Məhkəmə qərarları › İş №1(005)-20/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-20/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-20/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – X19 iştirakları ilə, xx xxxxx 1967-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, 03 (üç) övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylıı İstintaq Təcridxanasında saxlanılan X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Şofıq oğluna qohumu X26 Bakı Apellyasia məhkəməsinin icraatında olan mülki işinə köməklik göstərməklə onun xeyrinə qərar qəbul etdirəcəyini yalan vəd verib aldadaraq, 2017-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs7 5000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 övladı Pərvin İsmayılovun barəsində Nərimanov rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunu həbsdən azad etdirəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs14 bacısı Şahid3 Cəlal qızının vasitəsilə 2017-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, "Elit" ticarət mərkəzinin yaxınlığında 3500 manat və bir həftə sonra eyni ünvanda 600 manat, daha sonra yaşadığı ünvan 4 məhələdə yerləşən fərdi evdə 900 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs15 yaşadığı ünvan 5 ünvanlna qeydiyyatla bağlı Səbail rayon məhkəməsində aparılan məhkəmə prossesinin onun xeyrinə qətnamə qəbul etdirəcəyinə köməklik edəcəyi barədə yalan vəd verərək 2019-ci ilin avqust ayında ünvan 7 ünvanında Zərərçəkmiş şəxs15 hissə-hissə olmaqla ümumilikdə 8.000 manat məbləğində pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs15 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 qardaşı oğlu X6 müharibə veteranı vəsiqəsi düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 02 avqust 2019-cu il tarixdə saat 12 radələrində Binəqədi rayonu, M.Kazımov küçəsində yerləşən "Tək Çinar" kafesinin qarşısında 1000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 bacanağı X20 müharibə veteranı vəsiqəsi düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 2019-cu ilin oktyabr sonlarında Bakı şəhəri, Mətbuat prospektində yerləşən Nəşriyyat Evinin yaxınlığında 200 manat və 2019-cu ilin noyabr ayının 4-də Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən "Tərlan" şadlıq sarayının yanında 400 manat məbləğində pul vəsaitini vahid niyyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 atası X21 barəsində Kürdəmir RPŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə onu həbsdən azad etdirəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 20 may 2020-ci il tarixdə Kürdəmir rayon mərkəzi poçtundan onun adma göndərilmiş 13500 manat, 10 iyul 2020-ci il tarixdə bank kartına göndərdiyi 250 manat və 3 gün sonra 250 manat, 2020-ci ilin iyul ayında Kürdəmir rayon məhkəməsinin qarşısında 200 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 14200 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X37 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 övladı X33 X7 qəbul olunması üçün həkim komissiyasından keçirməkdə kömək edəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsi 108 nömrəli evin qarşısında 1500 manat və iki gün sonra eyni ünvanda 1500 manat məbləğində pul vəsatini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X32 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui - istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 3-cü qrup əlillik təqaüdü düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 2020-ci ilin noyabr ayininin ortalarında ünvan 8 ünvanında Şamaxinka adlanan ərazidə yerləşən "Lukoyl” yanacaq doldurma məntəqəsinin qarşısında 400 manat, daha sonra həmin ilin noyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Nəsib Həbibovun yaşadığı fərdi evin qarşısında 600 manat məbləğində pul vəsaitini vahid niyyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə X48ma mühüm dövlət işlərində vəzifədə işləyən tanışlarının və çoxlu sayda məhkəmə orqanlarında işləyən şəxslərlə yaxın əlaqələrinin olduğunu bildirib sonuncunun qardaşı X49 barəsində Bakı şəhəri Xəzər RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Adil Ağayevi həbsdən buraxdıracağına və barəsində olan cinayət işinin icraatına xitam etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 18 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərindən ödəmə terminalı vasitəsi ilə köçürmə yolu ilə hissə-hissə olmaqla 5500 manat və 21 dekabr 2020-ci il tarixdə 1500 manat məbləğində pulu Sabunçu rayonu ərazisindən taksi sürücüsü vasitəsi ilə göndərdiyi ümumilikdə 7000 manat məbləğində pulu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində “Ağ saray” şadlıq evinin yanında vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs X48ma xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X32, X22 və X50 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə X10 onun barəsində Xətai RPİ- nin istintaq şöbəsində olan cinayət işinin icraatına xitam etdirəcəyi barədə yalandan vəd verib aldadaraq, 2021-ci ilin fevral ayının təxminən əvvəllərində Zərərçəkmiş şəxs6 ***-***-**-** “Bakcell” nömrəsinə 15 manat məbləğində pul köçürtdürmuş, 3-4 gün sonra Bakı şəhəri, "Şamaxinka" adlanan ərazidə yeni inşa edilmiş asma piyada keçidinin yaxınlığında 300 manat, təxminən 1 həftə sonra yenə əvvəlki ünvanda idarə etdiyi "KİA" markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin içərisində 500 manat, 2021-ci ilin fevral ayının sonlarında "Şamaxinka" adlanan ərazidə "Alibaba" dönər evinin yanındakı özünə məxsus ofisdə Nəsib Həbibovla birgə 700 manat, qeyd olunan tarixdə həmin ofisdə Ədalət Abbasov və Lütvi Əliyevlə birgə 820 manat, 2021-ci ilin mart ayının əvvəllərində yenidən "Şamaxinka" adlanan ərazidə asma piyada keçidinin yaxınlığında olan kafedə 30 manat, bundan 3-4 gün sonra Xətai rayon prokurorluğunun yaxınlığında özünün avtomobilində 70 manat, 09 mart 2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən Xətai rayon prokurorluğunun yaxınlığında yerləşən "Fresh" marketin qarşısında 200 manat, ümumilikdə hissə-hissə olmaqla 2635 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 qeyd olunan miqdarda zivan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 qızma nəvəsi polis nəfəri X34 xidmət etdiyi Saatlı rayon polis şöbəsinin növbətçi hissəsindən Bakı şəhəri Qaradağ rayon polis idarəsinə sürücü işinə köçürmə məsələsini həll edəcəyi barədə yalandan vəd verərək, Rəfiqə Zeynal ovadan 23 mart 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal ravonunda 2.000 manat və həmin gün saat 17 radələrində ünvan 11 ünvanında yerləşən Naxçıvan MR-in nümayəndəliyinin inzibati binasının qarşısında 3100 manat, ümumilikdə 5100 manat məbləğində pulu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 5100 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 Samil oğlunun övladı. X55 Hallar Nazirliyinin Qarabağ bölgəsinə yanğın söndürən işinə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 2021-ci ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Mehdıabad kəndində 4000 manat, 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 5 ünvanında yerləşən "Kapital bank"ın yanında 1000 manat, 16 iyun 2021-ciil tarixdə Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən "Lux" marketdə olan "Milliön" aparatından onun bank kartına göndərilən 200 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 6200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə alında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə X51 övladı X62 İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Qarabağ bölgəsinə polis nəfəri işinə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs10 2021-ci ilin aprel ayının ortalarında Tərtər rayonu, İrəvanlı kəndində 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 övladı Rövşən Babaxanovu həbsdən azad etdirəcəyinə köməklik edəcəyi barədə yalan vəd verərək Zərərçəkmiş şəxs12 2022-ci ilin fevral ayının əvvəllərində Bakı səhəri, Xətai rayonu, Babək prospekti 92N ünvanında yerləşən “X77” xəstəxanasının yaxınlığında yerləşən “Abşeron” kafesinin həyətində 6.000 manat, səhəri günü Xətai rayonu Yusif Səfərov küçəsində 200 manat, sonuncu dəfə isə 2022-ci ilin mart ayının 19-da saat 18 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 16 ünvanında 500 manat pul alaraq, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 6700 manat məbləğində pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs12 xevli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qızma övladı Səidə Poladovaya əlilliklə bağlı təqaüdün bərpası ilə bağlı sənədləri düzəldəcəyi barədə yalan vəd verərək 05 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar prospektində Aidə Muadovadan 2500 manat məbləğində pul alaraq ələ keçirərək, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə X11 qohumu X45 Hallar Nazirliyinə yanğınsöndürən işinə bir ay müddətinə düzəldəcəyinə köməklik edəcəyi barədə yalan vəd verərək Kazım Göyçəliyevdən 18 may 2022-ci il tarixdə ünvan 17 ünvanında yerləşən “Sevgilim" kafesində 8500 manat pul alaraq ələ keçirməklə zərərçəkmış şəxs X12 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında X13 Köçəri oğlu ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 tanışı Nəsibin vasitəsi ilə tanımışdır. Güləmirzə ona bacanağı X20 da müharibə veteranı vəsiqəsini düzəltmək istədiyini və bu məsələni həll etməsini xahiş etdiyini bildirmişdir. O, onunla razılaşdığını və düzəldəcəklərini, heç bir problemin olmadığını bildirmişdir. Lakin, pulunun az olduğunu, cəmi 600 manat pul verə biləcəyini, pulu hissə-hissə ona verə biləcəyini dediyini bildirmişdir. O, etiraz etməmiş və daha sonra razılaşdığları kimi Güləmirzə ona avtomaşında 200 manat məbləğində pul verdiyini bildirmişdir. Bir neçə gündən sonra Güləmirzə onunla görüşüb ona həmin şəxsin sənədlərini, yəni hərbi biletini, şəxsiyyət vəsiqəsini verdiyini, daha sonra birlikdə gedib sənədləri təsdiqlətdiklərini bildirmişdir. Həmin vaxtdan bir müddət keçmiş təxminən 2019-cu ilin noyabr ayının əvvəlində Gülmirzə ilə “Tərlan” şadlıq” evinin yanındakı kafedə görüşdüklərini və Gülmirzə ona 400 manat məbləğində vəsiqənin alınmasına görə pul verdiyini bildirmişdir. Veteran vəsiqəsinin həll edilməsi üçün ümumilikdə 600 manat pul almışdır. Sənədləri hazırlayıb məhkəməyə təqdim etmişdir. Həmin iş həll olunduqdan sonra Güləmirzə pulunu yenidən geri tələb etmişdir. O, da məcbur olub həmin pulu geri qaytarmışdır. Hazırda Güləmirzə ilə barışmışdır və Güləmirzənin ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs7 - ilə dostluq etdiyi şəxslər vasitəsilə tanış olmuşdur, Nadir söhbət zamanı ona qohumu X26 Bakı Apellyasiya məhkəməsində mübahisəli mülki işinin olduğunu bildirmişdir. Tamaraya həmin işdə köməklik göstərilməsini ondan xahiş etmişdir. Nadir işin həlli üçün ona 5000 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə prosesində Tamara adlı şəxsin qarşı tərəfə pul ödəməli olduğunu, ödəmədiyi üçün məhkəmənin onun xeyrinə qərar qəbul etmədiyini söyləmişdir. Pulu qismən ödədiyini bildirmişdir. Zərərçəkmiş Şahid4 - tanışı Fazilin vasitəsi ilə tanıdığını bildirmişdir. Belə ki, Fazil 2017-ci ilin may ayında Yeganənin oğlu Pərvini Nərimanov RPİ-si tutulduğunu, onun məhkəmə işində ona kömək etmək lazım olduğunu bildirdiyini, onun da razılaşdığını bildirmişdir. Pərvinə az cəza verilməsi üçün ilk öncə zərəçəkmişlərin bir qisminin pulunun ödənilməsindən ötrü 3500 manat məbləğində pul aldığını, həmin iş üzrə zərəçəmişlərlə görüşdüyünü, onlardan ziyanın ödənilməsi və barışıq ərizələrini aldığını bildirmişdir. Sonra tanış vəkili Mübariz ilə müqavilə bağladıqlarını bildirmişdir. Mübariz Pərvinə 15 epizod üzrə oğurluq və narkotik maddə ilə təqsirləndirilməsi üzrə 5 il həbs cəzası verildiyini bildirmişdir. Sonra o və Mübariz apellyasiya şikayəti verdiklərini lakin, şikayətin təmin olunmadığını, sonradan Ali məhkməyə şikayət verildiyini lakin şikayətin təmin edilmədiyini bildirmişdir. Şahid4 başqa heç bir məbləğ almadığını bildirmişdir. Həmçinin Şahid4 ilə aralarında barışıq olduğunu söyləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs8 - tanışı Mikayıl adlı şəxs ona zəng edərək Kürdəmir sakini Zərərçəkmiş şəxs8 atasının X21 Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi üzrə həbs edildiyini və onun işində ona mümkün olan köməklik etməsini xahiş etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 adlı şəxslə zəngləşib ofisində görüşdüklərini və Zərərçəkmiş şəxs8 atasının həbsdən azad etdirilməsini istədiyini bildirdiyini demişdir. Zərərçəkmiş şəxs8 ofisdə işləyən rəsmi vəkil olan Mübarizlə müqavilə bağladığını və Mübarizə 2000 manat müqavilə pulu verdiyini bildirmişdir. Mübarizdə ona pulun alınmasına dair qəbz verildiyini, sonra onlar birlikdə Kürdəmir rayonuna getdiklərini bildirmişdir. Orada işin vəziyyəti ilə tanış olduqlarını və təqsirləndirilən şəxs Sadıx Mikayılovun ruhi xəstəliyini müəyyən etmək məqsədi ilə müəyyən həkimlərlə söhbət edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs8 onun atasının həbsdən azad olunması üçün ona ümumilikdə o, Zərərçəkmiş şəxs8 9500 manat məbləğində pul aldığını, sonra işin Lənkəran rayon ağır cinayətlər məhkəməsinə göndərildiyini və Lənkərana getdiyini bildirmişdir. Orada işin vəziyyəti ilə maraqlandığını, lakin heç bir köməklik göstərə bilmədiyini demişdir. Zərərçəkmiş şəxs8 xatırlamadığı müddətə cəza verildiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 ona verdiyi pulu geri tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs8 aldığı 9500 manat puldan 9000 manatını qaytarmışdır. Qalan məbləği isə qaytarmaq fikrindədir. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 - tanışı X37 müraciət edərək, Zərərçəkmiş şəxs5 adlı şəxs oğlunu Azərbaycan Respublikası Daxili Qoşunların Akademiyasına qəbul etdirmək istədiyini bildirmişdir. Bu məsələ ilə Lütvi məşğul olmuşdur. Svetlana 1500 manat pulu Lütviyə verdiyini bildirmişdir. Lütviyə Svetlananın pulunu qaytarmasını bildirmişdir. Lakin Lütfi pulu qaytarmadığından onun əvəzinə Svetlana xanıma pulu o, özü qaytarmalı olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs15 - tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs15 adlı milliyyətcə rus olan bir qadınla ofisdə tanış olduğunu bildirmişdir. O, Səbail rayon məhkəməsində aparılan məhkəmə prossesinin onun xeyrinə qətnamə qəbul etdirilməsini istədiyini bildirmiş və bu məsələdə ona köməklik edilməsini xahiş etdiyini demişdir. Məsələni həll edə biləcəyini ona bildirmiş və ondan cəmi 8000 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs15 hissə-hissə olmaqla ümumilikdə 8.000 manat məbləğində pul aldığını bildirmişdir. Zərərçəkmiş şəxs15 qısa müddətə məhkəmədə olan mülki işlə bağlı onun xeyrinə qərar qəbul etirəcəyini bildirmişdir. Marina Pavlovna ofisidə işləyən vəkil Mübarizlə də rəsmi müqavilə bağladığını və Mübariz onun mülki işi ilə məşğul olmalı olduğunu bildirmişdir. Bir müddətdən sonra məhkəmədə Marina Pavlovnanın əleyhinə qərar qəbul edildiyini və o, ondan və vəkil Mübarizdən narazı qaldığını, pullarını ondan geri qaytarılmasını tələb etməyə başladığını bildirmişdir. İmkanı olmadığı üçün ona pulu qaytara bilmədiyini demişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 - 2020-ci ilin noyabr ayininin ortalarında bir işlə bağlı tanışı Nəsib Həbibov vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 baş nahiyyəsindən xəsarət aldığı üçün 3-cü qrup əlillik təqaüdü almaq istədiyini bildirmişdir. Bu məsələni həll edə biləcəklərini ona deyib ondan 1000 manat hissə-hissə olmaqla pul almışdırlar. Lakin pulu Nəsib almışdır. Bu məsələ Nəsib Həbibov və Yasin Mustafayev arasında olmuşdur. O, pul almamışdır. Bu məsələni sonradan bilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs10 - tanışı olan Zərərçəkmiş şəxs9 vasitəsilə tanıdığını bildirmişdir. Rasim ona X57 İşlər Orqanlarına işə düzəltmək istədiyini bildirmişdir. Mahir ona onun oğlu Kamranı DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Qaradağ rayonu üzrə polis nəfəri vəzifəsinə düzəltmək istədiyini bildirmişdir. O, ona onun xahişini həll edəcəyinə vəd verdiyini və bunun müqabilində 5.000 manat pul istədiyini bildirmişdir. Mahir isə ona həmin məbləğə gücünün çatmadığını, cəmi 3000 manat verə biləcəyini demişdir. O, 3.000 manatı işi həll etməsi üçün Aasəfə verdiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs9 Samil oğlu - Zərərçəkmiş şəxs9 Samil oğlunun övladı X55 Hallar Nazirliyinin Qarabağ bölgəsinə yanğın söndürən işinə düzəldəcəyi ilə bağlı Asif ilə birlikdə ondan 6700 manat məbləğində pul almışlar. Lakin bu məsələni həll edə bilməmişlər. Həmin məbləği geri qaytarmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 - X15 tanışı tanımadığı Məzahir adlı şəxs ona Zərərçəkmiş şəxs6 adlı şəxs barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində olan cinayət işinin icraatına xitam verilməsində köməklik etməsinin lazım olduğunu bildirmişdir. O, etiraz etmədiyini və bundan sonra Zərərçəkmiş şəxs6 müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə, cəmi 1815 manat pul almışdır. Hazırda ona dəymiş ziyanın ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs12 - tanışı X14 2022-ci ilin fevral ayında onunla əlaqə saxlayaraq, tanışı Zərərçəkmiş şəxs12 oğlunun həbsdən azad etirilməsində köməklik etməsini xahiş etdiyini bildirmişdir. O, təkifi qəbul etdiyini və bunun qarşılığında 4500 manat pul almışdır. Lakin o, işi həll edə bilməmişdir. Aldığı məbləği isə qaytarmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 - 2022-ci ilin səhv etmirsə may ayının əvvəllərində Safıra adlı tanışının ona zəng edərək Aidə adlı tanış qadının qızının xəstəliyi ilə bağlı təqaüd məsələsini həll etməsini xahiş etdiyini və ona həmin qadınla danışmağını ona köməklik etməsini bildirmişdir. Həmin günü o, mobil telefonu ilə Aidə xanıma zəng etdiyini, ona 4000 manat pulun müqabilində bu işi görə biləcəyini deyəndə o, cəmi 2.500 manat verə biləcəyini demişdir. O, ona qızının təqaüdünü bərpa etdirəcəyinə söz verdiyini, Aidə ona 2500 manat pulu və qızının müvafiq sənədlərini verdiyini bildirmişdir. O, pulu və sənədləri götürəndən sonra may ayınm sonuna kimi onun qızının təqaüdünü bərpa etdirəcəyinə söz verdiyini bildirmişdir. Lakin işi həll edə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs13 - tanışı Mürşüd ona zəng etmiş və bir nəfər Saatlı rayon Nərmankənd kənd sakini Zərərçəkmiş şəxs13 adlı qadının nəvəsi X27 Saatlı rayon polis şöbəsində növbətçi hissəsində sürücü işlədiyini və onu Bakı şəhəri Qaradağ rayon polis idarəsinə sürücü işinə, yəni xidmət yerini dəyişdirməsinin lazım olduğunu bildirmişdir. 2021-ci ilin mart ayının 23-də Zərərçəkmiş şəxs13 ilə Yasamal rayonunda görüşdüyünü, o, Rəfiqəni dinlədiyini və onun nəvəsini Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinnə sürücü kimi işə düzəldəcəyinə vəd verdiyini bildirmişdir. O, Rəfiqədən bu işin həllinə görə hissə-hissə olmaqla 5100 manat pul aldığını bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs13 dəyən ziyanın bir hissəsi ödənilmişdir. X3 - X72 xidmət etdiyi vaxtda X16 ilə iş yoldaşı olmuş və həmin vaxtdan aralarında yaxın münasibət olduğunu bildirmişdir. Kazım bibisi nəvəsi X35 Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən işinə düzəltmək istədiyini bildirmişdir. Lakin, düzəldə bilmədiyini demişdir. O, Kazıma maraqlanıb bir söz deyəcəyini demişdir. Bir müddət sonra o, Kazımla telefon əlaqəsi saxladığını, görüşdüyünü və ona Rövşənin 8500 manat müqabilində yanğınsöndürən işinə düzəldə biləcəyini demişdir. X58 Nazirliyində işləyən dostlarının olduğunu və onların vasitəsilə Rövşənin işə düzəlmə məsələsini həll edə biləcəyini demişdir. Kazım bu iş üçün ona 8500 manat məbləğdə pul verdiyini, Rövşənin işə düzəlmə məsələsini həll edilməsini xahiş etdiyini bildirmişdir. Lakin iş alınmamışdır və aldığı pulu qaytara bilməmişdir. X4 – adını Sevinc kimi bildiyi xanım ilə Nəsiblə birlikdə Xəzər rayon polis idarəsində tanış olmuşlar. X74 tutulduğunu, ona kömək etməyin lazım olduğu barədə ona məlumat vermişlər. Sevinc bildirmişdir ki, Zeynəb tərəfindən 7000 manat pul verilmişdir ki, Adil Ağayevin polidə olan işi həll olunsun. Həmin pulu Nəsiblə birlikdə götürdüklərini, işi həll edə bilmədiklərini və pulu qaytardıqlarını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərə qismən ödənişlər etmişdir, qeyd olunan epizodlar üzrə xidmətlər göstərilmişdir, məbləğlərin bir hissəsini isə Nəsib götürmüşdür. Əməlindən peşman olmasını, övladlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, hazırda 25 yaşı olan qızı Səidə Poladova ilə birlikdə yaşamışdır. Onun qızına 3 yaşından epilepsiya və ideopatik servikal distoniya diaqonzu qoyulduğunu və 18 yaşından etibarən ona 2-ci qrup əlillik dərəcəsi verildiyindən müvafiq təqaüd də aldığını bildirmişdir. Lakin, 2021-ci ilin noyabr ayında qızı növbəti dəfə ekspertizadan keçə bilmədiyindən ona təyin olunan təqaüd dövlət tərəfindən kəsilmişdir. Bundan sonra 2022-ci ilin aprel ayının sonlarında o, əvvəllər başqa bir xəstə uşağın valideyni kimi tanıdığı Safira adlı xanımla görüşüb söhbət edərkən o, Bəhrəm adlı tanışının onun uşağının təqaüdünü bərpə edə biləcəyini demişdir. Söhbət zamanı Safura ona Bəhrəmin onun uşağının təqaüdünü 4.000 manat müqabilində düzəldəcəyini və əgər istəsə qızının təqaüdünü də bərpa etdirməsi üçün Bəhrəmlə danışmasını təklif etdiyini bildirmişdir. Lakin, o, həmin məbləğdə pulunun olmadığmı və bu barədə düşünəcəyini demişdir. Təxminən 2 gün sonra Safura ona zəng edib bu məsələ ilə bağlı hansı qərara gəldiyini maraqlananda o, yenə də həmin məbləğdə pulununun olmadığını və aşağı məbləğə həll oluna bilərsə fikirləşəcəyini demişdir. Həmin günü Bəhram adlı şəxs ona zəng etmiş və 2.500 manat müqabilində qızının təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. 05 may 2022-ci il tarixdə Bəhrəmlə Yasamal rayonu, İnşaatçılar prospektində olan Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında görüşdüklərini, həmin vaxtı küçədə o, 2500 manat pulu və qızının müvafiq sənədlərini təklikdə Bəhrəmə verdiyini bildirmişdir. Bəhrəmə pulu və sənədləri götürəndən sonra may ayının sonuna kimi qızının təqaüdünü bərpa etdirəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra ara-sıra Bəhrəmlə telefonla danışanda o, hər dəfəsində narahat olmamağını və qızının təqaüdünü bərpa etdirəcəyini demişdir. Lakin, həmin müddət çatanda o, təkrarən Bəhrəmlə danışdığını və o, yenə də müxtəlif bəhanələr gətirərək guya pulunu qaytaracağını demişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Amma barışmadığını və şikayətçi olduğunu da bildirmişdir. Yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci il aprel ayının əvvəllərində Xaçmaz rayonu, Yalama qəsəbəsində David aldı şəxsin ona xəsarət yetirməsi nəticəsində Xaçmaz polisində araşdırılma aparılmış və David adlı şəxs də həbs olunmuşdur. Davidin ona xəsarət yetirməsi nəticəsində baş sümüyü sındığından başına dəmir yerləşdirildiyini bildirmişdir. Hadisə ilə bağlı Xaçmaz polisində araşdırma aparılarkən 2020-ci il sentyabr ayının təxminən əvvəllərində ona zəng edildiyini, özünü Davidin dostu kimi təqdim edən Bəhrəm adlı şəxslə görüşdüyünü bildirmişdir. Həmin vaxt Bəhrəm Nəsib adlı şəxslə birlikdə gəlmişdir. Söhbət əsnasında Bəhrəm Davidin işi ilə bağlı köməklik etməsini xahiş etdiyini və bu məqsədlə də təcili olaraq şikayətinin olmaması barədə teleqram göndərməsini istədiyini bildirmişdir. O, da etiraz etmədiyini və Daviddən şikayətinin olmadığını bu məzmunda aidiyyəti orqana teleqram göndərdiyini bildirmişdir. Nəsib bu vaxt başından aldığı xəsarətlə əlaqədar Bəhrəmin vasitəsilə ona 3-cü dərəcə əlillik təqaüdü düzəldə biləcəyini bildirmişdir. Nəsib ona bu işin qiymətinin 4-5 min manat olmasını, lakin ona daha ucuz qiymətə, yəni 2500 manata düzəldə biləcəklərini demişdir. Həmçinin əvvəlcədən 1300 manat verməyini, sonra da qalan 1200 manat pulu verməli olduğunu demişdir. O, razılaşdığını, təxminən bir neçə gün sonra Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidəki «Lukoyl» yanacaq doldurma məntəqəsinin yanında Nəsiblə görüşdüyünü və özünə aid müəyyən sənədlərin surətlərini, eləcə də 400 manat pulu ona verdiyini bildirmişdir. Həmin vaxt 2020-ci ilin noyabr ayının ortaları günorta saatları olduğunu və təxminən 10 gün sonra Nəsib ona zəng etdiyini və təqaüd işinin düzəlmə ərəfəsində olduğunu deyib təcili 900 manat pul çatdırmağını istədiyini bildirmişdir. Nəsib sənədlərinin komissiyaya gedəcəyini deyib heç olmasa 600 manat tapmağını istəmişdir. Həmin gün axşam saatlarında özündə olan 600 manat pulu Biləcəri qəsəbəsində Nəsibin yaşadığı evin qarşısında təklikdə ona verdyini bildirmişdir. Nəsib pulu alandan sonra təqaüd işinin təxminən bir ay müddətində həll olunacağını demişdir. Həmin vaxt 2020-ci il təxminən dekabr ayının əvvəllərində bu söhbətdən təxminən 15 gün sonra o, Nəsibə zəng edib işinin nə yerdə olduğunu, sənədlərinin komissiyaya göndərilib göndərilmədiyi ilə maraqlananda Nəsib narahat olmamağını və işin getdiyini dediyini bildirmişdir. Bu minvalla Nəsib hər dəfəsində müxtəlif bəhanələrlə vaxt uzatmağa başladığını və ona verdiyi pulu tərəddüd məsələsini həll etməsi üçün guya Bəhrəmə verdiyini bildirmişdir. Bəhrəmlə danışmışdır ona söz vermişdir ki, pulunu Nəsibdən alıb qaytaracaq amma qaytarmamışdır. Məhkəmənin sualına cavab olaraq pulu Nəsib alsa da işi Bəhrəmin düzəldəcəyini bildirmiş, daha sonra Bəhrəm tərəfindən söz verilmişdir ki, pulu qaytarılacaqdır, lakin qaytarılmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs5 oğlu ifadəsində göstərmişdir ki, oğlu X8 Respublkasında İzmir şəhərinin Mevsim Universitetində Beynəlxalq Hüquq fakültəsində təhsil almışdır. X18 2020-ci il orta məktəbi qurtardıqdan sonra DİN-nin Polis Akademiyasına qəbul üçün sənədlərini verdiyini, həmin zaman oğlu 555 bal topladığını, idman normativini də verdiyini bildirmişdir. Səhhətində problem olduğu üçün oğlunu həkim komissiyasından keçirə bilməmiş, bunun üçün isə oğlunun Polis Akademiyasına qəbul ola bilmədiyini bildirmişdir. Bundan sonra fikrini dəyişib oğlunu X9 təhsil almağını məsləhət gördüklərini bildirmişdir. X9 da qəbul üçün həkim komissiyasında keçmək lazım olduğunu, ancaq oğlunun müəyyən səbəblər üzündən həkim komissiyasından keçmədiyini bildirmişdir. Həmin zaman oğlunun ingilis dilində hazırlıq müəlliməsi Saniyə adlı qadın ona bəs onun Elmlər Akademiyasında işləyən tanışı olduğunu, həmin şəxsin adının Lütvi olduğunu bildirmişdir. Əgər razı olacağınız təqdirdə onunla danışa biləcəyini, Həbibin həkim komissiyası işni həll edəcəyini bildirmişdir. O, Saniyə adlı qadına danışmasını əgər həmin şəxs razı olsa nömrəsinin ona verməsini, danışıb söhbət edəcəyini bildirmişdir. Bundan sonra Saniyə adlı qadın ona Lütvi adlı şəxslə danışdığını, onun onlara köməklik edə biləcəyini və Lütvinin nömrəsini ona verdiyini bildirmişdir. O, Lütvi adlı şəxslə əlaqə saxladığını və hansı məsələdə ona köməklik göstərəcəyini bildirdiyini demişdir. Lütvi adlı şəxs ona Bəhrəm adlı tanışı olduğunu, onun oğlunun həkim komissiyası işini həll edə biləcəyini demişdir. Bunun üçün ondan 5.000 AZN məbləğində pul istədiyini demişdir. Ancaq o, ona həmin məbləğdə imkanının olmadığını, cəmi 3.000 AZN pul verə biləcəyini demişdir. Yerdə qalan 1500 AZN məbləği isə oğlu qəbul olduqdan sonra verə biləcəyini demişdir. Lütvi adlı şəxs onunla razılaşdığını bildirmişdir. Lütvi və Bəhrəm adlı şəxslər 2020-ci ilin avqust ayında yaşadığı gun evdən biraz aralıda "ÇİNAR" otelin yaxınlığına gəldiklərini və o, həmin yerdə 1500 manat pulu Lütvi adlı şəxsə verdiyini bildirmişdir. Lütvi adlı şəxs həmin pulu mənim oğlumun yanında sayaraq Bəhram adlı şəxsə verdi. Səhərisi gün Lütvi zəng vuraraq təcili olaraq 1500 manat pulu da verməli olduğumu demişdir. Bəhrəm adlı şəxsin istifadə etdiyi avtomaşınla yaşadığı evin qarşısındakı küçəyə gəldiklərini bildirmişdir. O, həmin zaman pulu valideynlərinin və oğlunun yanında Lutvi adlı şəxsə verdiyini, Lütvi və Bəhrəm adlı şəxslər ondan 1500 AZN pulu aldıqdan sonra bir həftəyə oğlunun işi həll olunacağını bildirmişdir. Bir həftə gözlədiyini amma bır xəbər çıxmadığını bildirmişdir. Lütvi adlı şəxs həmin puldan ona 200 AZN məbləğində pul çatdığını, qalan pulun hamısının Bəhrəmda olduğunu bildirmişdir. Bəhrəm isə onun telefon zənglərinə cavab verməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyandan qismən ödəniş olmuşdur, hazırda 2800 manat ziyan qalır. Şikayətçidir, pulunu tələb edir. Yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Xətai rayon prokurorluğundan barəsində iş olduğunu, bununa əlaqədar ona ittiham verildiyini və sonra bu barədə öz tanışı Məzahirə danışdıqda o, bir nəfər tanışının vasitəsi ilə Nəsib adlı şəxsin hüquqi yardım göstərilməsi ilə məşğul olduğunu ona bildirdiyini demişdir. O, da Nəsibin işlədiyi yeri maraqlandığını bildirmişdir. Nəsiblə bu məsələni danışdığını və o, ona 1300 manat pul gətirməsini bildirmişdir. Bu işə Xətai RPİdə ən uzağı 2 günə xitam verdirəcəyini demişdir. Beləcə də o, 2021-ci ilin fevral ayında Nəsiblə Şamaxinkada çayxananın həyətində görüşdüklərini demişdir. Orada ona 300 manat pul verdiyini, həmin vaxt da Nəsibin yanında bir nəfər də tanışı olduğunu, işin həll olunacağını, pulun qalan hissəsini də gətirməsini demişdir. Bundan təxminən 5 gün sonra 500 manat pul düzəltdiyini və Nəsiblə danışıb görüş təyin edib Şamaxinkaya getdiklərini orada çayxanalardan digərində Nəsiblə görüşdüklərini bildirmişdir. Nəsib ona bir nəfərin gələcəyini, onunla tanış edəcəyini, həmin şəxs bu işi həll edəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra bir nəfər şəxsin yaxınlaşdığını, Nəsiblə görüşdüyünü bildirmişdir. Nəsib onun adının Bəhrəm olmasını ona dediyini və Bəhrəmin polis rəisini qohumu olduğunu söylədiyini, bundan sonra Bəhrəm də ona telefonunu çıxarıb göstərdiyini və həmin telefonda toy mərasimində çəkilmiş şəkli göstərib orada olan digər şəxsi göstərib onun qohumu olduğunu bildirmişdir. Bəhrəm ona, polisdə işlədiyini, hazırda da Bakının 13 rayonu əlinin altında olduğunu bildirmişdir. Beləcə də Bəhrəm onun məsələsindən xəbərdar olduğunu və gələn həftənin 5-ci günü onun işinə xitam qərarının ona veriləcəyini bildirdiyini demişdir. O, da ona inandığını və Bəhrəmin avtomaşınına əyləşdiklərini 500 manat pul çıxarıb Bəhrəmə verdiyini bildirmişdir. Bundan 1 həftədən keçdiyini və Bəhrəmlə heç bir əlaqə saxlaya bilmədiyini demişdir. Bundan sonra nə Nəsiblə nə də ki, Bəhrəmlə görüşə bilmədiyini demişdir. Sonra o, X47 tərəfdə çayxanalardan birində görəndə pulunu tələb edən zaman onlar ona işin bu günə sabaha düzələcəyini, səbrli olmasını bildirmişdir. 2021-ci ilin fevral ayının sonlarında o, Bəhrəmlə və Nəsiblə görüşdüyünü bildirmişdir. Onlar yaşadığı yer üzrə mənzil kommunal istismar sahəsindən arayış götürməsini dediyini və arayışları Bəhrəmgilə verdiyini bildirmişdir. Bəhrəm ona 700 manat da pul gətirməsini, işinin yekunlaşacağını demişdir. Beləcə bir gün sonra o, Şamaxinkada Əlibaba dönər evinin yanındakı ofisə getdiyini və orada Bəhrəmə əlbəəl 700 manat pul verdiyini bildirmişdir. Belə ki, o, pulu gətirməsə işinin xitam olmayacağını ona dediyini bildirmişdir. O, 700 manat pulu Bəhrəmə verəndə orada Nəsibin də olduğunu bildirmişdir. Həmin vaxt orada o, Bəhrəmə pulu verdiyini, bir müddət sonra Bəhrəmlə Nəsib telefonlara cavab vermədiklərini demişdir. Bir müddət sonra 2021-ci ilin mart ayının əvvəlində o, ona 30 manat pul verdiyini və bundan 3-4 gün sonra Bəhrəm və Nəsib ona Xətai RPİ-də müstəntiqin qəbulunda olduqlarını və onun işini düzüb qoşduqlarını, guya müstəntiq işi xitam edəcəyini bildirmişdir. Beləcə Nəsib maşının qol qoyulan hissəsini açıb ona bu günki əziyyətinə görə kassaya 100 manat pul atmasını demişdir. O, da cibindən 70 manat pul çıxarıb ora atdığını demişdir. Daha sonra Lütfi və Ədalət adlı şəxslərin işi həll edəcəyini bildimişdir. Onlara da müxtətif məbləğlərdə pullar verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmidir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, atası X40 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna gorə 14 fevral 2020-ci il tarixdə Kürdəmir Rayon Polis şöbəsi tərəfindən həbs olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İstintaq zamanı atasında ruhi xəstəlik olduğundan o, müayinə olunması üçün Maştağa qəsəbəsində yerləşən 1 saylı X63 göndərilmişdir. Həmin vaxt atasının yanına gedəndə Mikayıl adlı tibb işçisi Bəhrəm adlı bir nəfərin atasnın Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsirinin altına düşməsində köməklik edə biləcəyini ona demişdir. O, da Mikayılın ona verdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edib atasının işi haqqında məlumat verəndən sonra Bəhrəm adlı şəxs onu Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən ofisinə dəvət etmişdir. Bəhrəm ona müvafiq işləri həll edəndən sonra 10 gün müddətində atasını həbsdən azad etdirəcəyini demişdir. Bu məqsədlə həmin vaxt ofisdə yanında olan vəkil X28 ilə müqavilə bağlanmalı olduğunu deyib müqavilə uçun 2000 manat pul istədiyini bildirmişdir. Bir neçə gün sonra Bəhrəm və Mübariz Kürdəmirə gəldiklərini və Mübariz Kürdəmir RPŞ-yə gedib atasının cinayət işi ilə tanış olduğunu, sonra Maştağa qəsəbəsinə 1 saylı X63 gedib müəyyən həkimlərlə söhbət edəcəyini və işin həlli üçün nə qədər pul lazım olacağını onlara deyəcəyini bildirmişdir. 20 may 2022-ci il tarixdə Bəhrəm ona zəng edərək 13.500 manat pul istədiyini, həmin gun də o, 13500 manat pulu Kürdəmir rayon poçtundan Təqsirləndirilən şəxs Köçən oqlunun adına göndərdiyini bildirmişdir. Yenidən əlavə 500 manat, bir dəfə 250 manat, bir neçə gün sonra isə yenə karta 250 manat pul göndərdiyini bildirmişdir. 2020-ci ilin iyul ayına qədər bir neçə dəfə Bəhrəm Kürdəmir rayonuna gəldiyindən ona hissə-hissə olmaqla 2 dəfə 100 manat pulu yol pulu kimi verdiyini bildirmişdir. O, həmin 200 manatı Kürdəmir rayon məhkəməsinin yanında verdiyini bildirmişdir. Lakin, bİr müddət sonra Bəhrəmin işi həll etmədiyini başa düşdüyünü, verdiyi puları qeri tələb edəndə Mübariz vəkil müqaviləsi üçün ödədiyi 2000 manat puldan 1600 manatını geri qaytarsa da, 400 manatını vermədiyini bildirmişdir. Bəhrəm isə ümumiyyətlə pul qaytarmadığını və hara istəyirsə şikayət edə biləcəyini demişdir. Məhkəmənin sualına cavab olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 14200 manatdan 3900 manat ödədiyini, barışıq əldə etmədiyini, ona vurulmuş maddi ziyanın tam şəkildə ona ödənilməsini və ondan şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X3 X72 xidmət etdiyi vaxtda X16 ilə iş yoldaşı olmuş və həmin vaxtdan aralarında yaxın münasibət olduğunu bildirmişdir. Kazım bibisi nəvəsi X35 Fövqəladə Hallar Nazirliyinə yanğın söndürən işinə düzəltmək istədiyini bildirmişdir. Lakin, düzəldə bilmədiyini demişdir. O, Kazıma maraqlanıb bir söz deyəcəyini demişdir. Bir müddət sonra o, Kazımla telefon əlaqəsi saxladığını, görüşdüyünü və ona Rövşənin 8500 manat müqabilində yanğınsöndürən işinə düzəldə biləcəyini demişdir. X58 Nazirliyində işləyən dostlarının olduğunu və onların vasitəsilə Rövşənin işə düzəlmə məsələsini həll edə biləcəyini demişdir. Kazım bu iş üçün ona 8500 manat məbləğdə pul verdiyini, Rövşənin işə düzəlmə məsələsini həll edilməsini xahiş etdiyini bildirmişdir. Lakin iş alınmamışdır və aldığı pulu qaytara bilməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir, şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs14 bildirmişdir ki, oğlu İsmayılov Pərvin 27 yanvar 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 234-cü maddəsi ilə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Sonra istintaqı yekunlaşaraq Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Sonra tanışı Fazil bu barədə onlara kömək etmək məqsədi ilə Bəhrəm adlı şəxslə 2017-ci ildə tanış etmişdir. Bəhrəm oğlunun həbs işinin məhkəmədə olduğunu ətraflı olaraq bildirdiyini demişdir. Bəhrəm ona Pərvini məhkəmədə həbsdən buraxdiracağına əmin etmiş və məhkəmədə həbsdən azad edilməsinə görə ondan 5000 manat məblağində pul istəmişdir. mablogi isa sikayatçilara ödeyacayini demisdir. O, pulu ona hissa - hissa veracayini demişdir. Bəhrəmlə razılaşdığını və pulun 3500 manatının düzəldiyini demiş və Bəhrəm ona Binəqədi rayonunda yerləşən Elit ticarət mərkəzinin yanında olduğunu bildirmişdir. O, 3500 manat pulu bacısından almış və Bəhrəmə vermişdir. Bir həftə sonra Bəhrəm yenə zəng edərək ondan pulun qalanını istədiyini bildirmişdir. Ona daha 600 manat pul vermişdir. Daha sonra Bəhrəm evinə gələrək pulun qalan hissəsini 900 manatını almışdır. Məhkəməyə getməməsini hər şeyi özünün həll edəcəyini söyləmişdir. Sonradan məhkəmənin hökmü ilə Pərvinə 5 il həbs cəzası verildiyini öyrənmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir, şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, onun 1 saylı inzibati məhkəməsində mənzilə aid və həmin mənzildə qeydiyyatla bağlı Səbail rayon məhkəməsində məhkəmə prosesi olmuşdur. O, tanışı Stanislav vasitəsi ilə vəkil X17 müraciət etdiyini bildirmişdir. Onun Bakı şəhəri 6-cı mikrorayonda yerləşən ofisində görüşdüyünü bildirmişdir. O, evin sənədlərinə baxıb məhkəmə prosessini udacağını bildirdiyini demişdir. Bunun müqabilində hər məhkəmədə 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu alacağını bildirdiyini demişdir. O, da onunla razılaşaraq hissə-hissə olmaqla 500 manat pulu 25 avqust 2019-cu ildə, 05 mart 2020-ci ildə 1500 manat, 30 sentyabr 2020-ci ildə 1000 manat pulu qəbz vasitəsi ilə Mübarizə verəcəyini bildirmişdir. O, həmin pulları Mübarizə verdikdən sonra onun yanındakı köməkçisi Təqsirləndirilən şəxs həmin məhkəmələrdə onun xeyrinə qərar çıxara biləcəyini bildirdiyini demişdir. O, əlaqələrinin geniş olduğunu, onun məhkəmə işini qanuni şəkildə onun xeyrinə həll etdirəcəyinə dair ona vəd verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs vədlərinə inandığını və onun təklifini qəbul etdiyini bildirmişdir. Bəhrəmə etibarnamə verdiyini, məhkəmədə işi həll edəcəyi adı ilə hissə-hissə olmaqla 1000 manat, məhkəməyə verəcəyi adı ilə 3000 manat və bundan başqa 4000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Ümumilikdə 8000 manat pulunu almışdır. Məhkəmədə qərarların onun xeyrinə çıxmadığını gördükdə artıq aldadıldığını başa düşmüşdür, lakin bu zaman Bəhrəmi və Mübarizi tapa bilməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir, şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və iştirak edə bilməyəcəkləri barədə məlumat vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X23, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 ibtidai istintaqda verdikləri ifadələri elan edilmiş və zərərçəkmiş şəxslərin bildirdikləri faktları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şahid2 onun işlədiyi xidmətdə mühafizəçi işləmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Vüqar ona zəng edərək bacısının qonşusunun polis tərəfindən tutulduğunu və ona köməklik göstərməsini bildirmişdir. O, tanışı Nəsib adlı şəxsə bu barədə danışdığını, həmin vaxt Nəsib ona həmin şəxsə kömək edə biləcəyini demişdir. Bundan sonra Nəsibin mobil nömrəsini Vüqara verdiyini, onların özlərinin danışdıqlarını bildirmişdir. Bundan bir neçə müddət sonra ona Yaxşıxanım (Sevinc) adlı qadın zəng edərək Vüqarın bacısı olduğunu demişdir. Həmin vaxt Yaxşıxanım onun Vüqara mobil nömrəsini verdiyini, Nəsib və Bəhrəm adlı şəxslər onları aldatdıqlarını dediyini bildirmişdir. O, Bəhrəm adlı şəxsi tanımadığını demişdir. Bundan sonra Nəsibə zəng edib nə üçün belə bir hərəkət etdiyini demişdir. Bundan sonra Nəsib ondan qaçmağa başlamış, sonra qısa müddətə pulu qaytaracağına söz verdiyini, lakin bu günə qədər pulu geri qaytarmadığını bildirmişdir. Onun Nəsib adlı şəxsin dələduzluq edəcəyindən məlumatının olmadığını, həmçinin həmin işdə onun hər hansı məbləğdə qazancı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2, Şahid3 ibtidadi istintaqda verdikləri ifadələri elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən aydın olur ki, Nəsib və Bəhrəmə verilmiş ümumilikdə 1600 manat puldan 1000 manatı Nəsib tərəfindən ödənilmişdir, Bərhrəmə vrilmiş 600 manat ödənməyib, şikayətçidir. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs12 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 350 manat geri qaytarılmışdır, hazırda 2650 manat pul qaytarılmamışdır. Şikayətçidir. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs13 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli teleqramdan aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5100 manat ziyandan 1200 manat ödənilmişdir, qalan məbləğin ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş X53 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan və xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3000 manat ziyandan 1000 manat ödəyib, 2000 manat hissəsi qalır. Şikayətçidir. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs10 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli teleqramdan və xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3000 manat ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli teleqramdan və xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5050 manat ziyandan 1150 manat hissəsi ödənilməmişdir. Şikayətçidir. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli teleqramdan və xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5050 manat ziyandan 1150 manat hissəsi ödənilməmişdir. Şikayətçidir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, X38 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən “Tutma haqqında” 29 sentyabr 2017-ci il tarixli protokoldan görünür ki, X38 həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Şübhəli şəxsin MSY-dən azad edilməsi barədə” 30 sentyabr 2017-ci il tarixli qərardan görünür ki, X19 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Xəzər RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilən 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, X2 Bakı şəhəri Xəzər RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X38 xx.xx.2021-ci il tarixdə tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, X38 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması barədə” 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixində saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-682/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 9 (doqquz) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəlinin 09 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-912/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki ay) müddətinə uzadılmışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət rədd edilmiş dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması barədə” 08 dekabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1681/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 1 (bir) ay 13 (on üç) gün həddində müəyyə edilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Nərimanov Rayon Polis İdarəsinin “Axtarışda olan şəxsin tutulması barədə” qərara əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” Qəradan aydın olur ki, Təqsirləndirilən şəxs barəsindəxx.xx.2024-cü il tarixdə Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 177/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasından daxil xx.xx.2024-cü il tarixli məktubda aydın olur ki, Təqsirləndirilən şəxs 26.011.2024-cü il tarixdə tutlaraq istintaq təcridxanasına aparılmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, X19 özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsinə münasibətdə, yəni zərərçəkmiş şəxslərdən ittihamda qeyd edilən məbləğdə pulu mülki xarakterli işlərin həll edilməsi məqsədilə aldığını, onlara heç bir vəd verməyərək etibarlarından sui-istifadə etmədiyini, aldığı məbləğdən qismən ödəniş etdiyini bildirsə də məhkəmə qeyd olunan ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. X1 xidmət göstərmək məqsədilə pulları alması və zəruri sənədləşmə işlərini görməsinə dair qeyd olunan ifadəsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir və qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Beləliklə məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X13 Köçəri oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Məhkəmə, ittiham aktında qeyd olunan X19 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsi ilə bağlı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibini yaratmaqla cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmin epizodlar üzrə cinayət əməlinin 2017-ci ilin yanvar və may aylarında baş verməsini, həmin cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 07 (yeddi) il olması nəzərə alınaraq, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X38 həmin epizodlar üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsilə bağlı episodlar üzrə ona cəza təyin olunmamalıdır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan Zərərçəkmiş şəxs10 aid epizodlar üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin epizod üzrə cinayət əməlinin 2021-ci ilin aprel və 2022-ci ilin may ayında baş verməsini, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il olması nəzərə alınaraq, təqsirləndirilən şəxs X19 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X38 həmin epizod üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin epizodlar üzrə üzrə cəza təyin olunmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, ittiham aktında qeyd olunan X19 digər epizodlar üzrə əmlinin bir qrup şəxs halında törətməsi və cinayət işinin dayandırılması və təzələnməsi müddətləri nəzərə alınaraq məsuliyyətə cəlb etmə müddətləri ötürülməmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə X19 əməlini qismən etiraf edərək peşman olmasını, zərəçəkmiş şəxslərdən bir qismi ilə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən X19 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə X13 Köçəri oğlu barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, X29 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri X29 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X13 Köçəri oğlu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları nəzərə almalı və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X19 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həmçinin ev dustaqlığında və həbsdə olduğu müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ittiham aktında qeyd olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs10 münasibətdə törətdiyi cinayət əməli üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən bu epizod üzrə onlara cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X19 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X13 Köçəri oğlu məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, X38 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 79 (yetmiş doqquz) iş saatı üçün 869 (səkkiz yüz altmış doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X19 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında və həbsdə olduğu günlər (29-30 sentyabr 2017-ci il - 02 (iki) gün, 31 may-05 iyun 2021-ci il - 05 (beş) gün, həbsdə olduğu 09 iyun-26 sentyabr 2022-ci il tarixdə - 03 (üç) ay 17 (on yeddi) gün, ev dustaqlığında olduğu 26 sentyabr-04 oktyabr 2022-ci il tarixdə - 08 (səkkiz) gün, həbsdə olduğu 04 oktyabr-17 oktyabr 2022-ci il tarixdə - 13 (on üç) gün, ev dustaqlığında olduğu 08 dekabr 2023-cü il–22 yanvar 2024-cü il tarixdə - 01 (bir) ay 14 (on dörd) gün olmaqla) ümumilikdə 05 (beş) ay, 29 (iyirmi doqquz) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və X19 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X38 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs10 münasibətdə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə dair cinayət əməlində təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bu epizodlar üzrə ona cəza təyin olunmasın. X38 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X19 cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X19 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab edilmiş səsyazılarının əks olunduğu 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaq müddətində X1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 79 (yetmiş doqquz) iş saatı üçün 869 (səkkiz yüz altmış doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar