Məhkəmə qərarları › İş №1(005)-207/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-207/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-207/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi-Müdafiəçi1 Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1961-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsas olmadan barəsində cinayət təqibinə xitam verilmiş mərhum X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 sonuncunun qızı Şahid1m və qohumu X3 Azərbaycan Respublikası Prezident Administrasiyasında işlə təmin edilməsinə nail olacağına dair yalan vəd verib 10 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanının yaxınlığında 25000 manat aldıqdan sonra, cinayət əməlini davam etdirib 2023-cü ilin aprel ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yenidən sonuncudan 6000 manat pul alıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 31000 manat pul vəsaitini ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Mənzil X11 tərəfindən Yasamal rayonu ərazisində inşa edilmiş mənzillə təmin edəcəyinə dair yalan vəd verib 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 4 ünvanındakı kirayə yaşadığı evdə Billurə Həsənovanın 3000 manat pulunu alıb ələ keçirdikdən sonra, cinayət əməlini davam etdirib, 2023-cü ilin iyun ayının ortalarında ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-nin “Gənclik” filalının qarşısında sonuncudan 3800 manat pul alıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 6800 manat pul vəsaitini ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Bilurə xanıma qarşı dələduzluq etmiş, həmin epizod üzrə özünü təqsirli bilir. Bilurədən ümumilikdə 6200 manat civarında pul almış, həmin pulu Gənclikdə görüşüb Nazimə vermişdır. Nazimi 3 il olar ki, tanımışdır. Pulun alınmasında məqsəd Bilurəni evlə təmin etmək olmuşdur. Bilurə hətta ona söz vermişdir ki, onun evi təhvil verilsə ona hədiyyə kimi üzük alıb verəcək. Bilurənin borcundan ödənişlər etmiş, hazırda həmin məbləğdən 2.800 manat borclu qalmışdır. Lakin Zərərçəkmiş şəxs2 münasibətdə özünü təqsirli bilmir. Belə ki, Nazim və Nizami 50 il dost olmuşlar. Nizaminin pulunu şəxsən Nazim almışdır, ona həmin puldan bir manat olsun çatmamışdır. Nazim hətta ona 8.000 manat borclu qalmışdır. Pulları qaytara bilmədiyindən Nazim intihar etmişdir. Dəymiş zərəri də qismən ödəmişdir. Yekunda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından tanıyır. Belə ki, Sücahət xanımla Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” adlanan ərazidə təsadüfən tanış olmuşdur. Sücahətlə söhbət əsnasında kirayədə yaşadığını Sücahətə demişdir. Sücahət isə bildirmişdir ki, onun sosial şərtlərlə tikilən, “sosial evlər” kimi tanınan binalardan mənzil almaqda köməklik edə biləcək tanışları vardır və tanışları vasitəsi ilə ona ev almaqda köməklik edə bilər. Belə ki, Sücahət bildirmişdir ki, ümumilikdə 6800 manat pul qarşılığında Azərbaycan Respublikası Mənzil X11 tərəfindən Yasamal rayonu ərazisində inşa edilmiş mənzillərdən ona verilməsini təmin edə biləcək. O da Sücahətə inanıb hissə-hissə olmaqla 2023-cü ilin iyun əvvəllərindən həmin ilin iyun ayının ortalarına kimi olan müddət ərzində ümumilikdə 6800 manat pul vermişdir. Belə ki, ilk dəfə 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 4 ünvanındakı kirayə yaşadığı evdə Sücahətlə görüşüb ona 3000 manat pul vermişdir. Sonuncu dəfə isə 2023-cü ilin iyun ayının ortalarında Sücahətlə ünvan 5 ünvanda yerləşən "xxxx"-nin “Gənclik” filalının qarşısında görüşüb ona 3800 manat pul vermişdir. 6800 manat puldan 3000 manatını yaşadığı ünvanda Sücahətə verən zaman evdə qızı Şahid3 və oğlu Şahid2 olmuşdur. Sücahət ilk olaraq 2023-cü ilin avqust ayınadək evlə təmin olunacağını bildirsə də, sonradan müxtəlif bəhanələrlə müddəti əvvəlcə 2023-cü ilin noyabr ayına, daha sonra isə 2023-cü ilin dekabr ayına qədər uzatmışdır. 2023-cü ilin dekabr ayında isə Sücahətin dediyi müddət başa çatdığından onunla əlaqə saxlamaq istədikdə Sücahət telefona cavab vermədiyindən onunla əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Mənzil X11 tərəfindən Yasamal rayonu ərazisində inşa edilmiş evlərdən ev almaqda köməklik etməsi üçün ümumilikdə 6800 manat pul vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona maddi zərərə görə 4000 manat ödənilmişdir, 2800 manat zərər ödənilməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X5 40 ilə yaxındır tanıyır, onunla bir yerdə Kənd Təsərrüfatı Nazirliyində işləmişlər, aralarında yaxşı münasibət olmuşdur. 2023-cü ilin fevral ayında qızı Şahid1m işə düzəltmək istəyirmiş. Həmin ərəfədə də qayını Ziyadxan öz oğlu Ramini də işə düzəltmək istəyirmiş. Bu barədə tanışı Nazimə dedikdə Nazim bildirmişdir ki, administrasiyada vəzifəyə düzəlib, Sona xanım adlı şəxsin vasitəsilə həm qızını, həm də qayını oğlunu işə düzəldə bilər. Sona xanımın isə X12 işlədiyini bildirmişdir. 2023-cü ilin fevral ayında Nazim və Sonayla birlikdə Gənclik metrosunun yaxınlığında, Atatürk prospektində yerləşən çayxanada oturub bu barədə söhbət etmişlər. Onlar qızını Administrasiyada işə düzəldəcəkləri məqsədilə 25000 manat pul istəmişlər, qayını oğlunu orada sürücü düzəldəcəkləri məqsədilə isə 6000 manat istəmişrlər. xx.xx.2023-cü ildə yaşadığı Xətai rayonu, Ramiz Quliyev küçəsi 58C ünvanında yerləşən evinin yaxınlığında, öz maşınında Nazim və Sona ilə görüşüb qızının işi üçün onlara 25000 manat pul vermişdir. Onlar vəd etmişdirlər ki, bir neçə aya qızının əmri veriləcəkdir. 2023-cü ilin aprel ayında isə həmin şəxslərlə Atatürk prospektindəki çayxanada görüşüb Nazimə və Sonaya qayını oğlu Raminin işə düzəlməsi üçün 6000 manat vermişdir. Onlar ona vəd etmişlər ki, iki aya qızının və qayının oğlunun işi düzələcəkdir. İyun ayında isə Nazimə bu barədə dedikdə Nazim bildirmişdir ki, iş düzəlcəkdir, narahatlığa əsas yoxdur. Lakin həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq onlar vədlərinə əməl etməyib pulu da qaytarmamışdırlar. Həmin ərəfələrdə Sona adlı xanımın barəsində maraqlandıqda Sonanın əslində Təqsirləndirilən şəxs olduğunu, onun X12 işləmədəyini və onun kimi digər şəxsləri də aldadaraq pul aldığını öyrənmişdir. Bir müddət keçdikdən sonra, təxminən 2023-cü ilin sentyabr ortalarında özünü Sücahətin tanışı kimi təqdim edən “Ərəstun" adlı şəxs ona zəng edərək Sücahətlə bağlı görüşmək istədiyindən həmin şəxslə görüşmüşdür. Görüş zamanı ərəstun Sücahətin borclu olduğu üçün ondan vaxt istədiyini bildirdikdə, Ərastuna Sücahətin ona borcu olmadığını, qızını və qohumunu işə düzəltmək üçün pul aldığını və heç bir iş görməyərək onu aldatdığını bildirmişdir. Bundan başqa Sücahət onunla arabir 050 *** ** ** nömrəsi ilə əlaqə saxlayırmış. Sücahətin onu aldatdığını bildikdə həmin nömrə ilə əlaqə saxlayan zaman nömrənin əslində “Kübra” adlı bir xanıma məxsus olduğunu və həmin xanımın Sücahətlə onun arasında olan məsələdən məlumatsız olduğunu bildirmişdir. Onun tanışı olan Nazim isə 07 dekabr 2023-cü il tarixdə kirayədə yaşadığı evin balkonundan özünü ataraq intihar etmişdir. Sonradan Təqsirləndirilən şəxs israrla pulunu tələb etdiyindən ondan almış olduqları 31000 manat pulun 1500 manat hissəsini ödəmişdir. Təqsirləndirilən şəxs qızı Şahid1 Administrasiyada işə düzəltməsi üçün 25000 manat, qaynının oğlu X3 isə həmin Administrasiyada sürücü kimi işə düzəltməsi üçün isə 6000 manat pul vermişdir. Nazim Quliyev və X1 Administrasiyada işə düzələciyini, ona sücürücü lazım olacağını bildirmişlər. O da qızının sürücüsü kimi qaynının oğlunun işə düzəlməsini onlardan istədiyindən qaynının oğlu X2 işə düzəlməsi üçün lazım olacaq pulu da özünün verməyini qərarlaşdırmışdır. Belə ki, əgər iş düzəlmiş olsaymış qaynı oğlundan onun işə düzəlməsi üçün ondan alınmış olan 6000 manat pulu alacaqmış. Vermiş olduğu ümumilikdə 31000 manat pul ona məxsus olduğundan hadisə nəticəsində təkcə ona maddi ziyan dəymişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nazim qızı ifadəsində göstərmişdir ki, 2015-ci ilin avqust ayından 2024-cü ilin mart ayınadək DİN-nin 2 saylı polikilinikasında həkim-pediatr vəzifəsində xidmət etmiş, 2024-cü ilin mart ayında öz arzusuyla xidmətdən xaric olunmuşdur. X15 və Təqsirləndirilən şəxs tanımamış, onlarla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin yay- aylarında ona məlum olmuşdur ki, onun atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs adlı qadına onun iş yerinin Administrasiyaya dəyişdirilməsi üçün 25000 manat, qohumları Raminin isə həmin Administrasiyada işə düzəlməsi üçün 6000 manat pul vermişdir. Belə ki, 2023-cü ildən etibarən əvvəllər işlədiyi iş yerindən ayrılıb yeni işə qəbul olunmaq istəyirmiş, atası da onun bu niyyətindən məlumatlı olduğundan ona köməklik etmək məqsədi ilə xəbəri olmadan həmin şəxsə onun iş yerinin dəyişdirilməsi üçün pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Bahadur qızı ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Aralıq kəndindən olan Sona adlı xanımı 2023-cü ilin mart ayından tanıyır. Sona xanımın əsil adı isə Sücahət, soyadı isə Məmmədovadır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Kamelot Pub”da xidmətçi olaraq 2023-cü ilin mart ayında işə düzəlmiş, elə həmin günü “Kamelot Pub” da Təqsirləndirilən şəxs əvəzindən işə çıxmışdır. “Kamelot Pub”dan da Sona ilə, yəni Sücahətlə onun münasibəti yaranmışdır. X5 isə Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Belə ki, onun mərhum qardaşı Nurəddin Nuriyev 1992-1994-cü illərdə İ Qarabağ döyüşlərində şəhid olsa da şəhidlər üçün dövlət tərəfindən ayrılan 11.000 manat pul müavinəti verilməmiş və həmin müavinətin alınmasında ona köməklik göstərməsini Sücahətdən xahiş etdikdə Sücahət şəhid qardaşının adına müavinətin alınması üçün 8000 manat pul lazım olduğunu, bu işi isə Nazim adlı Sosial Müdafiə Fondunda işləyən tanışı vasitəsilə həll edəcəyini bildirib onu X13 ilə tanış etmişdir. Nazim Quliyevlə söhbət edən zaman Sücahələ danışdıqlarını ona da danışmış və X14 dediklərini bir daha təsdiq etmişdir. Sücahətlə tanış olduğu dövrdə Sücahət ona məxsus üzərində *** *** ** **, 050 *** ** ** mobil telefon nömrələri olan mobil telefonundan istifadə edib tanışlarına zəng etmişdir. Eyni zamanda Sücahət onun istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinin “Whatsapp” proqramından da istifadə edib tanışları ilə danışmışdır. Sücahətə inanmadığından ona mərhum qardaşına müavinət düzəltməsi barədə razılıq verməmişdir. 2023-cü ilin sentyabr ayında Sücahətlə aralarında olan söhbətlərdən birində Sücahət ona əslən Naxçıvan Muxtar Respublikasından olan Nizami adlı tanışının qızını və qaynı oğlunu işə düzəltmək üçün Nizamidən 25.000 manat pul alıb X6 verdiyini, lakin Nazim Quliyevin həmin işi görməyib pulu qaytarmadığı üçün Nizami adlı tanışına 25.000 manat borclu qaldığını, Şamaxı rayonu ərazisində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb Nizamiyə olan 25.000 manat borcunu qaytaracağını demişdir. Nizami adlı şəxsi tanımır və onu görməmişdir. Ancaq 2023-cü ilin noyabr ayında tanımadığı mobil telefon nömrəsinin “Whatsapp” proqramından onun istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinin “Whatsapp” proqramına zəng gəlmiş və zəng edən şəxs Nizami olduğunu bildirib Sona adlı qadının onun mobil telefon nömrəsindən istifadəsində olan mobil telefon nömrəsinə zəng etdiyini dedikdə adının Nizami olduğunu bildiyi şəxsə onunla danışanın Kübra olduğunu, zəng etdiyi mobil telefon nömrəsinin Sonaya yox, ona məxsus olduğunu, ola bilsin Sonanın onun mobil telefon nömrəsindən istifadə edib onunla da danışdığını demişdir. Onun rəsmi adı Validə olsa da bəzən onu Kübra da deyə çağırdıqları üçün Nizami müəllimə özünü Kübra kimi təqdim etmişdir. Daha sonra Nizami müəllim ona demişdir ki, Sona ondan qızını işə düzəltmək adı ilə 25.000 manat, qaynı oğlunu işə düzəltmək adı ilə isə 6000 manat olmaqla ümumlikdə 31.000 manat pul almışdır. Nizami müəllimə onun bu məsələlərdən xəbəri olmadığını demişdir. Sücahətlə görüşüb söhbət edib ona Nizaminin dediklərini bildirəndə Sücahət ona danışmışdır ki, həmin Nizami müəllim ona barəsində danışdığı şəxsdir və bir daha da təsdiq etmişdir ki, həqiqətən də Nizami qızını işə düzəltmək üçün ona 25.000 manat, qaynı oğlunu işə düzəltmək üçün isə 6000 manat olmaqla ümumlikdə 31.000 manat pulu ona verib və o, da həmin 31.000 manat pulu X6 verib. Daha sonra onun Sona xanımla əlaqəsi tamamilə kəsilmişdir. Nizamidən 31.000 manat pulun alınmasında iştirak etməmiş və bu işlə bağlı ona Sonanın özü və Nizami müəllim danışmışdır. Onda olan son məlumata görə isə X13 yaşadığı binadan özünü ataraq özünə qəsd etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid3, Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DİN-in 102 Xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisənin ünvan 6 ünvanda baş verməsi müəyyən edilmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində saxlanılmışdır. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 16 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Maddi ziyanın ödənilməsi haqqında” 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 1500 manat ziyanı ödəmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 iyul 2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə dair işlər üzrə AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2018-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq Nərimanov RPİ-yə gəlmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuş və saxlanılması üçün Nərimanov RPİ-nin MSYnə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X7 barəsində AR CM-nin 32.4, 312 maddəsi ilə cinayət təqibinin başlanması AR CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 1(005)- 207/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir. AR DİN Nərimanov RPİ-nin 16-cı PŞ-nin 05 iyul 2025-ci il tarixli, 60223 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 09 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixində saxlanılması üçün Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş 05 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 4000 manat ödənilmişdir. Ona ödənilməmiş 2800 manat ziyan qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyi: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərəri qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərəri qismən ödəməsini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 05 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 iş saatı üçün cəmi 385 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05(beş) ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 35 iş saatı üçün cəmi 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar