Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-196/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Görədil kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə 8,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, iki ədəd kibrit qutusunda üzərində saxlamaqla Abşeron rayonu, Görədil kəndi, Gənclər küçəsi 341 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə saat 14:37-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 16:24-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd yaşıl rəngli cins şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 5,006 qram və 3,596 qram olmaqla ümumilikdə 8,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 14:37 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Hazırda üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd üzərində “Magna” yazısı olan göy rəngli siqaret qutusunu və 01 ədəd alışqanı, eləcə də, əynində olan cins şalvarının sağ yan cibindən 37 manat pul əskinazını və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, həmçinin əynində olan boz rəngli paltosunun sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularına baxış keçirilmişdir. Baxış zamanı hər iki kibrit qutusunun içərisində yaşıl rəngli, ot formalı maddələr olması müəyyən edilmişdir. O, narkotik vasitələrin istifadəçisi olsa da onların satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 26 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Görədil kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 26 dekabr 2022-ci il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gedərək, orada əməliyyat mövqeyi seçmişlər. ünvan 3 ünvanda olduqları zaman, yəni 26 dekabr 2022-ci il tarixdə saat 14:37-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və yaxınlıqda yaşadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs da etiraz etmədən BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli cins şalvarının so yan cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd üzərində “Magna” yazısı olan siqaret qutusunu və 01 ədəd alışqanı, eləcə də, əynində olan tünd yaşıl rəngli cins şalvarının sağ yan cibindən 37 manat pul əskinazını və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, həmçinin əynində olan boz rəngli paltosunun sol yan cibindən 01 ədəd qara rəngli “Redmi" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularına baxış keçirilmişdir. Baxış zamanı hər iki kibrit qutusunun içərisində yaşıl rəngli, ot formalı, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs “nəşə" adı ilə bildiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddəni təxminən 10-15 gün əvvəl “İnstagram” sosial şəbəkəsindən tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsdən 100 manat müqabilində əldə etdiyini, “Hüseyn” adlı şəxsin ona bank kartı şəkili göndərməsini, onun da qarşılığında həmin şəxsə ödəmə terminalı vasitəsilə 100 manat pul göndərməsini, bundan sonra həmin şəxsin qeyd olunan maddələri kibrit qutuları halında Xətai rayonu, Babək prospekti ərazisində yerləşdirməsini, daha sonra isə həmin maddələri qeyd olunan ünvandan götürməsini, bu maddələri isə daha sonra anket məlumatlarını və ya əlaqə vasitələrini dəqiq bilmədiyi şəxslərə satmasını, həmin maddələri "Hüseyn" adlı şəxsdən aldığı qiymətdə satışını həyata keçirməsini, həmin maddələri həm öz istifadəsi, həm də digər şəxslərə satmaq üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd üzərində “Magna" yazısı olan siqaret qutusu və 01 ədəd alışqanı, eləcə də, 37 manat pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Redmi” markalı mobil telefon və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olan 02 ədəd kibrit qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, "nəşə" adı ilə tanıdığı narkotik vasitənin növü olan qurudulmuş marixuananı uzun müddətdir ki istifadə edir. Şahid5 onun iş yoldaşıdır və onu təxminən 10 ildir ki tanıyır. Həmin şəxsin narkotik vasitə marixuana istifadəçisi olduğunu təxminən 1 il əvvəl onun özündən öyrənmişdir. Təqsirləndirilən şəxs da təxminən il yarımdır ki tanıyır. İlk istifadə etdiyi narkotik vasitə marixuananı Vüqardan almış və Vüqarla tanışlığı onun narkotik vasitə olan marixuana satdığı üçün yaranmışdır, il yarım əvvəl Vüqar adlı şəxsin "Papanin” adlanan ərazidə narkotik vasitə olan marixuananın satışı ilə məşğul olduğunu eşitmişdir. Narkotik vasitə olan marixuana istifadə etmək qərarına gəlmiş və bu məqsədlə də, həmin şəxs ilə görüşüb, ondan marixuana almaq istədiyini demişdir. Aralarında olan görüş zamanı Vüqar bir ədəd kibrit qutusunda olan marixuananı 100 manata satdığını bildirmişdir. Bundan sonra təxminən il yarımlıq dövr ərzində Vüqardan dəfələrlə narkotik vasitə olan marixuana almışdır. Adətən marixuananı kibrit qutusu formasında 100 manata alır və bir neçə dəfəyə olmaq şərti ilə istifadə etmişdir. Lakin, bəzən pulu olmadığı vaxt arada kibrit qutusunda deyil, bir dəfəlik istifadə etmək üçün 10 manatlıq da marixuana almışdır. Həmçinin Şahid5 narkotik vasitəni kimdən əldə etdiyini soruşmuş, Toğrula narkotik vasitəni Vüqardan aldığını bildirmişdir. Toğrul ona pul vermiş, o da Toğrul üçün narkotik vasitə almağını xahiş etmiş və 1 il ərzində dəfələrlə Toğrul üçün Vüqardan narkotik vasitə marixuana almışdır. Adətən Vüqardan narkotik vasitəni aldıqdan sonra onu Toğrul ilə birlikdə istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 21-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-32-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 dekabr 2022-ci il il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 26 dekabr 2022-ci il il tarixdə saat 16:24-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə əri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli cins şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd üzərində “Magna” yazısı olan göy rəngli siqaret qutusunu və 01 ədəd şəffaf rəngli alışqanı, eləcə də, əynində olan tünd yaşıl rəngli cins şalvarının sağ yan cibindən 37 manat pul əskinazını və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, həmçinin əynində olan boz rəngli paltosunun sol yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxs axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra tərəfimdən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularına baxış keçirilmiş, baxış zamanı hər iki kibrit qutusunun içərisində yaşıl rəngli, ot formalı, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs “nəşə” adı ilə bildiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddəni təxminən 10-15 gün əvvəl “İnstagram” sosial şəbəkəsindən tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsdən 100 manat müqabilində əldə etdiyini, “Hüseyn” adlı şəxsin ona bank kartı şəkili göndərməsini, onun da qarşılığında həmin şəxsə ödəmə terminalı vasitəsilə 100 manat pul göndərməsini, bundan sonra həmin şəxsin qeyd olunan maddələri kibrit qutuları halında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində yerləşdirməsini, daha sonra isə həmin maddələri qeyd olunan ünvandan götürməsini, bu maddələri isə daha sonra anket məlumatlarını və ya əlaqə vasitələrini dəqiq bilmədiyi şəxslərə satmasını, həmin maddələri "Hüseyn” adlı şəxsdən aldığı qiymətdə satışını həyata keçirməsini, həmin maddələri həm öz istifadəsi, həm də digər şəxslərə satmaq üçün üzərində saxladığını, üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd üzərində “Magna” yazısı olan göy rəngli siqaret qutusu və 01 ədəd şəffaf rəngli alışqanı, eləcə də, 37 manat pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olan 02 ədəd kibrit qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış 26 dekaər 2022-ci il il tarixdə saat 16:44-də başa çatmışdır. Cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli, 7/1446 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddələr" yazılar və imzalar olan sarı rəngli kağız paketdə 2 ədəd polietilen paketlərin hər birində 1 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 5,006qram; 3,596qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-8,602 qramdır. Tədqiqata təqdim olunmuş 2 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 89-93-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1400/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8,562 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 139-140-cı vərəqələrində olan “Mobil telefona baxış keçirilməsi barədə” 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 istifadəsində olan mobil telefona baxış keçirilmiş və baxış zamanı “whatsapp” mobil tətbiqində Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aşağıda qeyd olunan mesajlaşma mətni müəyyən edilmişdir: 16 dekabr 2022-ci il tarixdə olan yazışma mətnləri: Məllim salam necəsən 17:59 Salam Məllim sağol sən necəsən 18:00 Şükür Allaha yaxşılıqdı sən yaxşı ol qaqaş şəhərdəyəm təzə temelar var neyniyək 18:02 Məllim bu dəqiqə vəziyyətim o deyil pulsuzduğdu olabilərki birazdan olsun ancağ təbiətdidə hə? 18:07 Həmişəki kimi təbiət 18:08 Həə yaxşı uşağlarnan danışım birazdan xəbirləşərik himdə indi şəhır propkadı 18:08 Ok mələdəyəm 18:09 Yaxşı 18:09 Salam məllim necəsən 20:15 Məhlədəsən? 20:20 17 dekabr 2022-ci il tarixdə olan yazışma mətnləri: Məllim salam necəsən məhsul necədi? 12:34 Salam məllim sağol sin necəsən məhsul əla 13:16 bazar ertəsi O biri nömrəyə yazdım 13:20 İstintaq hərəkətində iştirak edən Şahid4 bildirdi ki, qeyd olunan “Məllim salam necəsən məhsul necədi?” mesajında Vüqarın qeyd etdiyi “məhsul" sözü ilə Vüqar ona satmış olduğu narkotik vasitə olan marxunanı nəzərdə tutur. Eyni zamanda “qaqaş şəhərdəyəm təzə temelar var neyniyək" mesajında əlində narkotik vasitə marixuana olduğunu, ona sata biləcəyinə işarə edir. Cinayət işinin 193-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 208-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 326 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Cinayət işinin 216-217-ci vərəqəsində olan “Mobil telefona baxış keçirilməsi barədə” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona keçirilmiş baxış zamanı “whatsapp” mobil tətbiqində şahid qismində dindirilmiş Şahid4 istifadəsində olan +**********88 mobil GSM nömrə ilə yazışmaların olduğu müəyyən edilmişdir. Belə ki, Şahid4 məxsus mobil nömrə Təqsirləndirilən şəxs telefonunda “Pərviz Tşn” kimi qeydyyata alınmış, yazışmalarda istintaq zamanı Şahid4 mobil telefonuna keçirilmiş baxış zamanı aşkar edilərək, protokola əlavə edilmiş bəzi mesajların olduğu müəyyən edimişdir. Belə ki, Şahid4 və Vüqar Kərimnovun arasında olan yazışma mətnləri aşağıdakı kimidir: 17 dekabr 2022-ci il Məllim salam necəsən məhsul necədi? 12:34 Salam məllim sağol sin necəsən məhsul əla 13:16 bazar ertəsi OBiri nömrəyə yazdım 13:20 Şahid4 telefona baxış zamanı aşkar edilmiş digər mesajlar Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda aşkar edilməmişdir. Bundan sonra digər şəxslərlə Təqsirləndirilən şəxs arasında olan mesajlara tərəfimdən baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 220-ci vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “Xiaomi Redmi” markalı mobil telefonun maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 223-240-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Şahid4 məxsus “Samsung” markalı mobil telefonun saxlanılması üçün telefonun mülkiyyətçisi Şahid4 qaytarılmasının nəzərə alınması və həmin mobil telefonun maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd diskə baxış keçirilərkən, onun əynindəki tünd yaşıl rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi Redmi” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan – Şahid4 istifadəsində olan “Samsung” markalı mobil telefonun saxlanılmasından ötrü qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 126 (bir yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-yə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 8,562 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi Redmi” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan – Şahid4 istifadəsində olan “Samsung” markalı mobil telefonun saxlanılmasından ötrü qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 126 (bir yüz iyirmi altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-196/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-196/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver