Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-206/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penilensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 noyabr 2023-ci il tarixdə saat 08:45 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasının yeraltı piyada keçidində olan “Zeytun” aptekin qarşısında dayanıb dərman preparatı almaq istəyən Zərərçəkmiş şəxs4 yanında dayanaraq əczaçıdan 20 manat pulun xırdalanmasını bəhanə etməklə sonuncu tərəfindən aptekin pəncərəsinin qarşısına qoyulmuş üzərində 10 manat dəyərində ekran qoruyucusu, 5 manat dəyərində qoruyucu örtüyü, hər birinin dəyəri 8 manat olmaqla cəmi dəyəri 16 manat olan “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələri olan 600 manat dəyərində “Samsung A12” markalı mobil telefonu əli ilə götürüb gödəkçəsinin qolunda gizlətməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 631 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakım gizli olaraq talama məqsədilə 22 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində ünvan 3 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında marşrut avtobusda sərnişin qismində hərəkətdə olarkən, həmin avtobusda sərnişin qismində olan X7 verdi qızının əynindəki gödəkçəsinin sol yan cibindən sonuncuya məxsus, üzərində 5 manat dəyərində “Bakcell" şəbəkəsində istifadə olunan ***-***-**-** və 5 manat dəyərində “Azercell" şəbəkəsində istifadə olunan ***-***-**-** mobil telefon nömrələri, 5 manat dəyərində ekran qoruyucusu və 5 manat dəyərində qoruyucu örtük olan 540 manat dəyərində “Samsung Galaxv A14" markalı mobil telefonu götürüb gizli yolla talayaraq zərərçəkmiş şəxs X1 ümumilikdə 560 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 noyabr 2023-cü il tarixdə saat 09:02 radələrində “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin “Dərnəgül" stansiyası istiqamətində hərəkətdə olan qatarın “28 May" stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus üzərində hər birinin dəyəri 17 manat 50 qəpik olmaqla cəmi dəyəri 35 manat olan “Azercell" şəbəkəsində istifadə olunan ***-***-**-** və 051 - ***-**-** saylı mobil nömrələri olan 750 manat dəyərində Samsung A52" markalı mobil telefonu götürüb gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 785 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Tulər" marketin qarşısında 2 nömrəli marşrut xətti ilə hərəkətdə olan mikroavtobusda sərnişin qismində hərəkətdə olarkən, həmin avtobusda sərnişin qismində olan X5 əynində olan ağ rəngli idman şalvarının qabaq sağ cibindən sonuncuya məxsus üzərində 20 manat dəyərində ekran qoruyucusu, 24 manat dəyərində qoruyucu örtüyü və 6 manat dəyərində “Bakcell" şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 3600 manat dəyərində “İphoııe 14 pro" markalı mobil telefonu götürüb mikroavtobusun dayanmasından istifadə edərək yerə düşüb həmin yerdən uzaqlaşmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 3650 manat ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 dekabr 2023-cü il tarixdə saat 11:30 radələrində “Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyətinin “20 Yanvar" dairəsindən “Gənclik" metrostansiyasının girişi istiqamətində 211 nömrəli marşrut xətti ilə hərəkətdə olan iritutumlu avtobusda, yəni ünvan 4 ünvanın qarşısında olarkən Zərərçəkmiş şəxs3 diqqətinin onda olmamasından istifadə edərək əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən sonuncuya məxsus üzərində 8 manat dəyərində ekran qoruyucusu və 6 manat dəyərində “Azercell" şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 500 manat dəyərində “Samsung A20" markalı mobil telefonu götürüb gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 514 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının axırlarında oğurluq hadisəsi törətdiyinə görə Şəmkir rayon məhkəməsi tərəfindən həbs edilmiş və həmin hadisəni törətdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 sentyabr 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuş, bundan sonra heç bir yerdə işləmədiyinə görə maddi çətinlikləri yaranmağa başlamış və bu səbəbdən yenidən oğurluq hadisəsi törədərək pul əldə etmək qərarına gəlmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 08:45 radələrində oğurluq etmək məqsədilə "xxxx" QSC-nin “Gənclik” stansiyasına gəlmiş və metro stansiyasının yeraltı piyada keçidi ilə hərəkət edərkən sonradan şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs4 keçiddə olan aptekin qarşısında dayandığını, hansısa dərman preparatı almasını, özünə məxsus mobil telefonu isə aptekin pəncərəsinin qarşısına qoyduğunu görmüşdür. Həmin vaxtı qeyd etdiyi mobil telefonu oğurlamaq qərarına gəlmiş və aptekdə işləyən satıcıya yaxınlaşıb 20 manatlıq pul əskinasını xırdalamasını xahiş etmiş, satıcı pul xırdalamadığını bildirdikdə ona tərəf uzatdığı 20 manatlıq pul əskinasını geri çəkərkən əli ilə Zərərçəkmiş şəxs4 mobil telefonunu götürüb gödəkçəsinin qolunun altına salıb oradan uzaqlaşmışdır. Hadisəni törətdiyi yerdən bir qədər uzaqlaşdıqdan sonra oğurladığı mobil telefonun “Samsung A12” markalı olduğunu bilmiş və mobil telefonu söndürmüşdür. Sonra isə mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Bundan başqa, 23 noyabr 2023-cü il tarixdə saat 09 radələrində oğurluq etmək məqsədilə "xxxx" QSC-nin “28 May” stansiyasına gəlmiş və metroya daxil olub sərnişinlərin çox olduğu yerdə pul, mobil telefon yaxud da qiymətli əşyalar oğurlamaq qərarına gəlmişdir. Metronun “28 May” stansiyasının platformasında dayanıb qatarın gəlməsini gözləyən sərnişinlərə baxan zaman platformada dayanmış adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs2 İdman oğlunun əynində olan şalvarın arxa sağ cibində olan mobil telefon diqqətini cəlb etmişdir. Həmin vaxt qeyd etdiyi mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə platformada dayanan qatara minmək istəyən sərnişinlərə yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs2 arxa tərəfinə keçmiş və sərnişinlər qatarın vaqonuna minməyə başlamışlar. Zərərçəkmiş şəxs2 arxasınca gedib onu təqib etməyə başlamış, platformada olan sərnişin sıxlığından istifadə edərək onun əynində olan şalvarın arxa sağ cibində olan mobil telefonu oğurlamışdır. Sonra Zərərçəkmiş şəxs2 vaqonda sərnişin çox olduğu üçün minə bilməyib, digər vaqona tərəf istiqamətlənmişdir. Qatarın digər vaqonuna minib həmin yerdən uzaqlaşmışdır. Metrodan çıxdıqdan sonra oğurladığı mobil telefonun ‘‘Samsung A52” markalı olduğunu bilmiş və telefonu söndürmüşdür. Sonra həmin mobil telefonu cibinə qoyub metronun ”20 Yanvar” stansiyasının çıxışında yerləşən ünvan 5 ünvanda, adını xatırlamadığı mobil telefonların alqı-satqısı mağazasına gəlib 22 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 və 23 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 oğurladığı mobil telefonları cəmi 100 manata satmış, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 25 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında 2 saylı marşrut avtobusa minib oturacaqların birində əyləşmiş və avtobusda olan sərnişinlərin ciblərindən, yaxud da çantalarından oğurluq etmək üçün münbit şəraitin yaranmasını gözləməyə başlamışdır. Həmin vaxt marşrut avtobusda bir nəfər, təxminən 17-18 yaşlı bir oğlanın dayandığını, həmin oğlanın əynində olan ağ rəngli idman şalvarının qabaq sağ cibində isə mobil telefon olduğunu görmüşdür. Avtobus “Tufər” marketə yaxınlaşan zaman gediş haqqını ayaq üstə dayanmış tanımadığı sərnişinə verib, sürücüyə verməsini xahiş etmişdir. Həmin şəxs də pulu ondan alıb sürücüyə vermiş və sürücünün ona qaytardığı qalıq pulu ona qaytarmışdır. Az sonra avtobus “Tufər” marketin qarşısında dayandıqda oturacaqdan ayağa qalxıb cibində mobil telefon olan şəxsə yaxınlaşmış və onun əynində olan ağ rəngli idman şalvarının qabaq sağ cibində olan mobil telefonu əli ilə götürüb cibinə qoymuşdur. Bundan sonra sakitcə avtobusdan düşüb yaxınlıqdakı park istiqamətində addımlayaraq həmin yerdən uzaqlaşmışdır. Yolla gedərkən baxdıqda ələ keçirdiyi mobil telefonun “İphone 14 Pro Max” markalı olduğunu görmüş və mobil telefonun üzərində olan nömrəni çıxarıb yadında qalmayan yerdə yolun kənarına almışdır. Bundan sonra Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda mobil telefon alqı-satqısı ilə məşğul olan Pərviz adlı şəxsin yanına getmiş və cinayət yolu ilə əldə etdiyi mobil telefonu tapdığını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona demişdir. Pərviz də həmin mobil telefona baxdıqdan sonra 300 manata alacağını dedikdə razılaşmışlar. Həmin mobil telefonu Pərviz adlı şəxsə 300 manata satmış və əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 01 dekabr 2023-cü il tarixdə saat 11:15 radələrində oğurluq etmək məqsədilə Bakı şəhəri ərazisində, ”20 Yanvar" adlanan dairənin yaxınlığında yerləşən adını xatırlamadığı küçədə olan avtobus dayanacağına gəlmişdir. Bir qədər gözlədikdən sonra 211 nömrəli iritutumlu marşrut avtobusu dayanacaqda dayanmış və avtobusa minib avtobusun sol tərəfində olan hissəsində pəncərənin yanında ayaq üstə davanmışdır. Avtobus bir qədər hərəkət edib saat 11:30 radələrində ”20 Yanvar” dairəsini keçdikdən sonra “Velotrek” deyilən yerin qarşısında dayanmış və sərnişinlər avtobusa minmişlər. Həmin vaxt adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs3 avtobusa mindiyini, gəlib onun yanında olan oturacaqda tanımadığı qadının yanında əyləşdiyini görmüşdür. Avtobus hərəkətdə olarkən Zərərçəkmiş şəxs3 mobil telefonu ilə nəsə işlə məşğul olub bitirdikdən sonra mobil telefonunu əyinində olan qara rəngli gödəkcəsinin sol cibinə qoymuşdur. Həmin vaxtı qeyd etdiyi mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Avtobus Nərimanov rayonu. Atatürk prospektinə çatdıqda tanımadığı qadın Taranə Nurullayevanın yanından qalxıb avtobusdan düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs3 pəncərə tərəfdə üzü hərəkət istiqamətinin əksinə əyləşmiş və özü də onun yanında oturmuşdur. Avtobus hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsinə çatdıqda Zərərçəkmiş şəxs3 gödəkçəsinin sol yan cibinə əlini salıb onun mobil telefonunu götürmüşdür. Avtobus növbəti dayanacaqda dayanan kimi ayağa qalxıb avtobusu tərk etmiş və bir qədər həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı mobil telefonun “Samsung A20” markalı olduğunu bilmiş, telefonu söndürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanımadığını, “Samsung A14" markalı mobil telefonunu oğurlamadığını və həmin epizod üzrə özünü təqsirli bilməməsini bildirmişdir. 04 dekabr 2023-cü il tarixdə polis əməkdaşları onu saxlamışlar və Polis İdarəsinə dəvət etdikdə etiraz etməyərək Polis İdarəsinə gəlib törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Oğurluq cinayətləri nəticəsində əldə eldiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq hadisələrini tək törətmiş, bu barədə əvvəldən yaxud da sonradan heç kimə heç bir söz deməmiş, heç kimlə əlbir olmamışdır. Həmin hadisələri törədərkən mobil telefonlarını ələ keçirdiyi şəxslərə qarşı heç bir formada zor tətbiq etməmiş, xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında özünün istifadə etməsindən ötrü 600 manat pul müqabilində “Samsung" markalı “A 12" modelli mobil telefon almış və hər birinin dəyəri 8 manat olan “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri üzərinə yerləşdirmişdir. Həmçinin mobil telefonun üzərində 10 manat dəyərində ekran qoruyucusu, 5 manat dəyərində telefon qoruyucu örtüyü olmuşdur. 22 noyabr 2023-cü il tarixdə saat 08:37 radələrində Nərimanov rayonu Montin qəsəbəsində yerləşən 57 nömrəli tam orta məktəbin qarşısından 4 nömrəli marşurut xətli ilə hərəkət edən avtobusa minib, “Gənclik” metrostansiyasının girişinə gəlmişdir. Daha sonra isə həmin stansiyanın yeraltı piyada keçidinə daxil olub keçiddə yerləşən “Zeytun” aptekə yaxınlaşmış və övladı üçün dərman preparatı almaq istəmişdir. Lakin, dərmanın birini alsa da, digər dərman olmadığı üçün onu sifariş etmişdir. Həmin vaxt mobil telefonunu aptekin pəncərəsinin qarşısında qoyub əczaçı ilə söhbət edərək olmayan dərmanı sifariş etmişdir ki, növbəti günü həmin dərmanı gətirdikdə salın alsın. Bu zaman yanında bir nəfər sonradan adı məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq əlində 20 manat pulu əczaçıya uzadıb xırdalamasını istəmişdir. Əczaçı pulun xırdalanmamasını bildirdikdə o, əlini geri çəkib cibinə qoyaraq çıxıb getmişdir. Həmin vaxt dərman sifarişi ilə əlaqədar əczaçının nömrəsini telefonuna qeyd elmək üçün telefonu götürmək istədikdə aşkar etmişdir ki, telefonu yoxdur. Dərhal telefonunun oğurlanmasını başa düşmüş və polisə müraciət etmişdir. O bildirmişdir ki, telefonunun oğurlanmasını və baş vermiş hadisəni görməmişdir. Oğurlanmış mobil telefonunda olan mobil nömrənin balansında pul olmamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumlikdə 631 manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış telefonu 600 manat, üzərində 10 manat dəyərində ekran qoruyucusu, 5 manat dəyərində qoruyucu örtüyü, hər birinin dəyəri 8 manat olan “Bakcell” şəbəkəsində istifadə olunan 055- ***-**-** və ***-***-**-** saylı mobil nömrələri dəyərində olmuşdur. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, şəxsi istifadəsində olan “Samsung Galaxy A14” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən istifadə elmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində şəxsi işi ilə əlaqədar marşrut avtobusla Bakı şəhərində yerləşən “Qara Qarayev” metroslansiyası tərəfdən “Ayna Sultanova” adlanan yer istiqamətində hərəkət etmiş, avtobusda sərnişinlər çoxluq təşkil eldiyinə görə ayaq üstə dayanmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanın yaxınlığındakı avtobus dayanacağına çatan zaman avtobus dayanacaqda dayanmış və avtobusdan yerə düşmüşdür. Bu zaman əynində olan gödəkçənin mobil telefonunu saxladığı sol yan cibinə baxdıqda mobil telefonunun yerində olmadığını müəyyən etmiş, həmin vaxtı mobil telefonunu itirdiyini düşündüyünə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Lakin, sonradan məlum olmuşdur ki, 22 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində marşrut avtobusla Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanın yaxınlığındakı avtobus dayanacağına çatmağa az, bir məsafə qalan zaman sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs, ona məxsus mobil telefonu əynində olan gödəkçənin sol yan cibindən oğurlamışdır. O, göstərmişdir ki, özünə məxsus Samsung Galaxy A14” markalı mobil telefonunun oğurlanması hadisəsi nəticəsində ona ümumilikdə 560 manat ziyan dəymişdir. Belə ki, oğurlanmış ‘'Samsung Galaxy A14” markalı mobil telefonunun dəyəri 540 manat, həmin mobil telefonun üzərində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinin hər birinin dəyəri 5 manat olmaqla cəmi 10 manat, mobil telefonun üzərində olan ekran qoruyucusunun dəyəri 5 manat və mobil telefonun qoruyucu örtüyünün dəyəri 5 manatdır. Özünə məxsus ''Samsung Galaxy A14” markalı mobil telefon 22 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində, marşrut avtobusla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanın yaxınlığındakı avtobus dayanacağına çatan zaman oğurlanmışdır. Belə ki, qeyd etdiyi avtobusun dayanacağa çatmasından təxminən 5 dəqiqə əvvəl özünə məxsus mobil telefonun əynində olan gödəkçənin cibində olduğunu yoxlamışdır. O, göstərmişdir ki, “Samsung Galaxy A14” markalı mobil telefonu oğurlanan zaman telefonun üzərində olmuş mobil telefon nömrələrində heç bir məbləğdə pul, həmçinin mobil telefonunun üzərində digər mobil telefon aksesuarları olmamışdır. Oğurluq hadisəsi baş verən zaman sərnişini olduğu marşrut avtobusda çoxlu sayda sərnişinlər olsa da, hadisənin şahidlərinin kimlər olmasını bilmir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 məhkəmədə iştirak etməmişdirlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları fadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 20:30-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" QSCnin “28 May” metrostansiyasının platformasında quraşdırılmış nəzarət-müşahidə kamerasının 23 noyabr 2023-cü il tarixdə qeydə aldığı görüntüdə Təqsirləndirilən şəxs metroda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxluq şəkildə vaqona minməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə arxadan yaxınlaşaraq vaqona onunla birlikdə minməsi zamanı cibindən mobil telefonunu çəkib götürməsi, zərərçəkmiş şəxsin mindiyi vaqondan digər vaqona minərək oradan uzaqlaşması müşahidə olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-951/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-298/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 08 aprel 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən və hökmdən görünür ki, o, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır, qəti cəza olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cəzasının sonu 30 sentyabr 2023-cü ildə başa çatmış, həmin tarixdə cəzanın sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" QSC-nin “28 May” metrostansiyasının platformasında quraşdırılmış nəzarət-müşahidə kamerasının 23 noyabr 2023-cü il tarixdə qeydə aldığı görüntüləri əks etdirən 01 ədəd CD diskin maddi sübut kimi qiymətləndirilməsi qərara alınmışdır . Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır, qəti cəza 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cəzasının sonu 30 sentyabr 2023-cü ildə başa çatmış, azad olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 177.2.2 və 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi "xxxx" QSC-nin “28 May” metrostansiyasının platformasında quraşdırılmış nəzarət-müşahidə kamerasının 23 noyabr 2023-cü il tarixdə qeydə aldığı görüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 dekabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - "xxxx" QSC-nin “28 May” metrostansiyasının platformasında quraşdırılmış nəzarət-müşahidə kamerasının 23 noyabr 2023-cü il tarixdə qeydə aldığı görüntüləri əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-206/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-206/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver