Məhkəmə qərarları › İş №1(005)-208/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-208/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-208/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan SSR-nin, Vardenis rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: XXX Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan Şahid1 və Şahid2 etibarından sui-istifadə edib aldatmaqla özünü guya Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesterində Hüquqların X3 qeydiyyatçı vəzifəsində çalışmasını bildirməklə pul verəcəkləri təqdirdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən yaşayış binasının zirzəmi hissəsində olan 40.6 kv/m sahəli qeyri-yaşayış təyinatlı obyektin çıxarış sənədlərinin alacağına dair vəd verib 31500 (otuz bir min beş yüz) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 qeydiyyatçı vəzifəsində çalışmışdır. Həmin vəzifədə işləyəndə onu Bakı kəndlərində səyyar xidmət kimi “Asan” xidmətə təhkim etmişlər. “Asan” xidmətində Qasımla tanış olmuş, dostluq münasibətləri olduğu üçün onun Qasıma borcu olmuşdur. Şahid1 Qasıma görə tanımışdır. Lakin, Zərərçəkmiş şəxs tanımır, onu görməmiş, həmin adamla ümumiyyətlə telefon danışığı olmamış, sonuncuya hər hansı vəd verməmişdir. Şahid1 ondan Nəsimi rayonu ərazisində yerləşən obyekti sənədləşdirməsini xahiş etmiş, buna görə də 12 iyul 2023-cü il tarixdə Nərimanov rayonu, X5 küçəsində ona 31500 (otuz bir min beş yüz) manat pul vermişdir. Lakin o, həmin pulun Zərərçəkmiş şəxs məxsus olduğunu bilməmişdir. Sonradan ona bildirilmişdir ki, həmin pul Zərərçəkmiş şəxs məxsusdur və sonuncu pulunun qaytarılmasını tələb edir. Buna görə də, o, 31500 manat pulun 14950 manatını qaytarmışdır. Hazırda isə zərərçəkmiş şəxsə qalan pulu da tam ödəmişdir. Sonda təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənildiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 101, mənzil 15-in altındakı ona məxsus olan zirzəmini adına özəlləşdirmək istədiyi üçün tanışı Şahid1 bu işdə ona kömək etməsini xahiş etmişdir. Şahid1 bu işdə ona kömək edəcəyinə söz vermiş və bunun müqabilində ondan 31000 manat pul istəmişdir. Ceyhuna dediyi pul məbləğinə razılığını bildirmiş və 2023-cü ilin iyul ayının 7-10 tarixləri arasındakı müddətdə, saat 17 radələrində Nərimanov rayonu ərazisində yerləşən Albert Aqarunovun heykəlinin yaxınlığında əlbə-əl 31000 manat pulu Şahid1 vermişdir. Ceyhun pulu ondan aldıqdan sonra qeyd etdiyi yerin sənədləşməsini 2023-cü ilin sentyabr ayının axırına qədər həll edəcəyini ona vəd vermiş və inandırmışdır. Lakin Ceyhunun söz verdiyi müddətin tamam olmasına baxmayaraq, Ceyhun verdiyi vədinə əməl etməmişdir. Ona görə Ceyhundan pulunu tələb etməyə başladıqda, Ceyhun onun işini həll etməsi üçün pulu Təqsirləndirilən şəxs adlı şəxsə verdiyini bildirmişdir. Sonradan Ceyhun ona həmin puldan 14950 manat qaytarmışdır. Hazırda təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ortaq tanışları vasitəsi ilə tanıdığı Mirkazımla danışan zaman o, özünə məxsus Nəsimi rayonu ərazisində qeyri-yaşayış təyinatlı obyekti olmasını, həmin obyekti adına sənədləşdirmək istədiyini bildirmişdir. Bununla bağlı tanışı Şahid2 Səyyad oğluna müraciət etmiş, Qasım ona Təqsirləndirilən şəxs adlı tanışı ilə danışıb bu məsələni həll etməyin mümkün olduğunu demişdir. Bu barədə Mirkazıma dedikdə, o, razılaşmışdır. Təqsirləndirilən şəxs həmin obyektin sənədləşdirilməsinə görə hər bir kvadrat metr sahəsi üçün guya dövlət rüsümü kimi 750 manat, işin alındırılması üçün isə 3000 (üç min) manat pul lazım olmasını bildirdikdə, razılaşmışlar. Bütün danışıqlar bir-biriləri vasitəsilə aparılmışdır. Mirkazım onunla, o da Qasımla birılikdə Təqsirləndirilən şəxs ilə danışıq aparmışlar. Mirkazım ona 11 iyul 2023-cü il tarixdə Nərimanov rayonu, Albert Aqarunov küçəsində iş yerinin yaxınlığında əlbə-əl 31000 (otuz bir min) manat pul vermiş, sabahı günü Qasımla görüşüb, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində həmin pulları əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Aralarındakı danışığa görə Təqsirləndirilən şəxs ən uzağı sentyabr ayında obyektin xüsusi mülkiyyət kimi özəlləşdirilməsi barədə sənədləşdirməni həyata keçirməsini bildirmişdir. Lakin, müddət çatanda bu barədə Təqsirləndirilən şəxs soruşanda o, müxtəlif bəhanələr gətirmiş və yayınmağa başlamışdır. Artıq Təqsirləndirilən şəxs pulu tələb etməyə başladıqda, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 14950 (on dörd min doqquz yüz əlli) manat pul qaytarmış və 16550 (on altı min beş yüz əlli) manat verəcəyi qalmışdır. Mirkazım da işinin alınmadığını gördükdə özü “Asan” xidmətinə müraciət etmişdir. Tanışı Zərərçəkmiş şəxs məxsus olan Nəsimi rayonu, Həzi Aslanov küçəsi 101 saylı ünvanda yerləşən 40.6 kv/m sahəli qeyri-yaşayış təyinatlı obyektin özəlləşdirilməsinə, yəni el arasında deyilən “kupça” sənədin alınmasına Təqsirləndirilən şəxs söz vermiş və bunun müqabilində Mirkazım 31000 (otuz bir min) manat pulu ona vermiş və o da, həmin pulu Qasımla birlikdə əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində bir yerdə işlədiyi Ceyhun ona müraciət edərək Mirkazım adlı tanışının Nəsimi rayonu ərazisində yerləşən kiçik qeyri-yaşayış təyinatlı obyektini özəlləşdirmək istədiyini, bunun üçün Əmlak Komitəsində işləyən tanış lazım olduğunu demişdir. Əvvəllər tanıdığı XXX Təqsirləndirilən şəxs məsləhət görmüş, Təqsirləndirilən şəxs ilə telefonla danışdıqda, Təqsirləndirilən şəxs bu məsələni alındıracağını, hər bir kvadrat metr sahə üçün 750 manat, işi görməsi üçün zəhmət haqqı qismində 3000 (üç min) manat ödəməli olduğunu, ümumilikdə 31000 (otuz bir min) manat lazım olmasını demişdir. Mirkazım bu qiymətə razılığını bildirmişdir. 11 iyul 2023-cü il tarixdə Ceyhun ona zəng edərək, Mirkazımdan 31000 (otuz bir min) manat pulu aldığını demişdir. Bir gün sonra o, yaşadığı evinin yaxılığında Ceyhunla birlikdə görüşmüş və Təqsirləndirilən şəxs ora dəvət etmişlər. Ceyhun onun yanında pulu əlbə-əl Təqsirləndirilən şəxsə vermiş, Təqsirləndirilən şəxs sentyabr ayına qədər sənədlərin hazır olacağına söz vermişdir. Lakin, Təqsirləndirilən şəxs söz verdiyi müddət başa çatsa da sənədləşdirməni alındıra bilməmişdir. Onlar pulu tələb edəndə 14950 manatı qaytarılmış, həmin puldan 16550 manat isə qalıq, qalmışdır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus olan Nəsimi rayonu, Həzi Aslanov küçəsi 101 saylı ünvanda yerləşən 40.6 kv/m sahəli qeyri-yaşayış təyinatlı obyektin özəlləşdirilməsinə, el arasında “kupça” deyilən sənədin alınmasına söz vermiş, bunun müqabilində Mirkazımın Ceyhuna verdiyi 31000 (otuz bir min) manat pulu, Ceyhun onun yanında əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Cinayət işinin 32-ci vərəqində olan “İttiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.1ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 40-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan XXX Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş və saat 23:50-də Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 24 yanvat 2024cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, XXX Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 107-121-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(008)-11/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinməsi və CM-nin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi-məsul şəxs vəzifələri tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMnin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı tam toplamaq yolu ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi-məsul şəxs vəzifələri tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla həmin azadlıqdan məhrum etmə cəzasının ona şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qüvvəyə mindiyi andan hesablanması hökm edilmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X4 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, iş üzrə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2023-cü il tarixdən, 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları danışıqlarının hansı stansiyadan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-in siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin anket məlumatlarını əks etdirən məlumatlar "xxxx" MMC-dən götürülmüş, üzərində "xxxx" və BKC/LGL-3591+/24 yazılmış 01 ədəd “CD” diskinə, istintaq zərurəti ilə əlaqədar Nərimanov RPİ-nin İstintaq şöbəsində 32 saylı xidməti otağında “HP” markalı kompüterdə baxış keçirmiş, baxış zamanı aşağıdakılar müəyyən edildi: Həmin disk Nərimanov RPİ-nin İstintaq şöbəsində 32 saylı xidməti otaqda “HP” markalı kompüterin DVD oxuyucu vasitəsi ilə açıldıqda 01 ədəd SMS_Tarixcesi_**********0015_552965...,01 ədədSMS_Tarixcesi **********0018_ _552965..., 01 ədəd Zenglerin Detallasmasi **********467..., 01 ədəd X1 202402... RDF formatlı fayl aşkar olundu. 01 ədəd SMS_Tarixcesi_**********0018_552965..., adlı fayl açıldıqda ekranda XXX Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən, 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. 01 ədəd SMS_Tarixcesi **********0018_552965..., adlı fayl açıldıqda ekranda XXX Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2023-cü il tarixdən, 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində göndərilmiş smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman xx-xx- 2023-cü il tarixdə, saat 16:26:13-də iş üzrə Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefon nömrəsinə göndərilmiş sms-də: “Təqsirləndirilən şəxs Mirkazim Ceyhundan pulun teleb edir, Ceyhunda menden teleb edir ve sabah günorta 12 ye kimi vaxt veribler, lazimi tedbirler gorecekler menim haqqimda, ona gorede pulu ode ve ya getir qaytarilsin ozune! ona gorede pulu ode ve ya getir qaytarilsin ozune! Bundan sonar xx-xx-2023-cü il tarixdə, saat 16:24:02-də Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telfonla təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefon nömrəsinə göndərilmiş sms-də: “Təqsirləndirilən şəxs telefona cavab ver vacib sozum var, bu mirkazim meni polise verir, tecili mene cavab ver! Hardasan indi sen?”. xx-xx-2023-cü il tarixdə, saar 18:13:34-də göndərilmiş sms-də: “Təqsirləndirilən şəxs men iwden cixmiwam, hara gelim? Ya sen hara gelirsen? Qeyd edilmişdir. Bundan sonra xx-xx-2023cü il tarixdə, saat 00:38:06-da göndərilmiş sms-də: “Təqsirləndirilən şəxs sen ne etmek istirsen?”, “Təqsirləndirilən şəxs sabah günortaya qeder hamimizin muqeddariti hell olunur”, “Menim muqeddaratimin sebebkari sen olmagini istemezdim”, “Yani qardash dediyim ve qardash dediyin olmagini istemezdim”, “Ancaq sen qardash dediyini udar altina qoydun”, Ok! Bundan sonra xx-xx-2023-cü il tarixdə, saat 13:23:57-də göndərilmiş smsdə: “Təqsirləndirilən şəxs sen hardasan?”, “Menim telefonuma cavab ver”, “Təqsirləndirilən şəxsh cavab vereceksen mene buğun? He? Yox? Son defe soruwuram Allah haqqi”, "Təqsirləndirilən şəxsh gel bugun bu meseleni cozek bitsin”, “Men evdeyem necede desen dushecem goruwek, calishaq buğun hell edek, yaxshi qardash?”, “Mene bir cavab yaz”, Bundan sonra xx-xx-2023-cü il tarixdə, saat 17:52:53-də göndərilmiş sms-də: “Təqsirləndirilən şəxsh telefona tecili cavab ver”, “Telefonu gotur”, “Təqsirləndirilən şəxs Allah haqqi bugun goruwmeliyik, Necede olursa olsun, evdeyem men hara desen gelecem, harda desen goruwmeliyik Vallah. xx-xx-2023-cü il tarixdə, saat 01:08:30-də göndərilmiş sms-də: “Təqsirləndirilən şəxs, sene verillen 31500 azn den 14950 pul qaytarmisan, sabah yerde qalan pulu saat nechede vereceksen?”, qeyd edilmişdir. Yuxarıda qeyd edilən həmin sms-in sübut əhəmiyyəti kəsb etdiyi aşkar olunmuşdur. 01 ədəd Zenglerin Detallasmasi **********467..., adlı fayl açıldıqda ekranda XXX Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən, 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində zənglərin və smslərin anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış zamanı zənglərin və sms-rin Bakı şəhərindən göndərildiyi müəyyən olundu, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. 01 ədəd X2 202402... RDF adlı fayl açıldıqda ekranda XXX Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən, 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatı Azərbaycan Respublikası ərazisində olduğu göstərilmişdir. Beləliklə həmin siyahıya baxış keçirilən zaman iş üçün sübut əhəmiyyəti kəsb edən ***-***-**-** saylı mobil telefon nömrəsinin XXX Təqsirləndirilən şəxs adına olduğu müəyyən olunmuşdur. Cinayət işinin 136-cı vərəqində olan “Pulun təqdim edilməsi barədə” 29 fevral 2024cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X4 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbət tutub həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə XXX Təqsirləndirilən şəxs zərarçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün istintaqa təqdim etdiyi 1000 (min) manat pul iş üzrə Zərərçəkmiş şəxs təqdim olundu. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə əsasən AR CM-nin 178.2.1, 178.2.3 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi-məsul şəxs vəzifələri ilə məşğul olma hüququndan məhrum edilmə növündə cəzaya və 03 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş və barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş əsas cəza 01 il sınaq müddəti ərzində şərti hesab edilmiş, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs əsas və əlavə cəzasının xx.xx.2023-cü il tarixdə başa çatması ilə əlaqədar o, qeydiyyatdan çıxarılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş **********8 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 5239******0567 nömrəli kartdan 409858******0133 nömrəli karta 3200 manat köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 1-100906958 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 5239******0567 nömrəli kartdan 409858******0133 nömrəli karta 1000 manat köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 1-100906958 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 5239******0567 nömrəli kartdan 416973******7084 nömrəli karta 1000 manat köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona dəymiş zərər tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həbs olunmasını istəmir və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərəçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, XXX Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, XXX Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. XXX Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti XXX Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. XXX Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar