Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-208/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, 23 may 1997-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Şabran şəhəri, Ş. Vahabzadə küçəsi, ev 114-də qeydiyyatda olmaqla, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç.ev 19 a, mənzil 59-da yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun mtiddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 iyun 2024-cti il tarixdə saat 19 radələrində ünvan 1 ünvanın qarşısında şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı Qulu adlı şəxsin vasitəsi ilə “Uber” mobil tətbiqi vasitəsilə Sabunçu rayonu Ramana qəsəbəsinə taksi kimi sifariş verdiyi “Apetek” şirkətinə məxsus “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə avtomobili yolun kənarında saxlaraq siqaret alması üçün şərait yaratmadığına görə aralarında yaranmış mübahisəni həll etmək üçün avtomobildən kənara düşüb danışan zaman sonuncunun onu nalayiq ifadələr ilə təhqir etməsini bəhanə gətirərək və birgə yaşayış qaydalarını pozaraq Zərərçəkmiş şəxs yumruq qəsdən vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən qəlpəli sınığı, yumşaq toxumlarının şişkinlik halında əzilməsi, sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Qulu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində idilər. Onlar birlikdə vaxt keçirdikdən sonra o, işə getməli olduğunu Quluya demiş və Quludan xahiş etmişdir ki, UBER vasitəsi ilə onun üçün taksi çağırsın. Qulu da onun işə getməyi üçün taksi çağırmışdır. Saat təxminən 18 radələrində çağırışa Toyota Prius markalı, **-BG-*** d.q.n-lı avtomobil gəlmişdir. O, həmin taksiyə əyləşmişdir. O, həmin vaxt Sabunçu rayonu Ramanı qəsəbəsindəki ünvana getmişdir. O, avtomobilə əyləşdikdən sonra təxminən 100-200 metr getmişlər ki, sürücüdən xahiş etmişdir ki, avtomobili saxlasın o, siqaret alsın. Sürücü saxlaya bilməyəcəyini demişdir. Sürücü həmin yerdə saxlamağın qadağan olmasını bildirmişdir. O. sürücünü başa düşüb etiraz etmədən bildirmişdir ki, qarşıda köşk görəndə saxlasın. Sürücü isə ona aqresiv cavab verərək saxlamayacağını bildirmişdir. O, sürücünün onunla olan danışıq tərzini bəyənmədiyi üçün xahiş etmişdir ki, avtomobili dayandırsın, həmin sürücü ilə getmək istəmir. Sürücü isə “elə şey yoxdur” demişdir. O, sürücüyə izah etməyə çalışmışdır ki, həmin şəxslə getmək istəmir və dostu tərəfindən kartla ödənilmiş pulu geri istəmişdir. Sürücü isə pulu qaytara bilməyəcəyini bildirmişdir. Çünki, sürücünün sifariş edib vaxtın aparmışdır. Onlar avtomobilin içində bir-birilərinə söyüş söymüş və əlbəyaxa olmuşlar. Avtomobilin içində sürücü onu, o da sürücünü vurmuşdur. Həmin vaxt öz yumruğunun sürücünün hansı nahiyyəsinə dəyməsini görməmişdir. Çünki, sürücü də onu vurduğu üçün o, üzünü qorumağa çalışır və sürücüyə tərəf baxmamışdır. Yalnız bundan sonra avtomobili saxlamışdır. Onlar düşdükdən sonra dostu Qulunu çağırmışdır. Çünki, onlar Quludan çox uzaqlaşmamışlar. Qulu gəlib taksi sürücüsü ilə söhbət etməyə başlamışdır. Bu zaman sürücü yenidən onun barəsində təhqir edici sözlər işlətdiyi üçün o, sürücüyə bir dəfə yumruqla zərbəsi vurmuşdur. Bundan sonra sürücü sakitcə gedib kənarda əyləşmişdir. O isə oradan çıxıb getmişdir. Qeyd etmişdir ki, həmin vaxt onun üz nahiyəsində qızartılar olmuşdur. Lakin, heç bir tibb müsəsissəsinə müraciət etməmişdir. Hazırda əməlindən peşmandır, zərərəçəkmişlə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Apetek” şirkətinə məxsus Toyota Prius markalı, **-BG-*** d.q.n-lı avtomobil ilə taksi xidməti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “UBER” proqramının çağırışı ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektindən müştəri götürmüşdür ki, həmin şəxsi Sabunçu rayonu, Ramanı qəsəbəsindəki ünvana çatdırsın. Müştəri bir nəfər cavan oğlan idi. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Sahil avtomobilə əyləşdikdən sonra təxminən 100-200 metr getmişlər ki, siqaret almaq istədiyini və avtomobili saxlamağını istəmişdir. O da həmin yerin yəni, Sahilin saxlatmaq istədiyi yerin avtobus dayanacağı olduğunu bildirib, orada saxlamaqdan imtina etmişdir. Bu zaman Sahil səs küy salıb təcili avtomobili saxlamağını istəmişdir. O, yenidən etiraz etdikdə Sahil ona əl-qol atmışdır. Sahilin yumruq zərbəsi onun sinəsinə dəymişdir. O, məcbur avtomobili saxlamışdır. Sahil avtomobildən düşdükdə ondan gediş haqqı olan 6 manatı tələb etmişdir. O da sifarişçinin başqa şəxs olmasını bildirib pulu Sahilə təhvil verməyəcəyini qeyd etmişdir. Bu səbəbdən o. həmin şəxsə zəng edərək hadisə yerinə çağırmışdır. Bu zaman həmin şəxs gəlmiş və onunla söhbət etməyə başlamışdır. O, Sahilə olanları bildirib sifarişdən imtina etdiyi təqdirdə pulu qaytaracağını bildirmişdir. Onlar həmin şəxslə söhbət edərkən Təqsirləndirilən şəxs yanlarına gəlmiş və sağ tərəfində dayanaraq onu təhqir edib bir dəfə yumruqla sifətinə vurmuşdur. Həmin yumruq onun burun nahiyəsinə dəymiş və qanamağa başlamışdır. O, həmin vaxt özünü itirmişdir. Bundan sonra o, 102 xidmətinə zəng etmişdir. Polislər gələnədək Sahil qaçıb getmişdir. O, Sahili əvvəldən tanımır, onunla hər hansı münasibəti olmamışdır, Sahil onu heç bir səbəb olmadan vurmuşdur o, Sahili təhqir etməmiş və vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı iddia və şikayəti və tələbi yoxdur. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanın qarşısı olmuşdur. Azərbaycan Respulikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin N-712 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 aşkar edilmiş xəsarət –burun tənəffüsünun pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən qəlpəli sınığı, yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sıyrığı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixlərdə və şəraitdə əmələ gələr bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 X4 Xəstəxanası”-nın xx.xx.2024-cü il tarixli 1/4619 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik xəstəxanada qeydiyyatı olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 12987 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik xəstəxanada qeydiyyatı olmamışdır. “Cinayət törətməkdə şühbə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində şübhəli şəxsi qismində tutulmuşdur. “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür Comment [EH 1]: ki, Hacıyev X2 RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3 maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. CM-in: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmişlə barışması və ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələnin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay, 28 (iyirmi səkkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-208/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-208/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver