Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-194/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1992-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Şəkərcik kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:50 radələrində texniki cəhətdən saz vəziyyətdə olan AD seriyalı 137540 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan «xxxxxxxxxxx» X3 tərəfindən icarə əsasında verilmiş, 0996 saylı yol vərəqəsi ilə idarə etdiyi «Lexus GS250» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Koroğlu Rəhimov küçəsi istiqamətindən metronun «28 May» stansiyası istiqamətinə soldan birinci hərəkət zolağı ilə təxminən 80 kilometr saat sürətlə hərəkət edən zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin, yəni sürücü hərəkət üçün təhükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir kimi tələblərini pozaraq, ünvan 2 ünvanın qarşısındakı yolda hərəkət istiqamətinə nəzərən yolu sağdan sola doğru keçən piyada X5 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona massiv qanitirmə-hemorragik şokla müşayiət olunan sol və sağ ağciyərlərin çoxsaylı cırılmaları, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, sağ bud sümüyünün boynunun burmalardan keçən sınığı, qarının sol bayır səthinin hematoması və sıyrığı, sağ dizin, sağ iç topuğun sıyrıqları kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Rauf Əliyevin ölümünə, bundan əlavə «Lexus GS250» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs 5715 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxxxxx“ adlı avtomobil icarəsi yerindən “Lexus 3.5 minik” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili 200 manat müqabilində yol vərəqəsi ilə icarə əsasında götürmüşdür ki, tanışının toyu ilə əlaqədar olaraq Salyan rayonuna getsin. Həmin vaxt dostları Cahid avtomobilin ön, Camal isə arxa oluracağında əyləşmişdir. O, avtomobili avtomobil icarəsi yerindən götürüb Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü metronun «28 May» stansiyası istiqamətində təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yolun sağ kənarında yerləşən 4 saylı poliklinikaya çatmağa az qalmış onun hərəkət istiqamətinə paralel olaraq təxminən 10-15 metr irəlidə sağ zolaqda yavaş sürətlə hərəkətdə olan markasını və nömrəsini xatırlamadığı yük avtomobilindən biraz irəlidə bir piyadanın orta yerişlə yolu onun hərəkətinə nəzərən sağdan sola doğru keçməyə başladığını görmüşdür. O, həmin piyadanı görəndə dərhal əyləcdən istifadə edərək sürətini bir qədər yavaşladıb, sonra səs siqnalından istifadə edərək həmin piyadaya xəbərdarlıq etmişdir. Bu zaman sağ tərəfindən hərəkət edən yük avtomobilini keçmiş və piyadanın dayanıb yolu keçməyəcəyini ehtimal edib hərəkətini davam etdirmək istədiyi zaman piyada iti yerişlə yolun qalan hissəsini keçməyə başlamış və o, hadisənin qarşısını ala bilməmişdir. Nəticədə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyyatsızlıqdan həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadanın baş nahiyyəsi idarə etdiyi avtomobilin ön alın şüşəsinin sağ hissəsinə dəymiş və piyada asfaltın üzərinə yerə yıxılmışdır. Hadisədən sonra o, avtomobili saxlamış və yerə düşərək ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə həmin piyadanı yolun sağ kənarında yerləşən 4 saylı poliklinikaya aparıb təhvil verib həkimlərdən X17 Stansiyasının həkim briqadasının əməkdaşlarına məlumat vermələrini xahiş edib xəstənin yanında dayanmışdır. Həmin zaman hadisə yerinin yaxınlığında xidmətdə olan bir nəfər, adını bilmədiyi polis əməkdaşı ona yaxınlaşıb hadisə barədə polisə məlumat verdiyini bildirdiyi üçün o, hadisə yerində dayanaraq polislərin gəlməsini gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra hadisə yerinə həkimlər briqadası və polis əməkdaşları gəlmişlər. Daha sonra xəstəni xəstəxanaya aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd göstərmiş, lakin onlar yüksək məbləğdə pul tələb etdiklərinə görə barışıq əldə olunmamışdır. Hadisə baş verdikdən sonra dostları ilə avtomobildən düşərək ətrafda olan insanların köməkliyi ilə zərər çəkmiş şəxsi yaxınlıqda yerləşən poliklinikaya aparmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmuşdur. Belə ki, onun avtomobilinə vurulmuş zərərin əvəzi sığorta şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə iclasında da iştirak edərək bildirməsini xahiş etsə də, lakin o məhkəmə iclasına şikayətçi olmadığına görə gəlmək istəməmişdir. Son olaraq məhkəmədən əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 ifadəsində göstərmişdir ki, X8 onun atasıdır. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12 radələrində bacısı Jalə ona zəng vuraraq atası Raufu maşın vurduğunu bildirmişdir. 4 saylı poliklinikadan qonşularına zəng vurularaq hadisə barədə məlumat verilmiş, həmin qonşu isə gəlib onun bacısına demişdir. Onların yaşadıqları ev 4 saylı poliklinikanın yaxınlığında olduğundan demək olar ki, orada işləyənlər atasını tanıyırdılar. O, dərhal taksiyə minmiş, lakin yolda bacısı ona zəng vurub bildirmişdir ki, atası Raufu təcili yardımla 1 saylı X12 aparırlar. O, da taksi ilə həmin xəstəxanaya getmiş və ora çatan zaman atasının təzəlikcə gətirildiyini görmüş və atasını xəstəxanaya yerləşdirmişlər. Lakin təxminən 3 saat sonra həkimlər atasının vəfat etdiyini bildirmişlər. O, xəstəxanada olan zaman ona təhqiqatçı zəng vuraraq sürücünün izahatını aldığını, izahatı aldıqdan sonra sürücünü xəstəxanaya göndərəcəyini bildirmişdir. Sürücü təxminən 2 saat sonra xəstəxanaya gəlmiş, lakin o, sürücüyə oradan getməyini bildirmişdir. Yol nəqliyyat hadisəsini o, görməsə də, ona sonradan Polis Şöbəsində məlum olmuşdur ki, sürücü Elvin adlı şəxs idarə etdiyi avtomaşınla yüksək sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz kiiçəsi ilə «28 may» metrosu istiqamətində hərəkətdə olan zaman həmin yolu sağdan sola doğru keçən atası Raufu avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və atası zərbədən təxminən 20 metr məsafə qabağa düşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə isə atası Rauf Əliyevi dəfn etmişlər. X18 ölümündən əvvəl hər hansı bir ciddi xəstəliyi olmamışdır. Son olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində ən sərt cəzanın verilməsi, habelə mülki iddianın tam təmin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə özünə «Lexus GS250» markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobili 30000 ABŞ dollarına almış və bir müddət həmin avtomobili özü idarə etmişdir. Sonradan isə 2019-cu ilin dekabr ayından həmin avtomobili «xxxxxxxxxxx» MMC-yə icarəyə vermişdir. Avtomobilin icarəsindən əldə edilmiş qazancdan müəyyən faizi MMC tərəfindən ona qazanc kimi verilmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ölümlə nəticələlən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-ML-*** nömrə nişanlı, «Lexus GS250» minik markalı avtomobilin əzilməsi nəticəsində ona 5715 manat maddi ziyan dəymişdir. O, həmin avtomobili «xxxxxxxxxxx» MMC-ə etibarnamə əsasında icarəyə versə də həmin avtomobilin faktiki sahibi və mülkiyyətçisi özüdür. Sonda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Belə ki, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ona tam olaraq ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində gəstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Elvinlə birgə eyni restoranda ofisiant işləyirlər. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11:30 radələrində Elvin, o və iş yoldaşı Camal tanışlarının Salyan rayonuna toyuna getmək üçün Elvin icarə əsasında ağ rəngli “Lexus'’ markalı avtomobili götürmüşdür. Onlar avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü 28 may metrosu istiqamətində hərəkət edirdilər. Həmin vaxtı Elvin sükan arxasında, o, qabaq sağ oturacaqda, Camal isə arxa sərnişin oturacağında əyləşmişdir. Elvin maşını həmin vaxtı hansı sürətlə hərəkət etməsini dəqiq görməsə də, maşının hərəkətindən sürətin bir az artıq olduğunu hiss etmişdir. Elvin Nərimanov rayonu, Təbriz küçəsi ilə soldan birinci hərəkət zolağı ilə hərəkətdə olan zaman o, təxminən 15-20 metr məsafədən bir nəfər piyadanın orta yerişlə onların hərəkət yollarına nəzərən yolu sağdan sola doğru keçməsini görmüşdür. Həmin vaxtı Elvin də piyadanı görüb səs siqnalı vermiş , lakin, piyada hərəkətini davam etdirib yolun qalan hissəsini iti yerişlə keçmək istəyən zaman Elvin hadisənin qarşısını ala bilməmiş və nəticədə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadanın baş nahiyyəsi idarə etdiyi avtomobilin ön alın şüşəsinin sağ hissəsinə dəymiş və piyada asfaltın üzərinə yerə yıxılmışdır. Hadisədən sonra Elvin avtomobili saxlamış və onlar hamısı yerə düşərək ətrafda olan tanımadıqları şəxslərin köməkliyi ilə həmin piyadanı yolun sağ kənarında yerləşən 4 saylı poliklinikaya aparıb təhvil verib həkimlərdən X17ın həkim briqadasının əməkdaşlarına məlumat vermələrini xahiş edib xəstənin yanında dayanmışlar. Həmin zaman hadisə yerinin yaxınlığında xidmətdə olan bir nəfər, adını bilmədikləri polis əməkdaşı onlara yaxınlaşıb hadisə barədə polisə məlumat verdiyini bildirdiyi üçün Elvin hadisə yerində dayanaraq polislərin gəlməsini gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra hadisə yerinə TTYS-nın briqadası və polis əməkdaşları gəlmişlər, Piyadanı həkimlər xəstəxanaya aparmışlar və polis əməkdaşları isə Elvini Nərimanov RPİnə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən X14 Alayının Patrul Bölüyü polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis sejrantıdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində deputat seçkiləri ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu 4 saylı poliklinikada keçirilən seçki məntəqəsinin yaxınlığında xidmətdə olmuşdur. Həmin vaxtı onun xidmət apardığı yerin yaxınlığında, yəni Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 28 may metrosu istiqamətindəki yolda gurultu səsi eşitmiş və arxaya baxan zaman onunla eyni istiqamətdə olan «Lexus» markalı avtomobilin piyadanı vurduğunu görmüşdür. Dərhal hadisə yerinə yaxınlaşıb bir nəfər piyadanın yerdə uzandığını və həmin vaxtı piyadadan bir az qarşıda ön şüşəsi sınmış vəziyyətdə olan **- ML-*** nömrə nişanlı, «Lexus» markalı maşının dayandığını görmüşdür. O, piyadaya yaxınlaşan zaman həmin «Lexus» markalı maşının sürücüsü də avtomobildən düşüb piyadaya yaxınlaşmış və onlar hamısı köməkləşib piyadanı 4 saylı poliklinikaya aparmışlar. Həmin vaxtı 4 saylı poliklinikada seçkilər keçirildiyi üçün və o, polis formasında olduğu üçün həmin poliklinikadan çölə çıxmış və sürücüyə çöldə gözlədiyini bildirmişdir. Həmin avtomobildə sürücüdən başqa iki nəfər sərnişin də var idi. Onlar da piyadaya köməklik etmişlər. O, çölə çıxdıqdan sonra Nərimanov RPİ-nin Növbətçi Hissəsinə zəng vurub baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib orada adını sonradan bildiyi sürücü Elvin adlı şəxsi Nərimanov rayon Polis İdarəsinə aparmışlar, xəstəni isə təcili yardım maşını gələrək xəstəxanaya aparmışdır. Bundan sonra baş verənlərdən onun məlumatı yoxdur. Hadisə ünvan 2 ünvanın qarşısındakı 28 may metrosu istiqamətində olan yolda baş vermişdir. O, piyadanın vurulma anını görməsə də, vurulduqdan sonra baş verənləri görmüş və hadisə yerində ona məlum olmuşdur ki, piyada ünvan 2 ünvanın qarşısındakı «28 may» metrosu istiqamətində olan yolu sağdan sola doğru piyada keçən zaman **-ML-*** nömrə nişanlı, «Lexus» markalı avtomobil qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Sürücünün isə orada adının Elvin olduğu ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi icraata qəbul olunaraq istintaqı aparılmışdır. ( i.v. 1); Yol nəqliyyat hadisəsi yerinə baxış keçiriməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X7 dəvət olunmuş hal şahidlərinin iştirakları ilə hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindən metronun “28 May” stansiyası istiqamətində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olmuşdur ki, yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqaməti üçün eni 14,85 metr, işlək hissəsinin eni 9,50 metr, ehtiyat hissəsinin eni 5,35 metr, ehtiyat hissəsinin (səki) eni 4,40 metr, ayrıca zolağın eni 0,95 metr, hərəkət zolaqlarının sayı 02, yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri 1,5 və 1,4 üfüqi xətlər aşkar edilmişdir. İşlək hissəyə birləşir sağdan səki. Hadisə yeri təbii günəş işığı ilə işıqlandırılır. ( i.v.6-12); Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/1301 nömrəli xx xxxxxx 2020-ci il tarixli tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi vaxtı ayıq olmuşdur; ( i.v. 13); “xxxxxxxxxxx» X3 tərəfindən icarə əsasında Təqsirləndirilən şəxs «Lexus GS250» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmk üçün 0996 saylı yol vərəqəsi verilmişdir. (i.v. 24); Nikah haqqında AZ-İ 090803 nömrəli, doğum haqqında AZ-İİİ 653175 nömrəli və AZ- İV 398396 nömrəli şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2015-ci il təvəllüdlü Yaşar və xx.xx.2019-cu il təvəllüdlü Pərvanə adlı övladları var. (i.v. 25-27); Ölüm haqqında AZ-İİ 074598 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2020-ci il tarixdə qabırğaların çoxsaylı sınıqları səbəbi ilə ölmüşdür. (i.v. 46); AD 137540 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ML-*** dövlət qeydiyyat nişanlı «Lexus GS250» minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxsdur. ( i.v.59); xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan idarə etdiyi «Lexus GS250» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilli “xxxxxxxxxxx» X2 etibar etmişdir ( i.v.61); “Lexus Bakı” X1 verilmiş xx xxxxxx 2020-ci il tarixli 018112 nömrəli qüsur aktından görünür ki, 2012-ci il buraxılışlı olan «Lexus GS250 minik" markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində cəmi 5715 manat maddi ziyan dəymişdir. (i.v.69); Disk baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X9 dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Azərbaycan Mikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Şəhər Xidmətindən TŞ 6-040 kamerasında xx xxxxxx 2020-ci il tarixdə saat 11:51-dən 11:55-dək olan müddət ərzində qeydə alınmış video görüntüləri olan CD diskə baxış keçirilmişdir. TŞ 6-040.1 sözü yazılmış fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntü 03 dəqiqə davam edir. Həmin görüntüdə Nərimanov rayonu, Təbriz küçəsinin Koroğlu Rəhimov və «28 May» metrostansiyası istiqamətində hərəkətdə olan yolların əks edildiyi müəyyən edildi. Görüntüdə TŞ kamerasının fırlanaraq görüntüləri qeydə aldığından hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görmək mümkün olmadı, lakin görüntünün 01-ci dəqiqə 59-cu saniyəsində Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Təndir» adlı obyektin qarşısındakı yolda vətəndaşların yığıldığı, bir nəfər piyadanın yerdə uzandığını, sonradan isə görüntünün 02-ci dəqiqə 40-cı saniyəsində piyadanın oradakı vətəndaşlar tərəfindən qucağa qaldırılaraq aparıldığı müəyyən edilmişdi. TŞ 6-040.2 sözü yazılmış fayla baxış keçirilən zaman müəyyən edilmişdi ki, görüntü 04 dəqiqə davam edir. Həmin görüntüdə Nərimanov rayonu, Təbriz küçəsinin «28 May» metrostansiyası istiqamətində hərəkətdə olan yolun əks edildiyi müəyyən edilmişdi. Görüntüdə hadisənin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi «28 May» metrostansiyası istiqamətində olan yolda konkret olaraq hansı şəraitdə baş verməsini görmək mümkün olmadı, lakin görüntünün 01-ci dəqiqə 35-ci saniyəsində Təbriz küçəsi ilə «28 May» metrostansiyası istiqamətində hərəkətdə olan yolun soldan birinci hərəkət zolağında **-ML-*** dövlət nömrə nişanlı ağ rəngli avtomobilin əyləcə basaraq maşını saxladığı, həmin vaxtı avtomobilin sağ yan güzgüsünün sındığı və hərəkət yoluna avtomobilin ehtiyat hissələrinin qırıqları töküldüyü, avtombili sürücünün qarşıda saxlayaraq maşından düşdüyü, habelə maşında olan 2 nəfər kişi sərnişinin də avtomobildən düşüb piyada hərəkətdə olduqları yolun əks istiqamətində gəldikləri, görüntünün 03-cü dəqiqə 55-ci saniyəsində 4-5 nəfər şəxsin qucaqlarında bir nəfər şəxsi tutaraq yolun kənarında yerləşən 4 nömrəli poliklinikaya tərəf apardıqları müəyyən edilmişdi. TŞ 6-040.3 sözü yazılmış fayla baxış keçirilən zaman müəyyən edilmişdi ki, görüntü 04 dəqiqə davam edir. Həmin görüntüdə Nərimanov rayonu, Təbriz küçəsinin Koroğlu Rəhimov küçəsi istiqamətindən «28 May» metrostansiyası istiqamətində hərəkətdə olan yolun əks edildiyi müəyyən edildi. Həmin görüntünün 01:33-cü saniyəsində **-ML-*** nömrə nişanlı, «Lexus» markalı avtomobilin Nərimanov rayonu, Təbriz küçəsinin Koroğlu Rəhimov küçəsi istiqamətindən «28 May» metrostansiyası istiqamətindəki yolun soldan birinci zolağı ilə hərəkətdə olduğu, avtomobilin hərəkətdə olduğu yola nəzərən yolu sağdan sola doğru keçən piyadanı avtomobilin ön sağ qabaq hissəsi ilə vurduğu və piyadanın avtomobilin ön alın şüşəsinə dəydiyi müəyyən edilmişdi. (i.v.79-80); Azərbaycan Respublikası DİN-nin BDYP-nin 016-24604-1220 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görününr ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə AB seriyalı 408295 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 85); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X13 Hüquqi şəxs meyitin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, X4 meyitidə aşkar edilmiş xəsarətlər: massiv qanitirmə-hemorragik şokla müşayiət olunan sol və sağ ağciyərlərin çoxsaylı cırılmaları, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, sağ bud sümüyünün boynunun burmalardan keçən sınığı, qarının sol bayır səthinin hematoması və sıyrığı, sağ dizin, sağ iç topuğun sıyrıqları. Qeyd olunan xəsarətlər həyatı olub, mərhum R.İ.Əliyevin ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan minik avtomobilinin qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ölümə səbəb olduğundan sağlamlığa ağır dərəcəli bədən xəsarətlərin əlamətlərinə malikdir, bilavasitə ölümlə səbəbli əlaqəlidirlər. X4 ölümünə səbəb sol və sağ ağciyərlərin çoxsaylı cırılması nəticəsində kəskin qanaxma ilə müşayiət olunan hemorragik şok olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə xəstəxanada baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (i.v.87-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X13 Hüquqi şəxs maddi sübutların ekspertizasının xx xxxx 2020-ci il tarixli 705/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benziodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (i.v. 92-95); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 08/17 nömrəli ekspert rəyindən görünür ki, «Lexus GS250» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50- ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 80 km/saat sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində və onun Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. ( i.v. 96- 99); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. ( i.v. 108-109); Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 119-121); Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınmaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təhlükəsizlik Şəhər Xidmətindən TŞ 6-040 kamerasında xx xxxxxx 2020-ci il tarixdə saat 11:51-dən 11:55-dək olan müddət ərzində qeydə alınmış video görüntüləri olan CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxsnin idarə etdiyi «Lexus GS250» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması və həmin avtomobilin Zərərçəkmiş şəxs saxlanılmasının nəzərə alınması qərara alınmışdır. (i.v.129- 137); Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyana görə 50000 manat mənəvi ziyana görə 50000 manat cəmi 100000 manatın mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6-cı maddəsində, CMin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx.xx.2020-ci il tarixli 08/17 nömrəli ekspert rəyindən görünür ki, “Lexus GS250” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50- ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 80 km/saat sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə cəhd etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxsin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanın ödənilməməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını Təqsirləndirilən şəxs münasibətdə təyin ediləcək cəzanın növü və hədləri məsələsini həll edərkən nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə maddi sübut kimi tanınan “LexusGS250” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyəti üzrə həll edilməsi üçün mülki iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Cinayət iş üzrə maddi sübut kimi tanınmış- 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət iş üzrə maddi sübut kimi tanınan “LexusGS250” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-194/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-194/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver