Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-202/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:20 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış və hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs keçmiş SSRİ dövlətində 1958-ci ildə Zlataust silah zavodunda istehsal olunmuş, 9401-H №-li, 16 mm kalibrli, ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi “Kia Rio” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə saat 16:10-da ünvan 4 ünvanında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 5 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün saat 19:40-dan etibarən istifadəsində olan “Kia Rio” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş İdarənin inzibati binasının duracağında özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman keçmiş SSRİ dövlətində 1958-ci ildə Zlataust silah zavodunda istehsal olunmuş, 9401-H №-li, 16 mm kalibrli, ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 20 gün əvvəl yaşadığı ünvan 1 ünvanına yaxın ərazidə zibilxananın yanından keçərkən sellofan paket görmüş, onun diqqətini çəkərək içərisinə baxmış və silah olduğunu gördükdə götürüb özünün sərəncamında olan **-GB-*** dövlət qeydiyyat nişanlı, “KİA Rio” markalı avtomobilə gətirmiş və silaha nəzər salaraq müəyyən etmişdir ki, onun içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngidir. Silahlara marağının olduğu üçün həmin silahı götürmək qərarına gəlmişdir. Qeyd etmişdir ki, “Kia Rio” markalı avtomobil onun tanışı Şahid4 məxsus olsa da Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, etibarnamə ilə onun nəqliyyat vasitəsini idarə edir. Şahid4 bu hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. 06 yanvar 2022-ci il tarixdə saat 16:10 radələrində ünvan 4 ünvanında olduqları zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs və Şahid4 özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının dövriyyəsində şübhəli olduğunu bildirib, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, o da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hər şeyi bildirmiş, bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa könüllü surətdə verməyi təklif edilmiş, bu təklifdən sonra o üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən “İphone” markalı mobil telefonu, sağ yan cibindən avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, avtomobil açarı özünə geri qaytarılmışdır və “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Avtomobilə baxış keçiriləcəyi barədə məlumatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs Baş İdarənin inzibati binasının həyətində saxlanılan idarə etdiyi **-GB-*** qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobildə 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi saxladığını və həmin avtomobilə baxış keçirilərsə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, daha sonra istifadəsində olan **-GB-*** qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməyi təklif edilmiş, bu təklifdən sonra o, arxa saxlanc hissədən sellofan paketi göstərib paketin içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi olduğunu qeyd edərək baxışa təqdim etmiş, həmin sellofan paket açılarkən içərisindən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet aşkar edilmiş, daha sonra avtomobilin yük yerindən ona məxsus 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 01 ədəd sellofan paketdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlidən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş. Əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 daxil edilmişlər. 06 yanvar 2023-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmiş və saat 16:10 radələrində həmin ünvanda Təqsirləndirilən şəxsa oxşar bir nəfər şəxsi və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, yanındakı tanışı isə Şahid4 olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edilmiş və onu tanışı Şahid4 ilə birlikdə DİN-in BMCMİ-nə dəvət edilmişdir. Onlar da buna etiraz etmədilər. İdarənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxsa hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxsa təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, üzərindəki “İphone” markalı mobil telefonu, avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Elvinin üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, Daha sonra Şahid4 üzərinə baxış keçirilmiş, o, baxış zamanı onun üzərindən qanunsuz hər hansı əşya, o cümlədən digər predmet müəyyən edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildə axtarış aparılacağı barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs idarə etdiyi **-GB-*** qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobildə 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi saxladığını və həmin avtomobilə baxış keçirilərsə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və baxış davam etdirilərkən onların üzərindən sübut əhəmiyyətli heç bir şey aşkar olunmamışdır. Keçirilən şəxsi axtarış və baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan **-GB-*** qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməyi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra o, arxa saxlanc hissədən sellofan paketi göstərib paketin içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi olduğunu qeyd edərək baxışa təqdim etmiş, həmin sellofan paket parça açılarkən sellofan paketin içərisindən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet aşkar edilmiş, daha sonra avtomobilin yük yerindən ona məxsus 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd sellofan paketdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən avtomobildən digər əşya və ya predmet aşkar edilməmiş, bundan sonra baxışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Elvinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı saxlaması barədə heç bir məlumatı olmamışdır. Hadisə baş verən günü, yəni 06 yanvar 2022-ci il tarixdə saat 16:10da ünvan 4 ünvanının yaxınlığında, tanışı Təqsirləndirilən şəxs idarə etdiyi **-GB-*** qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin yanında olarkən onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və tanışı Elvinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatlarının dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirərək onları Baş İdarəyə dəvət etmişlər. Daha sonra isə üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və o, Elvin bu hala etiraz etməmişlər. Daha sonra isə o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 3 manat pulu, sağ arxa cibindən “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, baxış zamanı onun üzərindən qanunsuz hər hansı əşya, o cümlədən digər predmet müəyyən edilməmişdir. Aşkar edilmiş 3 manat pul və “Redmi” markalı mobil telefon ona geri qaytarılmışdır. Məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan və videoçəklişi əsk etdirən DVD diskə baxışdan görünür ki, 06 yanvar saat 19:40 dəqiqədən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **- GB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və nəticədə avtomobilin arxa saxlanc hissəsindən sellofan paketin içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sellofan paketdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış davam etdirilərkən ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/7 nömrəli rəyindən və foto cədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş 9401-H №-li silah, keçmiş “SSRİ” dövlətində 1958-ci ildə Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov rufəngini lüləsi və gundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz zəyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Məhkəmədə tədqiq edilmiş Sübutların qiymətləndirilməsi haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd ov tüfənginin kəsiyi və bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkhum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixli, 1(101)-536/2009 saylı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilnmiş, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə əmlakı müsadirə olunmaqla 12 il müddətinə, 185.2.1 və 185.2.2-ci maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixli,1(101)-536/2009 saylı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza dəyişdirilərək, 12 il, 06 aya endirilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixində, saat 16:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbyacan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsnin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli, 1(101)-536/2009 saylı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza dəyişdirilərək 12 (on iki) il, 6 (altı) ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvələr cinayət törədərək məhkum olunmasında baxmayaraq, yenidən cinayət törətməkdə davam etməsi onun islah olunmaması kimi qiymətləndirilir. Bu da onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 2 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin maddi sübutların saxlama yerinə verilmiş 01 (bir) ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, X3 göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 06 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 (bir) ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşdə mülki iddia yoxdur. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-202/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-202/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver