Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-198/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış 0,824 qram çəkidə psixotrop maddə metamfetamin və 0,250 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana, habelə 0,6 qram çəkidə 02 ədəd kapsulda güclü təsir edən maddə hesab olunan preqabalini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və o, 02 yanvar 2024-cü il tarixdə, saat 00:15 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3rimanov RPİnin 16-cı polis şöbəsinə gətrilmiş və həmin gün saat 01:40-da şöbənin xidməti otağında onun üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən spesifik qoxuya malik ağ rəngli toz şəkilli kristal formalı şəffaf rəngli sellofana bükülmüş, kustar üsulla hazırlanmış təmiz çəkisi 0,824 qram olan psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,250 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd konvalyut kəsiyində ümumi çəkisi 0,6 qram olan 02 ədəd üzərində “P-300” yazısı həkk olunmuş kapsulda narkotik və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 01 yanvar 2024-cü il tarixdə tanışı Şükür adlı şəxslə sonuncunun tanışının avtomobili ilə Suraxanı rayonu ərazisinə getmişlər. O, həmin əraziyə narkotik vasitə almağa getdiklərini bilməsə də, sonradan Şükür ona bayram olduğu üçün narkotik vasitə alıb istifadə edəcəklərini bildirmişdir. O, da Şükürün təklifi ilə razılaşmış, beləliklə də Suraxanı rayonu ərazisində xatırlamadığı yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən o, öz istifadəsi üçün 1 ədəd bükümdə narkotik vasitə marixuana, Şükür isə öz istifadəsi üçün psixotrop maddə metafetamin və 2 ədəd ağrı kəsici “Preqabalin” tableti almışdır. Daha sonra Şükürün tanışının avtomobili xarab olmuş, bu zaman onun tanışı Əhəd adlı şəxs ona zəng vuraraq bayramını təbrik etmişdir. O, Əhəddən xahiş etmişdir ki, gəlib onları Suraxanı rayonundan götürsün. Əhəd onun fikri ilə razılaşaraq həmin əraziyə gələrək onu və Şükürü götürmüşdür. Lakin həmin vaxt Əhəd onların üzərində narkotik vasitələr olmasından xəbərsiz olmuşdur. Avtomobil ilə bir qədər irəlilədikdən sonra Şükür bilirmişdir ki, Nərimanov rayonunda yerləşən evdə 5 dəqiqəlik işi olacaqdır. Buna görə də, onlar Əhədin avtomobil ilə ünvan 5 ünvanın qarşısına gəlmiş, Şükür üzərində olan metafetamini və 2 ədəd ağrı kəsici “Preqabalin” tableti ona saxlaması üçün vermiş və avtomobildən düşərək evə getmişdir. Bir qədər sonra Şükür gəlmədiyi üçün o, avtomobildən düşərək ətrafa baxmış, bu zaman ona iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib 16-cı Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun kimliyi barədə, hara getdiyi ilə maraqlandıqda, o, özünü təqdim etmişdir. Polis əməkdaşları onu və Əhədi 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 16-cı Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində xidməti otaqda təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş və müdafiəçi gəldikdən sonra iştirakçıların iştirakı ilə üzərinə şəxsi-axtarış keçiriləcəyi ilə bağlı qərarla tanış edilmişdir. O, şəxsi-axtarışın keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində özünə məxsus olan 1 ədəd bükümdə narkotik vasitə marixuananı və avtomobildən düşərkən Şükürün saxlaması üçün ona verdiyi sonuncuya məxsus 1 ədəd bükümdə psixotrop maddə metafetamini və 2 ədəd ağrı kəsici “Preqabalin” tabletini polis əməkdaşlarına təqdim edərək, 1 ədəd bükümdə narkotik vasitə marixuananın ona məxsus olduğunu, 1 ədəd bükümdə psixotrop maddə metafetaminin və 2 ədəd ağrı kəsici “Preqabalin” tabletinin isə Şükür adlı tanışına məxsus olduğunu, saxlanılmamışdan əvvəl Şükürün həmin 1 ədəd bükümdə psixotrop maddə metafetamini və 2 ədəd ağrı kəsici “Preqabalin” tabletini saxlaması üçün ona verərək evə getdiyini, onları öz şəxsi istifadələri üçün həmin gün Suraxanı rayonunun ərazisində tanımadığı şəxsdən aldıqlarını bildirmişdir. O, heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edici maddələrin satışı ilə məşğul olmamış, həmin narkotik vasitəni öz təlabatını ödəmək üçün almış, psixotrop maddə olan metamfetamin və “Preqabalin” tableti ona məxsus olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman 1 ədəd bükümdə psixotrop maddə metafetaminin və 2 ədəd ağrı kəsici “Preqabalin” tabletinin Şükür adlı tanışına məxsus olduğunu, saxlanılmamışdan əvvəl Şükürün həmin 1 ədəd bükümdə metafetamini və 2 ədəd ağrı kəsici “Preqabalin” tabletini saxlaması üçün ona verərək evə getdiyini bildirsə də, onun sözlərinə əhəmiyyət verilməmişdir. Cinayət işində olan izahatında onun bildirdiklərinin qismən hissəsi yazılmış, işi məhkəməyə gələnə qədər onun həmin izahatda nələr yazılması barədə məlumatı olmamış, əvvəlcədən yazılmış izahat ona imzalatdırılmışdır. O, öz şəxsi istifadəsi üçün 1 ədəd bükümdə narkotik vasitə marixuana alsa da, həmin narkotik vasitəni satmaq fikri olmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün əməlindən peşman olduğunu, narkotik vasitlərin, psixotrop maddələrin və ya güclü təsir edici maddələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2024-cü il tarixdə, saat 00:15 radələrində Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X9 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman ünvan 5 ünvanın qarşısından keçərkən əvvəllər tanımadığı bir nəfər şəxsin üzərində şahmat işarəsi olan “Xəzər” markalı avtomobildən düşərək bir qədər getdiyini, daha sonra sağa-sola baxaraq şübhəli hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsin kimliyini yoxlamaq məqsədi ilə ona yaxınlaşaraq özlərini təqdim edərək, onun kimliyi ilə maraqlanmışlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmasından şübhləndikləri üçün sonuncunu Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində həmin şəxsin şöbəyə gərilməsinə dair raportla rəhbərliyə məruzə etmişlər və raport üzrə araşdırılma aparılması şöbənin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, onun hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi ilə bağlı vəkil təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış və götürmə aparılması barədə qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, toz şəkilli maddə olan ağ rəngli sellofana bükülmüş 01 ədəd bükümü, rəngli kağıza bükülmüş bitki kütləsi və deməsinə görə “preqbalin” adlandırdığı 2 ədəd tablet olan dərmanı, özünə məxsus “Samsung” markalı mobil telefonu təhqiqatçıya təqdim edərək, həmin maddələri Suraxanı rayonu ərazisində adını bilmədiyi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 60 manata aldığını, heç vaxtı narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, narkotiki və psixotrop maddəni öz təlabatını ödəmək üçün aldığını, perqabalini isə ağrıları olanda qəbul etmək üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş o, üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış davam etdirilsə də ondan heç bir qanunsuz əşya aşkar edilməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin bükümlər və telefon protokola daxil edilərək götürüldüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan maddələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bütün görülmüş hərəkətlər sənədləşdirilərək protokol tərtib olunaraq, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ərazidə xidmət aparan zaman özünü şübhəli apardığı üçün saxlanılmış, əvvəlcədən sonuncunun narkotik vasitələrin istifadəsi, alışı və ya satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən tək olmuş, yanında başqa şəxslər olmamış, saxlanılan zaman üzərində olan narkotik vasitələrin başqa şəxsə məxsus olması, həmin şəxsin o, saxlanılmamışdan biraz öncə ərazidən uzaqlaşması barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, maddi vəziyyəti ilə bağlı boş vaxtlarında özünə məxsus “Xəzər” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 01 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək taksi kimi onu Suraxanı rayonuna mərkəzi dairənin yaxınlığına dəvət etmiş və onunla Şükür adlı şəxsi Nərimanov rayonu, Atatürk prospektinə aparmağı xahiş etmişdir. O, sifarişi qəbul etmiş və həmin yerə getmişdir. Həmin yerdə Təbriz və Şükür adlı şəxsi götürərək Nərimanov rayonu, Atatürk prospekti 4 ünvanına gətirmiş, orada Şükür bildirmişdir ki, evdə beş dəqiqəlik işi var, daha sonra onu biraz irəliyə qədər aparar. O, Şükürlə razılaşmış və Təbrizlə birlikdə Şükürü gözləmişlər. Həmin vaxt onun taksi fəaliyyəti ilə məşğul olduğu mobil tədbiqə başqa sifariş gəldiyi üçün fikri mobil tədbiqdə olmuş, Şükür avtomobildən düşərkən Təbrizlə hansı söhbətləri etdiklərinə diqqət etməmişdir. Şükür getdikdən biraz sonra Təbriz avtomobildən düşərək bir qədər gəzmiş, bu zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Polis əməkdaşları onları sorğu sual etmiş, daha sonra onun avtomobilinə baxış keçirmişlər. Bundan sonra polis əməkdaşları onu və Təbrizi 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 16-cı Polis Şöbəsinə getmişlər. O, təxminən bir gün yarım Polis Şöbəsində qalmış, daha sonra isə azad edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin dekabr ayında aliment borcuna görə həbs olunmuş və Binəqədi rayonunda yerləşən İnzibati Həbs olunanların Saxlama Məntəqəsində saxlanılmışdır. Həmin zaman Təbriz və Şükürlə tanış olmuşdur. 01 yanvar 2024-cü ildə Suraxanı rayonu ərazisindən Təbriz və Şükür öz şəxsi avtomobili ilə götürən zaman sonuncuların üzərində hər hansı narkotik vasitələr və ya psixotrop maddələr olmasından xəbərsiz olmuşdur. Ümumiyyətlə Təbriz və Şükür ona narkotik vasitələr barədə heç bir söz deməmiş, yolda isə sadəcə birlikdə keçirdikləri günlər barəsində danışmışlar. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və ya satışı ilə məşğul olmamışdır. Təbriz onun yanında olarkən ona narkotik vasitələrin istifadəsi və ya satışı barədə hər hansı təklif etməmiş, sonuncu onun yanında narkotik vasitələr barədə hər hansı ifadə işlətməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 109-112-ci vərəqələrində olan şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili X3 istintaqa verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 02 yanvar 2024-cü il tarixdə, saat 00:15 radələrində həmin şöbənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidməti gəzintidə olan zaman ünvan 5 ünvanın qarşısından keçərkən əvvəllər tanımadığı bir nəfər şəxsin yolun kənarında dayanmış “Xəzər” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildən bir qədər kənarda sağa sola baxaraq şübhəli hərəkət etməsi onların diqqətini cəlb etmiş və onlar həmin şəxsin kimliyini yoxlamaq məqsədi ilə sonuncuya yaxınlaşaraq özlərini ona təqdim edərək, onun kimliyi ilə bağlı maraqlandıqda, həmin şəxs verilən suallardan yayınmağa və onlardan kənarlaşaraq getmək istəmişdir. Sonra onlar həmin şəxsi saxlamışlar, sonuncunun rabitəsiz danışığından narkotik vasitə təsiri altında olması və üzərində narkotik vasitə olması ehtimalı onlarda əsaslı şübhələr yaratmış və həmin yerdə şərait, kənar şəxslər olduğundan onun üzərinə baxış keçirilməsi mümkün olmadığından həmin şəxsə birlikdə polis şöbəsinə getməsini bildirmişlər. Həmin şəxs sorğu sual zamanı taksidən düşüb Gənclik tərəfə getməsini bildirmişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs onlarla getməsinə heç bir etirazının olmadığını bildirmiş və birlikdə Nərimanov rayon polis idarəsinin 16-ci polis şöbəsinə getmişlər. Polis şöbəsində həmin şəxsin şöbəyə gətirilməsinə dair raportla rəhbərliyə məruzə etmişlər və raport üzrə araşdırılma aparılması şöbənin təhqiqatçısı Elvin Cəfərova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, onun hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi ilə bağlı vəkil təyin olunmuşdur. Daha sonra ona müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi-axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, toz şəkilli maddə olan ağ rəngli sellofana bükülmüş 01 ədəd bükümü, rəngli kağıza bükülmüş bitki kütləsi və deməsinə görə “preqabalin” adlandırdığı 2 ədəd tablet olan dərmanı, özünə məxsus “Samsung” markalı mobil telefonu təhqiqatçıya təqdim edərək, o, həmin maddələrin hamısını Bakı şəhəri, Suraxanı rayonu ərazisində adını bilmədiyi üzdən tanıdığı, təxminən 30 yaşlarında olan, orta boylu, qarayanız sifətli şəxsdən öz istifadəsi üçün 60 manata aldığını, heç vaxtı narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, narkotiki və psixotrop maddəni öz təlabatını ödəmək üçün aldığını, perqabalini isə ağrıları olanda qəbul etmək üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra ondan üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş o, üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Daha sonra şəxsi - axtarış davam etdirilsə də ondan heç bir qanunsuz əşya aşkar edilməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin bükümlər və telefon protokola daxil edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan maddələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bütün görülmüş hərəkətlər sənədləşdirilərək protokol tərtib olunaraq ucadan oxunulmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Cinayət işinin 19-20-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı X13 Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələbinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:15 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 00:35 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə baş ə/müvəkkili Şahid1, ə/müvəkkili Qənbərli Ramin oğlunun və vəkil X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, toz şəkilli maddə olan ağ rəngli sellofana bükülmüş 01 ədəd bükümü, ağ rəngli kağıza bükülmüş bərk formalı bitki mənşəli bükümü, 2 ədəd “Preqabalin” dərman və “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə psixotrop maddə hesab olunan “metafetamin” adı ilə tanınan şüşədir, digər bərk bitki kütləsi isə narkotik vasitə marixuanadır, 2 tablet dərman isə preqabalindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələrin hamısını xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 60 manata almışdır. Həmin narkotik vasitəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/08-7/05 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs imza C. Təbriz...” yazıları və imzalar olan zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,250 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs imza C. Təbriz...” yazıları və imzalar olan zərfdə bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,824 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs imza C. Təbriz...” yazıları və imzalar olan zərfdə üzərində “Прегабалин” yazılan bir ədəd konvalyut kəsiyində ümumi sayı 2 ədəd olan kapsul güclü təsir edən maddə-preqabalin olub, üzərlərində “P300” yazısı həkk olunmuş kapsulun tərkibində preqabalin təsir maddəsinin ümumi miqdarı 0,6 qramdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X7 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 25 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatşısı Elvin Cəfərov tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarışla bağlı DVD - diskinə köçürülmüş görüntülərə baxış keçirmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olundu. Baxış zamanı video görüntülərdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsinə dair qərarla tanış edildiyi və bundan sonra 16-cı PŞ-də ona yəni, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü təqdim etməsi təklif olunduğu, Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə baş ə/müvəkkili Şahid1, ə/müvəkkili Qənbərli Ramin oğlunun və 25 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın başlanıldığı müşahidə edildi. Daha sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, toz şəkilli maddə olan ağ rəngli sellofana bükülmüş 01 ədəd bükümü, ağ rəngli kağıza bükülmüş bərk formalı bitki mənşəli bükümü, 2 ədəd "Preqabalin" dərman və "Samsung" markalı mobil telefonu könüllü olaraq təqdim etdiyi əks olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin metafetamin adı ilə tanınan “şüşə” olduğunu, digər kütlənin isə marixuana və 2 tablet dərmanın isə preqabalin adlı dərman olduğunu, həmin maddələri 01 yanvar 2024-cü il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 60 manata aldığını, həmin maddələri əynindəki göy rəngli cins şalvarın sağ yan cibində öz istifadəsi üçün saxladığını bildirdiyi görünür. xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, aşkar olunmuş maddələrin iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq götürüldüyü əks olunmuşdur. Beləliklə də, həmin görüntülərdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi - axtarış zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Baxış prosesi başa çatdıqdan sonra həmin görüntüləri özündə əks etdirən DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin istintaq materiallarına əlavə edildi. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1500 manat cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 113-cü vərəqində olan “Mobil telefona baxış keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X7 Azərbaycan Respublikası CPM-nin 85 və 51-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* saylı cinayət işi üzrə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara ekranlı, arxası qara rəngli, “Samsung” markalı, ***-***-**-** nömrəli mobil telefona baxış keçirmişdir. Mobil telefona keçirilmiş baxışla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon işlək vəziyyətdədir. Mobil telefonda daxil olan və çıxan telefon zənglərinin, habelə mesajlarda istintaq əhəmiyyətli məlumat əldə edilmədi. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 294 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 120-ci vərəqində olan “DVD diskinə köçürülmüş mobil telefon məlumatlarına dair baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X7 Azərbaycan Respublikası CPM-nin 85 və 51-ci maddələrinin tələblərini rəhbər tutaraq ********* saylı cinayət işi üzrə məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs aid ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zəngələrə baxış keçirmişdir. Mobil telefon məlumatlarına aid DVD diskinə baxışla müəyyən edildi ki, həmin məlumatlarda istintaq əhəmiyyəti kəsb edən məlumat yoxdur. Cinayət işinin 125-135-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 02 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 0,250 qram narkotik vasitə olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 0,230 qram narkotik vasitə quruldulmuş marixuananın, təmiz çəkisi 0,824 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 0,774 qram metamfetaminin və 02 ədəd güclü təsir edən maddə - preqabalin kapsul, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - ümumi çəkisi 08 qram preqabalinin maddi sübut kimi tanınması və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə iş materialları, eləcə də maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış götürmə keçirilməsinə dair görüntülərin onun şəxsi - axtarış və götürmə protokolunda qeyd olunanların tam və dolğun olaraq əks etdirildiyini, şəxsi axtarışın və götürmə zamanı qanun pozuntusuna yol verilmədiyi nəzərə alınaraq, həmin 01 ədəd video diskin iş üzrə mühüm əhəmiyyət kəsb edildiyi nəzərə alınmaqla yanaşı sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-198/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ziyafət oğlu barəsində xx.xx.2024-cü il tarixdə 61707/24 nömrəli axtarış işi açılmışdır. Ondan başqa keçirilmiş axtarış tədbirləri nəticəsində və əldə edilmiş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi tutularaq, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs barəsində olan 61707/24 nömrəli axtarış işi xx.xx.2024-cü il tarixdə xitam edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2011-ci i tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1500 manat cərimə Baş Dövlət Xəzinədarlığının hesabına ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(012)-335/2024 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli toz şəkilli kristal formalı şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə hesab edilən metamfetaminin, bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın və bir ədəd konvalyut kəsiyində 02 ədəd üzərində “P-300” yazısı həkk olunmuş kapsulda narkotik və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin aşkar olunduğu, həmin maddələri öz şəxsi istifadəsi üçün aldığını bildirməsi görünür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitələrin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut kimi tanınmış 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin) Təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma əməlinin törədilməsinə dəlalət edir. Həmin hərəkətlərin satış məqsədilə edilməsi isə nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1) Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində və 03 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində onun 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi və daşımasına dəlalət edə biləcək hər hansı məqam mövcud deyil. Əksinə o, həmin ifadələrində də 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə əldə etdiyini bildimişdir (i.v. 48-49, 65-67). Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədinin olmadığın bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ifadəsi yalnız narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma əməlinin törədilməsinə münasibətdə sübut növü kimi qəbul edilə bilər. Həmin ifadələrlə qeyd edilən əməllərin satış məqsədi ilə törədilməsi təsdiq olunmur. 2) şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ekspertiza rəyləri və 01 ədəd DVD disk: Məhkəmə, həmin sübutlara münasibətdə aşağıdakıları qeyd etməyi xüsusilə zəruri hesab edir: Şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 02 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/08-7/05 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli rəyi, şəxsi axtarış və götürmənin aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd disk yalnız təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində daşıması faktına dair təsdiqedici əhəmiyyət daşıyır. Onların təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərin satış niyyəti ilə edilməsinə dair heç bir sübutedici əhəmiyyəti mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahidlərin ifadələri, ekspertiza rəyləri və videogörüntü sübutetmə predmetinə daxil olan bütün halları (Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə satış məqsədini) müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Əksinə proses iştirakçılarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri ilə təkzib olunur. İlk əvvəl məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu, digər 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin və 02 ədəd preqabalin kapsulunun isə Şükür adlı dostuna məxsus olduğunu, həmin narkotik vasitəni, psixotrop maddə metamfetamini və 02 ədəd preqabalin kapsulunu şəxsi istifadələri üçün 01 yanvar 2024-cü il tarixdə dostu Şükür adlı şəxslə birlikdə Bakı şəhəri, Suraxanı rayonunda tanımadığı və adını bilmədiyi şəxsdən aldıqlarını, daha sonra isə birlikdə tanışı Əhəd adlı şəxsin avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Atarürk prospekti 4 ünvanına gəldiklərini, həmin ünvanda Şükür adlı dostunun 01 ədəd bükümdə psixotrop maddə metamfetamini və 02 ədəd preqabalin kapsulunu ona saxlaması üçün verərək, qısa müddətə evə gedib gələcəyini bildirərək avtomobildən düşüb evə getdiyini, onun isə avtomobilin yanında Şükürü gözlədiyini, bu zaman polis əməkdaşlarının ona və Əhəd adlı taksi sürücüsünə yaxınlaşaraq onları Polis Şöbəsinə dəvət etdiklərini bildirsə də, məhkəmə iclasında dindirilən Şahid1 əvvəlcədən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, alışı və ya satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmadığını, digər polis əməkdaşı ilə birlikdə ərazidə xidmət aparan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığını müşahidə ediklərini, buna görə də sonuncunu saxladıqlarını, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olduğunu, ətrafda hər hansı şəxsin olmadığını bildirmişdir. Bundan başqa, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsindən də müəyyən olunur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Halbuki, məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində 01 yanvar 2024-cü ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisindən Təbriz və Şükür adlı şəxsləri öz şəxsi avtomobili ilə götürərək Bakı şəhəri, Nərimanov rayonu, Atarürk prospekti 4 ünvanına gətirdiyini, Şükür adlı şəxsin evdə qısa müddətlik işinin olduğunu, buna görə də onu Təbrizlə gözləmələrini xahiş edərək avtomobildən düşərək getdiyini, biraz sonra isə polis əməkdaşlarının onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etdiklərini, Təbrizin onun yanında olarkən ona narkotik vasitələrin istifadəsi və ya satışı barədə hər hansı təklif etmədiyini, sonuncunun narkotik vasitələr barədə hər hansı ifadə işlətmədiyini bildirmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs və onun yanında olan şahid saxlanılmamışdan əvvəl üç nəfər olduqlarını, saxlanılan zaman isə iki nəfər olduqlarını bildirsələr də, digər şahidlər - Polis əməkdaşları isə təqsirləndirilən şəxsin saxlanılan zaman tək olduğunu qeyd etmişlər. Hətta Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq dəfələrlə Əhəd adlı şəxsi tanımadığını bildirmişdir. Bu məqamda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayan polis əməkdaşlarının bildirdikləri kimi əgər, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdursa, Şahid3 necə və hansı formada cinayət işi üzrə şahid qismində dindirilməsi sual doğurur. Belə ki, Təqsirləndirilən şəxs ilə Şahid3 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələri bir-birini tamamlamaqla, digər şahidlər olan polis əməkdaşlarının verdikləri ifadələri öz mötəbərliyini itirməklə şübhə altına düşür. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə Şahid3 saxlanıldıqları gün yanlarında üçüncü şəxsin, yəni Şükür adlı şəxsin olmasını bildirdikləri və sonuncu iş üzrə əsas şahidlərdən biri olduğu halda, ibtidai istintaq orqanı tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyən edilərək şahid qismində dinirilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl hansı şübhəli davranışları sərgiləməsi, əhatəsində kimlərin olması, həmin şəxslərlə xüsusi sövdələşmə edib etməməsini dəqiqlədirmək üçün ərazinin həmin saatda olan kamera görüntüləri alınmamış, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə 00:00 – 01:00 saat aralığında mobil telefonunun anten dairəsi müəyyən edilməməklə həmin vaxtda yanında və ya paralelində olan şəxslərin dairəsi dəqiqləşdirilməmişdir. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs aşkar edilən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə etməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, satış məqsədinə dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması kimi qənaətə gəlmək üçün narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalı idi. İstintaq orqanı isə bu hallara diqqət yetirmək əvəzinə, əks etdirdiyi məlumatların həqiqiliyi heç nə ilə sübut olunmayan, mənbəyi qeyri-müəyyən olan dəlillərə əsaslanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. - Narkotik vasitənin miqdarı: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananın çəkisi - 0,250 qramdır. - Psixotrop maddənin miqdarı: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisi - 0,824 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. - Bükümlərin sayı: 02 yanvar 2024-cü il tarixdə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. - Təqsirləndirilən şəxs 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı sübut mövcud deyil. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə, həmçinin narkotik vasitə qurudulmuş marixuananının və psixotrop maddə metamfetaminin ayrı-ayrılıqda bir büküm olmasını və həmin bükümlərin miqdarını nəzərə almayaraq onun satış niyyəti ilə narkotik vasitə və psixotrop maddə əldə edib daşıması kimi qiymətləndirmişdir. Obyektiv sübutların məcmusu, xüsusən Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə 24 yanvar 2024-cü il tarixli protokolla, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarını və məlumatlarını əks etdirən "xxxx" MMC-dən əldə edilmiş DVD diskinə köçürülmüş mobil telefon məlumatlarına dair baxış keçirilməsi haqqında 10 fevral 2024-cü il tarixli protokolla cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,250 qram olan narkotik vasitə olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı və təmiz çəkisi 0,824 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitəni və psixotrop maddəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,824 qram təşkil etmişdir ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq olan miqdarda, yəni 0,824 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, həmin psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 yanvar 2024-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması 02 yanvar 2024-cü il tarixdə saat 01:10-da başlamış, 01:30-da qurtarmışdır. 03 yanvar 2024-cü il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin iş materiallarında olan 03 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs qismində dindirilməsi 11:00-da başlamış 12:30-da bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 24 saatdan artıq tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(012)-335/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut olan narkotik vasitə marixuana, psixotrop maddə metamfetamin və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qeyd edir ki, güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsinə dair cinayətlərin istintaqı zamanı sübut mənbəyi ola biləcək maddi obyektlərin, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi üçün zəruri əhəmiyyət kəsb edən istintaq hərəkətidir. Qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində “Прегабалин” yazılan bir ədəd konvalyut kəsiyində ümumi sayı 2 ədəd olan üzərlərində “P300” yazısı həkk olunmuş güclü təsir edən maddə - preqabalin kapsulunu satması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs güclü təsir edən maddə-preqabalin kapsulunu satması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı güclü təsir edən maddə - preqabalin kapsulunu satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə qeyd edir ki, toplanmış bütün sübutlarla (şahidlərin ifadələri, şəxsi axtarış və götürmənin aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd disk, şəxsi axtarış bağlı DVD diskinə köçürülmüş video görüntülərə baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, DVD diskinə köçürülmüş mobil telefon məlumatlarına dair baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 02 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 6/08-7/05 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli rəyi) Təqsirləndirilən şəxs güclü təsir edən maddə - preqabalin kapsulunu satması mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair də ümumiyyətlə sübut mövcud deyil. Məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs güclü təsir edən maddə - preqabalin kapsulunu satması nəticəsinə gəlmiş ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı saat aralığının kamera görüntülərinə baxış keçirilməli, həmin vaxt Təqsirləndirilən şəxs yanında və ya paralelində kənar şəxslərin olub-olmaması dəqiqləşdirilməli, əgər ətrafda kənar şəxslər varsa onların dairəsi müəyyən edilməklə, həmin şəxslərin hansı səbəbdən həmin saatda qeyd olunan ərazidə olmaları araşdırılmalı, preqabalin kapsulunun Şükür adlı şəxsə məxsus olmasına dair Təqsirləndirilən şəxs qeyd etdikləri ətraflı araşdırılmalı, Şükür adlı şəxsin şəxsiyyəti müəyyən edilərək şahid qismində dindirilməli, ümumiyyətlə Təqsirləndirilən şəxs güclü təsir edən maddə - preqabalin kapsulunu satmaq üçün hər hansı şəxs və ya şəxslərlə sövdələşib buna dair müəyyən hərəkətlər edib-etməməsi aydınlaşdırılmalı olduğu halda, bunlar edilməmiş iş üzrə üç nəfər şəxsi dindirməklə kifayətlənmişdir. Beləliklə ibtidai istintaq orqanı tərəfindən sübutetmə prosesinə, yəni sübutların toplanması və qiymətləndirilməsinə dair cinayət-prosessual qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu məlumdur. Göründüyü kimi, iş üzrə əhəmiyyət kəsb edən və əmələ düzgün hüquqi qiymət verilməsi üçün əsas olan məsələlərə dair şübhə doğuran hallar, həmçinin təqdim edilmiş mötəbər sübutlarla aradan qaldırılmayan ziddiyətlər mövcuddur. Belə ki, "xxxx" MMC-dən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs aid ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zəngələrə, həmçinin, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman həmin məlumatlarda istintaq əhəmiyyəti kəsb edən məlumatların olmaması müəyyən olunmuşdur ki, bu hal özü özlüyündə faktlar nöqteyi nəzərindən Təqsirləndirilən şəxs güclü təsir edən maddə - preqabalin kapsulunu satmamasına dəlalət edir. Məhkəmə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda proses iştirakçılarının ifadələri, ekspertiza rəyləri sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarında göstərilir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Qərarın 24-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olubolmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulubtutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyətinin yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranması qənaətinə gəlmişdir. Ali Məhkəmənin Plenum qərarında ortaya qoyulan mövqedən aydın olur ki, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma satış məqsədi ilə törətdikdə və ya yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda CM-in 240.1-ci maddəsi üzrə məsuliyyət mövcud olur. Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyin tələblərinə əsasən qeyd edilən cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət dedikdə, qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməl başa düşülür. Göründüyü kimi, əməlin cinayət sayılması üçün mühüm şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsidir. Digər sözlə şəxsin törətdiyi əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə o, təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası CM-nin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Göründüyü kimi, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Yəni cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayət törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törətməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Bundan əlavə, məhkəmə xüsusilə qeyd edir ki, cinayət-prosessual qanunvericilik növündən və xarakterindən asılı olmayaraq bütün cinayət işləri üzrə mütləq sübuta yetirilməli olan halların dairəsini müəyyən edir (CPM-in 139-cu mad.). Cinayət hadisəsinin baş vermə faktı və hallarının (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halların) iş üzrə toplanmış mötəbər, şəxsin təqsirliliyi barədə qəti nəticəyə gəlməyə imkan verən sübutlarla müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin imperativ tələbidir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 240.1ci maddəsi ilə ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin həmin maddə üzrə cinayət əməlində təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut - güclü təsir edən maddə 01 ədəd preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(012)-335/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,230 qram narkotik vasitə quruldulmuş marixuana, ümumi qalığı 0,774 qram metamfetamin, ümumi qalığı 01 ədəd güclü təsir edən maddə - preqabalin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-198/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-198/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver