Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-195/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu Ağdam şəhəri M.Quliyev küçəsi ev 35-də qeydiyyatda olan, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2024cü il tarixli 1(101)-1586/2024 saylı hökmü ilə 5 (beş) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Rzayeva X5a məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümün içərisində xeyli miqdarda olmaqla 0,380 qram olan spesifik qoxuya malik, ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Nərimanov rayonu X11 küçəsi 85 ünvanına daşımış, 29 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPl-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri Nərimanov rayonu X11 küçəsi 85 ünvanında saxlanılaraq, Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 ünvanda yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman 29 oktyabr 2024-cü il tarixdə saat 18:30 radələrində axtarış otağında üzərinə keçirilən baxış zamanı əynində olan şalvarın sağ ön yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli kristalşəkilli spesifik qoxuya malik kustar üsulla hazırlanmış təmiz çəkisi 0,380 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmənin çağırışlarından xəbəri olmadığı üçün getməmişdir, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində olan zaman polis əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılmışdır. Bundan sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına gətirmişlər. Xüsusi ayrılmış axtarış otağında üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Aşkar edilmiş psixotrop maddə metamfetamini öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Lakin cibində olmasını unutmuşdur. Bundan sonra hal şahidlərinin və ədliyyə orqanlarırın əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunan maddə qablaşdırılaraq möhürlənmişdir. Psixotrop maddəni tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını söyləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır, psixotrop maddə istintaq təcridxanasında aşkar edilmişdir, özünə məxsusdur. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində hökm çıxarılmışdır. Əməlindən peşman olduğunu, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, azyaşlı övladının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında TTŞ-nin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, X7 əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış otağında hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ ön yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar olundu. Bükümün içərisində ağ rəngli kristalşəkilli spesifik qoxuya malik psixotrop maddəyə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs soruşduqda ki, bu nədir, o isə cavabında bildirdi ki, psixotrop maddə metamfetamindir və ona məxsusdur. Narkotik maddələrin aludəçisi olduğunu, həbs olunduqdan sonra üzərindən aşkar olunmuş psixotrop maddənin əynindəki şalvarın cibində olduğunu unutduğunu bildirmişdir. Bundan sonra ədliyyə orqanı əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etmək üçün zərfə qoyaraq qablaşdırdılmış və möhürlənmiş bu barədə protokol tərtib olunaraq qablaşdırmanın üstü və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə xidmətdə olan zaman həbs edilmiş şəxs Rzayeva X5 təcridxanasına gətirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən üzərinə axtarış otağında hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd büküm aşkar olundu. Bükümün içərisində ağ rəngli kristalşəkilli spesifik qoxuya malik psixotrop maddəyə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs soruşduqda psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün aldığını, lakin cibində olmasını unutduğunu söyləmişdir. Tərəfimizdən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə zərfə qoyaraq qablaşdırdılmış və möhürlənmiş, bu barədə protokol tərtib olunaraq qablaşdırmanın üstü və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında digər şahidlər Şahid3, Şahid4 Oktay qızı, Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasında həmin şahidlərin ifadələri elan edilmiş və təqsirləndirilən şəxsin bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Axtarışda olunanın tutulması haqqında” 29.10 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək axtarılan, xx.xx.1995-ci il təvəllüdlü, ailəli, Binəqədi rayonu, Ş.Məmmədov küçəsi, ev 9-da yaşayan, barəsində RPİ-nin CAŞ-si xx.xx.2024-cü il tarixdə 13280/24 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə ünvan 5 ünvanında saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş 29 oktyabr 2024-cü il Protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Xəzər RPİnin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs axtarışda olması ilə əlaqədar tutulması barədə protokol tərtib olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətin X4 təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə axtarış otağında baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ ön yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/5064 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Ar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası “Zərflər üçün” möhür əksi, “xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Bakı İT-na gətirilmiş həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindo olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli, spesifik qoxuya malik, psixotrop vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür; Hal şahidləri: 1) Şahid4 /imza/; 2) Şahid5 /imza/; Həbs edilmiş şəxs: /imza/ Təqsirləndirilən şəxs əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,380 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nğmrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0.380 psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınması, maddi sübut kimi tanınan və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,330 qram psixotrop maddə metamfetamin Nərimanov Rayon Polis İdarəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1586/2024 saylı qərarından görünür ki, xx xxx 1995-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7tel:***-***-**-** atası; ***-***-**-**) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilib barəsində “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Rzayeva X6 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 317-1.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. A.R.Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 69.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1586/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 16 (on altı) gün müddət təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 14 (on dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2025-ci il tarixli 1/118 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 2-28-29/2-609/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda qeyd olunan xəstəxanaya müraciət etməyib. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Narkoloji X9 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 925 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlerin və Psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19 2” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmədə tədqiq edilən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X8 adlı azyaşlı övladı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu etiraf etmiş, cinayət işinin materiallarında olan protokollardan, şahid ifadələrindən, eləcə də ekspertiza rəylərindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ siyahının 118-cu qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin təmiz çəkisi 0,380 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsnin, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparıldığı müddətdə, yenidən eyni məzmunlu cinayət əməli törətməsi, narkotik vasitə istifadə etməkdə davam etməsi, dəfələrlə narkomaniyadan məcburi müalicə almasına baxmayaraq islah yoluna heç bir şəkildə qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1586/2024 saylı hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(101)-1586/2024 saylı hökmü üzrə ev dustaqlığında və həbsdə olduğu müddət 09 (doqquz) ay, 16 (on altı) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,330 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 340 (üç yüz qırx) manat (20 saat x 6 manat + 20 saat x 11 manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1586/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 1586/2024 saylı hökmü üzrə ev dustaqlığında və həbsdə olduğu müddət 09 (doqquz) ay, 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il, 08 (səkkiz) ay, 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,330 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 340 (üç yüz qırx) manat (20 saat x 6 manat + 20 saat x 11 manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-195/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-195/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver