Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-202/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" ASC-də nəzarətçi mühəndis işləyən, evli, məhkumluğu olmayan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, ev 13-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə saat 10:15 radələrində etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi «VAZ-21154» markalı Az **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski prospekti ilə «Gənclik» metrostansiyası istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 98 saylı ünvanının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək yolu sağdan sola doğru iti yerişlə keçən piyada X5 vurub ehtiyatsızlıqdan zərərçəkmiş Tahirə Həsənovanın ölümünə səbəb olan baş beynin ağır dərəcəli əzilməsi, alın-təpə-gicgah nahiyələrinin şişkinli hematomaları, sıyrılmış yaraları, yumşaq toxumalarına giriş sahədə qansızma, hər iki gözaltı nahiyələrinin hematomaları, sol almacıq nahiyəsinin hematoması, baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma, kəllə qapaq sümüklərinin kəllə əsasına keçən sınığı, soldan 3-4- 5-6-cı qabırğaların qapalı sınıqları, sağ dirsək sümüyünün, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınıqları, yuxarı və aşağı ətrafların sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirməsinə səbəb olan yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 20.11.2021-ci il tarixdə saat 10:15 radələrində etibarnamə əsasında idarə etdiyi «Vaz-21154» markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısından üzü Gənclik metrostansiyası istiqamətinə 50-60 km/saat sürətlə hərəkət etmişdir. Həmin küçədə yerləşən yeraltı tunelə daxil olmuş və tuneli çıxarkən sol tərəfində hərəkətdə olan «Toyota Prado» markalı avtomaşının qarşısından yolu soldan sağa keçən qadın piyadanın qaçaraq keçdiyini görüb əyləci basmışdır. Lakin piyada qadınla aralarında olan məsafə az olduğundan avtomaşının sol ön hissəsi ilə həmin qadını vurmuşdur. Piyada zərbənin təsirindən avtomaşının ön alın şüşəsinə dəyərək asfalt üzərinə düşmüşdür. O, tez avtomaşını hadisə yerində saxlamış və yoldan keçən tanımadığı şəxsin avtomaşınının saxlamış və yanında olan dostu İsraillə köməkləşib qadını xəstəxanaya aparmaq üçün həmin şəxsin avtomaşınına qoymuşlar. Sonra dostu İsrail həmin sürücü ilə qadını xəstəxanaya aparmış o, isə hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə edib bu barədə protokol tərtib edərək hadisə yerinin fotoşəkillərini çəkmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 hüquqi varisi X3 bildirmişdir ki, 30.11.2021-ci il tarixdə səhər saatlarında ona məlumat verilmişdir ki, anası Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski prospektində yolu keçərkən avtomobil vurulması nəticəsində xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. Bu məlumatı aldıqdan sonra dərhal evdən çıxıb xəstəxanaya getmişdir. Həmin gün günorta saatlarında anası xəstəxanada vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş X7 çıxış edərək bildirmişdir ki, X11 onun dostudur. 20.11.2021-ci il tarixdə saat 10:15 radələrində Fəridin etibarnamə ilə idarə etdiyi «Vaz 21154» markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşında sərnişin qismində qabaq oturacaqda oturmuş. Fərid isə avtomaşını idarə etmişdir. Fərid Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının qarşısından üzü Gənclik metrosu istiqamətinə 50-60 km/saat sürətlə hərəkət edərək tunelə daxil olmuş və tuneli çıxarkən sol tərəfində hərəkətdə olan Toyota Prado markalı avtomaşının qarşısından yolu soldan sağa keçən qadın piyadanın qaçaraq keçdiyini görüb əyləci basmışdır. Lakin piyada qadınla məsafəsi az olduğundan avtomaşının sol ön hissəsi ilə həmin qadın piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən avtomaşının ön alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Fərid tez avtomaşını hadisə yerində saxlamışdır. Daha sonra o, yerə düşüb yoldan keçən tanımadığı şəxsin avtomaşını ilə həmin qadını 1 Saylı Şəhər Klinik Xəstəxanasına aparmış, Fərid isə hadisə yerində qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ölüm haqqında 20.11.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X2 tağının sınığı təsirindən ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06.12.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X3 yol nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. Diskə baxış keçirilməsi haqqında 07.12.2021-ci il tarixli protokoldan görünür ki, 20.11.2021-ci il tarixdə saat 10:00-dan 10:30-dək olan müddətədək olan videogörüntülərinə baxış keçirilmişdir. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda gündüz hava şəraitində tuneldən Gənclik metrostansiyası istiqamətində doğru hərəkət zolağında hərəkətdə olan VAZ-21154 markalı avtomobilin yolu sağdan sola keçən piyadanı vurulması, zərbədən piyada qadının qarşıya asfalt üzərinə düşməsi, avtomobilin dayanaraq sürücü və sərnişinin piyadaya yaxınlaşmaları, piyadanın yoldan keçən avtomobilə qoyub yola salması müəyyən olunur. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik hüquqi şəxsindən alınmış 20.11.2021-ci il tarixli 147 saylı rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir, baş beynin ağır dərəcəli əzilməsi, alın-təpə-gicgah nahiyələrinin şişkinli hematomaları, sıyrılmış yaraları, yumşaq toxumalarına geniş sahədə qansızma, hər iki gözaltı nahiyələrinin hematomaları, sol almacıq nahiyəsinin hematoması, baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma, kəllə qapaq sümüklərinin kəllə əsasına keçən sınığı, soldan 3-4-5-6-cı qabırğaların qapalı sınıqları, sağ dirsək sümüyünün, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınıqları, yuxarı və aşağı ətrafların sıyrıqları həyatı olub ölümündən az əvvəl xəstəxanaya daxil olduğu 20.11.2021-ci il tarixdə bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolu keçən zaman hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. 2.X4 Ölümünə səbəb almış olduğu kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölüm xəstəxanada 20.11.2021-ci il tarixdə saat 13:05-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. 3.X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək qrupu) fenotiazin, prazalon 1,4 benzodiahepin törəmələri və salisatlar aşkar edilməmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X1 polis idarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş 08.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı anası Tahirə Həsənova vəfat etmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbatı yoxdur. Nərimanov RETSİ tərəfindən Təqsirləndirilən şəxs Məhərrəm oğlu barəsində verilmiş xasiyyətnamədən görünür ki, F. Əzizlinin Nərimanov RETSİ-nin Enerji Satış şöbəsində nəzarətçi-mühəndis vəzifəsində işləyir. İşlədiyi dövrdə özünü nizam-intizamlı, bacarıqlı və məsuliyyətli kimi göstərmiş, kollektivinin və rəhbərliyinin hörmətini qazanmışdır. Ailəlidir. Himayəsində 2 azyaşlı övladı var. 24.12.2018-ci il tarixli AZ-İV 219502 nömrəli və 10.08.2017-ci il tarixli AZ-İİİ 997629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlunun himayəsində 15.12.2018-ci il təvəllüdlü X13 və 21.07.2017-ci il təvəllüdlü X15 olmaqla iki övladı vardır. 29.12.2021-ci il tarixli arayışdan görünür ki, yaranmış zərurət aradan qalxdığından Vaz 21154 markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılmasına və istənilən yerə nəql edilməsinə etiraz edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 11 yanvar 2022-ci il tarixli 8/3303 №-li rəyindən görünür ki, «Vaz- 21154» markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Sübutların qiymətləndirilməsi haqqında 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə ittiham elan edilməsi, 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlu AR CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 29 yanvar 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. BDYPİ-nin 30.11.2021-ci il tarixli 016-140621-1221 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22.01.2020-ci ildə (22.01.2030-cu ilədək etibarlı olan) AF 036922 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, şahidin, zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 11 yanvar 2022ci il tarixli 8/3303 nömrəli ekspert rəyindən görünür ki, , «Vaz- 21154» markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X4 hüquqi varisi X3 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “VAZ-2115” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “VAZ-2115” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 100,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-202/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-202/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver