Məhkəmə qərarları › İş №1(005)-206/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-206/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-206/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının 09-da, saat 23:45 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 2113 ünvanda yerləşən “Kombi Evi” adlı mağazanın qarşısında saxladığı və idarə etdiyi “Ravon” markalı, **-PF-*** d.q. nişanlı avtomobilin içərisində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə vuraraq ona sol almacıq və sol gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi - hematoması-sıyrıqları, alının mərkəzi hissəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, alının sol yarısının tüklü və tüksüz hissəsinin sıyrıqları, sol gözaltı nahiyənin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23.45 radələrində Kamranla özünə məxsus olan “Ravon” markalı avtomobillə Z.Bünyadov prospekti ilə hərəkət etmişlər. Həmin vaxt zarafat olaraq “Kürdəmir camaatı çox çətin camaatdı, onlarla yoldaşlıq edib iş görmək hər kişinin işi deyil” kəlməsini işlətmişdir. Həmin kəlməni işlətdikdən sonra Kamran Ağdam rayonu barədə təhqiramiz ifadələr işlətməyə başlamışdır. O, Kamrana Kürdəmir barədə dediklərinin zarafat olmasını izah etmiş və Ağdamı təhqir etməməyi ondan xahiş etmişdir. Lakin Kamran bundan sonra da Ağdam barədə xoşagəlməz sözlər işlətmişdir. O, Kamranı sakitləşdirə bilməyib onun sözlərindən əsəbləşmiş və avtomobili yolun kənarına çəkmişdir. Daha sonra Z.Bünyadov prospektində yerləşən “kombi evi” adlı mağazanın qarşısında avtomobili tam saxlamış və Kamranın sifətindən yumruğu ilə bir neçə zərbə vurmuşdur. Sonra Kamranı avtomobildən yerə düşürtmüş və avtomobili sürüb oradan getmişdir. Sonda zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 23:45 radələrində Valehlə bir yerdə onun idarə etdiyi “Ravon” markalı avtomobillə Z.Bünyadov prospekti ilə hərəkət edərkən Valeh ona “Kürdəmir yaxşı yer deyil, oranın camaatı çox çətin camaatdı” demişdir. Özü Kürdəmirli olduğuna görə Valehin sözündən incimişdir. Valehə irad bildirmiş, Valeh isə onun iradından sonra onunla mübahisə etməyə başlamışdır. Sonra Valeh avtomobilini Z.Bünyadov prospektində yerləşən “Kombi evi” adlı mağazanın qarşısında saxlamış, avtomobili saxlayan kimi yumruqla qəfil onun sifətindən bir neçə zərbə vurmuşdur. Valeh onu döydükdən sonra isə “maşından düş cəhənnəm ol” deyib onu avtomobildən yerə düşürtmüşdür. O, avtomobildən düşən kimi Valeh avtomobilini sürüb getmişdir. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstərilənlərin yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospektində yerləşən “Kombi evi” mağazasının qarşısında olduqları zaman həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəminində sonuncu idarə etdiyi avtomobildə yumruqla ona vurmuşdur. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya X5 Şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli, 142 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol almacıq və sol gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi hematoması- sıyrıqları, alının mərkəzi hissəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, alının sol yarısının tüklü və tüksüz hissəsinin sıyrıqları, sol gözaltı nahiyənin qançırı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx xxxx 2021 -ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxsnın şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışdığını ona dəymiş zərərin əvəzinin tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və göstərilənlərin yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınması xahiş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi CMnin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qarşılıqlı surətdə barışmaları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığına, habelə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar