Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-209/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda metronun «20 yanvar» stansiyası istiqamətində avtomobil yol ötürücüsünün altındakı ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,522 qram və 0,531 qram, ümumi təmiz çəkisi 1,053 qram olan qəhvəyi rəngli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,570 qram və 0,496 qram, ümumi təmiz çəkisi 1,066 qram olan ağ rəngli kristallik şəkilli kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində narkotik vasitələrin qeyri qanuni əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli bilinərək Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında “Rose inn” otelinin qarşısında saxlanılaraq, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, X17 küçəsi 83 saylı ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmiş, həmin polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən həmin 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,522 qram və 0,531 qram, ümumi təmiz çəkisi 1,053 qram olan qəhvəyi rəngli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.570 qram və 0,496 qram, ümumi təmiz çəkisi 1,066 qram olan ağ rəngli kristallik şəkilli kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində ünvan 6 ünvanında yerləşən metronun «20 yanvar» stansiyası istiqamətində avtomobil yol ötürücüsünün altında tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almış və həmin maddələri əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamışdır. Həmin narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. 30 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 7 ünvanında «Rose inn» otelinin qarşısında bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq Nərimanov rayon 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun ad və soyadını soruşmuş, o da ad, soyadını bildirmişdir. Sonra polis əməkdaşları ondan onlarla birlikdə polis bölməsinə getməsini təklif etmiş və o da etiraz etməmişdir. Polis bölməsinə gəldikdən sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. Daha sonra polis əməkdaşları müdafiəçi dəvət etmişlər. Üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan soruşmuşlar ki, üstündə narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş əşya vardırsa təqdim etsin. O da onlara üstündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 4 ədəd bükümlərdən 02 ədəd şəffaf selofona bükülmüş “kakos” kimi adlanan heroini və digər 02 ədəd şəffaf sellofana bükülmüş metamfetamini çıxararaq təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütlələri haradan əldə etdiyini soruşmuşlar. O, polis əməkdaşlarına aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün 29 oktyabr 2022-ci il tarixdə metronun 20 yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddəni zərfə qoyub möhürləmiş və bu barədə protokol tərtib etmişlər, tərtib edilmiş protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 7 ünvanında “Rose inn” otelinin qarşısında Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər əvvəllər tanımadıqları şəxsin hərəkətlərindən narkotik vasitə təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini xahiş etmişlər və o, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs onun narkotik vasitə təsiri altında olmasından şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin inzibati binasına gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib birlikdə 16-cı Polis şöbəsinin inzibati binasına gəlməyə razılaşmışdır. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanılması qadağan edilmiş hər hansı əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 04 ədəd büküm çıxararaq masanın üzərinə qoymuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 4 ədəd bükümlərdən 02 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində “kakos” kimi adlanan narkotik vasitə heroin və digər 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə isə psixotrop maddə metamfetamindir, heroin və metamfetamini 29 oktyabr 2022-ci il tarixdə metronun 20 yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və yaxud predmet aşkar edilməmişdir. Rüstəm Rüstəmovdan aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddəni zərfə qoyub möhtirləmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfındən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-20-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PB-nin baş təhqiqatçısı X8 həmin protokolu, ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 oğlu, Şahid2 və vəkil X3 iştiraklarl ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Müəyyən olunmuşdur: 30 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 7 ünvanında «Rose İnn» hotelin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 19:50 radələrində şübhəli şəxs qismində polis bölməsinə gətirilmişdir. RPİ-nin 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunduqda Rüstəmli X6 RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və vəkil X3 iştirakları ilə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən şəffaf selofana bükülmüş bükülünün içərisində «04» ədəd bükülülərdən ikisində şəffaf selofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddələr narkotik vasitə «kakos» adı ilə tanınan heroin, digər ikisində şəffaf selofana bükülmüş şəffaf rəngli, kristal şəkilli maddələr psixotrop maddə metamfetamin olan bükümləri könüllü olaraq təqdim etdi və üzərinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddələr narkotik vasitə «kakos» adı ilə tanınan heroin və psixotrop maddə olan metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri 29 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində ünvan 9 ünvanında, metronun «20 yanvar» stansiyası istiqamətində avtomobil yol ötürücüsünün altında tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını, həmin narkotik maddəni və metamfetamini əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığını, 30 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 7 ünvanında “Rose lnn» hotelin qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə zərfə qablaşdırılaraq 218 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparıldı və saat 21:10-da başlayıb saat 21:40-da başa çatdınldı. Axtarış aparılan zamanı «Panasonic HC-V770» video kamerası vasitəsilə çəkiliş aparıldı. Protokol tərtib olundu, iştirakçılara ucadan oxundu və təsdiqlənməsi üçün imzalara təqdim olundu. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli, 6/6295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №218» dairəvi möhür əksi olan, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar kağız zərfdəki, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,522 qr və 0,531 qr, ümumi təmiz çəkisi - 1,053 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,570 qr və 0, 496 qr, ümumi təmiz çəkisi - 1,066 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 76-77-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair 15 fevral 2023-cü il tarixli, 846 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 69.3, 66.5, 68.2-ci maddələrinə əsasən 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 124-135-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 1(001)-36/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə olan 2 gün müddətin təyin edilmiş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzanın Xətai Rayon Məhkəməsinin 1(011)-17/2019 saylı, 09 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 20 iyul 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 136-cı vərəqində olan 4 saylı Bakı Asan Xidmət X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı 411695 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 564 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X5 göstərilmişdir. Cinayət işinin 137-146-cı vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 1,053 qram narkotik vasitə olan heroinin, təmiz çəkisi - 1,066 qram olan psixotrop maddə metamfetaminin maddi sübüt kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 0,973 qram heroin və 0.986 qram metamfetaminin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-209/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələridə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gəlmişdir. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 71493 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 1(001)-36/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və məhkum Təqsirləndirilən şəxs hal-hazırda heç bir ödəniş etməmişdir. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X11 birinci dərəcə əlillik verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 1,053 qram və psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 1,066 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və atasının birinci dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 1(001)-36/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni 15 oktyabr 2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 30 oktyabr 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq (əvvəlki məhkumluqları ödənilsə də) islah olunmamasını, sonuncu məhkumluğu ilə bağlı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilsə də, 1 (bir) il 15 (on beş) gün sonra yenidən qəsdən cinayət törətməsini və nəticə etibarı ilə əməlində cinayətin residivinin yaranmasını, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, məhkəmədən yayındığı üçün barəsində axtarış elan olunmasını və axtarış nəticəsində tutulmasını nəzərə almışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-36/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2000 (iki min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-36/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2000 (iki min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat cərimə cəzaları saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə və 2000 (iki min) manat cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,973 qram olan narkotik vasitə heroin və ümumi qalığı 0,986 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-209/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-209/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver