Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-195/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 28 fevral 2024-cü il tarixində “Qafqazinfo".az, “Az Fakt” “bia.az.cəmiyyət”, zirvəyolu.info" sosial şəbəkələrdə məni “dələduz" “cinayətkar” “etibardan sui-istifadə" kimi ifadələrlə onu həm ağır cinayətdə ittiham etmiş, həm ləyaqətini alçaldan qərəzli ifadələr etməklə paylaşmışdı.Bütün saytlarda onun barəsində həqiqətə uyğun olmayan təhqir və ona qarşı böhtanedici ifadələr yayaraq onu ictimaitə təqdim etmişdir. Onun işgüzar nüfuzunu ləkələyən məlumatları yayaraq mənəvi zərər vurmuşdur. Bəhruz Şahbazov bu məlumatı lokal dairədə yox düynayda ən geniş yayılmış Facebook internet şəbəkəsindən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən X2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzrsuz səbəbdən 2ci məhkəmə iclasında iştirak etmədiyi qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkmədən xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunverciliklə müəyyən edilmiş qayda məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir əsaslı səbəb göstərməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə iclasına davam etdirilməsini uyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, X6 məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə məhkəmə iclasına gəlməməsi səbəbilə X5 barəsində verdiyi Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair şikayət ərizəsinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 315.5-ci maddəsinə əsasən Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə baxış iclasları müvafiq olaraq 19 mart 2024-cü il, 27 mart 2024-cü il və 29 mart 2024-cü il tarixlərinə təyin edilərək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə dəfələrlə məlumat verilmiş, lakin X6 təkrarən məhkəmə iclasına gəlməmiş və məhkəməyə üzrlü hər hansı bir səbəb bildirməmişdir. Göstərilənlərə əsasən və CPM-nin 300 və 315-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə məhkəmə iclasına gəlməməsi səbəbilə X5 barəsində verdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasına şikayət ərizəsinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-195/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-195/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver