Məhkəmə qərarları › İş №1(005)-203/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-203/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-203/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Mikayilovnanın, Zərərçəkmiş şəxs5, X1, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, tərcüməçi X7, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1969-cu ildə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni tikilidə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildirərək qəhvə və kart ilə guya Zərərçəkmiş şəxs5 falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən onun işə düzələ bilmədiyini, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra onun işə düzələ biləcəyinə dair yalan verərək aldatmış, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2016-cı ilin iyun ayının sonlarında ona məxsus 300 manat pulu, 2016-cı ilin iyul ayının əvvəllərində çəkisi 5 qram olan 150 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış “Aleksandrit” adlı üzüyü, çəkisi 3 qram olan 100 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış “Aleksandrit” adlı üzüyü, çəkisi 6 qram olan 200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış dairəvi formalı üzüyü, çəkisi 7 qram olan 250 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış dairəvi formalı üzüyü, çəkisi 6 qram və üzərində sadə qaşları olan 300 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 7 qram olan və üzərində sadə qaşları olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 5,5 qram olan 270 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış kürə formalı 1 cüt sırğanı, çəkisi 10 qram olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Chanel” markalı 1 cüt sırğanı, çəkisi 7 qram və üzərində firuzə qaşları olan 250 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 10 qram və üzərində zümrüd qaşları olan olan 400 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəsti, çəkisi 4 qram olan 120 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qız formalı kulonu, çəkisi 7 qram və üzərində fionit qaşları olan 270 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 3 qram olan 120 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış nazik üzüyü, çəkisi 8 qram olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 10 qram olan 350 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 10 qram olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Chopard” markalı boyunbağını, çəkisi 4 qram və üzərində sadə qaşları olan 180 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 4,5 qram və üzərində brilliant qaşları olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 4 qram və üzərində qırmızı sadə qaşları olan 150 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 5 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “Kameya” adlı kulonu, çəkisi 3 qram olan 200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində “Sima” yazılmış kulonu, çəkisi 4 qram olan 170 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış “Aleksandrit” adlı qızıl gül formalı üzüyü, çəkisi 5 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində “Allah” yazılmış ürək formalı kulonu, 2016-cı ilin iyul ayının əvvəlindən həmin ayının ortalarınadək olan müdət ərzində 6 dəfəyə olmaqla 600, 400, 500, 400, 200 və 100 manat pulu ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs5 ümumilikdə 8810 manat yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya Zərərçəkmiş şəxs1 falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən əri ilə münasibətlərinin pozulduğunu, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra əri ilə olan münasibətlərinin düzələcəyinə dair yalan verərək aldatmış, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 26 mart 2017-ci il tarixdə saat 11 radələrində ona məxsus 400 manat pulu, çəkisi 8 qram olan 650 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 10 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, 02 aprel 2017-ci il tarixdə saat 11 radələrində çəkisi 7 qram və üzərində brilliant qaşları olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 3 qram olan 300 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış kəpənək formalı üzüyü, çəkisi 6 qram və üzərində qara rəngli brilliant qaşları olan 1000 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzüyü, 400 manat pulu, 09 aprel 2017-ci il tarixdə saat 19 radələrində çəkisi 3 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “Quran” kitabı formalı kulonu, çəkisi 10 qram və üzərində 3 ədəd brilliant qaşı olan, 1800 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəsti, 400 manat pulu, 13 aprel 2017-ci il tarixdə saat 18 radələrində 600 manat pulu, 20 aprel 2017-ci il tarixdə saat 20 radələrində çəkisi 2 qram və üzərində qırmızı qaşları olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, 500 manat pulu, 24 aprel 2017-ci il tarixdə saat 17 radələrində 360 manat pulu ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs1 ümumilikdə 9660 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya Zərərçəkmiş şəxs2 falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra ailəsində olan maddi vəziyyətin düzələcəyinə dair yalan verərək aldatmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin iyun ayının əvvəllərində ona məxsus 10 manat və 50 manat pulu, 2017-ci ilin iyun ayının ortalarında çəkisi 5 qram olan 280 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 4 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 20 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 2,5 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qolbağını, çəkisi 5 qram olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində gül formalı naxışı olan üzüyü, 2017-ci ilin iyun ayının sonlarında 400 manat pulu ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 2350 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə X2 aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya X.Bayramovanın falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən anasının xəstəliyinin sağalmadığını, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra anasının xəstəliyinin sağalacağına dair yalan verərək aldatmış, X.Bayramovanın etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 11 iyun 2017-ci il tarixdə saat 20 radələrində ona məxsus çəkisi 4 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 5,5 qram olan 300 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 6,5 qram olan 320 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 8 qram olan 400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 3 qram və üzərində sadə ağ qaşları olan 150 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 4 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, 150 manat pulu, 2017-ci ilin iyun ayının sonralarında çəkisi 8 qram olan 400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 14 qram olan 1100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 6 qram olan 550 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış qolbağını, çəkisi 5 qram olan 350 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış qolbağını, çəkisi 6 qram olan 370 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, 80 manat pulu, 2017-ci ilin iyul ayının sonlarında çəkisi 5 qram olan 350 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 4 qram olan 240 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 3,5 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, 160 manat pulu və 2017-ci ilin avqust ayının ortalarında 90 manat pulu ələ keçirərək vahid niyyətlə zərərçəkmiş şəxs X3 ümumilikdə 5770 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 aldadıb etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin avqust ayından noyabr ayınadək olan müddət ərzində satıb qazanc əldə edəcəklərinə dair yalan vəd verib ona məxsus 3730 manat dəyərində parfümeriya və geyim əşyalarını ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 3730 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya Zərərçəkmiş şəxs3 falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra ailəsində olan maddi vəziyyətin düzələcəyinə dair yalan verərək aldatmış, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin iyun ayının əvvəllərində ona məxsus 300 manat pulu, 2017-ci ilin iyul ayının ortalarında 600 manat pulu, 2017-ci ilin avqust ayının əvvəllərində 200 manat pulu, 2017-ci ilin sentyabr ayının əvvəllərində 300 manat pulu, 2017-ci ilin oktyabr ayının əvvəllərində 200 manat pulu, 2017-ci ilin noyabr ayının əvvəllərində çəkisi 5 qram olan 350 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 3 qram olan 170 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 2 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 6 qram olan 350 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış ortası sadə yaşıl qaşlı üzüyü və 200 manat pulu ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs3 ümumilikdə 2800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya Zərərçəkmiş şəxs4 falına baxıb onun ailəsinə cadu edildiyi, bu səbəbdən qardaşı və ərinin xəstəliyinin sağalmadığını, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra qardaşının və ərinin xəstələyinin sağaldacağına dair yalan verərək aldatmış, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2014-cü ilin aprel ayının əvvəllərində ona məxsus 300 manat pulu, 2014-cü ilin aprel ayının ortalarında 600 manat pulu, 2014-cü ilin may ayının ortalarında çəkisi 15 qram olan 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd ürək formalı kulondan ibarət 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Qrasiyella” adlı dəsti, çəkisi 12 qram olan üzərində şir və 2 ədəd ağ gül şəkili olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Qrasiyella” adlı qolbağını, 700 manat pulu, 2014-cü ilin iyun ayının sonlarında 1 ədəd üzük və 1 cüt sırğadan ibarət çəkisi 8 qram və üzərində brilliant qaşları olan “Saffir” adlı 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış dəsti, çəkisi 8 qram və üzərində brilliant qaşları olan 900 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış 1 cüt gül formalı sırğanı, çəkisi 5 qram olan və üzərində 1 ədəd brilliant qaşı olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, 600 manat pulu, 2014-cii ilin iyul ayının əvvəllərində çəkisi 8 qram və üzərində brilliant qaşları olan 1200 manat dəyərində, 750 əyarlı ağ rəngli qızıldan hazırlanmış 1 cüt sırğanı, 500 manat pulu, 2014-cii ilin avqust ayının ortalarında çəkisi 5 qram və üzərində 1 ədəd brilliant qaşı olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 18 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 1 ədədinin qiyməti 220 manat olmaqla hər birinin çəkisi 2 qram olan, 750 əyarlı qızıldan hazırlanmış 2 ədəd “Chopard” markalı boyunbağını, 750 manat pulu, 2014-cü ilin oktyabr ayının əvvəllərində çəkisi 12 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış balıq qulağı formalı 1 cüt sırğanı, çəkisi 12 qram olan 1400 manat dəyərində, 750 əyarlı ağ və sarı qızıldan hazırlanmış boyunbağını, 400 manat pulu, 2014-cü ilin dekabr ayının ortalarında çəkisi 16 qram olan 1700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tros şəkilli boyunbağını, çəkisi 6 qram və üzərində mirvari, sapfir, brilliant qaşları olan 500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, 300 manat pulu, 2015-ci ilin fevral ayının əvvəllərində çəkisi 7 qram olan 650 manat dəyərində, 750 əyarlı ağ rəngli qızıldan hazırlanmış üzərində dairəvi klonu olan boyunbağını, çəkisi 6 qram və üzərində 2 ədəd brilliant qaşı olan 800 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tülpan formalı 1 cüt sırğanı, 650 manat pulu, 2015-ci ilin aprel ayının sonlarında çəkisi 3 qram və üzərində brilliant qaşları olan 500 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış tülpan formalı üzüyü, çəkisi 7 qram olan 350 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, 350 manat pulu, 2015-ci ilin iyul ayının sonlarında çəkisi 7 qram və üzərində brilliant qaşları olan 800 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış paxlava formalı üzüyü, çəkisi 5 qram, üzərində 9 ədəd kiçik brilliant qaşı olan 650 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzüyü, 400 manat pulu, 2015-ci ilin sentyabr ayının ortalarında çəkisi 6 qram olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində buta formalı kulonu olan boyunbağını, 200 manat pulu, 2015-ci ilin noyabr ayının sonlarında çəkisi 8 qram və üzərində kəhraba qaşları olan 350 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 9 qram olan 500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəsti, 550 manat pulu, 2016-cı ilin yanvar ayının ortalarında çəkisi 3 qram olan 150 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 15 qram və üzərində ağ sadə qaşları olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış kolyeni, 550 manat pulu, 2016-cı ilin mart ayının sonlarında çəkisi 5 qram olan 400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “5 rubl” formalı 1 ədəd kulonu, çəkisi 2 qram olan 150 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış sadə dairəvi formalı kulonu, 500 manat pulu, 2016-cı ilin may ayının ortalarında çəkisi 10 qram olan 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış dairəvi formalı üzüyü, çəkisi 5 qram və üzərində sadə qaşları olan 400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış ilan formalı üzüyü, 250 manat pulu, 2016-cı ilin iyul ayında çəkisi 20 qram olan 1000 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, 250 manat pulu, 2016-cı ilin sentyabr ayının sonlarında çəkisi 8 qram olan 950 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış külçə formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəsti, çəkisi 7 qram olan 650 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Bvlgari” markalı 1 cüt sırğanı, 500 manat pulu, 2016-cı ilin dekabr ayının əvvəllərində çəkisi 10 qram olan 400 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış dairəvi formalı üzüyü, çəkisi 5 qram və üzərində 2 ədəd brilliant qaşı olan 400 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzüyü, 350 manat oulu, 2017-ci ilin yanvar ayının sonlarında çəkisi 6 qram olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış tülpan formalı 1 cüt sırğanı, 200 manat pulu, 2017-ci ilin mart ayının ortalarında çəkisi 40 qram olan 1800 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış tros formalı qolbağını, 380 manat pulu, 2017-ci ilin mart ayının sonlarında çəkisi 10 qram olan 800 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, 300 manat pulu, 2017-ci ilin iyul ayının sonlarında çəkisi 11 qram olan 700 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “Bismark” modelli boyunbağını, 260 manat pulu, 2017-ci ilin sentyabr ayının əvvəllərində çəkisi 11 qram olan 1300 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Chopard” markalı boyunbağını, çəkisi 9 qram olan 750 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 300 manat pulu, 2017-ci ilin oktyabr ayının ortalarında çəkisi 5 qram və üzərində 5 ədəd brilliant qaşı olan 680 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, 400 manat pulu, 2017-ci ilin noyabr ayının sonlarında çəkisi 15 qram olan 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd ürək formalı kulondan ibarət, 1500 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış “Qrasiyella” adlı dəsti, 230 manat pulu və 2017ci ilin dekabr ayının əvvəllərində çəkisi 11 qram olan 700 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağını və 300 manat pulu ələ keçirərək vahid niyyətlə Zərərçəkmiş şəxs4 ümumilikdə 44840 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 aldadaraq onun etibarından sui istifadə edib 2017-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də satıb pulunu qaytaracağına dair yalan vəd verərək ona məxsus 1500 manat dəyərində olan 1 ədəd uzun xəz kürkü, 500 manat dəyərində 1 ədəd qısa xəz kürkü və 500 manat dəyərində əl işləməsi olan 1 ədəd qədimi xalçanı ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 2500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əri Telman 1998-ci ildə ölmüşdür və 2006-cı ildən isə X9 ilə qeyri-rəsmi olaraq yaşamış və 2015-ci ildən Samirlə rəsmi nikaha daxil olmuşdur. 2014-cü ilin sonlarından başlayaraq maddi vəziyyəti pisləşmişdir. Həmçinin 2017-ci ilin əvvəllərində oğlu Dadaş yüksək dozada narkotik vasitə qəbul etdiyi üçün ölmüşdür. Digər oğlu Ağami də yüksək dozada narkotik vasitə qəbul etdiyi üçün komaya düşmüşdür. Həmin ərəfədə maddi vəziyyəti həddindən artıq pisləşdiyi üçün ona pul lazım olmuşdur. O, qəhvə ilə fala baxdığından belə qərara gəlmişdir ki, yanına gələn şəxslərdən onların ailəsində problemlərinin olduğunu, onlara cadular olunduğunu bildirsin və onlardan bu problemin həll olunması üçün pul alsın. O, bu adla 6 nəfərdən pul və qızıl-zinət əşyaları almış və onlara özündən uydurma sözlər deyərək özünə güvən qazanmış, lakin heç bir iş görməyib həmin qızıl-zinət əşyalarını və pulları öz şəxsi məsrəfləri üçün xərcləmişdir. O, zərərçəkmiş şəxslərdən biri olan Zərərçəkmiş şəxs4 ilə 2014-cü ildə tanış olmuşdur. O, Teli ilə ortaq rəfiqələri vasitəsilə tanış olmuş və onların yaxın münasibətləri yaranmışdır. O, bir neçə dəfə Teligilin evində olmuşdur. Görüşlərində birində Teli ona qardaşının və ərinin xəstə olduğunu və sağalmadığını bildirmişdir. O, Teliyə demişdir ki, “istəyirsənsə falına baxım, görək nə məsələdir”. Həmçinin o, Teliyə Allah tərəfindən ona fala baxmaq vergisinin verildiyini və fala baxmaqla bir neçə şəxsə böyük köməkliklər etdiyini bildirmişdir. Onun danışığı Telidə maraq oyatmışdır. O, Telinin yaşadığı evdə kofe və kart ilə guya falına baxmış və Teliyə demişdir ki, “sənin və qardaşının ailəsinə cadu ediblər, bu səbəbdən qardaşının və ərinin xəstəlikləri sağalmır”. O, Teliyə onun yaşadığı evə gəlməsini, ona yenidən öz üsulu ilə fala baxmasını, bəlkə ona köməklik etməyin mümkün olmasını bildirmişdir. Bir neçə gün sonra Teli onun yaşadığı evə gəlmişdir. O, Teliyə şam verəcəyini və həmin şamı gedib yaşadığı evdə yandırmasını, şamların yandıqda cadular götürülməsini demişdir. O, bir neçə dəfə Teliyə şamlar, iplər və sular vermiş və ona demişdir ki, bunlarla cadular götürülür. Teli bunun müqabilində ona pullar vermişdir. Sonradan o, Teliyə caduların ona olan məxsus olan qızıllarda olduğunu və həmin qızılları ona gətirib verməsini, həmin qızıllar üzərində olan cadunu götürəcəyini bildirmişdir. Bundan sonra Teli 2014-cü ildən başlayaraq 2017-ci ilin dekabr ayınadək ona hissə-hissə pul və qızıl-zinət əşyaları vermişdir. Lakin o, Teli üçün heç bir iş görməmiş və həmin qızılları lombarda qoyaraq pul götürmüşdür. Həm Telinin verdiyi pulları, həm də lombarda qoyduğu qızılların pullarını öz şəxsi məsrəfləri üçün xərcləmişdir. O, Telinin saflığından istifadə edərək ona uydurma sözlər demiş və Telli ona inanmışdır. Teli ona 4 il müddətində çoxlu sayda qızıl-zinət əşyaları və pul verdiyi üçün onların konkret olan sayı və miqdarı yadında deyildir. Bundan başqa Teli 2017-ci ilin dekabr ayının ortalarında artıq ona pulunun olmadığını bildirmiş və özünə məxsus 2 ədəd xəz kürkü və qədimi əl işləməsi xalçanı satmaq istədiyi demişdir. O, Teliyə həmin xəz kürkləri və qədimi əl xalçasını satmaqda ona köməklik edəcəyini bildirmişdir. Teli yenədə onun sözünə inanmış və 2 ədəd xəz kürkü və 1 ədəd qədimi əl işləməsi xalçanı satmaq məqsədilə ona vermişdir. O, həmin kürkləri və xalçaları hazırda şəxsiyyəti yadında qalmayan onun yanına falına baxdırmağa gələn şəxsə ümumilikdə 1100 manata satmışdır. Pulunu isə Teliyə verməmiş və öz şəxsi məsrəflərinə xəcləmişdir. O, Telinin tanışı olan Zərərçəkmiş şəxs5da pulunu və qızıl-zinət əşyalarını eyni üsulla almışdır. Belə ki, 2016-cı ilin iyun ayının sonlarında Teli onun yanına gəlmişdir. Sima söhbət zamanı ona uzun müddətdir ki, işə düzəlmək istədiyini, lakin düzələ bilmədiyini bildirmişdir. O, yenə özünü inandırmaq üçün Simaya ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini və o, bu yolla bir neçə şəxslərə kömək etdiyini demişdir. O, öz danışığı ilə Simanı inandırmış və ilk öncə kofe və kart ilə guya Simanın falına baxmışdır. O, Simaya evinə qohumları tərəfindən cadu olunduğunu, buna görə işlərinin qaydasında getmədiyini demişdir. O, Simaya demişdir ki, gərək bu cadunu təmizləsin. O, Simaya sabah gəlməsini, ona şam verəcəyini, həmin şamları evdə yandırmasını, həmin şamlar yandıqda caduların götürüldüyün bildinnişdir. O, bir neçə dəfə Simaya guya cadu götürən şam vermişdir. Sima 2016-cı ilin iyul ayının əvvəllərində ona ümumilikdə 2500 manat pul və çoxlu sayda qızıl-zinət əşyaları vermişdir. Həmin qızıl-zinət əşyalarının konkret sayı və miqdarı yadında deyildir. O, Simanı da eyni qaydada aldatmışdır. Yəni ona heç bir iş görməmişdir. Sadəcə Simanın ona olan inamından və etibarından istifadə edib pul və qızıllarını ələ keçirmişdir. O, Simanın da qızıllarını lombarda qoyub pul götürmüşdür. Həmin pulları və Simanın ona verdiyi pulları şəxsi məsrəfləri üçün xərcləmişdir. Sima sonradan Türkiyə Respublikasına getdiyindən onunla yalnız telefonla danışmış və işinin nə yerdə olduğunu soruşmuşdur. O, hər dəfə Simaya bəhanələr gətirərək işin alınacağına dair söz vermişdir. Sonradan Sima pul və qızıllarını tələb etsədə o, yenədə ona müxtəlif bəhanələr gətirərək vaxt qazanmışdır. Əslən Lənkəran rayonundan olan Zərərçəkmiş şəxs1 2017-ci ilin mart ayında onun yanına gəlmişdir. O, ailə həyatında əri ilə problemlərinin olduğunu və həmçinin qardaşınında işlərinin qaydasında getmədiyini bildirmişdir. O, ilk öncə kofe ilə guya Günayın falına baxmışdır. O, Günaya demişdir ki, sənin evinə və qardaşına cadu ediblər, buna görə də işlərin qaydasında getmir. O, Günaya bu cadunun ona məxsus olan qızıllarda olduğunu bildirmiş və o, həmin qızılları yuduqdan sonra bütün problemlərinin həll olunacağını demişdir. Həmçinin görəcəyi işin müqabilində ona pul verəcəyini bildirmişdir. Günay onunla razılaşmışdır. O, Günaydan 2017-ci ilin mart ayından aprel ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 2660 manat pul və müxtəlif növ qızıl-zinət əşyaları götürmüşdür. Həmçinin o, özünü inandırmaq üçün Günaya şamlar, saplar və su vermiş və bildirmişdir ki, bunlar caduları götürür. Lakin o, Günaya heç bir iş görməmişdir. Günaydan aldığı pulları şəxsi məsrəfləri üçün xərcləmiş, qızılları isə lombarda qoyaraq pul götürmüşdür. Lombarddan götürdüyü pulları da öz şəxsi və ailə məsrəflərinə xərcləmişdir. 2017-ci ilin iyun ayında Bayramova Xəyalə adlı qız onun yanına gəlmişdir. Xəyalə ona anasının epillepsiya xəstəsi olduğunu bildirmişdir. O, ilk öncə qəhvə və kart ilə guya Xəyalənin falına baxmış və Xəyaləyə qohumları tərəfindən onlara cadu olunduğunu, bu cadunun 30 illik cadu olduğunu, buna görə də anasının xəstəliyə düçar olduğunu bildirmişdir. O, özünün daha da inandırıcı olması üçün Xəyaləyə anasının 3 ay ömrü qaldığını, bu cadunu yox etməsə anasının rəhmətə gedəcəyini bildirmişdir. O, Xəyaləyə bu cadunu yox etmək üçün anasının paltarlarından birini, özlərinə məxsus 5 ədəd istənilən qızıl əşyasını gətirməsini və o, əşyalara dua oxuduqdan sonra üzərlərində olan cadunun götürüləcəyini bildirmişdir. O, Xəyaləyə bu cadunun üzələrindən götürülməsi ilə əlaqədar zəhmət haqqının ümumilkdə 480 manat olacağını bildirmişdir. Bundan sonra o, Xəyalədən hissəhissə olmaqla 480 manat və müxtəlif növ qızıl-zinət əşyalarını götürmüşdür. Lakin o, Xəyaləyə heç bir iş görməmişdir. Xəyalədən aldığı pulları şəxsi məsrəfləri üçün xərcləmiş, qızılları isə lombarda qoyaraq pul götürmüşdür. Lombarddan götürdüyü pullarıda öz şəxsi və ailə məsrəflərinə xərcləmişdir. 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 adlı qız onun yanına gəlmişdir. Leyla ailəsində problemlərinin olduğunu bildirmiş və ona heç bir işlərinin qaydasında getmədiyini demişdir. O, ilk öncə qəhvə ilə guya Leylanın falına baxmış və ona ailələrinə cadu olunduğunu və bu səbəbdən ailələrində işlərinin yolunda getmədiyini bildirmişdir. O, Leylaya ailələrində olan caduları şamlarla aradan götürəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Leyla onun yanına gəlmiş və Leylaya 2 ədəd qara və 2 ədəd sarı şam vermiş və bu şamları eyni vaxtda evlərində yandırmasını bildirmişdir. Bundan bir neçə gün sonra Leyla yenidən onun yanına gəlmişdir. O, Leylaya evlərində olan qızıllarda “müdafiə” olduğunu, yəni qızılların cadulandığını, həmin qızılları gətirib ona verməsini, həmin qızılların üzərində olan cadunu götürəcəyini bildirmişdir. O, bu qaydada Leyladan bir neçə dəfəyə 460 manat pul və bir neçə növ qızıl-zinət əşyası götürmüşdür. Leyladan aldığı pulları şəxsi məsrəfləri üçün xərcləmiş, qızılları isə lombarda qoyaraq pul götürmüşdür. Lombarddan götürdüyü pulları da öz şəxsi və ailə məsrəflərinə xərcləmişdir. Bundan başqa o, Leyladan ayrı-ayrılıqda borca 500 manat pul və 600 manat məbləğində ərzaq məhsulları almışdır. O, 500 manat borcun 300 manatını, 600 manat məbləğində ərzaq məhsullarının 470 manatını qaytarsada, qalan hissəsini qaytara bilməmişdir. Həmçinin Leyla ona satmaq məqsədilə 3730 manat dəyərində müxtəlif növ parfümeriya və geyim əşyaları vermişdir. O, həmin parfümeriya və geyim əşyalarını satsa da, pulunu Leylaya verməmişdir. Bir qədər yaşlı olan Zərərçəkmiş şəxs3 adlı qadın 2017-ci ilin iyul ayında onun yanına gəlmişdir. Elnarə ona maddi vəziyyətlərinin yaxşı olmadığını və ailəsində problem olduğunu bildirmişdir. O, ilk öncə qəhvə ilə guya Elnarənin falına baxmış və ona ailələrinə cadu olunduğunu və bu səbəbdən ailələrində işlərin yolunda getmədiyini bildirmişdir. O, Elnarəyə evlərində olan qızılların cadulandığını, həmin qızılları gətirməli olduğunu və onları cadudan təmizləcəyini bildirmişdir. Həmçinin o, Elnarəyə bu işin müqabilində pul alacaçağını bildirmişdir. Elnarə onun dedikləri ilə razılaşmışdır. Elnarə 2017-ci ilin iyul ayından 2017-ci ilin noyabr ayınadək olan müddət ərzində ona hissə-hissə 1800 manat pul və müxtəlif növ qızıl zinət əşyaları vermişdir. O, Elnarədən aldığı pulları şəxsi məsrəfləri üçün xərcləmiş, qızılları isə lombarda qoyaraq pul götürmüşdür. Lombarddan götürdüyü pulları öz şəxsi və ailə məsrəflərinə xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən gözəllik salonunda saç ustası işləyir. 2016-cı ildə həyat yoldaşı Eldəniz Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan başlayaraq Eldənizlə problemləri yaranmışdır. Təqsirləndirilən şəxs 2017-ci ilin mart ayından tanıyır. İşdə olarkən iş yerinə bir nəfər qadın müştəri gəlmişdir. Müştəri söhbət zamanı falçılardan danışmışdır. Həmin müştəri ona bir nəfər yaxşı falana baxan olduğunu, onun bir neçə tanışına köməklik etdiyini bildirmişdir. O, həmin qadından Sevdanın mobil nömrəsini götürmüş və fikirləşmişdir ki, gedib Sevdanın yanında falına baxdırsın, bəlkə əri ilə olan problemlərini həll edər. O, Sevdanın mobil nömrəsinə zəng vurmuş və onunla görüşmək istədiyini bildirmişdir. Sevda onu yaşadığı evi dəvət etmişdir. O, 2017-ci ilin mart ayının 25-i Sevdanın Nərimanov rayonu ərazisində yaşadığı evə getmişdir. O, Sevdaya öz problemini demişdir. Sevda özünü ona güclü baxıcı, yəni falçı kimi təqdim etmiş və ona Allah tərəfindən fala baxmaq vergisi verildiyini, kart və kofe ilə fala baxdığını bildirmişdir. Həmçinin Sevda ona fala baxmaqla bir çox adamların ailəsində olan problemləri həll etdiyini və onların maddi vəziyyətlərini düzəltdiyini bildirmişdir. Sevda ona ailəsinə cadu edildiyini, həmin cadunu qaynanasının qurd yağı vasitəli etdiyini, həmin caduları təmizləmək lazım olduğunu, bu caduları təmizləməsə həm maddi vəziyyətinin pisləşəcəyini, həm də sağlamlığında problemlər yaranacağını bildirmişdir. Sevda danışığı ilə onu özünə çox inandırmışdır. Sevda ona edilən caduların qızıllarına keçdiyini, buna görə də, həmin qızıllarda olan cadunu təmizləmək lazım olduğunu bildirmişdir. Sevda cadunu təmizləmək üçün başlanğıc olaraq ona 400 pul və evdə olan qızıllardan 2 ədədini verməli olduğunu demişdir. O, Sevda ilə razılaşmış və 2017-ci ilin mart ayının 26-sı saat 11 radələrində Sevdanın yaşadığı evə getmişdir. O, Sevdaya yaşadığı evdə 400 manat pulu, çəkisi 8 qram olan 650 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını və çəkisi 10 qram olan, 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını vermişdir. Sevda ona demişdir ki, qızıllarda olan cadunu təmizləyib ona qaytaracaqdır. O, bundan sonra Sevdanın yaşadığı evi tərk edib getmişdir. Təxminən 5 gün sonra Sevda ona zəng vuraraq qızıllarda olan cadunu təmizləmək istədiyini, lakin cadu uzun müddətli olduğu üçün təmizləyə bilmədiyini bilmiş və nişan üzüyü də daxil ümumilikdə ondan 3 ədəd üzük gətirməsi, onlarda olan cadunu təmizləcəyini bildirmişdir. Həmçinin ona yenidən 400 manat pul verməli olduğunu bildirmişdir. O, etiraz etməmişdir. 02 aprel 2017-ci il tarixdə saat 11 radələrində Sevdanın yaşadığı evə getmişdir. O, Sevdaya çəkisi 7 qram olan 2000 manat dəyərində üzərində brilliant qaşları olan 750 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 3 qram olan 300 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış kəpənək formalı üzüyü və çəkisi 6 qram olan, 1000 manat dəyərində üzərində qara rəngli brilliant qaşları olan, 583 əyarlı qızıldan hazırlanmış üzüyü və 400 manat pul vermişdir. Sevda həmin gün ona biri qara rəngli və biri ağ olmaqla 2 ədəd şam vermiş və ona həmin şamları axşam saat 23:00-da evdə olan paltar şkafının içərisində yandırmasını bildirmişdir. O, Sevdanın dediyi kimi etmiş və həmin şamları axşam saat 23:00-da yandırmışdır. Təxminən 4-5 gün sonra Sevda ona zəng vurub bir nəfər yəhudi cadugarın olduğunu, onun qızılla baxdığını və qızıllarda cadunun çətin keçəcəyini bildirmişdir. Bu səbəbdən Sevda ondan yenidən qızıl və 400 manat pul istəmişdir. O, 2017-ci ilin aprel ayının 9-u saat 19 radələrində Sevdanın yaşadığı evə getmişdir. Sevdaya çəkisi 3 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “Quran” kitabı formalı kulonu, çəkisi 10 qram 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət üzərində 3 ədəd brilliant qaşları olan, 750 əyarlı qızıldan hazırlanmış 1800 manat dəyərində dəsti və 400 manat pulu Sevdaya vermişdir. Sevda həmin gün ona 2 şüşə su vermiş və bu suların kilsədə dua ilə oxunmuş sular olduğunu, həmin suyun bir şüşəsini içməsini, bir şüşəsini isə çiməndə başından tökməsini bildirmişdir. Təxminən 3 gün sonra Sevda ona zəng vurmuş və caduları təzmizləməyin mümkün olmadığını, əlavə olaraq 600 manat pul verməli olduğunu bildirmişdir. 13 aprel 2017-ci il tarixdə saat 18 radələrində o, Sevdanın yaşadığı evə getmiş və 600 manat pulu Sevdaya vermişdir. Sevda ona 2 ədəd kvadrat formalı ağ rəngli şam vermiş və şamları yaşadığın evin pəncərəsinin qarşısında saat 14:00-da yandırmasını bildirmişdir. O, Sevdanın dediyi kimi etmiş və Sevdanın verdiyi şamları yaşadığı evin pəncərəsinin qarşısında yandırmışdır. Təxminən 1 həftə sonra Sevda yenidən ona zəng vurmuş və əlavə olaraq yenədə qızıl və 500 manat pul verməli olduğunu, yoxsa caduları təmizləməyin mümkün olmayacağını bildirmişdir. O, yenidən 20 aprel 2017-ci il tarixdə saat 20 radələrində Sevdanın yaşadığı evə getmişdir. O, Sevdaya qızı üçün aldığı çəkisi 2 qram olan, üzərində qırmızı qaşları olan, 585 əyarlı qızıldan hazırlanmış 200 manat dəyərində 1 cüt sırğanı və 500 manat pul vermişdir. Sevda ona müxtəlif rənglərdə olan sap vermiş və bu sapları evdə yandırmasını, daha sonra pəncərədən çölə atmasını bildirmişdir. O, Sevdanın dediyi kimi etmişdir. Həmin sapları yaşadığı evdə yandırıb pəncərədən çölə atmışdır. Təxminən 3 gün sonra Sevda yenidən ona zəng vurmuş və ona dualanmış ətir hazırladığını, gəlib onu götürüb 40 gün istifadə etməsini, onu üzərində olan caduları təmizləyəcəyini bildirmişdir. Sevda buna görə ondan 360 manat pul istəmişdir. O, 24 aprel 2017-ci il tarixdə saat 17 radələrində Sevdanın yaşadığı evə getmiş və Sevda adi qablaşdırmada olan yağ ətirini ona vermişdir. Sevda bir daha ona bu ətirdən 40 gün istifadə etməsini, üzərində olan caduları götürəcəyini bildirmişdir. O, buna görə Sevdaya 360 manat pul vermişdir. Sevdanın ona verdiyi ətirdən 40 gün istifadə etmişdir. Lakin onun əri ilə münasibəti düzəlməmişdir. Həmçinin ondan aldığı qızılları da qaytarmamışdır. O, Sevdaya zəng vurmuş, heç bir nəticənin olmadığını bildirmiş və qızıllarını geri tələb etmişdir. Sevda səbirli olmağını, hər şeyin düzələcəyini və qızıllarını qaytaraçağını bildirmişdir. Lakin Sevda ona verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələrlə ondan qaçmağa başlamışdır. Daha sonra isə Sevdaya zəng çatmamış və o, məcbur olub polisə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Sevdanı bacısının baldızı Könül vasitəsilə tanımışdır. Könül Sevdanı ona yaxşı bir baxıcı kimi tanıtmışdır. Belə ki, ailələrində maddi vəziyyətləri yaxşı olmadığından və bu səbəbdən ailələrində problemlər olduğundan o, Sevdaya müraciət etmək qərarına gəlmişdir. O, ilk dəfə Sevda ilə 2017-ci ilin iyun ayının əvvəllərində yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də görüşmüşdür. Sevda görüş zamanı özünü ona güclü bir baxıcı kimi təqdim etmiş və ona ailəsində olan istənilən problemi həll edə biləcəyini demişdir. Sevda ona allah tərəfindən fala baxmaq vergisi verildiyini, kart və kofe əsasında fala baxdığını bildirmişdir. Sevda ona bir çox şəxslərin fallarına baxaraq onların kömək etdiyi və insanlar üzərində olan caduları açdığını bildirmişdir. Sevdanın danışığı onda çox inam yaratdığı üçün Sevdanın onun falına baxmağına razılıq vermişdir. İlk öncə Sevda kofe ilə onun falına baxmış və o, bunun müqabilində Sevdaya 10 manat pul vermişdir. Sevda fala baxan zaman ona ailəsinə cadu olunduğunu və bu səbəbdən ailələrində işlərin yolunda getmədiyini demişdir. Sevda ona ailələrində olan caduları şamlar əsasında aradan götürəcəyini bildirmişdir. Sevda ondan hazırda üzərində nə qədər pul olduğunu soruşmuşdur. O, Sevdaya üzərində pulun olmadığını bildirmişdir. Sevda ona gələn dəfə gələndə üzərində 50 manat pul olmasını, həmin pulla ona şam verəcəyini və şamı yaşadıqlarını evdə yandırmasını bildirmişdir. Sevda danışığı ilə onda özünə inam yaratdığı üçün ona inanmışdır. O, bir neçə gün sonra yenidən Sevdanın yanına getmiş və Sevdaya 50 manat pul vermişdir. Sevda bundan sonra ona 2 ədəd qara və 2 ədəd sarı şam vermişdir. Sevda ona demişdir ki, bu şamları axşam saat 19:00-da eyni vaxta yandır. O, Sevdanın dediyi kimi etmiş və şamları evdə yandırmışdır. Bundan bir neçə gün sonra o, yenidən Sevdanın yanına getmişdir. Sevda ona evlərində olan qızıllarda “müdafiə” olduğunu, yəni qızılların cadulandığını, həmin qızılları gətirib ona verməyini, onun həmin qızılların üzərində olan cadunu götürəcəyini demişdir. O, Sevdaya özünə məxsus olan qızılları vermək istəməsə də, sonra bir neçə nəfərdən öyrənmişdir ki, Sevda bir neçə nəfər şəxsin qızıllarını götürərək onlar üzərində olan cadunu götürmüşdür. O, da bu səbəbdən inanmış və 2017-ci ilin iyun ayının ortalarında çəkisi 5 qram olan 280 manat dəyərində 585 əyarlı 1 cüt qadın qızıl sırğasını, çəkisi 4 qram olan 250 manat dəyərində 585 əyarlı bir cüt qadın qızıl sırğasını, çəkisi 20 qram olan 850 manat dəyərində bir ədəd 583 əyarlı qadın qızıl boyunbağını, çəkisi 2,5 qram olan 130 manat dəyərində 1 ədəd 583 əyarlı qadın qızıl qolbağını və çəkisi 5 qram olan 380 manat dəyərində üzərində gül formalı naxışı olan 1 ədəd 583 əyarlı qadın qızıl üzüyünü Sevdanın yaşadığı evdə Sevdaya vermişdir. Belə ki, o, Sevdaya qızılları verən zaman qızılların gələcəkdə ona qaytarılması ilə bağlı hər hansı bir problemin olubolmayacağını soruşmuşdur. Sevda ona narahat olmamağını və heç bir problem olmayaçağını bildirmişdir. 2017-ci ilin iyun ayının sonlarında Sevdanın yanına getmişdir. Sevda ona qızıllar üzərində olan cadunu Sabunçu rayonunda yaşayan əslən yəhudi olan cadugarın köməkliyi ilə götürücəyini demişdir. O, Sevdaya həmin yəhudi cadugarı görmək istədiyimi bildirmişdir. Sevda ona həmin cadugarın qəbuluna düşməyin mümkün olmadığını, sadəcə o, həmin cadugərin yanına gedə biləcəyini demişdir. Sevda ona yəhudi cadugərin qızıllar üzərində olan cadunu götürməsi üçün ona 400 manat pul vermək lazım olduğunu demişdir. O, Sevdanın dediklərinə bir daha inanmış və həmin gün 400 manat pulu Sevdanın evində Sevdaya vermişdir. 2017-ci ilin iyul ayında Sevda ona müraciət edərək həbsdə olan həyat yoldaşı Samirin azadlığa buraxılması üçün borca 500 manat pul istəmiş, onu çox inandırmışdır ki, Samir həbsdən çıxan kimi pulunu qaytaracaqdır. O, Sevdaya inanmış və yenə Sevdanın yaşadığı evdə 500 manat pulu Sevdaya vermişdir. Lakin Sevda sonra həmin puldan hissə-hissə olmaqla 300 manatını qaytarsa da, qalan 200 manatı qaytarmamışdır. Bundan başqa Sevda həyat yoldaşı Samirin yanına türməyə gedərkən Samirə ərzaq aparacağı adı ilə ondan təxminən 600 manat dəyərində ərzaq məhsulları almış, lakin həmin ərzaq məhsullarının da pulunun bir hissəsini ödəsə də, 130 manat ərzaq məhsullarına görə ödənilməmiş məbləğ qalmışdır. 2017-ci ilin avqust ayından noyabr ayına kimi olan müddət ərzində Sevda bir çox müğənnilərə prodüserlik edən əri Samirin qardaşı Anar adlı şəxs vasitəsilə parfüm və geyim mallarını satıb yaxşı qazanc əldə edəcəkləri barədə ona yalan vəd verib 3730 manat dəyərində parfüm və geyim mallarını ondan götürmüşdür. Həmin malları da o, Sevdaya onun yaşadığı evdə vermişdir. Lakin Sevda bu dəfə də verdiyi vədə əməl etməmiş və ondan aldığı parfüm və geyim əşyalarının pullarını qaytarmamışdır. Bununla da Təqsirləndirilən şəxs 2017-ci ilin may ayından noyabr ayınadək olan müddət ərzində onun etibarından sui-istifadə edərək müxtəlif adlarla 6350 manat dəyərində qızıllarını, parfüm, geyim mallarını, ərzaq məhsullarını və pullarını alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyun ayının sonlarında avtobusda olarkən bir nəfər tanımadığı qadınla söhbət etməyə başlamışdır. Onun kefi olmadığı üçün onunla eyni oturacaqda əyləşən həmin qadın ondan niyə belə kefsiz olduğunu soruşmuşdur. O, isə həmin qadına ailəsində maddi vəziyyətlərinin yaxşı olmadığını və bunun onu sıxdığını bildirmişdir. Həmin qadın ona bir nəfər fala baxan qadın tanıdığını bildirmiş və istəsə ona həmin qadının nömrəsini verər ki, gedib falına baxdırarsan, bəlkə o, sənə köməklik edə bilər. Həmin qadın ona fala baxan qadının adının Sevda olduğunu, Sevdanın əlinin düşərli olduğunu və istəsə onunda bunu sınamağını təklif etmişdir. Bundan sonra həmin qadın ona Sevdanın nömrəsini vermişdir. Qadının danışığı onda maraq oyatdığından o, Sevdaya zəng vurmaq qərarına gəlmişdir. Belə ki, 2017-ci ilin iyul ayının əvvəllərində o, Sevdaya zəng vurmuş və onunla görüşmək istədiyini bildirmişdir. Sevda onu metronun Nərimanov stansiyasının yanına dəvət etmişdir. O, Sevda ilə metronun Nərimanov stansiyasının yanında görüşmüş və Sevda onu Nərimanov rayonu ərazisində yaşadığı evə aparmışdır. O, ilk öncə Sevdaya öz problemini demiş və ailədə maddi vəziyyətlərinin pis olduğunu, bu səbəbdən çətinlik çəkdiyini söyləmişdir. Sevda ona özünü yaxşı fala baxan kimi təqdim edərək, onun bir çox adamların ailə və şəxsi həyatlarında olan problemlərini həll etdiyini, maddi vəziyyətlərini yaxşılaşdırdığını bildirmişdir. Bundan sonra Sevda ilk öncə kartla onun falına baxmışdır. Sevda ona evinə cadu edildiyini və həmin cadunun təmizlənməli olduğunu bildirmişdir. Sevda ona bu işin görülməsi üçün ilkin olaraq 300 manat pul lazım olduğunu demişdir. Onun üzərində pul olduğu üçün o, 300 manat pulu Sevdaya vermişdir. Sevda ona ilk öncə cadunu götürmək üçün şam hazırlatdıracağını, həmin şamların yarısını evdə yandırmağını, qalanını isə torpağa basdırmalı olduğunu demişdir. Təxminən bir həftə sonra Sevda ona zəng vuraraq şamların hazır olduğunu bildirmiş və şamları götürməsi üçün yaşadığı evə dəvət etmişdir. O, Sevdanın yaşadığı evə getmişdir. Sevda ona 6 ədəd şam vermiş və bir daha ona şamların yarısını evdə yandırmasını, qalanını isə torpağa basdırmasını bildirmişdir. Sevdanın verdiyi şamların yarısını evdə yandırmış, qalanını isə torpağa basdırmışdır. 2017-ci ilin iyul ayının ortalarında Sevda ona zəng vuraraq bir nəfər vahudi cadugarın olduğunu, ondan cadunu götürən torpaq götürdüyünü, gəlib həmin torpağı götürüb hissə-hissə evdə olan bütün otaqların künclərinə boşaltmağını bildirmişdir. Sevda buna görə ondan 600 manat pul istəmişdir. Həmin günün səhərisi o, Sevdanın yaşadığı evə getmiş, Sevdaya 600 manat pulu vermiş və Sevda ona şəffav torbada torpaq vermişdir. Həmçinin Sevda ona dualanmış su hazırladacağı, bir neçə həftədən sonra zəng vurduqdan sonra gəlib götürməsini bildirmişdir. O, həmin torpağı Sevdadan götürərək yaşadığı evə aparmış və həmin torpağı hissə-hissə bütün otağın künclərinə tökmüşdür. 2017-ci ilin avqust ayının əvvəllərində Sevda ona zəng vuraraq dualanmış suyun hazır olduğunu bildirmiş və suyu götürməsi üçün yaşadığı evə dəvət etmişdir. Həmçinin Sevda ona buna görə 200 manat pul verilməli olduğunu bildirmişdir. O, həmin günün səhərisi Sevdanın yaşadığı evə getmiş, Sevda ona şüşə butulkanın içərisində su vermiş və demişdir ki, suyu evin küçlərinə səpərsən. O, Sevdadan həmin suyu götürmüş və Sevdaya 200 manat pul vermişdir. O, həmin suyu yaşadığı evə aparmışdır. Sevdanın dediyi kimi o, suyu yaşadığı evin otağında olan künclərə tökmüşdür. Təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində Sevda ona zəng vuraraq yahudi cadugarın dualanmış və caduları götürən saplar gətirdiyini, onları götürüb evdə yandırmasını bildirmişdir. Buna görə Sevda ona 300 manat pul verməli olduğunu bildirmişdir. O, həmin günün səhərisi yenidən Sevdanın yaşadığı evə getmişdir. Həmin sapları Sevdadan götürmüş və 300 manat pulu Sevdaya vermişdir. O, həmçinin Sevdaya evdə maddi vəziyyətləri ilə bağlı heç bir dəyişiklik olmadığını bildirmişdir. Sevda ona evlərinə çətin keçən cadu edildiyini, ona görə işlərinin bir qədər uzandığını bildirmişdir. O, Sevdanın dediklərinə inanmış və onun yaşadığı evi tərk etmişdir. Sevdanın ona verdiyi sapları yaşadığı evdə yandırmışdır. Təxminən 1 ay keçmişdir. Lakin yenə də maddi vəziyyətlərində heç bir dəyişiklik olmamışdır. Buna görə də, o, Sevdanın istifadəsində olan mobil telefona zəng vurmuş və heç bir nəticənin olmadığını bildirmişdir. Sevda ona adam formalı şam hazırladığını, sabah gəlib həmin şamı götürüb yaşadığı evə aparıb yandırmasını bildirmişdir. Sevda buna görə ona 200 manat pul verməli olduğunu demişdir. O, Sevdanın dediyi kimi həmin günün səhərisi, yəni 2017-ci ilin oktyabrın əvvəllərində Sevdanın yaşadığı evə getmişdir. Sevda ona bir ədəd adam formalı şam vermiş və bu şamı nəlbəkinin içərisində 3 gün ərzində yaşadığı evdə yandırmasını və həmin şamın 3-cü gün ərzində tam yanıb qurtarmasını, şam yanıb qurtardıqdan sonra nəlbəkini yerə çırparaq sındırmasını bildirmişdir. O, Sevdanın dediyi kimi etmişdir. Bundan təxminən 1 ay keçsə də, heç bir nəticə olmadığı üçün o, Sevdaya zəng vurmuşdur. Sevdaya iradını bildirmiş və onun gördüyü işin heç bir nəticəsinin olmadığını demişdir. Sevda ona cadunun onun qızıllarında qaldığını, evdə olan istənilən 4 ədəd qızılı gətirməsini, onlarda olan cadunu təmizləyib ona qaytaracağını bildirmişdir. Sevda buna görə də ona 200 manat pul verməli olduğunu bildirmişdir. O, həmin günün səhərisi Sevdanın yaşadığı evə getmiş və ona özünə məxsus olan 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan 350 manat dəyərində qadın qızıl boyunbağını, 1 ədəd 583 əyarlı, çəkisi 3 qram olan 170 manat dəyərində qadın qızıl boyunbağını, 1 ədəd 583 əyarlı, çəkisi 2 qram olan 130 manat dəyərində qadın qızıl boyunbağını və 1 ədəd 583 əyarlı, çəkisi 6 qram olan ortası sadə yaşıl qaşlı 350 manat dəyərində qadın qızıl üzüyünü və 200 manat pulu Sevdaya vermişdir. Sevda ona qızıllarda olan cadunu götürüb ona qaytaracağını bildirmişdir. O, bundan sonra Sevdanın yaşadığı evi tərk edərək getmişdir. Həmin gündən sonra o, bir neçə dəfə Sevdaya zəng vuraraq heç bir nəticənin olmadığını bildirmişdir. Sevda ona narahat olmamağını, tezliklə hər şeyin qaydasına düşəcəyini və qızıllarda olan cadunu götürəndən sonra qızılları qaytaracağını demişdir. 2017-ci ilin dekabr ayında artıq Sevda telefonlara cavab verməmiş və dekabr ayının sonunda onun telefonlarına zəng çatmamışdır. O, bundan sonra aldanıldığını başa düşmüş və Sevdaya zəng çatmadığı üçün onun yaşadığı evə getmişdir. Sevda yaşadığı evdə olmadığı üçün qardaşı ona Sevdanın artıq onlarla birlikdə yaşamadığını və onun hazırda harada olduğunu bilmədiyini demişdir. Bundan sonra o, artıq əmin olmuşdur ki, Sevda onu aldararaq pullarını və qızıllarını ələ keçirmişdir. Ona görədə o, 06.02.2018-ci ildə Nərimanov RPİ-nin 17-ci PB-nə getmişdir. O, polis bölməsində olanlar barədə ərizə və izahat yazmışdır. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Belə ki, o, ilk dəfə Təqsirləndirilən şəxs Sevda adlı qonşusugildə olan zaman görmüşdür. O, Sevda ilə orada tanış olmuş və münasibəti yaranmışdır. Bundan sonra o, Sevda ilə bir neçə dəfə telefonla danışmış və sonra Sevda onun yaşadığı evə qonaq kimi gəlmişdir. Sevda onlarda olan zaman özünü ona güclü baxıcı, yəni falçı kimi təqdim etmiş və ona Allah tərəfindən fala baxmaq vergisi verildiyini, kart və kofe ilə fala baxdığını bildirmişdir. Həmçinin Sevda ona fala baxmaqla bir çox adamların ailəsində olan problemləri həll etdiyini və onların maddi vəziyyətlərini düzəltdiyini bildirmişdir. Söhbət əsnasında Sevda onun qardaşı və ərinin xəstə olduğunu öyrənmişdir. Sevda ona istəsə falına baxıb köməklik edə biləcəyini və qardaşının, ərinin xəstəliyi sağalaçağını bildirmişdir. İlk dəfə Sevda onun yaşadığı evdə kartla və kofe ilə falına baxmışdır. Sevda ona demişdir ki, onun və qardaşının ailəsinə cadu ediblər, buna görə də qardaşının və ərinin xəstəlikləri sağalmır. Sevda ona istəsə ailəsi üzərində olan cadunu götürə biləcəyini bildirmişdir. Sevda ona bu işin görülməsi üçün pul lazım olacağını bildirmişdir. O, Sevdaya problemin olmadığını, təki qardaşı və ərinin xəstəliklərini sağaltmasını bildirmişdir. O, bundan sonra 2014-cü ilin aprel ayının əvvəllərində Sevda ilə onun Nərimanov rayonu ərazisində ailəsi ilə birlikdə yaşadığı evdə görüşmüşdür. Görüş zamanı Sevda ona caduları təmizləyən şam verəcəyini, gedib yaşadığı evdə yandırmasını bildirmişdir. Sevda ona buna görə 300 manat pul verməli olduğunu demişdir. Onun üzərində pul olduğu üçün Sevdaya həmin məbləğdə pulu vermişdir. Sevda ona biri qara və biri ağ olmaqla 2 ədəd şam vermişdir. O, həmin şamları götürmüş və yaşadığı evdə yandırmışdır. O, 2014-cü ilin aprel ayının ortalarında Sevdanın yaşadığı evə getmişdir. Sevda ona yenidən şamlar verəcəyini, gedib evdə yandırmasını bildirmişdir. Həmin gün Sevda ona 3 ədəd şam vermişdir. Həmin şamların iki ədədi ağ, bir ədədi isə qara rəngli olmuşdur. Həmin gün o, Sevdaya 600 manat pul vermişdir. O, Sevdanın verdiyi şamları yandırmışdır. Təxminən 2014-cü ilin may ayının ortalarında Sevda ona zəng vuraraq yaşadığı evə dəvət etmişdir. O, Sevdanın yaşadığı evə getmişdir. Sevda ona demişdir ki, onların və qardaşının yaşadığı evə cadu ediblər, bu səbəbdən qardaşının və ərinin xəstəliyi sağalmır, onlara edilən cadular evlərində olan qızıl-zinət əşyalarında qalıb və keçmir. Bu səbəbdən o, evdə olan qızıllardan bir neçəsini gətirməlidir, Sevda həmin qızıl-zinət əşyalarında olan caduları təmizləyib qaytaracaqdır. Həmçinin Sevda buna görə ona 700 manat pul verməli olduğunu bildirmişdir. O, 2014-cü ilin may ayının ortalarında Sevdanın yaşadığı evə getmiş və orada Sevdaya çəkisi 15 qram olan 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd ürək formalı kulondan ibarət 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Qrasiyella” adlı dəsti, 1 ədəd çəkisi 12 qram olan üzərində şir və 2 ədəd ağ gül şəkili olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmş “Qrasiyella” adlı qolbağını və 700 manat pulu vermişdir. Sevda qızılları və pulu ondan götürərək bildirmişdir ki, qızılların üzərində olan cadunu təmizləyib geri qaytaracaqdır. Təxminən bir ay sonra Sevda ona zəng vuraraq yaşadığı evə dəvət etmişdir. O, 2014-cü ilin iyun ayının sonlarında Sevdanın yaşadığı evə getmişdir. Sevda ona bir nəfər yəhudi kişi cadugar var, qızıllarda olan cadunu təmizləmək üçün ona verdiyini və həmin cadugarın ona bu qızıllarla yanaşı evdə olan digər qızıllarda da cadu olduğunu bildirmişdir. Sevda ona evində olan digər hər hansı bir neçə qızılıda gətirib ona verməsini, həmin qızıllarda olan cadunu da təmizləməli olduğunu bildirmişdir. Sevda elə bil onu ovsunlamışdır. O, Sevdanın dediyi hər bir sözə inanmışdır. Sevda həmçinin bu işə görə ona 600 manat pul verməli olduğunu bildirmişdir. Bir gün sonra Sevdanın yaşadığı evdə 1 ədəd üzük və 1 cüt sıığadan ibarət çəkisi 8 qram olan üzəri brilliant qaşlarlarla bəzədilmiş “Saffir” adlı 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış dəsti, çəkisi 8 qram üzəri brilliant qaşlarla bəzədilmiş gül formalı 900 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, 1 ədəd çəkisi 5 qram olan üzərində 1 ədəd brilliant qaşı olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü və 600 manat pulu Sevdaya vermişdir. Sevda yenə də ona demişdir ki, bu qızıllarda olan cadunu təmizləyib qaytaracaqdır. Sevda guya onun evində olan caduları təmizləmək adı ilə ondan hissə-hissə olmaqla 2014-cü ilin iyul ayının əvvəllərində çəkisi 8 qram olan üzəri brilliant qaşlarla bəzədilmiş 1200 manat dəyərində, 750 əyarlı ağ rəngli qızıldan hazırlanmış 1 cüt sırğanı, 500 manat nağd pulunu, 2014-cü ilin avqust ayının ortalarında çəkisi 5 qram, üzərində tək brilliant qaşı olan 700 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 18 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, hər birinin çəkisi 2 qram, hər birinin dəyəri 220 manat olan, 750 əyarlı qızıldan hazırlanmış 2 ədəd “Chopard” markalı boyunbağını, 750 manat nağd pulunu, 2014-cü ilin oktyabr ayının əvvəllərində çəkisi 12 qram olan balıq qulağı formalı 1000 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 12 qram olan 1400 manat dəyərində, 750 əyarlı ağ və sarı qızıldan hazırlanmış boyunbağını, 400 manat nağd pulunu, 2014-cü ilin dekabr ayının ortalarında çəkisi 16 qram olan tros şəkilli 1700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, üzəri mirvari, sapfir və brilliant qaşlarla bəzədilmiş çəkisi 6 qram olan, 500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, 300 manat nağd pulunu, 2015-ci ilin fevral ayının əvvəllərində çəkisi 7 qram üzərində dairəvi klonu olan 650 manat dəyərində, 750 əyarlı ağ rəngli qızıldan hazırlanmış boyunbağını, çəkisi 6 qram olan 800 manat dəyərində tülpan formalı üzərində 2 ədəd brilliant qaşı olan 750 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 650 manat nağd pulunu, 2015-ci ilin aprel ayının sonlarında üzəri brilliant qaşlarla bəzədilmiş çəkisi 3 qram olan 500 manat dəyərində tülpan formalı 750 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 7 qram olan 350 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, 350 manat nağd pulunu, 2015-ci ilin iyul ayının sonlarında çəkisi 7 qram, üzərində brilliant qaşları olan paxlava formalı 800 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 5 qram, üzərində 9 ədəd kiçik brilliant qaşları olan 650 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzüyü, 400 manat pulunu, 2015-ci ilin sentyabr ayının ortalarında çəkisi 6 qram, üzərində buta formalı kulon olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, 200 manat pulunu, 2015-ci ilin noyabr ayının sonlarında çəkisi 8 qram, üzərində kəhraba qaşları olan 350 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 9 qram olan 500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəsti, 550 manat nağd pulunu, 2016-cı ilin yanvar ayının ortalarında çəkisi 3 qram olan 150 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 15 qram, üzəri ağ sadə qaşlarla bəzədilmiş 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış kolyeni, 550 manat nağd pulunu, 2016-cı ilin mart ayının sonlarında çəkisi 5 qram olan 400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “5 rubl” formalı 1 ədəd kulonu, çəkisi 2 qram olan 150 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış sadə dairəvi formalı kulonu, 500 manat pulunu, 2016-cı ilin may ayının ortalarında çəkisi 10 qram olan 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış dairəvi formalı 1 ədəd üzüyü, çəkisi 5 qram olan üzəri göy rəngli qaşlarla bəzədilmiş 400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış ilan formalı üzüyü, 250 manat nağd pulunu, 2016-cı ilin iyul avında çəkisi 20 qram olan 1000 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, 250 manat nağd pulu, 2016-cı ilin sentyabr ayının sonlarında çəkisi 8 qram olan 950 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış külçə formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəsti, çəkisi 7 qram olan 650 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Bvlgari” markalı 1 cüt sırğanı və 500 manat nağd pulunu, 2016-cı ilin dekabr ayının əvvəllərində çəkisi 10 qram olan 400 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış dairə formalı üzüyü, çəkisi 5 qram üzərində 2 ədəd brilliant qaşı olan 400 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzüyü, 350 manat nağd pulunu, 2017-ci ilin yanvar ayının sonlarında tülpan formalı çəkisi 6 qram olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı və 200 manat nağd pulunu, 2017-ci ilin mart ayının ortalarında çəkisi 40 qram olan 1800 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış tros formalı qolbağını və 380 manat nağd pulunu, 2017-ci ilin mart ayının sonlarında çəkisi 10 qram olan 800 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, 300 manat nağd pulunu, 2017-ci ilin iyul ayının sonlarında çəkisi 11 qram olan 700 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “Bismark” modelli boyunbağını, 260 manat nağd pulunu, 2017-ci ilin sentyabr ayının əvvəllərində çəkisi 11 qram olan 1300 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Chopard” markalı boyunbağını, çəkisi 9 qram olan 750 manatda dəyərində, 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 300 manat nağd pulunu, 2017-ci ilin oktyabr ayının ortalarında çəkisi 5 qram olan üzəri 5 ədəd brilliant qaşla bəzədilmiş, 680 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış üzüyü, 400 manat nağd pulunu, 2017-ci ilin noyabr ayının sonlarında çəkisi 15 qram 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd ürək formalı kulondan ibarət 750 əyarlı qızıldan hazırlanmış 1500 manat dəyərində “Qrasiyella” adlı dəsti, 230 manat pulunu və 2017-ci ilin dekabr ayının əvvəllərində çəkisi 11 qram olan, 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd qolbağını, 300 manat nağd pulunu almışdır. Lakin Sevda ona heç bir iş görməmişdir. Onun artıq pulu və heç bir qızıl-zinət əşyası qalmadığı üçün Sevdanın ona verdiyi qızılları və pulları geri tələb etmişdir. Sevda ona narahat olmamağını, tezliklə qızıllarını və pullarını qaytaracağını bildirmişdir. O, Sevdaya artıq məcbur pulsuzluqdan özünə məxsus olan kürklərini və qədimi xalçasını satdığını bildirmişdir. Sevda ona tanışlarının çox olduğunu, istəsə həmin kürkləri və qədimi xalçanı satıb pulunu ona verəcəyini bildirmişdir. Sevda yenə də onu ovsunlamış və o, 2017-ci ilin dekabr ayının ortalarında Sevdanın yaşadığı evdə ona satıb pulunu ona vermək məqsədilə 500 manat dəyərində olan 1 ədəd uzun kürkünü, 500 manat 1 ədəd qısa kürkünü və 500 manat dəyərində əl işləməsi olan qədimi xalçanı vermişdir. Lakin 2017-ci ilin sonlarında artıq Sevdanın mobil telefonlarına zəng çatmamışdır. O, 2018-ci ilin əvvəllərində Sevdanın yaşadığı Nərimanov rayonu ərazisində yerləşən evinə getmişdir. Evin qapısını Sevdanın qardaşı açmış və ona demişdir ki, artıq Sevda burada yaşamır və harada olması barədə heç bir məlumatı yoxdur. O, artıq başa düşmüşdür ki, Sevda 4 il ərzində boş və yalan vədlər verərək onu aldatmışdır. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Sevda olə yaxın rəfiqəsi olan X6 vasitəsilə tanımışdır. O, yaxın rəfiqəsi Teligildə olan zaman Teliyə demişdir ki, işə düzəlmək istəyir. Teli ona bir nəfər fala baxan Sevda adlı qadın tanıdığını, istəsə onun yanına getsə bəlkə ona köməklik edəcəyini bildirmişdir. Telinin danışığı onda maraq oyatdığından Sevdanın istifadəsində olan mobil nömrəni götürmüş və ona zəng vurmuşdur. Sevda onu Nərimanov rayonu ərazisində yaşadığı evə dəvət etmişdir. O, Sevdanın yaşadığı evə getmişdir. Sevda özünü ona güclü baxıcı, yəni falçı kimi təqdim etmiş və ona Allah tərəfindən fala baxmaq vergisi verildiyini, kart və kofe ilə fala baxdığını bildirmişdir. Həmçinin Sevda ona fala baxmaqla bir çox adamların ailəsində olan problemləri həll etdiyini və onların maddi vəziyyətlərini düzəltdiyini bildirmişdir. O, Sevdaya demişdir ki, uzun müddətdir ki, işə düzəlmək istəyir lakin alınmır. Sevda kart və kofe ilə onun falına baxmış və ona qohumların tərəfindən cadu olunduğunu, buna görə işlərin qaydasında getmədiyini bildirmişdir. Sevda ona bu cadunu təmizləcəyini bildirmişdir. Sevda demişdir ki, “sabah gələrsən sənə şamlar verəcəm, gedib yaşadığın evdə həmin şamları yandırarsan”. Sevda ona buna görə ona zəhmət haqqı kimi 300 manat pul verməli olduğunu demişdir. O, Sevdaya heç bir problemin olmadığını bildirmişdir. Bir gün sonra o, Sevdanın yaşadığı evə getmişdir. Sevda ona 1 ədəd ağ və 1 ədəd qara olmaqla 2 ədəd şam vermişdir və ona demişdir ki, bu şamları axşam saat 19dan sonra yaşadığın evdə yandır. O, Sevdadan şamları götürmüş və 300 manat pulu Sevdaya vermişdir. O, Sevdanın dediyi kimi etmişdir və ona verdiyi şamları axşam saat 19-dan sonra yaşadığı evdə yandırmışdır. 2016-cı ilin iyul ayının əvvəllərində Sevda ona zəng vuraraq onun yaşadığı evə dəvət etmişdir. Sevda ona kart ilə yenidən onun falına baxdığını və ona məlum cadunun onun evində olan qızıllarda olduğunu bildirmişdir. Sevda ona evdə olan bütün qızılları gətirib ona verməsini, həmin qızıllarda olan cadunu təmizləyəcəyini və bundan sonra qızılları ona qaytaracağını bildirmişdir. O, bir gün sonra özünə məxsus olan çəkisi 5 qram olan 150 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış “Aleksandrit” adlı üzüyü, çəkisi 3 qram olan 100 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış “Aleksandrit” adlı üzüyü, çəkisi 6 qram olan 200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış dairəvi formalı üzüyü, çəkisi 7 qram olan 250 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış dairəvi formalı üzüyü, çəkisi 6 qram olan 300 manat dəyərində üzərində sadə qaşları olan 585 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 7 qram olan 300 manat dəyərində üzərində bənövşəyi rəngli mirmari qaşları olan 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 5,5 qram olan, 270 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış kürə formalı 1 cüt sırğanı, çəkisi 10 qram olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Chanel” markalı 1 cüt sırğanı, çəkisi 7 qram olan 250 manat dəyərində üzərində firuzə qaşları olan 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 10 qram olan 400 manat dəyərində üzərində zümrüd qaşları olan 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəsti, çəkisi 4 qram olan 120 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qız formalı kulonu, çəkisi 7 qram olan, 270 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərinə fionit qaşları olan 1 cüt sırğanı, çəkisi 3 qram olan 120 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış nazik üzüyü, çəkisi 8 qram olan 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 10 qram olan 350 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 10 qram olan 700 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış “Chopard” markalı boyunbağını, çəkisi 4 qram olan üzəri sadə qaşlarla bəzədilmiş 180 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 4,5 qram olan üzəri brilliant qaşlarla bəzədilmiş 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 4 qram olan 150 manat dəyərində üzərində qırmızı sadə qaşları olan 583 əyarlı qızıldan hazırlanmış üzüyü, çəkisi 5 qram olan, 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış “Kameya” adlı kulonu, çəkisi 3 qram olan 200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində onun adı, yəni “Sima” yazılmış kulonu, çəkisi 4 qram olan 170 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qızıl gül formalı “Aleksandrit” adlı üzüyü, çəkisi 5 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində “Allah” yazılmış ürək formalı kulonu vermişdir. Sevda ona demişdir ki, qızıllarda olan cadunu yəhudi cadugar vasitəsilə təmizlədəcəkdir. O, özünə məxsus olan qızılları bir dəfəyə olmaqla Sevdaya yaşadığı evdə vermişdir. Bundan başqa o, 2016-cı ilin iyul ayının əvvəlindən həmin ayının ortalarınadək olan müdət ərzində 6 dəfəyə olmaqla 600, 400, 500, 400, 200 və 100 manat məbləğində pul vermişdir. Sevda həmin pulları guya görəcəyi işə görə ondan zəhmət haqqı kimi almışdır. Həmçinin həmin müddət ərzində Sevda ona bir neçə dəfə şam vermiş və demişdir ki, bu şamları evdə yandır, caduları götürəcək. 2016-cı ilin iyul ayının sonunda o, şəxsi işləri ilə ilə Türkiyə Respublikasına getmişdir. O, Türkiyə Respublikasında olan zaman Sevda ilə dəfələrlə telefonla danışmışdır. Sevda hər dəfə ona boş və yalan vədlər verərək hər şeyin qaydasına düşəcəyini bildirmişdir. O, 2017-ci ilin aprel Türkiyə Respublikasından Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra Sevda ilə görüşmüş və ondan qızıllarını geri tələb etmişdir. Sevda ona narahat olmamağını, qızıllarını tezliklə qaytaracağını bildirmişdir. Sevda müxtəlif bəhanlərlə onu 2017-ci ilin sonuna qədər aldatmış və daha sonra Sevdanın telefonlarına zəng catmamışdır. O, artıq aldanıldığını başa düşmüşdür. O, 2018-ci ilin mart ayında Nəsimi RPİ-nin 19-cu PŞ-nə getmiş və Sevda barəsində şikayət ərizəsi yazmışdır. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı olan Günay vasitəsilə tanımışdır. Anası Arifə təxminən 6 ildir ki, ağır epilepsiya xəstəsidir. Anası öz iradəsindən asılı olmayan hərəkətlər edir və gecələr qıc olması olur. O, anasını həkimlərə aparsada xəstəliyinin əlacı tapılmamışdır. 2017-ci ilin iyun ayının 9-da tanışı Günay ilə söhbət edərkən o, anasının vəziyyəti barədə Günaya məlumat vermişdir. Günay ona demişdir ki, ola bilsin “sizə qarşı cadu ediblər, ona görə anan bu vəziyyətə düşmüşdür”. Günay bir nəfər falçının olduğunu, istəsə onun yanına getməsini və ola bilsin ona köməkliyi dəyməsini bildirmişdir. Onun artıq heç bir çarəsi olmadığı üçün sonuncu bir şans kimi Günayın təklifi ilə razılaşmışdır. Günay ona Sevdanın «whatsapp» nömrəsini vermişdir. O, elə həmin gün «whatsapp» proqramı vasitəsilə Sevda ilə danışıb axşam saat 20 radələrində Nərimanov metrosunun çıxışında olan «Mcdnoalds» restoranının qarşısında görüşmüşlər. Sevda qaynatası kimi təqdim etdiyi şəxsin idarə etdiyi «Hyundai Sonata» markalı avtomobillə gəlmişdir. Sevda onu elə həmin avtomobillə yaşadığı Nərimanov rayonu ərazisində yerləşən evinə aparmışdır. O, Sevdaya anasının “epillepsiya” xəstəsi olduğunu bildirmişdir. İlk öncə Sevda kofe və kart ilə onun falına baxmışdır. Sevda ona qohumları tərəfindən onlara cadu olunduğunu, bu cadunun 30 illik cadu olduğunu, buna görədə anasının xəstəliyə düçar olduğunu bildirmişdir. Həmçinin Sevda ona anasının 3 ay ömrü qaldığını, bu cadunu yox etməsə anasının rəhmətə gedəcəyəni bildirmişdir. Eyni zamanda Sevda ona demişdir ki, bir var allahın əməlinin nəticəsində insan rəhmətə gedər, bir də varki cadu nəticəsində. Cadunu yox etmək olar. Sadəcə bu cadunu yox etmək üçün ananın paltarlardından birini, onlara məxsus 5 ədəd istənilən qızıl əşyalarını gətirməli və o əşyalara dua oxunsun üzərlərində olan cadu götürülsün. Sevda ona üzərlərindən cadunun götürülməsi ilə əlaqədar zəhmət haqqının 480 manat olacağını bildirmişdir. O, Sevdaya problem olmadığını, təki anasını sağaltmasını bildirmişdir. O, həmin gün Sevdanın evini tərk etmişdir. Bir neçə gün sonra o, Günaydan Sevdanın necə cadunu götürdüyünü soruşmuşdur. Günay ona Sevdanın kofe və kart ilə fala baxdığını, qızıl ilə isə cadunu təmizlədiyini bildirmişdir. Həmçinin Günay ona bir tanışınında onun yanına getdiyini, qızıl ilə üzərindən cadunu götürdüyünü və həmin qızılları bir neçə ay sonra sahibinə qaytardığını bildirmişdir. Günayın danışığına inanmışdır. Lakin o, Günaya daha həmin falçının yanına getmədiyini demişdir. O, 11 iyun 2017-ci il tarixdə saat 20 radələrində Sevda ilə zəngləşib Nərimanov metrosunun çıxışında yerləşən «Metropark» Ticarət Mərkəzinin qarşısında görüşmüşdür. Belə ki, o, Sevdanın evinin yerini dəqiq bilmədiyi üçün Sevda özü onu qarşılamış və qaynatası kimi təqdim etdiyi şəxsin «Hyundai Sonata» markalı avtomobili ilə yaşadığı məhləyə aparmışdır. Onlar məhlədə avtomobildən düşərək Sevdanın yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən mənzilinə getmişdirlər. Mənzildə onları yaşlı ağbaş kişi qarşılamışdır. Sevda həmin şəxsi ona atası kimi təqdim etmişdir. Evdə həmçinin Sevdanın qardaşı kimi təqdim etdiyi şəxs, qardaşının arvadı və qızı olmuşdur. Sevda onu mətbəxə aparmışdır. Elə mətbəxdəcə o, Sevdaya özü ilə gətirdiyi ona məxsus olan çəkisi 4 qram olan 200 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağını, çəkisi 5,5 qram olan 300 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağını, çəkisi 6,5 qram olan 320 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağını, çəkisi 8 qram olan 400 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağını, çəkisi 3 qram olan üzərində sadə ağ qaşlarla bəzədilmiş 150 manat dəyərində 585 əyarlı qızıl qadın üzüyünü, çəkisi 4 qram olan 200 manat dəyərində 585 əyarlı qızıl qadın üzüyünü, anasına məxsus köynəyi və 150 manat pulu Sevdaya vermişdir. O, qızılları, pulu və köynəyi Sevdaya verdikdən sonra Sevda kart və kofe ilə onun falına baxmışdır. Sevda onun və ailəsinin həyatında bütün yolların bağlandığını və onun bunları acaçağanı bildirmişdir. Həmçinin Sevda ona qızıl və köynəyin üzərində olan cadunu götürəcəyəni demişdir. O, Sevdadan qızılları nə vaxt geri qaytaraçağını soruşmuşdur. Sevda əl çantasında olan çoxlu sayda qızılları çıxardaraq ona demişdir ki, bax bu caamatın qızıllarıdı, onun kiminsə qızılına ehtiyacı yoxdur, həmin qızılların üzərindən cadunu götürüb geri qaytaraqdır. Təxminən 2 həftə sonra Sevda ona zəng vurararaq onun cadunu götürmək üçün verdiyi qızılların az olduğunu, dua oxunan zaman həmin qızılların qırıla biləcəyini, əgər varsa əlavə olaraq ona qızıllar verməsini bildirmişdir. O, çarəsiz olduğu üçün Sevda ilə razılaşmışdır. 2017-ci ilin iyun ayının sonralarında Sevda ilə yaşadığı binanın həyətində görüşmüş və yaşadığı evdə Sevdaya çəkisi 8 qram olan 400 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağını, çəkisi 14 qram olan 1100 manat dəyərində 750 əyarlı qadın qızıl boyunbağını, çəkisi 6 qram olan 550 manat dəyərində 585 əyarlı qadın qızıl qolbağını, çəkisi 5 qram olan 350 manat dəyərində 585 əyarlı qadın qızıl qolbağını, çəkisi 6 qram olan 370 manat dəyərində 585 əyarlı kişi qızıl üzüyünü və 80 manat pulu vermişdir. Sevda ona narahat olmamağını və bir-iki həftəyə qızılları qaytaraçağını bildirmişdir. O, Sevdaya inanmış və onlar sağollaşıb ayrılmışdırlar. O, hərdənbir Sevda ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmışdır. Sevda isə ona səbrli olmağı tezliklə məsələni həll edəcəyini bildirmişdir. 2017-ci ilin iyul ayının sonlarında Sevda ona zəng vuraraq yaşadığı evə dəvət etmişdir. O, Sevdanın yaşadığı evə getmişdir. Sevda bir daha kofe və kart ilə onun falına baxmış və ona üzərlərində olan cadunun hələ təmizlənmədiyini, 90 gün müddətində təmizlənəcəyini bildirmişdir. Sevda həmçinin ona qızılların yenə də az olduğunu, əgər başqa qızılları varsa onlarıda verməyini bildirmişdir. O, üzərində olan və taxdığı çəkisi 5 qram olan 350 manat dəyərində 585 əyarlı bir cüt qadın qızıl sırğasını, çəkisi 4 qram olan 240 manat dəyərində 585 əyarlı qadın qızıl üzüyünü, çəkisi 3,5 qram olan 200 manat dəyərində 585 əyarlı qadın qızıl üzüyünü və 160 manat pulu Sevdaya vermişdir. Sevda ona narahat olmamağını tezliklə cadunun üzərlərindən götürüləcəyini bildirmişdir. Həmçinin 2017-ci ilin avqust ayının ortalarında Sevdaya zəhmət haqqının qalan 90 manatını yaşadığı evdə vermişdir. Lakin Sevda ona verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələrlə ondan qaçmağa başlamışdır. Daha sonra isə Sevdaya zəng çatmamış və o, məcbur olub polisə şikayət etmişdir. Sonda zərərçəkmiş şəxs X4 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin İ cildinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 07.12.2017-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17ci PB-nin təhqiqatçısı X13 Veysəlovanın və hal şahidlərinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 86.4.2 və 236-cı maddələrinə əsasən həmin protokolu tərtib etmişdir ondan ötrü ki, hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-dir. Mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Vətəndaş Zərərçəkmiş şəxs1 Sevda adlı qadınla həmin mənzildə görüşmüş və fotoşəkildə görünən otaqda Sevda onun falına baxan zaman qızıl-zinət əşyalarını vermişdir. Protokol təbii işıq şəraitində hal şahidlərinin iştirakı ilə tərtib olunmuş və heç bir şikayət daxil olmamışdır. Cinayət işinin İ cildinin 127-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 10.04.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 167-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26.01.2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin İ cildinin 179-180-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə şübhəli olan şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 224-226-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-103/2021 nömrəli, 28.01.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin istintaq müddəti həddində, yəni 27 mart 2021-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar