Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-204/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs təkrar olaraq, binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, Füzuli rayonu ərazisində etdiyi oğurluq cinayətinə görə barəsində CM-in 177.2.3-cü maddəsi ilə Füzuli rayon Polis Şöbəsinin İstintaq Bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixə keçən gecə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 saylı ünvanda yerləşən “Nilay” mağazasına nəfəslikdən qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 20 ədəd 5 manatlıq, 10 ədəd 10 manatlıq olmaqla, ümumilikdə 200 manat dəyərində müxtəlif növ danışıq kartlarını, 300 manat məbləğində qəpik pulları, 12 manat məbləğində kağız əskinaslarını, 1 qutusu 3 manat 10 qəpik olmaqla ümumilikdə 155 manat dəyərində 50 qutu müxtəlif növ “Winston”, 1 qutusu 1 manat 70 qəpik olmaqla ümumilikdə 76 manat 50 qəpik dəyərində 45 qutu müxtəlif növ “Prima”, 1 qutusu 3 manat 30 qəpik olmaqla ümumilikdə 231 manat dəyərində 70 qutu müxtəlif növ “Davidoff” markalı siqaretləri, hər biri 2 manat 50 qəpik olmaqla ümumilikdə 5 manat dəyərində 2 ədəd şampunu və hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd günəbaxan yağını oğurlamış, nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 985 manat 50 qəpik ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə təkrarən xx.xx.2020-ci il tarixə keçən gecə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/80 ünvanda yerləşən “Hüseyn market” adı ilə fəaliyyət göstərən mağazaya nəfəslikdən qanunsuz daxil olaraq oradan sonuncuya məxsus, 1 qutusu 3 manat 10 qəpik olmaqla ümumilikdə 465 manat dəyərində 150 qutu müxtəlif növ “Winston”, 1 qutusu 3 manat 30 qəpik olmaqla ümumilikdə 396 manat dəyərində 120 qutu müxtəlif növ “Kent”, 1 qutusu 3 manat 60 qəpik olmaqla ümumilikdə 180 manat dəyərində 50 qutu müxtəlif növ “Sobranie”, 1 qutusu 1 manat 90 qəpik olmaqla ümumilikdə 114 manat dəyərində 60 qutu müxtəlif növ nazik “Winchester” markalı siqaretləri, 50 manat məbləğində qəpik pulları, hər biri 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində 5 qutu “Berqa” markalı quru çayı oğurlamış, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 1230 manat ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona 03 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunsa da, ona təyin edilmiş cərimə cəzasını ödəməmişdir. Həmçinin barəsində xx xxxxxx 2020-ci il tarixdən Fizuli RPŞ-da CM-in 177.2.3-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat təxminən 02 radələrində oğurluq məqsədi ilə şəhərin küçələrini gəzib Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə gedərkən küçənin sakit bir yerində girişində “Nilay” yazılmış marketi görmüşdür. Nəfəslikdə olan kondinsioneri içəriyə doğru itələyib kondisionerin yerindən marketə girməyin daha münasib olduğunu düşünmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Qeyd etdiyi kimi, kondinsioneri içəri tərəfə itələyib girmək üçün yer açmış və mağazaya daxil olmuşdur. Həmin mağazadan 20 ədəd 5 manatlıq, 10 ədəd 10 manatlıq olmaqla ümumilikdə 200 manat dəyərində müxtəlif növ danışıq kartlarını, 300 manat məbləğində qəpik pulları, 12 manat məbləğində kağız əskinasları, 1 qutusu 3 manat 10 qəpik olmaqla ümumilikdə 155 manat dəyərində 50 qutu müxtəlif növ “Winston”, 1 qutusu 1 manat 70 qəpik olmaqla ümumilikdə 76 manat 50 qəpik dəyərində 45 qutu müxtəlif növ “Prima”, 1 qutusu 3 manat 30 qəpik olmaqla ümumilikdə 231 manat dəyərində 70 qutu müxtəlif növ “Davidoff” markalı siqaretləri, hər biri 2 manat 50 qəpik olmaqla ümumilikdə 5 manat dəyərində 2 ədəd şampunu və hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd günəbaxan yağını oğurlamışdır. Səhəri gün oğurladığı danışıq kartlarını Z.Bünyadov küçəsində “Fab Boya” şirkətinin yaxınlığında yerləşən mini marketə 42 manata satmış, siqaretlərin bir hissəsini həmin mini marketə 119 manata, digər hissəsini isə həmin yerdən bir qədər aralıda “Şeş-beş” restoranının yanındakı köşkə 71 manata, qalan əşyaları isə Nərimanov rayonu ərazisində tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Oğurladığı malları satdığı mini marketin və köşkün satıcılarına malların oğurluq olduğunu bildirməmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixə keçən gecə isə “Tovuz kafe” adı altında fəaliyyət göstərən obyektdə olduğu zaman spirtli içki qəbul etmiş, orada yeyib içdikdən sonra kafedən çıxaraq yenə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafda yerləşən bazarın yanındakı mağazalara göz gəzdirmiş, bazarın girişində olan “Hüseyn market” adlı mağazanın oğurluq etmək üçün münasib olduğunu gördükdə oraya daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Mağazanın ətrafına göz gəzdirdikdə ətrafda kameranın olduğunu görüb içəri arxa tərəfdə olan nəfəslikdən daxil olmaq qərarına gəlmiş, içəri girməzdən öncə mağazanın işıqlarını söndürmək və müşahidə kamerasına düşməmək üçün elektrik naqillərini əli ilə dartaraq qopartmışdır. Mağazanın divarı ilə yan tərəfdə olan obyektin divarı bir-birinə yaxın olduğundan asanlıqla oraya qalxaraq mağazanın nəfəsliyini əli ilə içəri itələyərək içəridə olan rəfin üzərinə qoymuş, bundan sonra həmin nəfəsliyin yerləşdiyi yerdən içəri daxil olmuşdur. Mağazadan bir neçə qutu siqaret və 50 manat xırda pul, bir neçə qutu quru çay götürmüşdür. Götürdüyü əşyaları içəridən gördüyü şəkər tozu torbasını boşaldaraq onun içinə yığmış və bundan sonra əlindəki torbanı nəfəslikdən çölə atmışdır. Gəldiyi yolla geri qayıdaraq Nərimanov rayonu ərazisində yerləşən inşaat materialları satılan bazarın yaxınlığında taksiyə əyləşərək Zabrata kirayə qaldığı mənzilə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə oğurladığı malları Nərimanov rayonu ərazisində inşaat materialları satılan bazarın yaxınlığında tanımadığı şəxslərə satmış, bəzilərini isə özü istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşamüstü Nərimanov rayonu ərazisində yerləşən kafelərdən birində yemək yediyi zaman polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşaraq onlarla getməli olduğunu bildirmişlər. Oğurluq əməllərini tək törətmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20\80 ünvanda yerləşən “Hüseyn market” adı altında fəaliyyət göstərən ərzaq mağazasını icarə əsasında işlədir. Həmin mağazada özü və oğlu Natiq Əliyev növbə ilə çalışırlar. Sonuncu dəfə işlətdiyi həmin mağazanı xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində bağlayaraq çıxmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində həmin mağazanı açmaq üçün gəlmiş, mağazanın qapısını açıb içəri daxil olarkən işıqların yanmadığını, içərinin dağınıq vəziyyətdə olduğunu, virtində olan siqaret qutularının yerində olmadığını, içəridə torbada olan şəkər tozunun yerə dağıdıldığını, mağazada olan xırda pulların yerində olmadığını görmüş və mağazadan oğurluq edildiyindən şübhələnmişdir. Baş vermiş hadisə barədə ərazi üzrə polis şöbəsinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək obyektin fotoşəkillərini çəkmişlər. Həmin vaxt mağazanın işıqları və kamera sisteminin mağazanın çöl tərəfindəki elektrik naqilləri kəsilmiş, mağazanın çölə açılan kiçik nəfəsliyi yerindən çıxarılaraq kənara qoyulmuşdur. Mağazaya diqqətlə nəzər saldıqdan sonra aşkar etmişdir ki, oradan 1 qutusu 3 manat 10 qəpik olmaqla ümumilikdə 465 manat dəyərində 150 qutu müxtəlif növ “Winston”, 1 qutusu 3 manat 30 qəpik olmaqla ümumilikdə 396 manat dəyərində 120 qutu müxtəlif növ "Kent”, 1 qutusu 3 manat 60 qəpik olmaqla ümumilikdə 180 manat dəyərində 50 qutu müxtəlif növ “Sobranie”, 1 qutusu 1 manat 90 qəpik olmaqla ümumilikdə 114 manat dəyərində 60 qutu müxtəlif növ nazik “Winchester” markalı siqaretlər, 50 manat məbləğində qəpik pullar, hər biri 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində 5 qutu “Berqa” markalı quru çay oğurlanmış və nəticədə ona 1230 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və təəbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, M.Nərimanov küçəsi 20/55 ünvanda yerləşən “Nilay” marketin sahibidir. Mağazada əsasən ərzaq məhsulları, siqaretlər, spirtli içkilər, kosmetik vasitələr və sair məhsullar satır. Yaşadığı ev eyni küçədə, mağazadan təxminən 10 metr aralıda yerləşir. Həmişə olduğu kimi, xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində mağazanın plastik qapısını bağlayıb evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində mağazaya gələndə mağazanın nəfəsliyində quraşdırdığı kondinsionerin yerindən çıxarıldığını görmüşdür. Sonra malların yığıldığı yerə keçmiş və mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazadakı rəflərdən 20 ədəd 5 manatlıq, 10 ədəd 10 manatlıq olmaqla ümumilikdə 200 manat dəyərində müxtəlif növ danışıq kartları, 300 manat məbləğində qəpik pullar, 12 manat məbləğində kağız əskinaslar, 1 qutusu 3 manat 10 qəpik olmaqla ümumilikdə 155 manat dəyərində 50 qutu müxtəlif növ “Winston”, 1 qutusu 1 manat 70 qəpik olmaqla ümumilikdə 76 manat 50 qəpik dəyərində 45 qutu müxtəlif növ “Prima”, 1 qutusu 3 manat 30 qəpik olmaqla ümumilikdə 231 manat dəyərində 70 qutu müxtəlif növ “Davidoff” markalı siqaretlər, hər biri 2 manat 50 qəpik olmaqla ümumilikdə 5 manat dəyərində 2 ədəd şampun və hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd günəbaxan yağı oğurlanmış və nəticədə ona 985 manat 50 qəpik manat maddi ziyan dəymişdir. Oğurluq olmasını aşkar edən kimi DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər. Həmin mağazanın canlı mühafizəsi, həmçinin mağazada və ya yaxınlıqdakı hər hansı obyektdə və ya evdə müşahidə kameraları yoxdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və təəbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən “Şeş-Beş” adlı restoranın yaxınlığındakı “Ailə” marketdə satıcı kimi çalışır. Həmin market onun əmisinə məxsusdur. Təqsirləndirilən şəxs bir müddətdir tanıyır. Onun yaşadığı ərazidə Nadirin qohumları yaşayır və buna görə də onunla tanışlığı yaranmışdır. 2020-ci il fevral ayının 15-də Nadir onun satıcı kimi işlədiyi mağazaya gələrək bir neçə qutu siqaret satmaq istədiyini bildirmişdir. Ondan həmin siqaretləri haradan əldə etdiyini soruşduqda isə əmisinə məxsus mağaza bağlandığı üçün orada satışdan qalan siqaretlər olduğunu, hal-hazırda pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmiş, bundan sonra ondan satmaq istədiyi siqaretləri almışdır. Həmin müddətdən xeyli vaxt keçdiyindən konkret olaraq Təqsirləndirilən şəxs hansı əşyaları aldığını xatırlamır. Təqsirləndirilən şəxs həmin siqaretləri ona satarkən onların oğurluq olması barədə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-230/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona 03 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Füzuli PRŞ-nin icraatında xx xxxxxx 2020-ci il tarixdən onun barəsində CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır və həmin iş baxılması üçün xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir; “Diskin baxışının aparılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X6 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4, Nərimanov RPİ-nin inzibati binasında, 52 nömrəli xidməti otaqda, icraatında olan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 könüllü şəkildə istintaqa təqdim etdiyi və içərisində “Hüseyn Market” adı altında fəaliyyət göstərən ərzaq mallarının satışının aparıldığı mağazadan oğurluq edən naməlum şəxsin götüntülərinin olduğunu bildirdiyi 01 ədəd DVD-R formatlı diskə baxış aparmışdır. İstintaqa təqdim edilmiş diskin içərisində 15.52.16 adlı faylda bir nəfər kişi cinsindən olan şəxsin oğurluq edilən mağazanın ətrafında olan tikinti materiallarının satışının aparıldığı obyektin qarşısından keçməsinin görüntüləri əks olunmuşdur. 15.53.17 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin əlindəki ağ rəngli dolu kisə ilə piyadalar üçün nəzərdə tutulmuş səki ilə hərəkət etməsinin görüntüləri əks olunmuşdur. 15.53.43 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin əlindəki ağ rəngli dolu kisə ilə piyadalar üçün nəzərdə tutulmuş səki ilə hərəkət etməsinin görüntüləri əks olunmuşdur. 15.55.51 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin asta addımlarla hərəkət etməsinin videogörüntüləri əks olunmuşdur. 15.56.25 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin əlindəki ağ rəngli dolu kisə ilə qaçaraq öncəki videogörüntüdəkinin əksi istiqamətdə hərəkət etməsinin videogörüntüləri əks olunmuşdur. Həmin disklərin öz xüsusiyyət və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyini nəzərə alaraq gələcəkdə maddi sübut kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədilə götürülmüşdür; “Diskin baxışının aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X6 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə istintaqa təqdim edilən içərisində 05 ədəd video görüntünün əks olunduğu 01 ədəd DVD-R diskə ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında baxış keçirtmişdir. Baxış zamanı müyyən edilmişdir ki, istintaqa təqdim edilmiş diskin içərisində 15.52.16 adlı faylda bir nəfər kişi cinsindən olan şəxsin oğurluq edilən mağazanın ətrafında olan tikinti materiallarının satışının aparıldığı obyektin qarşısından keçməsinin görüntüləri əks olunmuşdur. 15.53.17 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin əlindəki ağ rəngli dolu kisə ilə piyadalar üçün nəzərdə tutulmuş səki ilə hərəkət etməsinin görüntüləri əks olunmuşdur. 15.53.43 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin əlindəki ağ rəngli dolu kisə ilə piyadalar üçün nəzərdə tutulmuş səki ilə hərəkət etməsinin görüntüləri əks olunmuşdur. 15.55.51 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin asta addımlarla hərəkət etməsinin videogörüntüləri əks olunmuşdur. 15.56.25 adlı faylda bir nəfər arıq bədən quruluşlu kişi cinsindən olan şəxsin əlindəki ağ rəngli dolu kisə ilə qaçaraq öncəki videogörüntüdəkinin əksi istiqamətdə hərəkət etməsinin videogörüntüləri əks olunmuşdur. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntülərdə olan şəxs odur; Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 1(012)-185/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən, ona Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(020)-15/2015 saylı hökmü ilə təyin edilmiş, çəkilməmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı Cəzaçəkmə müəssisəsinin xx xxx 2020-ci il tarixli, 17/320-942 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən həmin xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş və cəza müddətinin sona çatması ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə cəzadan azad olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində ödənişli əməyə cəlb olunmadığı üçün Beyləqan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(020)-15/2015 saylı hökmü ilə ona təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasından heç bir ödəniş etməmişdir; “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən və içərisində ona məxsus mağazadan oğurluq etmiş Təqsirləndirilən şəxs hadisə vaxtı qeydə alınmış videogörüntüləri olan 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Füzuli Rayon Məhkəməsinin 1(064)-25/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(064)-25/2020 nömrəli qərarı ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və həmin cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.2 və 177.2.3-cü maddələrinə müvafiq olaraq eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüqu-qunun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yük-sək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşya-larda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu sə-bəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyri-nə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamda birinci epizod üzrə oğurluq əməlinin təkrar törədilməsinə dair aşağıdakıları bildirir: CM-in: 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir; 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Məhkəmə qeyd edir ki, eyni və ya müxtəlif (CM-in 16.2-ci maddəsi) cinayətlərin təkrarlığı o halda yaranır ki, əvvəllər törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş, cinayət məsuliyyətindən azad olunmamış, habelə məhkum olunmamış şəxs yenidən eyni və ya CM-in Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif cinayətləri (CM-in 16.2-ci maddəsi) törətmiş olsun. İşin hallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə oğurluq əməlinin birinci epizodunda olan “təkrarlıq”, əvvəl törətdiyi oğurluqla bağlı barəsində Füzuli PRŞ-nin icraatında xx xxxxxx 2020-ci il tarixdən CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi nəzərə alınmaqla verilmişdir. Lakin məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və bu barədə cinayət işi hazırda Füzuli Rayon Məhkəməsinin icraatındadır. Buna görə də cinayət məsuliyyətinə cəlb edildiyi həmin əmələ görə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə birinci epizod üzrə cinayətin “təkrarən” törədilməsi ilə bağlı ittiham verilə bilməz. Belə ki, əvvəlki oğurluq əməli üzrə o, artıq cinayət məsuliyyətinə cəlb olunmuş, buna görə də həmin əməldən sonra törətdiyi oğurluq əməli təkrarçılıq yaratmır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilən ittihamdan törətdiyi oğurluq əməlinin (birinci epizod üzrə) “təkrarən” törədilməsi sözü xaric olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin əməllərini etiraf edib peşman olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: cinayət işinin 198-ci vərəqəsində olan Beyləqan rayon icra hakimiyyəti başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 83-cü maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs (Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli ,1(012)- 185/2016 nömrəli hökmü) cəzasının sonu ilə azad edildiyi xx xxxx 2019-cu il tarixdən 2 il müddət keçməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin residivini yaradır. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Nadirli X3 Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(012)-185/2016 nömrəli hökmü ilə təyin olunmuş cərimə cəzasını icra etməmişdir. Bu səbəbdən, CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəza hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməli, cərimə cəzası müstəqil icra olunmalıdır (CM-68.2). Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(012)- 185/2016 nömrəli hökmü ilə təyin olunmuş və icra edilməmiş 3000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməli və cərimə cəzası müstəqil icra olunmalı (CM-67.1, 68.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). İş üzrə maddi sübut - hadisə vaxtı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 70 (yetmiş) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 30 (otuz) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçinin iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz yirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilən ittihamdan birinci epizod üzrə oğurluq əməlinin “təkrarən” törədilməsi sözü xaric olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(012)-185/2016 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - hadisə vaxtı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-204/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-204/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver