Məhkəmə qərarları › İş №1(005)-204/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-204/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-204/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Aburahmanlı Pınar Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Bakı şəhəri 25 saylı” Vəkil Bürosunun vəkili – Müdafiəçi2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Aleksandrovnın vəkili və etibarnamə əsasında nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2024-cü il tarixli qərarla barəsində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində AE 059639 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən 5 saylı xəstəxananın qarşısındakı köməkçi yolda geriyə 5-6 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı, piyadanın avtomobilin arxasından təhlükəsiz məsafə qədər kənarlaşmasını gözləməli və bundan sonra arxaya doğru hərəkət etdirməli olduğu halda, həmin qanunun qeyd olunan tələblərinə əməl etməyərək hərəkətini davam etdirməklə avtomobildən arxada yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonununcun qapalı kəllə beyin travması baş beyinin əzilməsi, sinfizin cırılması ilə müşayiət olunan, sağ qalça-oma oynağının aralanması və çanaq həlqəsinin tamlığının pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasınına səbəb olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yəni, zərər çəkənə ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getməklə yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, sxem, məhkəmə yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizasının rəyləri, maddi sübut, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Hyundai” Sonata minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yuxarıda qeyd etdiyi avtomobillə işlədiyi zaman onun mobil tətbiqinə yəni (mobil telefonuna) Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən 5 saylı xəstəxananın qarşısında müştəri sifarişi gəlmişdir. O, idarə etdiyi avtomobillə qeyd olunan ünvana gedərək 5 saylı xəstəxananın qarşısında olan köməkçi yolda 2 nəfər tanımadığı qadın müştərini götürmüş, sonra o, həmin yolla idarə etdiyi avtomobili arxaya verərək yəni arxaya hərəkət etdirərək oradan çıxmaq istəmiş, həmin vaxtı o, avtomobili arxaya verdikdə ilk öncə kənarda duran bir qadına yol verdikdən sonra avtomobilin arxa təkərinin maniyəyə ilişdiyini hiss etmiş və avtomobili bir az qabağa verib saxlamışdır. İdarə etdiyi avtomobildən yerə düşüb arxaya baxdıqda yaşlı bir qadının yerdə uzandığını görmüşdür. Köməklik göstərib çantasını yığmış və su ilə üzünə vurub özünə gəlməsinə çalışmışdır. Qadını yıxıldığı yerdən kənara çəkdikdə qadın bir qədər özünə gəlmiş, özünü yaxşı hiss etdiyini bildirmişdir. Bundan sonra tanımadığı bir şəxs yaxınlaşaraq X6 Briqadasına zəng edib-etmədiyini soruşduqda zəng etmədiyini, onun zəng etməsini demiş və Həmin şəxs X6 Briqadasına zəng etmişdir. O, həmin vaxtı X6 Briqadasının gəlməsini gözləməyib müştəriləri götürüb onları sifariş verdikləri ünvana aparıb çatdırmışdır. 10 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları ona xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən 5 saylı xəstəxananın qarşısında bir nəfər qadını idarə etdiyi avtomobillə vurub xəsarət yetirdiyi və hadisə yerindən qaçdığı bildirilmiş, o isə öz növbəsində xanımı idarə etdiyi avtomobil ilə elə ciddi xəsarət yetirmədiyini, avtomobili arxaya verərkən yüngül toxuna biləcəyini qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq o bildirmişdir ki, xanımın yerə yıxıldığını gördükdə ona kömək etmiş, xanım özünə gəldikdə heç bir xəsarəti olmadığını görmüş və taksi fəaliyyəti ilə məşğul olduğundan oradan uzaqlaşmalı olmuşdur. Daha sonra xanımın xəstəxanada olduğunu bilmiş və dərhal yanına getmiş, lakin qohumları barışmaq üçün ondan yüksək məbləğdə pul tələb etmişdirlər. Yekun olaraq qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ünvan 3 ünvanında yerləşən Hospitalında kiçik tibb bacısı vəzifəsində işləyir. 03 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində işlədiyi Hospitaldan çıxıb aptekdən dərman almağa getmiş, gedib dərman alıb geri qayıdan zaman 5 saylı şəhər xəstəxanasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmuş yolu keçib Hospitala gedən zaman onu arxadan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” Sonata minik markalı avtomobilin arxa hissəsi ilə arxa-arxaya verən zaman bud nahiyəsindən vuraraq yerə yıxmışdr. O, avtomobilin altında qalmış və özünü itirmişdir. Bundan sonra tanımadığı şəxslər tərəfindən X6 Briqadasına zəng edib onu X6 avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu 3-saylı kliniki xəstəxanasına çatdırmışlar. O, xəstəxanada özünə gələn zaman görmüşdür ki, həkimlər ona tibbi yardım göstərirlər. 03 oktyabr 2023cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək xəstəxanada müalicə olunmuş, sonra həkimlər onu xəstəxanadan çıxarmışlar və bildirmişlər ki, müalicəsini ev şəraitində davam etdirməlidir. Hazırda müalicəsi ev şəraitində davam etdirilir, yataq rejimindədir gəzə bilmir. Yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs tərəfindən ona hazıradək hər hansı bir formada köməklik göstərilməmişdir. Təqsirləndirilən şəxslə barışmadığını və mülki iddia ilə bağlı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid Rasim oğlu bildirmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Hospitalında kiçik tibb işçisi işləyirdi. xx.xx.2023-cü il tarixdə anasının mobil telefonundan onun mobil telefonuna zəng edib anası Yuliyanı iş yerinin yaxınlığında Nərimanov rayonu F.X.Xoyski küçəsi 80 ünvanında yerləşən 5 saylı xəstəxananın qarşısında (yolda) həyətyanı sahədə adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə arxaarxaya verərək anası Zərərçəkmiş şəxs vurub xəsarət yetirmiş, xəstəxanaya belə aparmadan hadisə yerindən çıxıb getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, anası Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu 3 saylı kliniki xəstəxanada müalicə olunur. Bir neçə gün xəstəxanada müalicə olunduqdan sonra həkimlər anasını xəstəxanadan çıxarıb ev şəraitində müalicə olunmasını məsləhət görmüşlər. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X4 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Hadisədən əvvəl özünü idarə edə bilən şəxs idi. Hadisə günü anasına dəfələrlə zəng etsə də telefonlara cavab verməmişdir. Daha sonra xəstəxanadan ona zəng vurmuşlar və bildirmişlər ki, anası xəstəxanadadır və onu avtomobil vurmuşdur. Bu hadisədən sonra anası işləyə bilməmişdir, onun səhətində ciddi problemlər olmuşdur. Müalicəyə ehtiyacı vardır. Lakin onları müalicə etdirmək üçün maddi imkanları yoxdur. Buna görə də təqsirləndirilən şəxsdən anasına vurulmuş ziyanın ödənilməsini tələb edirlər. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 oktybar 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi yaxınlığında baş vermişdir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü torpaq, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 4 metr, işlək hissəsinin eni 4 metr, ehtiyat hissəsinin eni 6 metrdir. Yolun işlək hissəsində nişan xətləri aşkar edilməmişdir. İşlək hissəyə birləşir sağdan səki və ağaclıq, soldan 5 saylı ŞKX-nın hasarı. Hadisə yerində şinlərin işləri, tormoz izləri, nəqiliyyat vasitəsinin sınmış və düşmüş hissələrinin mövcudluğu,nəqiliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri, yolun işlək hissəsində və ətrafdakı zərərçəkmişin izləri aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 281-M ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması baş beyinin əzilməsi, sinfizin cırılması ilə müşayiət olunan, sağ qalça-oma oynağının aralanması və çanaq həlqəsinin tamlığının pozulması - küt əşyanın təsirindən törənmişlər qərarin təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 8/3661 nömrəli ekspertiza rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilun sürücüsü Təqsirləndirilən şəxs rəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2023cü il tarixli qərardan aydın olur ki, istintaq zamanı alınmış zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerinə yoxlanılması protoklou, məhkəmətibbi ekspertizasının rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X3 Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu katrotekasında heç bir məlumat yoxudur. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi” haqqında 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs ifadəsinə əsasən onun almış olduğu xəsarətlər səbəbilə çəkdiyi həkim və müalicə xərcləri ilə bağlı 327 manat 16 qəpik məbləğində ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs təqdim etmiş olduğu mülki iddia ilə bağlı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsiri üzündən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində ona itirdiyi qazancın əvəzi (uzun müddət əmək fəaliyyəti ilə məşğul ola bilməcəyini nəzərə alaraq) birdəfəlik olaraq Təqsirləndirilən şəxs tutularaq, onun xeyrinə 20,000 (iyirmi min) manat ödənilməsini və onun sağlamlığına vurulmuş xəsarət nəticəsində müalicəsinə və qulluğuna çəkilmiş əlavə xərclərin əvəzinin, yəni 5,000 (beş min) manat məbləğində xərclərin əvəzinin Təqsirləndirilən şəxs tutularaq ödənilməsi, həmçinin 320 manat məbləğində vəkil xərclərinin və bu mülki iddianın verilməsi ilə bağlı dövlət rüsumunun əvəzinin tam şəkildə ödənilməsini xahiş etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə zərərçəkmiş şəxsə ciddi xəsarət yetirmədiyini, sonuncunu yaxşı olduğunu görərək tələsdiyi üçün hadisə yerindən uzaqlaşdığını, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3661 nömrəli rəyi və digər zəruri sənədlərindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehtiyyatsızlıq edərək cinayət əməlini törətmiş və hadisədən sonra oradan uzaqlaşmışdır. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini əvvəllər məhkum olunmamasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:- şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdikləri cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, müalicə xərcləri ilə bağlı sübut tam şəkildə təqdim edilmədiyindən həmin hissə ilə bağlı tələb qismən təmin edilməklə, Təqsirləndirilən şəxs təqsiri üzündən Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş xəsarət nəticəsində müalicəsinə və qulluğuna çəkilmiş əlavə xərclərin əvəzinin yəni 500 (beş yüz) manat məbləğində pul tələbinin, həmçinin 166,40 (yüz altmış altı qırx) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi tələbini əsaslı hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş yol nəqiliyyat hadisəsi zamanı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gələrək Zərərçəkmiş şəxs oğluna 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi tələbini əsaslı hesab edir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə mülki cavabdeh Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində maddi ziyan və 166,40 (yüz altmış altı qırx) manat ödənilmiş dövlət rüsumunun məbləği tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində vurulmuş mənəvi zərər tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar