Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-206/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, “Taq.az” internet səhifəsinin təsisçisi, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayə yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Şahid2 Bakı Dövlət Universitetinin tarix fakültəsinə təhsil almağa düzəldəcəyinə dair Şahid2 anası Zərərçəkmiş şəxs yalan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 04 avqust 2021-ci ildə ünvan 4 ünvanında yerləşən ofisdə nağd şəkildə 10000 manat pul vəsaitini, 11 avqust 2021-ci il tarixdə saat 11:50:27-də Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə, 3/46 ünvanda yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun qardaşı Şahid1 məxsus "xxxx" ASC-yə aid 4****6194 hesab nömrəsinə köçürmüş olduğu 500 manat pul vəsaitini, 24 avqust 2021-ci il tarixdə saat 21:56-da Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə, 3/46 ünvanda yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC-yə aid **********547682 hesab nömrəsinə köçürmüş olduğu 320 manat pul vəsaitini, 04 noyabr 2021-ci il tarixdə saat 17:04-də Sumqayıt şəhəri, 15-ci məhəllə ünvanda yerləşən “Qayalı” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC-yə aid **********547682 hesab nömrəsinə köçürmüş olduğu 1500 manat pul vəsaitini, 17 noyabr 2021-ci il tarixdə saat 21:03-də Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə, 3/46 ünvanında yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC-yə aid **********547682 hesab nömrəsinə köçürmüş olduğu 5000 manat pulu və 17 noyabr 2021-ci il tarixdə saat 21:05-də Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə, 3/46 ünvanda yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC-yə aid **********547682 hesab nömrəsinə köçürmüş olduğu 1000 manat pul vəsatini özünə məxsus "xxxx" ASC-yə aid **********547682 hesab nömrəsindən qəbul etmiş, bundan sonra eyni məqsədlə 25 noyabr 2021-ci ildə ünvan 4 ünvanında yerləşən ofisdə nağd şəkildə 1500 manat pul vəsatini Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 19820 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,. 2021-ci ilin iyul ayında ümumi tanışları vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin ərəfədə Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı qızı Şahid2 Bakı Dövət Universitetinin tarix fakültəsinə düzəldib düzəldə bilməyəcəyini ondan soruşduqda o, Güllərə maraqlanıb onunla əlaqə saxlayıb xəbər verəcəyini demişdir. 2021-ci ilin avqust ayının ilk günündə istifadəsində olan mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edib ona qızının işini danışdığını və bunun müqabilində 9000 manat pul tələb olunduğunu, əvvəl 9000 manat və sonra isə 1000 manat ona əlavə pul verməli olduğunu demişdir. Güllər xanım bundan sonra onunla razı olduğunu bildirib onunla görüşmək istədiyini ona deyəndə o, Güllərə pul hazır olduğu zaman ünvan 4 ünvanında yerləşən ofisinə gəlməyini demişdir. 04 avqust 2021-ci ildə Zərərçəkmiş şəxs 9000 manat pulu gətirib ona Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2 ünvanında yerləşən ofisində vermişdir. Zərərçəkmiş şəxs qızının ali məktəb məsələsi alınmadığı üçün o, 9000 manat pulu Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhərində yerləşən mədəniyyət evinin qarşısında Güllərin özünə qaytarmış və Zərərçəkmiş şəxs 9000 manat pulu ondan götürüb çıxıb getmişdir. Bir neçə gün sonra ona pul lazım olduğu üçün Zərərçəkmiş şəxs borca 10000 manat pul istəmiş və qardaşı Şahid1 məxsus "xxxx" ASC-yə aid üzərində 4****6194 yazıları olan plastik kartın şəklini və özünə məxsus 4169 7385 1254 7682 nömrəsi olan “Kapital” banka aid kartının şəkillərini çəkib Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona göndərmişdir. 11 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun qardaşı Şahid1 məxsus "xxxx" ASC-yə aid 4****6194 hesab nömrəsinə 500 manat pul köçürmüş və həmin pulu o, yadında qalmayan bankomatdan çıxartmışdır. 24 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona məxsus olan "xxxx" ASC-yə aid 4169 7385 1254 7682 hesab nömrəsinə 320 manat pul köçürmüş və o, həmin pulu da Bakı şəhərində yadında qalmayan bankomatdan çıxartmışdır. Sentyabr ayında isə Güllər ona məxsus "xxxx" ASCyə aid **********547682 hesab nömrəsinə 1500 manat göndərmişdir. Bundan sonra 17 noyabr 2021-ci il tarixdə Güllər ona məxsus "xxxx" ASC-yə aid 4169 7385 1254 7682 hesab nömrəsinə 5.000 manat pul və 17 noyabr 2021-ci il tarixdə isə 1.000 manat pulu borc olaraq köçürmüşdür. Ümumilikdə mən kart vasitəsilə Zərərçəkmiş şəxs 8320 manat borca pul və daha Sonra əlbəəl 1680 manat nağd pul almış və sonradan pulu olmadığından Güllərə olan borcunu qaytara bilməmişdir. Güllərin qızı Aytacın BDU-nin tarix fakültəsinə düzəlməsi ilə bağlı ona verdiyi 9000 manat pulu Güllərin özünə qaytarmışdır. Sonradan Güllərin onun qardaşının və özünün adına olan “Kapital” banka aid bank kartlarına köçürmüş olduğu ümumilikdə 8320 manat pulu və əlbəəl verdiyi 1680 manat, yəni ümumilikdə 10000 manat pulu Güllər ona borc olaraq vermişdir. O, Güllərdən qızının təhsili ilə bağlı 19820 manat pul almamışdır. Zərərçəkmiş şəxs özünü vəzifəli şəxs kimi təqdim etməmişdir, həmin sahədə işləyən şəxs tapdığı halda pulu ona verib universitetə düzəldəcəyini düşünsə də, lakin BDU-də tanış tapa bilməmişdir. Son olaraq o bildirmişdir ki, zərərçəkmiş şəxsə tam şəkildə vurmuş olduğu maddi ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Himayəsində 02 azyaşlı övladının olmasını və ailəsinin yeganə gəlir mənbəyi olmasını qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul ayında ümumi tanışları vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə o, Vətən Mühafizə Xidmətində işləmişdir. Onun qızı Aytac orta məktəbi bitirdikdən sonra o, Aytacın Bakı Dövlət Universitetində təhsil almasını istəmişdir. Təqsirləndirilən şəxsla aralarında olan söhbət zamanı qızı Şahid2 Bakı Dövlət Universitetində təhsil almasını Təqsirləndirilən şəxs danışdıqda Təqsirləndirilən şəxs demişdir ki, onun qızını Bakı Dövət Universitetinin tarix fakültəsinə düzəldə bilər və bu barədə onunla əlaqə saxlayıb ona məlumat verəcək. 2021ci ilin avqust ayının ilk günündə Təqsirləndirilən şəxs onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq qızının işini danışdığını və bunun müqabilində 10.500 manat pul tələb olunduğunu və onunla görüşmək istədiyini ona bildirib həmin məbləğdə pul hazır olduğu halda iş yerinə gəlməyini ona demişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramı vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına təhsil X2 fotoşəkillərini və müxtəlif məzmunlarda mətnlər göndərib özünün bu sahədə ələqələrinin və məlumatlı olduğunu bildirib onu inandırmışdır. O, 04 avqust 2021-ci ildə 10.000 manat pulu götürüb Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Lor Hospitalın” yaxınlığındakı Vətən Mühafizə Xidmətinin ofisinə getmiş və orada otaqda onu Təqsirləndirilən şəxs qarşılamışdır. Həmin günü 10.000 manat pulu və qızı Aytaca məxsus attestatı Təqsirləndirilən şəxs vermiş, Kənana hazırda 500 manat pulu özü ilə gətirmədiyini bildirdikdə buna görə Kənan ona qardaşı Şahid1 məxsus "xxxx" ASC-yə aid plastik kartın şəklini ona məxsus telefona göndərmişdir. Həmin pulun 500 manatını isə o, 11 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə, 3/46 ünvanda yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi hesab nömrəsinə köçürmüşdür. Pulu Təqsirləndirilən şəxs ondan aldıqdan sonra qızı Aytacı tezliklə 2021-ci ilin sentyabr ayında Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alacağını və bir müddət sonra isə qızının təhsilini BDU-nin hüquq fakültəsində davam etdirəcəyini ona demişdir. Bundan sonra Təqsirləndirilən şəxs şirinlik olaraq ondan 500 manat pul istəmiş, lakin o, Kənana üzərində yalnız 320 manat pul olduğunu bildirdikdə Kənan ona bildirmişdir ki, həmin 320 manat pulu ona məxsus “Kapital Banka” aid plastik karta göndərsin. 24 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə, 3/46 ünvanında yerləşən “Lider” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid karta 320 manat pulu köçürmüşdür. 2021ci ilin sentyabr ayının 15-də qızı Aytacın BDU-nun tarix fakültəsinə düzəlmədiyini və alınmadığını anlayıb Təqsirləndirilən şəxs zəng edib bunun səbəbini soruşduqda Kənan ona bildirmişdir ki, 2022-ci ilin yanvar ayına kimi qızının işi həll olunacaq. Təqsirləndirilən şəxs onu inandırmış və o, Kənanın dediyi müddəti gözləmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs 1500 manat pul lazım olduğunu dedikdə isə o, bu dəfə 04 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-yə aid hesab nömrəsinə 1500 manat göndərmişdir. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onun yaşadığı Sumqayıt şəhərinə gələrək onunla görüşüb söhbət edən zaman ona bildirmişdir ki, qızı Aytacın işi ilə bağlı əlavə olaraq 7500 manat pul da lazım olacaq. Təqsirləndirilən şəxsla razılaşıb 7500 manat pulu ona bir həftə ərzində göndərəcəyini demişdir. Bundan sonra o, 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid hesab nömrəsinə 5.000 manat və 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid hesab nömrəsinə 1.000 manat pul köçürmüşdür. 25 noyabr 2021-ci ildə isə onun özü 1.500 manat pulu götürüb Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Lor Hospitalın” yaxınlığındakı Vətən Mühafizə Xidmətinin ofisinə getmiş və orada otaqda 1.500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə ondan 19.820 (on doqquz min səkkiz yüz iyirmi) manat pulu aldıqdan sonra onu əmin etmişdir ki, təhsil naziri onun tanışıdır və onun vasitəsilə qızını Bakı Dölvət Universitetinin tarix fakültəsinə, 2022-ci ildə isə həmin universitetin hüquq fakültəsinə düzəldəcək. Daha sonralar işin alınmadığını görüb Təqsirləndirilən şəxs pulunu tələb etməyə başladıqda Kənan müxtəlif bəhanələr gətirib ona 19.820 manat pulunu qaytarmamışdır və ona ümumilikdə 19.820 manat maddi ziyan vurmuşdur. Daha sonra məhkəməyə xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Həmçinin məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənildiyindən onunla barışmışdır, mülki iddia tələbinə dair ərizəsindən imtina etdiyini qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, anası Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 7 ünvanında yaşayır. 2021-ci ilin iyul ayında anası Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil almaq istəmiş və buna görə anası onun həmin ali məktəbə qəbul olunmağı ilə bağlı tanış axtarmışdır. Anası Zərərçəkmiş şəxs 2021-ci ilin avqust ayında ona demişdir ki, Təqsirləndirilən şəxs adında bir nəfərlə söhbət edib və Təqsirləndirilən şəxs ona söz verib ki, onu Bakı Dövlət Universitetinin tarix fakültəsinə düzəldə bilər və Təqsirləndirilən şəxs 10.500 manat pul lazım olduğunu bildirib anası ilə görüşmək istədiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına təhsil X2 fotoşəkillərini və müxtəlif məzmunlarda mətnlər göndərib özünün bu sahədə ələqələrinin və məlumatlı olduğunu bildirib anasını inandırmışdır. 04 avqust 2021-ci ildə anası evdən 10.000 manat pulu götürüb Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən iş yerinə gedib orada Təqsirləndirilən şəxs 10.000 manat pulu və ona məxsus attestatı vermişdir. Bundan sonra anası Təqsirləndirilən şəxs elektron ödəmə terminalları vasitəsilə bir neçə dəfə kart hesabında pul göndərmişdir. Anası tərəfindən bildirdiyinə görə ümumilikdə 19.820 manat pul vəsaiti Təqsirləndirilən şəxs verilmişdir. O, anası bir dəfə birlikdə Kənanla görüşmək üçün Bakı şəhəri, Nərimanov rayonuna getmiş və Kənandan ona məxsus attestatını və pulu istəməsinə baxmayaraq Kənan nə pulu, nədə ki, onun attestatını qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid1 Kənan oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və qardaşı 2021ci ilin avqust ayında qardaşı Təqsirləndirilən şəxs bank kartı lazım olduğundan o, özünə məxsus olmaqla onun adına olan "xxxx" ASC-yə aid kartı istifadə etmək üçün qardaşı Təqsirləndirilən şəxs vermiş və demək olar ki, kart uzun müddət qardaşı Kənanın istifadəsində qalmışdır. Onun adına olan "xxxx" ASC-yə kartı qardaşı Təqsirləndirilən şəxs istifadəsində olduğundan həmin bank hesabına kimin nə qədər pul köçürməsindən onun xəbəri olmayıb. Ona məxsus olan bank kartı qardaşının istifadəsində olduğundan həmin hesab nömrəsinə pul köçürən şəxsləri o, tanımır və bank əməliyyatlarını bir bank tətbiqi vasitəsilə qardaşı Təqsirləndirilən şəxs özü aparmışdır. O, Zərərçəkmiş şəxs tanımır, ola bilsin ki, Gülləri onun qardaşının işlədiyi ofisdə olan zaman görüb. Amma onun Zərərçəkmiş şəxs ilə heç bir şəxsi münasibəti olmayıb və Gülləri şəxsən tanımır. "xxxx" ASC-yə aid plastik kart ona məxsus olsa da Zərərçəkmiş şəxs həmin kart hesabına köçürülmüş pullar barədə məlumatlı olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Şahid2 Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almağa düzəltmək adı ilə pul alıb-almadığı barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etməsini bildirmişdir. Məhkəmədə tədqiq edilən CD-diskin götürülməsi, baxış aparılması və səs yazısının dinlənilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı əks olunmuşdur. Məhkəmədə tədqiq edilən CD-diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və anten məlumatlarından görünür ki, ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021 il də saat 21:41:41, xx.xx.2021-ci il saat 13:36:01-də, xx.xx.2021-ci il saat 16:34:37-də və xx.xx.2021-ci il saat 18:02:13-də telefon danışıqları olmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda görünür ki, qeyd edilən xəstəxanda Təqsirləndirilən şəxs qediyyatda olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirıiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Danışnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan 19820 manat hesab edilmişdir. 04 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş pul vəsaitlərinin köçürülməsinə dair əməliyyatların aparılmasını təsdiq edən “eManat” elektron ödəmə terminalına aid 02 ədəd 17 noyabr 2021-ci il tarixli, 01 ədəd 24 avqust 2021-ci il tarixli qəbzlərin surətinin olduğu 01 ədəd vərəqə, 01 ədəd “eManat” elektron terminalına aid 11 avqust 2021-ci il tarixli və “eManat” elektron ödəmə terminalına aid 04 noyabr 2021-ci il tarixli qəbzlərin və üzərində “Kanan Adıgozalov” yazılmış "xxxx" ASC-yə aid 4169 7385 1254 7682 nömrəli bank hesab kartının kserorutləri olan vərəqə, 24 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş səsyazıları olan 01 ədəd “CD” disk, 24 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş səsyazıları olan 01 ədəd “CD” diskə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması haqqında tərəfimdən tərtib edilmiş protokollar Zərərçəkmiş şəxs götürülmüş pul vəsaitlərinin köçürülməsinə dair əməliyyatların aparılmasını təsdiq edən “eManat” elektron ödəmə terminalına aid 02 ədəd 17 noyabr 2021-ci il tarixli, 01 ədəd 24 avqust 2021-ci il tarixli qəbzlərin surətinin olduğu 01 ədəd vərəqəyə, 01 ədəd “eManat” elektron terminalına aid 11 avqust 2021-ci il tarixli “eManat” elektron ödəmə terminalına aid 04 noyabr 2021-ci il tarixli qəbzlərin və üzərində“Kanan Adıgozalov” yazılmış "xxxx" ASC-yə aid 4169 7385 1254 7682 nömrəli bank hesab kartının kserorutləri olan vərəqlər, 04 fevral 2023-cü il tarixdə cinayət işi üzrə tərəfimdən təqsirləndirilən şəxs X1 götürülmüş 01 ədəd "xxxx" ASC-nə məxsus **********547682 hesab nömrəsi olan “VİSA” elektron plastik bank kartı, "xxxx" MMC-dən və "xxxx" MMCdən "xxxx" ASC-əldə edilmiş CD-disklər cinayət işi üzrə sübut növü qiymətləndirilmişdir.Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "xxxx" ASC-nə məxsus **********547682 hesab nömrəsi olan “VİSA” elektron plastik bank kartı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məklumluğu olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-cil tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 1(037)-46/2018 saylı xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddəsi ilə təqsirli bilinmiş 01 il, 10 ay, 02 gün azadlıqdan məhuruetmə cəzası təyin edilmiş Aərbyacan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il, 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulmasına” dair xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə” dair 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilərək 3 saylı İstintaq Təcridxanasına etap olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitesiar Xidməti 3 saylı İstintaq Təcridxanası tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarilxi məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarxidə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs təqdim etdiyi iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlcədən zərərçəkən şəxsə ödədiyi 4500 manat qaytarması nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən hökmdə ondan 15320 manat məbləğində pulun və ödənilmiş 136 AZN dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilən notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir tələbi və şikayəti yoxdur gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görsənir ki, o təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı vermiş olduğu mülki iddiadan və mülki iddanin verilməsi ilə bağlı ödəmiş olduğu dövlət rüsumundan imtina etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pullar müqabilində ona qızı Aytacı Bakı Dövlət Universitetinin tarix fakültəsinə təhsil almağa düzəldəcəyi dair vədi, bunun müqabilində Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ondan dələduzluq yolu ilə ələ keçirilmiş sonuncuya məxsus 19820 manat pulu alması ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs özüünü qimən təqsirli bilərək, zərərçəkmiş şəxsə 9000 manat pulu qaytaması və yalnız onun zərərçəkmiş şəxsə 10000 manat borcu qalması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin vurulmuş maddi ziyanla razılaşmaması ilə bağlı ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət əməlləri törətməsini, ona təyin edilmiş cəzasını çəkib bitirməsini, yenidən eyni xarakterli əməl törətməsi islah yoluna qədəm qoymaması kimi qiymətləndirilir və şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (30 yanvar-01 fevral 2023-cü il) və 06 sentyabr 2023-cü il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bundan başqa məhkəmə zərərçəkmiş şəxsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş barışıq ərizəsindən mülki iddia ilə bağlı hissəsini nəzərdən keçirdib qeyd edir ki, mülki iddiadan imtina heç bir şəxsin hüquqlarını və qanuni mənafelərini pozmadığından mülki iddiadan imtina ilə bağlı ərizəsi nəzərə alınmalıdır. CPM-nin 186.1-ci maddəsinə əsasən - cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0, 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə CM-nin 99-1.2-ci maddəsinə əsasən hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (30 yanvar-01 fevral 2023cü il) və 06 sentyabr 2023-cü il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il, 09 (doqquz) ay, 18 (on səkkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və onun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası üzrə icraata xitam verilsin. Maddi ziyanı 04 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş pul vəsaitlərinin köçürülməsinə dair əməliyyatların aparılmasını təsdiq edən “eManat” elektron ödəmə terminalına aid 02 ədəd 17 noyabr 2021-ci il tarixli, 01 ədəd 24 avqust 2021-ci il tarixli qəbzlərin surətinin olduğu 01 ədəd vərəqə, 01 ədəd “eManat” elektron terminalına aid 11 avqust 2021-ci il tarixli və “eManat” elektron ödəmə terminalına aid 04 noyabr 2021-ci il tarixli qəbzlərin və üzərində “Kanan Adıgozalov” yazılmış "xxxx" ASC-yə aid 4169 7385 1254 7682 nömrəli bank hesab kartının kserorutləri olan vərəqə, 24 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş səsyazıları olan 01 ədəd “CD” disk, 24 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs götürülmüş səsyazıları olan 01 ədəd “CD” diskə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması haqqında tərəfimdən tərtib edilmiş protokollar Zərərçəkmiş şəxs götürülmüş pul vəsaitlərinin köçürülməsinə dair əməliyyatların aparılmasını təsdiq edən “eManat” elektron ödəmə terminalına aid 02 ədəd 17 noyabr 2021-ci il tarixli, 01 ədəd 24 avqust 2021-ci il tarixli qəbzlərin surətinin olduğu 01 ədəd vərəqəyə, 01 ədəd “eManat” elektron terminalına aid 11 avqust 2021-ci il tarixli “eManat” elektron ödəmə terminalına aid 04 noyabr 2021-ci il tarixli qəbzlərin və üzərində“Kanan Adıgozalov” yazılmış "xxxx" ASC-yə aid 4169 7385 1254 7682 nömrəli bank hesab kartının kserorutləri olan vərəqlər, 04 fevral 2023-cü il tarixdə cinayət işi üzrə tərəfimdən təqsirləndirilən şəxs X1 götürülmüş 01 ədəd "xxxx" ASC-nə məxsus **********547682 hesab nömrəsi olan “VİSA” elektron plastik bank kartı, "xxxx" MMC-dən və "xxxx" MMC-dən "xxxx" ASC-əldə edilmiş CD-disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-206/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-206/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver