Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-209/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Ləgərqışlaq kəndində qeydiyyatda olan, Abşeron rayonu Məmmədli qəsəbəsi Z.Mustafazadə küçəsi nömrəsiz evdə yaşayan barəsində xx.xx.2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla 24,84 qram çəkidə tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd papirosda ümumi təmiz çəkisi 0,17 qram qarışıq kütlədə tütün hissəcikləri və cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 19 dekabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2061 ünvanında yerləşən “Gəncə təndiri” mağazasının qarşısında olarkən, özünü şübhəli aprdığı üçün Nərimanov Rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirildikdən sonra həmin tarixdə saat 01:45-dən 02:00-dək olan müddətdə müdfiəçinin iştirakı və video çəkilişlə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 2061 ünvanının qarşısında saxlanılmış onun idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin sol qapısının saxlanc yerindən 01 ədəd polietilen paketə bükülmüş bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 24,84 qram tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və avtomobilin sol sürücü oturacağının alt hissəsindən aşkar edilmiş 01 ədəd “LD” markalı siqret qutusunun içərisindən 01 ədəd papirosda ümumi təmiz çəkisi 0,17 qram qarışıq kütlədə tütün hissəcikləri və cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə o, Abşeron rayonu Məhəmmədi kəndində avtomobili ilə ünvana müştəri aparıb düşürdüyü zaman təxmini xatırladığı küçələrin birində hasarın dibindən sellofana bükülmüş marixuana tapmış və istifadə etmək üçün avtomobilinə qoymuşdur. Həmin gün həmin marixuanadan biraz istifadə etmiş, qalanı isə idarə etdiyi avtomobildə dururmuş. xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində o, Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Gəncə təndiri” mağazasının qarşısında yolun kənarında idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək tapdığı həmin marixuanadan biraz götürüb kağız bükümə dolduraraq çəkməyə başlamış, marixuananın qalan hissəsini isə avtomobilin sol qapısının saxlanc yerinə qoymuş, marixuana sellofan paket parçasına bükülü olmuşdur. Həmin vaxt ona iki nəfər post-patrul xidməti əməkdaşları yaxınlaşmış və özlərini təqdim edərək ondan xahiş etmişlər ki, avtomobildən çıxsın. O, avtomobildən çıxandan sonra həmin əməkdaşlar ondan kim olduğunu və burada hansı səbəbdən dayandığını soruşmuşlar, o, isə bir qədər narkotik təsiri altında olduğundan özünü itirmiş və onlara cavab verməkdən yayınmaq istəmişdir. Şübhələndiklərinə görə onu araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə 17-ci polis şöbəsinə getmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra isə idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi təklif edilmiş və o, etirazının olmadığını bildirmiş, güman etmişdir ki, avtomobildə saxladığı marixuana əməkdaşlar tərəfindən aşkar olunmaz. Lakin avtomobilə baxış zamanı sellofan paket parçasının içərisində olan marixuana və bir qədər əvvəl istifadə etdiyi, sonra isə söndürərək siqaret qutusunda gizlətdiyi içərisində marixuana olan kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilən zaman ona qarşı şiddət və təzyiq olmamışdır. Lakin aşkar olunan narkotik vasitənin yaş olmasını və qramının da ittiham aktında göstəriləndən az olduğunu düşünmüşdür. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman ünvan 7 ünvanda yerləşən “Gəncə təndiri” mağazasının qarşısında yolun kənar hissəsində saxlanılmış “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adını sonradan bildiyi Aqil adlı bir nəfər şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən şübhəli sübut əhəmiyyətinə malik olan hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol qapısının saxlanc hissəsindən bir ədəd polietilen paket parçasına bükülü vəziyyətdə olan yaşılmtıl rəngli bitki mənşəli kütlə aşkar olunmuşdur. Daha sonra, qabaq sol oturacağın altından bir ədəd “LD” markalı siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusuna baxış keçirildikdə orada olan siqaretlərin arasında bir ədəd ucu yanmış halda olan içərisində bitki mənşəli kütlə olan kağız büküm aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protolol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və ifadəsi digər Şahid2 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan və işə əlavə edilmiş CD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində tərəfimdən şəxsi axtarış aparıldı, axtarış zamanı onun əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü, şalvarın sol yan cibindən isə avtomobil açarı aşkar edilərək Təqsirləndirilən şəxs özünə qaytarıldı. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya, sənəd və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Gəncə təndiri” kafesi qarşısında idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərkən narkotik vasitələrin təsiri altında olması səbəbindən avtomobilin hazırda həmin kafenin qarşısında olduğunu və həmin avtomobilə baxış keçirilməsinə heç obir etirazının olmadığını bildirdi.Şəxsi axtarış və götürmə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «İphone» markalı mobil telefonun video kamerasından istifadə etməklə Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka yaddaşında videoçəkiliş olduğu 1 (bir) ədəd disk əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 2061 ünvanında yerləşən “Gəncə təndiri” kafesinin qarşısında yolun kənar hissəsində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş bir ədəd polietilen paket parçasına bükülü vəziyyətdə olan yaşımtıl rəngli bitki mənşəli kütlə və bir ədəd ucu yanmış halda olan, içərisində bitki mənşəli kütlə olan kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, DİN-in 219 saylı möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1712 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi” yazısı və imzalar olam kağız paketdəki 01 (bir) ədəd polietilen bükülüdə təmiz çəkisi 24,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin kağız paketdə 01 (bir) ədəd papirosda ümumi çəkisi - 0,17 qram qarşıq kütlədə tütün hisscikləri və cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəçikləri vardır. Marixuana cuzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmamışdır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 242 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinodilərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “CD-R diskə baxış keçirilməsi haqqında” 12 fevral 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunub götürülmüş tədqiqata təqdim edilmiş təmiz çəkisi 24,84 qram narkotik vasitə qurudulmuş marixuana və 0,17 qram qarışıq kütlə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 24,74 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,15 qram qarışıq kütlə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilməsi, “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və .əxsin üzərinə keçirilən baxış zamanı çəkilmiş video görüntünün olduğu 02 ədəd CD disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 01 ədəd CD-R formatlı disk maddi sübut əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 19 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə saat 00:10-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (19-20 dekabr 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli və məcburi müalicəyə cəlb edilməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 24,74 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,15 qram qarışıq kütlə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və şəxsin üzərinə çəkilmiş keçirilən baxış zamanı video görüntünün olduğu 02 ədəd CD disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 01 ədəd CD-R formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (19-20 dekabr 2023-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 24,74 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,15 qram qarışıq kütlə məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində və avtomobilində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd CD disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-209/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-209/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver