Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-201/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili x5, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hcroini əldə etmiş, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə 19 fevral 2020-ci il tarixdən 23 fevral 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Z.Bünyadov prospekti, 20/96-cı məhəllə, 507-ci küçədə yerləşən saxlanc yeri hesab edilən anbarın hasarından oraya qanunsuz daxil olub anbardan 1 ədədinin qiyməti 150 manat olmaqla ümumi qiyməti 450 manat olan 273x159 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 20 manat dəyərində bir ədəd 159 mm ölçüsündə dəmir dirsəyi, 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi qiyməti 120 manat 219 mm ölçüsündə 4 ədəd dəmir dirsəyi, 80 mm ölçüsündə bir ədəd 8 manat dəyərində dəmir fılteri, 50 mm ölçüsündə bir ədəd 5 manat dəyərində dəmir vintili, 426 mm ölçüsündə bir ədəd 55 manat dəyərində dəmir dirsəyi, 300 mm ölçüsündə bir ədəd 60 manat dəyərində dəmir filansı, 1 ədədinin qiyməti 180 manat olmaqla ümumi qiyməti 360 manat olan 273x200 mm ölçüsündə 2 ədəd dəmir keçidi, 1 ədədinin qiyməti 150 manat olmaqla ümumi qiyməti 450 manat olan 219 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 1 ədəd qiyməti 45 manat olmaqla qiyməti 90 manat olan 325 mm ölçüsündə 2 ədəd dəmir dirsəyi, 220 manat dəyərində bir ədəd 400x377 mm ölçüsündə dəmir keçidi, 7 manat dəyərində olan 80 mm ölçüsündə bir ədəd dəmir vintili, kompensatorun 1 ədədinin qiyməti 60 manat olmaqla ümumi qiyməti 120 manat olan 300 mm ölçüsündə 2 ədəd dəmir kompressoru və 15 manat dəyərində olan 150 mm ölçüsündə bir ədəd dəmir vintili gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs x2 1980 (min doqquz yüz səksən) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 18 fevral 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımış, 24 fevral 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/90, məhəllə 507 ünanının qarşısında olarkən Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin iç tərəfdən sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 18 fevral 2020-ci il tarixdə Astara rayonunda əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən bir büküm narkotik vasitə heroini 80 manata öz istifadəsi üçün almışdır. Həmin gün Astara rayonundan Bakı şəhərinə qayıtmışdır. O, piyada Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti 20/90, məhəllə 507 ünvanına gəlib orada gəzən zaman orada olan anbar kimi istifadə edilən hasarlı yerin yanından keçən vaxt həmin hasardan boylanıb görmüşdür ki, həmin yerin içərisində yerə çoxlu sayda dəmir borular və dəmir materiallar yığılmışdır. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin yerə düşmüşdür. Həmin vaxt orada müxtəlif uzunluqda və müxtəlif formada çoxlu dəmir borular və dəmir vintillər, eləcə də, digər dəmir mallarının olduğunu görmüşdür. Bundan sonra o, gücü çatdığı dəmir boruları və dəmir vintilləri daşıyıb hasarın küncünə yığmışdır ki, onları çölə çıxartsın. Lakin fiziki gücü çatmadığı üçün hamısını çölə çıxara bilməmiş və bir qismini çölə çıxardıqdan sonra gəlib qalan hissəsini də oğurlamağı qərara almışdır. O, hasardan çölə çıxmış və oğurlayıb çölə çıxardığı dəmir boru və vintilləri aparıb zibilliyə yığmışdır. Daha sonra o, yaşadığı evinə getmiş və yatmışdır. Səhərisi gün o, taksi ilə həmin dəmir boru və vintilləri aparıb Nərimanov rayonu, Z. Bünyadov prospektində yerləşən dəmir boruların satıldığı digər mağazaya ümumilikdə 100 manata satmışdır. 20 fevral 2020-ci il tarixdən 21 fevral 2020ci il tarixə keçən gecə təxminən saat 04 radələrində o, yenə də əvvəl oğurluq etdiyi anbara yaxınlaşmış və həmin anbarın hasarına qalxıb həyətə düşərək əvvəlcədən daşıyıb hasarın küncünə yığdığı dəmir boru və vintillərdən bir qədərini aparıb zibilliyə yığmışdır. Sonra o, oradan evinə getmişdir. Səhərisi gün o, taksi ilə həmin dəmir boru və vintilləri aparıb Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən dəmir boruların satıldığı mağazaya ümumilikdə 60 manata satmışdır. Həmin günün axşamı təxminən saat 04 radələrində o, yenə də əvvəl oğurluq etdiyi anbara yaxınlaşmış və həmin anbarın hasarına qalxıb həyətə düşmüş və həmin yerdən dəmir boru və vintilləri çıxarıb yenə də əvvəl yığdığı zibilliyə yığmışdır. Səhərisi gün o, taksi ilə həmin dəmir boru və vintilləri aparıb Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən dəmir boruların satıldığı mağazaya ümumilikdə 60 manata satmaq istəmişdir. Lakin həmin mağazada işləyən şəxs apardığı dəmir boru və vintillərə baxdıqdan sonra onları almaq istəmədiyini bildirmişdir. O, da həmin dəmir boru və vintilləri aparıb Z.Bünyadov prospektində yerləşən metal qəbulu məntəqəsində çəkdirərək 100 kq olmasını müəyyən etmiş və bir kiloqramını 30 qəpikdən olmaq şərti ilə 30 manata satmışdır. O, oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. 24 fevral 2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/90 saylı ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O, onların təklifi ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlmişlər. Şöbədə olduğu zaman o, üzərində narkotik vasitə heroin olmasını bildirmiş və həmin narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 fevral 2020-ci il tarixdə günorta təxminən sat 13 radələrində işlədiyi obyektdə olan zaman bir nəfər tanımadığı şəxs “VAZ 2106” markalı avtomobillə obyektə gəlib əlində bir qədər dəmir material olduğunu və ona satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən ona satmaq istədiyi dəmir materialın kimə məxsus olması və haradan əldə etməsi barədə soruşmuşdur. Həmin şəxs isə satmaq istədiyi materialın özünə məxsus olduğunu, əvvəllər həmin dəmir materialın satışı ilə məşğul olduğunu və sonradan mağazasını bağladığı üçün həmin materialı hissə-hissə satdığını bildirmişdir. Həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənəd olub- olmadığını soruşmuşdur. Həmin şəxs də şəxsiyyət vəsiqəsinin yadından çıxıb evdə qaldığını, lakin sonradan gətirib öz şəxsiyyət vəsiqəsini ona təqdim edəcəyini bildirmişdir. Bundan sonra ona inanmış və ona satmaq istədiyi dəmir materialı hesablayıb ümumilikdə 100 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs də razılaşmış və ona 100 manat verib qeyd etdiyi dəmir materialı obyektinə boşaltmışdır. Bundan iki gün sonra, yəni 21 fevral 2020-ci il tarixdə günorta təxminən saat 15 radələrində işdə olduğu zaman yenə də həmin oğlan “VAZ 2106” markalı avtomobillə obyektə gəlib əlində bir qədər də dəmir material olduğunu və ona satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən ona satmaq istədiyi dəmir materialın kimə məxsus olması və haradan əldə etməsi barədə soruşmuşdur. Həmin şəxs yenə də satmaq istədiyi materialın özünə məxsus olduğunu bildirmişdir. O, iki gün əvvəl ondan dəmir material alsa da heç bir problem olmadığını gördüyünə görə ona inanmış və ona satmaq istədiyi dəmir materialı hesablayıb ümumilikdə 60 manata ala biləcəyini demişdir. Həmin şəxs də razılaşmış və ona 60 manat verib qeyd etdiyi dəmir materialı obyektinə boşaltmışdır. İki gün sonra, yəni 23 fevral 2020-ci il tarixdə günorta təxminən saat 14 radələrində işdə olduğu zaman həmin oğlan “VAZ 2106” markalı avtomobillə obyektə gəlib əlində bir qədər də dəmir material olduğunu və ona satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən ona satmaq istədiyi dəmir materialın kimə məxsus olması və haradan əldə etməsi barədə soruşmuşdur. Həmin şəxs yenə də satmaq istədiyi materialın özünə məxsus olduğunu bildirmişdir. Bu vaxt o, həmin dəmir materiala baxıb onun özünə məxsus olan və icarə əsasında işlətdiyi anbarda saxladığı dəmir materiala oxşadığı üçün o, həmin oğlandan şübhələnmiş və qeyd etdiyi materialı almaq istəmədiyini ona bildirmişdir. Həmin oğlan da gəldiyi taksiyə əyləşib oradan uzaqlaşmışdır. 24 fevral 2020-ci il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 20/90-cı məhəllə, 507 saylı ünvanda yerləşən icarə əsasında işlətdiyi anbara gəlmiş və obyektdə olan ona məxsus dəmir materialları diqqətlə nəzərdən keçirdikdə aşkar etmişdir ki, ona məxsus olan dəmir boruların və vintillərin oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, oğurluq hadisəsi barədə dərhal polisə məlumat vermişdir. Son olaraq yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirərək göstərilənlərin yekun məhkəmə aktı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, beş ildir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, 2293 saylı ünvanda yerləşən obyekti icarəyə götürərək orada metal qəbulu ilə məşğul olur. 23 fevral 2020-ci il tarixdə günorta təxminən saat 12 radələrində həmin metal qəbulu məntəqəsində olduğu zaman əvvəllər tanımadığı bir nəfər oğlan ora gəlmiş və əlində bir qədər metal olduğunu, həmin metalı satmaq istədiyini bildirmişdir. O, həmin metala baxıb müxtəlif ölçülü dəmir boru və vintillər olduğunu görmüşdür. Həmin metalın kimə məxsus olmasını ondan soruşmuş, həmin oğlan isə satmaq istədiyi metalın özünə məxsus olmasını bildirmişdir. Həmin vaxt o, bu dəmir boru və vintilləri çəkib 100 kiloqram olmasını müəyyən etmiş və hər kiloqramını 30 qəpiyə ala biləcəyini demişdir. Həmin şəxs də razılaşmış və ona 30 manat pul verərək həmin 100 kiloqram metalı ondan almışdır. O, həmin metalı aldıqdan sonra obyektin bir tərəfinə yığmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin metalı ona satan oğlan Təqsirləndirilən şəxsdur və satdığı metalı oğurluq yolu ilə əldə etmişdir. Polis əməkdaşları işlətdiyi metal qəbulu məntəqəsinə gəldikdən sonra o, həmin aldığı metalı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 24 fevral 2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid3la Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2090-cı məhəllədə yerləşən Dərnəgül taxta bazarında xidmətdə olarkən bir nəfər kişinin hərəkətləri onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədini göstərməsini və özü barədə məlumat verməsini istəmişlər. Lakin həmin şəxs şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmiş və özü barədə dolğun məlumat verməmişdir. Onlar da həmin şəxsin şəxsiyyətini yoxlamaq məqsədilə onu Nərimanov RPl-nin 17-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs bu təkliflə razılaşmış və onlarla birlikdə 17-ci PŞ-nə gəlmişdir. Onlar 17-ci PŞnə daxil olarkən həmin şəxs könüllü şəkildə üzərində narkotik vasitə olması barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videokamera ilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli gödəkçənin iç tərəfdən sol cibindən isə bir ədəd adi kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sonuncu təqdim etdiyi bir ədəd adi kağıza bükülmüş bükümün içərisində narkotik maddə olan heroin olmasını bildirmiş və həmin narkotik maddənin ona məxsus olmasını qeyd etmişdir. Həmin narkotik maddəni nə vaxt harada və kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin adi kağıza bükülmüş bükülünün içərisində olan narkotik maddə heroini 18 fevral 2020-ci il tarixdə Astara rayonunda əvvəllər tanımadığı şəxsdən 60 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru polis mayoru Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v. 1); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2020-ci il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18-19) Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu, 1 ədəd qara rəngli alışqanı, həmin şalvarın sağ cibindən 1 ədəd qara rəngli Samsung markalı mobil telefonu və 10 manat pulunu əynində olan tünd göy rəngli gödəkçənin iç tərəfdən sol cibindən isə 1 ədəd adi kağıza bükülmüş bükümü təqdim etmiş, təqdim etdiyi 1 ədəd adi kağıza bükülmüş bükümün narkotik maddə olan heroin olmasını və həmin narkotik maddənin ona məxsus olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd adi kağıza bükülmüş narkotik vasitəyə bənzər maddəni 18 fevral 2020-ci il tarixdə Astara rayonunda əvvəllər tanımadığı və hər hansı anket məlumatının bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədilə almışdır. (i.v.20-21); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli 5036 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,187 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,187 qram olub - 0,05 qramı tədqiqata sərf edilib 0,137 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114.00 manat təşkil edir. (i.v. 31-34) Cinayət işlərinin birləşdirilməsi haqqında 26 fevral 2020-ci il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəsi altında davam etdirilmişdir. Hazırki cinayət işi üzrə cinayət əməli AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və birləşdirilmiş cinayət işlərinin nömrəsi ********* nömrə altında saxlanılmışdır. (i.v. 43-44) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 fevral 2020-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 47) Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 26 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 82-83) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 fevral 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.108-111) Əşyanın könüllü olaraq təqdim edilməsi haqqında 29 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 100 kq çəkidə müxtəlif dəmir boru və vintilləri könüllü olaraq istintaqa təqdim edərək həmin təqdim etdiyi dəmir metalları 23 fevral 2020-ci il tarixdə sonradan tanıdığı Təqsirləndirilən şəxs onun icarə əsasında işlətdiyi metal qəbulu məntəqəsinə cəmi 30 manata satdığı dəmir materiallar olduğunu bildirmişdir. (i.v. 115) Əşyanın könüllü olaraq təqdim edilməsi haqqında 29 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 3 ədəd 273x159 mm ölçüsündə dəmir keçid, 1 ədəd 159 mm ölçüsündə dəmir dirsək, 4 ədəd 219 mm ölçüsündə dəmir dirsək, bir ədəd 80 mm ölçüsündə dəmir filter, 1 ədəd 50 mm ölçüsündə dəmir vintil, 1 ədəd 426 mm ölçüsündə dəmir dirsək və 1 ədəd 300 mm ölçüsündə dəmir fılansı könüllü olaraq istintaqa təqdim edərək, həmin təqdim etdiyi dəmir materialları 19 fevral 2020-ci il tarixdə və 21 fevral 2020-ci il tarixdə sonradan tanıdığı Təqsirləndirilən şəxs onun icarə əsasında işlətdiyi anbardan oğurlayaraq ona cəmi 160 manata satdığı və ona məxsus olan dəmir materiallar olduğunu bildirmişdir. (i.v. 116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x4 ünvanlanmış tələbnaməyə 06.03.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.1, 69.3, 67.1, 68.2-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ödənilməmiş 3500 manat cərimə cəzasının müstəqil icra olunası hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.12.2017-ci il tarixli qərarı ilə hökm ləğv edilib, barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və həbsdən azad edilmişdir. (i.v. 132-134) Liman şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bəxtiyar Səfərov tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Liman şəhərində doğulub, yaşayıb. Uzun müddərdir ki, Bakı şəhərinə köçüb və orada yaşayır. Valideynlərinin məlumatına əsasən orada ailə həyatı qurub və bir övladı var. Liman şəhərində əvvəllər sakit, sadə, zəhmətkeş, yaxşı bir gənc olaraq tanınsa da, lakin bir neçə ildir ki, narkotikə meyllidir və mənfiyə doğru dəyişilmişdir. Valideynləri ilə münasibəti normal deyil. Qohum qonşularla rəftarı yaxşıdır. Ondan hər hansı bir şikayət və narazılıq daxil olmamışdır. (i.v. 135) Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında ata və anası ilə birlikdə yaşayır. (i.v. 136) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Nömrəli x1 Nərimanov RPİ-nin İŞ-nə ünvanlandığı 1/332 nömrəli 16.03.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli KPX-na müraciət etməyib. (i.v. 137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər x3 RPİ-nin İŞ-nə ünvanlandığı 17.03.2020-ci il tarixli 1244 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞND-də qeydiyyatda yoxdur. (i.v. 138) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” x8 Nərimanov RPİ-nin İŞ-nə ünvanlandığı 19.03.2020-ci il tarixli 2192 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən xəstəxanada müalicə olmayıb. (i.v. 139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 807 nömrəli, 19.03.2020-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserind qeydiyyata alınması məsləhət görülür. (i.v. 149-150) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2020-ci il tarixli 9/566 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən metal əşyaların hazırki vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1980,00 manat müəyyən edilir. Həmin metal əşyaların ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir və aşağıdakı kimidir:
1. 273x159 mm ölçüsündə dəmir keçidin 1 ədədinin qiyməti 150 manat olmaqla 3 ədədinin ümumi qiyməti 450 manat;
2. 159 mm ölçüsündə bir ədəd dəmir dirsəyin qiyməti 20 manat;
3. 219 mm ölçüsündə dəmir dirsəyin 1 ədədinin qiyməti 30 manat olmaqla 4 ədədinin ümumi qiyməti 120 manat;
4. 80 mm ölçüsündə bir ədəd dəmir fılterin qiyməti 8 manat;
5. 50 mm ölçüsündə bir ədəd dəmir vintilin qiyməti 5 manat;
6. 426 mm ölçüsündə bir ədəd dəmir dirsəyin qiyməti 55 manat;
7. 300 mm ölçüsündə bir ədəd dəmir fılansın qiyməti 60 manat;
8. 273x200 mm ölçüsündə dəmir keçidin 1 ədədinin qiyməti 180 manat olmaqla 2 ədədinin ümumi qiyməti 360 manat;
9. 219 mm ölçüsündə dəmir keçidin 1 ədədinin qiyməti 150 manat olmaqla 3 ədədinin ümumi qiyməti 450 manat;
10. 325 mm ölçüsündə dəmir dirsəyin 1 ədəd qiyməti 45 manat olmaqla 2 ədədinin ümumi qiyməti 90 manat; 11.400x377 mm ölçüsündə bir ədəd dəmir keçidin qiyməti 220 manat;
12. 80 mm ölçüsündə bir ədəd dəmir vintilin qiyməti 7 manat, 300 mm ölçüsündə dəmir kompensatorun 1 ədədinin qiyməti 60 manat olmalqa 2 ədədinin ümumi qiyməti 120 manat
13. 150 mm ölçüsündə bir ədəd dəmir vintilin qiyməti 15 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilən metal əşyaların hazırki vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1980,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. (i.v. 151-154) Diskə baxış keçirilməsi haqqında 10 aprel 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu, bir ədəd qara rəngli alışqanı, həmin şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və 10 manat pulu, əynində olan tünd göy rəngli gödəkçənin iç tərəfdən sol cibindən isə bir ədəd adi kağıza bükülmüş bükümü təqdim edir. (i.v. 160) Sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması qərara alınmışdır. (i.v. 173 -186) Maddi sübut kimi tanınma haqqında 20.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,137 qram hissəsi cinayət işinə əlavə edilməsi və saxlanılması üçün Nərimanov RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs oğurlanaraq Zərərçəkmiş şəxs və Şahid1 satdığı və sonuncular tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş metal əşyalar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və barəsində məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alındığı üçün məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılması qərara alınmışdır. (i.v. 188-190) 20.04.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan 273x159 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 1 ədəd 159 mm ölçüsündə dəmir dirsəyi, 219 mm ölçüsündəədəd dəmir dirsəyi, 1 ədəd 80 mm ölçüsündə dəmir fılteri, 1 ədəd 50 mm ölçüsündə dəmir vintili, 1 ədəd 426 mm ölçüsündə dəmir dirsəyi, 1 ədəd 300 mm ölçüsündə dəmir fılansı, 273x200 mm ölçüsündə 2 ədəd dəmir keçidi, 219 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 325 mm ölçüsündə 2 ədəd dəmir dirsəyi, 1 ədəd 400x377 mm ölçüsündə dəmir keçidi, 1 ədəd 80 mm ölçüsündə dəmir vintili, 300 mm ölçüsündə 2 ədəd dəmir kompressoru və 1 ədəd 150 mm ölçüsündə dəmir vintili işlək vəziyyətdə təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir. (i.v. 193) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 -ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 197-199); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı 02.06.2020-ci il tarixli 69324/2018-25-8 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-68/2017 nömrəli 01.03.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə məbləğindən 600 manat dövlət nəfinə ödəniş etmiş, 2900 manat ödənilməmiş qalan cərimə borcu vardır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstərilənlərin yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur (22-ci bənd) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzaları icra etməməsi, həmçinin cinayət törətməkdə davam etməsini, eyni zamanda yaşayış yeri üzrə barəsində şikayət daxil olmasa da, narkotikə meyilli olmaqla şəxsiyyətinin mənfiyə doğru dəyişməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-68/2017 nömrəli 01.03.2017-ci il tarixli hökmü ilə təyin edilmiş lakin ödənilməmiş qalan 2900 manat məbləğində cərimə cəzası mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-68/2017 nömrəli 01.03.2017-ci il tarixli hökmü ilə təyin olunmuş lakin ödənilməmiş qalan 2900 manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 24 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının ümumi dəyəri 164.00 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs oğurlayaraq Zərərçəkmiş şəxs və Şahid1 satdığı və K. İsrəfilov və Ə. Novruzov tərəfindən istintaqa təqdim edilmiş metal əşyalar- 273x159 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 1 ədəd 159 mm ölçüsündə dəmir dirsəyi, 219 mm ölçüsündə 1 ədəd dəmir dirsəyi, 1 ədəd 80 mm ölçüsündə dəmir fılteri, 1 ədəd 50 mm ölçüsündə dəmir vintili, 1 ədəd 426 mm ölçüsündə dəmir dirsəyi, 1 ədəd 300 mm ölçüsündə dəmir fılansı, 273x200 mm ölçüsündə 2 ədəd dəmir keçidi, 219 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 325 mm ölçüsündə 2 ədəd dəmir dirsəyi, 1 ədəd 400x377 mm ölçüsündə dəmir keçidi, 1 ədəd 80 mm ölçüsündə dəmir vintili, 300 mm ölçüsündə 2 ədəd dəmir kompressoru və 1 ədəd 150 mm ölçüsündə dəmir vintili işlək vəziyyətdə Zərərçəkmiş şəxs tərəfindən təhvil alınması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 0.137 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs həmçinin narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-68/2017 nömrəli 01.03.2017-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş qalan 2900 (iki min doqquz yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 2 (iki) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası və ödənilməmiş qalan 2900 (iki min doqquz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş qalan 2900 (iki min doqquz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış metal əşyalar- 273x159 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 1 ədəd 159 mm ölçüsündə dəmir dirsəyi, 219 mm ölçüsündə 1 ədəd dəmir dirsəyi, 1 ədəd 80 mm ölçüsündə dəmir fılteri, 1 ədəd 50 mm ölçüsündə dəmir vintili, 1 ədəd 426 mm ölçüsündə dəmir dirsəyi, 1 ədəd 300 mm ölçüsündə dəmir fılansı, 273x200 mm ölçüsündə 2 ədəd dəmir keçidi, 219 mm ölçüsündə 3 ədəd dəmir keçidi, 325 mm ölçüsündə 2 ədəd dəmir dirsəyi, 1 ədəd 400x377 mm ölçüsündə dəmir keçidi, 1 ədəd 80 mm ölçüsündə dəmir vintili, 300 mm ölçüsündə 2 ədəd dəmir kompressoru və 1 ədəd 150 mm ölçüsündə dəmir vintili işlək vəziyyətdə Zərərçəkmiş şəxs tərəfindən təhvil alınması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 0.137 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 164.00 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Hafiz Kamranov