobilin sürətini azaldaraq dayandırma həddinə gətirmişdir. Kənan da əyləci sıxaraq avtomobilini dayandırmaq istəsə də avtomobili dayandıra bilməmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Kənan idarə etdiyi avtomobillə “Toyota Prius” markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Bundan sonra Kənan avtomobilini saxlayaraq dərhal avtomobildən düşmüş, o da Kənanla birlikdə avtomobildən düşmüşdür. “Toyota Prius” markalı avtomobiln sürücüsü sonradan adının Məmməd olduğunu bildiyi şəxs də idarə etdiyi avtomobilən düşmüşdür. Kənan Məmmədin səhhəti ilə bağlı maraqlanmış, Məmməd səhhətində heç bir problemin olmadığını, heç bir xəsarət almadığını bildirmişdir. Məmmədin idarə etdiyi avtomobildən əvvəllər tanımadığı, sonradan adlarının Şəhriyar və Muxlisə olduğunu bildiyi şəxslər düşmüşlər. Kənan Muxlisənin narahat olduğunu görüb Muxlisəyə yaxınlaşaraq heç nə olmadığını, narahat olmamasını bildirmişdir. Bundan sonra Muxlisə Məmmədin idarə etdiyi avtomobilə əyləşmişdir. Məmməd baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə və sığorta şirkətinə məlumat vermiş, Kənan da öz avtomobilinin sığortalandığı şirkətə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Müxlisə özünü pis hiss etdiyini, başının ağrıdğını bildirmişdir. Kənanla Məmməd qərara gəlmişlər ki, yoldan keçən avtomobillə Müxlisəni xəstəxanaya göndərsinlər və hadisə yerinə isə yol patrul xidməti əməkdaşlarını gəlməsini gözləsinlər. Yoldan keçən avtomobillərdən “Chevrolet Crus” markalı avtomobili saxldaraq Müxlisəni həmin avtomobilə əyləşdirmişlər, avtomobilin sürücüsü sonradan adının Abdurahman olduğunu bildiyi şəxsdən də xahiş etmişlər ki, Müxlisəni xəstəxanaya aparsın. Abdurahman avtomobilin idarə edərək onların yanından uzaqlaşmışdır. Təxminən 1 saatdan sonra onlara məlum olmuşdur ki, Muxlisənin vəziyyəti Abdurahmanın idarə etdiyi avtomobildə pisləşmiş və Muxlisə elə avtomobildəcə ölmüşdür. İttiham aktının siyahısında şahidlər qismində göstərilmiş Şahid1 və Şahid3 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 oğlunun ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-12-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 103/1 ünvanında yerləşən ”Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığındadır. Yolun işlək hissəsi - düz, örtüyün növü asfalt beton, örtüyün vəziyyəti - yaş, yol örtüyünün hər iki istiqamət üzrə eni – 42 metr, Yolun ümumi hərəkət zolaqlarının sayı – 10, yolun işlək hissəsinin eni - 42 metr, yolun hərəkət zolaqlarının hər biri - 3.8 metrdir. Cinayət işinin 50-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 77-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 tərəfindən verilmiş 132 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Spinal şok və onurğa beyin funksiya pozulması ilə müşayiət olunan İİ boyun fəqərəsinin pazvari sınığı. Bu xəsarətlər həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyatı hadisəsi zamanı X1 olduğu minik avtomobilinin arxadan digər minik avtomobil ilə zərbə ilə vurması nəticəsində ətalət qanununa əsasən bədənin qəflətən irəli, başın isə arxaya yerdəyişməsi zamanı törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə, sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyır. X3 ölümünə səbəb-spinal şok və onurğa beyin funksiyasının pozulması ilə müşayiət olunan İİ boyun fəqərəsinin pazvari sınığı olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 4-6 saat əvvələ uyğun gəlir, bu da meyit əlamətləri ilə öz təsdiqini tapır. X3 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Cinayət işinin 81-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8/3876 saylı, 24 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Hyundai İX35 markalı 90KA308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə Toyota Prius markalı 74CA352 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 125-126-cı vərəqələrində olan “Qətimkan tədbirnin seçilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 130-cu vərəqində olan zərəçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ailələrinə dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi şəkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-193/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-193/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver