Məhkəmə qərarları › İş №1(005)-197/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-197/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-197/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyalda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini icarəyə götürərək fəaliyyət göstərən "xxxx" MMC-də daxili nəzarətçi işlədiyi müddətdə qeyd olunan ünvanda 05 iyul 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş "xxxx" MMC ilə həmin icarə müqaviləsini bağlamış qohumu Şahid1 etibarını qazanaraq sonuncunun razılığı ilə icarəçilərin icarə haqlarını toplamış, icarə haqlarını topladığı üçün icarəçilərin borcları barədə məlumatı olduğundan ölkə ərazisində elan olunmuş pandemiya ilə əlaqədar fəaliyyətini dayandırmış "xxxx" MMC-nin 2020-ci ilin aprel və may ayları üzrə icarə haqlarını ödəməməsindən məlumatlı olub Azad Mirzyevin etibarından sui-istifadə etməklə 2020-ci ilin sentyabr ayında "xxxx" MMC-yə müraciət edərək ünvan 3 ünvanında yerləşən xəzinəsindən 2020-ci ilin sentyabr ayının ilk 10 günündə "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs 2020-ci ilin aprel ayı üçün icarə haqqı olaraq ödənilməli olan 7000 manat və 6000 manat olmaqla, ümumilikdə 13000 manat məbləğində pulu "xxxx" MMCdən təhvil alıb Şahid1 verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs məxsus özgə əmlakını vahid niyyətlə ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanında yerləşən qeyri-yaşayış sahəsi hesab edilən bina Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs işlərini etibarnamə əsasında Şahid1 icra etmişdir. Şahid1 qeyri-yaşayış sahəsini icarəyə verir, icarə haqlarının toplanmasını təmin edir və həmin pulları Zərərçəkmiş şəxs təqdim edir. O da qeyd olunan binada mühafizəçi işləmişdir. Bundan başqa, Şahid1 göstərişi ilə qeyri-yaşayış sahəsini icarəyə götürmüş şəxslərdən icarə haqlarını və kommunal xərcləri toplayaraq Azad Mirzayevə vermişdir. Həmin icarədarlardan biri də "xxxx" MMC olmuşdur. "xxxx" MMC-in təsisçisi və direktoru Şahid2dur. "xxxx" MMC-in direktoru Şahid1lə danışaraq Zərərçəkmiş şəxs məxsus əmlakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanda yerləşən ümumi sahəsi 2729.9 m2 olan qeyri-yaşayış sahəsindən 800 m2 qeyri-yaşayış sahəsini icarəyə götürmək istədiyini bildirmişdir. Şahid1 də həmin sahəni "xxxx" MMC-yə icarəyə verməyə etiraz etməmiş və aralarında razılaşmışlar. 2019-cu ilin fevral ayında "xxxx" MMC qeyd olunan sahədə fəaliyyətə başlamışdır. MMC-in fəaliyyət istiqaməti təsərrüfat və elektrik avadanlıqlarının satışından ibarət olmuşdur. "xxxx" MMC Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanda yerləşən ümumi sahəsi 2729.9 m2 olan qeyri-yaşayış sahəsindən 800 m2 ərazini icarəyə götürməyi və icarə müqabilində bir ay üçün 13000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan icarə haqqı "xxxx" MMC tərəfindən Şahid1 verdiyi hesablaşma hesabına köçürülürdü və ya nağd verilməklə hər ayın ilk 10 günündə "xxxx" MMC tərəfindən ona təqdim olunmuşdur. O, icarə haqqını mühasibdən və pul ödənmədikdə isə "xxxx" MMC-nin direktoru Şahid2 istəmişdir. Şahid2 isə həmin pulun ona verilməsi üçün göstəriş verirdi. O da icarə haqqını və kommunal xərcləri "xxxx" MMC-dən alırdı. Uzun müddət orada işlədiyindən Şahid1 ona etibar etmiş, icarə haqlarını toplamağı tapşırmışdır. O da icarə haqlarını toplayaraq Şahid1 verirmiş. 2020-ci il aprel ayında ölkədə pandemiya ilə bağlı qadağalar tətbiq olunmuşdur. Həmin qadağalarla bağlı icarəyə götürmüş şirkətlər iş fəaliyyətlərini dayandırmışlar. Həmin şirkətlərdən biri də "xxxx" MMC olmuşdur. "xxxx" MMC-də iş fəaliyyətini dayandırdığı üçün 2020-ci ilin aprel və may ayları üzrə icarə haqqını ödəyə bilməmişdir. Şahid2 Şahid1 fəaliyyətini dayandırdığı üçün güzəşt etməsini, icarə haqqını almamasını xahiş etmişdir. Şahid1 isə güzəşt etməyəcəyini bildirmiş və Şahid2 icarə haqqını ödəməsini tələb etmişdir. Bundan sonra Şahid2 pulu növbəti aylarda hissə-hissə və ya tam şəkildə ödəyəcəyini bildirmişdir. Şahid1 icarə haqlarını toplamağı ona tapşırdığı üçün onun icarədarların borcları ilə bağlı məlumatı olmuşdur. Bir müddət sonra onun da pandemiya elan olunduğu üçün maddi vəziyyəti yaxşı olmadığından "xxxx" MMC-dən aprel və may aylarından birinin icarə haqqını alaraq öz ehtiyacları üçün xərcləmək qərarına gəlmişdir. Bu məqsədlə, 2020ci ilin sentyabr ayında "xxxx" MMC-yə gedərək icarə haqqının ödənilinəsi ilə bağlı müraciət edib Şahid1 məlumat vermədən "xxxx" MMC-dən pulu almışdır. O, uzun müddət keçdiyindən həmin günü dəqiq xatırlamır. Lakin, qeyd etmişdir ki, 10 sentyabr 2020-ci il tarixədək 2020-ci ilin aprel ayı üçün icarə haqqını xatırladığına görə birinci dəfə 7000 manat, ikinci dəfə isə 6000 manat olmaqla 13000 məbləğində pulu "xxxx" MMC-dən təhvil almışdır. Pulu aldığı günlər arasında təxminən 5 gün fərq olmuşdur. 13000 manat məbləğində pulu aldıqdan sonra şəxsi ehtiyacları üçün xərcləmişdir. O, pulu aldıqdan sonra da Şahid1 13000 manat məbləğində pulu "xxxx" MMC-dən almağı ilə bağlı məlumat verməmişdir. O, pulu hissə-hissə Şahid1 qaytarmaq istəmişdir. Lakin, maddi vəziyyəti yaxşı olmadığından həmin pulu Şahid1 qaytara bilməmişdir. 2021-ci ilin aprel ayında "xxxx" MMC icarə müqaviləsinə xitam verəcəyini bildirmişdir. Bundan sonra Şahid1lə Şahid2 arasında hesablaşma aparılmış və onun 13000 manat məbləğində pulu "xxxx" MMC-dən təhvil aldığı üzə çıxmışdır. O da Şahid1 həmin pulu "xxxx" MMC-dən aldığını və şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan binanın birinci mərtəbəsində 800 kv.m qeyri-yaşayış sahəsini 05 iyul 2019-cu il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə haqqını hər ay qohumu Şahid1 Əlyəddin oğlu alaraq gətirib ona vermişdir. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MMC-dən 12000 manat icarə haqqı və 1000 manat kommunal xərcləri cəmi yığılmış 13000 manat pulu mühafizəçi işləyən Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək almış və ona çatdırmayaraq 13000 manat məbləğində pulu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı Zərərçəkmiş şəxs sahibkardır və Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanda yerləşən ümumi sahəsi 2729.9 m2 olan qeyri-yaşayış sahəsi dayısı Zərərçəkmiş şəxs məxsusdur. "xxxx" MMC-dən bir nəfər şəxs müraciət edərək qeyd etdiyi qeyri-yaşayış sahəsini icarəyə götürmək istədiyini bildirmişdir. Dayısı Zərərçəkmiş şəxs həmin sahəni "xxxx" MMC-yə icarəyə verməyə etiraz etməmiş və onlar razılaşmışlar. xx.xx.2019-cu il tarixdə o və "xxxx" MMC-nin direktoru X3 38 saylı notariat kontoruna gedərək orada icarə müqaviləsi bağlamışlar. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanında yerləşən ümumi sahəsi 2729.9 m2 olan qeyri-yaşayış sahəsindən istifadə müqabilində bir ay üçün 13000 manat məbləğində pulu nağd formada və ya bank hesablaşma hesabına köçürməklə ödəyirdi. Bundan başqa vergi və kommunal xərclərdə "xxxx" MMC tərəfindən ödənilirdi. O, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir tanıyır. Təqsirləndirilən şəxs əvvəllər də mühafizəçi işləmişdir. Lakin, Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdə "xxxx" MMC tərəfindən bağlanılmış əmək müqaviləsi ilə daxili nəzarətçi olaraq işə götürülmüşdür. Təqsirləndirilən şəxs uzun müddət dayısı Zərərçəkmiş şəxs məxsus binada mühafizəçi işləmiş və etibar qazanmışdır. Təqsirləndirilən şəxs həmçinin "xxxx" MMC-də daxili nəzarətçi işlədiyi üçün şirkətlərin əməkdaşları tərəfindən tanınaraq etibar etmişlər. Qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən icarə üçün ödənilən pul nağd formada və ya hesablaşma hesabına köçürülməklə ödənilmişdir. Dayısı Zərərçəkmiş şəxs çatası pulu əsasən o, götürürdü. O, həmin pulu götürə bilmədikdə isə pul mühafizəçi Təqsirləndirilən şəxs verilirmiş və o, həmin pulu Təqsirləndirilən şəxs götürərək dayısı Zərərçəkmiş şəxs verirmiş. 2020-ci il aprel ayında ölkədə pandemiya ilə bağlı qadağalar tətbiq olunmuşdur. Həmin qadağalarla bağlı icarəyə götürmüş şirkətlər iş fəaliyyətlərini dayandırmışlar. Həmin şirkətlərdən biri də "xxxx" MMC olmuşdur. "xxxx" MMC-də iş fəaliyyəti dayandırdığı üçün 2020-ci ilin aprel və may ayları üzrə icarə haqqını ödəyə bilməmişdir. "xxxx" MMC-nin pulu ödəməməsi ilə bağlı onun məlumatı olmuşdur. Həmçinin, pulu toplamaq Təqsirləndirilən şəxs həvalə olunduğundan şirkətlərin borcları ilə bağlı sonuncunun məlumatı olmuşdur. 2021-ci ilin may ayında "xxxx" MMC-in direktoru Yaşar müəllim ilə icarə haqqının ödənilməsi ilə bağlı hesablaşma aparılan zaman 13000 manat məbləğində pulun ödənilməsini bildirmişdir. Bu zaman isə Şahid2 13000 manat məbləğində pulu ona çatdırması üçün Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Qeyd etmişdir ki, Yaşar əvvəllər də icarə haqqını ödəmək məqsədi ilə pulu ona çatdırması üçün Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin may ayında Yaşar 13000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini bildirdikdən sonra o, Vüqarla söhbət etmiş və Vüqar 12000 manat icarə üçün, 1000 manat məbləğində kommunal xərcin ödənilməsi üçün verilən pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini və ödəyəcəyini bildirmiş, lakin bu günə qədər Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-in fəaliyyət istiqaməti təsərrüfat və elektrik cihazlarının satışından ibarətdir. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanında yerləşən qeyri-yaşayış sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Lakin o, Zərərçəkmiş şəxs tanımır, ümumiyyətlə görməmişdir. Zərərçəkmiş şəxs işlərini etibarnamə əsasında Şahid1 icra etmişdir. O da Əhməd Rəcəbli küçəsində malları satmaq üçün mağaza axtarırdı. Şahid1lə danışaraq Zərərçəkmiş şəxs məxsus əmlakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanda yerləşən ümumi sahəsi 2729.9 kv m olan qeyri-yaşayış sahəsindən 800 kv m qeyri-yaşayış sahəsini icarəyə götürmək istədiyini bildirmişdir. Şahid1 də həmin sahəni "xxxx" MMC-yə icarəyə verməyə etiraz etməmiş və onlar razılaşmışlar. xx.xx.2019-cu il tarixdə 38 saylı notariat kontorunda icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25 D ünvanda yerləşən ümumi sahəsi 2729.9 m2 olan qeyri-yaşayış sahəsindən 800 m2 ərazini icarəyə götürməyi və icarə müqabilində bir ay üçün 13000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı olan pul nağd qaydada və ya Şahid1 verdiyi hesablaşma hesabına köçürülürdü. Bundan başqa, kommunal xərclərdə "xxxx" MMC tərəfindən ödənilirdi. O, Təqsirləndirilən şəxs obyekti icarəyə götürdükdən sonra tanımışdır. Təqsirləndirilən şəxs obyektin mühafizəçisi işləmişdir. Bundan başqa uzun müddət Zərərçəkmiş şəxs məxsus binada mühafizəçi işləmiş və etibar qazanmışdır. Təqsirləndirilən şəxs həmçinin "xxxx" MMC-də daxili nəzarətçi işlədiyi üçün şirkətlər tərəfindən tanınmışdır və şirkət əməkdaşları etibar etmişdirlər. "xxxx" MMC tərəfindən icarə üçün ödənilən pul hesablaşma hesabına köçürülməklə və ya nağd ödənilmişdir. Həmçinin, icarə haqqı və kommunal xərclər Şahid1 göstərişi əsasında Təqsirləndirilən şəxs ödənilirdi. Qeyd etmişdir ki, kommunal ödənişlə bağlı ödənişlər Təqsirləndirilən şəxs hesablamalarına əsasən aparılmışdır. Kommunal xərclərə su və işıq sərfiyyatı aid olmuşdur. Su və işıq sayğacları ümumi binaya qoşulmuşdur. Fərdi olaraq mağazalara sayğac quraşdırılmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs təqdim etdiyi hesablar əsasında ödəniş olunmuşdur. Şirkətə təqdim etdiyi hesablar əsasında ödənişlər Təqsirləndirilən şəxs verilmişdir. Ödənişlər əsasən ayın sonunda ödənilmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs mağazaya gələrək ödənişi tələb edirmişdir. Bununla bağlı ona işçilər tərəfindən məlumat verilirmiş və o, həmin ödənişin icra olunması ilə bağlı göstəriş verirdi. "xxxx" MMC-nin icarəyə götürdüyü müddət ərzində icarə haqları və kommunal ödənişlər Təqsirləndirilən şəxs verilmişdir. İcarə haqqının və kommunal ödənişlərin də Təqsirləndirilən şəxs verilməsinə səbəb qeyri-yaşayış sahəsi icarəyə götürülən zaman Şahid1 kommunal ödənişlərin Təqsirləndirilən şəxs ödənilməsi ilə bağlı razılığı və göstərişi olmuşdur. Pandemiya dövründə fəaliyyəti dayandırdıqlarından o, Şahid1lə danışaraq icarə haqqının məbləğinin azaldılmasını xahiş etmişdir. Şahid1 isə ona icarə haqqının azaldılmayacağını bildirmişdir. 2020-ci ilin aprel və may aylarında o, icarə haqlarını ödəyə bilməmişdir. Bununla bağlı Şahid1 də məlumatı olmuşdur. O, Şahid1 həmin ödənişləri növbəli aylarda hissə-hissə və ya tam şəkildə ödəyəcəyini bildirmişdir və ona vaxt verilməsini xahiş etmişdir. Şahid1 onunla razılaşmışdır. O, icarə haqları ilə bağlı ödənişləri Təqsirləndirilən şəxs ödədiyindən Təqsirləndirilən şəxs onun borcu olması barədə məlumatı olmuşdur. Bir müddət sonra dəqiq xatırlamadığı tarixdə, Təqsirləndirilən şəxs icarə haqqını ödəməyini istəmiş o da, borcu olduğu aylardan birinin icarə haqqının ödənilməsi ilə bağlı mühasibə göstəriş vermişdir. Həmin ödənişlər Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs həmişə ödəniş olunduğundan icarə haqqı ilə bağlı ödənişin Şahid1 çatdıracağını düşünərək bu barədə Şahid1 məlumat verməmişdir. 2021-ci ilin aprel ayında gəlirləri aşağı düşdüyündən qeyri-yaşayış sahəsini təhvil vermək qərarına gəlmişdir. Bundan sonra xatırladığına görə 2021-ci ilin iyun ayında obyekti Şahid1 təhvil vermişdir. Bundan sonra Şahid1lə aralarında hesablaşma olmuşdur. Hesablaşma zamanı Şahid1 2020-ci ilin aprel və may ayları ilə bağlı ödəniş olmadığını bildirmişdir. O, həmin aylardan birinin ödənişini Təqsirləndirilən şəxs ödənildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə Şahid1 aralarında danışmışlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 11-12-ci vərəqələrində olan Şahid1 (Zərərçəkmiş şəxs əvəzinə) ilə "xxxx" MMC adından X4 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli Müqavilədən görünür ki, “İcarəyə verən” Zərərçəkmiş şəxs və “İcarəçi” "xxxx" MMC ilə Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu İ.M.Xəlilov tərəfindən xx.xx.2019-cu il tarixdə, 3M-788 nömrəli reyestrlə təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2729.9 kv.m olan qeyri-yaşayış sahəsinin 800 kv.m sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğvi barədə razılığa gəlmişlər. Cinayət işinin 37-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 43-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Mirzəyev X1 RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 57-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə” 28 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 103-cü vərəqində olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2022ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 104-cü vərəqində olan Biləsuvar RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE seriyalı 12917314 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş Mirzəli Gülsümün atası kimi Təqsirləndirilən şəxs, anası kimi Səfərova Aynurə qeyd olunmuşdur. Cinayət işinin 105-ci vərəqində olan Biləsuvar RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE seriyalı 12917377 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş Mirzəli Rəsulun atası kimi Təqsirləndirilən şəxs, anası kimi Mirzəyeva Aynurə qeyd olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkməsinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar