Məhkəmə qərarları › İş №1(005)-211/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-211/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-211/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs'’ qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və ona, ünvan 2 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 9 sot torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə ünvan 3 ünvanında, ilk dəfə 2017-ci ilin oktyabr ayının ortalarında 9.000 manat, sonuncu dəfə isə 2017-ci ilin noyabr ayının sonlarında 500 manat olmaqla, ümumilikdə 9.500 (doqquz min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə etməklə və ona, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivi 24/5 ünvanında yerləşən, ümumilikdə 24 sot ərazisi olan torpaq sahəsinin 12 sotunu anası X1, qalan 12 sotunu isə xalası X2 mülkiyyətlərinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 69 ünvanında yerləşən “Lido” restoranının qarşısında 15.000 (on beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etməklə və ona, mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 105 nömrəli, bir mərtəbəli yaşayış sahəsinin ikinci mərtəbəsində sonradan tikilmiş, sahəsi 100 kv.metr olan tikilinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, 2018-ci ilin avqust ayının ortalarında ünvan 6 ünvanının qarşısında 10.000 (on min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından suiistifadə etməklə və ona, dostu Şahid1 istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, dövlət mülkiyyətində olan 45 kv.metr qeyri-yaşayış sahəsinin Şahid1 mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, 2019-cu ilin fevral ayının ortalarında ünvan 7 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin inzibati binasının qarşısında 13.000 (on üç min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından suiistifadə etməklə və ona, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin müvafiq qərarları ilə istifadəsinə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, qərb hissəsində yerləşən, hər birinin sahəsi 300 kv.metr olan, ümumi sahəsi 600 kv.metr təşkil edən iki ədəd ayrıayrılıqda olan torpaq sahələrinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 2019-cu ilin mart ayının ortalarında Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 6 ünvanında yerləşən “Heydər Məscidi”nin yanında tanışı Şahid2 Beytulla oğlunun vasitəsi ilə 10.000 manat, sonuncu dəfə isə 2019-cu ilin mart ayının sonlarında ünvan 8 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin inzibati binasının qarşısında 20.000 manat olmaqla, ümumilikdə 30.000 (otuz min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından suiistifadə etməklə və ona, ünvan 10 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr ayının ortalarında ünvan 10 ünvanında 15.000 (on beş min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və ona, ünvan 2 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 9 sot torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilməsi üçün qeyd olunan torpaq sahəsi ilə yüksək gərginlikli elektrik xətləri arasında normaya uyğun məsafənin olmasına dair "xxxx" ASC-dən arayış alacağına dair yalan vəd verib aldadaraq, 2019-cu ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 136 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov rayon idarəsinin inzibati binasının qarşısında 1.500 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 1.500 (bir min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 178.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə CM-in 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya fabrikində mühəndis-kartoqraf işləməyə başlamışdır. 2019-cu ilin əvvəllərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra Bakı Kartoqrafiya fabriki ləğv edilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "xxxx" MMC yaranmışdır. O, 07 may 2019-cu il tarixdən etibarən həmin MMC-nin Rəqəmsal xəritə tərtibatı şöbəsində mühəndis-kartoqraf işinə qəbul edilmişdir. 05 yanvar 2021-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmış və həmin vaxtdan sonra heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, qonşuluğunda yaşayan şəxs kimi tanımış və Zərərçəkmiş şəxs1 onun, əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işləməsini bilmişdir. 2017-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 ona müraciət edərək, yaşadığı ünvan 3 ünvanında yerləşən 6 sot torpaq sahəsinə bitişik olan sahibsiz 9 sot torpaq sahəsini mülkiyyətinə keçirmək istəməsini bildirmiş və bununla bağlı köməklik etməyini xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 dediyi torpaq sahəsinə baxış keçirmiş, həmin torpaq sahəsinə dair DƏDRX-dən çıxarış ala biləcəyini düşünmüş və Zərərçəkmiş şəxs1 bildirmişdir ki, bunun üçün 9.000 manat pul lazımdır. Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşaraq 2017-ci ilin oktyabr ayının ortalarında yaşadığı evin qarşısında ona 9.000 manat pul vermişdir. O, düşünmüşdür ki, həmin torpaq sahəsinə dair sənədləri DƏDRX-yə təqdim etməklə torpaq sahəsini özəlləşdirə biləcəkdir. Sənədləri adi qaydada təqdim etdiyi üçün 2017-ci ilin noyabr ayının sonlarında DƏDRX-nin tanımadığı əməkdaşları Zərərçəkmiş şəxs1 torpaq sahəsinə gələrək baxış keçirmiş, Zərərçəkmiş şəxs1 bu barədə ona deyərkən o, guya həmin şəxslərin gəlməsindən xəbərdar olduğunu bildirmiş və çıxarışın əldə olunması üçün həmin şəxslərə də əlavə 500 manat pul lazım olduğunu deyərək 2017-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında sonuncudan 500 manat pul almışdır. Sonradan o, həmin torpaq sahəsinin sənədlərini DƏDRX-yə təqdim etməyinə baxmayaraq istəyinə nail ola bilməmiş və bu məsələ uzanmağa başlamışdır. Belə ki, sənədlərdə səhvlər olduğu üçün o, dəfələrlə sənədləri dəyişdirib yenidən DƏDRX-yə müraciətlər etmişdir. 2019-cu ilin ortalarında DƏDRX-dən bildirilmişdir ki, Zərərçəkmiş şəxs1 özəlləşdirmək istədiyi torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsi ilə bağlı çıxarışın verilməsi mümkün deyildir. Həmin vaxt o, bu barədə Zərərçəkmiş şəxs1 bildirəcəyi halda sonuncunun razı olmayacağını düşünmüş və buna görə də iş yoldaşı, yəni "xxxx" MMC-də şöbə müdiri işləyən Təqsirləndirilən şəxs2 müraciət edərək ona köməklik etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, Zərərçəkmiş şəxs1lə görüşüb özünü Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı kimi təqdim etsin, guya Zərərçəkmiş şəxs1 9 sot torpaq sahəsinə dair çıxarışın alınması ilə məşğul olmasını, lakin həmin çıxarışın alınması üçün "xxxx" ASC-dən arayış almağın lazım olduğunu bildirsin. Təqsirləndirilən şəxs2 onunla razılaşmış, lakin görüş zamanı ad və soyadını dəyişdirib özünü başqa adla təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2lə görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs2 adını Vüqar, soyadını isə Rüstəmov kimi təqdim etmiş və Zərərçəkmiş şəxs1, guya Əmlak Məsələləri Dövlət Komitəsində işləməsini, onun torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olmasını, torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsi ilə bağlı çıxarışın verilməsinin mümkün olmamasını və çıxarışın alınması üçün yüksək gərginlikli elektrik xətləri ilə torpaq sahəsinin arasında normaya uyğun məsafənin olmasına dair "xxxx" ASC-dən arayış alınmalı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 də Təqsirləndirilən şəxs2 inanaraq bu təkliflə razılaşmışdır. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs1lə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 136 ünvanında yerləşən “Azərişıq ASC”-nin Nərimanov rayon idarəsinə getmişdir. Onlar həmin idarəyə daxil olaraq tanımadıqları əməkdaşlardan birinə yaxınlaşmış, tələb olunan arayışla bağlı söhbət etmiş, lakin həmin əməkdaş onlara, sözügedən arayışın verilməsinin mümkün olmamasını, bunun üçün əməkdaşların əraziyə baxış keçirməli olduqlarını, ümumiyyətlə bu prosesin uzun çəkəcəyini bildirmişdir. Bundan sonra onlar həmin idarəni tərk etmiş və idarənin qarşısında o, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, əgər ona 1.500 manat pul versə öz əlaqələri vasitəsi ilə həmin arayışı alıb Vüqar Rüstəmova təqdim edəcəkdir. Zərərçəkmiş şəxs1 də inanaraq elə həmin idarənin qarşısında ona 1.500 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs1 aldığı 1.500 manat pulu da öz ehtiyaclarına sərf etmiş, sonra isə Zərərçəkmiş şəxs1, guya tələb olunan arayışı alıb Vüqar Rüstəmova təqdim etməsini bildirmişdir. Hətta, Zərərçəkmiş şəxs1 onun sözlərinin düz olub-olmadığını yoxlamaq üçün özünü Vüqar Rüstəmov kimi təqdim edən Təqsirləndirilən şəxs2 zəng də etmiş və Təqsirləndirilən şəxs2 də onun xahişi ilə Zərərçəkmiş şəxs1, guya məsələlərdən xəbərdar olduğunu, ondan 1.500 manat alınmasını bildiyini, işıq idarəsinin arayışının ona təqdim olunmasını və qısa müddət ərzində çıxarışın veriləcəyini bildirmişdir. Nəticədə o, Zərərçəkmiş şəxs1 torpaq sahəsinə dair çıxarışı əldə edə bilməmişdir. Sonrakı müddət ərzində Zərərçəkmiş şəxs1 ona Vüqar Rüstəmov kimi təqdim etdiyi şəxsin əslində iş yoldaşı Təqsirləndirilən şəxs2 olduğunu öyrənmiş, bununla da onun Təqsirləndirilən şəxs2lə əlbir olaraq onu aldadıb elektrik xətti ilə bağlı arayışın alınması adı ilə əlavə 1.500 manat pulunu aldıqlarını başa düşmüş, pulunu qaytarmasını tələb etmiş, lakin o, aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs2 2014-cü ildən tanıyır. Aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 onun əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işləməsini bilmişdir. 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs2 ona müraciət edərək, Ləhic bağ massivində 24 sot toraq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 12 sotunu anası X1, qalan 12 sotunu isə xalası X2 adlarına özəlləşdirmək istəməsini bildirmişdir. O, İsə Zərərçəkmiş şəxs2, ümumilikdə 15.000 manata həmin torpaq sahəsinə dair DƏDRX-dən çıxarış əldə edib verə biləcəyini demişdir. Həmin vaxt düşünmüşdür ki, torpaq sahəsinin sənədlərini DƏDRX-yə təqdim etməklə həmin torpaq sahələrinə müvafiq çıxarışları əldə edə bilər və Zərərçəkmiş şəxs2 aldığı pulları da özünə götürər. Bundan sonra Zərərçəkmiş şəxs2 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 69 ünvanında yerləşən “Lido” restoranının qarşısında ona torpaq sahəsinin sənədlərini və 15.000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs2 təqdim etdiyi sənədləri çıxarış verilməsi üçün DƏDRX-yə göndərmiş, aldığı pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin, nəticədə DƏDRX tərəfindən həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilmişdir. Zərərçəkmiş şəxs2 da işin düzəlmədiyini görüb ona verdiyi pulu qaytarmağını tələb etmişdir. Buna görə də o, 2019-cu ilin aprel ayının əvvəllərində 6.000 manat pul düzəldib Zərərçəkmiş şəxs2 qaytarmış və qalan 9.000 manatı da bir ay ərzində qaytaracağını bildirmişdir. Sonrakı müddət ərzində maddi imkanı olmadığından Zərərçəkmiş şəxs2 qalan pulunu qaytara bilməmiş və əlavə pula ehtiyacı olduğundan 2019-cu ilin aprel ayının sonlarında yenidən Zərərçəkmiş şəxs2la görüşərək ona, guya sənədləşdirmək istədiyi torpaq sahələrinin hər ikisinin çıxarışlarının hazır olmasını, lakin hazırda DƏDRX-nin binasının Dövlət Mühafizə Xidməti ilə təhvil-təslim edilməsini, bu səbəbdən onun çıxarışlarının həmin binada qalmasını və sənədləri DƏDRX-dən çıxarmaq üçün təcili 3.000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2 da onun sözlərinə inanaraq 2019-cu ilin may ayının əvvəllərində ünvan 14 ünvanında yerləşən “X23”nun qarşısında ona əlavə 3.000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs2 aldığı 3.000 manat puldan istifadə edərək həmin vaxt yaranmış bəzi borclarını qaytarmış, qalanını isə digər ehtiyaclarına sərf etmişdir. Bir müddət müxtəlif bəhanələr gətirsə də, nəticədə Zərərçəkmiş şəxs2 çıxarışları ona təqdim etmədiyini görüb onunla əlaqə saxlayaraq aldığı pulları qaytarmağını tələb etməyə başlamışdır. Həmin ərəfədə o, vaxt qazanmaq üçün Zərərçəkmiş şəxs2, guya ondan aldığı pulları DƏDRX-nin rəisinin köməkçisi işləyən Aygün adlı qadına verməyini, onun işi ilə həmin qadının məşğul olmasını, Aygün adlı qadının işi yubatması səbəbindən sənədləri ona verə bilmədiyini bildirmişdir. Əslində isə o, Aygün adlı şəxsi ümumiyyətlə tanımır. Həmin ərəfədə o, Zərərçəkmiş şəxs2 inandırmaq üçün “Whatsapp” proqramında öz nömrələrinin birindən digərinə, guya Aygün adlı şəxslə yazışmağı və həmin şəxsdən çıxarışları ona nə vaxt verəcəyini soruşmağı barədə mesajlar yazaraq şəkillərini çəkib Elmara göndərmişdir. Bir müddət sonra isə o, Zərərçəkmiş şəxs2 yenə də ondan əl çəkmədiyini görüb, kompyuter vasitəsi ilə reallıqda mövcüd olmayan çıxarışların şəkillərini düzəldərək “Whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərmiş və həmin şəkillərin ona, guya DƏDRXdə işləyən Qalib adlı şəxs tərəfindən göndərilməsini bildirmişdir. Əslində isə Qalib adlı şəxs və Elmara şəkillərini göndərdiyi çıxarışlar reallıqda mövcud olmamışdır. Zərərçəkmiş şəxs2 isə çıxarışların şəkillərini görərək bir müddət də onu gözləməyə davam etmişdir. Nəticədə Zərərçəkmiş şəxs2 onun heç bir çıxarış təqdim etmədiyini görüb onu aldatdığını başa düşmüş və aldığı pulları qaytarmağını tələb etməyə başlamışdır. Lakin, həmin vaxt onun maddi imkanı olmadığından Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 12.000 manat pulu qaytara bilməmişdir. Bundan başqa 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 bacanağı Zərərçəkmiş şəxs3 ona müraciət edərək yaşadığı, ünvan 6 ünvanında yerləşən evin ikinci mərtəbəsinin sənədlərinin olmadığını, bununla bağlı həmin ikinci mərtəbəyə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaqla mülkiyyət hüququ əldə etmək istəməsini bildirmişdir. O, Faiq Nağıyevin evinin ikinci mərtəbəsinə dair çıxarış ala biləcəyini düşünmüş, buna görə də Zərərçəkmiş şəxs3, həmin çıxarışın alınması üçün 10.000 manat pul lazım olmasını bildirmişdir. 2018-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında ona 10.000 manat pul vermişdir. Lakin, sonradan Zərərçəkmiş şəxs3 yaşadığı ev plana düşmüş, həmin ərazidəki evlərin özəlləşdirilməsi qadağan edilmiş, bu səbəbdən o, Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl edə bilməmişdir. Sonrakı müddət ərzində o, Zərərçəkmiş şəxs3 aldığı 10.000 manat pulun bir hissəsini geri qaytarmış, qalan 2.500 manat pulu isə maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs3 aldığı pulun hamısını şəxsi ehtiyaclarına sərf etmiş və həmin pullardan heç kimə heç bir məbləğdə pul verməmişdir. Bundan başqa 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 başqa bir qohumu Zərərçəkmiş şəxs6 ona müraciət edərək bildirmişdir ki, onun ünvan 10 ünvanında 6 sot torpaq sahəsinə bitişik 10 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsi 1996-cı ildən onun istifadəsindədir, 2006-cı ildə Binəqədi Bələdiyyəsi tərəfindən həmin 10 sot torpaq sahəsinin ona verilməsi ilə bağlı qərar verilmişdir və hazırda həmin torpaq sahəsini özəlləşdirib mülkiyyətinə keçirmək istəyir. O, həmin torpaq sahəsinə baxış keçirmiş və düşünmüşdür ki, bələdiyyə sənədlərini DƏDRX-yə təqdim etməklə həmin torpaq sahəsini özəlləşdirə bilər. Buna görə də o, Zərərçəkmiş şəxs6 bildirmişdir ki, həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ala bilər və bununla bağlı 15.000 manat pul lazımdır. 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs6 yaşadığı, ünvan 15 ünvanında Zərərçəkmiş şəxs1 atası Şahid4 yanında ona 15.000 manat pul vermişdir. O, həmin pulu götürdükdən sonra Zərərçəkmiş şəxs6 aldığı bələdiyyə sənədlərini DƏDRX-yə təqdim etmiş, lakin torpaq sahəsinə dair çıxarış verilməmişdir. Sonrakı müddət ərzində Zərərçəkmiş şəxs6 tez-tez ona zəng edərək çıxarışın nə vaxt veriləcəyi ilə maraqlanmışdır. 2019-cu ilin təxminən aprel ayında o, Zərərçəkmiş şəxs6 dayanmadan ona zəng etməsini, ondan əl çəkməməsini görüb müvəqqəti olaraq vaxt qazanmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs6 adından DƏDRX-nin qaynar xəttinə zəng edərək şikayətlənməyə başlamışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs6 ona zəng edərək bildirmişdir ki, DƏDRX-dən ona zəng edilib və o, həmin idarəyə çağırılmışdır. O, vəziyyətin bu yerdə olduğunu görüb 15.000 manat pul düzəltmiş, Zərərçəkmiş şəxs6la görüşərək həmin pulu bağlamada ona vermiş və yalandan demişdir ki, torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı DƏDRX-nin əməkdaşları ondan çox pul alınmasından şübhələniblər və bu səbəbdən də onun özü ilə görüşmək istəyirlər. Bundan sonra o, Zərərçəkmiş şəxs6 “Elmlər Akademiyası” metrosunun yanında yerləşən DƏDRX-nin qarşısına gətirmiş və bağlamanı onu dəvət edən şəxsə verməsini bildirmişdir. Zərərçəkmiş şəxs6 bir neçə dəqiqə sonra geri qayıdaraq bildirmişdir ki, o, DƏDRX-nin əməkdaşı Rasim adlı şəxslə görüşmüş, içərisində 15.000 manat olan bağlamanı həmin şəxsə vermək istəmiş, lakin həmin Rasim adlı şəxs pulu qaytararaq torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı heç kimdən heç bir məbləğdə pul istənilməməsini bildirmişdir. O, başa düşmüşdür ki, Rasim adlı əməkdaş söhbətin nədən getdiyini bilmədiyi üçün belə etmişdir, buna görə də Zərərçəkmiş şəxs6 yalandan demişdir ki, həmin əməkdaş ondan çəkindiyi üçün belə bir hərəkət etmişdir, narahat olmasın, özü danışıb bu işi yoluna qoyacaqdır. Belə olan halda Zərərçəkmiş şəxs6 15.000 manat pulu ona qaytarmayaraq özü ilə götürmüş və bildirmişdir ki, məsələ həll olunduqdan sonra pulu ona verəcəkdir. O, Zərərçəkmiş şəxs6 ona inandığını bildiyi üçün pulun geri qaytarılmasından narahat olmamış və nə vaxt istəsə Sürəddinin çıxarışın alınması üçün pulu ona verməyə razı olacağını bilmişdir. Ona görə də o, səhəri gün yenidən Zərərçəkmiş şəxs6 zəng etmiş, guya təkrarən DƏDRX əməkdaşları ilə danışıb işi yoluna qoyduğunu bildirmiş və 15.000 manatı verməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs6 ona özünün işdə olduğunu, pulun isə yaşadığı evdə olduğunu bildirmişdir. Bununla əlaqədar o, qardaşı X10 Zeynalovun evinə göndərmiş və X12 Zeynalovun həyat yoldaşından 15.000 manat pulu götürüb ona təqdim etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs6 aldığı 15.000 manat pulu şəxsi ehtiyaclarına sərf etmiş və onun torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı heç bir iş görə bilməmişdir. Bu səbəbdən də DƏDRX-dən Zərərçəkmiş şəxs6 yaşadığı ünvana torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməsi barədə məktub göndərilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 ona zəng edərək aldığı pulu qaytarmasını tələb etmiş, lakin maddi imkanı olmadığından həmin pulu qaytara bilməmişdir. Bundan başqa 2019-cu ilin əvvəllərində tanışı Zərərçəkmiş şəxs4 onunla görüşərək ona bildirmişdir ki, dostu Şahid1 istifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, “Yaxın” marketin yaxınlığında təxminən 45 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi vardır və dostu Səlamət həmin qeyri-yaşayış sahəsini öz adına sənədləşdirmək istəyir. Bununla əlaqədar o, Zərərçəkmiş şəxs4la birlikdə sözügedən qeyri-yaşayış sahəsinin olduğu ünvana getmişdir. O, həmin qeyri-yaşayış sahəsinə baxdıqdan sonra bildirmişdir ki, 13.000 manat məbləğində pula həmin qeyri-yaşayış sahəsinin Şahid1 mülkiyyətinə keçirilməsinə dair DƏDRX-dən çıxarış əldə edib ona təqdim edə bilər. Zərərçəkmiş şəxs4 da onun təklifi ilə razılaşaraq 2019-cu ilin fevral ayının ortalarında ünvan 7 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısında ona 13.000 manat pul vermişdir. Həmin vaxt o, düşünmüşdür ki, Şahid1 Zabrat qəsəbə sakini olduğu üçün yəqin ki, onun adına arxiv idarəsində hər hansı bir obyektə dair şəhadətnamə tapa biləcəkdir və həmin şəhadətnaməni də Səlamətin hazırda özəlləşdirmək istədiyi obyektin şəhadətnaməsi kimi DƏDRX-yə təqdim etməklə yeni çıxarış əldə edə biləcəkdir. Buna görə də o, "xxxx" MMC-yə sorğu vermiş və məlum olmuşdur ki, Şahid1 adına Zabrat qəsəbəsi ərazisində JN-29382 saylı şəhadətnamə olması barədə məlumat vardır, lakin şəhadətnamənin əsli yoxdur. O, başa düşmüşdür ki, Zərərçəkmiş şəxs4 həmin şəhadətnamənin hansı obyektə aid olduğunu başa düşməyəcək, buna görə də 2016-cı ilin iyun ayında Zərərçəkmiş şəxs4 zəng etmiş, Şahid1 sənədləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin arxiv sənədlərini qaydasına saldırmasını və həmin sənədləri əldə etmək üçün "xxxx" MMC-yə sorğu verməyin lazım olduğunu, bundan sonra həmin şəhadətnamə əsasında DƏDRX-dən çıxarış alacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 həmin MMC-yə sorğu vermiş və ona Şahid1 adına Zabrat qəsəbəsi ərazisində JN-29382 saylı şəhadətnamənin aşkar edilməsinə dair məktub təqdim olunmuşdur. Sonra o, vaxt qazanmaq üçün Zərərçəkmiş şəxs4 bildirmişdir ki, həmin şəhadətnamənin dublikatını əldə etmək üçün itmə barədə qəzetdə elan yerləşdirilməli və tapılması barədə məlumatın olmamasına dair polisdən məktub alınmalıdır. Bundan sonra o, Şahid1 Zabrat qəsəbəsində olan qeyri-yaşayış sahəsinin şəhadətnaməsinin tapılmasına dair Bakı şəhər Baş Polis İdarəsinə məlumatın daxil olmaması barədə məktubu adi sorğu ilə əldə edərək Saday Əhmədova təqdim etmiş və bildirmişdir ki, həmin məktubu, şəhadətnamənin itməsi barədə qəzetdəki elanı və "xxxx" MMC-nin məktubunu DƏDRX-yə təqdim edərək çıxarışı əldə edəcəkdir. Zərərçəkmiş şəxs4 da ona inanaraq həmin sənədləri DƏDRX-yə təqdim etmişdir. Sonrakı müddət ərzində isə DƏDRX-i tərəfindən Şahid1 özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinə çıxarış verilməsindən imtina edilmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlayaraq ondan aldığı pulu qaytarmağını tələb etməyə başlamışdır. Həmin ərəfədə maddi imkanı olmadığından və Zərərçəkmiş şəxs4 aldığı pulu şəxsi ehtiyaclarına sərf etdiyi üçün qaytara bilməmişdir. Bundan başqa 2019-cu ilin fevral ayının ortalarında tanışı Şahid2 Beytulla oğlu ona bildirmişdir ki, Binəqədi rayonu, 6-cı MKR ərazisində Sadiq adlı şəxsə məxsus 6 sot torpaq sahəsi vardır və həmin şəxs torpaq sahəsini özəlləşdirmək istəyir. Şahid2 ondan, həmin torpaq sahəsini hansı qiymətə sənədləşdirə biləcəyini soruşmuşdur. O, Şahid2 demişdir ki, həmin ərazidə torpaq sahəsinin sənədləşdirilməsi üçün hər bir sota görə 10.000 manat pul tələb olunur, lakin çalışıb bu işi 30.000 manata həll edər. Bundan sonra Şahid2 onu Zərərçəkmiş şəxs5lə tanış etmişdir. Tanışlıqları zamanı Zərərçəkmiş şəxs5 ona müraciət edərək bildirmişdir ki, o, 2013-cü ilin əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, qərb hissəsində özü üçün, hər birinin sahəsi 300 kv.metr olan və biri-birinə bitişik formada iki torpaq sahəsi almışdır, həmin torpaq sahələrindən biri Binəqədi Bələdiyyəsinin 495 saylı 29.12.2006-cı il qərarına və 641 saylı 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına, digəri isə Binəqədi Bələdiyyəsinin 518 saylı 29.12.2006-cı il qərarına və 660 saylı 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına verilmişdir, 2013cü ilin əvvələrində o, həmin şəxslərdən torpaq sahələrini almışdır və hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. O, da Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 30.000 manata bu işi həll edə bilər. Bundan sonra o, Zərərçəkmiş şəxs5 Bələdiyyə sənədlərinin surətlərini götürmüş və bu işlə məşğul olmağa başlamışdır. 2019-cu ilin mart ayında o, Zərərçəkmiş şəxs5 zəng edərək bildirmişdir ki, sənədləşmə ilə bağlı pulun 10.000 manatını qabaqcadan vermək lazımdır. Zərərçəkmiş şəxs5 də heç bir problem olmadığını bildirmişdir. Həmin gün onun başqa işləri olduğundan Sadiqlə görüşə bilməmiş, buna görə də Şahid2 zəng etmiş və Sadiqlə görüşüb 10.000 manat pulu götürüb ona verməsini xahiş etmişdir. 2019-cu ilin mart ayının ortalarında Şahid2 ünvan 17 ünvanında yerləşən “Heydər Məscidi”nin qarşısında Zərərçəkmiş şəxs5lə görüşərək sonuncudan 10.000 manat pulu alaraq elə həmin tarixdə də yaşadığı ünvan 18 ünvanının qarşısında həmin pulu ona vermişdir. Təxminən 15 gün sonra o, Zərərçəkmiş şəxs5 zəng etmiş və bildirmişdir ki, mülkiyyətinə keçirmək istədiyi 6 sot torpaq sahəsinin sənədləşdirilməsi və DƏDRX-dən çıxarışın alınması üçün qalan 20.000 manat pul da verilməlidir. Bir neçə gün sonra, yəni 2019-cu ilin mart ayının son günlərində o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs5lə görüşmüşdür. Orada Zərərçəkmiş şəxs5 ona 20.000 manat pul vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs5 aldığı bələdiyyə sənədlərini DƏDRX-yə təqdim etmiş və düşünmüşdür ki, həmin sənədlər əsasında çıxarışı alaraq əldə etdiyi pulu özünə götürər. Sonra o, Zərərçəkmiş şəxs5 inandırmaq üçün torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı DƏDRX-yə müraciət etməsinə dair bildirişi 2019-cu ilin aprel ayında ona vermişdir. Zərərçəkmiş şəxs5 də DƏDRX-yə zəng edərək öyrənmişdir ki, həqiqətən də onun torpaq sahələri ilə bağlı sənədlər yoxlanılır. Buna görə də Zərərçəkmiş şəxs5 ona inanaraq gözləməyə başlamışdır. Lakin, təxminən bir ay sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək işlərin yubanmasından şikayətlənməyə başlamışdır. Həmin ərəfədə o, vaxt qazanmaq üçün “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5, Binəqədi rayonu, 6 mkr, qərb hissəsində yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair çıxarışların şəkillərini göndərmişdir. Əslində həmin çıxarışlar mövcud olmamış, belə bir sənəd də çıxarılmamış, sadəcə o, mobil telefonunda həmin çıxarışların şəkillərini düzəldərək Sadiqə göndərmişdir. Çıxarışlar reallıqda mövcud olmadığı üçün şəkillərin üzərində qeydiyyat nömrələri qeyd olunmamışdır. Zərərçəkmiş şəxs5 bunun səbəbini soruşanda isə o, çıxarışların hazır olduğunu, sadəcə olaraq qeydiyyat işlərinin qaldığını və qeydiyyat nömrələrinin qısa müddət ərzində veriləcəyini bildirmişdir. Nəticədə 2019-cu ilin iyun ayında DƏDRX-dən Zərərçəkmiş şəxs5 ünvanına, torpaq sahələrinə dair çıxarışların verilməsindən imtina edilməsi barədə məktub göndərilmişdir. Artıq bundan sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək verdiyi pulları qaytarmağını tələb etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs5 aldığı pulları şəxsi ehtiyaclarına sərf etdiyi üçün qaytara bilməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərdi ki, əməlindən peşmandır və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək etdikləri dələduzluq əməli nəticəsində vurduqları 1500 manat pulu ödəmişlər. Bundan başqa hər biri vurduqları ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxs1 həmin epizod üzrə onunla barışdığından CM-in 178.2.1-ci maddəsi ilə ona verilən ittiham üzrə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasını qismən, maddi ziyan, yəni 9500 manat hissəsində qəbul edir. Digər mülki iddiaçı Zərərçəkmiş şəxs3 da mülki iddiasını qismən, yəni maddi ziyan tələbinin 2500 manat hissəsini qəbul edir. Belə ki, onun Zərərçəkmiş şəxs3 2500 manat borcu qalmışdır. Yekunda barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2017-ci ilin əvvəllərində tanış olmuşdur. Tanışlıqları zamanı Təqsirləndirilən şəxs1 ona Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində işlədiyini bildirmiş və bəzi əmlak məsələlərinin qeydiyyata alınması ilə bağlı ona məsləhətlər verib köməklik etmişdir. Bununla da onun Təqsirləndirilən şəxs1 qarşı inamı yaranmışdır. 2017-ci ilin oktyabr ayında o, Təqsirləndirilən şəxs1 müraciət edərək hazırda yaşadığı və mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 3 ünvanında yerləşən 6 sot torpaq sahəsinə bitişik olan sahibsiz 9 sot torpaq sahəsini də mülkiyyətinə keçirmək üçün köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onunla görüşərək torpaq sahəsinə baxış keçirmiş, sonra isə ona həmin torpaq sahəsinin mülkiyyətinə keçirilməsinin mümkün olmasını, lakin bunun üçün, yəni onun adına DƏDRX-dən çıxarışın alınması üçün 9.000 manat pul tələb olunduğunu bildirmişdir. O, həmin təkliflə razılaşaraq 2017-ci ilin oktyabr ayının ortalarında yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 9.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 həmin pulu qəbul edib götürdükdən sonra bildirmişdir ki, təxminən 1 il ərzində torpaq sahəsini sənədləşdirib çıxarışı ona təqdim edəcəkdir. Təxminən 1 ay ərzində onun sənədləşdirmək istədiyi torpaq sahəsinə bir neçə tanımadığı şəxslər gələrək ölçü aparıb getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək bildirmişdir ki, torpaq sahəsində ölçü aparan şəxslər ƏMDK-nin əməkdaşlarıdır və ölçülərin aparılması ilə bağlı həmin şəxslərə verməsi üçün 500 manat pul lazımdır. O, razılaşaraq 2017-ci ilin noyabr ayının sonlarında yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 500 manat pul vermişdir. 2018-ci ilin avqust ayında onun bacanağı Zərərçəkmiş şəxs3 ona müraciət edərək, özünə məxsus olan və Nəsimi rayonu ərazisində yerləşən torpaq sahəsinə dair DƏDRX-dən çıxarış almaq istədiyini bildirmiş və bununla bağlı ona köməklik etməsini xahiş etmişdir. O, bacanağı Zərərçəkmiş şəxs3, özünə məxsus torpaq sahəsini Təqsirləndirilən şəxs1 vasitəsi ilə sənədləşdirməyini bildirmiş və onları görüşdürmüşdür. Həmin ərəfədə, yəni 2018-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 onun bacanağı Zərərçəkmiş şəxs3 torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı 10.000 manat pul almışdır. Təqsirləndirilən şəxs1 2018-ci ilin sonlarına kimi həm onun, həm də bacanağı Zərərçəkmiş şəxs3 torpaq sahələrini sənədləşdirib çıxarışları təqdim edəcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Artıq 2019-cu ilin əvvəllərindən etibarən o, tez-tez Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq nə üçün vədinə əməl etməməsini soruşmağa başlamış və sənədləşməni həyata keçirə bilmirsə aldığı pulları qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 isə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. 2019-cu ilin ortalarında növbəti görüşlərinin birində Təqsirləndirilən şəxs1 ona, guya ondan aldığı pulları Əmlak Məsələləri Dövlət Komitəsində işləyən Vüqar Rüstəmov adlı şəxsə verməsini, onun işi ilə həmin Vüqar Rüstəmov adlı şəxsin məşğul olmasını bildirmiş və yaxın müddət ərzində sənədlərin hazır olacağını demişdir. 2019-cu ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs1 onu həmin Vüqar Rüstəmov adlı şəxslə görüşdürməsini tələb etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 onu bir nəfər şəxslə görüşdürərək həmin şəxsin Vüqar Rüstəmov olmasını bildirmişdir. Onlar Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində, onun idarə etdiyi avtomobilin içərisində görüşmüşlər. Həmin görüş zamanı özünü Vüqar Rüstəmov kimi təqdim edən şəxs ona, həqiqətən də ƏMDK-də işləməsini, Təqsirləndirilən şəxs1 ondan aldığı pulları ona verməsini, torpaq sahəsinin sənədləşdirilməsi ilə özünün məşğul olmasını, torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsi ilə bağlı çıxarışın verilməsinin mümkün olmamasını və çıxarışın alınması üçün yüksək gərginlikli elektrik xətləri ilə torpaq sahəsinin arasında normaya uyğun məsafənin olmasına dair "xxxx" ASC-dən arayış almalı olduğunu bildirmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 136 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov rayon idarəsinə getmişdir. Onlar həmin idarədə işləyən, hazırda adını xatırlamadığı mütəxəssislərdən biri ilə tələb olunan arayışla bağlı söhbət etmişlər. Lakin, həmin mütəxəssis onlara sözügedən arayışın verilməsinin mümkün olmamasını, bunun üçün əməkdaşların əraziyə baxış keçirməli olduqlarını, ümumiyyətlə bu prosesin uzun çəkəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə həmin idarənin qarşısına düşdükdə isə Təqsirləndirilən şəxs1 ona, tələb olunan arayışın alınması üçün 1500 manat pul lazım olduğunu və əgər həmin pulu ona versə, öz əlaqələri vasitəsi ilə həmin arayışı əldə edib Vüqar Rüstəmova təqdim edəcəyini bildirmişdir. O, həmin təkliflə razılaşaraq elə həmin ünvanda Təqsirləndirilən şəxs1 1500 manat pul vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək bildirmişdir ki, "xxxx" ASC-dən tələb olunan arayışı da alaraq Vüqar Rüstəmova təqdim etmişdir və qısa müddət ərzində torpaq sahəsinin çıxarışı hazır olacaqdır. Lakin, Təqsirləndirilən şəxs1 bundan sonra da vədinə əməl etməyərək onun və bacanağı Zərərçəkmiş şəxs3 torpaq sahələrini sənədləşdirməmişdir. Vəziyyətin belə olduğunu gördükdən sonra onlar Təqsirləndirilən şəxs1 pullarını qaytarmasını tələb etməyə başlamışlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 bacanağı Zərərçəkmiş şəxs3 aldığı puldan 3.500 manatını geri qaytarmışdır. Lakin, Təqsirləndirilən şəxs1 hazırki vaxtadək ondan aldığı puldan 9500 manat pulu və bacanağı Zərərçəkmiş şəxs3 aldığı pulun 6.500 manatını geri qaytarmamışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə dələduzluq əməli nəticəsində ona dəymiş 1500 manat ziyan ödənilmiş və onlarla barışmışdır. Həmin epizod üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim edərək cinayət işinin icraatına CM-in 178.2.1-ci maddəsi ilə olan hissədə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Lakin, mülki iddianı qalan hissədə, yəni 9500 manat maddi ziyan və mənəvi zərər hissəsində müdafiə edir. Bu səbəbdən mülki cavabdeh Təqsirləndirilən şəxs1 9500 manat maddi ziyanın və mənəvi ziyanın onun xeyrinə tutulmasını məhkəmədən xahiş etdi. Həmçinin, bildirdi ki, Təqsirləndirilən şəxs1 onun bacanağı Zərərçəkmiş şəxs3 aldığı puldan cəmi 3500 manat qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2004-cü ildən tanıyır. 2015-ci ildə o, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivi, 24/5 ünvanında yerləşən, hər biri 12 sot olan, ümumilikdə 24 sot ərazisi olan iki ədəd torpaq sahəsini etibarnamə əsasında almışdır. 2017-ci ilin sonlarında o, təsadüfən Təqsirləndirilən şəxs1la görüşmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs1 ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləməsini, Bakı şəhəri ərazisində istənilən torpaq sahəsinə çıxarış verilməsini təşkil edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Ləhic bağ massivində 24 sot toraq sahəsinin olmasını, həmin torpaq sahəsinin 12 sotunu anası X1, qalan 12 sotunu isə xalası X2 adlarına özəlləşdirmək istəməyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona demişdir ki, əgər həmin torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi qaydada müraciət etsə, müraciətlərinə rədd cavabı veriləcəkdir, arada xeyli vaxt itkiləri olacaqdır, ancaq ona hər 12 sot torpaq sahəsinə görə 7500 manat olmaqla, ümumilikdə 15.000 manat pul versə, təxminən 3 ay ərzində hər iki torpaq sahəsinə dair DƏDRX-dən çıxarış əldə edib ona təqdim edə biləcəkdir. O, Təqsirləndirilən şəxs1 uzun illər tanıdığı üçün onun sözlərinə inanmış və təklifini qəbul etmək qərarına gəlmişdir. Beləliklə o, 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Lido” restoranının yaxınlığında Təqsirləndirilən şəxs1la görüşərək torpaq sahəsinin sənədlərini və 15.000 manat pulu ona vermişdir. Lakin, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış və həmin ilin sonunadək ona heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən o, tez- tez Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq, ya aldığı pulları qaytarmasını, ya da vədinə əməl etməsini tələb etmişdir. Nəhayət 2019-cu ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ondan aldığı pulun 6.000 manatını qaytarmış, qalan 9.000 manatı da bir ay ərzində qaytaracağını bildirmişdir. Lakin, bir ay sonra, yəni 2019-cu ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs1 yenidən onunla görüşərək bildirmişdir ki, onun torpaq sahələrinin hər iki çıxarışı hazırdır, imzalanmış və möhürlənmişdir, lakin hazırda DƏDRX-nin binası Dövlət Mühafizə Xidməti ilə təhvil-təslim ediləcəkdir, onun torpaq sahəsinə dair çıxarışlar həmin binada qalmışdır və sənədləri DƏDRX-dən çıxarmaq üçün təcili 3.000 manat pul lazımdır. O, Təqsirləndirilən şəxs1 sözlərinə inanaraq 2019-cu ilin may ayının əvvəllərində ünvan 14 ünvanında yerləşən “X23”nun qarşısında İsmayıla 3.000 manat pul vermişdir. Lakin, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 yenə də müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Həmin ərəfədə o, mütamadi olaraq Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq işlərin nə yerdə olması ilə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə hər dəfə bir bəhanə gətirərək onun işi ilə DƏDRX-nin rəisinin köməkçisi Aygün adlı qadının məşğul olmasını, mütamadi olaraq Aygünlə əlaqə saxlamasını, ondan asılı olmayan səbəblərdən işin uzanmasını bildirmişdir. Bir neçə ay sonra Təqsirləndirilən şəxs1 ona torpaq torpaq sahələrinin çıxarışlarının hazır olduğunu deyərək “Whatsapp” proqramı vasitəsi ilə ona həmin çıxarışların şəkillərini göndərmiş və həmin şəkillərin ona DƏDRX-nin hazır sənədlər şöbəsində işləyən Qalib adlı şəxs tərəfindən göndərilməsini bildirmişdir. O, çıxarışların şəkillərini gördükdən sonra Təqsirləndirilən şəxs1 dediklərinin həqiqət olduğunu düşünməyə başlamış və çıxarışların əsllərinin verilməsini gözləmişdir. Lakin, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 yenə də vədinə əməl etməyərək onu aldatmış və çıxarışların əsllərini ona təqdim etməmişdir. Sonra o, Təqsirləndirilən şəxs1 göndərdiyi çıxarış şəkillərini götürərək DƏDRX-yə müraciət etmiş və məlum olmuşdur ki, DƏDRX-də anası Gülsaba Hüseynovanın və xalası Gülbaxça Hüseynovanın adlarına heç bir çıxarış mövcud deyildir. Artıq bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq pullarını mənimsəmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs1la bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 ilə aralarında dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs1 ilə o, 2018-ci ilin əvvəllərində, hazırda vəfat etmiş Əliağa adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin ərəfədə Əliağa adlı tanışı bir dəfə onun iştirakı ilə Təqsirləndirilən şəxs1la görüşmüş və hansısa torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 özünü, Əmlak Məsəlləri Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edərək Bakı şəhərində yerləşən istənilən yaşayış və ya qeyri-yaşayış sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldığını bildirmişdir. 2019-ci ilin əvvəllərində Şahid1 ona, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, “Yaxın” marketin yaxınlığında təxminən 45 kv.metr sahəsi olan qeyriyaşayış sahəsinin olmasını, həmin qeyri-yaşayış sahəsinin təxminən 5-6 il olar ki, onun istifadəsində olmasını, lakin heç bir sənədinin olmamasını və həmin qeyri-yaşayış sahəsini qanuni qaydada öz adına sənədləşdirmək istəməsini bildirmişdir. Şahid1 ona bu barədə bildirərkən o, Təqsirləndirilən şəxs1 sözlərini xatırlamış və Şahid1la dost olduğu üçün sonuncuya köməklik etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 zəng edərək görüşmüşdür. Görüş zamanı o, Təqsirləndirilən şəxs1, dostu Şahid1 istifadəsində olan və Zabrat qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini mülkiyyətinə keçirmək istəməsini bildirmiş və bunu həyata keçirmək üçün nə lazım olduğunu soruşmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə sözügedən qeyri-yaşayış sahəsinin olduğu ünvana getmişdir. Təqsirləndirilən şəxs1 həmin yerə baxış keçirdikdən sonra ona bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin Şahid1 mülkiyyətinə keçirilməsinə dair çıxarışın alınması üçün 13.000 manat pul lazımdır. O, da öz növbəsində bu barədə Şahid1 bildirmiş və Şahid1 həmin təkliflə razılaşmışdır. 2019-cu ilin fevral ayının ortalarında Şahid1 yaşadığı Zabrat qəsəbəsində ona 13.000 manat pul vermişdir. Elə həmin tarixdə o, ünvan 21 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin qarşısında Təqsirləndirilən şəxs1la görüşərək 13.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təxminən 4 ay sonra, yəni 2016-cı ilin iyun ayında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Şahid1 sənədləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin arxiv sənədlərini qaydasına saldırmışdır və sənədləri əldə etmək üçün "xxxx" MMC-yə sorğu verilib həmin sənədlər əldə olunmalı, bundan sonra DƏDRX-yə təqdim olunmalıdır. O, Təqsirləndirilən şəxs1 tapşırığı ilə həmin MMC-yə gedərək sorğu təqdim etmiş və 20 iyun 2019-cu il tarixdə ona, Şahid1 adına Zabrat qəsəbəsi ərazisində JN- 29382 saylı şəhadətnamənin aşkar edilməsinə dair məktub təqdim olunmuş, lakin şəhadətnamənin özü verilməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 sözlərinə əsasən, Şahid1 Zabrat qəsəbəsindəki qeyri-yaşayış sahəsinin şəhadətnaməsinin itməsinə dair qəzetdə elan yerləşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona, Şahid1 Zabrat qəsəbəsində olan qeyri-yaşayış sahəsinin şəhadətnaməsinin tapılmasına dair Bakı şəhər Baş Polis İdarəsinə məlumatın daxil olmaması barədə məktub təqdim etmiş, həmin məktubu, elan yerləşdirilmiş qəzeti və "xxxx" MMC-nin məktubunu ona verərək həmin sənədləri DƏDRX-yə təqdim edib çıxarışı ala biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1, həmin sənədlər əsasında çıxarışın necə verilə biləcəyini soruşduqda isə Təqsirləndirilən şəxs1 ona, DƏDRX-də olan əlaqələri vasitəsi ilə həmin çıxarışı alıb ona təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 inanaraq həmin sənədləri DƏDRX-yə təqdim etmişdir. Lakin, 16 avqust 2019-cu il tarixdə ona, Səlamət Qəııbərovun qeyri-yaşayış sahəsinə çıxarış verilməsindən imtina edilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu daxil olmuşdur. O, dərhal Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq bunun səbəbini soruşmuş, Təqsirləndirilən şəxs1 isə onu sakitləşdirərək heç bir problemin olmadığını, qaydaya uyğun olaraq ilk cavabın belə olacağını, lakin 2 ay ərzində çıxarışın veriləcəyini bildirmişdir. Buna baxmayaraq 21 oktyabr 2019-cu il tarixdə yenidən ona, Şahid1 qeyri-yaşayış sahəsinə çıxarış verilməsindən imtina edilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu daxil olmuşdur. Artıq bundan sonra o, Təqsirləndirilən şəxs1 onları aldatmasını və onun vasitəsi ilə Şahid1 13.000 manat pulunu ələ keçirib mənimsəməsini başa düşmüşdür. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq aldığı pulu qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 isə hər dəfə müxtəlif bəhanələr gətirərək ondan gizlənmişdir. Bununla yanaşı Şahid1 da tez-tez onunla əlaqə saxlayaraq pulunun qaytarılmasını tələb etməyə başlamışdır. Bu səbəbdən də o, 2019-cu ilin təxminən noyabr ayında məcburiyyət qarşısında qalaraq öz vəsaiti hesabına Şahid1 13.000 manat pulunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 isə hazırki vaxtadək ondan aldığı pulu qaytarmamışdır. O, sonradan təkrarən "xxxx" MMC-yə sorğu verərək müəyyən etmişdir ki, JN-29382 saylı şəhadətnamə Şahid1 2000-ci ilin əvvəllərində mülkiyyətində olmuş və Zabrat qəsəbəsində yerləşən tamamilə başqa bir ünvanın şəhadətnaməsi olmuşdur, həmin qeyri-yaşayış sahəsi isə sonradan alqı-satqı müqaviləsi ilə başqa şəxsə satılmışdır və həmin seriya nömrəli şəhadətnamənin Şahid1 hazırda özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinə heç bir aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs1 verdiyi 13.000 manat məbləğində pul Şahid1 məxsus olmuş, lakin o, Təqsirləndirilən şəxs1 tərəfindən aldanılmağını bilən kimi öz vəsaiti hesabına Şahid1 pulunu tam şəkildə geri qaytarmış və Təqsirləndirilən şəxs1 hərəkətləri nəticəsində ona 13.000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2013-cü ilin əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, qərb hissəsində özü üçün, hər birinin sahəsi 300 kv.metr olan və biri-birinə bitişik formada iki torpaq sahəsi almışdır. Həmin torpaq sahələrindən biri Binəqədi Bələdiyyəsinin 495 saylı 29.12.2006-cı il tarixli qərarına və 641 saylı 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına, digəri isə Binəqədi Bələdiyyəsinin 518 saylı 29.12.2006-cı il qərarına və 660 saylı, 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına verilmişdir. 2013-cü ilin əvvələrində isə o, adlarını qeyd etdiyi şəxslərdən həmin torpaq sahələrini almışdır. 2013-cü ilin iyun ayında 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi tərəfindən həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilmişdir. Növbəti mərhələdə o, həmin torpaq sahələrini adına keçirmək, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışla rəsmi mülkiyyətinə keçirmək istəmişdir. 2019-cu ilin fevral ayının ortalarında torpaq sahələrinin yerləşdiyi əraziyə nəzarət edən mühafizəçilərdən biri ona zəng edərək bildirmişdir ki, həmin əraziyə DƏDRX-dən nümayəndələr gəlib və torpaq sahələrinin özəlləşdirilməsi ilə məşğul olurlar. Bununla əlaqədar o, torpaq sahələrinin yerləşdiyi əraziyə getmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 özünü Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında Həsən adlı bir şəxs də olmuşdur, lakin Həsən adlı həmin şəxs söhbətlərə müdaxilə etməmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona, DƏDRX tərəfindən göndərilməsini, həmin ərazidəki torpaq sahələrinə baxış keçirdiklərini və nəticədə bələdiyyə sənədləri ilə olan torpaq sahələrini çıxarışlarla təmin edəcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona telefon nömrəsini vermiş və nə vaxt lazım olsa zəng edə biləcəyini demişdir. 2019-cu ilin mart ayının əvvəllərində o, Təqsirləndirilən şəxs1la görüşərək ona, özünə məxsus olan torpaq sahələrinin bələdiyyə sənədlərini göstərmiş və həmin torpaq sahələrini mülkiyyətinə keçirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun təqdim etdiyi sənədləri nəzərdən keçirdikdən sonra bildirmişdir ki, ümumilikdə 36.000 manat pulun müqabilində onun 600 kv.metr ərazisi olan torpaq sahəsinə DƏDRX-dən çıxarış əldə edib ona təqdim edə bilər. O, Təqsirləndirilən şəxs1, həmin məbləğdə pula imkanının çatmadığını bildirmiş və bundan sonra İsmayıl ona, bu işi 30.000 manata həll edəcəyini, çıxarış alındıqdan sonra qalan 6.000 manatı hissə-hissə alacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. 2019cu ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng etmiş və işə başlamaq üçün ilkin olaraq 10.000 manat pul lazım olduğunu bildirmişdir. Səhəri gün o, 10.000 manat pulu düzəldib Təqsirləndirilən şəxs1la əlaqə saxlamış və harada görüşəcəklərini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ondan, “Heydər” Məscidinin yanında tanışı Həsən adlı şəxslə görüşməsini və pulu da Həsənə verməsini xahiş etmişdir. Bu səbəbdən o, həmin gün, yəni 2019-cu ilin mart ayının ortalarında Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən “Heydər” Məscidinin yanına getmiş, orada Həsən adlı şəxslə görüşərək 10.000 manat pulu Həsənə vermişdir. Təxminən 15 gün sonra Təqsirləndirilən şəxs1 yenidən ona zəng etmiş, sənədləşmə işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirmiş və DƏDRXdən çıxarışı ala bilməsi üçün qalan 20.000 manat pulun da lazım olduğunu demişdir. Həmin tarixdə, yəni 2019-cu ilin mart ayının son günlərində o, Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasının qarşısında görüşmüş və orada Təqsirləndirilən şəxs1 20.000 manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, ən geci bir ay ərzində torpaq sahəsinin çıxarışı veriləcəkdir. 04 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ona, torpaq sahəsinin sənədlərinin həqiqətən də DƏDRX-yə verilməsini sübut etmək üçün təsdiqetmə bildirişi təqdim etmişdir. O, həmin bildirişin üzərində olan qaynar xətt nömrəsinə zəng edərək maraqlanmış, həqiqətən də DƏDRX-də onun sənədlərinə baxıldığını öyrənmiş və bir daha Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl edəcəyini düşünərək gözləməyə başlamışdır. Lakin, sonradan Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək 1 ay ərzində ona heç bir çıxarış təqdim etməmişdir. 04 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 yenidən ona təsdiqetmə bildirişi təqdim etmiş, birinci dəfə müəyyən problemlər səbəbindən işin alınmamasını demiş və bu dəfə dəqiq olaraq DƏDRX tərəfindən ona məxsus torpaq sahələrinə dair çıxarış veriləcəyini bildirmişdir. Lakin, həmin vaxtdan sonra da Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Bütün bu müddət ərzində o, mütamadi olaraq Təqsirləndirilən şəxs1la əlaqə saxlamış və sonuncudan torpaq sahəsinin çıxarışını almasını, ya da aldığı pulu qaytarmasını tələb etmişdir. 2019-cu ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsi ilə ona, Binəqədi rayonu, 6 mkr, qərb hissəsində yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair çıxarışların şəklini göndərmişdir. Həmin çıxarışlardan biri 29.05.2019-cu, digəri isə 30.05.2019-cu il tarixli olmuş, lakin çıxarışların heç birinin üzərində qeydiyyat nömrələri qeyd olunmamışdır. O, bunun səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs1 ona çıxarışların hazır olduğunu, sadəcə olaraq qeydiyyat işlərinin qaldığını və qeydiyyat nömrələrinin qısa müddət ərzində veriləcəyini bildirmişdir. Lakin, həmin gündən də xeyli vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 vədinə əməl etməmişdir. Növbəti görüşlərinin birində Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, ondan aldığı 30.000 manat pulu Dövlət Reyestri Xidmətində çalışan Emin adlı şəxsə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onu inandırmaq üçün onunla birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən Dövlət Reyestri Xidmətinin yanına getmiş, orada bir nəfər şəxslə görüşərək həmin şəxsin Emin olduğunu bildirmiş, sonra Emin adlı şəxslə kənara çəkilib söhbət etmiş və qısa müddət sonra onun yanına qayıdaraq bir neçə günə işlərin düzələcəyini demişdir. Hətta, həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 ona “WhatsApp” proqramı vasitəsi ilə Emin adlı şəxslə, o cümlədən DƏDRX-də çalışan qızla yazışmalarının şəkillərini də göndərmişdir. Bütün bunlara baxmayaraq 2019-cu ilin iyun ayında DƏDRX-dən ona torpaq sahələrinə çıxarışların verilməsindən imtina edilməsi barədə məktub göndərilmişdir. Sonra o, Dövlət Reyestr Xidmətinin binasına getmiş, həqiqətən də orada Emin adlı şəxsin işləməsini öyrənmiş, həmin Emin adlı şəxsin əyləşdiyi otağa daxil olaraq özünü təqdim etmiş, başına gələnləri danışmış, lakin Emin adlı şəxs ona, Təqsirləndirilən şəxs1 tanımadığını və onun torpaq sahələri ilə bağlı Təqsirləndirilən şəxs1 ona heç bir pul vermədiyini bildirmişdir. Artıq bundan sonra o, Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını başa düşmüş və onunla əlaqə saxlayaraq pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs1 hər dəfə onu aldadaraq müxtəlif bəhanələr gətirməyə başlamış, verdiyi vədə əməl etməyərək torpaq sahələrinin çıxarışların təqdim etməmiş, aldığı puldan istintaq zamanı cəmi 1500 manat qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun ünvan 10 ünvanında 6 sot torpaq sahəsi və həmin sahədə yaşadığı evi var. Həmin torpaq sahəsi və ev onun mülkiyyətindədir, buna dair DƏDRX tərəfindən verilmiş çıxarış vardır. Bununla yanaşı onun torpaq sahəsinə bitişik 10 sot torpaq sahəsi 1996-cı ildən onun istifadəsindədir və 2006-cı ildə Binəqədi Bələdiyyəsi tərəfindən həmin 10 sot sahənin ona verilməsi ilə bağlı qərar verilmişdir. Lakin o, həmin torpaq sahəsini özəlləşdirməmişdir. Bir-iki dəfə dost-tanışları ilə maraqlanarkən özəlləşdirmə prosesinin uzun çəkdiyini, zəruri sənədlərin toplanması üçün dəfələrlə aidiyyəti orqanlara gedib-gəlməyin lazım olduğunu öyrənmişdir. Hər gün işə getmək məcburiyyətində olduğundan özəlləşdirmə prosesini özünün həyata keçirməyi ona mümkünsüz görünürmüşdür. 2018-ci ilin axırlarında bu məzmunda qohumu Zərərçəkmiş şəxs1lə söhbət edən zaman Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 həmin özəlləşdirmə işində ona köməklik edə bilər. 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 özü onun yaşadığı evə gəlmiş və tanışlıq vermişdir. Təqsirləndirilən şəxs1 gələndən sonra o, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 atası Şahid4 də evinə çağırmışdır ki, Təqsirləndirilən şəxs1la aralarında olan söhbəti eşitsin. Söhbət zamanı Təqsirləndirilən şəxs1 ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləməsini, onun torpaq sahəsini özəlləşdirməyin mümkün olduğunu, bu işi qısa müddət ərzində həll edəcəyini, bunun üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 15.000 manat, iş həll olunduqdan sonra isə onun özünə hörmət olaraq 1.000 manat pul lazım olduğunu bildirmişdir. Aralarında razılaşma əldə olunduğu üçün o, elə həmin an yaşadığı evdən 15.000 manat pul götürüb Şahid4 yanında Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu və sənədləri götürüb getmişdir. Ondan sonrakı vaxtlarda bir neçə dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adlarını bilmədiyi iki nəfər işçisi onun torpaq sahəsinə gəlib ölçü aparmışlar. Lakin, bir neçə ay keçməsinə baxmayaraq iş həll olunmamışdır. Hətta bir dəfə, 2019-cu ilin aprel-may aylarında Təqsirləndirilən şəxs1 ona bir bağlama vermiş, həmin bağlamanın içərisində ondan aldığı 15.000 manat olduğunu bildirmiş və həmin pulu özünün DƏDRX-də işləyən və onun torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olan şəxsə verməsini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1la birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs1 onu bayırda gözləmiş, sonra o, 3-cü mərtəbəyə qalxmış, orada Rasim adlı əməkdaşın otağına daxil olmuş, onu Təqsirləndirilən şəxs1 göndərdiyini bildirmiş və cibindəki bağlamanı həmin şəxsə vermək istəmişdir. Lakin, həmin şəxs onu tanımadığını və onunla bağlı hər hansı bir işdən məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, həmin idarənin qarşısına düşərək Təqsirləndirilən şəxs1la görüşmüş, nə baş verməsini soruşmuş, Təqsirləndirilən şəxs1 isə telefonla kiməsə zəng edib əsəbi formada danışmış, nə üçün məsələni dəqiqləşmədən çağırıldıqlarını soruşmuş, sonra isə ona məsələni araşdırıb məlumat verəcəyini demişdir. Səhəri gün Təqsirləndirilən şəxs1 ona zəng edərək məsələni həll etdiyini bildirmiş, təcili olaraq pulu qaytarmasını xahiş etmişdir. Həmin vaxt o, işdə olduğundan Təqsirləndirilən şəxs1 qardaşı Müstəqim Məmmədov onun yaşadığı evə gedərək həyat yoldaşından pulu götürüb Təqsirləndirilən şəxs1 aparmışdır. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 ona sənədlərinin qeydiyyata alındığı nömrəni göndərmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə zəng edib həmin nömrəni deyib işin vəziyyəti barədə maraqlanmış, operator isə ona sənədlərinin icraatda olduğunu bildirmişdir. Buna görə o, Təqsirləndirilən şəxs1 düz danışmasına inanmışdır. Lakin, sonra onun yaşadığı ünvana, özəlləşdirmədən imtina barədə məktub gəlmişdir. Sonrakı vaxtlarda Təqsirləndirilən şəxs1 ondan gizlənməyə başlamış və telefon zənglərinə cavab verməmişdir. Bir müddət sonra o, Bakı Şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs1 dələduzluq əməlləri ilə bağlı araşdırma aparılmasını müəyyən edilmişdir. Buna görə də o, şikayət ərizəsi yazmışdır. Hazırki vaxtadək Təqsirləndirilən şəxs1 onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 nümayəndəsi və vəkili Müdafiəçi izahatında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq və mülki iddiasını müdafiə etdiyini bildirdi və 6500 manat maddi, 1000 manat mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 mülki iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3n istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə 2018-ci ilin avqust ayında tanış olmuşdur. Belə ki, o, 2017-ci ilin ortalarında yaşadığı, ünvan 6 ünvanında yerləşən yaşayış evinin ikinci mərtəbəsində sahəsi təxminən 100 kv.metr olan ev tikdirmişdir. Yaşadığı evin bütün sənədləri qaydasında olsa da, sonradan tikdirdiyi ikinci mərtəbənin sənədləri olmamışdır. 2018-ci ilin avqust ayının əvvəllərində o, yaşadığı evin ikinci mərtəbəsini sənədləşdirmək, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaqla mülkiyyət hüququ əldə etmək qərarına gəlmişdir. Həmin sahədən yaxşı anlayışı olmadığından, çıxarışı əldə etmək üçün hansı qurumlara müraciət etməli olduğunu və hansı zəruri sənədləri toplamalı olduğunu bilmədiyi üçün bunun yollarını araşdırmağa başlamışdır. Həmin ərəfədə bacanağı Zərərçəkmiş şəxs1 ona, tanışı Təqsirləndirilən şəxs1 Əmlak Məsələləri Dövlət Komitəsində işləməsini, özünün yaşadığı evin yanındakı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı da Təqsirləndirilən şəxs1 müraciət etməsini və Təqsirləndirilən şəxs1 əvvəllər də ona müəyyən əmlakla bağlı işlərdə köməklik etməsini bildirmişdir. Bu səbəbdən o, Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Onlar görüşmüş və o, Təqsirləndirilən şəxs1 mülkiyyətində olan yaşayış evinin ikinci mərtəbəsinə dair də mülkiyyət hüququ əldə etmək istədiyini bildirmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs1 ona həqiqətən də Əmlak Məsəlləri Dövlət Komitəsində işləməsini, Bakı şəhəri ərazisində istənilən yaşayış və qeyri yaşayış sahələrinin özəlləşdirilməsi ilə məşğul olmasını, müvafiq sənədləri toplayaraq DƏDRX-yə təqdim etməsini və nəticədə həmin qurumdan çıxarışı alıb vətəndaşlara verməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək ikinci mərtəbəyə baxış keçirmiş, həmin tikiliyə dair sənədlərin surətlərini götürmüş və ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona zəng etmiş və görüşmək lazım olduğunu bildirmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, yaşadığı evin ikinci mərtəbəsinə dair çıxarışın alınması üçün 10.000 manat pul tələb olunur, o, həmin puldan istifadə edərək özəlləşdirmə üçün tələb olunan dövlət rüsumunu ödəyəcək, vəkil tutacaq, müvafiq sənədlərin və arayışların alınmasına xərclər çəkəcək və özünün də zəhmət haqqı nəzərə alınmaqla ümumilikdə həmin məbləğdə pulla qısa müddət ərzində onun yaşadığı evin ikinci mərtəbəsinin çıxarışını DƏDRX-dən əldə edərək ona təqdim edəcəkdir. O, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış və bir neçə gün sonra, yəni 2018-ci ilin avqust ayının ortalarında yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 10.000 manat pul vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa, telefon zənglərinə cavab verməməyə, tez-tez telefon nömrələrini dəyişməyə başlamış və Təqsirləndirilən şəxs1 bu kimi hərəkətləri ona qarşı şübhə yaratmışdır. Eyni zamanda həmin ərəfədə qohumu Zərərçəkmiş şəxs1 deməsinə əsasən Təqsirləndirilən şəxs1 ona verdiyi vədlərə də əməl etmədiyini öyrənmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs1la əlaqə yaradaraq ondan aldığı pulu qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 uzun müddət xeyli bəhanələr gətirdikdən sonra nəticədə aldığı pulun 3.500 manatını qaytararaq yerdə qalan 6.500 manatını qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs1 yalan danışır. Belə ki, Təqsirləndirilən şəxs1 ondan aldığı puldan cəmi 3500 manatını qaytarmış və həmin puldan 6500 manatını hazırki vaxtadək qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 təxminən 15 il olar tanıyır. Aralarında dostluq münasibətləri olmuşdur. Təxminən 6 il olar ki, yaşadığı Zabrat qəsəbəsində yerləşən “Yaxın” marketin yaxınlığında onun istifadəsində 45 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi vardır, lakin həmin tikilinin hər hansı bir sənədi olmamışdır. 2019-cu ilin əvvəllərində o, Zərərçəkmiş şəxs4 istifadəsində olan qeyri-aşayış sahəsini qanuni qaydada öz adına sənədləşdirmək istəməyini, lakin sənədləşmə işlərindən anlayışının olmadığını və bununla bağlı hara və kimə müraciət etməli olduğunu bilmədiyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 ona Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, həmin şəxslə təxminən 1 il əvvəl tanış olmasını, Təqsirləndirilən şəxs1 deməsinə görə Əmlak Məsəlləri Dövlət Komitəsində işləməsini və onun istifadəsində olan tikintinin sənədləşdirilməsi ilə bağlı həmin şəxslə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1la görüşmüş, bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə onun istifadəsində olan qeyri-yaşayış sahəsinin olduğu ünvana gedib baxmışlar, nəticədə Təqsirləndirilən şəxs1 həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair çıxarışın alınması üçün 13.000 manat pul istəmişdir. O, bu təkliflə razılaşmış və 2019-cu ilin fevral ayının ortalarında yaşadığı Zabrat qəsəbəsində Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 verməsi üçün 13.000 manat pul vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 etibarnamə vermiş və sənədləşmə işləri ilə bağlı hansısa dövlət qurumuna getmək lazım olduqda onun adından iştirak etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 onunla dost olduğu üçün təmənnasız olaraq ona köməklik etmişdir. Bu hadisədən 7-8 ay sonra, yəni 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 tələb etdiyi bütün sənədləri toplayaraq DƏDRX-yə təqdim etmiş, lakin nəticədə ona məxsus qeyri-yaşayış sahəsinə çıxarış verilməsindən imtina edilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən məktub daxil olmuşdur. Bundan sonra o, sənədləşmə işlərinin alınmamasını görüb Zərərçəkmiş şəxs4 verdiyi pulu qaytarmasını xahiş etmişdir. Həmin ərəfədə, yəni 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs4 ondan aldığı 13.000 manat pulu öz vəsaiti hesabına qaytarmışdır. Sonrakı müddət ərzində o, tez-tez Zərərçəkmiş şəxs4la görüşmüşdür. Bütün bu müddət ərzində Zərərçəkmiş şəxs4 deməsinə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq aldığı 13.000 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs1 hərəkətləri nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, Zərərçəkmiş şəxs4 isə 13.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır. 2017-ci ilin sonlarında oğlu Zərərçəkmiş şəxs1 deməsinə əsasən ona məlum olmuşdur ki, o, yaşadıqları ünvan 3 ünvanında yerləşən 6 sot torpaq sahəsinə bitişik olan sahibsiz 9 sot torpaq sahəsinin öz mülkiyyətinə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün Təqsirləndirilən şəxs1 9.000 manat pul vermişdir. 2018-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs6 ona bildirmişdir ki, o da yaşadığı ünvan 10 ünvanına bitişik olan sahibsiz və ünvansız 10 sot torpaq sahəsini öz mülkiyyətinə keçirmək istəyir, bununla bağlı Təqsirləndirilən şəxs1 müraciət etmişdir, bir neçə saat sonra Təqsirləndirilən şəxs1 onun evinə gələcəkdir. Srəddin ondan xahiş etmişdir ki, həmin görüşdə iştirak edərək onların söhbətlərinin şahidi olsun. O, razılaşaraq Zərərçəkmiş şəxs6 yaşadığı evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun yanında Sürəddinin təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 15.000 manat, iş həll olunduqdan sonra isə onun özünə hörmət olaraq 1.000 manat pul verilməlidir. Zərərçəkmiş şəxs6 da razılaşaraq elə həmin an, onun yanında, yaşadığı evin içərisində Təqsirləndirilən şəxs1 15.000 manat pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs6 deməsinə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq verdiyi vədə əməl etməmiş və aldığı pulları da mənimsəyərək qaytarmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 başqa onun oğlu Zərərçəkmiş şəxs1 də aldadaraq aldığı ümumilikdə 11.000 manat pulu geri qaytarmamış və vədinə əməl etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 Beytulla oğlu və Şahid3 məhəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid2 Beytulla oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 5 il olar ki, tanıyır. Tanış olan zmana Təqsirləndirilən şəxs1 ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləməsini və Bakı şəhəri ərazisində torpaq sahələrinin müxtəlif şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı çıxarışları əldə etməklə məşğul olduğunu bildirmişdir. 2019-cu ilin təxminən fevral ayında, hazırda xatırlamadığı tanışlarından biri ona, Binəqədi qəsəbəsində Zərərçəkmiş şəxs5 adlı tanışının yaşamasını, həmin Sadiq adlı şəxsin bədəliyyə sənədləri əsasında Binəqədi rayonu, 6-cı MKR ərazisində 6 sot torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini mülkiyyətinə keçirmək istəməsini deyərək bu işlə bağlı onlara kömək edə biləcək tanış axtardığını bildirmişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxs5lə görüşmüş və həmin şəxsə Təqsirləndirilən şəxs1 barədə məlumat vermişdir. Sonra o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5lə görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 bildirmişdir ki, o, cəmi 30.000 manat pula həmin 6 sot torpaq sahəsinin Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçirilməsi məsələsini həll edib buna dair çıxarış təqdim edə bilər. Zərərçəkmiş şəxs5 də bu təkliflə razılaşmışdır. 2019-cu ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng edərək şəxsi işləri ilə əlaqədar Bakı şəhərindən kənarda olduğunu bildirmiş və Zərərçəkmiş şəxs5lə görüşüb torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı istədiyi 30.000 manatın 10.000 manatını götürüb sonra ona verməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 xahişi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Heydər Məscidi” adlanan məscidin yaxınlığında Zərərçəkmiş şəxs5lə görüşərək 10.000 manat pulu almışdır. Elə həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs1 onun yaşadığı evin yaxınlığında onunla görüşərək həmin 10.000 manat pulu ondan almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ondan aldığı 10.000 manat pulun üzərindən 2.500 manat sayıb ona vermiş və onu Zərərçəkmiş şəxs5lə tanış edərək bu işi ona həvalə etdiyinə görə hörmət etdiyini bildirmişdir. O, etiraz etməyib həmin məbləği götürmüşdür. Sonradan həmin işin necə nəticələnməsi barədə məlumatı olmamışdır. Bu hadisələrdən təxminən bir il sonra, yəni 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs5 onunla görüşərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun vasitəsilə verdiyi 10.000 manatdan əlavə ondan 20.000 manat da pul almış, lakin nəticədə verdiyi vədə əməl etməmiş və aldığı pulu da qaytarmamışdır. Bununla əlaqədar o, bir neçə dəfə Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq nə üçün belə hərəkət etməsini soruşmuş, Təqsirləndirilən şəxs1 isə hər dəfəsində ona qısa zaman ərzində Zərərçəkmiş şəxs5 verdiyi vədinə əməl edəcəyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs5 aldığı pulu qaytardığını bildirmişdir. Hətta, Təqsirləndirilən şəxs1 ona hörmət adı ilə verdiyi 2.500 manat pulun 1.000 manatını da almışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona yalan danışaraq Zərərçəkmiş şəxs5 heç bir məbləğdə pul qaytarmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşıdır. Onlar birlikdə ünvan 10 ünvanında yaşayırlar. Həmin yaşayış evi 6 sot torpaq sahəsində yerləşir, həm ev, həm də torpaq sahəsi yoldaşı Zərərçəkmiş şəxs6 mülkiyyətindədir. Bununla yanaşı onların mülkiyyətlərində olan torpaq sahələrinin yanında əlavə 10 sot torpaq sahəsi vardır, həmin 10 sot torpaq sahəsi də 1996-cı ildən onların istifadəsindədir və 2006-cı ildə Binəqədi Bələdiyyəsi tərəfindən həmin 10 sot sahənin həyat yoldaşı Zərərçəkmiş şəxs6 verilməsi ilə bağlı qərar verilmişdir. 2018-ci ilin sonlarında həyat yoldaşı Zərərçəkmiş şəxs6 həmin 10 sot torpaq sahəsini özəlləşdirmək və buna dair DƏDRX-dən çıxarış almaq qərarına gəlmişdir. Həmin ərəfədə qohumları Zərərçəkmiş şəxs1 onlara, bir nəfər İsmayıl adlı tanışının olduğunu, özünün də torpaq sahəsi sənədləşdirməklə bağlı həmin İsmayıl adlı şəxsə müraciət etməsini bildirmiş və özəlləşdirmə ilə bağlı İsmayıla müraciət etmələrini təklif etmişdir. 2018-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 onların evinə gəlmişdir. Həmin vaxt qohumları və qonşuluqlarında yaşayan Zərərçəkmiş şəxs1 atası Şahid4 də onların evində olumuşdur. Yaşadıqları evdə olarkən Təqsirləndirilən şəxs1 onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləməsini və özəlləşdirmək istədikləri torpaq sahəsinə çıxarışın verilməsi üçün 15.000 manat pul lazım olduğunu bildirmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs6 da razılaşaraq Təqsirləndirilən şəxs1 15.000 manat pul vermişdir. Bu hadisədən təxminən 4 ay sonra, yəni 2019-cu ilin aprel ayının ortalarında həyat yoldaşı Zərərçəkmiş şəxs6 axşam evə gələrkən ona bir bağlama vermiş və bildirmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi məsələsi alınmadığı üçün həmin pulu Təqsirləndirilən şəxs1 geri qaytarmışdır. Lakin, həmin günün səhəri həyat yoldaşı Zərərçəkmiş şəxs6 ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yenidən zəng edərək torpaq sahəsinə dair çıxarışın verilməsi məsələsini həll etdiyini bildirmiş və təcili pulun ona çatdırılmasını istəmişdir. Sonra Zərərçəkmiş şəxs6 ona bildirmişdir ki, özü işdə olduğu üçün İsmayılla görüşə bilməyəcəkdir, buna görə də İsmayılın qardaşı Müstəqim adlı oğlan gəlib həmin pulu götürərək İsmayıla verəcəkdir. Həqiqətən də təxminən 1 saat sonra Təqsirləndirilən şəxs1 qardaşı Müstəqim Məmmədov onların evinə gəlmiş və o, içərisində 15.000 manat pul olan bağlamanı M.Məmmədova vermişdir. Lakin, həmin vaxtdan sonrakı müddət ərzində Təqsirləndirilən şəxs1 yenə də vədinə əməl etməyərək onları aldatmış, torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı çıxarışı təqdim etməmiş, o cümlədən aldığı pulu da mənimsəyərək geri qaytarmamışdır. Bu səbəbdən həyat yoldaşı Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1la bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7 ünvanlanmış 05 may 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarov küçəsində yerleşən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə ********** nömrəli, 11.04.2019-cu ii tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq sahəsi yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, keçmiş DTXK-i tərəfindən təqdim edilmiş alqı-satqı aktı təsdiq edilməmişdir və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bununla yanaşı təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur və təqdim edilmiş Binəqədi rayon məhkəməsinin 2(001)- 4920/2018 saylı qətnaməsi ilə idarə üzərinə heç bir öhdəlik qoyulmayıb. Bununla yanaşı sənəd üzrə 1000.0 kv.m, faktiki 1730.0 kv. m. torpaq sahəsi istifadə edilməkdədir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır; Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7 ünvanlanmış 14 may 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 118 saylı fərdi yaşayış evinin sol tərəfinin qarşı hissəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 24.04.2019-cu ii tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş torpaqların alqısatqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Sözügedən torpaq sahəsi bir hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi və ya mərzlənmə (hasarlanması) məqsədəuyğundur. Həmçinin, təqdim edilmiş Binəqədi rayon məhkəməsinin 2(001)-4920/2018 saylı qətnaməsi ilə idarə üzərinə heç bir öhdəlik qoyulmayıb və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır; Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7 ünvanlanmış 21 iyun 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 118 saylı evin sol tərəf qarşı hissəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı ********** nömrəli, 24.05.2019-cu ii tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq keçmiş DTXK-i tərəfindən təqdim edilmiş alqı-satqı aktı təsdiq edilməmiş və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, təqdim edilmiş sənədlərin saxtalaşdırılması ilə bağlı 1 saylı Bakı ərazi idarəsinə M.Ə.Rəsulzadə Bələdiyyəsinin RB/229 saylı, 01.11.2017-ci il tarixli məktubu daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13 dekabr 2013-cü il tarixli, 49 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2inz(81)- 3703/2013 saylı 17.10.2013-cü il tarixli qərarına əsasən cavabdeh Binəqədi bələdiyyəsinin 518 saylı, 29.12.2006-cı il tarixli qərarı, 660 saylı, 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə X6 ayrılmış, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 300 kv. metr torpaq sahəsi vət. Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilmişdir; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 avqust 2013-cü il tarixli, 32 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2(81)- 2338/2013 saylı 18.06.2013-cü tarixli qərarına əsasən cavabdeh Binəqədi bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 495 saylı qərarı və 30.12.2006-cı il tarixli, 641 saylı alqı-satqı müqaviləsi əsasında vət. X5 6 mkr., qərb hissəsində fərdi yaşayaış evi üçün mülkiyyətinə verilmiş 300 kv. metr torpaq sahəsi vət. Zərərçəkmiş şəxs5 adına (addan-ada keçirilməsi) rəsmiləşdirilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 22.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; “Axtarışda olan şəxsin tutulması barədə” 27.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutularaq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-109/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablanmışdır; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X18 əməliyyat qrupu və Zərərçəkmiş şəxs2, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs2 məxsus pulların ona çıxarış sənədi hazırlayacağı adı ilə Təqsirləndirilən şəxs1 tərəfindən ələ keçirilməsi barədə etdiyi şikayəti əsasında hadisə yerinə gəlmək üçün Elman Hüseynovdan sonuncu dəfə İsmayıl adlı şəxsə pulları verdiyi yeri göstərə bilməsi soruşulmuş, Zərərçəkmiş şəxs2 Səbail rayonu ərazisində “Dinamo” otelin qarşısına gediləcəyi halda hadisə yerini göstərə biləcəyini qeyd etmişdir. Odur ki, avtomobillə Zərərçəkmiş şəxs2 dediyi istiqamətdə hərəkət edib ünvan 14 ünvanında fəaliyyət göstərən “X23”nun qarşısına gəlmişlər. Məlum oldu ki, həmin hotelin yerləşdiyi inzibati ərazi Səbail rayonunun ərazisidir; Zərərçəkmiş şəxs5 tərəfindən yazılaraq imza edilmiş 30 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyandan 1500 manatını qəbul etmişdir; “Texniki vasitələrlə ötürülən məlumatlara baxış keçirilməsi haqqında” 24 fevral 2021ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov icraatında olan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq "xxxx" MMC-dən BKC/LGL-3543/21 saylı, 17.02.2021-ci il tarixli və "xxxx" MMC-dən 3535 saylı, 19.02.2021-ci il tarixli məktublarla daxil olmuş, Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 237-37-57, 055 211-46-27, 050 ***-**-** və 050 ***-**-** saylı telefon nömrələrinə 01.01.2017-ci il tarixdən hazırki vaxtadək olan müddət ərzində daxil olan və çıxan zənglərə, o cümlədən SMS mətnlərinə dair 02 ədəd CD disklərə baxış keçirmişdir. Disklərə baxış zamanı, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 244- 30-10, Zərərçəkmiş şəxs2 istifadəsində olan 055 232-25-25, Zərərçəkmiş şəxs3 istifadəsində olan 055 445-22-22, Zərərçəkmiş şəxs4 istifadəsində olan 050 550-65-22, Zərərçəkmiş şəxs5 istifadəsində olan 055 ***-**-** və Zərərçəkmiş şəxs6 istifadəsində olan 050 ***-**-** saylı telefon nömrələri ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**- ** saylı telefon nömrəsi arasında Təqsirləndirilən şəxs1 tərəfindən həmin şəxslərdən pullar alınan tarixlərdə və sonrakı vaxtlarda mütamadi telefon danışıqlarının aparılması, bundan başqa yuxarıda adları qeyd edilən zərərçəkmiş şəxslərin istifadələrində olan nömrələrdən Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**-** saylı telefon nömrəsinə mütamadi olaraq vəd etdiyi çıxarışları nə vaxt verəcəyi və ya onlardan alınmış pulları nə vaxt qaytaracağı məzmununda çoxsaylı SMS mətnlərinin göndərilməsi müəyyən edildi. Lakin, SMS mətnlərinə baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərdən alınmış pulların konkret məbləğləri qeyd olunan hər hansı bir SMS mətni aşkar edilmədi. Təqsirləndirilən şəxs1 istifadəsində olan digər nömrələrə, yəni 055 237-37-57, 050 ***-**-** və 050 ***-**-** saylı telefon nömrələrinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilmədi. Qeyd olunan 02 ədəd “CD” fomatlı disklər qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edildi; “Sübutların qiymətləndirilməsi, əməmlin tövsif edilməsi və maddi sübut kimi tanınma haqqında” 19 mart 2021-ci il tarixli qərardan gərünür ki, "xxxx" MMC-dən BKC/LGL- 3543/21 saylı, 17.02.2021-ci il tarixli və "xxxx" MMC-dən 3535 saylı, 19.02.2021-ci il tarixli məktublarla daxil olmuş 02 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 10 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulan 1500 manat ziyan tam olaraq ödənilmişdir, həmin epizod üzrə şikayət və tələbi yoxdur; "xxxx" ASC tərəfindən verilmiş 02.12.2021-ci il tarixli, 10073 nömrəli və 09.12.2021-ci il tarixli 6769 nömrəli qəbzlərdən görünür ki, dəymiş zərərin 25 faizi dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1-ci maddəsi (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham onun tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və ona 1500 manat ziyan vurması epizodu ilə əlaqədar verilmişdir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə barışmış, sonuncuya həmin epizod üzrə vurulmuş ziyan tam ödənilmiş, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 CM-in 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. CPM-in: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə barışmasını, sonuncuya dəyən 1500 manat ziyanı tam, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında məbləği dövlət büdcəsinə ödəməsini və qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 73-1.2-ci maddəsi tətbiq olunmalı, o, CM-in 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Həmçinin, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməlləri etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; Zərərçəkmiş şəxs5 vurulmuş ziyandan 1500 manat ödəniş etməsini; Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (CM-in 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - "xxxx" MMC-dən BKC/LGL- 3543/21 saylı, 17.02.2021-ci il tarixli və "xxxx" MMC-dən 3535 saylı, 19.02.2021-ci il tarixli məktublarla daxil olmuş 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə verilmiş mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, baş vermiş dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçılara ödənilməsi qənaətinə gəlir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiasının qismən, yəni maddi ziyanın tutulması hissəsində təmin edilməsi, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının 9500 manat maddi ziyanın tutulması hissəsində təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsində 9500 və 1500 manat maddi ziyanın mülki cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə prosesi zamanı digər epizod üzrə (yəni, 1500 manat hissədə) ona vurulmuş ziyanın tam ödənilməsini qeyd etmiş və çıxışında mülki cavabdehdən 9500 manat məbləğində maddi ziyanın tutulmasını xahiş etmişdir. Bundan başqa mülki cavabdeh Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs3 2500 manat borcu qaldığını, bu səbəbdən də sonuncu tərəfindən verilmiş mülki iddanı həmin hissədə qəbul etdiyini göstərsə də, buna dair müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsi). Mülki iddiaların mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X11 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, zərəçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 baş vermiş cinayət hadisəsi nəticəsində keçirdikləri psixoloji ağrı və əzabın, sıxıntının, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirmələrinin, yəni onlara mənəvi ziyan dəyməsinin özünü nədə ifadə etməsi barədə ətraflı məlumat verməmiş, ümumiyyətlə, mənəvi ziyan dəyməsi barədə dəlillərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışlar. Bu baxımdan mülki iddiaçıların dəyən mənəvi ziyana görə mülki cavabdehdən pul tutulması tələblərini məhkəmə əsassız hesab edir və mülki iddiaların mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X16 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - "xxxx" MMC-dən BKC/LGL- 3543/21 saylı, 17.02.2021-ci il tarixli və "xxxx" MMC-dən 3535 saylı, 19.02.2021-ci il tarixli məktublarla daxil olmuş 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 6500 manat tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 9500 manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. X19 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar