Məhkəmə qərarları › İş №1(005)-21/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-21/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-21/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittihamçı X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hal-hazırda AR ƏN PX Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-186/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 ilə barışdığı, ona qarşı hər-hansı bir şikayət və tələbinin olmadığı ilə bağlı ərizəni məhkəməyə təqdim edərək xüsusi ittiham qaydasında şikayəti barədə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 xüsusi ittihamçı X8 qarşı törətdiyi əməlləri etiraf etməsi, Atlas adlı şəxsin qurduğu əməllər nəticəsində onları oyuna gətirməsini, etdiyi əməldən peşman olması, barışığın əldə edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət barədə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X6 ifadə verərək hər iki tərəfin məhkəməyə təqdim etdiyi ərizələri nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət barədə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8-ci maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Qeyd olunan cinayət prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğundan və bununla əlaqədar olaraq ittiham tərəfi xüsusi ittiham qaydasında başlanmış cinayət təqibindən imtina etdiyindən, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, xüsusi ittihamçı X9 ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ilə barışdığını, ona qarşı hər-hansı bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 barəsində ərizə verdiyindən, həmin ərizə qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatı üçün cəmi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət təqibinə və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 18 (on səkkiz) iş saatı üçün cəmi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar