Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-203/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Füzuli rayonu, Aşağı Əbdurrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və 02 azyaşlı övladı olan, işləməyən, əvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Əbdurrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının 14-də, saat 18:00 radələrində yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, E.lsaqzadə küçəsi 61 nömrəli fərdi yaşayış evinin qonaq otağında ailə məişət zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs Züifüqar qızının boynunun arxa nahiyəsindən qəsdən 2 dəfə yumruqla vuraraq ona ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan boyunun tüklü və tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilmiş hematoması ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 4 ilə yaxındır Aytacla rəsmi nikahları olmasa da bu evlilikdən 2 azyaşlı övladları vardır. Hər bir ailədə olduğu kimi onların da ailəsində söz-söhbətləri olmuşdur. Lakin, indiyədək polisdə işləri olmayıbdır. Aytac uşaqlarla rəftarına görə ailədə söz-söhbət yaranmışdır. Sonuncu dəfə yenə xx.xx.2024-cü il tarixdə yaşadıqları uşaqlara görə evdə mübahisə olmuşdur, 2 dəfə Aytacın boyunun arxa nahiyəsindən zərbə vurmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmışdırlar. Qeyd olunanların, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, himayəsində 02 az yaşlı övladının olmasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 4 ildir qeyri rəsmi ailə münasibətlərinə olmuşlar, bu nigahdan 2 azyaşlı övladları vardır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadıqları evdə olan zaman qonaq otağında yenidən Telmanla aralarında söz-söhbətləri olmuş, o, Telmanın bu hərəkətlərindən bezdiyi üçün bir qədər səsini qaldırmışdır Telmandan hərəkətlərinə son verməsini tələb etmişdir. Telman isə onun üzərinə gəlib arxadan 2 dəfə yumruqla boynunun arxa nahiyəsindən zərbə vurmuşdur. Sonra Telman evdən çıxıb getmişdir. O, bir gün gözləmişdir ki, bəlkə Telman etdiyi əməldəm peşman olar, üzr istəyər. Lakin, Telmanın üzr istəmədiyini görüb şikayət etmək qərarına gəlmişdir. Son olaraq o, Təqsirləndirilən şəxs ilə hazırda barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək və bu barədə barışıq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq olunan “Hadisə baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 16 fevral 2024-cü il tarixli, 153 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – ağır simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan boyunun tüklü və tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi hematoması- küt əşyanın (əşyaların) təsiirindən törənmişdir, qərarınn təsviri hisssinndə xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlamış sorğuya əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi haqqında 03 mart 2024-cü il tarixli qərradan görünür ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi maddi sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs məhəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçinın sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin . Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçinın sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-203/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-203/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver