Məhkəmə qərarları › İş №1(005)-201/2019

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-201/2019

30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-201/2019 30.07.2019 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1966-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan yaşayan, barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə bir qrup halında xx xxxx 2018-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, A. Neymətulla küçəsi 76 saylı binanın qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış, əxlaq, mənəviyyət normalarına əməl etməyib vətəndaş Zərərçəkmiş şəxs yumruq, təpik zərbələri ilə vurub ona qapalı kəllə beyin travması və baş beyinin silkələnməsi ilə müşayiət olunan sağ təpə nahiyyəsinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid, sağ təpə, sağ və sol budun, sağ bud-çanaq oynağının, sol bazunun qançırları, sağ diz oynağının sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə saat 13 radələrində o, və Sevinc yaşadıqları binanın qarşısında yerləşən köşkdə oturub söhbət edərkən Ülviyyə Baxşiyeva yaşadığı evin blokundan çıxaraq onlar istiqamətdə gəlməyə başlamışdı. Bu zaman onun oğlu Əli və Ayşə kənarda topla voleybol oynayırmışlar. Ülviyyə Baxşiyeva onların yanından keçərkən heç bir səbəb olmadan Sevincə demiş ki, "sən fahişəsən, qadın alveri ilə məşğul olursan, yanında yaşayan Ayşəni müxtəlif kişilərə pul müqabilində satırsan”. Sevinc isə Ülviyyəyə demiş ki, "ayıb olsun mənə belə sözlər deyirsən, sən ruhi xəstəsən get bir az müalicə al əsəblərin sakitləşsin”. Sevincin bu sözündən sonra Ülviyyə Sevincə demiş ki, “ruhi xəstə sənin oğlundur, sən kimsən ki, mənə bel söz deyirsən”. Bu zaman o da Ülviyyəyə demiş ki, “sən bizdən, qonşulardan nə istəyirsən, gəlib gedib elə hamını təhqir edib söyürsən”. Ülviyyə isə ona demiş ki, sən danışma, müxtəlif kişilərdən üç övlad dünyaya gətirmisən. Bu zaman Ülviyyə ilə arasında sözlü mübahisə olmuşdu. Ülviyyə əlindəki içərisində bərk əşya olan sellofan torba ilə onu vurmaq istəmişdi. O özünü müdafiə etmək üçün sağ sol qolunu yuxarı qaldırmışdır. Bu zaman sellofan torbanın içərisində olan bərk əşya onun sol qolunu iki yerdən zədələmişdi. Bu zaman oğlu Əli ona yaxınlaşıb qolundan tutub onu kənara çəkmişdi. Həmin vaxt Ülviyyə Ayşə istiqamətinə gedərək təpiklə qarın nahiyəsinə və əlində olan içərisində bərk əşya olan sellofan torba ilə qol nahiyəsindən zərbə vurmuşdu. Ülviyyənin təpiklə zərbəsi Ayşənin qarın boşluğuna dəydiyindən Ayşə sancılanaraq iki qatlanmışdı. Bundan sonra Ülviyyə zibillik istiqamətinə qaçmışdı. Ülviyyə qaçarkən çantasından telefon çıxardaraq kiməsə yığırmış. Ayşənin səhhəti yaxşı olmadığı üçün qonşulardan səhv etmirsə Mətanət 103 xidmətinə zəng vurub X18 çağırmışdı. Daha sonra X18 avtomobili məhəlləyə gəlmişdi. Həmin X18 avtomobili ona ilkin tibbi yardım göstərək qeydiyyata almışdı. Ayşənin səhəti yaxşı olmadığı üçün onu 1 saylı ŞKX-na aparmışlar. Bildirmək istəyir ki, o, ilk öncə qadın olduğu üçün, eyni zaman Ülviyyənin psixi pozuntusu olduğu üçün onun ona xəsarət yetirməyi ilə əlaqədar polisə şikayət etmək istəmiş və etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, daha öncə də Ülviyyə ilə qonşular arasında belə bir problemlər olub, hətda qonşulardan bir neçəsi Ülviyyənin əlindən evlərini satıb həmin həyətdən köçüb gediblər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ülviyyəni vurmamış, sadəcə sözlü mübahisə edən zaman bir-birilərinə girmiş və bu zaman oğlu Əli gəlib onları ayırmışdır. İlk öncə qadın olduğu üçün, eyni zamanda Ülviyyənin psixi pozuntusu olduğu üçün onun ona xəsarət yetirməsi ilə əlaqədar polisə şikayət etmək istəsə də etməmişdir. Hadisə zamanı sözlə mübahisə etmişlər. Bu zaman birdən Ülviyyə əlindəki torba ilə onun qolundan vurmuşdur. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, heç bir ictimai qaydanı kobud şəkildə pozmadığını bildirib, əməlində xuliqanlıq cinayət əməlinin tərkib əlamətlərinin olmadığını qeyd etməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə saat 13 radələrində anası Nuranə və qonşuları Sevinc yaşadıqları binanın qarşısında yerləşən köşkdə oturub söhbət edirmişlər. O isə qonşuları Ayşə ilə kənarda top oynayırmış. Bu zaman Zərərçəkmiş şəxs yaşadığı evin blokundan çıxaraq anasıgil oturan köşkün yanından keçməyə başlamışdı. Zərərçəkmiş şəxs anasıgilin yanından keçərkən qonşuları Sevincə əxlaqsız sözlər demişdi. Qonşuları Sevinc xala isə Ülviyəyə demiş ki, “ayıb olsun mənə belə sözlər deyirsən, sən ruhi xəstəsən get biraz müalicə al əsəblərin sakitləşsin”. Sevincin bu sözündən sonra Ülviyə Sevincə demiş ki, ruhi xəstə sənin oğlundur, sən kimsənsə ki, mənə bel söz deyirsən. Bu zaman anası Nuranə Ülviyəyə demiş ki, "sən bizdən, qonşulardan nə istəyirsən, gəlib gedib elə hamını təhqir edib söyürsən". Ülviyə isə anasına demiş ki, sən danışma, müxtəlif kişilərdən üç övlad dünyaya gətirmisən. Bu zaman Ülviyə ilə Sevinc və anası arasında sözlü mübahisə olmuşdu. Həmin vaxt o, və Ayşə anasıgilin yanına getmişlər. Ülviyə anasıgillə mübahisə edə- edə anasına yaxınlaşıb əlindəki sellofan torba ilə anasını vurmaq istəmişdi. Anası sol qolunu yuxarı qaldırmışdı. Sellofan torba anasının sol qoluna dəyərək zədələmişdi. Anasının qolundan qan gəlməyə başlamışdı. Bu zaman o, anasına yaxınlaşıb onu kənara çəkmişdir. Bu zaman Ülviyə bu dəfə Ayşəyə tərəf çevrilib təpiklə onun qarın nahiyyəsinə zərbə endirmiş və əlində olan içərisi dolu olan sellofan torbanı onun qol nahiyyəsinə vurmuşdu. Ayşə ağrıdan iki qatlanıb qarnını tutmuşdu. Bundan sonra Ülviyə zibillik istiqamətinə qaçmışdı. Dava sakitləşmiş, Ayşənin səhhəti yaxşı olmadığı üçün qonşular X18 çağırmışdı. Daha sonra X18 avtomobili məhləyə gəlmişdi. Həmin X18 avtomobili anasına ilkin tibbi yardım göstərmiş, Ayşəni isə 1 saylı ŞKX-na aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı o Ülviyə Baxşıyeva heç bir xəsarət yetirməmiş, Ülviyəni nə o, nə də ki anası vurmamışdır. Sadəcə olaraq Ülviyə anasını vurmaq istəyən zaman anasının qolundan tutub geri çəkmiş, bu zaman Ülviyənin əlindəki torba anasının qoluna dəymiş və qolu qanamışdır. Əlavə olaraq qeyd etmişdir ki, Ülviyənin əlindən həyətdə heç bir uşaq oynaya bilmir, onlara imkan vermir, yuxarı balkondan həyətə içi su ilə dolu qablar atır. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, heç bir ictimai qaydanı kobud şəkildə pozmadığını və hadisə zamanı Ülviyə Baxşıyevaya zərər yetirmədiyini qeyd etməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 13 radələrində yaşadığı evdən binanın həyətinə düşmüşdür. Həmin vaxtı onun əlində zibil torbası, əl çantası və içərisində kağızları olan sellofan torba var idi. O, əlində olan zibil torbasını zibil yeşiyinə atmaq üçün zibil yeşiyi olan istiqamətə getməyə başlamışdır. Yaşadığı binanın qarşısında olan oturacaqda qonşular Sevinc, Nuranə oturmuş və Nuranənin oğlu Əli isə ayaq üstə anasından bir qədər kənarda ağacların yanında dayanmışdı. O, onların yanından keçərkən Sevinc heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdı. Belə ki, Sevinc ona demiş ki, vallah sənin başın işləmir, dəlisən. O, isə Sevincə demiş ki, ona dediklərinin hamısı özünə aiddir. Onun bu sözündən sonra Nuranə Sevincə demiş ki, gəl bunu döyək. Elə bu sözdən sonra oturacağın yanında olan ağacların arxasından Əli və Nuranənin gəlini Nərmin çıxaraq onun üzərinə gəlməyə başlamışlar. O, onların çox olduğunu görüb döyülməsin deyə qaçmağa başlamışdır. Onun qaçmağına baxmayaraq Əli qaçaraq ona çatmışdı. O, qaça bilmədiyi üçün dayanmışdır. Artıq Əlinin anası Nuranə, gəlinləri Nərmin, Sevinc onların yanına çatıb onu əhatəyə almışlar. Bu zaman Nuranə oğlu Əliyə demiş ki, vurun bunu. Nuranənin bu sözündən sonra Əli onun sol çənə nahiyyəsindən güclü yumruq zərbəsi vurmuşdu. O, zərbənin təsirinin müvazinətini itirərək yerə dizləri üstə düşmüşdü. Bu zaman Nuranə hamıya demiş ki, təpik vurun. O, dizləri üstə olan zaman Əli təpiklə baş nahiyyəsinin sol tərəfindən zərbə vurmuşdu. Zərbə güclü olduğundan başı sağ tərəfdə olan qaz sayğacının dəmir borusuna dəymişdi. Bundan sonra Əli yenə təpiklə sinə nahiyyəsindən zərbə vurmuşdu. Eyni zamanda Nərmin, Sevinc və Nuranədə onu yumruq və təpiklə vururmuşlar. Bu zaman zibil yeşiklərinin yerləşdiyi istiqamətdən onların yanına tanımadığı bir nəfər cavan oğlan yaxınlaşmışdı. Həmin oğlan onların yanına çatdıqda demiş ki, "insanı belə vurmazlar, belə olmaz”. Oğlan bu sözündən sonra onu Nuranəgilin əlindən alaraq ayaq üstə qaldırmışdı. Artıq Nuranəgil geriyə çəkilərək hadisə yerindən uzaqlaşmışlar. Onun əlində olan içərisində kağızları olan sellafon torba hadisə zamanı çırıldığından sellofan torbanın içərisində olan kağızlar yerə tökülmüşdü. Həmin oğlan kağızları yığaraq, yaxınlıqda olan avtomobilin üzərinə qoymuşdu. Bu zaman Sevincin evində saxladığı Ayşə adlı qızı qaça-qaça onun üstünə gəlmiş və köynəyinin yaxasında tutaraq köynəyini cırmağa cəhd etmişdi. Ayşənin hərəkəti nəticəsində köynəyinin düyməsi qırılmışdı. O, bu zaman əlləri ilə Ayşənin əlindən tutub əllərini köynəyindən kənarlaşdırmışdır. Bu zaman Nuranə qışqıraraq demiş ki, Mətanət, qonşular hamınız çıxın bunu döyək. Lakin Nuranənin çağırışına heç kəs gəlməmişdi. O, çantasından telefonunu götürərək DİN-in 102 xidmətinə zəng vuramağa çalışmışdır. Nuranə onun telefonla zəng vurduğunu görüb demiş ki, heç də zəng eləsin polisə, gəlin bunu döyək. O, artıq həyətdən uzaqlaşmışdır. Onu Nuranəgilin əlindən alan oğlanda çıxıb getmişdi. O, zibil yeşikləri tərəfindən çıxarkən artıq telefonla DİN-in 102 xidmətinə məlumat verirmiş. Ayşə bu zamanda onun dalınca qaçırmış ki, onu vursun. Lakin o, iti addımlarla yeriyərək uzaqlaşmışdır. Onun halı pis olduğu üçün bir qədər açıq havada gəzmişdir. Daha sonra Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gedərək ərizə və izahat yazmışdır. Həmin günün axşamı səhhəti yaxşı olmadığından 1 saylı X18 Stansiyasına gedərək orada tibbi yardım almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, orada olan qonşular hamısı yığışıb onu döymüşlər. Əli başına yumruqla vurmuş, daha sonra yerə yıxıldığından anası Nuranə ilə yerdə onu təpikləməyə başladılar. O, Nuranəyə nə də başqa bir adama xəsarət yetirməmişdir. O, onların yanından keçən zaman səbəbsiz yerə Nuranə dedi ki, bu dəlidir gəlin bunu döyək. Nuranə ilə Əlidən başqa Nuranənin gəlini və qonşuları Sevinclə Ayşə də onu yerdə təpikləmişlər. Əli yumruqla onun başından vuranda yerə zərbənin təsirindən yerə yıxılmışdır. Son olaraq təqsirləndirilən şəxs X1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu, onlara maddənin sanksiyası həddində ən ağır cəza təyin etməklə onların cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 onların qonşularıdır. xx.xx.2018-ci il tarixdə saat 13 radələrində baş vermiş hadisə ilə əlaqədar onu deyə bilər ki, həmin vaxt o, xalası Sevinc, qonşuları Nuranə və onun oğlu Əli yaşadıqları binanın qarşısında yerləşən köşkdə oturub söhbət edərkən Zərərçəkmiş şəxs yaşadığı evin blokundan çıxaraq onların istiqamətində gəlməyə başlamışdı. Zərərçəkmiş şəxs onların yanından keçərkən heç bir səbəb olmadan xalası Sevincə demiş ki, "sən faişəsən, qadın alveri ilə məşğul olursan, yanında yaşayan Ayşə müxtəlif kişilərə pul müqabilində satırsan”. X14 demiş ki, “ayıb olsun mənə belə sözlər deyirsən, sən ruhi xəstəsən get bir az müalicə al əsəblərin sakitləşsin». Xalasının bu sözündən sonra Ülviyə ona demiş ki, ruhi xəstə sənin oğlundur, sən kimsənsə ki mənə bel söz deyirsən. Bu zaman qonşuları Nuranədə onların mübahisəsinə qoşularaq Ülviyəyə demiş ki, sən bizdən, qonşulardan nə istəyirsən, gəlib gedib elə hamını təhqir edib söyürsən. Ülviyə isə Nuranəyə demiş ki, sən danışma, müxtəlif kişilərdən üç övlad dünyaya gətirmisən. Bu zaman Ülviyə ilə Nuranə arasında sözlü mübahisə yaranmışdı. O, kənarda durub mübahisəyə müdaxilə etməyərək baxırmış. Həmin vaxt Ülviyyə ilə Nüranə bir birinə girmişlər. Ülviyyə Nuranəni sol qolunun yuxarısından tutub özünə tərəf dartmış və saçından yapışıb yolmuşdu. Nuranə və Ülviyə bir birlərini vurmağa başlamışlar. Bu zaman Nuranənin oğlu Əli onların arasına girib onları aralamağa çalışmışdı. Həmin vaxt yoldan keçən tanımadıqları bir cavan arıq hündür oğlan qadınların davasını görüb onlara yaxınlaşıb tərəflərin arasına girmiş və Ülviyyəni sakitləşdirməyə çalışmışdı. Ülviyyə oğlanın yanından keçib Nuranəyə tərəf gedərkən həmin cavan oğlan Ülviyənin qarşısını kəsib onun dava etməsinə mane olmaq istəmişdi. Həmin vaxt Ülviyyənin əlindəki paketdə olan kağızlar yerə dağılmışdı. Buna görə Ülviyyə və cavan oğlan dağılmış kağızları yerdən yığmağa başlamışlar. Vəziyyəti belə görən Nuranə və oğlu Əli Ülviyyədən uzaqlaşmışlar. Ülviyyə kağızları yığandan sonra ətrafa baxmış, onu görüb üzərinə gəlmişdi. O, ona çatıb onu təhqir edərək təpiklə qarın nahiyyəsinə zərbə endirmişdi. Zərbədən o, qarnını tutub aşağı əyilmişdi. O, təkrar üzərinə gələndə Ülviyənin yaxasından tutub özündən kənarlaşdırmışdır. Bu zaman Ülviyyə əlində olan torbanı ona çırpmışdı. O, bundan sonra qaçıb ondan uzaqlaşmış, Ülviyə isə çıxıb getmişdi. O, kənarda durarkən Ülviyənin yetirdiyi zərbələrə görə özünü pis hiss etmişdir. Buna görə qonşuları Mətanət 103 xidmətinə zəng vurub X18 çağırmışdı. Daha sonra X18 avtomobili məhləyə gəlmiş və onu 1 saylı ŞKX- na aparmışlar. Orada onu tibbi müayinə etmişlər və evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X9 onların qonşularıdır və Ülviyyəni təxminən 25 ildən artıqdır ki, tanıyır. Ülviyə Baxşıyevanın psixikasında problem vardır. xx.xx.2018-ci il tarixdə saat 13 radələrində o, Ayşə, qonşuları Nuranə və onun oğlu Əli yaşadıqları binanın qarşısında yerləşən köşkdə oturub söhbət edərkən Zərərçəkmiş şəxs yaşadığı evin blokundan çıxaraq onların istiqamətində gəlməyə başlamışdı. Zərərçəkmiş şəxs onların yanından keçərkən heç bir səbəb olmadan ona demiş ki, “sən faişəsən, qadın alveri ilə məşğul olursan, yanında yaşayan Ayşə müxtəlif kişilərə pul müqabilində satırsan”. O Ülviyəyə demiş ki, “ayıb olsun mənə belə sözlər deyir, sən ruhi xəstəsən get biraz müalicə al əsəblərin sakitləşsin. Onun bu sözündən sonra Ülviyə ona demiş ki, ruhi xəstə sənin oğlundur, sən kimsən ki mənə bel söz deyirsən. Bu zaman Nuranədə Ülviyəyə demiş ki, sən bizdən, qonşulardan nə istəyirsən, gəlib gedib elə hamını təhqir edib söyürsən. Ülviyə isə Nuranəyə demiş ki, sən danışma, müxtəlif kişilərdən üç övlad dünyaya gətirmisən. Bu zaman Ülviyə ilə aralarında sözlü mübahisə olmuşdu. Ayşə onların sözlü mübahisələrini kənardan telefon ilə çəkmək istəyərkən Ülviyə Ayşə istiqamətinə gedərək təpiklə qarın nahiyyəsinə və əlində olan içərisində bərk əşya olan sellofan torba ilə qol nahiyyəsindən zərbə vurmuşdu. Ülviyənin təpiklə zərbəsi Ayşənin qarın boşluğuna dəydiyindən Ayşə sancılanaraq yerə yıxılmışdı. Bundan sonra Ülviyə zibillik istiqamətinə qaçmışdı. Ülviyə qaçarkən çantasından telefon çıxardaraq kiməsə yığırmış. Ayşə səhhəti yaxşı olmadığı üçün qonşulardan səhv etmirsə Mətanət 103 xidmətinə zəng vurub X18 çağırmışdı. Daha sonra X18 avtomobili məhləyə gəlmiş və Ayşəni 1 saylı ŞKX-na aparmışlar. Orada Ayşə tibbi müayinə və ilkin tibbi yardım alaraq evə buraxılmışdı. Daha sonra onlara Nərimanov RPİ-nin 17-ci PŞ-dən zəng gəlmiş və Ayşə izahat vermək üçün 17-ci PŞ-nə çağırılmışdı. O və Ayşə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedib olanlar barədə izahat yazmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ülviyə ilə Nuranə arasında sözlü mübahisə yaranmışdı. O, kənarda durub mübahisəyə müdaxilə etmiyərək baxırmış. Həmin vaxt Ülviyyə ilə Nüranə bir birinə girmişlər. Ülviyyə Nuranəni sol qolunun yuxarısından tutub özünə tərəf dartmış və saçından yapışıb yolmuşdu. Nuranə və Ülviyə bir birlərini vurmağa başlamışlar. Bu zaman Nuranənin oğlu Əli onların arasına girib onları aralamağa çalışmışdı. Ara qarışdığından kimin kimi necə vurmasını dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qayınanası, Təqsirləndirilən şəxs2 onun qaynıdır. X9 isə onların qonşularıdır. Hadisə olan gün, yəni xx.xx.2018-ci i tarixdə saat 13 radələrində ünvan 2 ünvanın həyətinə gələn zaman Zərərçəkmiş şəxs yerə dağılmış kağızlarını yığırmış. Belə ki, Ülviyə kağızlarını yığdıqdan sonra həyətdə olan zibil yeşikləri tərəfə getmişdi. O, isə qayınanası Nuranənin yanına yaxınlaşmışdır. O, ora çatdıqdan 5-10 dəqiqə sonra həyətə X18 avtomobili gəlmişdi. Bildirmək istəyir ki, qonşuları Ayşənin halı pis idi və qayınanası Nuranənin sol qolunda dərin kəsik var idi. X18 işçiləri qayınanası Nuranəyə ilkin tibbi yardım etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin bilavasitə şahidi olmamış, hadisənin necə baş verməsi barədə ona qonşular danışmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid4 və Şahid5məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələrielan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. (cild 1. i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 660 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü X6 aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, sağ təpə, sağ və sol budun, sağ bud-çanaq oynağının, sol bazunun qançırları, sağ diz oynağının sıyrığı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2018-ci il tarixdə əllə və ayaqla vurma nəticəsində əmələ gələ bilər. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən qapalı kəllə beyin travması və baş beyinin silkələnməsi ilə müşayiət olunan sağ təpə nahiyyəsinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalozasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. ( cild 1. i.v. 24-26) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 3. i.v.225-226); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 3 i.v. 227-228). “Əməlin tövsif edilməsi barədə” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən 221.2.1ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (cild 5 i.v. 79-85). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (cild 5 i.v. 94-95); “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 5 i.v. 102-103); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (cild 5 i.v. 122-123); “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 5 i.v. 129-130); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (cild 5 i.v. 148-161); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habeləşahidlərinməhkəmədəsəsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun23 mart2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında hər hansı şəxsi münasibətlər olmamış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış, əxlaq, mənəviyyət normalarına əməl etməyərək qərəzli hərəkətlər etmişlər, yəni ünvan 2 saylı binanın qarşısında, hadisə yerinə toplaşmış insanların yanında, X7 yumruq və təpik zərbələri vurmaqla ona qapalı kəllə beyin travması və baş beyinin silkələnməsi ilə müşayiət olunan sağ təpə nahiyyəsinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid, sağ təpə, sağ və sol budun, sağ bud-çanaq oynağının, sol bazunun qançırları, sağ diz oynağının sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişlər. Bununla da təqsirləndirilən şəxslər öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməli etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onlar tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermələri qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Rayon (şəhər) İcra və probasiyaşöbəsinətapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır «Yet-kin-lik ya-şı-na çatmayanla-rın cina-yət-lə-ri ba-rə-də iş-lər üz-rə məh-kə-mə təc-rü-bə-si haq-qın-da» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun ta-rix-li 4 nömrəli qə-ra-rının 11-ci bəndi ilə məh-kə-mə-lə-rə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Rayon (şəhər) İcra və probasiyaşöbəsinətapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlarauyğungəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15(on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Rayon (şəhər) İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Rayon (şəhər) İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar