Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-199/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin vəkili “Sirus” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edib, sonunculara “Wolt” çatdırılma şirkətində kuryer kimi işlədiyini və həmin işdə yaxşı gəlir olduğunu deyərək ona veriləcək pulun qarşılığında təzə və işlənmiş vəziyyətdə 10 ədəd moped alıb gündəlik olaraq 15 manata icarəyə verəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 69 ünvanında yerləşən “Xəzər" Klinikasının qarşısında Zərərçəkmiş şəxs2 1.500 manat, ünvan 4 ünvanda yerləşən 3 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə “3M-256” nömrəli reyestr kredit müqaviləsi ilə 3.600 manat, xx.xx.2022-ci il tarixdə “3M- 301” nömrəli reyestr kredit müqaviləsi ilə 4.000 manat, xx.xx.2022-ci il tarixdə “3M-333” nömrəli reyestr kredit müqaviləsi ilə 5.550 manat, xx.xx.2022-ci il tarixdə “3M-357” nömrəli reyestr kredit müqaviləsi ilə 2.000 manat, xx.xx.2022-ci il tarixdə “3M-376” nömrəli reyestr kredit müqaviləsi ilə 4.000 manat olmaqla ümumilikdə 20.650 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra, əldə etdiyi pul vəsaitindən 4119 (dörd min bir yüz on doqquz) manatını qaytararaq Zərərçəkmiş şəxs1 8265,50 (səkkiz min iki yüz altmış beş manat əlli qəpik) manat, Zərərçəkmiş şəxs2 8265,50 (səkkiz min iki yüz altmış beş manat əlli qəpik) manat olmaqla ümumilikdə 16531 (on altı min beş yüz otuz bir) manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs(mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 aprel 2022- ci il tarixdə Zərərçəkmiş şəxs1 “WOLT” proqramı vasitəsi ilə iş yerinə “nar soku” sifariş vermiş və o, həmin sifarişi götürüb Nigara təhvil verən zaman sonuncunu tanımışdır. Həmin vaxt Nigarın yanında adını orada öyrəndiyi Zərərçəkmiş şəxs2 da olmuşdur. Sifarişi təhvil verdikdə Nigar onu öz iş otağına dəvət edərək ondan icarəyə moped vermək barədə maraqlanmış və moped alaraq icarəyə vermək fikirlərinin olduğunu bildirmişdir. O da Nigar və Veysələ mopedləri icarəyə qalmaq və qalmamaq şərti ilə verməyin mümkün olduğunu bildirmişdir. Həmçinin ucuz qiymətə Veysəl və Nigar üçün moped təşkil edərək gündəlik olaraq 15 manata icarəyə verə biləcəyini, əldə ediləcək gəlirdən 2 manatının ona, 13 manatının isə sonunculara çatacağını bildirmişdir. Nigar və Veysəl ona xəbər edəcəklərini bildirib mobil nömrəsini götürmüşlər. Bundan bir neçə gün sonra Nigar onunla əlaqə saxlayaraq Veysəllə birlikdə moped alaraq qalmamaq şərti ilə icarəyə vermək qərarına gəldiyini demişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Xəzər” Klinikasının qarşısında Veysəllə görüşmüş və orada sonuncu ilkin olaraq 1 ədəd işlənmiş vəziyyətdə moped alaraq icarəyə vermək məqsədi ilə ona 1.500 manat pul vermişdir. Bundan sonra Veysəlin vermiş olduğu 1500 manat pulu kreditə götürək idarə etdiyi “Tufan M50” markalı mopedin pulunu ödəmişdir. Həmin mopedi “WOLT” şirkətində işləyən adı və soyadını xatırlamadığı iş yoldaşına gündəlik olaraq 10 manat, həftəlik 70 manat ödəmək şərti ilə 1 il müddətinə icarəyə vermişdir. Həmin mopedə görə adını xatırlamadığı iş yoldaşı 2022-ci ilin sentyabr ayının sonuna kimi həftəlik 70 manat olmaq şərti ilə pul ödəmişdir. Həmin pulları da sonradan Nigardan aldığı pullara görə sonuncuya ödəmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən 3 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Nigar ona moped almaq üçün pul verəcəyini bildirdiyi üçün o, pulu notarial qaydada müqavilə əsasında verməsini bildirmişdir. Buna görə də, Nigar 3 saylı notariat kontorunda onunla müqavilə bağlayaraq əlavə 2 ədəd təzə moped alaraq icarəyə vermək məqsədi ilə ona 3.600 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Babək prospektində yerləşən “Moto Plaza”ya gedərək oradan öz adına hər biri üçün 800 manat ödəmək şərti ilə 1600 manat pul ödəyib 02 ədəd “Tufan M50” markalı moped almışdır. Həmin mopedləri “WOLT” şirkətində işləyən adı və soyadını xatırlamadığı iki nəfər iş yoldaşına gündəlik olaraq 15 manata icarəyə vermişdir. Həmin 15 manat puldan 2 manatı onun, 13 manatı isə Nigara çatacaq pul olmuşdur. Bundan sonra o, kreditə götürdüyü iki ədəd mopedə görə hər biri üçün 136 manat pul ödəmişdir. Bu yolla 2022- ci ilin iyul ayına kimi həmin mopedlərin kreditini ödəmişdir. Həmin vaxt “WOLT” şirkətində pul qazanmaq çətinlik olsa da, o, çətinlikdən çıxmaq üçün almış olduğu 5100 manat puldan Nigara hissə-hissə xeyir kimi verməyə başlamışdır. Bundan sonra Nigar işlərin yaxşı getdiyini görüb əlavə olaraq ona pul verəcəyini bildirmişdir. Buna görə də, ünvan 5 ünvanda yerləşən 3 saylı notariat kontorunda müqavilə əsasında xx.xx.2022-ci il tarixdə 4.000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə o, yenidən Bakı şəhəri, Babək prospektində yerləşən “Moto Plaza”ya gedərək oradan öz adına hər biri üçün 800 manat ödəmək şərti ilə 1600 manat pul ödəyib kreditlə 02 ədəd “Tufan M50” markalı moped almışdır. Həmin mopedləri “WOLT” şirkətində işləyən adı və soyadını xatırlamadığı iki nəfər şəxsə gündəlik olaraq 15 manata icarəyə vermişdir. Həmin 15 manat puldan 2 manatı onun, 13 manatı isə Nigara çatacaq pul olmuşdur. Həmin mopedlərin kreditinə görə aylıq hər biri üçün 2022-ci ilin iyul ayına kimi 136 manat pul ödəmişdir. Bundan sonra ünvan 4 ünvanda yerləşən 3 saylı notariat kontorunda Nigardan müqavilə əsasında xx.xx.2022-ci il tarixdə 5.550 manat pul almışdır. Bundan sonra o, həmin puldan 4000 manatını “Həci” ləqəbli şəxsə verərək sonuncudan 4 ədəd qalmaq şərti ilə gündəlik icarəyə ‘Tufan M50” markalı moped götürmüşdür. Həci mopedi 1000 manat pul tamama olana kimi gündəlik 15 manat şərti ilə vermişdir. Buna görə 1000 manat pul tamam olduqdan sonra isə mopedin gündəlik icarəsini 8 manata verilmişdir. Buna görə də, o, hər bir moped üçün 1000 manat olmaqla 4000 manat ödəyib “Həci” ləqəbli şəxsdən 4 ədəd moped icarəyə götürmüşdür. O, mopedə görə 1000 manat pulu ödədiyi üçün mopedin günü 8 manat vermək və gələcəkdə ona qalmaq şərti ilə götürmüşdür.Bundan sonra ünvan 5 ünvanda yerləşən 3 saylı notariat kontorunda Nigardan müqavilə əsasında xx.xx.2022-ci il tarixdə 2.000 manat pul almışdır. Həmin pula xx.xx.2022-ci ildə 1000 manat ödəyərək 1 ədəd moped almışdır. “WOLT” şirkətində işləyən adı və soyadını xatırlamadığı bir nəfər şəxsə gündəlik olaraq 15 manata icarəyə vermişdir. O, kreditlə götürüb icarəyə verdiyi mopedləri qalmaq şərti ilə vermişdir.Bundan sonra ünvan 6 ünvanda yerləşən 3 saylı notariat kontorunda Nigardan müqavilə əsasında xx.xx.2022-ci il tarixdə 4.000 manat pul almış və həmin gün Bakı şəhəri, Babək prospektində yerləşən “Moto Plaza”ya gedərək oradan öz adına 2000 manat pul verib 01 ədəd “Tufan M5Q” markalı moped alaraq idarə etməyə başlamışdır. Həmin mopedlə “WOLT” şirkətində işləyən zaman qəza törətdiyi üçün yararsız vəziyyətə düşmüşdür. O, icarəyə moped götürüb başqa şəxslərə icarəyə versə də, heç bir qazanc əldə elməsə də, Nigardan almış olduğu 20650 manat puldan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissə- hissə ona 4.119 manat pul qaytarmışdır. Sonradan isə “WOLT” şirkətində işlər dayandığı üçün Nigara pul verə bilməmişdir. Buna görə də Veysəl və Nigar ona mopedlərin icarəsindən əldə ediləcək gəliri istəmədiklərini, verdikləri 20.650 manat puldan qalıq qalmış 16531 manat pulu geri tələb etməyə başlamışdır. O da almış olduğu 20.650 manat puldan 4.119 manatını Nigara xeyir kimi verib qalan 16531 manat pulu qaytara bilməmişdir. 2022-ci ilin iyul ayına kimi kreditlə almış olduğu mopedlərin pulunu ödəsə də, sonradan krediti ödəyə bilmədiyi üçün mopedləri geri qaytarmışdır. Bundan sonra Nigar və Veysəl pulu ondan geri tələb etsələr də, o, maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. O, nağd pula moped alaraq icarəyə verəcəyi təqdirdə gələcəkdə baş verə biləcək hər hansı bir hadisədən sığortalamaq üçün icarəyə götürüb vermişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il il tarixdə almış olduğunu 3600 manat puldan 1600 manatına kreditlə 2 ədəd kreditlə moped almışdır. Qalan 2000 manat puldan kuryerlər pulu vaxtında ödəmədiyi üçün bir hissəsini Nigara ödəmişdir. Qalan hissəsini isə digər xərclərə xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə almış olduğu 4000 manat puldan 1600 manatına kreditlə 2 ədəd kreditlə moped almışdır. Qalan 2400 manat puldan kuryerlər pulu vaxtında ödəmədiyi üçün bir hissəsini Nigara ödəmişdir. Qalan hissəsini isə digər xərclərə xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 xx.xx.2022- ci il il tarixdə almış olduğunu 5550 manat puldan 4000 manatına icarəyə moped götürmüşdür. Qalan 1550 manat puldan kuryerlər pulu vaxtında ödəmədiyi üçün bir hissəsini Nigara ödəmiş, qalan hissəsini isə digər xərclərə xərcləmişdir. O, nağd pula moped alaraq icarəyə verəcəyi təqdirdə gələcəkdə baş verə biləcək hər hansı bir hadisədən, qəzadan sığortalamaq üçün icarəyə götürüb vermişdir. Veysəl və Nigar ona ilkin olaraq icarəyə veriləcək mopedləri qalmamaq şərti ilə verməyini təklif etsələr də, sonradan ona təzə moped alaraq qalmaq şərti ilə icarəyə verməyini bildirmişlər. “Moto Plaza”dan mopedləri kreditlə icarəyə verdiyi şəxslərin adına götürüb vermişdir. Həmin mopedlərin pulunu o, ödəsə də, mopedləri icarəyə verdiyi şəxslərin adına sənədləşdirlmişdir. Həmin şəxslərin anket məlumatlarını bilməmişdir.Əməlindən peşmandır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ifadəsində mülki iddianı qismən qəbul edərək, göstərilən məbləgdən az olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, “Buta” klinikasında Həkim-anestezioloq kimi işləyir. 2022-ci ilin aprel ayında iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə moped alıb icarəyə vermək barəsində söhbət etmişlər, lakin işə tam və hərtərəfli bələd olmadıqları üçün investisiya qoymağa risk etməmişlər. xx.xx.2022-ci il tarixdə o “WOLT” proqramı vasitəsi ilə yemək sifariş vermişdir. Sifarişi gətirən kuryer Təqsirləndirilən şəxs ilə söhbət zamanı mopedlər barəsində maraqlanmışlar. Asif onların bu işə girmək istədiklərin bilib, ucuz qiymətə onlar üçün mopedlər ala biləcəyini demişdir. Bundan başqa Asif həmin mopedləri icarəyə verəcəyini və hər mopeddən gündəlik əldə olunan 15 manat qazancın 2 manatını özünə, qalan 13 manatını isə onlara verəcəyinə söz vermişdir, onlar da Asifin vədlərinə inanıb sonuncu ilə razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə məsləhətləşib, bu işə pul qoymaq qərarına gəlmişlər. İlk dəfə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 1.500 manat pul vermişdir. Daha sonra isə o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 41 a ünvanda yerləşən 3 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixdə 3.600 manat, xx.xx.2022-ci il tarixdə 4.000 manat, xx.xx.2022-ci il tarixdə 5.550 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat və xx.xx.2022-ci il tarixdə 4.000 manat olmaqla ümumilikdə 20.650 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Bu məbləğə o, təzə və işlənmiş olmaqla 10 ədəd moped almalı olmuşdur. Həmin mopedlərin istifadə olunmasından əldə olunmuş gəlirlər kimi müəyyən məbləğdə pulları onlara vermişdir. Əslində sonradan onlara məlum olmuşdur ki. Təqsirləndirilən şəxs verdikləri pula heç bir moped almamışdır. Asif xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sadəcə onların verdiyi puldan hissə- hissə onlara 4.119 manat pul qaytarmışdır. Asif sonradan moped almadığını və sadəcə 4 ədəd mopedi icarəyə götürdüyünü demişdir. Həmin vaxtdan indiyədək icarə haqqını ödəməmiş və mopedləri də qaytarmamışdır. Təqsirləndirilən şəxs verilən pulların yarısını o, yarısını isə Zərərçəkmiş şəxs2 vermişdir. Onlara qaytardığı pulu da Zərərçəkmiş şəxs2 ilə aralarında bölmüşlər. Təqsirləndirilən şəxs moped almaq adı ilə onları aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirmişdir.Asifə verdikləri 20650 manat puldan 10325 manatı ona, 10325 manatı isə Veysələ məxsus olmuşdur. Asif verdiyi puldan guya xeyir kimi 4.119 manat pulu onlara geri qaytarsa da, 16531 manat pulu qaytarmamışdır. Asifin verdiyi 4119 manat pulu Veysəllə aralarında iki yerə bölmüşlər. Asifin onlara verməli olduğu 16531 manat puldan 8265,50 manatı onun, 8265,50 manatı isə Veysələ məxsus olan pul olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 8.265,50 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o “Buta” klinikasında Həkim-cərrah kimi işləyir. 2022-ci ilin aprel ayında iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə moped alıb icarəyə vermək barəsində söhbət etmişlər, lakin işə tam və hərtərəfli bələd olmadıqlar üçün investisiya qoymağa risk etməmişlər. xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs1 “WOLT” proqramı vasitəsi ilə yemək sifariş vermişdir. Sifarişi gətirən kuryer Təqsirləndirilən şəxs ilə söhbət zamanı mopedlər barəsində maraqlanmışlar. Asif onların bu işə girmək istədiklərini bilib, ucuz qiymətə onlar üçün mopedlər ala biləcəyini demişdir. Bundan başqa Asif həmin mopedləri icarəyə verəcəyini və hər mopeddən gündəlik əldə olunan 15 manat qazancın 2 manatını özünə, qalan 13 manatını isə onlara verəcəyinə söz vermişdir. Onlar da Asifin vədlərinə inanıb razılaşmışlar. Bundan sonra Nigar xanımla məsləhətləşib, bu işə pul qoymaq qərarına gəlmişlər. İlk dəfə xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Xəzər” Klinikasının qarşısında Təqsirləndirilən şəxs 1.500 manat pul vermişdir. Daha sonra isə o, Zərərçəkmiş şəxs1 ilə birlikdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 41 a ünvanda yerləşən 3 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixdə 3.600 manat, xx.xx.2022-ci il tarixdə 4.000 manat, xx.xx.2022-ci il tarixdə 5.550 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat və xx.xx.2022-ci il tarixdə 4.000 manat olmaqla ümumilikdə 20.650 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Bu məbləğə Asif təzə və işlənmiş olmaqla 10 ədəd moped almalı olmuşdur. Həmin mopedlərin istifadə olunmasından əldə olunmuş gəlirlər kimi müəyyən məbləğdə pulları onlara vermişdir. Əslində sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs verdikləri pula bir ədəd belə moped almamışdır. Asif xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sadəcə onların verdiyi puldan onlara hissə-hissə 4.119 manat pul qaytarmışdır. Asif sonradan moped almadığını və sadəcə 4 ədəd mopedi icarəyə götürdüyünü demişdir. Təqsirləndirilən şəxs verilən pulların yarısını o, vermişdir, yarısını isə Nigar xanım vermişdir. Onlara qaytardığı pulu da Nigar xanımla aralarında bölmüşlər. Təqsirləndirilən şəxs moped almaq adı ilə onları aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirmişdir. Asifə verdikləri 20650 manat puldan 10325 manatı ona, 10325 manatı isə Nigara məxsus olmuşdur. Asif verdikləri puldan guya xeyir kimi 4.119 manat pulu geri qaytarsa da, 16531 manat pulu qaytarmamışdır. Asifin onlara verdiyi 4119 manat pulu Nigarla aralarında iki yerə bölmüşlər. Asifin onlara verməli olduğu 16531 manat puldan 8265,50 manatı onun, 8265,50 manatı isə Nigara məxsus olan pul olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 8.265,50 manat onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il taricli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən 3 saylı notariat kontorunun qarşısında baxış keçirilmişdir. Qeyd edilən yer beş mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşir. Qarşı tərəfdən baxdıqda sol tərəfdə digər yaşayış binası, sağ tərəfdə isə “Karaca” mağazası, “Doyum Lahmacun” yerləşir. Sol tərəfdə kişi salonu, ayaqqabı təmiri yeri vardır. Yaşayış binasının beşinci mərtəbəsində obyektlər vardır. Üzbəüzdən ağaclıq ərazi və yol keçir. Vət Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin yerdə Notariat kontorunda Təqsirləndirilən şəxs ümumilikdə 20650 manat pul verdiklərini, Asifin həmin pulla mopedlər alıb, icarəyə işlədəcəyinə söz versə də, onları aldatdığını bildirmişlər. baxış gündüz vaxtı keçirilmiş və “02” ədəd foto-şəkil çəkilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, “3M-256” reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Məlikova X1 Asif İlqar oğluna notarial qaydada 3600 manat pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, “3M-301” reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Məlikova X1 Asif İlqar oğluna notarial qaydada 4000 manat pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, “3M-333” reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Məlikova X1 Asif İlqar oğluna notarial qaydada 5550 manat pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, “3M-357” reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Məlikova X1 Asif İlqar oğluna notarial qaydada 2000 manat pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, “3M-376” reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Məlikova X1 Asif İlqar oğluna notarial qaydada 4000 manat pul vermişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:50-də tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2022-ci il tarixli, 4(008)-1357/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay müddətində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 16 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli 11/23 saylı sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC-nin 10122336 nömrəli xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Tufan M50” markal: (Ban nömrəsi R55PCBL8XNHL63954, mühərrik nömrəsi İP39EMB MHL63954) moped, alıcı Təqsirləndirilən şəxs nisyə alqı-satqı müqaviləsi ilə satılmışdır. Alıcı Təqsirləndirilən şəxs mopedin alışı zamanı 185 manat məbləğində ödəniş etmiş 2035 manat məbləğində borc qalmış və həmin borc 12 ay müddətində hər ay 185 manat ödəməklə ödəmə cədvəli tərtib edilmişdir. Borclu Təqsirləndirilən şəxs mopedi aldığı gündən sonra növbəti ayın ödənişini etmədiyindən "xxxx" MMC-nin mülkiyyəti olan borclu Tufan M 50 markalı (Ban nömrəsi R55PCBL8XNHL63954, mühərrik nömrəsi 1P39FMB MHL63954 ) moped alıcı Təqsirləndirilən şəxs əlindən alınaraq "xxxx" MMC-nin saxlancına yerləşdirilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə hər biri üçün 800 manat ilkin ödəniş ödəmək şərti ilə 02 ədəd “ Tufan M 50” markalı mopedlərin, xx.xx.2022-ci il tarixdə hər biri üçün 800 manat ilkin ödəniş ödəmək şərti ilə 02 ədəd “ Tufan M 50” markalı mopedlərin kreditlə verilməsinin, habelə xx.xx.2022-ci il tarixdə 2000 manata 01 ədəd Tufan M 50” markalı mopedin nağd şəkildə alqısatqısı ümumiyyətlə bu məbləğlərdə bu sayda moped kredit və ya nağd satılmamışdır. “sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2022-ci il tarixli, “3M-256” reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, “3M-301” reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, “3M-333” reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, “3M-357” reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, “3M-376” reyestr nömrəli kredit müqavilələrini surəti sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi; iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 8265.50 manat hesab olunması, iş üzrə Zərərçəkmiş şəxs1 qızma dəymiş maddi ziyan 8265.50 manat hesab olunması, iş üzrə "xxxx" MMC-dən alınmış xx.xx.2023cü il tarixli 11/23 saylı sorğuya cavab məktubu sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər verdiyi ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun əməlini qismən etiraf edib peşmançılıq çəkməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə 8.265,50 manat məbləğində pul vəsaiti hər bir zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 8.265,50 (səkkiz min iki yüz altmış beş manat əlli qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 8.265,50 (səkkiz min iki yüz altmış beş manat əlli qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs2 oglunun xeyrinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-199/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-199/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver