Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-198/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.4, 62.1, 308.2, 66.3, 66.4, 70.1-ci maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə, 2 il şərti sınaq müddəti və 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, "xxxx" MMC-nin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışları Şahid1, Şahid2 və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öncədən aralarında olan razılaşmaya əsasən 2024-cü ilin mart ayında qabaqcadan əlbir olduğu Şahid1 Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında yerləşən “Marriott Boulevard" oteldə görüşləri zamanı sonuncunun etibarını qazanmaq və guya nüfuzlu şəxslərlə əlaqəli bir şəxs olduğuna inandırmaq məqsədi ilə yüksək vəzifəli şəxslərlə görüş əsnasında Zərərçəkmiş şəxs işlədiyi müddətdə gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərindən qanunsuz gəlir əldə etməklə barəsində əməliyyat tədbirinin keçiriləcəyinə dair məlumatlı olduqlarını və onlar tərəfindən həmin hadisənin qarşısının alındığını, bunun qarşılığında həmin şəxslərə hörmət etməli olduğunu yalandan bildirməsindən sonra söhbət zamanı Zərərçəkmiş şəxs barəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin isitintaqının aparıldığını Şahid1 vasitəsi ilə öyrənməklə qeyd edilən cinayət işi üzrə köməklik etmək imkanına malik şəxslərlə guya bu barədə danışılıb məlumat veriləcəyini sonuncu vasitəsi ilə bildirib, qabaqcadan əlbir olduğu Şahid1, Şahid2 və Şahid3 ilə aralarında olan razılaşma və plana uyğun olaraq Şahid1 vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb guya vəzifəli şəxslərlə görüşüb bu barədə söhbət etdiklərini, barəsində Neftçala rayon prokurorluğunda istintaqı aparılan cinayət işinə xitam verilməsini təmin edə biləcəklərinə inandırıb, 2024- cü ilin mart ayında qabaqcadan əlbir olduğu Şahid3la birlikdə işlədikləri ünvan 4 ünvanında yerləşən ofisdə görüşləri zamanı nüfuzlu şəxslərin iştirakı ilə məsələnin müsbət həll edilməsi görüntüsü yaratmaq üçün əvvəlcədən qurulmuş plana əsasən qabaqcadan əlbir olduğu Şahid2 guya Daxili İşlər Nazirliyinin Məxfi şöbəsinin polkovnik rütbəli əməkdaşı, özünü isə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə danışıldığını, guya yüksək vəzifədə işləyən tanışına Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, xidmət haqqı olaraq isə 10.000 (on min) manat olmaqla, özü, qabaqcadan əlbir olduğu Şahid1, Şahid2 və Şahid3 üçün ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2024-cü ilin mart ayında ünvan 4 ünvanında Zərərçəkmiş şəxs 30.000 manat pul vəsaitini alıb həmin pul vəsaitini qabaqcan əlbir olduğu Şahid1, Şahid2 və Şahid3 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir. Belə ki, ilkin istintaq zamanı Zərərçəkmiş şəxs vurulmuş 30.000 manat maddi ziyan Şahid1 tərəfindən ödənilmişdir. Həmin pulun 20.000 manat hissəsi ona verilmişdir. O, həmin 20.000 manat pulu Şahid1 qaytarmışdır. 2014-cü ildən "xxxx" MMC və 2016-cı ildən "xxxx" MMC-nin təsisçisi, 2018-ci ildən "xxxx" MMC-nin direktorudur. “RAS Construction Grouo” və "xxxx" MMC əsasən tikinti işləri və istismara yararsız metal tullantılarının alqı-satqısı ilə məşğuldur. "xxxx" MMC isə əsasən tikinti işləri ilə məşğuldur. Şirkətin ofisi ünvan 4 ünvanında yerləşir. Əvvəldən tanıdığı, təxminən bir ildir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şahid3 2024-cü ilin mart ayında ona müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı Neftçala rayon sakininin hüquq mühafizə orqanlarında problemi var. İsmayıl ondan bu məsələdə Zərərçəkmiş şəxs kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, İsmayılla söhbət zamanı İslamın fermer kartlarından subsidiya vəsaitlərinin nağdlaşdırılması ilə bağlı problemi olduğunu, barəsində Neftçala rayon prokurorluğunda cinayət işi istintaq olunduğunu öyrənmiş və məsələni yoluna qoya biləcəyini, bu səbəbdən onunla görüşə gəlməsini demişdir. Ancaq əslində konkret olaraq köməklik edə biləcəyi tanışı olmamışdır. Sadəcə olaraq görüşüb danışmağı, pulu alıb sonra bir yol tapmağı planlaşdırmışdır. Bundan sonra xatırlamadığı tarixdə təxminən mart ayının sonlarında İsmayıl yanına gələrək Zərərçəkmiş şəxs və yanında olan şəxslərin gəldiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs yanında Şahid1 və Şahid2 adlı şəxslərin olduğun öyrəndikdə, yalnız Emin və İslamın otağa daxil olmasını demişdir. Çünki, Şahid2 tanımamışdır Zərərçəkmiş şəxs və Şahid1 yanına gələrək hadisəni danışmışdır. Şahid1 söhbət zamanı İslam fermer kartlarından nağdlaşdırma etdiyinə görə problemi olduğunu, ona görə barəsində cinayət işi başlandığını bildirmişdir. O, həmin şəxsləri inandırmaq üçün və etibar əldə edə bilmək üçün prokurorluq orqanlarında vəzifəli şəxslərlə yaxın əlaqələri olduğunu deyərək kömək edə biləcəyini bildirmişdir. Emin və İslam razılıq verdiyi üçün otaqdan çıxıb çöldə gözləmələrini demişdir. Əsas məqsədi guya kimləsə vəzifəli şəxslə danışacağı görüntüsünü yaratmaq olmuşdur. Amma heç kimlə danışmamışdır. Bir müddət sonra Emin və İslamı otağa dəvət etmiş və Baş Prokurorluqda rəhbər vəzifəli şəxsi ilə danışdığını bildirmişdir. Danışıq zamanı bu işi yoluna qoyaraq cinayət işini xitam etdirəcəyini bildirmiş və bunun müqabilində yuxarıya, yəni rəhbər vəzifəli şəxslərə çatdırmaq üçün 20.000 manat, əlavə olaraq isə özünə də 5.000 manat pul tələb etmişdir. Onun ad çəkməkdə məqsədi sadəcə olaraq həmin şəxsləri inandırmaq olmuşdur. Bundan sonra İslam və Emin otaqdan çıxmışlar. Az sonra Şahid1 İsmayıl ilə birlikdə onun otağına daxil olmuş və Emin cibindən 20.000 manat pulu çıxarıb ona uzatmışdır. O, pulun dərhal gətiriləcəyini gözləməmişdir. Pulu götürüb İsmayıla verib saymasını demişdir. İsmayıl pulu sayıb 20.000 manat olduğunu təsdiqləmiş və o, pulu seyfə qoymuşdur. İslamdan aldığı pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Faktiki olaraq İslamın işinin həll edilməsi üçün heç bir iş görməmişdir. Bu hadisədən sonra bir dəfə Eminin vasitəsilə Şahid2lə görüşmüşdür. Şirin özünü Daxili İşlər Nazirliyinin polkovnik rütbəli vəzifəli şəxsi kimi təqdim etmişdir. Bir müddət sonra Şahid1 onunla əlaqə saxlayıb İslamın pulu geri istədiyini demişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmışdır. Çünki faktiki olaraq həmin pulu xərcləmişdir. Daha sonra ona məlum olmuşdur ki, Şahid1 Şahid2lə razılaşıb Zərərçəkmiş şəxs 20.000 manat yox, 30.000 manat almışlar. Həmin pulu da öz aralarında bölüşdürmüşlər. Həmçinin ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs törətmiş olduğu əməllər barədə məlumat ilk olaraq Şahid2 tərəfindən Şahid3 verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs qanunsuz əməlləri barədə "pdf’ sənədlər Şahid2 tərəfindən Şahid3 göstərilmişdir. Daha sonra isə ilkin olaraq eyni rayondan olduqları üçün Şahid1la görüşmüşlər və söhbət zamanı Eminə Şahid2 təqdim etdiyi "pdf’ sənədləri göstərilmişdir. Beləliklə bunun nəticəsi olaraq sonda Zərərçəkmiş şəxsla danışıb məsələ barədə məlumat verdikdən sonra plan baş tutmuşdur. Sonda isə İsmayıl Şirin və Emini onun yanına gətirmişdir.Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışlar. Hazırda Şahid1, Şahid2, Şahid3 və onun tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Onun tərəfindən dövlət büdcəsinə üç min manat ödəniş edilmişdir. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ildən "xxxx" MMC-də satıcı kimi işləyir. 2023-cü ildən hal-hazıradək Neftçala rayonu ərazisində gübrə satışı ilə məşğul olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə verilən subsidiya kartlarını fermerlər onun yanına gələrək müəyyən miqdarda gübrə aldıqdan sonra kart hesabında qalan gübrəni satmağını onan xahiş etmiş və o, həmin gübrələri sataraq pullarını fermerlərə vermişdir. 2023-cü ilin avqust ayında fermer kartlarından gübrə satışını həyata keçirdiyi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayon Şöbəsində mənim barəmdə araşdırma başlanılmış və toplanmış material hüquqi qiymət verilməsi üçün Neftçala rayon Prokurorluğuna göndərilmişdir. Neftçala rayon prokurorluğunda xx.xx.2024-cü il tarixli qərarla barəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işi başlanılmışdır. 2024-cü ilin mart ayında həmkəndlisi Şahid1 ona zəng edərək bir məsələ ilə əlaqədar görüşmək üçün onu Bakı şəhərinə dəvət etmişdir. Şahid1 ərəb dilini yaxşı bildiyi üçün turzim sahəsində çalışır və əsasən ərəb turistlərlə işləyir. Bu səbəbdən də kifayət qədər maddi imkanı vardır. O, Bakı şəhərinə gəlmiş və Şahid1la sonuncunun dediyi “Mariott Boulevard” oteldə görüşmüşdür. Görüş zamanı Şahid1 başqa heç kəs olmamışdır. Şahid1 ona bir neçə gün əvvəl generallar ilə görüşdüyünü və onun barəsində yaxın günlərdə əməliyyat tədbirinin keçiriləcəyini öyrəndiyini bildirmişdi. O, Şahid1 ciddi insan kimi tanıdığı üçün inanmışdır. Bundan əlavə artıq barəsində cinayət işi istintaq olunduğundan məlumatların üst-üstə düşdüyünü anlamışdır. O, Şahid1 söhbətin necə açıldığınl və məhz onun adının çəkildiyini maraqlanmışdır. Bu zaman Şahid1 bildirmişdir ki, söhbət əsnasında Neftçala rayonundan olan bir şəxslə bağlı tədbir olacağı deyilmiş, Emin ətraflı soruşub onun adını eşitdikdə artıq görüşüb danışmaq qərarına gəlmişdir. Eyni zamanda özünün həmin əməliyyat tədbirini dayandırdığını bildirərək onun generalların haqqını verməli olduğunu söyləmişdir. O, Eminə artıq barəsində Neftçala rayon Prokurorluğunda cinayət işinin başlanıldığını və bu səbəbdən həmin işin nəticəsini gözlədiyini demişdir. Çünki işin nəticəsində maddi ziyan müəyyənləşdiriləcəyini və həmin ziyanı ödəməli olduğunu bilmişdir. Bunları Eminə izah edib kiməsə əlavə pul verməyə maddi imkanının olmadığını demiş və Eminlə sağollaşmışdır. Təxminən 3-4 gün sonra Emin yenidən ona zəng edərək barəsində Neftçala rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə məsələnin həlli üçün köməklik məqsədilə görüşmək istədiyini bildirmişdir. O, bu səbəbdən özü ilə evdə olan bütün pulunu, yəni 35.000 manatı üzərində götürüb Bakıya gəlmişdir və Eminin dediyi kimi “Şərq Bazarı”nın qarşısında sonuncu ilə görüşmüşdür. Eminlə dayanıb bir şəxsi gözləmişdir. Eminin dediyinə görə gözlədikləri şəxsin adı Şirindir və Daxili İşlər Nazirliyinin polkovnikidir. Bir müddət sonra Şirin adlı şəxs gəlmiş və Emin onları tanış etmişdir. Onlar biryerdə “Şərq Bazarı”nın arxasında yerləşən bir binanın 3-cü mərtəbəsinə qalxmışlar. Bu zaman onları sonradan adının İsmayıl olduğunu bildiyi şəxs qarşılamış və onlar ofisə keçmişdir. Ofisdə oturub Rabil adlı şəxsin onları qəbul etməsini gözləmişlər. Bu zaman Eminlə Şirin söhbət etmiş, söhbət zamanı Şirin iclasda olduğunu, rəisinin tapşırığını icra etdiyi üçün və nazirliyin binasının bura uzaq olduğu üçün gec gəldiyini və s. demişdir. Onda artıq tam inam formalaşmışdır ki, bu adam həqiqətən də polis polkovnikidir. 15 dəqiqə gözlədikdən sonra Rabil onları qəbul etmək üçün xəbər göndərmişdir. O, İsmayıl və Eminlə birlikdə Rabilin otağına daxil olmaq üçün içəri keçmişdir. Şirin isə içəri keçməmiş və orada gözləməyə davam etmişdir. Onlar hər üçü Rabilin otağına keçmişdir. O, içəri girəndən sonra məlum olmuşdur ki, Emin əslində Rabillə yaxın deyilmiş. Emin eyni rayondan olduğu üçün İsmayılı tanıyırmış və İsmayılın vasitəsilə Rabilə xəbər göndərərək ona köməlik edilməsini xahiş etmişdir. O, Rabilin danışıqlarından qeyd edilən mənzərini anlamışdır. Guya Rabil keçmiş DTX əməkdaşı olmuşdur. Rabil ona bildirmişdir ki, məsələdən tam xəbərdardır və payını verdiyi halda ona Neftçala rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə köməklik edə bilər. Daha sonra onlara çıxıb çöldə gözləmələrini demişdir. 15 dəqiqə sonra yenə hər üçü otağa qayıtmış və bu zaman Rabil onun barəsində istintaqı aparılan cinayət işinin xitam olunmasına köməklik göstərilməsi üçün Baş prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə danışdığını bildirmişdir. Rabilin deməsinə görə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsinə çatdırılması üçün ona 20.000 manat özünə isə 10.000 manat pul verəcəyi halda heç bir problem qalmayacaq. O, otaqdan çölə çıxaraq Emin ilə məsləhətləşmiş və həmin pulu vermək qərarına gəlmişdir. Bundan sonra o, ofisdən çıxıb Eminlə birlikdə özünə məxsus avtomobilin yanına getmişdir. Hər gün prokurorluqdan fermerləri dəvət edib dindirdikləri üçün bu məsələni həll etmək qərara gəlmişdir. Özünə məxsus olan **-LM-*** dövlət qeydiyyat nişanlı “X6” markalı avtomobildə olan puldan 30.000 manat hissəsini götürərək elə avotomobilin içində Eminə vermişdir. Emin pulu aldıqdan sonra orda gözləməyini bildirərək həmin pulu Rabilə vermək üçün ofisə qayıtmışdır, sonra ona məlumat vermişdir ki, pulu Rabilə vermişdir və yaxın günlərdə cinayət işi xitam olunacaqdır, ğını bildirmişdir. Bundan sonra o, rayona geri qayıtmışdır. Bir müddət keçməsinə baxmayaraq həmin cinayət işi xitam olunmamış və məcbur olaraq dövlətə dəymiş maddi ziyanı ödədikdən sonra Neftçala rayon prokurorluğunda qanuni əsaslarla cinayət işi xitam olunmuşdur. Sonradan isə işin üstü açılmışdır. Belə ki, Emin həmin 30.000 manat pulun 10.000 manat hissəsini Şirinlə öz aralarında bölmüş, 20.000 manat hissəni Rabilə vermişdir. Ona dəymiş 30.000 manat ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi uzun müddətdir ki, tanımışdır. İslam kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan bir şirkətin satıcısı kimi işləmişdir. Bu barədə əvvəldən məlumatı olmuşdur. Amma İslamın fermer kartlarından nağdlaşdırma etməsi və barəsində Neftçala rayon prokurorluğunda araşdırma aparılmasını bilməmişdir. Belə ki, bir müddətdir ki, tanıdığı, tikinti şirkətində işləyən İsmayıl adlı şəxslə söhbət zamanı sonuncu ona həmkəndlisi Zərərçəkmiş şəxs fermer kartlarından külli miqdarda mənimsəmə faktları ilə bağlı problemi olduğunu bildirmiş və ondan İslamı tanıyıb-tanımadığını soruşmuşdur. O, İslamı tanıdığını bildirdikdə İsmayıl İslamla görüşməyi təklif etmişdir. O, İsmayılı Şirin adlı şəxsin vasitəsilə tanımışdır. Deyilənə görə İsmayıl DTX-nin əməkdaşıdır. Şirini isə təxminən 1 ildir ki, ortaq tanışlarının hesabına tanımış və Şirin özünü Daxili İşlər Nazirliyinin polkovniki kimi təqdim etmişdir. O, İslamla əlaqə saxlayıb Bakıya dəvət etmişdir. 2024-cü ilin mart ayında İslamla "Abşeron Marriott" otelində görüşmüş və İslama vəziyyəti başa salmışdır. İslama həqiqətən də gübrə ilə əlaqədar əməllərinə görə generallarla söhbət zamanı barəsində əməliyyat tədbiri olacağını və danışaraq bunun qarşısını aldığını demişdir. Elə həmin vaxt İslam bildirmişdir ki, həqiqətən də artıq barəsində Neftçala rayon prokurorluğunda cinayət işi başlanılmışdır və istintaq gedir. Təxminən 3-4 gün sonra İslama zəng edərək görüşmək üçün Bakıya çağıbmışdır. Şərq Bazarının qarşısında olarkən İsmayıl gəlib onu, İslamı və Şirini Şərq bazarı yaxınlığında biznes plazanın 3-cü mərtəbəsində Rabilin tikinti şirkətinin ofisinə aparmışdır. Şirin və İsmayıl İslamla tanış olmuşlar. İsmayıl ofisə qalxdıqda bildirmişdir ki, bu məsələləri Rabil müəllim həll edəcək və sonuncunun qəbuluna girməlidirlər. Bir müddət gözlədikdən sonra İslam və İsmayılla birlikdə həmin ofisdə Rabilin otağına keçmişdir. Şirin isə çöldə gözləmişdir. Orada İslam və İsmayıl ilə birlikdə Rabillə görüşmüşdür. İslam barəsində Neftçala rayon prokurorluğunda aparılan araşdırma barədə danışmışdır. Rabil Baş Prokurorluqda rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olduğunu bildirərək birbaşa özünün bu işi həll edəcəyini, İslamın barəsində olan cinayət işini xitam etdirəcəyini bildirmiş və bunun müqabilində 20.000 manat pul tələb etmişdir. Həmin pulu Baş Prokurorun müavininə verərək işi həll edəcəyini demişdir. Bundan sonra otaqdan çıxıb Şirinlə danışmış və Rabilin tələb etdiyi 20.000 manatdan əlavə, İslamdan 10.000 manat da almaq qərarına gəlmişlər. Bundan sonra İslamla danışıb izah etmişdir ki, Rabil 20.000 manatın hamısını işi həll etməyə verəcək, ancaq özlərinə də əlavə 10.000 manat istəyirlər. Sonra İslamla birlikdə ofisdən çıxıb İslamın avtomobilinə əyləşmişlər. Orada İslam ona 30.000 manat pul vermiş və özü maşında qalmışdır. O, yenidən ofisə daxil olaraq 20.000 manat pulu Rabilə vermişdir. İsmayıl da həmin zaman otaqda olmuşdur. İsmayıl pulu sayıb Rabilə vermiş və sonuncu pulu otaqda şkafa qoymuşdur. Bundan sonra əlavə götürdüyü 10.000 manatın 5.000 manatını Şirinə vermiş, qalanını isə özünə götürmüşdür. Hazırda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Onun tərəfindən dövlət büdcəsinə iki min manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmiş və 2016-cı ildə öz ərizəsi ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə tanımışdır. Şahid1la isə ortaq tanışları vasitəsilə bir müddət idi ki, münasibəti yaranmışdır. Eyni zamanda İsmayıl adlı şəxsi tikinti işləri ilə məşğul olan şəxs kimi tanımışdır. Bundan əlavə İsmayıl əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmişdir. Belə ki, 2024-cü ilin mal ayında İsmayıl Şahid1la görüş zamanı İsmayıl Eminə müraciət edərək Neftçala rayonundan olan Zərərçəkmiş şəxs adlı şəxsi tanıyıb-tanımamasını soruşmuş, Şahid1 tanıdığını bildirdikdə, İsmayıl Neftçala rayonundan olan Zərərçəkmiş şəxs adlı şəxsin fermer kartlarından nağdlaşdırma etməsi ilə əlaqədar problemləri olduğunu bildirmişdir. İsmayıl Eminə əgər İslam ona yaxındırsa köməklik etmək imkanları olduğunu demişdir. Emin İsmayılın sözünə görə İslamı Bakıya çağıraraq görüşüb danışmışdır. Bir müddət sonra Şahid1 ona müraciət edərək İslam və İsmayılla görüşüb məsələni həll etmək istədiyini, həmçinin həmin görüşdə onun da iştirak etməyini istədiyini bildirmişdir. O, bu səbəbdən “Şərq Bazarı"nın qarşısında İsmayıl, Emin və İslamla görüşüb yaxınlıqdakı İsmayılın işlədiyi ofisə getmişlər. Bu zaman məlum olmuşdur ki, əslində məsələni Rabil adlı şəxs həll edəcəkdir və bu səbəbdən də Rabilin qəbuluna girmək üçün gözləməlidirlər. İsmayıl Rabili prokurorluq əməkdaşı kimi təqdim etmişdir. Daha sonra Rabil zəng edərək yanına gələ biləcəklərini bildirsə də, onun içəri keçməsinə icazə verməmişdir. Odur ki, içəri ancaq İslam və Emin İsmayılla birlikdə keçmişdir. Bu səbəbdən onlar gözləmişdir. İslam və Emin bir müddət sonra içəridən çıxmış və Emin görüş barədə ona məlumat vermişdir. Dediyinə görə İslam görüş zamanı fermer kartlarından nağdlaşdırma məsələsiylə bağlı barəsində Neftçala rayon prokurorluğunda araşdırma aparıldığını bildirmiş, Rabil isə bu məsələnin Baş prokurorun İ müavini vasitəsilə həll edə biləcəyini deyərək 20.000 manat tələb etmişdir. Daha sonra İslam və Eminlə birlikdə ofisdən çıxıb aşağı düşmüşdür. Emin İslamla sonuncunun avtomobilinə yaxınlaşmış və biraz sonra geri qayıtmışdır. Emin Rabilin istədiyi 20.000 manat pulu vermək üçün yuxarı qalxacağını və onun da birlikdə qalxmasını istədiyini bildirmişdir. O, münasibəti xatirinə bundan imtina etməmiş və Eminlə birlikdə yuxarı qalxmışdır. Lakin Rabil onu yenə içəri buraxmamış, Emin İsmayılla içəri girib pulu verərək geri qayıtmışdır. Bundan sonra Rabil dəfələrlə onlara yalan vədlər verərək guya işi həll etdiyini bildirsə də, sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Neftçala rayon prokurorluğunda olan işi öz həllini tapmamışdır. Həmçinin Şahid1 bildirdiyi kimi bu məsələ ilə əlaqədar sonuncudan 5000 manat pul almamışdır. İslam bu səbəbdən məcbur qalaraq qanunla müəyyən edilmiş qaydada dəymiş zərəri və müvafiq cərimə ödənişi edib barəsində istintaq olunmuş cinayət işinə xitam verilməsinə nail olmuşdur. Qeyd olunan hadisə ilə əlaqədar Şahid1 tərəfindən ona heç bir halda pul vəsaiti verilməmişdir. Ancaq Şahid1 ona vəd vermişdir ki, məsələ müsbət formada həll edilərsə ona da pul verəcəkdir. Şahid3 Təqsirləndirilən şəxs ona prokurorluq əməkdaşı kimi təqdim etməsinə baxmayaraq sonuncunun özəl şirkətə məxsus ofisdə oturduğunu gördükdə onda şübhə yaranmışdır. Lakin İsmayıl bildirmişdir ki, guya Rabil xüsusi olaraq burada yerləşdirilib və sonuncu ancaq bu tip xüsusi problemli məsələləri həll edir. İsmayıl Rabili elə təqdim etmişdi ki, guya Rabilin qəbuluna gələn insanlar saatlarla onu gözləyir, bir çox hallarda isə ümumiyyətlə qəbula girə bilmirlər. O, Rabili əvvəllər tanımamışdır. Həmçinin əvvəlcədən heç bir danışığı olmamışdır. Ancaq hadisədən sonra 2024-cü ilin avqust ayında İslamın pulunu geri almaq üçün Eminlə birlikdə görüşərkən Rabili görmüşdür. Budan başqa o, Zərərçəkmiş şəxs bildirdiyi kimi qeyd olunan görüşdə özünü DİN-nin polkovniki kimi təqdim etməmiş, iclasda olmağı səbəbindən və rəisin tapşırığını icra etməsi və nazirliyin binasının “Şərq Bazan”na uzaq olması səbəbindən gec gəlməsi kimi ifadələr işlətməmişdir. Şahid1 özü onu bu formada təqdim etmişdir. O da İslamın yanında artıq Eminə heç nə deyə bilməmişdir. Hazırda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Onun tərəfindən dövlət büdcəsinə iki min manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər keçmiş adı ilə MTN-də çalışmışdır. 29 dekabr 2023-cü il tarixdən "xxxx" MMC-də direktcr vəzifəsində işləyir. Belə ki, həmin ərəfədə ümumi tanış vasitəsilə “RAS Construction Group" MMC-nin təsisçisi Təqsirləndirilən şəxsla tanış olmuşdur. Rabil şirkətə direktor axtardığını bildirib ona maaşla həmin vəzifəni təklif etmiş və o da razılaşmışdır. 2024-cü ilin fevral ayında Şahid2 də iştirakı həyata keçirilmiş indi adını dəqiq xatırlamadığı Rəfail və ya Ramazan adlı şəxslə görüş zamanı Zərərçəkmiş şəxs gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərini nağdlaşdırılması ilə bağlı problemləri olduğunu eşitmişdir. Rəfailin hazırda anket məlumatlarını xatırlamır və əlaqə vasitəsi qalmamışdır. Bundan bir müddət sonra Rəfail adlı şəxslə öz işi ilə əlaqədar münasibətləri pozulmuşdur. Daha sonra Zərərçəkmiş şəxs qanunsuz əməlləri barədə “pdf’ sənədləri Şahid2 ona təqdim etmişdir. 2024-cü ilin mart ayında Neftçala rayonundan olan tanıdığı Hacı Şahid1la görüşmüşdür. Söhbət zamanı Eminə Rəfailin danışdığı məsələ barədə demiş və Şahid2 təqdim etdiyi “pdf’ sənədləri Eminə göstərmişdir. Ancaq hər hansı köməklik etmək və ya buna oxşar təklif etməmişdir. Sadəcə informasiya vermiş yəni İslam adlı şəxslə bağlı problem olacağını demişdir. Emin İslamı tanıdığını və sonuncu ilə görüşərək danışacağını demişdir. Həmin görüşdə Eminlə onu tanış edən Şirin adlı şəxs də iştirak etmişdir. Şirini isə yenə ortaq tanışlar vasitəsilə uzun müddətdir ki, keçmiş polis işçisi kimi tanımışdır. Şirin özünü keçmiş polis işçisi kimi təqdim etmişdir. Emin bir neçə gün sonra onunla əlaqə saxlayaraq həqiqətən də İslamın barəsində Neftçala rayon prokurorluğunda cinayət işi başlandığını və köməklik edilməsini xahiş etmişdir. Onun Rəfail adlı şəxslə artıq əlaqəsi qalmadığından Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Belə ki, rəhbəri Təqsirləndirilən şəxs vəzifəli şəxslərlə əlaqəli bir insan kimi tanıdığı üçün bu barədə Təqsirləndirilən şəxsla danışmışdır. Rabil isə problemi olan şəxslər kimlərdisə onları qəbul edib köməklik edə biləcəyini demişdir Bundan sonra Eminə məlumat vermişdir. Eminlə danışıqlarına əsasən özü İslamla görüşərək danışıb və sonradan birlikdə onun iş yerinə Qarabağ küçəsi 22 ünvanında yerləşən ofisə gəlmişlər. İslam və Eminin yanında Şahid2 də olmuşdur. Görüş zamanı əvvəlcə onun otağında əyləşib söhbət etmşlər. İslam fermer kartlarından pul nağdlaşdırlmalarına görə barəsində Neftçala rayon prokurorluğuna cinayət işi istintaq olunduğunu bildirmişdir. X5 “polkovnik Şirin müəllim” deyə müraciət etmişdir. O, müdiri Rabil müəllimin vəzifəli şəxslərlə əlaqələrinin geniş olduğunu, İslama kömək edə biləcəyini, bu işi yoluna qoya biləcəyini, bu səbəbdən də bu barədə Rabillə danışmalarını demişdir. Rabil otağa konkret olaraq məsələyə aidiyyəti olan şəxslərin, yəni Emin və İslamın gəlməsini, digərlərinin gözləməsini, onların bu söhbətdə iştirak etməməsini demişdir. O, İslam və Emini Rabilin otağına çağırmışdır. Bundan sonra Emin və İslam eyni məsələni Rabilə danışmışlar, Rabil yüksək vəzifəli şəxslərlə yaxşı əlaqələrinin olmasını, geniş dairəsinin olduğunu bildirərək rayon prokurorluğunda olan həmin cinayət işini 20.000 manat müqabilində bağlayaraq İslamın işini yoluna qoya biləcəyini demişdir. Bundan sonra İslam və Emin bayıra çıxmışlar. Az müddətdən sonra Emin tək yenidən qayıtmış və onlar birlikdə Rabilin otağına keçmişlər. Emin otaqda cibindən pul çıxarıb Rabilə uzatmış, Rabil isə pulu saymağını bildirmişdir. O, pulu sayıb 20.000 manat olduğunu bildirmişdir. Bundan sonra Rabil həmin pulu ondan götürüb otaqdakı seyfə qoymuşdur və Emin çıxıb getmişdir. Lakin, aradan xeyli müddət keçsə də. iş həllini tapmamış, Emin dəfələrlə Rabilin yanına gəlib söhbət etmişdir. Hətta ilk görüşdən sonra Rabil və Eminin öz münasibətləri yaxşı olmiş və özləri ondan xəbərsiz dəfələrlə görüşüb danışmışlar. Nəticədə İslamın işi həll olunmamış, Rabil isə pulu qaytarmamışdır. O, özü də Rabildən bu barədə soruşduqda dəqiq bir cavab verməmişdir. Rabil 20.000 manatdan heç bir pul verməmişdir. Ö, Təqsirləndirilən şəxs prokurorluq əməkdaşı kimi təqdim etməmiş və Təqsirləndirilən şəxs xüsusi olaraq burada yerləşdirilərək bu tip problemli məsələləri həll etdiyini bildirməmişdir. O, Rabilin prokurorluqla, eləcə də digər dövlət orqanları ilə güclü əlaqələri olduğunu demişdir. O. adını demək istəmədiyi bir neçə millət vəkilinin Təqsirləndirilən şəxs yanına gəlib-getdiyini görmüş, həmçinin bir neçə dəfə Rabil yanına girib-çıxan şəxslər barədə cna müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları olmasını bildirmişdir. Onun Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tələb etdiyi 20.000 manatdan əlavə daha 10.000 manat alınmasından məlumatı olmamışdır. Yalnız İslam adlı şəxs aidiyyəti üzrə şikayət etdikdən sonra bu barədə eşitmişdir. Söhbət zamanı Emin həmin pulu Şirinlə bölüşdüyünü bildirmiş, Şirin isə pul aldığını boynuna almamışdır. Hazırda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Onun tərəfindən dövlət büdcəsinə iki min manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “CD” diskə baxış keçirilməsi barədə 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, səs yazılarının əksər hissəsi Şahid1 tərəfindən Zərərçəkmiş şəxs göndərilmişdir. Səs yazılarında Şahid1 Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda pulu qaytaracağına dair vədlər verməsi qeydə alınmışdır. Həmin səs yazılarında Şahid1 dediyi ifadələrdən bir neçəsi aşağıdakı məzmundadır: - Bu gün Rabillə danışdım dedi ki, bu barədə qəti narahat olmasın. Səs yazısını qulaq asmamış bir başa göndərirəm o tərəfə. Sabah prokurorluqda olacam yəqin ki 1-2 günə həll olacaq islamın məsələsi. - Salam İslam necəsən? Sən sabah gələcəksən? Çünki Şirin müəllim deyirdi ki, İslam 5-ci və ya 6-cı gün gələcək. Demirəm indi üstündə olan gətir ver, denən üstümdə yoxdu, gəl bu adamın nomresini, al, - Bunlardan pulu geri alsaq bizdən narazı düşəcəklər sonra əlavə problem açarlar. Şirin müəllim dedi ki, özü danışıb onunla və Rabil müəllimə deyib ki, məsələni həll eləsin. - İslam bir şey var da Allaha and olsun bunlar istəsəydilər mənim sözümə qulaq asmazdılar sənə böyük ziyanlıq eliyərdilər. - İslam narahat olma mən Rabillə danışdım, dedi sabah edəcəm ora hər dəqiqə maraqlana bilmirəm. Sonra İslama problem yaradarlar. İslama denən heç bir problem olmayacaq. Biz cavabdehik ki, İslama problem yaranmasın, İslamı tutmasınlar. - Rabil müəllim dedi ki, indi çıxdım ordan, ayın 25-nə qədər İslamın işi yekunlaşacaq ve xitam veriləcək, hansısa çətinliyi olsa məlumat versin. - Bu gün lap meni bezdirib, saat 1-də özüm yığacam ki, pulu gəlib haradan götür. Sonra dedi saat 4-də götür, sen yaxşılıq bilmedin. Allah onun belasını versin. İslam təsəvvür edirsən dedi saat 3-də məsələni həll edir. Gəlib durmuşam burda hardan ki, lizinqlə pul götürüb. Yığıb Şirin müəllimə ki, mənim orda hörmətim var Hacıya denən orda durmasın. - Allaha and olsun İslam nətər yığılmışam boğaza bundan yanıram. Bu gun də verməsə Şirin müəllimə demişəm prokurorluğa da şikayət eliyək. - Mən də birbaşa generala məruzə elədim, dedim lazımdırsa ərizə yazaq. Dedi ki, nə ərizə onun götünü dağıdacam. Sən istədin xoşluqla olsun, görürsən ki olmur pox yeyir. - Salam İslam necəsən, ne var ne yox, Şirin müəllimlə yoxlamaya getmişik qayıdan kimi görüşəcəyik pul hazırdı. Şahid1 məxsus qalan səs yazıları təkrar məzmunlu olduğu üçün ayrıca qeyd edilməsinə zərurət görülmədi. Bundan başqa Təqsirləndirilən şəxs məxsus səs yazıları da mövcuddur. Həmin səs yazıları aşağıdakı məzmundadır: - Hacı salam, nəfərsən, nə var nə yox? Hacı narahat olma 2-ci günə qədər vaxt ver, var-yoxunu sikim o pul səndədi. Amma kişi deyilsen bu səsi kiməsə atsan, səsimi heçkimə göndərmə. - Hacı salam, necəsən? Mənə İslama görə verdiyin pulu 2-ci gün mən qaytaracam. 2ci gün kişi deyil öz payına deyən saat 5-6 ya kimi maksimum səndədi pul. “Bakcell" MMC-dən daxil olmuş kompakt diskə baxış keçirilməsi barədə 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, "Mushteri zenglerinin detallashmasi_MSİSDN_552605406” adlı faylda Şahid3 məxsus ***-***-**-** telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı vardır. Həmin siyahıdan görünür ki, Şahid3 məxsus ***-***-**-** və Şahid2 məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 105 dəfə, Təqsirləndirilən şəxs məxsus 050-288- 80-86 telefon nömrəsi arasında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 2 dəfə, ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 5 dəfə qarşılıqlı telefon zəngləri icra edilmişdir. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_555566220” adlı faylda Şahid2 məxsus ***-***-**-** telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı vardır. Həmin siyahıdan görünür ki, Şahid2 məxsus ***-***-**-** və Şahid1 məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 13 dəfə, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 3 dəfə, ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 61 dəfə, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 20 dəfə qarşılıqlı telefon zəngləri icra edilmişdir. “SMS detallashmasi_MSİSDN_555566220” adlı faylda Şahid2 məxsus ***-***- **-** telefon nömrəsinə daxil olan və çıxan smslərin siyahısı vardır. Həmin siyahıdan görünür ki, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən ***- ***-**-** nömrəsinə xx.xx.2024- ci il tarixdə saat 17:49:25-də “Vacibdir tecili yig”, xx.xx.2024-ci il tarixdə saat 21:10:15-də “İsmayil bir yerdeyem Nomre meselesini dedim Dedim menide Haci kimi etdi” məzmununda smslər göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş kompakt diskə baxış keçirilməsi barədə 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, “**********80.txt” adlı faylda Şahid1 məxsus ***-***- **-** telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı vardır. Həmin siyahıdan görünür ki, Şahid1 məxsus ***-***-**-** və Şahid2 məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 13 dəfə, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə, ayrı-ayrı müddətlərdə 3 dəfə qarşılıqlı telefon zəngləri icra edilmişdir. Azərbaycan Resublikası DİN-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.4, 62.1, 308.2, 66.3, 66.4, 70.1-ci maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə, 2 il şərti sınaq müddət və 2 il müddətində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. “Qətimkan tədbirinin seçilməsi” haqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş ərizzədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 20.000 (iyirmi min) manat pul vəsaiti ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.İşə xitam veriləsini xahiş etmişdir. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 9000 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla və törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Cinayət işi üzrə maddi sübut- 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Cinayət işi üzrə maddi sübut- 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-198/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-198/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver