Məhkəmə qərarları › İş №1(005)-208/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-208/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-208/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oglunun Təqsirləndirilən şəxs Həmidulla oğlunun və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anada olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs» qətimkan tədbiri seçilmiş, ƏN 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Həmidulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Həmidulla oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Həmidulla oğlu vət.Zərərçəkmiş şəxs «İnstaqram» sosial şəbəkəsində «Playstation» oyun aparatlarını idarəedici pult və disklərlə birlikdə kirayəyə verməsi barədə elanı oxuyub həmin .oyun aparatlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxslə telefonla danışaraq oyun aparatlarının hər birini günü 30 manatdan kirayəyə götürəcəyi barədə razılığını alıb 01 iyul 2021-ci il tarixində, saat 19:30-da dəqiqədə ünvan 2 ünvanında sonuncuya məxsus 01 ədəd Çin istehsalı olan, 2007-ci il buraxılışlı, 500 manat dəyərində «Playstation 4» modelli, 01 ədəd Çin istehsalı olan, 2016-cı il buraxılışlı, 700 manat dəyərində «Playstation 4Pro» modelli oyun apaatlannı, hər. biri 80 manat olmaqla ümumi dəyəri 320 manat olan 04 ədəd idarəedici pultlarını və hər biri 40 manat olmaqla, ümumi dəyəri 240 manat olan 06 ədəd oyun disklərini, kirayə haqqı olan 60 manatı oyun aparatlarını qaytaranda ödəyəcəyi vədi ilə alıb ələ keçirərək istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1 760 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Həmidulla oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs Həmidulla oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və mahiyyəti üzrə bildirmişdir ki, 2021-ci ilin iyul ayının əvvələrində instaqram sosial şəbəkəsində Plastation aparatının icarəyə verilməsi ilə bağlı elanla rastlaşmış və oxuduğu Azərbaycan Texniki Universitetində şəxsi ehtiyacları üçün borc pul alaraq xərclədiyindən ümumilikdə tələbə yoldaşlarına 270 manat borcu yaranmışdır. Həmin borcu qaytara bilmədiyi üçün fikirləşmiş ki, elan verilmiş “Plastation"’ oyun aparatlarını günlük icarə adı ilə götürüb lombarda girov şəklində təhvil verib pul çıxarar və tələbə yoldaşlarına olan borclarını qaytarar, sonra pul yığıb aparatları girovdan çıxarıb sahibinə təhvil verər. Bu məqsədlə elanda yerləşdirilmiş xatırlamadığı mobil nömrə ilə əlqə saxlayaraq Elvin adlı şəxslə Gənclik metrostansiyasının yaxınlığında xatırlamadığı ünvanda görüşərək iki ədəd “Plastation” oyun aparatları, onlara aid pult və diskləri təhvil alaraq oxuduğu Universitetin qarşısına gəlmiş və orada olan zaman tələbələrdən biri Playstation oyun aparatını onun əlində görüb satıb-satmadığmı soruşmuş, o isə pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirəndə hər iki «Playstation» oyun aparatları, onlara aid pult və disklərini 500 manata razılaşaraq həmin tanımadığı tələbəyə satmışdır. xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırıldığından Elvindən aldığı Playstation aparatlarını pul yığıb alıb qaytara bilməmişdir. Zərərçəkmiş şəxs oglu ilə barışdığını, ona dəyən ziyanı tam ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oglu ifadəsində göstərdi ki, maddi durumunu yaxşılaşdırmaq üçün özünə məxsus olan “Playstation” oyun aparatını «İnstaqram» sosial şəbəkəsində hər birinin günlük icarəsi 30 manat olmaqla yerləşdiribmiş. 2021-ci ilin iyul ayının 01də, saat 19:30-da bir nəfər tanımadığı şəxs vhatsap vasitəsi ilə onunla əlaqə saxlayaraq 02 ədəd oyun aparatını, 04 ədəd idarəedici və 06 ədəd oyun disklərini bir günlük icarə adı ilə ondan istəyib. O həmin şəxsə etiraz etməmiş və onunla Gənclik metrostansiyasının yaxınlığında yerləşən Beynəlxalq Bankın qarşısında görüşməyə razı olub. Həmin şəxs həmin gün, saat 21:03-da yazaraq həmin ünvanda olduğunu bildirmişdir. O, evdən düşüb 02 ədəd “Playstation” oyun aparatlarını, 4 ədəd idarəedici və 6 ədəd oyun disklərini hər oyun aparatı üçün 30 manat olmaqla ümumilkidə 60 manata razılaşaraq ona vermişdir. Həmin şəxs bildirmişdir ki, oyun aparatlarını geri qaytaranda pulunu ödəyəcək və o etiraz etməyib. 02 iyul 2021-ci il tarixdə o həmin şəxslə əlaqə saxlamış və həmin şəxs bildirmişdir ki, «bir gün əlavə qalsın, əlavə olaraq pulunu ödəyəcək». Həmin gündən bir neçə gün keçmiş, həmin şəxsin onu müxtəlif bəhanələrlə vaxtı uzatdığını görüb həmin şəxs tərəfindən aldanıldığını başa düşmüşdür. Bundan sonra o aidiyyəti üzrə şikayət etmək qərarına gəlmişdir. Ona məxsus olan həmin şəxsə verdiyi oyun aparatlarının biri standart “Playstation 4” modelli, Çin istehsalı olan, 2007-ci il buraxıhşlı 500 manat dəyərində, digəri isə “Playstation 4 Pro” markalı həmçinin Çin istehsalı 700 manat dəyərində və buraxılış ili 2016-cı ildir. Həmçinin 4 ədəd idarəedici, hər birinin qiyməti 80 manat olmaqla ümumilkidə 320 manat və oyun diski 6 ədəd olmaqla hər biri 40 manat ümumilikdə 240 manatdır, ona ümumilikdə 1 760 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi və iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Həmidulla oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Həmidulla oğlunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oglu ilə barışdığını və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Həmidulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamandan Təqsirləndirilən şəxs Həmidulla oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Həmidulla oğlunun məhkəmə iclasında hüquqlarını müdafiə edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Həmidulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Həmidulla oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından həbsdən azad edilsin. Müdafiəçi X3 tərəfindən Təqsirləndirilən şəxs Həmidulla oğlunun hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar