Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-200/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Göyçay şəhəri, Bakı küçəsi, ev 89-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, korpus, 100-də yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli, 4(005)-278/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, 23.01.2021 -ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Keşlə» adlanan bazarın yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, xalis çəkisi 0.455 qram olan, psixotrop maddə melamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 23 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükümdə, xalis çəkisi 0,455 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xeyli müddətdir ki narkotik vasitədən istifadə edir. Üzərindən aşkar olunmuş metamfetamini 23 yanvar 2021-ci il tarixdə Keşlə bazarının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən 10 manata almışdır. Həmin gün axşam saatlarında Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 13 ünvanının qarşısında olarkən bir neçə nəfər şəxs ona yaxınlaşaraq Nərimanov rayon 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra, ad və soyadını ondan soruşmuşlar. O, ad və soyadını polis əməkdaşlarına bildirmiş, polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlaması və istifadə etməsində şübhəli olduğunu bildirib onlarla birlikdə polis şöbəsinə getməsini xahiş etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla razılaşmışdır. Bölmədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynindəki gödəkçənin cibindən bir ədəd sellofana bükülmüş metamfetamini təqdim etmişdir. Son olaraq əməlindən peşmanlıq çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə “Əflatun” adlı şəxsin narkotik vasitələrin qeyri-qanuni əldə etməsi, üzərində saxlaması, daşıması, qanunsuz dövriyyəsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra "Əflatun" adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onun rəhbərliyi və 18-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 yanvar 2021-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanının qarşısında olarkən xarici görunüşcə “Əflatun" adlı şəxsə oxşar bir nəfər şəxsi görüb dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edildikdə o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri-qanuni əldə etməsi, üzərində saxlaması, daşıması, qanunsuz dövriyyəsi və istifadə etməsində şübhəli olduğunu bildirərək ondan onlarla birlikdə 18-ci Polis şöbəsinə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində ”şüşə”, yəni psixotrop maddə metamfetaminin olmasını bildirmişdir. Büküm açıldıqda içərisində ağ rəngli və spesifik iyə malik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə metamletamini nə vaxt, haradan və kimdən əldə etməsi şifahi soruşulduqda o, həmin psixotrop maddəni saxlanıldıqdan təxminən bir saat əvvəl «Keşlə» bazarının yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş bir ədəd içərisində psixotrop maddə metamfetamin olan büküm zərfə qoyulub möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 24 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 23 yanvar 2021-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokolundan görünür ki, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyriqanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində el arasında “şüşə” yəni psixotrop maddə metamfetarninin olmasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2021-ci il tarixli 6/304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin tədqiqata sərf edilən hissəsi - 0.05 qram, qalıq hissəsi 0, 405 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina olunması”na dair 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış vəsatətin təmin edilməməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji ekspertizasının 18.02.2021-ci il tarixli 548 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 01 dekabr 2009-cu il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 noyabr 2010-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 noyabr 2010-cu il tarixli qərarı ilə AR CM-nin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 01 il 09 ay 04 gün hissəni çəkmək üçün XM-yə keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarı ilə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakə şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi Bayram Alıyev tərəfindən təsdiq edilmiş 23 yanvar 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,455 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,405 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli 1(005)-200/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-278/2021 nömrəli, 13.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli isə 12 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir günə bərabər tutulmaqla 11 ay 28 gün hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2021-ci i tarixli, 1(103)-1262/2021 saylı qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-77/2021 saylı, 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 il 11 ay 26 gün=11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 67.1-ci maddəsinə əsasən cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər satış məqsədilə narkotik maddə əldə etməsinə və qanunsuz olaraq narkotik maddə istifadə etməsinə görə dəfələrlə məhkum olunması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən yuxarıda göstərilən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 23.01.2021-ci il tarixdən 25.01.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən cəzanı müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun 23.01.2021-ci il tarixdən 25.01.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə hazırki hökmlə təyin edilmiş cəza qismən toplanmalı, (CM-nin 66.5), o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli 12 mart 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli, 4(005)-278/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan psixotrop maddənin qalığı – 0,405 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.01.2021-ci il tarixdən 25.01.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli, 4(005)-278/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan psixotrop maddənin qalığı – 0,405 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-200/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-200/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver