Məhkəmə qərarları › İş №1(005)-195/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-195/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-195/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum edilməmiş, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının giriş qapısının üzərində olan asma qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə içəriyə qanunsuz daxil olub oradan qəpiklərlə olan 12 manat pulu, ümumi qiyməti 24 manat olan 24 ədəd 250 ml həcmli “Bizon” enerji içkisini, ümumi qiyməti 15.6 manat olan 12 ədəd 500 ml həcmli “Bizon” enerji içkisini, ümumi qiyməti 10 manat olan 10 ədəd 250 ml həcmli “Hell” enerji içkisini, ümumi qiyməti 17,5 manat olan 7 ədəd bir litrlik “Soçnaya dolina” markalı şirəni, ümumi qiyməti 34.5 manat olan üç kiloqram “Manqalüstü” markalı sosislərini, ümumi qiyməti 34.5 manat olan üç kiloqram “Best beef” markalı servelat kolbasasını, ümumi qiyməti 21,6 manat olan 12 ədəd dəmir qabda olan “Mac Coffee” markalı kofeni, ümumi qiyməti 12 manat olan 10 ədəd dəmir qabda olan “Coca-cola” içkisini, ümumi qiyməti 10 manat olan 10 ədəd 500 ml həcmli “Şahdağ” limonadını, qiyməti 27 manat olan bir blok “Winchester” markalı siqareti, qiyməti 22 manat olan bir blok “Viceroy” markalı siqareti, ümumi qiyməti 25.2 manat olan 6 qutu “Sobranie” markalı siqareti, ümumi qiyməti 12 manat olan 20 ədəd kruassan şirniyyatını, ümumi qiyməti 5 manat olan 10 ədəd “Brown” markalı keksi, ümumi qiyməti 8.8 manat olan dörd ədəd “Pop cake” markalı şirniyyatı, ümumi qiyməti 22.4 manat olan 8 ədəd “7 Days” markalı kruassan şirniyyatını, qiyməti 12 manat olan bir qutu “Hoşbeş” markalı vaflini, ümumi qiyməti 5.4 manat olan “Hoşbeş” markalı üç ədəd vaflini, qiyməti 6.5 manat olan bir kiloqram Rusiya istehsalı olan şokoladı, ümumi qiyməti 10 manat olan 10 ədəd “Snickers” markalı şokoladı, ümumi qiyməti 11 manat olan 5 ədəd “Nestle” markalı şokoladı, ümumi qiyməti 10.8 manat olan “Alpen Gold” markalı şokoladı, ümumi qiyməti 13.5 manat olan üç ədəd 500 qramlıq Rusiya istehsalı olan ət konservi, ümumi qiyməti 9.6 manat olan, üç ədəd 320 qramlıq Rusiya istehsalı olan ət konservi, ümumi qiyməti 38,54 manat olan “Kinder Surprise” yumurtasını, ümumi qiyməti 14.4 manat olan 12 cüt corabı, ümumi qiyməti 9,6 manat olan 8 ədəd “Rolton” markalı supu, ümumi qiyməti 20 manat olan 40 ədəd alışqanı, ümumi qiyməti 2 manat olan 10 ədəd sellofan torbanı və qiyməti 50 manat olan bir ədəd “Glo” markalı elektron siqaret aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 527,44 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Market” mağazasının plastik qapısını dəmir alətlə sındırmaq yolu ilə içəriyə qanunsuz daxil olub mağazada olan 1100 manat pulu. 117 manat dəyərində 3 blok “Sobranie” markalı siqaretləri və bir ədəd dəyəri 5 manat olan ***-***-**-** CSM nömrə ilə istifadə olunan 70 manat dəyərində “Hoffmann” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1292 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay bundan əvvəl Nərimanov rayonu ərazisində yerləşən parkda gəzərkən adını sonradan bildiyi X4 adlı şəxslə tanış olmuşdur. Həmin vaxtdan Mövsümlə münasibət saxlamağa başlamış və tez-tez görüşüb şəhərdə gəzmişlər. 25 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Dinamo» idman cəmiyyətinin yaxınlığından keçərkən Mövsüm ona idman cəmiyyətinin yaxınlığında, yol kənarında yerləşən ərzaq mağazasından oğurluq etməyi təklif etmişdir. O, buna etiraz etməmiş və ərzaq mağazasının giriş qapısına yaxınlaşanda qapının üzərində asma qıfılın olduğunu görmüşlər. Qıfılı qırmaq üçün o və Mövsüm ətrafda dəmir parçası axtarmağa başlamış və mağazanın yaxınlığında bir dəmir parçası tapıb mağazaya qayıtmışlar. Mövsüm dəmir parçası ilə mağazanın giriş qapısının üzərində olan asma qıfılı qırıb yerə atmış və mağazaya daxil olmuşlar. İkisində də işıqlı alışqanlar olduğundan həmin alışqanların işıqlarından istifadə edib mağazaya göz gəzdirmişlər. Sonra o və Mövsüm mağazada olan dəqiq sayını xatırlamadığı “Bizon” markalı enerji içkilərini, “Manqal üstü” markalı sosisləri, “Best Beef” markalı servelat kolbasalarını, bir neçə qab “Mac Coffee” markalı kofeni, üç qutu “Winchester” markalı siqareti, iki qutu “Viceroy” markalı siqareti, üç qutu “Sobranie” markalı siqareti, 3 ədəd “Snickers” markalı şokoladı, iki ədəd əl konservi, üç ədəd “Rolton” markalı supu mağazadan götürdükləri bir ədəd sellofan torbaya və bir boş qutuya yığıb mağazanı tərk etmişlər. Sonradan mağazadan oğurladıqları ərzaqları və məhsulları Mövsümlə aralarında iki yerə bölmüş, payına düşən ərzaqlardan və məhsullardan istifadə etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə, saat təxminən 17:00-18:00 radələrində Nərimanov rayonu ərazisində X5 yanındakı parkda təsadüfən Mövsümlə rastlaşmışdır. Danışıb razılaşmışlar ki, şəhərdə gəzib münasib yerdə market olsa, içəri girib pul oğurlasınlar. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat təxminən 03:00 radələrində piyada gəzə-gəzə ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Market” mağazasının yanında keçən zaman həmin market diqqətlərini cəlb etmişdir. Mövsüm yaxınlaşıb mağazaya baxmış, o, oğurluq cinayətlərində anlayışsız olduğu üçün Mövsüm bildirmişdir ki, özü mağazaya girəcəkdir, o isə çöldə dayanıb kənar şəxslər gələcəyi halda qapını döyməklə Mövsümü xəbərdar etsin. Razılaşdıqdan sonra Mövsüm qapıya yaxınlaşıb əli və çiyni ilə itələyib qapını açmış və mağazaya daxil olmuşdur. O da kənara baxıb heç kəsin gəlmədiyinə əmin olduqdan sonra və Mövsümün gec gəldiyini görüb arxası ilə mağazaya daxil olmuşdur. Mağazada Mövsüm 2 blok “Sobranie” markalı siqareti, sonra təxminən 100 manat dəyərində qəpik pulları ona vermişdir. Sonra birlikdə mağazadan çıxmışlar. Yolda Mövsüm ona bildirmişdir ki, mağazadan pul oğurlamış, nə qədər pul olmasını isə deməmişdir. Sonra hazırda dövlət nömrə nişanını və markasını bilmədiyi taksi maşını saxlatmış və taksiyə əyləşib Babək prospektinə gəlmişlər. Orada maşından düşəndə Mövsüm 500 manat pul olduğunu bildirmiş, 5 manatını taksiyə vermişdir. Sonra yaxınlıqdakı köşkdən su aldıqdan sonra ona 240 manat pul vermişdir. O, qəpik puldan 50 manatını sayıb götürmüş, qalanı isə Mövsümdə qalmışdır. Siqaretlərin bir blokunu ikisi bir neçə günə satmış, digər blokunu isə hazırda xatırlamadığı köşkdə NZS qəsəbəsində 26 manata satmışdır. 20 manat pulu özü xərcləmişdir. Bundan sonra Mövsümlə ayrılmış, o, başqa taksi maşını ilə yaşadığı Yeni Günəşli qəsəbəsindəki evinə gəlmişdir. Həmin oğurluq barədə heç kəsə məlumat verməmişdir. Ona düşən 210 manat pulu və qəpiklərlə birlikdə siqaretdən əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Yəni oğurluq zamanı ona ümumilikdə 316 manat pul düşmüş, Mövsümə nə qədər pul düşdüyünü isə bilməmişdir. Həmin hadisədən sonra Mövsümlə 2-3 dəfə həmişə tez-tez görüşdükləri Nərimanov adına istirahət parkında görüşmüşlər. Sonra onu polis əməkdaşları saxlayıb bildirmişlər ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Market” mağazasından etdiyi oğurluqda iştirak etmişdir. O, səmimi olaraq etdiyi cinayəti etiraf etmişdir. Son olaraq zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən ünvan 3 ünvanda fəaliyyət göstərən “Fea Marketi” icarə əsasında işlədir. Həmin marketi axşamlar iş vaxtı bitdikdən sonra saat 23:00 radələrində bağlamış və səhərlər isə saat 08:00 radələrində açmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində mağazaya gəlib qapını açıb içəri daxil olmuşdur. Bir qədər sonra anbara daxil olmuş və anbarda olan əşyaların dağınıq olmasını görmüşdür. Dərhal həyəcanlı şəkildə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ilə birlikdə mağazaya diqqətlə baxış keçirən zaman kassa aparatından təxminən axşamdan qalan 100 manat xırda pulların oğurlanmasını aşkar etmişdir. Sonradan mağazaya dəqiq baxış keçirilərkən mağazadan ümumi dəyəri 117 manat olan 3 blok “Sobranie” markalı siqaret, 100 manat qəpiklər olmaqla 1100 manat pul və bir ədəd 70 manat dəyərində ***-***-**-** nömrə ilə işlətdiyi “Hoffmann” markalı mobil telefonu da oğurlanmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, o, mağazaya daxil olarkən ilk öncə anbara daxil olanda oradakı əşyaların dağınıq olmasını və anbarın çölə baxan qapısının açıq olmasını görmüşdür. Bu zaman oğurluq olmasını düşünmüş, odur ki, heç kassa aparatına baxmadan DİN-in 102 xidmətinə zəng edib 1000 manat oğurlanmasını demişdir. Lakin, sonradan polis əməkdaşları ilə birlikdə kassa aparatına baxanda kassada axşamdan saxladığı 100 manata yaxın qəpik pulların oğurlanmasını dəqiqləşdirmişdir. Daha sonra isə dəqiq hesablamalar apardıqda isə mağazadan ümumi dəyəri 117 manat olan 3 blok “Sobranie” markalı siqaret, 100 manatı qəpiklər olmaqla 1100 manat pul və bir ədəd 70 manat dəyərində ***-***-**-** nömrə ilə işlətdiyi “Hoffmann” markalı mobil telefonun da oğurlanmasını müəyyən etmişdir. ***-***-**-** nömrənin dəyəri 5 manat təşkil etmişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, o, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış obyektini icarəyə götürüb oranı ərzaq mağazası kimi işlədir. Mağazanın ümumi sahəsi təxminən 16 kv. metrdir, mağazanın giriş qapısı alüminium materialından və şüşədəndir. Giriş qapısı asma qıfılla bağlanır. Mağazanı tək işlədir. Mağaza bir qayda olaraq hər gün səhər saat 08:00-dan saat 21:00-a qədər işləyir. xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində mağazanı bağlayıb evə getmiş, növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində mağazaya gələndə mağazanın giriş qapısının üzərində asma qıfılın olmadığını, qapının isə açıq vəziyyətdə olduğunu görmüşdür. Sonradan qıfılı sınmış vəziyyətdə mağazanın yaxınlığında aşkar etmişdir. Qıfılın yanında isə dəmir parçası olmuş, fikirləşmişdir ki, qıfıl həmin dəmir parçası ilə sındırılıb. Mağazaya daxil olanda görmüşdür ki, mağazada olan məhsullar və əşyalar dağınıq vəziyyətdədir, məhsulların bir hissəsi isə oğurlanıb. Bir qədər sonra isə o, DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək oğurluqla bağlı məlumat vermişdir. Sonra mağazaya polis əməkdaşları gəlmiş, polis əməkdaşları gələnə qədər mağazaya nəzər salıb müəyyən etmişdir ki, mağazadan qəpiklərlə olan 12 manat pul, ümumi qiyməti 24 manat olan 24 ədəd 250 ml həcmli “Bizon” enerji içkisini, ümumi qiyməti 15.6 manat olan 12 ədəd 500 ml həcmli “Bizon” enerji içkisi, ümumi qiyməti 10 manat olan 10 ədəd 250 ml həcmli “Hell” enerji içkisi, ümumi qiyməti 17,5 manat olan 7 ədəd bir litrlik “Soçnaya dolina” markalı şirə, ümumi qiyməti 34.5 manat olan üç kiloqram “Manqalüstü” markalı sosislər, ümumi qiyməti 34.5 manat olan üç kiloqram “Best beef” markalı servelat kolbasası, ümumi qiyməti 21,6 manat olan 12 ədəd dəmir qabda olan “Mac Coffee” markalı kofe, ümumi qiyməti 12 manat olan 10 ədəd dəmir qabda olan “Coca-cola” içkisi, ümumi qiyməti 10 manat olan 10 ədəd 500 ml həcmli “Şahdağ” limonadı, qiyməti 27 manat olan bir blok “Winchester” markalı siqaret, qiyməti 22 manat olan bir blok “Viceroy” markalı siqaret, ümumi qiyməti 25.2 manat olan 6 qutu “Sobranie” markalı siqaret, ümumi qiyməti 12 manat olan 20 ədəd kruassan şirniyyatı, ümumi qiyməti 5 manat olan 10 ədəd “Brown” markalı keks, ümumi qiyməti 8.8 manat olan dörd ədəd “Pop cake” markalı şirniyyat, ümumi qiyməti 22.4 manat olan 8 ədəd “7 Days” markalı kruassan şirniyyatı, qiyməti 12 manat olan bir qutu “Hoşbeş” markalı vafli, ümumi qiyməti 5.4 manat olan “Hoşbeş” markalı üç ədəd vafli, qiyməti 6.5 manat olan bir kiloqram Rusiya istehsalı olan şokolad, ümumi qiyməti 10 manat olan 10 ədəd “Snickers” markalı şokolad, ümumi qiyməti 11 manat olan 5 ədəd “Nestle” markalı şokolad, ümumi qiyməti 10.8 manat olan “Alpen Gold” markalı şokolad, ümumi qiyməti 13.5 manat olan üç ədəd 500 qramlıq Rusiya istehsalı olan ət konservi, ümumi qiyməti 9.6 manat olan, üç ədəd 320 qramlıq Rusiya istehsalı olan ət konservi, ümumi qiyməti 38,54 manat olan “Kinder Surprise” yumurtası, ümumi qiyməti 14.4 manat olan 12 cüt corab, ümumi qiyməti 9,6 manat olan 8 ədəd “Rolton” markalı sup, ümumi qiyməti 20 manat olan 40 ədəd alışqan, ümumi qiyməti 2 manat olan 10 ədəd sellofan torba və qiyməti 50 manat olan bir ədəd “Glo” markalı elektron siqaret aparat oğurlanmışdır. Hadisə nəticəsində ona 527 manat 44 qəpik məbləğində maddi ziyan dəymişdir. Yazdığı ərizədə dəymiş maddi ziyanın 560 manat məbləğində olduğunu göstərmiş, belə ki, həmin vaxt oğurlanmış məhsulların dəqiq sayını bilməmişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə bu işlə bağlı hüquqmühafizə orqanlarına və məhkəməyə şikayət etməyəcək, iddia tələbi olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti əsasında baxış keçirilən hadisə yeri ünvan 5 ünvan Sərhəd Qoşunlarının yaşadığı binanın birinci mərtəbəsidir. Həmin mağazanın giriş qapısı və anbarının qapısı üzərində hər hansı zədə və ya sınma izləri yoxdur. Baxış zamanı mağazanın kassa aparatının ağzı açıq olsa da, üzərində sınıq yerləri yoxdur. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. “Şübhəli şəxsin tutulması haqqında” 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd CD-R diskin içərisində olan 6 ədəd faylara baxış keçirildi. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı 06 ədəd faylda əks olunan görüntülərdə iki nəfər şəxsin 26 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsi 52A ünvanında ağ rəngli dövlət qeydiyyat nişanlı məlum olmayan taksi avtomobilindən düşmələri, həmin küçədə fəaliyyət göstərən “Fea Market” adlı mağazasının ətrafında gəzişmələri, ətrafa boylanmaları, mağazaya yaxınlaşıb içəriyə baxmaları, daha sonra şəxslərdən birinin mağazanın içərisinə daxil olması, digərinin isə çöldə qalıb müşahidə etməsi, içəridə olan şəxsin mağazanın içərisində gəzişməsi, bir qədər sonra əlində torba mağazadan çıxaraq çöldə dayanmış şəxslə birlikdə tələsik uzaqlaşması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, həmin video görüntüdəki çöldə dayanmış şəxs özüdür, mağazanın içərisində olan şəxs isə tanışı X3r. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Etibar Hüseynovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət edərək Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən “Fea Market” mağazasından oğurluq cinayəti ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində göstərməsi təklif olundu və ona izah olundu ki, ifadənin yerində yoxlanlması istintaq hərəkətinin həyata keçirilməsi zamanı fotoşəkiliş aparılacaqdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən “Fea Market” mağazasından oğurluq ilə əlaqədar ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə həmin ünvanda olduqda bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 17:00-18:00 radələrində Nərimanov rayonu ərazisindəki X5 yanındakı parkda təsadüfən Mövsümlə rastlaşmış, danışıb razılaşmışlar ki, şəhərdə gəzsinlər və münasib yerdə market olsa, içəri girib pul oğurlasınlar. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat təxminən 03:00 radələrində piyada gəzə-gəzə ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Market” mağazasının yanında keçən zaman həmin market diqqətlərini cəlb etmişdir. Mövsüm yaxınlaşıb mağazaya baxmış, o, oğurluq cinayətlərində anlayışsız olduğu üçün Mövsüm bildirmişdir ki, özü mağazaya girəcəkdir, o, isə çöldə dayanıb kənar şəxslər gələcəyi halda qapım döyməklə Mövsümü xəbərdar etsin. Razılaşdıqdan sonra Mövsüm qapıya yaxınlaşıb əli və çiyni ilə itələyib qapını açmış və mağazaya daxil olmuşdur. O, da kənara baxıb heç kəsin gəlmədiyinə əmin olduqdan sonra və Mövsümün gec gəldiyini görüb arxasıyca mağazaya daxil olmuşdur. Mağazada Mövsüm 2 blok “Sobranie” markalı siqareti götürüb ona vermiş, sonra 150 manat dəyərində qəpik pulları ona vermişdir. Sonra birlikdə mağazadan çıxmış, yolda Mövsüm bildirmişdir ki, mağazadan pul oğurlamışdır. Nə qədər pul olmasını imasını isə deməmişdir. Sonra hazırda dövlət nömrə nişanını və markasını bilmədiyi taksi maşını saxlamış və taksiyə əyləşib Babək prospektinə gəlmişlər. Orada maşından düşəndə, Mövsüm bildirmişdir ki, 500 manat pul olmuşdur, 5 manatını taksiyə vermişdir. Sonra yaxınlıqdakı köşkdən siqaret və su aldıqda sonra ona 240 manat pul vermişdir. O, qəpik puldan 50 manatını sayıb götürmüş, qalanı isə Mövsümdə qalmışdır. Siqaretlərin bir blokunu ikisi bir neçə günə satmış, digər blokunu isə hazırda xatırlamadığı köşkdə “NZS” qəsəbəsində 26 manata satmışdır. 26 manat pulu özü xərcləmişdir. Bundan sonra Mövsümlə ayrılmış, o, başqa taksi maşını ilə yaşadığı Yeni Günəşli qəsəbəsindəki evinə gəlmişdir. Həmin oğurluq barədə heç kəsə məlumat verməmişdir. Ona düşən 240 manat pulu və qəpiklərlə birlikdə siqaretdən əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Yəni, oğurluq zamanı ona ümumilikdə 316 manat pul düşmüşdür. Mövsümə nə qədər pul düşdüyünü isə bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti başa çatdırıldı. İfadənin yerində yoxlanılması aydın və günəşli havada təbii işıqda və evdə aparıldı. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Baxış keçirilməsi haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən marketdir. Markerin ümumi sahəsi təxminən 16 kv. metrdir. Marketin giriş qapısı alüminium materialından və şüşədəndir. Giriş qapısının çərçivəsi üzərində olmuş qıfıl yerdə qapının yanına atılmışdır. Mağazanın üç tərəfində üzərində müxtəlif məhsullar olan rəflər quraşdırılıb. Girişdən sol tərəfdə köməkçi sahə var. Marketdə olan məhsulların bir hissəsi dağınıq vəziyyətdədir. “Şahidin və ya zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən marketi göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində tanışı X4 ilə birlikdə həmin marketdən oğurluq etmişlər. Belə ki, Mövsüm marketin yaxınlığında yerdən tapdığı dəmir parçası ilə marketin giriş qapısı üzəridə olan qıfılı sındırdıqdan sonra onlar marketə daxil olub orada “Bizon” enerji içkilərini, sosisləri, kolbasaları, bir neçə qutu müxtəlif markada olan tütün məmulatlarını, şokoladları, konservləri, tez bişən supları bir boş qutuya və bir ədəd sellofan torbaya yığıb mağazanı tərk etmişlər. “Sübutların qiymətləndirilməsi barədə” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-195/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov Polis İdarəsinə həvalə edilməsi, qərarın surətinin onun icrasına nəzarətin həyata keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 06 may 2022-ci il tarixli, 080-7920-1222 nömrəli məktubundan və qoşmaya əlavə olunmuş “axtarışda olan şəxsin tutulması barədə” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saxlanılaraq saat 18:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş və Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 07 may 2022-ci il tarixli, xx/xx-2127 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 06 may 2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs1 29 iyun 2022-ci il tarixi ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş, reyestrdə 8İ-11171 № ilə qeyd edilmiş 30 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə bu işlə bağlı hüquqmühafizə orqanlarına və məhkəməyə şikayət etməyəcək. İddia tələbi olmayacaq. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərər çəkmiş şəxslərin iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, atası X1 X2 veteranı olmasını (Müdafiə Nazirliyi tərəfindən verilmiş 089309 nömrəli vəsiqə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən yuxarıda sadalanan yüngülləşdirici halların olması və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsinə zərurətin olmadığı qənaətinə gələrək CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün ona təqsirli bilindiyi AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, 03 ay 28 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, 03 ay 28 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar