Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-203/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X1 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – «Femida» Vəkil Bürovunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tanışı Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4manov Rayon Polis İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan hərbi şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,453 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, 2019-cu ildən həbs edilənədək “şüşə” kimi tanınan psixotrop maddə-metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Mərdəkan qəsəbəsində tanışı Şahid1 ilə görüşdükdən sonra onunla birlikdə yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 7 ünvanında yerləşən «Kosmos» yaşayış kompleksinin qarşısına gəlmişlər. Orada olarkən 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində olarkən ona şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Bundan sonra hərbi şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid3 Bəhmən oğlu ifadəsində göstərmişdir ki, o, 09 yanvar 2023-cü il tarixdə saat 16 radələrində xidmət yoldaşı Şahid2 ilə birlikdə xidməti ərazidə, yəni ünvan 6 ünvanın qarşısında xidmətdə olarkən iki nəfər şəxsin yerişindən və hərəkətlərindən özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin vaxt onlar uzaqlaşmaq istəmiş, həmçinin həmin şəxslərin rabitəsiz danışıqlarından onların narkotik vasitənin və psixiotrop maddənin təsiri altında olmasından şübhələndikləri üçün onları saxlayaraq Nərimanov RPİ-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilmiş, daha sonra o, təhqiqatçının qərarı ilə şübhəli şəxs kimi tutulmuş, həmçinin ona hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş əşyanın olubolmadığı soruşulmuş, həmçinin olduğu təqdirdə təqdim olunması təklif edilmişdir. Bundan sonra Tamila Teymurovna əynində olan hərbi şalvarın sağ qabaq cibindən bir ədəd sellofan bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Baxış zamanı həmin bükümün içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar olunmuş, sorğu zamanı Tamila Teymurovna bildirmişdir ki, həmin maddə psixotrop maddədir. 2019-cu ildən həmin maddədən istifadə edir. Həmin maddəni xx.xx.2023-cü ildə Mərdəkan qəsəbəsində tanışı Şahid1 ona təmənnasız olaraq pay vermiş və həmin maddəni istifadəsi üçün saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid4 ifadələri ilə Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığım soruşmuş və olduğu halda təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlu əynində olan hərbi şalvarın sağ qabaq cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümülmüş, 1 (bir) ədəd bükülüdə olan kristal maddənin psixotrop maddə metamfetamini könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində “metamfetamin” adı ilə tanıdığı metamfetamin maddəsi var. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümülmüş, 1 (bir) ədəd bükülüdə olan kristal maddənin psixotrop maddə metamfetamini 09 yanvar 2023-cü il tarixdə Mərdəkan qəsəbəsində tanışı Şahid1 tərəfindən istifadə etməsi üçün pay verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, 1 (bir) ədəd bükülüdə olan kristal maddə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. “Baxış aparılması haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video çəkiliş əks edilən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan hərbi şalvarın sağ qabaq cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, 1 (bir) ədəd bükülüdə olan kristal maddəni könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində “patı” adı ilə tanıdığı metamfetamin maddəsi var. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, 1 (bir) ədəd bükülüdə olan psixotrop maddə metamfetamini 09 yanvar 2023-cü il tarixdə Mərdəkan qəsəbəsində tanışı Şahid1 tərəfindən ona istifadə etməsi üçün pay vermişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, 1 (bir) ədəd bükülüdə olan kristal maddə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 yanvar 2023-cü il tarixli 6/114 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,453 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 0,453 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,403 qramdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-34/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli 124 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınnası məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 41 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham ela olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altın düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD formatlı disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,453 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin cinayətin predmeti olduğundan və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və həmin psixotrop maddə metamfetaminin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,403 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; -ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; -himayəsində azyaşlı övladının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan psixotrop maddənin qalığı-0,403 qram metamfetamin məhv edilməli, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan psixotrop maddənin qalığı-0,403 qram metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №1(005)-203/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-203/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver