Məhkəmə qərarları › İş №1(005)-20/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-20/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-20/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, “xxxx” MMC-nin nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, Bakı Vaqon Təmiri Zavodunda mühəndis işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1 və 306.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi maraqları naminə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882 saylı qiyabi qətnaməsi ilə cavabdeh kimi ondan 36225 (otuz altı min iki yüz iyirmi beş) AZN məbləğində müqavilə ilə etiraf olunmuş borcun, 845,25 (səkkiz yüz qırx beş manat iyirmi beş qəpik) manatın, cəmi 37070,25 (otuz yeddi min yetmiş manat iyirmi beş qəpik) AZN məbləğində pulun X1 xeyrinə tutulmasına dair məhkəmə aktının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə 18 noyabr 2016-cı il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə, 16 aprel 2018-ci il tarixdə yenə eyni məhkəmə tərəfindən həmin Məcəllənin həmin maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilməsindən nəticə çıxarmamış, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada yenidən xəbərdarlıq edilərək vaxt verilsə də, tələbkar Aleksandr Əfəndiyevə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bundan başqa o, “xxxx” MMC-nin direktoru olaraq vəzifəli şəxs kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən 01/07/2012 saylı, 07.07.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 76500 (yetmiş altı min beş yüz) ABŞ dolları əsas borcun və 4000 (dörd min) ABŞ dolları dəbbə pulu borcunun, cəmi 80500 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500 (beş yüz) manat hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə tutularaq ödənilməsinə dair məhkəmə aktlarının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə 18 noyabr 2016-cı il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə, 16 aprel 2018-ci il tarixdə yenə eyni məhkəmə tərəfindən həmin Məcəllənin həmin maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilməsindən nəticə çıxarmamış, icra sənədlərindəki tələbləri icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilərək dəfələrlə vaxt verilsə də 76500 (yetmiş altı min beş yüz) ABŞ dolları əsas borcu və 4000 (dörd min) ABŞ dolları dəbbə pulu borcunu, cəmi 80500 ABŞ dolları borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500 (beş yüz) manat hüquqi xidmət haqqını və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatı Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə ödəməməklə ona maddi ziyan vurmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən əməllərlə bağlı Təqsirləndirilən şəxs CM-in 306.1 və 306.2-ci maddələri ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 306.2-ci maddəsi ilə yanaşı, CM-in 306.1-ci maddəsi ilə də ittiham verilmişdir. Lakin, təqsirləndirilən şəxs tərəfindən törədilən əməllərin CM-in 306.2-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq ona verilmiş ittihamdan həmin hissədə imtina edərək cinayət təqibinin CM-in 306.2-ci maddəsi davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882 saylı qiyabi qətnaməsi ilə cavabdeh kimi ondan 36225,00 AZN məbləğində müqavilə ilə etiraf olunmuş borcun, 845,25 manatın, cəmi 37070,25 AZN məbləğində pulun tutularaq X1 xeyrinə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən 01/07/2012 saylı 07.07.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 76500,00 ABŞ dolları əsas borcun və 4000,00 ABŞ dolları dəbbə pulu borcunun, cəmi 80500,00 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500,00 manat hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manatın Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə tutularaq ödənilməsi qət edilmişdir. 2008-ci ilin aprel ayında “xxxx” MMC-ni yaratmış və həmin vaxtdan müəssisənin direktoru vəzifəsində işləmişdir. 2012-ci ilin ortalarında Binəqədi Poladəritmə zavodunda tanımadığı fiziki şəxsə məxsus 6 ədəd platforma vaqonlarını sonradan satmaq niyyəti ilə əldə etmək istəmişdir. Həmin vaxtlar Samara şəhərindən Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs2 onun elektron poçtuna məktub yazaraq ondan vaqon almaq istədiyini bildirmişdir. Soinlə telefonla danışandan sonra sonuncu Bakı şəhərinə gəlmiş, Binəqədi Poladəritmə zavodunda gedib vaqonlara baxmışdır. Soin vaqonları bəyənmiş və onları almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 vaqonların pulunu “xxxx” MMC-nin hesabından “xxxx” MMC-nin hesabına köçürəcəyini bildirməklə, əlavə olaraq vaqonların döşəməsini təmir etməyi ona tapşırmışdır. Bundan təxminən 10 gün sonra Soin təkrarən öz nümayəndəsi ilə Bakıya gəlmiş, nümayəndə vaqonlara baxıb razılaşmış və həmin gün vaqonları almaq üçün 76500,00 ABŞ dolları və təmir üçün əlavə olaraq 3000,00 ABŞ dollarını “xxxx” MMC-nin hesabına köçürmüşdür. O, həmin pulun bir hissəsini, təqribən 5000 ABŞ dollarını dəmir almağa sərf etmiş, qalan məbləği isə şəxsi borcuna xərcləmiş və göstərdiyi vaqonları almamışdır. Göstərilən müqaviləni yerinə yetirmədiyi üçün 2014-cü ildə “xxxx” MMC-nin direktoru ona qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, məhkəmə onun iddiasını təmin etmiş və həmin məhkəmənin 08.04.2014-cü il tarixli qətnaməsi ilə direktoru olduğu “xxxx” MMC-dən 01/07/2012 saylı, 07.07.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 76500,00 ABŞ dolları əsas borcun və 4000,00 ABŞ dolları dəbbə pulu borcunun, cəmi 80500 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500,00 manat hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manatın tutularaq Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kimi ondan 36225,00 AZN məbləğində müqavilə ilə etiraf olunmuş borcun, 845,25 manatın, cəmi 37070,25 manat məbləğində pulun tutularaq X1 xeyrinə ödənilməsi barədə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882 saylı qiyabi qətnaməsi üzrə onu bildirmişdir ki, həmin şəxsin pulunu qətnamə çıxandan sonra əlbəəl ona ödəmişdir. Hazırda X2 ünvanını bilmir və uzun müdət keçdiyindən həmin borcun yaranma səbəbini xatırlamır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882 saylı qiyabi qətnaməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra sənədləri icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd edilən qətnamələr əsasında verilmiş icra sənədləri tələbin icra edilməsi üçün “xxxx” MMC-nin direktoru kimi ona göndərilmişdir. Borclu “xxxx” MMC-nin rəhbəri kimi o, maddi vəziyyəti pis olduğu üçün tələbi müəyyən olunmuş müddətdə könüllü icra edə bilməmiş, buna görə Nərimanov rayon İcra Şöbəsinə çağırılıb qətnamənin icrası ilə əlaqədar onunla söhbətlər aparılmış, yazılı izahatı alınmışdır. O, izahatında tələbkar “xxxx” MMC-yə pulun ödənilməsi üçün ona vaxt verilməsini və hər üç aydan bir tələbkara 20000,00 ABŞ dolları ödəyəcəyini qeyd etmiş, lakin bu vədinə əməl edə bilməmişdir. 14.11.2016-cı il tarixdə onun inzibati qaydada cəzalandırılması üçün inzibati protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, eyni tarixdə məhkəmədə protokola baxılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bu tənbehdən sonra ona yenidən xəbərdarlıq məktubları göndərilsə də, tələbi icra edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, onun məhkəmə aktlarını icra etməməkdə qərəzi olmamışdır. Maddi vəziyyəti pis olduğu üçün məhkəmə qətnamələri ilə tələb olunan məbləğləri ödəyə bilmir. Bu səbəbdən də özünü təqsirli bilmir. Yekunda barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2y Aleksandroviç məhkəmə iclasında iştirak edə bilmir. Bu səbəbdən səlahiyyətli nümayəndə kimi ona etibarnamə vermişdir. Qüvvədə olan məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyinə, ona vurulmuş ziyanı ödəmədiyinə görə Zərərçəkmiş şəxs2y Aleksandroviç təqsirləndirilən şəxsə qarşı şikayətçidir və məhkəmə tərəfindən barəsində ağır cəza tətbiq edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs2y Aleksandroviçin 15 iyun 2020-ci il tarixli ərizəsindən görünür ki, əgər R.A.Süleymanov 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini qaytarmağa hazırdırsa, onunla barışma bağlaya bilər. Ümumi pandemiya, yolların və aviauçuşların bağlı olması səbəbindən o, Bakı şəhərinə gələ bilmir ki, şəxsən məhkəmə proseslərində iştirak etsin və şəxsən öz tələblərini R.A.Süleymanova irəli sürsün. Məhkəmənin obyektivliyinə və qərəzsizliyinə inanaraq cinayət işi üzrə məhkəmə baxışını onun iştirakı olmadan səlahiyyətləndirdiyi vəkil Müdafiəçi1 iştirakı ilə keçirilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 və “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs2, həmçinin Şahid1 Rusiya Federasiyasının vətəndaşları olduqları və Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqları üçün onları məhkəmə iclasına dəvət etmək mümkün olmamış, buna görə də onların vətəndaşı olduğu ölkənin səlahiyyətli məhkəmə orqanına məhkəmə tapşırığı göndərilmişdir. Məhkəməyə Nərimanov rayon prokurorluğundan daxil olmuş Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin materiallarından görünür ki, Moskva şəhəri Ostankino rayon Məhkəməsi 15 fevral 2021-ci il tarixdə məhkəmə tapşırığına baxılması ilə əlaqədar məhkəmə iclası keçirmiş və Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri alınmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs ona olan borcunu qaytarmamışdır, ittiham aktında göstərilən məbləğlə razıdır. Ona dəymiş ziyan dəbbə pulu və dolların kursu nəzərə alınmaqla 75000 ABŞ dolları təşkil edir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir; Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2010-cu ilin iyul ayından Rusiya Federasiyasının Moskva şəhərində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-nin baş direktoru vəzifəsində çalışmış, müəssisənin fəaliyyəti dəmiryol daşımaları və taxıl satışından ibarət olmuşdur. 2010-cu ilin ortalarında müəssisənin dəmiryol vaqonlarına böyük ehtiyacı olduğundan müxtəlif yerlərə bu barədə məlumatlar göndərilmiş, həmin vaxtlarda müəssisənin icraçı direktoru ona Azərbaycanda fəaliyyət göstərən “xxxx” LTD MMC-nin vaqonları təqdim edə biləcəyini bildirmişdir. Həmin vaxtlar təklif maraqlı olduğu üçün Aleksey Petrov adlı nümayəndə Bakı şəhərinə ezam olunmuş və “xxxx” LTD MMC ilə 30 avqust 2010-cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləni “xxxx” LTD MMC-nin adından Təqsirləndirilən şəxs, “xxxx” MMC-nin adından isə özü imzalamış, müqavilənin şərtlərinə görə əvvəlcədən 30000,00 ABŞ dolları ödəmək şərti ilə 6 ədəd 56564800, 56564768, 56348576, 56564883, 56564826 və 56564859 nömrəli vaqonların 31.12.2011-ci il tarixədək Rusiya Federasiyasının Samur stansiyasına göndərilməsi nəzərdə tutulmuş, müqavilədə göstərilən məbləğ 09.09.2010-cu il tarixli köçürmə orderi ilə “xxxx” LTD MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabına köçürülmüşdür. Göstərilən müddətdə vaqonlar göndərilməmiş və bu işin araşdırılması üçün müəssisənin maliyyə direktoru Şahid1 2011-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərinə ezam edilmişdir. Bakı şəhərində Şahid1 Təqsirləndirilən şəxs ilə görüşmüş və bu məsələni araşdırmağa başlamışdır. Buylovla görüş zamanı Təqsirləndirilən şəxs ona vaqonların göndərilməsi üçün sənədləşmədə problem olduğunu izah etmiş və Buylovu “xxxx” QSC-nin binasına gətirərək ona bildirmişdir ki, həmin cəmiyyətin sədr müavini onun qohumudur və hətta Buylovu həmin müavinin qəbul otağına gətirərək, özü qohumunun qəbuluna girmiş və qəbuldan çıxaraq ona vəd etmişdir ki, bütün məsələləri həll edib, vaqonların uçotdan çıxarılıb qısa müddətdə göndərilməsi təmin ediləcəkdir. Buylov Süleymanovun belə möhtəşəm təşkilatın rəhbər vəzifəli şəxslə qohum olmasını, onun qəbuluna maneəsiz daxil olmasını görüb ona inanmış və Moskva şəhərinə qayıdaraq bütün bunları ona danışmışdır. Bununla belə, 2011-ci ilin dekabr ayında vaqonlar göndərilməmiş və 2012-ci ilin fevral ayında Şahid1 yenidən Azərbaycana ezam edilmişdir. Həmin şəxsin yenidən Bakı şəhərinə gəlməsi heç bir nəticə verməmiş və Təqsirləndirilən şəxs görüşlərə gəlməyərək telefonlara cavab verməmişdir. 2012-ci ilin fevral ayında özü Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs axtarmağa başlamış, onu tapandan sonra vaqonlar barədə soruşmuş, lakin Təqsirləndirilən şəxs yenidən ona bildirmişdir ki, vaqonların sənədləşdirməsində problemləri olduğu üçün göndərə bilmir. Efendiyev artıq ona inanmamış və ona notarial qaydada təsdiq olunmuş “Borcun etirafı müqaviləsi” verməsini tələb etmişdir. 21.02.2012-ci il tarixdə onun və Təqsirləndirilən şəxs arasında notarial qaydada “Borcun etirafı müqaviləsi” imzalanmış, həmin müqavilədə Təqsirləndirilən şəxs ilə 30000,00 ABŞ dolları və 16000,00 ABŞ dolları dəbbə pulunun, AZN ilə 36225,00 manat pulun 02.03.2012-ci il tarixdə ona ödənilməsi razılaşdırılmışdır. Göstərilən müddətdə Təqsirləndirilən şəxs həmin məbləği şirkətə ödəmədiyi üçün o, öz nümayəndəsi vasitəsilə onun haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə borcun qaytarılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 36225,00 manat məbləğində müqavilə ilə etiraf olunmuş borc, 845,25 manat məbləğində faiz borcu olmaqla cəmi 37070,25 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi barədə 2(005)-2882/2012 nömrəli 17.12.2012-cu il tarixli qətnamə çıxarılmasına baxmayaraq göstərilən qətnamə onun tərəfindən qərəzli icra edilməmişdir. Məhkəmənin qərarı qəbul ediləndən sonra dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istəmiş, lakin o, telefon zənglərinə cavab verməmişdir. Efendiyev əlavə olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona və rəhbərlik etdiyi şirkətə həmin borcdan heç bir ödəniş etməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 2010-cu ilin iyul ayından Rusiya Federasiyasının Moskva şəhərində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-ni təsis etmiş və hazırda həmin müəssisənin maliyyə direktoru vəzifəsində çalışır. 2010-cu ilin ortalarında müəssisənin dəmiryol vaqonlarına böyük ehtiyacı olduğundan müxtəlif yerlərə bu barədə məlmatlar göndərilmiş və həmin vaxtlarda müəssisənin icraçı direktoru X5 Azərbaycanda fəaliyyət göstərən “xxxx” LTD MMC-nin vaqonları təqdim edə biləcəyi barədə məlumat vermişdir. Bu səbəbdən Aleksey Petrov Bakı şəhərinə ezam olunmuş və “xxxx” LTD MMC ilə 30 avqust 2010-cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləni “xxxx” LTD MMC-nin adından Təqsirləndirilən şəxs, “xxxx” MMCnin adından isə müəssisənin baş direutoru Zərərçəkmiş şəxs1 imzalamışdır. Müqavilənin şərtlərinə görə əvvəlcədən 30000,00 ABŞ dolları ödəmək şərti ilə 6 ədəd 56564800, 56564768, 56348576, 56564883, 56564826 və 56564859 nömrəli vaqonların 31.12.2011ci il tarixədək Rusiya Federasiyasının Samur stansiyasına göndərilməsi nəzərdə tutulmuşdur. Müqavilədə göstərilən məbləğ 09.09.2010-cu il tarixli köçürmə orderi ilə “xxxx” LTD MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabına köçürülmüşdür. Göstərilən müddətdə vaqonlar göndərilməmiş və bu işin araşdırılması üçün baş direktorun tapşırığı ilə 2011-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərinə ezam edilmişdir. Bakı şəhərində o, Təqsirləndirilən şəxs ilə görüşmüş və bu məsələni araşdırmağa başlamışdır. Görüş zamanı Təqsirləndirilən şəxs vaqonların göndərilməsi üçün sənədləşmədə problem olduğunu bildirmiş və onu “xxxx” QSC-nin binasına gətirmiş, həmin cəmiyyətin sədr müavininin qohumu olduğunu deyərək onu həmin müavinin qəbul otağına gətirərək, özü qohumunun qəbuluna girmişdir. Qəbuldan çıxaraq Süleymanov ona vəd etmişdir ki, bütün məsələləri həll edib, vaqonlar uçotdan çıxarılıb və qısa müddətdə göndərilməsini təmin edəcəkdir. O, Süleymanovun rəhbər vəzifəli şəxslə qohum olmasını, onun qəbuluna maneəsiz daxil olmasını görüb ona inanmış və Moskva şəhərinə qayıdaraq bütün halları Zərərçəkmiş şəxs1 danışmışdır. Bununla belə, 2011-ci ilin dekabr ayında vaqonlar göndərilməmiş və 2012-ci ilin fevral ayında o, yenidən Azərbaycana ezam edilmişdir. Onun Bakı şəhərinə gəlməsi heç bir nəticə verməmiş və Təqsirləndirilən şəxs görüşlərə gəlməyərək sonradan ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. 2012-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 özü Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxsla görüşmüş, görüş zamanı sonuncu bildirmişdir ki, vaqonların sənədləşdirməsində problemləri olduğu üçün onları göndərə bilmir. Zərərçəkmiş şəxs1 artıq ona inanmamış və ondan notarial qaydada təsdiq olunmuş “Borcun etirafı müqaviləsi” verməsini tələb etmişdir. 21.02.20112-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında “Borcun etirafı müqaviləsi” imzalanmışdır. Həmin müqavilədə Təqsirləndirilən şəxs ilə 30000,00 ABŞ dolları və 16000,00 ABŞ dolları dəbbə pulunun, AZN ilə 36225,00 manatın 02.03.2012-ci il tarixdə ona ödənilməsi razılaşdırılmışdır. Göstərilən müddətdə Təqsirləndirilən şəxs həmin məbləği şirkətə ödəmədiyi üçün Efendiyev nümayəndəsi vasitəsilə Təqsirləndirilən şəxs haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 36225,00 manat məbləğində müqavilə ilə etiraf olunmuş borc, 845,25 manat məbləğində faiz borcu olmaqla cəmi 37070,25 manat məbləğində pulun tutularaq Efendiyevin xeyrinə ödənilməsi barədə 2(005)-2882/2012 nömrəli, 17.12.2012-ci il tarixli qətnamə çıxarmış və hal-hazıradək onun tərəfindən göstərilən qətnamə qərəzli icra edilməmişdir. Məhkəmənin qərarı qəbul ediləndən sonra dəfələrlə onunla əlaqə saxlamaq istəmiş, lakin o, telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882/2012 saylı qiyabi qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs 36225,00 AZN məbləğində müqavilə ilə etiraf olunmuş borcun, 845,25 manatın, cəmi 37070,25 AZN məbləğində pulun tutularaq Rusiya Federasiyası vətəndaşı X2 xeyrinə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən (VÖEN **********) 01/07/2012 saylı, 07.07.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 76500,00 ABŞ dolları əsas borcun və 4000,00 ABŞ dolları dəbbə pulu borcunun, cəmi 80500,00 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500,00 manat hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manatın Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə tutularaq ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882/2012 saylı qiyabi qətnaməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli qətnamələri qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Onlar əsasında çıxarılmış icra sənədi icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədinin icrası ona həvalə edilmişdir. O, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədini 03.10.2014-cü il tarixdə icraatına qəbul etmiş, tələbi icra etməsi üçün borclu “xxxx” MMC-nin rəhbəri Təqsirləndirilən şəxs “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada bildiriş göndərmiş, tələbkar tərəfi də məlumatlandırmışdır. Lakin “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs tələbləri müəyyən olunmuş müddətdə könüllü icra etməmişdir. Bundan sonra məcburi icra tədbirlərini həyata keçirmək üçün X9 və digər təşkilatlara borcluya məxsus əmlakı müəyyən etmək üçün sorğular göndərilmişdir. Təqsirləndirilən şəxs Nərimanov rayon İcra Şöbəsinə gəlmədiyindən, borclunun axtarılması barədə 24.04.2015-ci il tarixdə qərar qəbul edilmiş və qərar icra olunması üçün müvafiq polis idarəsinə göndərilmiş, həmçinin borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmişdir. “xxxx” MMC-nin “xxxx” ASC-nin Mərkəzi filialında bank hesabı aşkar edildiyindən onun üzərinə 21.09.2016-cı il tarixdə inkasso sərəncamı qoyulmuşdur. 14.11.2016-cı il tarixdə borclu “xxxx” MMC-nin rəhbəri Təqsirləndirilən şəxs Nərimanov rayon İcra Şöbəsinə gətirilmiş və onun yazılı izahatı alınmışdır. O, izahatında tələbkar “xxxx” MMC-yə pulun ödənilməsi üçün ona vaxt verilməsini və hər üç aydan bir tələbkara 20000,00 ABŞ dolları ödəyəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq tələbkarlardan “xxxx” MMC-nin rəhbərinə 1000 ABŞ dolları pulu poçt vasitəsi ilə ödəmişdir. Bundan başqa o, heç bir ödəniş etməmiş, yalnız borcun müqabilində yalançı vədlər verməklə kifayətlənmişdir. 14.11.2016-cı il tarixdə borclu “xxxx” MMC-nin rəhbəri Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə tabe olmaması ilə bağlı inzibati qaydada cəzalandırılması üçün inzibati protokol tərtib edərək Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Eyni tarixdə məhkəmədə protokola baxılmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin, Təqsirləndirilən şəxs bu tənbehdən sonra da ona edilmiş yazılı xəbərdarlıqlara baxmayaraq məhkəmənin qətnaməsini qərəzli icra etməməkdə davam etmişdir. Borclunun ölkədən getmək hüququ verilmiş təqdimat əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 8(005)-177/2017 saylı qərardadı ilə borcu ödənilənədək məhdudlaşdırılmışdır. “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs daha sonra İcra Şöbəsi ilə əlaqəsi tamamilə kəsildiyindən 18.01.2018-ci il tarixdə onun barəsində yenidən axtarış edilməsi barədə qərar qəbul edilmişdir. 16.04.2018-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Bu tənbehdən sonra ona yenidən xəbərdarlıq məktubları göndərilsə də, Təqsirləndirilən şəxs məhkəmənin məlum qətnamələrini icra etməkdən yayınmış və bu səbəbdən “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs barəsində olan icra sənədləri 15.04.2019-cu il tarixli təqdimatla cinayət təqibi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid3 iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)- 2882/2012 nömrəli qiyabi qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 36225 (otuz altı min iki yüz iyirmi beş) AZN məbləğində müqavilə ilə etiraf olunmuş borcun, 845,25 (səkkiz yüz qırx beş manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 37070,25 (otuz yeddi min yetmiş manat iyirmi beş qəpik) AZN məbləğində pulun X1 xeyrinə tutulması qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882/12 nömrəli icra vərəqəsindən görünür ki, borclu Təqsirləndirilən şəxs 36225 (otuz altı min iki yüz iyirmi beş) AZN məbləğində müqavilə ilə etiraf olunmuş borc, 845,25 (səkkiz yüz qırx beş manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 37070,25 (otuz yeddi min yetmiş manat iyirmi beş qəpik) AZN məbləğində pul X1 xeyrinə tutulmalıdır; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 663 nömrəli, 06.02.2013-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882/2012 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763/2014 nömrəli icra vərəqəsindən görünür ki, “xxxx” MMC-dən 01/07/2012 saylı, 07.07.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 76500 (yetmiş altı min beş yüz) ABŞ dolları əsas borc və 4000 (dörd min) ABŞ dolları dəbbə pulu borcu, cəmi 80500 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500 (beş yüz) manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə ödənilməlidir; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763/14 nömrəli qətnaməsindən görünür ki, “xxxx” MMC-dən 01/07/2012 saylı, 07.07.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 76500 (yetmiş altı min beş yüz) ABŞ dolları əsas borcun və 4000 (dörd min) ABŞ dolları dəbbə pulu borcunun, cəmi 80500 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500 (beş yüz) manat hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 7117 nömrəli, 03.10.2014-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763/14 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış “xxxx” MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 50 (əlli) manat olmaqla 2 (iki) paydan ibarətdir. Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları: Təqsirləndirilən şəxs 100 (yüz) faiz, 100 (yüz) manat, 2 (iki) pay, pul şəklində; “xxxx” MMC-nin təsisçisinin 22.04.2008-ci il tarixli qərarından görünür ki, cəmiyyətin cari fəaliyyətinə rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirir; Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2 “Borclunun axtarılması haqqında” 24.04.2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli qərardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763/14 nömrəli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012ci il tarixli, 2(005)-2882/2012 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-592/2016 nömrəli, 18 noyabr 2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-177/2017 nömrəli, 14 fevral 2017-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763/14 nömrəli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882/2012 nömrəli icra vərəqələri üzrə yaranmış borc ödənilənədək məhdudlaşdırılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-704/2018 nömrəli, 16 aprel 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 04 may 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Telefon danışığı barədə” 21 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin müstəntiqi, baş ədliyyə müşaviri X7 tərəfindən ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs - Rusiya Federasiyasında hüquqi şəxs kimi qeydiyyata alınmış “xxxx” MMC-nin direktoru, Rusiya Federasiyasının Samara şəhərində yaşayan Zərərçəkmiş şəxs2y Aleksandroviçə onun istifadəsində olan +7(***)******* nömrəli mobil telefonuna zəng vurulmuş və ona izah edilmişdir ki o, həmin iş üzrə 19 aprel 2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və onun həmin cinayət işində zərərçəkmiş kimi iştirak etmək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 87-ci maddəsi ilə digər hüquq və vəzifələri vardır. Bundan əlavə Valeriy Soinə bildirildi ki, həmin iş üzrə Təqsirləndirilən şəxs 30.10.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş, “xxxx” MMC-yə 80500 ABŞ dolları məbləğində vəsaitin ödənilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli qətnaməsinin icra etməməsini etiraf etmiş və həmin məbləği zərərçəkmiş şəxsə ödəyəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs2y telefon danışığı zamanı bildirmişdir ki, direktoru olduğu “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuş 11 noyabr 2019-cu il tarixli etibarnamə ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ilə müqavilə bağlamış və həmin vəkil iş üzrə onun mənafeyini müdafiə edəcəkdir. Bundan əlavə Zərərçəkmiş şəxs2y bildirmişdir ki, Təqsirləndirilən şəxs 30.10.2019-cu il tarixli dindirmə zamanı ona olan borcu qaytaracağını vəd etsə də, bu günədək heç bir vəsait ödəməmiş və telefonlara cavab verməmişdir; “Telefon danışığı barədə” 23 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin müstəntiqi, baş ədliyyə müşaviri X7 tərəfindən, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs1 ona məxsus +7(916) ******* nömrəli mobil telefonuna zəng edilmiş və ona izah edilmişdir ki o, həmin iş üzrə 19 aprel 2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və onun həmin cinayət işində zərərçəkmiş kimi iştirak etmək və CPM-in 87-ci maddəsi ilə digər hüquq və vəzifələri vardır. Bundan əlavə Zərərçəkmiş şəxs1a bildirildi ki, Təqsirləndirilən şəxs həmin iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş və ifadəsində 37070,25 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi barədə 17.12.2012-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qiyabi qətnaməsini icra etdiyini və bütün vəsaiti sonuncuya tam ödədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 telefon danışığı zamanı bildirmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs 37070,25 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə 17.12.2012-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qiyabi qətnaməsi vardır, lakin Təqsirləndirilən şəxs ona bu günədək heç bir vəsait ödəməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 qısa zamanda Bakı şəhərinə gələcəyini və həmin işdə özü və ya mənafelərini müdafiə etmək üçün müdafiəçinin vasitəsi ilə iştirak edəcəyini bildirmişdir; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-159/2020 nömrəli, 29 fevral 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 fevral 2020-ci il tarixdən hesablanmaqla ibtidai istintaq müddətinin sonunadək, yəni 18 aprel 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs2y Aleksandroviçin 15 iyun 2020-ci il tarixli ərizəsindən görünür ki, hazırki ərizə ilə ilk növbədə müttəhim Təqsirləndirilən şəxs dələduzluq hərəkətlərindən öz qəzəbini bildirmək istəyir. Özü şəxsən məhkəmədə iştirak edib onun həyata keçirdiyi onun etibarından sui istifadə edilməsi və bunun nəticəsində şirkətə ciddi maddi və mənəvi zərər vurması ilə bağlı müttəhimə öz hiddətini büdirmək istərdi. Şirkət partnyorların etibarını itirdi və müflislik hədddinə çatmışdır. Müttəhim Təqsirləndirilən şəxs vaqonları göstərərək və onlarla müqavilə imzalayaraq əvvəlcə vaqonlara təmiri üçün pul götürmüşdür. Sonra onu inandırmışdır ki, vaqonların göndərilməsi üçün bütün malın ilkin ödənişi tələb olunur. Bu zaman müttəhim vaqonları müqavilənin bütün məbləğinin daxil olmasından dərhal sonra göndərməyi vəd etmişdir. Lakin, tərəflərindən köçürülən və “xxxx” MMC-nin şirkətinin bank hesabına daxil olmuş 76.500 ABŞ dolları məbləğində pulları Təqsirləndirilən şəxs (təsisçisi və direktoru) şirkətin bank hesabından çıxararaq onları mənimsəmişdir və özünün hər hansı bir borclarına xərcləmişdir. Sonradan aydın olduğu kimi və cinayət istintaqı prosesində təsdiq edildiyi kimi Təqsirləndirilən şəxs öz müqavilə öhdəliklərini qəsdən yerinə yetirmək istəməmişdir, onun müqavilə bağlamağının əsas məqsədi pulları almaq və mənimsəmək olmuşdur. Bu onun tək və yeganə belə hərəkəti deyil. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs nəinki onları aldatmışdır. Qəsdən aldadaraq, etibar qazanaraq və üzərinə götürdüyü müəyyən öhdəlikləri yerinə yetirməyi vəd edərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə böyük məbləğdə pulu mənimsəmişdir və bununla da külli miqdarda zərər vurmuşdur. Ümumi pandemiya, yolların və aviauçuşların bağlı olması səbəbindən Bakı şəhərinə gələ bilmir ki, şəxsən məhkəmə proseslərində iştirak etsin və şəxsən öz tələblərini müttəhim Təqsirləndirilən şəxs irəli sürsün. Məhkəmənin obyektivliyinə və qərəzsizliyinə inanaraq xahiş edir ki, 1(005)- 173/2020 nömrəli cinayət işi üzrə məhkəmə baxışı onun iştirakı olmadan səlahiyyətləndirdiyi vəkil Müdafiəçi1 iştirakı ilə keçirilsin. Tələbləri qüvvədə qalır - Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli qərarına müvafiq olaraq tam həcmdə icra olunsun. Əks halda, Təqsirləndirilən şəxs əməllərində istintaq dövründə daha ağır cinayətin - zərərçəkmiş şəxsə külli miqdarda maddi zərərin vurulması ilə dələduzluğun, yəni CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır. CMP-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin əməllərində daha ağır cinayət əməllərinin olması haqqında qərar qəbul edilməsini və cinayət işi materiallarını təqsirləndirlən şəxsə digər daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurora göndərilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144- 146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2012-ci il tarixli, 2(005)-2882/2012 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh kimi ondan 36225 (otuz altı min iki yüz iyirmi beş) AZN məbləğində müqavilə ilə etiraf olunmuş borcun, 845,25 (səkkiz yüz qırx beş manat iyirmi beş qəpik) manatın, cəmi 37070,25 (otuz yeddi min yetmiş manat iyirmi beş qəpik) AZN məbləğində pulun tutularaq X2 xeyrinə tutulmasına dair məhkəmə aktının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə inzibati qaydada tənbeh tədbirlərinin tətbiq edilməsindən nəticə çıxarmamış, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada yenidən xəbərdarlıq edilərək vaxt verilsə də, tələbkar Aleksandr Əfəndiyevə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru olaraq vəzifəli şəxs kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.04.2014-cü il tarixli, 2(82)-763 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən 01/07/2012 saylı, 07.07.2012-ci il tarixli alqısatqı müqaviləsi üzrə ödənilmiş 76500 (yetmiş altı min beş yüz) ABŞ dolları əsas borcun və 4000 (dörd min) ABŞ dolları dəbbə pulu borcunun, cəmi 80500 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 500 (beş yüz) manat hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın Rusiya Federasiyasının hüquqi şəxsi “xxxx” MMC-yə tutularaq ödənilməsinə dair məhkəmə aktının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, həmin məhkəmə aktını icra etməməyə görə inzibati qaydada tənbeh almasından nəticə çıxarmamış, icra sənədindəki tələbləri icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilərək dəfələrlə vaxt verilsə də, məhkəmə aktı ilə tələb olunan məbləği “xxxx” MMC-yə ödəməməklə ona maddi ziyan vurmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni qüvvədə olan məhkəmə aktlarını icra etməməkdə qərəzinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə aktının icrası üçün bu və ya digər hərəkətləri etməli olduğu şəxsin qanunla müəyyən edilmiş müddət ərzində həmin hərəkətləri etməməsi başa düşülür. Belə hərəkətsizlik məhkəmə aktı üzrə verilməli əmlakın verilməməsi, ödənilməli pul məbləğinin ödənilməməsi və s. hərəkətsizlikdə ifadə oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktlarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində, məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarlarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktlarını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü - məhkəmə aktlarını icra etməməkdə qərəzinin olmaması barədə dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs həm fiziki, həm də vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, CM-in 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayətlər çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun hər iki növü (ideal və real məcmu) yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmasın və ya qanunla müəyyən edilən əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməsin, habelə bu cinayətlərin heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Cinayətlərin məcmusunun hər iki növündə törədilmiş hər bir cinayət əməlinin Məcəllənin bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi (maddənin hissəsi) ilə müstəqil tövsif olunması tələb olunur, yəni cinayətlər məcmusunda şəxs hər biri müstəqil cinayət tərkibi yaradan iki və daha çox əməl törədir. Normaların rəqabətində isə şəxsin törətdiyi bir əməl CM-in Xüsusi hissə normalarının bir neçəsinin əlamətlərinə uyğun gəlir. CM-in 17.4-cü maddəsində qeyd olunur ki, Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlləri CM-in məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə məsuliyyəti müəyyən edən 306-cı maddəsinin 1-ci ümumi və 2-ci xüsusi hissəsi ilə əhatə olunur. Belə olan halda onun tərəfindən CM-in Xüsusi hissəsində həm ümumi (306.1), həm də xüsusi normada (306.2) nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yarada bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən həm fiziki, həm də vəzifəli şəxs kimi məhkəmə qərarlarını icra etməməklə bağlı törədilmiş əməllər cinayətlərin məcmusunu yaratmır və onun bu əməlləri CM-in 306.2-ci maddəsi ilə tam əhatə olunur. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə qərarlarını icra etməmə cinayətinə görə Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan CM-in 306.1-ci maddəsi xaric olunmalıdır. CM-in 306.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə vəzifəli şəxs tərəfindən törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəliliyini, işin hallarını nəzərə alaraq onun təqsirləndirildiyi CM-in 306.2-ci maddəsində nəzərdə tutulan müəyyən vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzasının da təyin olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 306.1-ci maddəsi xaric edilməli, o, CM-in 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə hüquqi şəxsin direktorlar şurası (müşahidə şurası) və icra orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 28 fevral 2020-ci il tarixdən hesablansın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar