Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-199/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, sürücü işləyən, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə verilmiş BC kateqoriyalı, AE 449279 nömrəli sürücülük vəsiqəsi əsasında, 20 noyabr 2023-cü il tarixdə, saat 07:14 dəqiqədə texniki cəhətdən saz olan, etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz» markalı «C220 CDl» modelli, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 125A saylı binanın qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin surətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qeyd olunan tələblərə əməl etməmiş və avtomobilin qabaq sağ hissəsi ilə piyada keçidi ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona - sol qamış sümüyünün medial kondilusunun, sağ qamış sümüyünün lateral kondilusunun sınıqları (osteosintez əməliyyatından sonrakı vəziyyət), sol mil sümüyünün distal ucunun sınığı, sol baldırın hematoması ilə nəticələnən və sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır, özü isə heç bir yerdə işləmir. Hərdən isə atasına məxsus «Mersedes Benz» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 20 noyabr 2023cü il tarixdə Bakı şəhərində işi olduğu üçün atasına məxsus avtomobillə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində yolun kənarında dayanmış iki nəfər sərnişin götürmüş və «20 Yanvar» istiqamətində hərəkətdə olarkən Nərimanov rayonu ərazisində Ak. Həsən Əliyev küçəsində qarşısında qara rəngli «CİP» avtomobili hərəkət etdiyini görmüş və aralarında məsafə təxminən 3-4 metr olmuşdur. Saat təxminən 07:14 radələrində qarşısında olan avtomobil idarə etdiyi avtomobili yerində oynatdığından sol tərəfə çəkmiş və avtomobilin sağ güzgü və sağ qanadı ilə bir qadını vurmuşdur. Bu səbəbdən avtomobili saxlayaraq avtomobillə vurduğu qadına yaxınlaşmış onun Zərərçəkmiş şəxs olduğunu bilmiş və idərə etdiyi avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. Əməlindən peşmandır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 110 saylı poçta əməliyyatçı vəzifəsində işləyir. 20 noyabr 2023-cü il tarixdə öz işi ilə əlaqədar Bakı şəhərinin Nərimanov rayonu ərazisində olarkən avtomobil yolunu piyada keçidindən keçmək istəmiş bu zaman naməlum sürücü idarə etdiyi «Mersedes Bens» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sağ tərəfdən vuraraq xəsarət yetirmişdir. Sonradan tanıdığı və avtomobili idarə edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayaraq ona yaxınlaşmış və Travmatologiya xəstəxanasına aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 2/10496 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli 8\103 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən «Mersedes Benz» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 07 fevral 2024-cü il tarixli 03\564 (2023-cü il tarixli 1564 №-li rəyə əlavə) nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol qamış sümüyünün medial kondilusunun, sağ qamış sümüyünün lateral kondilusunun sınıqları (osteosintez əməliyyatından sonrakı vəziyyət), sol mil sümüyünün distal ucunun sınığı, sol baldırın hematoması küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, iş üzrə Təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi piyadanın vurulmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD-R diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə tam barışmışdır. Belə ki, təqsirləndirilən şəxs onlara ona maddi ziyanı tam ödəmişdir. Halhazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkən ilə tam barışıq əldə etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 02 sentyabr 2016-cı il təvəllüdlü X2 anası X1, atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 22 noyabr 2018-ci il təvəllüdlü X5 anası X1, atası Təqsirləndirilən şəxsdur. İşdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 85,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayətinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 85,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayətinin materiallarında saxlanılsın. Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «FEMİDA» Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-199/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-199/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver