Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-207/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq təkrarən talayaraq oğurluq etmiş və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən lombarda gəlib həmin lombardda işləyən Zərərçəkmiş şəxs8 əvvəlcədən tanışı Şahid2 tərəfindən lombarda qoyulmuş “Samsung” A21 S markalı mobil telefonu geri qaytarmaq məqsədi ilə Zərərçəkmiş şəxs8 almış olduğu "xxxx" banka aid 4169-7388-6501-5048 nömrəli bank kartına 110 manat ödəniş etmək adı ilə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda həmin hesaba müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən həmin kartdan 11 noyabr 2022-ci il tarixdə 352 manat məbləğində 17 noyabr 2022-ci il tarixdə isə 160 manat məbləğində olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 512 manat məbləğində pul vəsaitini öz hesabına köçürərək həmin pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs8 512 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, 07 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs11 işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yerləşən 13/33 saylı mağazaya gələrək oradan 01 ədəd “HNC” markalı 650 manat dəyərində olan ətçəkən maşın aparatını almaq və Zərərçəkmiş şəxs11 istifadəsində olan 16 rəqəmlli “YELO” banka məxsus plastik karta ödəniş edəcəyi adı ilə aldadaraq həmin əmlakı ələ keçirərək oradan çıxıb gedərək Zərərçəkmiş şəxs11 650 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 01 yanvar 2023-cü il tarixdə saat 20 radələrində ünvan 4 ünvanında yerləşən köşkə gəlib həmin köşkü işlədən Zərərçəkmiş şəxs9 1 ədəd təbii meyvə şirəsi alıb pulu kartla ödəniş etmək adı ilə sonuncunun "xxxx" Banka məxsus 4098-5844-5843-1838 seriyalı bank kartını götürüb ödəniş etmək adı ilə ünvan 5 ünvanda həmin hesaba müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən mobil tətbiq vasitəsilə həmin kartdan öz hesabına 636 manat məbləğində pul vəsaitini köçürməklə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 636 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 01 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvanı küçəsində yerləşən “Elit” mağazasına müştəri kimi daxil olaraq, aldığı ərzaq məhsulların pulunu ödəmək üçün satıcı Zərərçəkmiş şəxs14 “Leo" bank kartının 4098-5844-6764- 7960 saylı 16 rəqəmli kodu öyrənib ödəniş etdikdən sonra, 02 yanvar 2023-cü il tarixdə sonuncunun bank hesab kartına müdaxilə edərək internet üzərindən elektron məlumat daşıyıcısından istifadə etməklə kartdan 525 manat məbləğində pul vəsaitini “Mpay” tətbiqi vasitəsi ilə öz hesabına köçürərək talayaraq, Zərərçəkmiş şəxs14 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə, 05 yanvar 2023-cü il tarixdə saat 15-45 radələrində ünvan 6 ünvanında yerləşən “Armada” elektrik malları mağazasına gəlib Seyran adlı satıcıdan işıq cihazını almaq istəməsini, pulu kartla ödəniş etmək adı ilə Zərərçəkmiş şəxs10 məxsus "xxxx" banka məxsus bank kartını götürüb ödəniş etmək bəhanəsi ilə ünvan 5 ünvanda həmin hesaba müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən mobil tətbiq vasitəsilə həmin kartdan öz hesabına 1844 manat məbləğində pul vəsaitim köçürüb talamaqla, Zərərçəkmiş şəxs10 1844 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 10 yanvar 2023-cü il tarixaə saat 11.51 radələrində Zərərçəkmiş şəxs12 "xxxx" Banka məxsus 4098-5844-5015-3216'seriyalı bank kartından ünvan 5 ünvanda “Mpay” mobil tətbiqi vasitəsilə internet üzərindən hesaba müdaxilə edərək öz hesabına 587 manat məbləğində pul vəsaitini köçürüb talamaqla, Zərərçəkmiş şəxs12 587 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 yanvar 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən mağazaya müştəri qismində daxil olaraq aldığı siqaretlərin pulunu ödəmək üçün mağazada satıcı işləyən Zərərçəkmiş şəxs15 «Leo” bank kartının 4098-5844-6815-0840 saylı 16 rəqəmli kodu öyrənib ödəniş etdikdən sonra həmin günü səhər saatlarında karta müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən mobil tətbiq vasitəsilə həmin kartdan öz hesabına 468 manat məbləğində pul vəsaitim köçürüb talamaqla, Zərərçəkmiş şəxs15 qeyd olunan məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalardan istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 fevral 2023-cü il tarixdə Şahid1 məxsus "Unibank” tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli “PAN’' nömrəsini X2 işlətdiyi ***-***-**-** nömrəsini "e-pul" tətbiqindən qeydiyyatdan keçirərək kartın 5243-7544-4199-1682 nömrəsini tətbiqə daxil edib kart hesabına müdaxilə edərək həmin kartdan ***-***-**-** nömrəsinin "e-pul" hesabına 500 manat məbləğində pul vəsaitini köçürməklə Şahid1 məxsus kartdan pulu çıxarsa da kartda olan Yurdsevər İsmayıla məxsus pul 500 manat məbləğində pul vəsaitini talamaqla ona qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-** GSM nömrəsini «Google» saytında yerləşdirməklə «Leobank»-n kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdən sonra 25 fevral 2023-cü il tarixdə ona «Leo Bank»-n müştərisi kimi zəng etmiş Zərərçəkmiş şəxs5 məxsus "xxxx" Komersiya bankının təqdim etdiyi «Leobank» tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli “PAN” nömrəsini, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanında əldə etdikdən sonra 500 manat pulu “MPAY” proqramı vasitəsi ilə öz “MPAY” hesabına köçürərək talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 500 manat məbbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalardan istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-** ‘-GSM” nömrəsini «Google» saytında yerləşdirməklə «LEO” bankın kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdən sonra 26 fevral 2023-cü il tarixdə ona "xxxx" bankın müştərisi kimi zəng etmiş Zərərçəkmiş şəxs2 məxsus "xxxx" Komersiya bankının təqdim etdiyi "xxxx" bank tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli “PAN” nömrəsini, Bakı şəhəri, Sabunçu rayonu. ünvan 9 ünvanında əldə etdikdən sonra 460 manat 02 qəpik pulu “E-pul” proqramı vasitəsi ilə başqasının "e-pul" hesabına köçürərək 460 manat məbləğində pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-** “GSM” nömrəsini «Google» saytında yerləşdirməklə "xxxx" bankın kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdən sonra 01 mart 2023-cü il tarixdə ona "xxxx" bankın müştərisi kimi zəng etmiş Zərərçəkmiş şəxs3 məxsus "xxxx" komersiya bankının təqdim eldiyi "xxxx" bank tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini Ba*kı şəhəri, Sabunçu rayonu. ünvan 10 ünvanında əldə etdikdən sonra "xxxx" komersiya bankının təqdim etdiyi «Leobank» kart hesabından 1380 manat pulu başqa şəxsin «Kapital Bank« hesabına köçürərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 1380 manat pulu gizli olaraq talamaqla ona qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-** GSM nömrəsini «Google» saytında yerləşdirməklə «Leobank»-n kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdən sonra 02 mart 2023-cü il tarixdə ona «LEO” bankın müştərisi kimi zəng etmiş Zərərçəkmiş şəxs7 məxsus "xxxx" və "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli “PAN” nömrəsini Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanında əldə etdikdən sonra "xxxx" ACS-ə məxsus bank kartından 1180 manat, "xxxx" ASC-nə məxsus bank kartından isə 883 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə “MPAY” proqramı vasitəsi ilə öz “MPAY” hesabına köçürüb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs7 2063 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-**" GSM nömrəsini «Google» saytında yerləşdirməklə«Leobank»-ın kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdənsonra 04 mart 2023-cü il tarixdo Zərərçəkmiş şəxs13 məxsus "Kapital Bank’ ASC-nə aid kart hesabından 3258 manat pulu özünün “MPAY” hesabına köçürüb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs13 3258 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-**" GSM nömrəsini «Google» saytında yerləşdirməklə «Leobank»-n kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdən sonra 07 mart 2023-cü il tarixdə ona «LEO” bankın müştərisi kimi zəng elmiş Zərərçəkmiş şəxs6 məxsus "xxxx" komersiya bankının təqdim etdiyi "xxxx" bank tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli “PAN” nömrəsini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Gənclik küçəsi, məhəllə 4025, ev 29 mənzil 61 ünvanında əldə etdikdən sonra 511 manat 02 qəpik pulu “MPAY” proqramı vasitəsi ilə özünün “MPAY” hesabına köçürüb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 511 manat 02 qəpik məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarəp tamah niyyəti ilə elektron məlumat daşıyıcılarında və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özünə məxsus ***-***-**-** GSM nömrəsi ilə internetin “Teleqram" sossial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs4 ilə 08 mart 2023-cü il tarixdə saat 02 radələrində ünvan 11 ünvanında yerləşən "Konqres Mərkəzi" nin yanında görüşüb sonuncudan 850 manat dəyərində kriptoqram almaq adı ilə onun mobil telefonuna gələn məxfi kodu gizli olaraq ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs4 ***-***-**-** nömrəsi altında qeydiyyatdan keçmiş “M 10” elektron pul kisəsindən 9601.18 manat məbləğində pulu mobil tətbiqi vasitəsilə talamaqla Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 bir ilə yaxındır ki, tanımışdır. Həmin şəxslə dostluq münasibəti olmuşdur. 2023-cü ilin fevral ayının 21-də Fəridlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Tatlı" un məlumatlarının satışı mağazasının qarşısında Fəridə məxsus maşının içərisində oturmuş, Fəridə məxsus telefonu ondan istəmiş, telefonu istəməkdə məqsədi onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə "E-PUL" elektron pul kisəsini açmaq olmuşdur. Bundan sonra "xxxx" a məxsus 5243 7544 4199 1682 nömrəli bank kartını " Epul" tətbiqinə yazmış, sonra həmin kartdan 500 manat pulu "epul" tətbiqi vasitəsilə Fəridin istifadəsində olan açdığı ***- ***-**-** nömrəli Epul kaşlokuna köçürmüşdür. O, orada bu tətbiq vasitəsilə müxtəlif ödənişlər etdiyini bildirmişdir. Fərid ondan pul istəmiş və o, ona təxmini 50 manat civarında nəğd pul vermiş, həmin puldan əlavə olaraq 35 manat pul vermişdir. “Unibank" kartlarında üst tərəfdə olan 16 rəqəmin ilk 8 rəqəmi eyni, yəni 5243-7544 nömrəsi olmuş, qalan nömrəni isə bank kartlarına məxsus ardıcıllıq alqoritminə əsasən növbəli şəkildə daxil edərək şəxsin balansında vəsaitin olubolmaması ödəniş edərək müxtəlif məbləğlər daxil edib yoxlamışdır. "E-pul" ödəniş sistemi Master pass sistemi ilə çalışdığına görə cvv kod tələb olunmadığını “Epul" ödəniş sistemində həmin zaman "3D" təhlükəsizlik tələb olunmadığına görə ödəniş birbaşa həyata keçirildiyini bildirmişdir. Digər vətəndaşa məxsus plastik kartdan pul çıxararkən dostu X2 bundan xəbəri olmamışdır. Fəridin istifadəsində olan ***-***-**-** olan "epul" tətbiqindən iki dəfə digər şəxslərə məxsus kartlardan pul çəkmişdir. Bundan başqa internetdə "Leo bank" ilə bağlı ***-***-**-** GSM nömrəsini «Google» saytında yerləşdirməklə «Leobank»-n kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçmiş, sonra 26 fevral 2023-cü il tarixdə nömrəsini xatırlamıdığı şəxs ona zəng vurmuş, həmin şəxs bankla bağlı problemlərini öyrənəndən sonra ondan kartın son 8 rəqəmini yəni 64443017 nömrəsini istədiyini bildirmişdir. Sonra ondan "E-pul" tətbiq vasitəsilə onlayn ödənişlər etmək üçün kartı qeydiyyat etmişdir. Bunun üçün şəxs özündə olan "Leo Bank" tətbiqində təsdiqləmə etməsini xahiş etmişdir. O, təsdiq etdikdən sonra onun kartındakı olan 460 manat vəsaiti "e-pul" tətbiqinə köçürərək oradan müxtəlif ödənişlər edərək şəxsi ehtiyaclarını ödəmişdir. Zərərçəkmiş şəxs2 aid kartın məlumatlarını soruşarkən son 8 rəqəmini "Leo Bank" plastik kartlarındakı olan 16 PAN nömrənin ilk 8 rəqəmi həmişə eyni, yəni 4098-5844 nömrələri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ilə şəxsi tanışlığı olmamış, sadəcə onunla telefonda danışmışdır. Daha sonra internet saytında ***-***-**-** GSM nömrəsini «Google» saytında yerləşdirməklə “Leobank»ın kredit şöbəsinin əməkdaşı kimi qeydiyyatdan keçdikdən sonra 01 mart 2023-cü il tarixdə nömrəsini xatırlamdıgı səxs ona zəng vurduğu şəxs "E-manat" ödəniş sistemi ilə ozunə məxsus Leo Bank aid 4098-5844-6006-9626 nömrəli karta 1300 manat pul vurduğunu, lakin pulun hesabda oturmadığını bildirmişdir. O, ondan kartda pulun oturub-oturmamagını yoxamaq uçun kartın məlumatlarını soruşmuş, ilkin olaraq kartın son 8 rəqəmini, yəni 60069626 nömrəsini soruşmuş, kartdan pulu çıxarmaq üçün kartın sahibinə aid pinkodu və məlumatları onun nömrəsinə qöndərilən təhlükəsizlik kodu və nömrəsinə göndərilən təhlükəsizlik kodunu soruşmuşdur. Onunla danışan şəxs bu məlumatları ona verəndən sonra o, onun balansındakı 1380 manat pulu kartdan çıxartmışdır. Kartdan pulu sosial şəbəkədə tanış olduğu kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxsin "xxxx" kart hesabına 1380 manat köçürub əvəzində kriptovalyuta aldığını bildirmişdir. Zərərçəkmiş şəxs3 şəxsən tanımadığını, yalnız həmin şəxs onunla danışanda özünün şəxsiyyəti barədə məlumat vermədiyini bildirmişdir. Sonra aldığı kriptovalyutanı başqa şəxslərə satdığını bildirmişdir. Kroptovalyuta ilə bağlı bir neçə proqram ilə alış-veriş etmiş, dəqiq hansı proqramla etdiyini xatırlamadığını bildirmişdir. Təxminən 2023-ci ilin yanvar ayında MPAY ödəniş sistemi vasitəsilə Leo bank ASC-nin kartlarının təhlükəsilik kodlarını bilmədən həmin kart sahiblərinə MPAY proqramı vasitəsilə həmin kartdan MPAY-da olan hesaba köçürmələr etmək mümkün olduğu məlum olduğunu bilmişdir. Belə ki, o, kartında pul çıxartmaq istədiyi şəxsə MPAY vasitəsilə çıxarılacaq məbləğ barədə proqramdan sorğu göndərildiyini, kart sahibi özü həmin pulun çıxarılmasına razılıq verdikdə həmin məbləğ onun kartına köçürülməli olduğunu bildirmişdir. Bundan sonra sosial şəbəkə vasitəsilə Leobankın əlaqə nömrəsini axtardığını fikirləşdiyini demişdir. Təsadüfən saytların birində ***-***-**-** saylı mobil telefon nömrəsinin «Leobank» adından yazıdığını gördüyünü demişdir. Həmin nömrə sahibinə Watsaap vasitəsilə yazaraq, ona kredit lazım olduğunu bildirmişdir. Həmin şəxsdə ondan şəxsi məlumatlarını istədiyini və o, bunun saxta profil sahibi olmasını, dələduz olduğunu bildiyini demişdir. O, ona Leo bankın işçisi olmadığını, nömrəni necə qoymağını ona demişdir. Həmin şəxs 20 manat müqabilində onun nömrəsini Google axtarış saytına yerləşdirə biləcəyini demişdir. O, həmin şəxsdən onun nömrəsinin qarşısında Leo bank kredit şöbəsi yazmasını bildirmişdir. O, həmin şəxsə EMON elektron pul kisəsi vasitəsilə onun mobil nömrəsini yazaraq 20 manat pul köçürtdüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixdə onun ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrəsini həmin şəxs Google saytında Leo Kredit mütəxəsisi kimi qeyd etdiyini bildirmişdir. Bundan sonra istifadəsində mobil telefona zənglər gəlməyə başlamış, xx.xx.2023-cü il tarixdə həmin zənglərin birinə zəng vuraraq, sonradan adını Zərərçəkmiş şəxs5 bildiyi şəxs ona kredit limitinin artırılmasını istədiyini bildirmişdir. O, da ona sənin kartnı artırarıq və Leo kartının son 8 rəqəmini istədiyini demişdir. Bundan sonra həmin şəxs ona kartının son 8 rəqəmini demişdir. O, da MPAY proqramı vasitəsilə onun kartından 500 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanında öz MPAY heabına köçürtmüşdür. Bundan başqa, 02 mart 2023-cü il tarixdə sonradan adını Zərərçəkmiş şəxs7 Allahverdli qızı bildiyi şəxs ***-***-**-** nömrə ilə ona zəng etmiş, həyat yoldaşna sifariş verdikləri kartla birlikdə onun adında bank kartı gətirilməsini bildirmişdir. O, həmin xanıma adına başqa-başqa banklara kreditin olub-olmamasını soruşduğunu, xanım ona "xxxx"-a və «ABB»-ə məxsus banklarda kreditinin olduğunu bildirdiyini demişdir. O, həmin xanımdan kartların üzərində olan nömrələrini istədiyini, xanım ona kartların üzərində olan nömrələri ona dedikdən sonra o, həmin xanıma telefonuna gələn kodları ona söyləməsini demişdir. Kodları əldə etdikdən sonra həmin gün MPAY proqramı vasitəsi ilə onun "xxxx" kartından 1180, «ABB» kartından isə 883 manat və 500 manat pul vəsaitini özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 12 ünvanında MPAY hesabına köçürtdüyünü, cəmi 2063 manat pulu özünün hesab kartına keçirtdiyini bildirmişdir. Həmin pulu özünün ehtiyacına xərcləmişdir. Bundan başqa, 07 mart 2023-cü il tarixdə, sonradan adını Zərərçəkmiş şəxs6 bildiyi şəxs ***-***-**-** mobil nömrə ilə ona zəng etdiyini, istifadəsində olan "xxxx" bank kartının sifrəsini dəyişmək istədiyini demişdir. O, həmin şəxsə kartının fotoşəkilini çəkib ona Votsap vasitəsi ilə göndərməsini demişdir. Həmin şəxs ona "xxxx" banka məxsus kartının fotoşəkilini göndərdikdən sonra həmin gün MPAY proqramı vasitəsilə onun «Leobank» kartından 511 manat pulu özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanında öz MPAY hesabına köçürtdüyünü bildirmişdir. O, həmin bank kartlarından pulları öz yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanında olarkən MPAY hesabına köçürüb sərəncam vermə hüquq əldə etdiyini bildirmişdir. Bundan başqa, X8 2022-ci ildən, Zərərçəkmiş şəxs8 isə 11 noyabr 2022-ci il tarixdə tanıdığını, Şahid4 isə onun dostu olmasını bildirmişdir. Mirzənin Müşfiqə 150 manat borcu olmasını demişdir. 11 noyabr 2022-ci tarixdə Mirzə ona olan borcunu Muşfiqə verməsini, o, da onunla razılaşdığını bildirmişdir. Müşfiq ilə birlikdə Bakı şəhəri, Nizamı rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən lombarda getdiklərini bildirmişdir. Onlar lombardda olan zaman Müşfiq Adilə mobil telefonunu götürmək istədiyini bldirmişdir. Aqil Muşfiqdən pul istədikdə o, Adilə kart hesabını təqdım etməsini, pulu BirBank tətbiq proqramı vasitəsilə onun hesab nömrəsinə göndərəciyini dediyini bildirmişdir. Bundan sonra Adil “Kapital Banka aid 4169-7388-6501-5048 nömrəli plastik kart hesabını şifahi bilirdiyini demişdir. O, isə həmin hesab nömrəsinə 126 manat ödəniş etdiyini demişdir. Lakın, bir qədər sonra odənişin ləğv olduğunu demişdir. Adil pulun karta mədaxil olmadığını gordukdə mobil telefonu verməkdən imtina etdiyini və pulu kartına köçməsə telefonu verə bilməyəcəyini demişdir. Bir qədər sonra o, özünə məxsus telefonda bir bank proqramında təkrar əməliyyat etdiyini və Adilin hesab nömrəsinə yoxlamaq üçün bir manat, 2-3 dəqiqə sonra isə 126 manat pul köçürtdüyünü bildirmişdir. Adil pulun hesabına köçməsini ğördükdə mobil telefonu Müşfiqə verdiyini demişdir. Bundan sonra o və Muşfiq çıxıb getmiş, onlar yolda Müşfiqlə sağollaşaraq evə getdiyini bildirmişdir. Təxminən bir saat sonra evdə olan zaman onun "Kapital Banka" məxsus plastık kart hesabına 352,00 manat məbləğdə pul köçdüyünü bildirmişdir. O, heç nə başa düşmədiyini, həmin 352 manat pulun kart hesabına necə gəlməsini anlamadığını bildirmişdir. Həmin günü gecə saatarında mobil telefonuna zəng gəldiyini və o, telefona cavab verdiyini bildirmişdir. Adil ona onun kart hesabından 126 manat silindiyini demişdir. O, da ona xəbərinin olmadıgını demiş və sağollaşaraq getdiyini bildirmişdir. Növbəti gündə təkrar ona zəng gəldiyini, kart hesabından onun atdığı 126 manat və əlavə 100 manat onun kartına səhvən qöndərdiyini bildirmişdir. O, isə ona pul gəlmədiyini, onu narahat etməməsini bildirmişdir. Baş vermiş hadisədən X3 xəbəri olmadığını bildirmişdir. Bundan başqa, 05 yanvar 2023-ci il tarixdə saat Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləsən "Armada" elektrik mağazasına daxil olduğunu və orada çalışan satıcıya bir ədəd isıq cihazı almaq istədiyini bildirmiş, həmçinin həmin satıcıya uzərində nəgd vəsaitin olmadığını bildirmiş, o isə öz növbəsində, belə olan halda ödənişi kart hesabına edə biləcəyimi bildirmişdir. Bu zaman o, təxminən 5-10 dəqiqə ərzində lazım olan cihazı seçdiyini və bu barədə satıcıya bildirdiyini demişdir. O, satıcıdan terminalın olub-olmaması ilə maraqlandıqda o, mağazada terminalın olmamasını, pulu kart hesabına ata biləcyini demiş və daha sonra o, kart hesabının son 8 rəqəmini bildirmişdir. O, işlətdiyi "Red Mi" markalı mobil telefonda Leo bank mobil tətbiqinə daxil olaraq ona təqdim olunan hesaba 6 manat pul vəsaitini köçurmə etmək istədiyini, lakin tətbiqin sistemində xəta baş verdiyindən bunu etmək mumkun olmadığını bildirmişdir. Bu səbəbdən o, mobil telefonunda olan digər «MPay" adlanan mobil tətbiqinə daxil olaraq qeyd olunan hesaba mədaxil etmək əvəzinə səhvən məxaric etdiyini, bundan sonra həmin şəxs kart məlumatlarını mobil tətbiqdə yaddaşa verildiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra o, Armada elektrik mağazasından çıxaraq mağazanın qarşısında saxladıgı bır necə gun oncə icarəyə götürdüyü "BMV markall dövlət qeydiyyat nişanı xatırlamadığı avtomobildə oturarkən hansı banka aid oldugunu xatrlamadığı digər ozünə aid bank kartına öz şəxsi vəsaitlərini köçürmə etmək istədikdə səhvən daha öncə ona Armada mağazasında təqdim olunan kart hesabından istifadə etdiyini bildirmişdir. Mağazada satıcı olan şəxs ona kart məlumatlarını təqdim etdiyini və dəqiq xatırlamadığını necə oldusa kartının balansına 1844 manat pulun köçürüldüyünü bildiyini demişdir. Bundan başqa, o, Şahid4 təxminən 2 il olar ki, tanıdığını və münasibətlərinin həmişə normal olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Mirzə ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşdüyünü bildirmiş və Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzindən ət çəkən maşın alıb internet vasitəsi ilə satdıqda gündəlik xərcləri ödədiyini bildirmişdir. O, da onunla razılaşdığını və ət çəkən maşını almaq üçün pulunun olub - olmadığını soruşduğunu bildirmişdir. O, ona kartında pul olduğunu dediyini bildirmişdir. Həmin gün saat 12 radələrində Mirzə ilə taksi vasitəsilə Sədərək ticarət mərkəzinə gəlmiş və burada mağazalardan ət çəkən maşın axtaran zaman tanımadığı mağazaya daxil olduğunu və orada satıcı ilə bir az ət çəkən maşın barəsində danışdıqdan sonra onunla 650 manata razılaşdığını bildirmişdir. Belə ki, o həmin satıcı ilə ət çəkən maşının qiyməti barədə söhbət edən zaman Mirzə onların söhbətinə qarışmadığını bildirmişdir. O, satıcı ilə razılaşdıqdan sonra ondan kart nömrəsini istəyərək pulu karta köçürəcəyini bildirmişdir. Bu zaman satıcı kart nömrəsini ona bildirmiş, o, da özünün mobil telefonu vasitəsi ilə həmin şəxsin dediyi karta pul göndərdiyini bildirmişdir. Bu zaman mağazanın müdiri gələrək onun kartına pul gəlmədiyini demişdir. Bu zaman o, yenidən mobil telefonu vasitəsi ilə həmin səxsin kart hesabına pul köçürtdüyünü bildirmişdir. O, müdirin dediyi karta pul köçürtdükdən sonra pulun gəlib gəlmədiyini sorusduğunu, müdir də ona pulun gəldyini dediyini və ət çəkən maşını çıxardıb mağazanın çölünə satıcı qoyduqdan sonra o, qutunun bir tərəfindən Mirzə də digər tərəfindən tutaraq bazardan çıxdığını bildirmişdir. Mirzə ilə ət çəkən maşını tanımadığı taksi avtomasınına qoyduğunu və bazardan uzaqlaşdıqdan sonra Mirzə səhərdə taksidən düsdüyünü bildirmişdir. Təxminən bir müddətdən sonra onun mobil telefonuna məlumat gəldiyini, istifadəsində olan və bazarda müdirin verdiyi karta vurdugu 650 manat pul 4098- 5844-6221-3875 nömrəli Leo plastik kartına geri qayıtdığını bildirmişdir. Bundan sonra o, bazara geri qayıtmayaraq ət çəkən masını tanımadıgı səxsə internet vasitəsi ilə 400 manata satdığını bildirmişdir. Zərərçəkmiş şəxs11 oglunun kart nömrəsinə 650 manat pulu göndərdiyini bildirmiş, lakin pulu geri onun özünün kartına qayıtdığını bildirmişdir. Bu əməliyyatlardan Şahid4 xəbərinin olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs4ı əvvələr tanımadığını və heç bir şəxsi münasibətinin olmadığını bildirmişdir. Belə ki, "Telegram” sosial şəbəkəsində kriptovalyuta satışı elanlarında həmın şəxslə 08 mart 2023-cü il tarixdə saat təxminən 01:30 radələrində danışaraq 850 manata alacagını razılaşdıq və ona ödənişi etmək üçün görüşməsini bildirdiyini demişdir. Bundan sonra, saat təxminən 01-45 radələrində o, yaşadığı ünvandan taksi sifariş edərək onun göndərdiyi unvana və geri, öz yaşadıgı ünvana sifariş etdiyini bildirmişdir. Yaşadıgı ünvandan taksiyə əyləşib Nərimanov rayon Konqres mərkəzinin qarşısına gəldiyini və saat 02:00 radələrində Camal ilə gorüşdüyünü, hava şəraitinin soyuq olmasına görə hər ikisinin taksiyə əyləşdiklərini bildirmişdir. Kriptovalyuta almagı barədə təxminən 5-7 dəqiqə ərzində söhbət etdiklərini və indi artıq gec olduğunu kriptovalyutanı internet şəbəkəsi açıldıqda göndərə biləcəyini bildirmişdir. Daha sonra o, 850 manatı tələb etdiyini, o, isə yalnız kriptovalyutanı göndərdikdən sonra nağd şəkildə verə biləcəyini bildirdıyini demişdir. Bundan sonra o, maşından düşdüyünü və o, isə gəldiyi taksi ilə təxminən 10 dəqiqə sonra yaşadığı ünvana catdığını, səhər yuxudan ayıldığı zaman "Telegram" vasitəsi ilə ona çoxlu zəng etdiyini gördüyünü və geri ona zəng etməsini bildirmişdir. Camal ona "M10" pul kisəsindən pulunun oğurlandığını aşkar etdiyini bildirmişdir. aksidə ön oturacaqda əyləşdiyinə görə Camalın kartının kodlarını əldə etdiyini, ondan aralandıqdan sonra təxminən 02:30-da Zərərçəkmiş şəxs4 ilə 08 mart 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən "Konqres Mərkəzi" nin yanında görüşüb sonuncudan 850 manat dəyərində kriptoqram almaq adı ilə onun mobil telefonuna gələn məxfi kodu gizli olaraq ələ keçirtdiyini, sonra Zərərçəkmiş şəxs4 ***-***-**-** nömrəsi altında qeydiyyatdan keçmiş “M10” elektron pul kisəsindən 9601.18 manat məbləğində pulu mobil tətbiqi vasitəsilə öz kart hesabına köçürtdüyünü bildirmişdir. Bundan başqa, Asəfı Tərlanı təqribən 4 ildir ki, tanıdığını, onunla tanışlığının hal-hazırda vəfat etmiş ortaq dostu Şahmar vasitəsilə yarandığını bildirmişdir. O, Tərlanla cəmi iki dəfə görüşdüyünü, aralarında tanışlıq münasibətlərinin yarandığını, amma yaxın dostluq münasibətlərinin olmadığını bildirmişdirr. Təqribən bir il yarım bundan əvvəl icarəyə götürdüyü avtomobili əzdiyinə görə onu təmir etməli olduğunu bildirmişdir. O, da Tərlan Asəfı vurulmuş maşınları alıb təmir etdirib satdığını, buna görə onun maşın ustaları ilə yaxşı əlaqələri olduğunu bildirmişdir. Beləcə də o, Tərlanla əlaqə saxlayaraq icarəyə götürdüyü avtomobili təmir etmək üçün usta ilə əlaqəni yaratmasını istədiyini bildirmişdir. Həmçinin onun nağd pulu olmadığna görə Tərlana ustadan işi nisyə görməsini xahiş etdiyini bildirmişdir. Tərlan da onun xahişini eşitdiyini və onu Bınə qəsəbəsində fəaliyyət göstərən Namaz adlı avtomobil təmiri ustasına yönləndirdiyini bildirmişdir. Onun icarəyə götürdüyü avtomobili Namaz ustanın təmir etdiyini bildirmişdir. Təmirə görə onun ona 480 manat borcunun yarandığını bildirmişdir. O, həmin borcu 30 manat, 40 manat olmaqla hissə-hıssə Tərlana göndərdiyini bildirmiş, Tərlan da öz növbəsində pulu ustaya göndərdiyini demişdir. O, pulun bir hissəsini verdikdən sonra onun 245 manat borcunun qaldığını bildirmişdir. Tərlan da ondan borcunu ödəməsini istədiyini bildirmişdir. Buna görə də, təqribən 2022-ci ilın dekabr ayının sonlarında və 2023-cü ilin yanvarın əvvəllərində olan müddətdə o, Tərlana zəng edərək 200 manat ödəyəcəni bildirmiş və ondan kartının 16 rəqəmli nömrəsini istədiyini bildirmişdir. Tərlan ona kartının blokda olduğunu demişdir. Buna görə də, onun tanımadığı dıgər şəxsin kartının 16 rəqəmli nömrəsini göndərdiyini, pulu həmin karta köçürtdüyünü bildirmişdir. Bır qədər sonra Tərlan yenidən ona zəng edərək pulu onun göndərdiyi digər şəxsın kart hesabına deyil, Tərlanın özünü kart hesabına göndərdiyini bildirmişdir. O, da Tərlanla razılaşdığını və bir neçə dəqiqə sonra 200 manat pulu Tərlanın kart hesabına koçurdüyünü bildirmişdir. Tərlanın göndərdiyi onun tanımadığı digər şəxsə məxsus kartın 16 rəqəmlı nomrəsi isə onun telefonunda qaldığını bildirmişdir. Həmin dövrdə "xxxx" kartlarla bağlı "Mpay" programın texniki xətasının olduğunu, təhlükəsizlik səviyyəsinin aşağı olduğuna görə karta mudaxilə edıb, kartdakı pulu ələ keçirməsinin mümkün olduğunu bildirmişdir. Həmin texniki xətadan da onun məlumatının olduğunu bildirmişdir. Həmin dövrdə onun pula ehtiyacı olduğu üçün Tərlanın göndərdiyi tanımadığı şəxsə məxsus kart nömrəsindən istifadə edərək özünə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən hər hansısa biri ilə qeydiyyatdan keçdiyi "Mpay" programı vasitəsi ilə əvvəlcə həmin kartdan "Mpay" tətbiqindəki balansına 0,01 manat pul köçürməsi etdiyini və kartın sahibi də həmin köçürməni təsdiq etdikdən sonra ilk köçürmə kart sahibi tərəfindən təsdiq olunduguna görə növbəti köcürmələrə təsdiq tələb olunmadığını və beləcə də, o, kartın balansında olan hazırda dəqıq xatırlamadığı təqribən 636 manatdan çox pulu öz "Mpay" hesabına köçürdüyünü bildirmişdir. Həmin pulu da hesabından şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. O, bu və digər üsuldan istifadə etməklə bır neçə dəfə ayrı-ayrı şəxslərin hesablarındakı pulları ələ keçirdiyini bildirmişdir. O, pulları özü, tək ələ keçirdiyini, bu işdə heç kimin ona kömək etmədiyini və heç bir şəxslə əlbirliyinin olmadlığını bildirmişdir. Əldə etdiyi pullardan da heç kimə vermədiyini, pulların hamısını özü üçün istifadə etməsini bildirmişdir. O, həmin kartdan pulu ələ keçirməsi ilə bağlı X4 heç nə demədiyini bildirmişdir. O, bank kartından pulu tək özü ələ keçirtdiyini, onun bu əməliyyatları bacardığını, Tərlana ümumiyyətlə bu barədə bildirmədiyini demişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 tanıdığını, onunla heç bir düşmənçiliyinin və ya ədavətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs13 məxsus 4169-7388- 5026-6515 saylı hesab kartından 3258 manat məbləğində pulu oğurladığını bildirmişdir. Belə ki, istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini "Leobank"-ın əlaqə nömrələri kimi internet saytında yerləşdirdiyini bildirmişdir. Təxminən saat 20 radələrində tanımadığı hal-hazırda xatırlamadığı mobıl telefon nömrəsindən zəng gələrək özünü Zərərçəkmiş şəxs13 kımı təqdim edərək ona məxsus olan «Leo bank»-a aid hesab kartından ödənış etdiyini, lakin «Cashback» geri qayıtmamadığını bildirdiyini demişdir. O, Zərərçəkmiş şəxs13 kartında olan məbləğin nə qədər olduğunu soruşduqda, Zərərçəkmiş şəxs13 təxminən 3200 manat olduğunu bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs13 məxsus kart hesabından oğurluq etmək qərarına gəldiyini bildirmişdir. Bununla əlaqədar ona məxsus kartın nömrəsini soruşduğunu, Zərərçəkmiş şəxs13 kartın nömrəsinin 4169-7388-5026-6515 olduğunu bildirdiyini demişdir. Bundan sonra bank əməliyyatlarını etdiyini, Zərərçəkmiş şəxs13 istifadəsində olan mobil telefona kod gəldiyini, daha sonra o, Zərərçəkmiş şəxs13 həmin kodu soruşarkən o, həmin kodu ona bildirdiyini demişdir. Daha sonra o, da həmin koddan istifadə edərək Zərərçəkmiş şəxs13 istifadəsində olan 4169-7388-5026- 6515 saylı hesab kartından 3258 manat pulu oğurlayaraq həmin ərəfədə istifadəsində olan 4169- 7388-2442-6807 saylı hesab kartına köçürtdüyünü bildirmişdir. Həmin oğurluğu o, tək törətdiyini bildirdiyini, oğurluğun törədilməsində heç kimin ona köməklik etmədiyini, oğurluğun törətməsindən heç kimin məlumatı olmadığını bildirmişdir. 4169-7388-2442-6807 saylı hesab kartı başqa şəxsin adına sənədləşsə də həmin ərəfədə onun istifadəsində olduğunu bildirmişdir. Bundan başqa, 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Ramiz Quliyev 3 ünvanında yerləşən Malibu” şərab evinə təxminən saat 20 radələrində müştəri qismində daxil olaraq 2 ədəd sərinləşdirici içkini gözlükdən götürərək, kassaya yaxınlaşdığını və odənişi mobil telefonda olan Mpay mobil tədbiq vasitəsi ilə odəyəcəyimi bildirmiş və ödənişi etmək üçün həmin şəxsə məxsus plastik kartı əldə edərək onda olan gizli kart məlumatları əldə edərək 3 azn pulu karta köçürtdüyünü və sonradan onun kart hesabından ümumilikdə 636 azn pulu gizlin yolla əldə etdiyini bildirmişdir. 01 yanvar 2023-cü il tarixdə tanışlıq əlaqəsi olan Şahid4 ilə axşam saatlarında “Malibu” şərab evinə gəldikdə onun etmiş olduğu əməllərdən məlumatli olmadığını, lakin Hunday Tucson markalı avtomobili **- PX-*** DQN nişanlı avtomobili Mirzə arendaya götürdüyünü, “Malibu” şərab evində o, əvvəllər müştəri qismində dəfələrlə olduğunu bildirmişdir. O, həmin cinayəti tək törətdiyini və heç bir şəxslə əlbirliyinin olmadığını bildirmişdir. PX-530-DQN nişanlı avtomobili Mirzə arendaya götürmüşdür. “Malibu” şərab evində mən əvvəllər müştəri qismində dəflərlə olmuşam. Bundan başqa, 01 yanvar 2023-cü il tarixdə saat 23-00 radələri olardı ki, tanıdığı Sahib adlı şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən "Elit" marketin qarşısından keçən zaman mağazadan su və siqaret almaq qərarına gəldiyini bildirmişdir. Bundan sonra anket məlumatlarını xatırlamadığı tanışı Sahib ilə mağazaya daxil olmuşdur. O, mağazadan su götürüb kassaya yaxınlaşmış, kassada bir nəfər cavan oğlanın dayandığını, o, ondan siqaret istədiyini və suları da kassaya qoyduğunu, ümumi hesabı ona bildirməsini demişdir. Həmin oğlan borcun ümumilikdə 22 manat etməsini demişdir. Onun üzərində pulu və kartının olmadığı üçün, satıcıya üzərində kart və pul olmadığını demiş, lakin mobil telefonunda olan proqram vasitəsilə karta köçürə biləcəyni bildirmişdir. Həmin şəxsin razılaşdığını və kartının üzərində olan 16 rəqəmli kodunu ona bildirdiyni demişdir. Bundan sonra o, mobil telefonunda olan "Mpay" proqramı vasitəsilə satıcının ona bildirdiyi karta 25 manat pul köçürtdüyünü demişdir. Satıcıya 25 manat pul köçürtdüyünü və ona 3 manat qaytarmalı olduğunu demişdir. Lakin o, nağd qaytara bilməyəcəyini və hesabına köçürəcəyini bildirmişdir. Bundan sonra Sahib ilə mağazadan çıxıb getmişlər. Mağazanın qarşısında Sahibdən aralaşıb yaşadığı evə gəldiyini, evə çatdıqdan sonra maddi cəhətdən çətinlik çəkdiyi üçün həmin şəxsin bildirdiyi kartında pul olacağını fikirləşib öz hesabıma köçürmək qərarına gəldiyini demişdir. Buna görə də 02 yanvar 2023-cü il tarixdə saat təxminən 01 radələrində "Mpay" proqramından istifadə edərək satıcının kartından "Mpay" hesabına 525 manat pul köçürtüyünü bildirmişdir. Həmin günü pulu nəğdlaşdırdığını və öz şəxsi ehtiyacına xərclədiyini bildirmişdir. Sahibin onun həmin şəxsin kartında pul çıxarmaq niyyətini bilmədiyini və o, ona bu barədə heç nə demədiyini, cinayəti o, özü tək törətdiyini bildirmişdir. Bundan başqa, 28 yanvar 2023-cü il tarixdə saat təxminən 09-10 radələrində ünvan 16 ünvanda yerləşən mağazanın qarşısına çatdıqda oradan siqaret almaq üçün içəri daxil olduğunu, kassada olan oğlana yaxınlaşıb 40 ədəd "Prima" markalı siqaret verməsini xahiş etdiyini bildirmişdir. Həmin şəxs siqaretləri verdikdə pulu kart vasitəsilə ödəyəcəyini bildirmişdir. Lakin, satıcı ödəmə terminal olmadığını və kart hesabına atmağını demişdir. Bundan sonra həmin şəxs kartının 16 rəqəmli kodunu ona bildirdiyini demişdir. O, da telefonunda olan "Mpay" vasitəsilə satıcının dediyi karta 39 manat pul köçürtdüyünü bildirmişdir. Bundan sonra isə siqaretləri götürüb getdiyini bildirmişdir. Yolla gələn zaman maddi cəhətdən çətinlik çəkdiyi üçün Nəsimi rayonu ərazisində dayanacaqda dayanıb həmin şəxsin bildirdiyi kartında pul olacağını fikirləşib öz hesabına köçürmək qərarına gəldiyini bildirmişdir. Buna görə də "Mpay" proqramından istifadə edərək satıcının kartından "Mpay" hesabına 525 manat məbləğində pul köçürtdüyünü bildirmişdir. Həmin pulu nağdlaşdırıb xərclədiyini, hər iki satıcının kart hesablarında pulları oğurladığını etiraf etdiyini bildirmişdir. Ona görə həmin şəxslərə vurduğu ziyanı tam şəkildə ödədiyini bildirmişdir. Hazırda peşmandır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakıxanov qəsəbəsi, U.Rəcəb küçəsi 5/1A-da yerləşən "Celt Bakıxanov" tədris mərkəzində 2012-cı ildən müdir vəzifəsində çalışmışdır. İşlədiyi tədris mərkəzində işçilər maaş kartı kimi təxmınən 3 ilə yaxındır ki, "Unibanka"-a məxsus plastik kartdan istifadə etmişdir. Şahid1 bir müddət tədris mərkəzində ingilis müəllimi vəzıfəsındə çalışdığını bildirmişdir. Şahid1 aid 5243 7544 4199 1682 nömrəli bank kartına 4 rəqəmli pinkod gəlmədiyi üçün həmin kartla bankomatdan pul çıxarmaq mümkün olmadığını bildirmişdir. Ona görə də təxminən 3 ay Şahid1 aid kartdan pul çıxara bilmədiyi üçün maaşı ona əlbəəl verdiyini bildirmişdir. Təxminən may aylarında "Unıbank -ın əməkdaşı ilə telefonda danışarkən həmin əməkdaş kartdan fevral ayında 500 manat pul oqurlanması ilə bağlı məlumat verdiyini və aidiyyəti üzrə banka müraciət etməsini bildirdiyini demişdir. Bunu biləndən sonra o, Mələklə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Sülh küçəsi 14/2-də yerləşən "xxxx" a yaxınlaşdıqlarını, həmin vaxt bankdan çıxarış götürdüklərini bildirmişdir. Həqiqətəndə çıxarışa baxanda fevral ayının 21-də kartdan 500 manat pul oğurlanaraq "E-pul" tətbiqinə köçürüldüyünü aşkar etdiyini və bundan sonra kartdan pulun çıxarılması ilə bağlı Şahid1 polisə müraciət etdiyini bildirmişdir. O, həmin vəsaiti yəni oğurlanmış 500 manat pulu maaş kimi Şahid1 ödədiyini, onların "xxxx" da yerləşən fərdı sahibkar hesabından xx.xx.2022-ci il tarixdə karta 5243 7544 4199 1682 nömrəlı bank kartına maaş kimi 276 manat, 50 qəpik, xx.xx.2023-cü il tarixdə ikinci maaş kimi 346 manat, 50 qəpik pul vəsaitini köçürdüyünü, hal-hazırda 500 manat maddi ziyanın dəydiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayının 26-da o, başqa karta pul atarkən onun kartından 20 qəpik tutmuşdur. Pulun tutulma səbəbini öyrənmək üçün internetdə "Leo Bank"-la əlaqə nömrəsi yazdığını və ***-***-**-** nömrəsi "Leo Bank" ın əlaqə nömrəsi kimi qarşısına çıxdığını bildirmişdir. Sonra bu nomrə ilə əlaqə saxladığını, onunla əlaqə saxlayan şəxs kartın son rəqəmini 64443017 olan nömrəni ondan istədiyini və o, da nömrəni ona dediyini bildirmişdir. Daha sonra o, ona telefonuna mesajların gələcəyini, onların təsdiq edilməsini demişdir. O, həmin şəxalə danışığı bitirdikdən sonra gələn bildirişləri təsdiq etdiyini bildirmişdir. Həmin vaxt 460 manat pul 4098 5844 6444 3017 nömrəli "Leo Bank" kartından çıxdığını tətbiq vasitəsilə gördüyünü bildirmişdir. Dərhal həmin nomrəyə vəni ***-***-**-** zəng etdiyini, lakin telefona zəngin çatmadığını, bu zaman "xxxx" bank tətbiqində bankın *7773 nömrəsini götürərək bank ilə əlaqə saxladığını, ona kartından pul çıxarılaraq "e-pul" tətbiqinə köçürüldüyüni bildirildiyini demişdir. Həmin dəqiqə "102" çağrış mərkəzinə məlumat verdiyini bildirmişdir. Şəxslə danışarkən şəxs özünü ona "buyurun "Leo Bank"ın əməkdaşı eşidir" deyə müraciət etdiyini bildirmişdir. Ona ümumi olaraq 460 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təxmini olaraq 2 il bundan qabaq həyat yoldaşı Aslanova Mahizərin adına "Leobank" da **********069626 nömrəli kart hesabı açdırmışdır. Həyat yoldaşının mobil "Samsung A2" markalı telefonunda həmin banka aid proqram mövcud olduğunu və xx.xx.2023-cü il tarixdə saat 19:44-də həyat yoldaşı ilə birlikdə, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunda yerləşən “Rahat” marketdə quraşdırılmış "E-manat" ödəniş temanlı vasitəsilə "Leobank" da **********069626 nömrəli kart hesabına 1300 manat pulu göndərdiyini bildirmişdir. "E-manat" ödəniş terminalı ödənişlə bağlı qəbzi çap edildiyini, o, həmin çeki götürdüyünü, təxminən 10-15 dəqiqə gözləsə də həyat yoldaşının mobil telefonunda olan "Leobank"ın proqram təminatına hər hansı bildiriş gəlmədiyini bildirmişdir. O, "Googl"da "Leobank"-la əlaqə" sözlərini axtarışa verdiyini, bu zaman qarşısına ***-***-**-** nömrəsi çıxdığını bildirmişdir. Dərhal həmin nömrəni yığdığını, telefona cavab verən şəxs özünü "Leobank"-ın Nicat adlı operatoru kimi təqdim etdiyini, o, ona başına gələn problemi ona izah etdiyini, o, isə ona 3 dəfə kodu yanlış yığdığı səbəbindən kartın bloka düşdüyünü bildirmişdir. O, təkid etsə də, o öz fikrində qaldığını, nəticə olaraq onun həyat yoldaşının şəxsiyyət vəsiqəsinin seriya nömərsini və anket məlumatlarını telefonda həmin şəxsə dediyini, o bir neçə dəqiqə sonra geri dönüş edəcəyini bildirmiş, ondan zəng gəlmədiyindən, həmin nömrəni təkrar yığdığını, o isə nömrəni bloka atdığını bildirmişdir. Daha sonra həyat yoldaşının mobil nömrəsi ilə həmin şəxsi yığdığını, o, zənglərə cavab vermədiyini, həmin nömrəni də bloka atdığını bildirmişdir. Bir neçə dəqiqə sonra "Leobank"ın telefonda olan proqramına daxil olmağa cəhd göstərsə də kodun yanlış olması ilə bağlı bildiriş gəldiyini, 3-4 dəfə cəhd etsə də, kodun yanlış olduğu bildirildiyini demişdir. Təxmini 2 dəqiqə sonra +994 77 *** ** ** nömrəsindən həyat yoldaşının mobil nömrəsinə 'whatsapp" da özünü Zeynal, Leobankın təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edən şəxs" tərəfindən sms gəldiyini və "kartınız blokdan azad olundu" sözlərinin yazıldığını bildirmişdir. Onlar dərhal kart hesabına daxil olduğunu, bu dəfə hesaba daxil ola bildiyini, lakin kartında əvvəldən olan 80 manatın da çıxarıldığın gördüyünü, həmin şəxsə "whatsapp" da bu barədə yazdığını, o isə həmin 1380 manatın "Kapital kartınıza köçdüyünü" bildirdiyini, halbuki o, "xxxx" bankda olan hesab nömrəsini 2 il bundan qabaq bağlatdırdığını, işlətmədiyini bildirmişdir. Bu zaman saat 20:20-də həyat yoldaşının nömrəsinə "birbank.az"-dan onların 4169**3832 nömrəsinə 1380 manatın mədaxil olması barədə sms bildirişi gəldiyini bildirmişdir. Onlar marketi tərk edib evə getdiklərini bildirmişdir. Növbəti gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "xxxx" banka yaxınlaşdıqlarını bildirmişdir. Həmin sms-i onlara göstərdiklərini, onlara həmin hesab nömrəsinə 1380 manatın köçürüldüyünü təsdiqlədildiyini, lakin anket məlumatlarını bildirmədiklərini, eləcə də onlara aid olmadığını dediklərini bildirmişdir. O, həmin gün Bakıxanov qəsəbəsində yerləşən Unibanka yaxınlaşdığını, onlara polisə müraciət etməsini bildirdiklərini demişdir. Təxmini olaraq 5-6 gün sonra saat 23:21-də +994 77 *** ** ** nömrəsinə hər hansı sms yazmadığı halda, salam, siz tapmadız? Smsini göndərdi- deyə bildirildiyini demişdir. Leobank" da **********069626 nömrəli hesab arvadı Aslanova Mahizərin adına olduğunu, əvvəlki ***-***-**-** nömrənin isə artıq çıxmadığını bildirmişdir. Həmin kartın arvadının adına olsa da 1380 manat məbləğində pul özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, kriptovalyuta alqı-satqısı ilə məşğul olmuşdur. "Teleqram" və "Binance" platformalarında bu işlə fəaliyyət göstərdiyini, onun "xxxx" MMC məxsus 055 *** ** ** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçən "M10" elektron pul kisəsi olduğunu, oraya tez-tez o və atası pul yatrımının internet vasitəsilə etdiyini, eləcə də ödənişlər etdiyini bildirmişdir. Daima orada 9000- 10.000 manat pul olduğunu bildirmişdir. 08 mart 2023-cü il tarixdə saat 01 radələrində o, əsil adı Təqsirləndirilən şəxs olan 055 *** ** ** nömrəsini işlədən şəxslə Teleqram sosial şəbəkədə tanış olduğunu, telefonla danışdıqlarını, sonra onun təklifi ilə kriptovalyuta almaq üçün onunla görüşmək istədiyini bildirmişdir. Nərimanov rayonu, Təbriz küçəsi Konqres mərkəzinin yanında onunla saat 02 radələrində görüşdüyünü, o ondan 850 manat dəyərində kriptovalyuta almaq istədiyini demişdir, Pulu onun M10 hesabına göndərəcəyini demiş, o, M10 pul kisəsinin nömrəsini ona bildirmiş, o telefonu ilə M10 pul kisəsinə giriş etdiyini, bu zaman ona məxfi kod telefonuna gəldiyini, həmin zaman onun gizlin olaraq telefonunun ekranından həmin kodu götürdüyünü hiss etdiyini bildirmişdir. Nicat ona birazdan pulu yükləyəcəyini, sonra o, ona kriptovalyutanı göndərəcəyini demiş və çıxıb getmişdir. O, dərhal bir neçə yüz metr aralıda yerləşən evinə getdiyini, bu zaman M10 pul kisəsindən 9601manat pulunun oğurlandığını aşkar etdiyini bildirmişdir. O, dərhal kodun Nicat tərəfindən gizlin götürülməsini, ekrandan baxıb öz telefonuna köçürməsini anladığını, onun 9601 manat pulunu 08 mart 2023 tarixdə saat 02 radələrində Nərimanov rayonu, Təbriz küçəsi Konqres mərkəzin yanında oğurlandığını, 9601 manat pulunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 25 fevral 2023-cü il tarixdə istifadəsində olan telefonu vasitəsi ilə özünə məxsus «Leo Bank» kartına daxil olmaq istəmişdir. Telefon vasitəsi ilə mobil bank tətbiqinə daxil ola bilmədiyini, buna görə də o, telefonun interneti vasitəsi ilə «Leo Bank» səhifəsinə daxil olduğunu, orada olan 099-899-00 və ***-***-**-** nömrələrini gördüyünü və ***-***-**-** nömrəsi ilə əlaqə saxladığını bildirmişdir. Onunla danışan şəxs özünü bankın əməkdaşı kimi təqdim edib ona məxsus «Lio Bank» kartının son 8 rəqəmini göndərməsini xahiş etdiyini bildirmişdir. O, da həmin şəxsə ona məxsus kartın son 8 rəqəmini dedikdən sonra həmin şəxs ona təhlükəsiszik baxımından kartından 1 manat pulun çıxacağını dediyini bildirmişdir. Bir qədər sonra ona məxsus «Lio Bank»-a məxsus kartından 500 manat pulunun çıxması barədə sms gəldiyini bildirmişdir. O, bunu görüb tez həmin nömrələrlə əlaqə saxladıqda ona heç kimin cavab vermədiyini, beləliklə onun bank kartından 500 manat pul oğurlandığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan «Leo Bank»-a aid 4098 5844 6535 2894, 04/27, CVV706 saylı kartının şifrəsini dəyişdirmək məqsədi ilə sözügedən bankla əlaqə saxlamaq niyyətində olduğunu və internet üzərindən Google axtarış serverinə daxil olaraq «Leo Bank» yazıb, axtarış etməyə başlamışdır. Axtarışın nəticələrinin 2-ci bölümündə sözügedən bankın mobil nömrəsi kimi ***-***-**-** saylı mobil nömrəsinin qeyd edildiyini bildirmişdir. Həmin nömrənin üzərinə sıxaraq zəng etməyə başladığını, telefona cavab verən şəxs ondan istəyini öyrəndikdən sonra guya şəxsi suallar verməyə başladığını bildirmişdir. Ona bütün kartın və öz məlumatlarını şifahi şəkildə bildirdiyini demişdir. Daha sonra sözügedən mobil nömrənin Whatsapp proqramına sözügedən kartın və şəxsiyyət vəsiqəsinin surətlərini göndərdiyini bildirmişdir. Mobil telefonuna 4 rəqəmli təsdiq kodu gəldiyini bildirmişdir. Həmin kodu qarşı tərəfə verdikdən sonra kartından 511.02 manat məbləğində maddi vəsaitin "EPUL00091VİSA" abonent kodu 491370 adı altında köçürülməsinin şahidi olduğunu bildirmişdir. Bundan sonra hadisə barəsində DİN-in 102 zəng xidmətinə müraciət etdiyini bildirmişdir. Hadisə nəticəsində ona dəyən ümumi maddi ziyanın məbləğinuin 511.02 manat olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 01 mart 2023-cü il tarixdə "Leo Bank"dan yoldaşının adına kart sifariş ettmişdir. 02 mart 2023-cü il tarixdə saat 11:00 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Fərzəliyev küçəsində yerləşən "İlqar LTD" şirkətində olan zaman internetdən "Leo Bank"ın mobil nömrəsini axtardığını, qarşısına ***-***-**-** saylı mobil nömrənin çıxdığını və o, həmin nömrəyə zəng etdiyini, xx.xx.2023-cü il tarixdə yoldaşına sifariş etdiyi plastik kartı gətirən zaman, onlara məxsus bank rekvizitlərinidə kartla birlikdə gətirməsini bildirmişdir. O, həmin nömrəyə zəng etdikdə zəngi açan şəxs ona adı ilə müraciət etdiyini və ona kart istədiyi təqdirdə bir gün sonra üçün "Leo Bank"a məxsus kartını verilə biləcəyini bildirmişdir. O, buna etiraz etmədiyini və yoldaşı üçün kartı gətirdikdə onun üçündə gətirmələrini bildirdiyini demişdir. Telefonda danışdığı şəxs ondan başqa banklara kreditinin olub olmamasını soruşduğunu və o, "Kapital və ABB"-yə məxsus kartlarının olduğunu bildirdiyini demişdir. Bundan sonra təxminən saat 18:00 radələrində “Watsaap” sosial şəbəkəsi vasitəsilə həmin şəxs ona yazaraq işlənmələr üçün telefonuna gələn kodları ona bildirməsini xahiş etdiyini bildirmişdir. Onun istifadəsində olan olan mobil nömrəyə gələn kodları telefonda danışdığı şəxsə bildirdiyini demişdir. Bundan sonra həmin şəxs kartın xx.xx.2023-cü il tarixdə çatdırılacağını bildirmiş və onlar danışığı sonuclandıracaqlarını bildirmişdir. Həmin tarixdə saat 18:30 radələrində o, yaşadığı ünvana gəldiyini bildirmişdir. Evdə olan zaman kartlarına nəzər salarkən "xxxx"a məxsus kartdan 1180 və ABB-yə məxsus kartından isə 883 manat pulun çıxarılmasını aşkar etdiyini bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2083 manat maddi ziyan dəydiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən lombardda satıcı işləmişdir. 04 noyabr 2022-ci il tarixdə lombardda olan zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Şahid2 adlı şəxs iş yerinə gəldiyini və özünü təqdim edərək İ Qarabağ müharibəsi veteranı olduğunu bildirmiş və özünə məxsus "Samsung A21 S" markalı mobil telefonunu lombarda qoyaraq pul götürmək istədiyini demişdir. O, ona 110 manata ehtiyacı oldudunu bildirmişdir. O, isə telefona baxaraq həmin mobil telefonun 50 manat dəyərində olmasını müəyyən etdiyini, Müşfiqə 50 manat verə biləcəyini demişdir. Müşfiq isə ona müharibə veteranı olduğunu və ona 110 manat pula ehtiyacı olduğunu bildirdikdə, o, atasının da müharibə veteranı olmasını səbəbindən onunla razılaşdığını bildirmişdir. Beləliklə 10 noyabr 2022-ci il tarixdə 070 ***- **-** mobil nömrəsindən ona zəng gəldiyini və o, telefona cavab verdikdə Müşfiq bildirdi ki, xx.xx.2022-ci il tarixdə mobil telefonunu gəlib götürəcəyini demişdir. Növbəti gün yəni 11 noyabr 2022-ci il tarixdə lombardda olan zaman Müşfiq yanında sonradan adını bildiyi Təqsirləndirilən şəxs gəldiyini bildirmişdir. Nicat mobil telefonu Müşfiqə verməsini, Müşfiqin ona olan 110 manat pul borcunu kart hesabı ilə qaytaracağını bildirmişdir. O, da özünə məxsus Kapital Banka aid **********015048 nömrəli plastik kart hesabını Nicata verdiyini, Nicat həmin vaxtı öz mobil telefonunda Birbank tətbiqi vasitəsi ilə onun hesab nömrəsi ilə qeydiyyatdan keçdiyini, bu vaxtı Müşfiq ilə söhbət edən zaman bir anda fikri yayındığı üçün onun boş sms və ardınca 4 rəqəmli kodun qəldiyini bildirmişdir. Mobil telefonu əlində olan zaman Nicat telefonun ekranına qələn kodu görüb öz telefonunda olan "BirBank" tətbiqində həmin kodu yıgdığını bildirmişdir. O, hec nə basa düşmədiyindən Nicat həmin hesab nömrəsinə 126 manat ödəniş etdiyini bildirmişdir. Lakin, bir qədərdən sonra ödənişin ləğv olnduğunu bildirmişdir. O, pulun kartından geri çəkildiyini gördükdə mobil telefonu verməkdən imtina etdiyini və pul kartına köçməsə telefonu verməyəcəyini demişdir. Bur qədər sonra Nicat özünə məxsus telefonda birbank proqramında təkrar əməliyyat etdiyini və onun hesab nömrəsinə 1 manat, 2-3 dəqiqə sonra isə 126 manat pulun köçməsini gördüyünü, sonra mobil telefonu Müsfiqə verdiyini demişdir. O, telefonu aldıqdan dərhal sonra çıxıb getdiklərini bildirmişdir. Lakin bir az sonra o, onun **********015048 seriyalı kart hesabından 352 manat pulun çıxarıldığını aşkar etdiyini bildirmişdir. O, heç nə başa düşmədiyindən, bu barədə Kapital Bankın 196 çağrı mərkəzinə zəng etdiyini, çağrı mərkəzindən operator ona kartından basqa bir hesab nömrəsinə 352 manat pul köçürüldüyünü bildirdiyini demişdir. Bundan sonra o, Nicata məxsus ***- ***-**-** nömrəsınə zəng etdiyini, lakın telefona cavab verilmədiyini, sonra Müşfıqə məxsus ***-***- **-** nömrəsinə zəng etdiyini bildirmişdir. Müşfıqə telefonda Nicat onun kart hesabından pul oğurladığını dediyini bildirmişdir. Müşfiq isə belə bir şeyin mümkün ola bilməyəcəyini bildirdikdə, o, ona əgər Nicatla lombarda gəlməsələr polisə şikayət edəcəyini bildirmişdir. Müşfiq isə telefonda istədiyi hərəkəti etməyini bildirdi. Bundan bir neçə gün sonra onun kartından təkrar 160 manat pul çıxarıldığını bildirmişdir. Hadisə zamanı ona ümumilikdə 512 manat məbləğində ziyan dəydiyini bildirmişdir.Eyni zamanda hadisə zamanı lombarda olan video müşahidə kameralarında həmin anın görüntülərı əks olunduğundan o, həmin görüntüləri istintaqa təqdim etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 7 ildir Xətai rayonu, Ramiz Quliyev küçəsi 3-də yerləşən 15 kvadratmetr sahəsi olan "Malibu" şərab evini işlətmiş, 24 saat fəaliyyət göstərmiş, orada spirtli və spirtsiz içkilər satmışdır. Təqsirləndirilən şəxs müştəri kimi tanımış, lakin adını hadisədən sonra bildiyini, onunla ədavətinin olmadığını bildirmişdir. "xxxx" bank plastik **********431838 seriyalı bank kartının hazırda deaktiv olan bank kartının məxsus olduğunu, daima dükandan masanın üzərində olduğunu, nağd pulu olmayan müştərilərin oraya köçürmə yolu ilə pul göndərildiyini bildirmişdir. 01 yanvar 2023-cü il tarixdə həmin Təqsirləndirilən şəxs adlı şəxs mağazaya daxil olduğunu, bir ədəd 3 manat dəyərində təbii meyvə şirəsi aldığını və pulu olmadığından o, ona bank kartını verib oraya ödəniş etməsini xahiş etdiyini, həmin kartı Nicata verdiyini, həmin zaman kartında ona məxsus 638,13 manat pulun olduğunu bildirmiş, o, isə kartı götürüb 2 dəqiqə ərzində karta baxıb telefonu ilə nəyisə tətbiq həyata keçirdiyini, lakin o, ona baxmadığını, sonra oraya 3 manat pul yolladığını, həmçinin telefonuna təsdiq mesajı gəldiyini, Nicatin təsdiqləməsini xahiş etdiyini, pulu oraya köçürülməsini, onu təsdiqlədiyini, sonra Nicatın çıxıb getdiyini təxminən 30 dəqiqə sonra bank kartından həmin 636 manat oğurlandığını, orada cəmi 2,13 manat pulun qaldığını bildirmişdir. Sonrakı saatda o, 102 xidmətinə zəng etdiyini, 36-cı poiis bölməsində ərizə yazdığını, şübhələndiyi şəxs barəsində polisə deyini, ona 636 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs dükanına təxminən 2022-ci ilin oktyabr ayından yanvar ayınadək müştəri kimi 6-7 dəfə gəlib getdiyini və onun leobank kartının olmasını gördüyünü bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, ünvan 17 ünvanda yerləşən “Sarelektrik" magazasın təxminən 2019-cu ildən etibarən ********** nömrəlı VOEN nömrəsi ilə fizıki şəxsin vergi uçotu haqqında şəhadətnamə sahibi olaraq sahibkar kimi fəaliyyətə göstərmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında sahibkarı oldugu mağazaya müştəri qismində daxil olan tanımadıgı şəxs, qeyd olunan mağazada satıcı kimı işləyən Şahid3 müraciət edərək 01 ədəd işıq cihazını (fənər) almaq istəməsini lakin bunun üçün üzərində nəgd vəsaitinin olmamasını, ödənilməli olan manat pul vəsaitıni, oz kartından mağazaya aid kart hesabına göndərə biləcəyini bildirmişdir. Bu səbəbdən Şahid3 onunla əlaqə saxlayaraq həmin şəxsin kart hesabına pul köçürmək istəməsini və ona məxsus "Leo Bank" tərəfindən verilmiş **********340783 saylı plastik kartın məlumatlarını verməli oldugunu bildırmışdır. O, da öz növbəsində Şahid3 həmm şəxsə kart məlumatlarını verməsinə dair razılıq verdiyini və daha sonra mobil telefonuna MPay" vasitəsi ilə gələn mesaja pul vəsaitinin balansına köcürülməsi uçun təsdiq verdiyini bildirmişdir. Bir müddət sonra ünvan 18 ünvanda olarkən kart hesabından hissə-hıssə olmaqla ümumılikdə 1844 manat pul vəsaitinin başqa bir hesaba köçürülməsini aşkar etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyul ayında online qaydada "xxxx" şirkətinə məhsulu olan "Leokart"-ın pulsuz əldə etmişdir. Həmin kartı aldıqdan sonra daimi olaraq istifadə etdiyini, kartın istifadə qaydaları əlverişli olduğuna görə, yəni komissiyasız köçürmələr, alış-veriş zamanı əlavə bonusların yığılmasına görə tez-tez istifadə etdiyini bildirmişdir. Onun iş gördüyü şəxslər kart vasitəsilə pulları ona göndərirdiklərini, lakin onların heç birinə kartın şəklini və məxfi kod olan rəqəmlərini qöndərdiyini bildirmişdir. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının əvvəllərində səhər saatlarında yasadığı evdə olarkən qonşusu X10 "Facebook" sosial şəbəkəsınin mesaj bölməsindən yazaraq 25 manat məbləğində borca pul istədiyini bildirmişdir. Onun deməsınə gorə içərisində pul olan kartı bloka düşmüş, maşına benzin almaq üçün pula ehtiyacı olduğuna görə onun digər kartına, yəni "Leokartına" pul köçürməsini istədiyini, kartını blokdan çıxaran zaman pulu qaytaracağını bildirmişdir. O, ona borc verməyə razı olduğunu, lakin onun istədiyi qədər, yəni 25 manat deyil 20 manat verəcəyini bildirdiyini, onun da onunla razılaşdığını bildirmişdir. O, kartının kodunu göndərdiyini, ona məxsus "Leokartına" 20 manat məbləğində pul köçürdüyünü bildirmişdir. Tərlan pulu həmin günün axşamı və ya səhəri gün göndərəcəyini söz verdiyini bildirmiş, lakin dediyi vaxtda göndərməmiş, təqribən 2-3 gun sonra yaşadığı binanın həyətində olarkən onunla üzbəüz gəldiklərini, pulu göndərməsini yadından çıxdığını bildirmişdir. O, kartının şəklini istəmiş, ondan aldığı 20 manat pulu gerı qaytarmasını bildirmişdir. Həmin gün o, kartının şəklini çəkərək Tərlanın mobil nömrəsinə "vatsap" proqramı vasitəsilə göndərdiyini, lakin o, yenə də pulu göndərmədiyni, kartının blokda olduğunu bildirmişdir. Bir neçə gün sonra o, işlədiyi "xxxx"ın Nəsimi rayonu Rəşid Behbudov küçəsində yerləşən ofisində olarkən Tərlan yenidən ona "Facebook" sosial şəbəkəsinin mesajlaşma bölməsindən yazaraq pulu göndərə bilmədiyinə görə üzrxahlıq edərək işlərinin yolunda getmədiyini, ona görə də pulu göndərə bilməməsini dediyini və ondan yenidən kartının şəklini istədiyini, pulu köçürmək istəməsini demişdir. O, kartının şəklini yenidən Tərlana göndərdiyini bildirmişdir. Həmin vaxtı kartında 2250 manat miqdarda pulun olduğunu bildirmişdir. O, kartın şəkilin gondərdikdən bir neçə dəqiqə sonra kartdan 1 qəpik məbləğində pulun köçürülməsi ilə bağlı xəbərdarlıq sms-i gəldiyini, bunu gördükdə dərhal 1650 manatını digər kartına köçürdüyünü bildirmişdir. Pulun qalan hissəsini çıxarmaq üçün əlavə 20 manat komissiya tələb olunduğuna görə 587 manat pul kartında qaldığını bildirmişdir. O, "Leobank"-a məxsus tətbiqdən hesabına baxdığını, gözunün qarşısında balansında olan 587 manat pul əriyərək bir neçə saniyənin içərisində yoxa çıxdığını bildirmişdir. O, dərhal banka müraciət etdiyini və kartını bloklatdığını bildirmişdir. Hadisədən bir neçə dəqiqə keçdikdən sonra Tərlan ona yazaraq pulu göndərdiyini bildirmişdir. Onun kartının blokda olduğuna görə pulun köçürülməsini dəqiqləşdirə bilmədiyini, lakin Tərlan pulu köçürməsi ilə qəbzin şəklini ona göndərdiyini bildirmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı dərhal polisə müraciət etdiyini demişdir. Sonuncu dəfə kart məlumatlarını qonşu X5 verdiyini görə və təqribən 10-15 dəqiqə sonra kartından pulunun oğurlandığı üçün ondan şübhələndiyini bildirmişdir. Tərlan Asafi ilə arasında olan yazışmaları istintaqa təqdim etdiyini bildirmişdir. "Leobank"-a məxsus debet kartı 4098 5844 5015 3216 nömrəli 07.2026-cı ilədək istifadə müddəti olduğunu bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 587 manat maddi ziyan dəydiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, 04 mart 2023-cü il tarixdə saat təxminən 18 radələrində Nərimanov rayonu ərazisində yerləşən «Gənclik Mall»-da olan «Bravo»-dan müxtəlif növ ərzaq aldığını, həmin ərzaqların pulunu isə ona məxsus «Leo bank»-ın plastik kartı ilə ödəniş etdiyini, daha sonra isə mağazadan çıxaraq yaşadığı evə getmişdir. Təxminən saat 19:40 radələrində evdə olarkən «Leo bank»-la ödəniş etməyinə baxmayaraq «Cashback» geri qayıtmadığından «Google» axtarış portalna daxil olaraq orada olan «Leo bank»-ın əlaqə telefonu kimi göstərilmiş ***-***-**-** və ***- ***-**-** saylı mobıl telefon nömrələri ilə əlaqə saxladığını bildirmişdir. Həmin mobil telefon zənginə cavab verən şəxs özünü «Leo bank»-ın əməkdaşı kimi təqdim etdiyini bildirmişdir. O, baş verənləri həmin şəxsə bildirdikdə o, ona başqa banklara da məxsus plastik kartlarının olub-olmadığını, həmin kartlara da «Cashback»-in geri qayıtmasını yoxlamaq istədiyini demiş, o, həmin şəxsə özünə məxsus **********266515 saylı "xxxx"-a məxsus hesab kartını bildirdiyini demişdir. Həmin şəxs istifadəsində olan mobil telefona kod gələcəyıni, həmin kodu onlara bildirməsini istədiyini, o, da buna etiraz etmədiyini demişdir. Bundan sonra istifadəsində olan mobil telefona hal-hazırda xatırlamadığı kodun gəldiyini, o, da həmin kodu həmin şəxsə bildirdiyini bildirmişdir. Təxminən 5 dəqiqədən sonra o, **********266515 saylı "xxxx"-a məxsus hesab kartına baxış keçirtdikdə hesabında olan 3258 manat məbləğində pulun yerində olmadığını oğurlandığını aşkar etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, 12 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən "Elit" marketdə satıcı işləmişdir. O, həmin mağazada əmək müqaviləsi əsasında işləmişdir. O, mağazada gecə və gündüz növbəsində işləmişdir. O, mağazanın giriş hissəsində sağ tərəfdə kassada dayanmış və mağazadan alış-veriş edən müştərilərə xidmət göstərmişdir. 01 yanvar 2023-cü il tarixdə gecə növbəsinə gəldiyini və kassada dayanıb müştərilərə xidmət göstərdiyini bildirmişdir. 01 yanvar 2023-cü il tarixdə saat təxminən 23:58 dəqiqə iki nəfər cavan oğlan mağazaya daxil olub alış-veriş etmişlər. Onlar mağazadan su, saqqız və digər məhsullar götürüb aldıqları məhsulları ona verdiklərini və o, kasada hesablayıb 22 manat etməsini bildirmişdir. Həmin şəxslərdən biri üzərində pulu və kartı olmadığlını bildirmiş, 22 manat pulu kartdan karta köçürmək istədiklərini bildirmişdir. Həmin ifadələri işlədən şəxs ondan kart hesabı istədiyini, o, da özünə məxsus olan "xxxx" bank kartının üzərində olan 16 yəni, 4098 5844 6764 7960 rəqəmlərini onlara bildirdiyini demişdir. Onunla danışan şəxs telefonu çıxarıb onun kartının 16 rəqəmini telefonunda qeyd etdiyini, onun kartına onlayn vasitəsilə 22 manat pul köçdüyünü bildirmişdir. Həmin şəxs karta pulu vurduğunu, bundan sonra onların çıxıb getdiklərini, təxminən 15 dəqiqə keçdikdən sonra telefonuna mesaj gəldiyini və mesajda kartından 525 manat məbləğində pulun çıxarıldığını gördüyünü bildirmişdir. Kartından pulu həmin şəxslərin çıxardığını, bundan bir neçə dəqiqə sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini və hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkdiklərini bildirmişdir. Həmin günü o, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə gəldiyini demişdir. Orada ərizə ilə müraciət etdiyini və izahat verdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, ünvan 19 ünvanda yerləşən mağazada satıcı işləmişdir. O, həmin mağazada əmək müqaviləsi əsasında işləmişdir. O, mağazanın giriş hissəsində sağ tərəfdə kassada dayanmış və mağazadan alış-veriş edən müştərilərə xidmət göstərmişdir. 28 yanvar 2023-cü il tarixdə səhər saatlarında işə gəlmiş və kassada dayanıb müştərilərə xidmət göstərmişdir. Həmin günü saat təxminən 09:30 dəqiqə olardı ki, bir nəfər cavan oğlan mağazaya daxil olub alış-veriş etdi. Belə ki, həmin şəxs mağazadan 39 manat müqabilində siqaretlər aldığını bildirmişdir. Həmin şəxs üzərində nağd pulu və kartı olmadığını, 39 manat pulu kartdan karta köçürmək istədiyini bildirmişdir. Həmin şəxs ondan kart hesabı istədiyini, o, da özünə məxsus olan "xxxx" bank kartımın üzərində olan 16 yəni, 4098 5844 6815 0840 rəqəmlərini ona bildirdiyini demişdir. Həmin şəxs telefon çıxarıb ona kartının 16 rəqəmini telefonunda qeyd etdiyini və onun kartına onlayn vasitəsilə 39 manat pulun köçdüyünü bildirmişdir. O, həmin şəxsin karta pulu vurduğunu bildirmişdir. Bundan sonra onun çıxıb getdiyini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra telefonuna mesaj gəldiyini və baxdıqda kartından ümumilikdə 468 manat məbləğində pulun çıxarıldığını bildirmişdir. Kartından pulu həmin şəxsin çıxarıldığını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəldiklərini və hadisə yerinə baxış keçirib fotoşəkillərinin çəkdiklərini bildirmişdir. Həmin günü o, polis əməkdaşları Binəqədi RPİ-nin 5-ci PBnə gəldiyini, orada ərizə ilə müraciət etdiyini və izahatının alındığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 20 ünvanında qeydiyyatda olmaqla yaşamış, iki övladı olmuşdur. Özü isə İ Qarabağ müharibəsi veteranı, İİ qrup əlil olduğunu Təqsirləndirilən şəxs yaxın dostu Mirzəyə görə tanıdığını bildirmişdir. Belə ki, Mirzənin ona 150 manat borcu olduğunu, o, Mirzədən hər dəfə borcunu istədikdə o, ona müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayındığını bildirmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə qızına dərman almaq uçun özünə məxsus "Samsung A21 S" markalı mobil telefonunu Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən lombardda qoyaraq əvəzində 110 manat pul götürmək istədiyini bildirmişdir. Lakin, lombardda işləyən əməkdaş sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 telefona baxaraq 50 manat pul verə biləcəyini demişdir. O, da bu barədə Adilə İ Qarabağ müharibəsi veteranı olduğunu 110 manat pula ehtiyacı olduğunu demişdir. Mümkunsə ona 110 manat verməsini xahiş etdiyini demişdir. Adil də atasının da müharibə veteranı olduğunu deyərək ona 110 manat pul verdiyini və əvəzində 130 manat alacağını bildirmişdir. O, da razılaşaraq pulu götürüb getdiyini demişdir. Bundan bir neçə gün sonra telefonunu lombarddan götürmək üçün dostu Mirzədən ona olan borcunu istədiyini bildirmişdir. Mirzə ona üzərində pulu olmadığını, lakin tanışı Nicatın ona borcu olduğunu bildirmişdir. Nicat onunla lombardda getdiyini onun borcunu əvəzində ödəyəcəyini telefonunu isə götürdüyünü bildirmişdir. O, da razılaşdığını bildirmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən lombardda getdiklərini bildirmişdir. O, lombarda olan zaman Adilə mobil telefonunu götürmək istədiyini bildirdiyini demişdir. Adil ondan pul istədikdə Nicat Adilə kart hesabını təqdim etməsini, karta pul göndərməsini demişdir. Adil "Kapıtal Bank"a aid **********015048 nömrəli plastik kart hesabını Nicata verdiyini demişdir. Nicat isə həmin hesab nömrəsinə 126 manat ödəniş etdiyini bildirmişdir. Lakin, bir qədər sonra ödənişin ləğv olunduğunu demişdir. Adil pulun kartdan geri çəkildiyini gördükdə mobil telefonu verməkdən imtina etdiyini və pul kartına köçməsə telefonu verə bilməyəcəyini demişdir. Bir qədər sonra Nicat özünə məxsus telefonda bir bank proqramında təkrar əməliyat etdiyini və Adilin hesab nömrəsinə 1 manat, 2-3 dəqiqə sonra isə 126 manat pul köçdüyünü, Adil pulun köçməsini gördükdə mobil telefonunu ona verdiyini demişdir. O, mobil telefonunu götürüb Nicatla birlıkdə çıxıb getdiyini, Nicatın heç bir söz demədiyini demişdir. O, Nicatdan ayrılıb evinə getdyini, bundan sonra Adil istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etdiyini, Nicat onun kart hesabından pul oğurladığını dedikdə, o, belə şeyin mümkün ola bilməyəcəyini demişdir. Adil onu telefonda lombardda dəvət etdiyini bildirmişdir. O, nə səbəbə gəlməli oldugunu dedikdə Adil ona onun kartından pul çıxarıldığını demişdir. O, Adil onun kartına pul mədaxil olundugu üçün o, onun telefonunu qaytardığını bildirmişdir. Bu vaxtı Adil onu soyub təhqir etdiyini, o, da xəstə olduğu üçün telefonu adboy etdiyini bildirmişdir. Onun Nicatın kartdan pul çıxarmasından xəbəri olmadığını bildirmişdir. Digər şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 məhkəmə iclasında verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 28 yanvar 2023-cü il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis kapitanı X9 tərəfindən iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs15 mobil telefonunda qeydə alınmış hesab kartından köçürmələrə dair qəbzə baxış keçirilməsinə dair protokoldan görünür ki, “Leo bank aid 4098-5844-6815-0840 saylı kartdan 468 manat hissə-hissə olmaqla pulun çıxarıldığı müəyyən edilmişdir. Həmin hesaba dair bank qəbzlərinə dair çıxarışlar protokola əlavə edilmişdir. Həmin bank çıxarış-qəbzlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 02 yanvar 2023-cü il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis kapitanı X9 tərəfindən iş materiallarına əlavə edilmiş hadisə yerində müşahidə kamerasında qeydə alınmış və DVD diskinə köçürülmüş görüntülərə baxış keçirilməsinə dair tərtib edilmiş protokoldan görünür ki, 28 yanvar 2023-cü il tarixdə saat 09-30-də bir nəfər şəxsin Bakı şəhəri, Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən mağazaya gəlib orada 39 manatlıq alış-veriş etdiyi, hesabı online vasitəsi ilə ödəniş edildiyi şəxsin görüntüləri qeydə alınmışdır. Görüntüləri özündə əks etdirən DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş Şahid1 aid olan hesab kartından 09 iyun 2023-cü il tarixli çıxarışdan görünür ki, 21 fevral 2023-cü il tarixdə onun hesab kartından 500 manat məbləğdə pul vəsaiti tranzit hesaba köçürülməklə çıxarılmışdır. Həmin bank hesab çıxarışı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Görüntüləri özündə əks etdirən DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" bank ASC- tərəfindən verilmiş Zərərçəkmiş şəxs2 hesab kartına aid çıxarış cədvəlindən görünür ki, 26 fevral 2023-cü il tarixdə onun hesab kartından 460 manat məbləğdə pul vəsaiti “E-pul” əməliyyatı vasitəsi ilə hesabdan çıxarılmışdır. Həmin bankın hesab çıxarışı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" bank ASC- tərəfindən verilmiş Zərərçəkmiş şəxs3 hesab kartına aid çıxarış cədvəlindən görünür ki, 01 mart 2023-cü il tarixdə onun hesab kartından 1380 manat məbləğdə pul vəsaiti “E-pul” əməliyyatı vasitəsi ilə hesabdan çıxarılmış, həmin bankın hesab çıxarışı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 mart 2023-cü il tarixdə ona “ABB” bankın müştərisi Zərərçəkmiş şəxs7 məxsus "xxxx" ASC tərəfindən bank kartından “MPAY” proqramı vasitəsi ilə köçürmə yolu ilə 2023-cü ilin mart ayının 2-də 2063 manat məbləğində pul vəsaiti hesabdan çıxarılmışdır. Həmin bankın hesab çıxarışı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Kapital» bank ASC- tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 49/756 saylı məktubundan və məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs8 oglunun istifadəsində olan 4169 73** **** 5048 nömrəli plastik (karta baglı hesab ********************) kartdan məxaric olunan 352,00 (üç yüz əlli iki) manat vəsait “Birbank tətbiqi" vasitəsilə özünün adına olan 4169 73** ****3649 nömrəli virtual (karta bağlı hesab ******************) kartına köçürülmüsdür. Həmm tarixdə vəsait “Birbank tətbiqi” vasitəsilə 4169 73******3649 nömrəli virtual kartdan Təqsirləndirilən şəxs 4169 73** **** 5814 nömrəli plastik (karta bağlı hesab ********************) kartına koçürülmüsdür, 04 vərəqədən ibarət hesablar üzrə çıxarışlar, məlumat və anket məlumatları məktuba əlavə edilmişdir. Həmin bankın hesab çıxarışları, məlumat və anket məlumatları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə "xxxx" ASC-dən daxil olmuş 21 iyun 2023-cü il tarixli HTİD- OUT-00055-2023 nömrəli məktubun qoşmasına əlavə edilmiş 409858, 3216 nomrəli plastik kart hesabından çıxarışa baxış keçirməsinə dair 21 iyun 2023-cü ildə tərtib edilmiş protokoldan görünür ki, həmin çıxarışda qeyd olunan plastik kart muştəri Zərərçəkmiş şəxs12 məxsus olmaqla, xx.xx.2023-cü il tarixdə saat 11:51-də 0,01 AZN həmin tarixdə və bir neçə saniyə aralarında fərqlə müvafiq olaraq ardıcıllıqla 50 AZN 200 AZN, 100 AZN və 200 AZN "MPAY" tətbiqinə köçürülmüş, Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs12 kartından köçürmə yolu ilə oğurladığı pulun xx.xx.2023-cü il saat 11:51-də köçürülməsi müəyyən edilmişdir. Həmin bankın hesab çıxarışı və 01 ədəd DVD diskində olan məlumatlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 02 avqust 2023-cü il tarixdə Nərimanov RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Cavanşir Mayılov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə DİN-nin BKİ-dən daxil olmuş 02 ədəd DVD diskinə köçürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon məlumatlardan görünür ki,***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı movil nömrələrdən 08 mart 2023-cü il tarixdə saat 08-48 dəqiqədə ünvan 22 ünvanda olduğu və həmin mobil nömrələrin onun istifadəsində olduğu müəyyən edilmişdir. Həmin 02 ədəd DVD diskində olan telefonun anten məlumatları və 13 vərəqdən çıxarışlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 19 iyul 2023-cü il ppo seç/0513/2023-saylı məktuba əlavə edilmiş DVD diskinə köçürülmüş bank məlumatlarından görünür ki, X1 qeyd edilən ***-***-**-** saylı "M10" hesabı ilə xx.xx.2023-cü il tarıxdən xx.xx.2023-cu il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlarla müəyyən edilmişdir ki, onun hesab kartından 08 mart 2023-cü il tarixdə 9601 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Həmin vəsaitin Təqsirləndirilən şəxs tərəfindən çıxarılması təsdiq edildiyindən 01 vərəqdən ibarət bank məlumatı və Zərərçəkmiş şəxs4 tərəfindən ərizəsinə əlavə edilmiş pulun çıxarılmasına dair 01 ədəd bank qəbzi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar Zərərçəkmiş şəxs8 könüllü təqdım etdıyı 1 ədəd CD diskdə olan görüntülərə baxış keçirilmiş və həmin diskdə olan görüntülərdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində iki nəfər şəxsin onlardan cavan olanın əynində boz rəngli jaket və eyni rəngli şalvar geyinməsi digər yaşlı olan şəxsin isə əynində qara rəngli jaket və qara rəngli şalvar geyinməsi, boz rəngli jaket və eyni rəngli şalvar geyinən şəxsi Zərərçəkmiş şəxs8 təqdım edərək onun Təqsirləndirilən şəxs olmasını məhz onun tərəfindən kart hesabında olan pulunu ələ keçirilməsini bildirdiyi, Təqsirləndirilən şəxs mobil telefonda müxəlif əməliyyatlar həyata keçirildiyi əks olunmuşdur. Həmin video görüntülər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 1 ədəd video disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Leo bank ASC-tərəfindən verilmiş bank kart hesabından çıxarışla müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nəriman Nərimanov küçəsində yaşayan müştəri Zərərçəkmiş şəxs10 4098.....0783 saylı kart hesabından 05 yanvar 2023-cü il tarixdə 1844 manat məxaric əməliyyatı keçirilmişdir. Həmin çıxarış iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. 03 iyun 2023-cü il tarixdə "xxxx" ACC-nin “Gənclik” filialından Zərərçəkmiş şəxs13n verilmiş hesab çıxarışlarından görünür ki, ona məxsus “Birbank” hesab kartından 04 mart 2023-cü il tarixdə saat 19-55-də 3.258 manat məbləğində pul vəsaitinin çıxarılmışdır. Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X11 tərəfindən Zərərçəkmiş şəxs11 videodiskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs Çəlikməmməd oğlunun iştirakı ilə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, görüntülərdə Qaradağ rayonu, Sədərək ticarət mərkəzinin, şiriniyyat sektorunda yeriəşən 13-cü sıra 33 saylı mağazanın daxilində və xaricində 2 nəfər şəxs mağaza daxilində yanaşı dayanaraq hansısa əşya almaq üçün öz aralarında söhbət aparırmaları, Zərərçəkmiş şəxs11 həmin şəxslərin ona məxsus kart hesabından 650 manat məbləğdə pul çəkmək üçün cəhd etdiyini və 650 manat dəyərində ət çəkən mətbəx məişət texnikasının aldatma yolu ilə ödənişini etdikləri görüntüsü yaradaraq götürüb getdikləri, mağazanın xaricində olan videomüşahidə kameralarının qörüntülərindən həmin şəxslərin əllərində karobka iiə mağazadan çıxsb getdikləri müşahidə olunmuşdur. Həmin şəxslərdən birinin xx.xx.1996-cı ii təvəllüdlü Təqsirləndirilən şəxs digərinin isə xx.xx.1980-ci il təvəllüdlü Şahid4 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin görüntülərdə olan şəxslərindən birinin onun özünün və digər şəxsin isə tanışı Şahid4 olmasını bildirmişdir. Həmin vidogörünüləri özündə əks etdirən DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsi ilə bağlı etiraflı ifadəsi ilə yanaşı, çoxsaylı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, ifadələrin hadisə yerində yoxlanılmasına dair protokollar, hadisə yerinə keçirilmiş baxış protokolları, DVD diskinə köçürülmüş telefon danışıqları, pulun köçürülməsinə dair qəbzlər bank hesablarından köçürmələrinə dair çıxarışlar və digər təkzibedilməz sübutlar sübutetmənin predməti olmasını nəzərə alınmış, sübut növü kimi tanınınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1151/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 gün, xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1284/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 gün, xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. İşdə olan Sabunçu RPİ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 oglu təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəyən ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə notarial qaydada təsdiq olunmuş ərizələrini təqdim etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə həmin hissədə icraata xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun tam etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəyən zərəri tam ödəməsini və ona qarşı şikayət tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3-1, 177.2.4 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 07 ay azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübutlar - pul köçürməsinə dair qəbzlər, bank məlumatlarına dair çıxarışlar və DVD diskləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 07 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 14 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - pul köçürməsinə dair qəbzlər, bank məlumatlarına dair çıxarışlar və DVD diskləri cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-207/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-207/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver