Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-199/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan “Roza” və “Toma” adlı qadınlara özünün guya “xxxxxxx” X1 rəsmi satış dilleri olduğunu, “xxxxxxx” MMC-yə aid müxtəlif mobil nömrələrin satışını həyata keçirməklə müştəri tapdıqları halda onların fəaliyyətlərini satılan hər mobil nömrəyə görə 10 manat pul verməklə qiymətləndirəcəyini və gələcəkdə onları “xxxxxxx” MMC-də satış üzrə işə götürəcəyini yalandan bildirib onları özünə inandırmaqla “Roza” və “Toma” adlı qadınları “xxxxxxxx” MMC-nin abunəçilərinə zəng edib özlərini “xxxxxxx” MMC-nin satış mərkəzinin işçiləri kimi təqdim etmək və həmin abunəçilərə istifadələrində olan prefiksi “050” ilə başlayan “xxxxxxxx” MMC-yə aid mobil nömrələrin “xxxxxxx” MMC-yə aid prefiksi “055” ilə başlayan eyni nömrələrinin satışda olmasını bildirməklə müştəri tapmaları barədə təlimatlandırmış, bundan sonra onun cinayətkar niyyətindən xəbərsiz olan “Roza” və yaxud “Toma” adlı qadınlardan biri xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs əvvəldən xidməti istitadə adı ilə təqdim etdiyi +**********53 mobil nömrədən “xxxxxxxx” MMC-yə aid +**********72 mobil nömrənin istifadəçisi Zərərçəkmiş şəxs3 zəng edərək özünü “xxxxxxx” MMC-nin satış mərkəzinin işçisi kimi təqdim edib satışda həmin abunəçinin işlətdiyi mobil nömrənin “xxxxxxx” MMC-yə aid prefiksi (055) ilə başlayan +**********72 kombinasiyalı nömrəsinin olduğunu bildirib nömrəni almağı təklif etmiş, telefon danışığında edilmiş bu təklifin həqiqiliyinə inanan Zərərçəkmiş şəxs3 təklif olunan mobil nömrəni sifariş etdikdən sonra Təqsirləndirilən şəxs cinayətkar niyyətini bilavasitə həyata keçirmək məqsədi ilə özü şəxsən istifadəsində olan +**********02 mobil nömrəsindən Zərərçəkmiş şəxs3 zəng edib onunla əlaqə saxlayaraq həmin nömrəni 600 manata almağı təklif etməklə sonuncunu razılığa gətirdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 faktiki olduğu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 139 ünvanında yerləşən “917” adlı avtoyuma məntəqəsinin qarşısına ona çaldırılması üçün taksi fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsi ilə “xxxxxxx” MMC-yə aid bir ədəd işlək vəziyyətdə olmayan nömrə kartını +**********72 nömrə kartı adı ilə göndərərək 600 manata satıb Şahid1 vasitəsi ilə həmin məbləğdə pulu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan “Roza” və “Toma” adlı qadınlara özünün guya “xxxxxxx” X1 rəsmi satış dilleri olduğunu, “xxxxxxx” MMC-yə aid müxtəlif mobil nömrələrin satışını həyata keçirməklə müştəri tapdıqları halda onların fəaliyyətlərini satılan hər mobil nömrəyə görə 10 manat pul verməklə qiymətləndirəcəyini və gələcəkdə onları “xxxxxxx” MMC-də satış üzrə işə götürəcəyini yalandan bildirib onları özünə inandırmaqla “Roza” və “Toma” adlı qadınları “xxxxxxxx” MMC-nin abunəçilərinə zəng edib özlərini “xxxxxxx” MMC-nin satış mərkəzinin işçiləri kimi təqdim etmək və həmin abunəçilərə istifadələrində olan prefiksi “050” ilə başlayan “xxxxxxxx” MMC-yə aid mobil nömrələrin “xxxxxxx” MMC-yə aid prefiksi “055” ilə başlayan eyni nömrələrinin satışda olmasını bildirməklə müştəri tapmaları barədə təlimatlandırmış, bundan sonra onun cinayətkar niyyətindən xəbərsiz olan “Roza” və “Toma” adlı qadınlardan biri xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs əvvəldən xidməti istifadə adı ilə təqdim eldiyi +**********53 mobil nömrədən “xxxxxxxx” MMC-yə aid +**********57 mobil nöırrənin istifadəçisi Zərərçəkmiş şəxs2 zəng edərək özünü “xxxxxxx” MMC-nin satış mərkəzinin işçisi kimi təqdim edib satışda həmin abunəçinin işlətdiyi mobil nömrənin “xxxxxxx” MMC-yə aid prefiksi (055) ilə başlayan +**********57 kombinasiyalı nömrəsinin olduğunu bildirib nömrəni almağı təklif etmiş, telefon danışığında edilmiş bu təklifin həqiqiliyinə inanan Zərərçəkmiş şəxs2 təklif olunan mobil nömrəni sifariş etdikdən sonra Təqsirləndirilən şəxs cinayətkar niyyətini bilavasitə həyata keçirmək məqsədi ilə özü şəxsən istifadəsində olan +**********02 mobil nömrəsindən Zərərçəkmiş şəxs2 zəng edib onunla əlaqə saxlayaraq həmin nömrəni 550 manata almağı təklif etməklə sonuncunu 510 manata razılığa gətirdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 faktiki olduğu tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Cəlal Əliyev küçəsində yolun kənarında yerləşən “Ruslan” kafesinin yaxınlığına ona çatdırılması üçün taksi fəaliyyəti ilə məşğul olan Şahid2 vasitəsi ilə “xxxxxxx” MMC-yə aid bir ədəd işlək vəziyyətdə olmayan nömrə kartını +**********57 nömrə kartı adı ilə göndərərək 510 manata satıb Şahid2 vasitəsi ilə həmin məbləğdə pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Ziya Bünyadov küçəsi ilə Əli Vəliyev küçəsinin kəsişməsində yerləşən “Ruslan-93” marketin arxa tərəfində alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan “Roza” və “Toma” adlı qadınlara özünün guya “xxxxxxx” X1 rəsmi satış dilleri olduğunu, “xxxxxxx” MMC-yə aid müxtəlif mobil nömrələrin satışını həyata keçirməklə müştəri tapdıqları halda onların fəaliyyətlərini satılan hər mobil nömrəyə görə 10 manat pul verməklə qiymətləndirəcəyini və gələcəkdə onları “xxxxxxx” MMC-də satış iizrə işə götürəcəyini yalandan bildirib onları özünə inandırmaqla “Roza” və “Toma” adlı qadınları “xxxxxxxx” MMC-nin abunəçilərinə zəng edib özlərini “xxxxxxx” MMC-nin satış mərkəzinin işçiləri kimi təqdim etmək və həmin abunəçilərə istifadələrində olan prefiksi “050” ilə başlayan “xxxxxxxx” MMC-yə aid mobil nömrələrin “xxxxxxx” MMC-yə aid prefiksi “055” ilə başlayan eyni nömrələrinin satışda olmasını bildirməklə müştəri tapmaları barədə təlimatlandırmış, bundan sonra onun cinayətkar niyyətindən xəbərsiz olan “Roza” və yaxud “Toma” adlı qadınlardan biri xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs əvvəldən xidməti istifadə adı ilə təqdini etdiyi +**********53 mobil nömrədən “xxxxxxxx” MMC-yə aid +**********89 mobil nömrənin istifadəçisi Zərərçəkmiş şəxs1 zəng edərək özünü “xxxxxxx” MMC-nin satış mərkəzinin işçisi kimi təqdim edib satışda həmin abunəçinin işlətdiyi mobil nömrənin “xxxxxxx” MMC-yə aid prefiksi (055) ilə başlayan +**********89 kombinasiyalı nömrəsinin olduğunu bildirib nömrəni almağı təklif etmiş, telefon danışığında edilmiş bu təklifin həqiqiliyinə inanan Zərərçəkmiş şəxs1 təklif olunan mobil nömrəni sifariş etdikdən sonra Təqsirləndirilən şəxs cinayətkar niyyətini bilavasitə həyata keçirmək məqsədi ilə özü şəxsən istifadəsində olan +**********02 mobil nömrəsindən Zərərçəkmiş şəxs1 zəng edib onunla əlaqə saxlayaraq həmin nömrəni 550 manata almağı təklif etməklə sonuncunu razılığa gətirdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 faktiki olduğu ünvan 4 saylı ünvana ona çatdırılması üçün taksi fəaliyyəti ilə məşğul olan Şahid3 vasitəsi ilə “xxxxxxx” MMC-yə aid bir ədəd işlək vəziyyətdə olmayan nömrə kartını +**********89 nömrə kartı adı ilə göndərərək 550 manata satıb Şahid3 vasitəsi ilə həmin məbləğdə pulu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 82 saylı ünvanda “Kral” şadlıq sarayının yaxınlığında alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 eyni zamanda Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş 510 manat ziyanın cavabdehdən tutulmasını xahiş etmiş və mülki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs CMin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini, həmçinin mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili X4 təqsirləndirilən şəxsin dediklərini təsdiq edərək hazırda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, dəyən ziyanı ödədiyini, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs2 mülki iddiasından imtina etdiyini bildirdi və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaq; Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır; Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili X2 məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılır. Həmin iş üzrə zərərçəkmiş şəxs, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs2 510 manat maddi ziyanın ödənilməsinə dair mülki tələblə məhkəməyə müraciət etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan, sonuncunun ailəsi tərəfindən tam ödənilmişdir. Bununla əlaqədar bildirir ki, Zərərçəkmiş şəxs2 X5 qarşı şikayəti və tələbi yoxdur. Eyni zamanda bildirir ki, Qasımov X3 Namiq Hətəm oğluna qarşı mülki iddia tələbindən də imtina edir. İddiadan imtinanı qəbul etməyi və həmin hissədə iş üzrə icraata xitam verməyi, eyni zamanda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində şikayəti və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir; “xxxxxxxxxxx” ASC-nin Gənclik filialının xx.xx.2020-ci il tarixli, 91480 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinə 415 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışdığını və dəymiş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (1660 manat-25 faizi 415 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CMin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə, iş üzrə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiasından imtina etdiyini nəzərə alaraq mülki iddia üzrə icraata xitam verilməsini mümkün sayır. Belə ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 186.1-cı maddəsinə əsasən isə cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0, 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilsin və onun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası üzrə icraata xitam verilsin. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-199/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-199/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver