Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-200/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X19, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarxidə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir bükümdə 0,524 qram çəkidə kustar üsulla hazırlanmış heroini əldə edib üstündə saxlamaqla daşımış və xx.xx.2021-ci il tarixdə saat 11:30-da ünvan 2 ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, PŞnin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş adi sellofan olan həmin bir bükümdə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində “İnstagram” sosial şəbəkə vasitəsilə profil adı yadında qalmayan şəxsə heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs də ona yadında qalmayan pul kartının üzərində olan 16 rəqəmi göndərmişdir. O da həmin karta 20 manat pul göndərdikdən sonra, həmin şəxs narkotiki harda gizlətdiyini ona demişdir. O da bundan sonra gedib narkotiki götürmüşdür. Bundan sonra üzərindən biraz istifadə etdikdən sonra evə getməmişdir. Düşünmüşdür ki, “Zəfər günü” ilə əlaqədar olaraq Bakı şəhərinə gəlsin. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanın qarşısında olarkən, 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini ona göstərmişlər. Daha sonra həmin polis əməkdaşları ondan şübhələndiklərini bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Polis əməkdaşları ona üzərində olan əşyaları könüllü təhvil verməsini təklif etmişlər. O, əynində olan göy rəngli gödəkçənin sol cibindən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefonunu və həmin gödəkçənin sağ cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş adi sellafanda narkotik vasitəyə bənzər maddəni təqdim etmiş və bildirmişdir ki, siqaretin gümüşü kağızına bükülmüş adi sellafanda olan büküm içərisində narkotik vasitə olan heroindir. Polis əməkdaşları heroinə oxşar maddəni haradan əldə etməsi sualına cavabında xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhərində onlayn yolla 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini götürərək zərfə qoymuşlar və protokol tərtib etmişlər. O və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonda təqsirləndirilən şəxs X11 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə saat 11:30-da, Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Şahid2 ilə birlikdə Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanın qarşısında olarkən bir nəfər şəxsin yerişi, davranışı, gözlərinin forması narkotik vasitə aludəçisi olmasını görüb ondan şübhələnmişlər. Ona görə də, ona yaxınlaşaraq özlərini təqdim etməklə, şəxsiyyətini təsdiq edən sənədlərini təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü X11 olaraq təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədlərinin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də narkotik vasitələrin istifadəçisi olub-olmamasını yoxlanılması üçün tibbi müayinədən keçirilməsi üçün 17-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmişdir. Həmin şəxsi 17-ci PŞ-nə gətirdikdən sonra onun həqiqətəndə X11 olduğunu müəyyən etmişlər. X6 narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu üçün 17-ci PŞ-nin rəisinin adına bu barədə raportla müraciət etmişlər. Bundan sonra təhqiqatçı Seymur Poladov tərəfindən X6 barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmamışdan əvvəl X11 hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmişdir. Təhqiqatçı onun, sahə inspektoru Şahid2 və X6 və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqlarını izah etmiş və şəxsi axtarış prosessinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Ruslan Qədimalıyev videoçəkliş aparılmasına etirazının olmadığını bildirmişdir. X5 narkotik vasitələrdən istifadə edib, etmədiyini soruşduqda Ruslan Qədimalıyev təxminən iki aydır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Ruslan Qədimalıyevə üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr və ya başqa əşya, mal varsa tədim etməsini təklif etmişdir. Bundan sonra Ruslan Qədimalıyev əynində olan göy rəngli gödəkçənin sol cibindən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefonunu və həmin gödəkçənin sağ cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş adi sellofanda narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Sorğu zamanı X11 bildirmişdir ki, həmin siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroin vardır. Həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhərində onlayn yolla 20 manat müqabilində almışdır. Bundan sonra təhqiqatçı tərəfindən Ruslan Qədimalıyevin üzərində şəxsi axtarış davam etdirildikdə üzərində əməliyyat marağı kəsb digər əşya, predmet aşkar edilməmişdir. Bundan sonra X6 təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroin bir ədəd zərfə qoyulmuşdur. Zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, X11 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cu vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X24 tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1 maddəsinin tələbinə əsasən ondan ötrü ki, xx.xx.2021-ci il tarixdə saat 12:10-da xidməti iş otağımda şübhəli şəxs X6 üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs X6 üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. X11 əynində olan göy rəngli gödəkçənin sol cibindən 1 ədəd “SAMSUNG” markalı mobil telefonu həmin gödəkçənin sağ cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş adi sellofanda olan qəhvəyi rəngli narkotik maddəyə bənzər bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümün narkotik maddə olan heroin olmasını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirdi. Vət.X11 həmin 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş adi sellofanda olan qəhvəyi rəngli narkotik maddəyə bənzər bükümü xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhərində onlayn yolla əvvəllər tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi məqsədilə almasını qeyd etmişdir. X1 təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş adi sellofanda olan qəhvəyi rəngli narkotik maddəyə bənzər büküm özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürlənmişdir. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2021-ci il tarixli, 6/4951 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi”..Vət.X6...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,524 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Cinayət işinin 73-75-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X17 xx.xx.2021-ci il il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs X6 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və X9 qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqində olan 10 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, təqsirləndirilən şəxs X2 RPİ-nin İŞ-nin müstəntiqi X16 xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-də üzərindən şəxasi axtarış və götürmə aparılarkən təqdim etdiyi bir ədəd “Samsung A21 S” markalı mobil telefon cihazını işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan “Maddi sübut kimi tanımaq haqqında” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X4 08 noyabr 2021-ci il tarixdə aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin təmiz çəkisi 0,524 qram hesablanmalı, aparılmış məhkəmə bioloji ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,05 qram nəzərə alınmaqla, qalıq-0,474 qramın iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsi qərara alınmışdır. Cinayət işinin 88-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsinin Ambulator X8 dair xx.xx.2021-ci il tarixli, 5027 nömrəli rəyindən görünür ki, müayinə zamanı X7 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Laçın Rayonu İcra Hakimiyyəti başçısının Minkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli arayışdan görünür ki, X6 əmisi X13 xx.xx.1991-ci ildə şəhid olmuşdur. Ölüm şəhadətnaməsinin seriya nömrəsi (№003847) Məhkəmə iclasında X6 üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən X6 əynindəki göy rəngli gödəkcənin sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümün içində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,524 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X6 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X11 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X6 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, əmisi X10 X15 şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X9 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X6 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (8-10 noyabr 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X6 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X6 ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (4 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X6 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,474 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 88,70 (səksən səksən manat yetmiş qəpik) manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X12, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-200/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-200/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver