Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-199/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 21-də qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu, B.Sərdarov küçəsi, ev 12, mənzil 39-da yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ABŞ-a səyahət təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla 03.07.2019-cu il və 30.07.2019-cu il tarixlərində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus ofisdə hər dəfəsində 6.300 ABŞ dolları ekvivalentində 10.710 manat olmaqla ümumilikdə 12.600 ABŞ dolları ekvivalentində 21.420 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, 2017-ci ilin iyun ayından 2019-cu ilin avqust ayına kimi “A Class” turizm şirkətində direktor vəzifəsində işləmişdir. Onun vəzifəsi xarici ölkələrə getmək istəyən şəxslərə tur paket təşkil etmək olmuşdur. Buna görə də, bir çox sosial şəbəkələrdə bununla bağlı olaraq reklamlar yerləşdirmişdir. 2019cu ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng vuraraq Amerikanın Nyuyork şəhərinə getmək üçün 3 nəfərlik tur paket istəmişdir. O, Zərərçəkmiş şəxs görüş təyin etmiş və o, Elxanı “Kaspian Plaza”-dakı ofisə dəvət etmişdir. Ofisdə görüşdükdən sonra Elxana bir çox tur paketləri təklif etmişdir. Sonda isə Amerikanın Nyuyork şəhərinə 3 nəfərlik tur paket, təyyarə bileti, qarşılama aparma və otel pulları ilə birlikdə cəmi 12.600 ABŞ dolarına razılaşmışlar. Təxminən 2019-cu ilin iyul ayının 3-də Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsinə yaxın bir yerdə Elxanın ofisində görüşmüşlər və o, Elxandan ilkin olaraq 6.300 ABŞ dolları almışdır. Elxana bir neçə gün ərzində viza düzəltdiyindən ona bu işə tam olaraq inanmışdır. Təxminən 2019-cu ilin iyul ayının 29- 30-da o, Elxana zəng vuraraq qalan 6.300 ABŞ dollarını istəmişdir. Elxan isə bildirmişdir ki, biletləri verən zaman qalan pulu verəcəkdir. O, biletləri əvvəlcədən tanıdığı “ZD” trayvel şirkətindən aldığı üçün Elxanın ofisində görüşərək ona vermiş və yenə 6.300 ABŞ dolları almış, yəni iki dəfəyə ümumilikdə 12.600 ABŞ dolları pulu Elxandan almışdır. Elxana aldığı biletləri “ZD” şirkətindən tanışlıq məqsədi ilə almış və bildirmişdir ki, pulunu ödəyəcəkdir. Lakin, o, “ZD” şirkətinə pulları ödəmədiyi üçün şirkət avtomatik olaraq tur paketi ləğv etmişdir. O, bilərəkdən qəsdən Zərərçəkmiş şəxs etibarından istifadə edərək 12.600 ABŞ dolları pulu dələduzluq yolu ilə ələ keçirməyini səmimi olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs iki dəfə pulun kassaya ödənilməsi ilə bağlı olaraq kassa mədaxil qəbzi vermişdir. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanın bir qismini ödəmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədi ilə X1 getmək qərarına gəlmiş və buna görə də “Facebook” sosial şəbəkəsində “A Class” trayvel kimi elan yerləşdirmiş adının Anar olmasını qeyd edən şəxsin istifadəsində olan mobil nömrələrinə zəng vurmuş və Amerikaya getmək istədiyini bildirmişdir. Özünü Anar kimi təqdim edən şəxs heç bir problem olmadığını bildirmişdir. Onlar ertəsi gün Anarın Yasamal rayonu ərazisində yerləşən “Kaspian Plazada”-dakı, ofisində görüşmüşlər. O, Anardan 3 nəfərlik tur paket istəmiş və Anar onu Amerikanın Nyuyork şəhərinə göndərəcəyini bildirmişdir. Bunun qarşlığında 3 nəfərlik təyyarə bileti və otel xərcləri daxil olmaqla cəmi 12.600 ABŞ dollarına başa gələcəyini bildirmişdir. O, Anarla razılaşmış və 2019-cu ilin iyul ayının 3-də Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi “Şuşa” restoranının yaxınlığında yerləşən özünə məxsus ofisdə Anarla görüşüb ilk öncə 6.300 ABŞ dolları pul vermişdir. Anar qeyd etmişdir ki, biletlər hazır olduqdan sonra qalan 6.300 ABŞ dolarını da alacaqdır. Bundan sonra 2019- cu ilin iyul ayının 30da Anar ondan qalan 6.300 ABŞ dollarını istədikdə o, bildirmişdir ki, biletlər hazır olanda verəcəkdir. Anar isə elə həmin günü biletləri sifariş etməsi barədə sənədi gətirərək ona göstərmişdir. O, bu sənədi gördükdən sonra Anara özünə məxsus ofisdə qalan 6.300 ABŞ dolarını vermişdir. Sonradan məlum olmuşdur ki, Anar pulu ondan almış, tanışlığı olan “ZD” traveldən biletləri sifariş vermişdir. Lakin, sənədi göstərdikdən sonra “ZD” travelə zəng edərək sifariş etdiyi biletləri ləğv etdirmişdir. X3 getmək üçün 480 ABŞ dolları ödəyərək viza almışdır. O, həmin vizanın pulunu Anara ayrıca vermişdir. O isə Anara inandığından pulu Anara vermişdir. O, aldandığını öyrəndikdən sonra Anarla ilk dəfə görüşdüyü Bakı şəhəri Yasamal rayonunda yerləşən ofislərinə getmiş və orada ona məlum olmuşdur ki, həmin ofis Anara məxsus deyil. Həmin ofis Elxan Mənsimov adlı şəxs tərəfindən icarə əsasında fəaliyət göstərir. O, iki dəfəyə ümumilikdə Anara 12.600 ABŞ dolları pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanın bir qismini qaytarmışdır. Təqsirləndirilən şəxs ona 10800 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam olaraq qaytarmadığına görə ondan şikayətçidir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin sonlarında “Kaspian Plaza”-da ofis icarəyə götürərək işlətmişdir. Təxminən 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq əsnasında Anar ona ofis açmaq istədiyini bildirmişdir. O da Anara işlədiyi “Kaspian Plaza”-da ofis icarəyə götürərək işlədə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunun yaxşı təklif olacağını bildirmiş və o oranı Anar üçün münasib qiymətə icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs orada “A Class” turizm şirkəti açmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə aralarında münasibət olsa da, Anarın hər hansı bir dələduzluq əməli ilə məşğul olmasından və yaxud Anarın işlərindən heç bir məlumatı olmamışdır. O, yalnız “Kaspian Plaza”-da işlədiyindən və orada münasib qiymətə ofis icarəyə götürə biləcəyi üçün Anara kömək etmək məqsədi ilə Anar üçün ofis icarəyə götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. 08.09.2020-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 08.09.2020-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-də Təqsirləndirilən şəxs ona ödəməli olduğu 12600 ABŞ dollarından 5000 manatını təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.10.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış **********864000 nömrəli, 30.10.2020-ci il tarixli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs oğlinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Həmçinin dövlət reyestrində Təqsirləndirilən şəxs “SMA TİBBİ AVADANLİQLAR” (VÖEN **********), “A CLASS TİBBİ AVADANLİQLAR” (VÖEN **********) və “xxxx” (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olması barədə məlumat mövcuddur. Axtarışda olan şəxsin tutulması haqqında 18.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdə saat 19:00-da Yasamal rayonu, Tbilisi prospekti 30 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 19.12.2020-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 19.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs qohumundan 4000 manat pul təhvil almışdır. Təsirləndirilən şəxs qismində cəlb etmək 20 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə” 20.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış 20.12.2020-ci il tarixli vəsatətin təmin edilməməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 20 dekabr 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət əməlinin tövsif edilməsi haqqında 29 dekabr 2020-ci il tarixli qrardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Təsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin ərazi üzrə aidiyyəti üzrə göndərilməsi haqqında 01.01.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayəti Bakı şəhəri Xətai rayonu inzibati ərazisində törətdiyindən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞdən Xətai RPİ-nin İŞ-nin müstəntiqi Cahid Musayevə ünvanlanmış 105-3249-1221 nömrəli, 10.02.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-ni 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə axtarışda olan xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs tutularaq MSY-də təhvil verilmişdir. Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 12.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. Cinayət əməlinin tövsif edilməsi haqqında 16 fevral 2021-ci il tarixli qrardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi və əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrindən 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi əlavə istintaq davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 216.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nə göndərilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 08 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. Təsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. AZE 18248291 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.09.2016-cı il təvəllüdlü X4 olmaqla bir övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, habelə şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə turizm sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 18.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək və 10.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək tutulduğu 4 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli – 17 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətə turizm sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək və 10.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə turizm sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-199/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-199/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver