Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-197/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının 22-də, təxminən saat 03:15 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Qaraj restoranından 200-300 metr aralıda taksinin salonunda qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı bir dəfə yumruqla qəsdən Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs - sağ göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması, sağ göz yuvasının ağlı qişası altına geniş sahəli qansızma, sol mil bilək oynağının sıyrığı, sağ bazunun bayır və iç səthlərinin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, o bir ildən çoxdur ki, Zərərçəkmiş şəxs tanıyır. Aralarında qeyri-rəsmi münasibət olmuşdur. Sonradan təxminən bir-iki ay öncə aralarında soyuqluq yaranmışdır və onlar ayrılmışdır. Lakin, sonradan yenə barışıb görüşməyə danışmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Günayla birlikdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsidə yerləşən “Qaraj” restoranında oturmuşdur. Yemək yemiş, söhbətləşmişlər. 03:15 radələrində restorandan çıxmış və bu zaman Günayla aralarında sözlə mübahisə yaranmışdır və Günay taksiyə əyləşmişdir. O da taksiyə əyləşib taksi sürücüsündən xahiş etmişdir ki, maşından düşüb onların söhbət etməyinə imkan yaratsın. O da razılaşıb maşından düşərək siqaret çəkəçəkə oradan uzaqlaşmışdır, gözləməyə başlamışdır. Avtomaşında onlar arasında evə getməmək barəsində sözlü mübahisə olmuşdu. Ona ayrılmaq istəyi ilə bağlı fikir bildirəndə, o bundan imtina etmişdir. Sözlü mübahisələri qızışdığı üçün özünü saxlaya bilməyib Zərərçəkmiş şəxs sağ göz nayihəsinə bir dəfə əli ilə vurmuşdur və dərhal da avtomaşından düşüb çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o bir ildən çoxdur ki Təqsirləndirilən şəxs ilə tanışdır. Aralarında qeyri-rəsmi münasibətləri olmuşdur. Təxminən bir neçə ay olar ki, o, Təqsirləndirilən şəxs ayrılmış və danışmamağa başlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona çoxlu xahişlər edərək onunla barışmaq istəmişdir. O yenidən Təqsirləndirilən şəxs ilə danışmağa və görüşməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində Ceyfunla Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Qaraj” restoranında görüşmüşdür. Bir qədər oturub yemək yedikdən sonra o taksi sifariş etmişdir ki, evə getsin. Restorandan çıxdıqdan sonra aralarında mübahisə başlamışdır. O evə getmək istəmişdir. Lakin o buna məhəl qoymayaraq hələ də evə qayıtmaq istəmədiyini, görüşlərinin davam etməsini istəmişdir. O Təqsirləndirilən şəxs qulaq asmayıb taksiyə əyləşmişdir və o da ardınca taksiyə əyləşmişdir. Ceyfun taksi sürücüsünə onunla yalnız söhbət etməsi üçün maşından düşməyi xahiş etmişdir. Taksi sürücüsü maşını restorandan 200-300 metr aralıda saxlayıb maşından düşmüş və biraz kənara gedərək Ceyfunla onun söhbətinə şərait yaratmışdır. Taksidə ikisi olan zaman o Ceyfuna onu rahat buraxmasını və həyatından çıxmağını istədiyini bildirərək, Ceyfuna “ondan uzaq durmayan kişi deyil” sözlərini dedikdə, aralarında sözlə mübahisə baş vermiş və həmin mübahisə zamanı Ceyfun, onun sağ göz nahiyəsindən yumruq zərbəsi endirmişdir. Bundan sonra o DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq, həmin zaman olduqları taksidə ikisindən başqa heç kim olmadığı üçün həmin hadisənin heç bir şahidi olmadığını, baş vermiş həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq etmədiyini və ona hər hansı bir xəsarət yetirmədiyini, hadisənin təxminən 1-2 dəqiqə davam etdiyini qeyd etmişdir. Son olaraq o, X3 ilə hazırda barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək və bu barədə barışıq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq olunan “Hadisə baxış keçirilməsi haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən Qaraj restoranından 200- 300 metr aralıda dalanda baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 22 fevral 2025-ci il tarixli, 180 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sağ göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması, sağ göz yuvasının ağlı qişası altına geniş sahəli qansızma, sol mil bilək oynağının sıyrığı, sağ bazunun bayır və iç səthlərinin qançırları- küt əşyanın (əşyaların) təsiirindən törənmişdir, qərarınn təsviri hisssinndə xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlamış sorğuya əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi maddi sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs məhəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli barışıq ərizəsindən görünür ki, X3 ilə hazırda barışmış,on dəyən ziyan tam şəkildə ğdənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunan X2 məhkəməyə təqdim etmiş olduğu xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmış və ziyanı tam ödəmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla X4 cinayət məsuliyyətindən azad edilməli və onun CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin . Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-197/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-197/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver