Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-211/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Xaçmaz rayonu, Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə fiziki şəxsi təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun 2ci konvoy bölüyünün mühafizəçisi vəzifəsində ədliyyə giziri xüsusi rütbəsində qulluq edərkən qulluq mövqeyinə görə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayının ortalarında aralarında tanışlıq münasibəti olan İbrahimov Şahin Tahir oğlu ilə ünvan 4X7”ndə söhbət etdiyi zaman sonuncunun qayını Şahid5 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 nömrəli cəza çəkmə müəssisəsində cəza çəkdiyini, yaxın günlərdə Sumqayıt Apellyasiya Məhkəməsində işinə yenidən baxılacağını bilib real imkana və səlahiyyətə malik olmadığı və Şahid5 hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahin İbrahimovun pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahin İbrahimova Sumqayıt Apellyasiya Məhkəməsinin sədri ilə geniş əlaqələrə malik olduğunu və guya həmin şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, pulun rüşvət qismində verilməsi müqabilində Şahid5 cəzasını şərti olaraq tətbiq etdirəcəyini yalandan bildirib Şahin İbrahimovu aldadaraq, həmin adla qeyd edilən məbləğdə pul vəsaitini Şahın İbrahimovu ələ alaraq, sonuncunun razılığını aldıqdan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmaqla özünün adına və istifadəsinə verilmış **********697191 №-li «VİSA» elektron tipli əmək haqqı kartına 21 iyul 2021-ci il tarixdə Şahin İbrahimovun tapşırığı ilə sonuncunun tanışı Şahid4 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə ********************№-li hesab nömrəsinə göndərdiyi 200 (iki yüz) manat pulu, habelə Şahin İbrahimovun özünün ayrı-ayrı vaxtlarda göndərdiyi müxtəlif məbləğlərdə, o cümlədən, 24 07.2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat qəsəbəsindəki “Ailə market” də yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərdiyi 1000 (bir min) manat pulu, 30.07 2021-ci il tarixdə ünvan 2 ünvanındakı “Milliön” ödəmə terminalı vasitəsi ilə ********************№-li hesab nömrəsinə iki dəfəyə göndərdiyi cəmi 100 (bir yüz) manat pulu, eləcə də xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanındakı “ARMY” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərdiyi cəmi 400 (dörd yüz) manat pulu Bakı şəhəri ərazisində "xxxx" ASC-yə məxsus müxtəlif bankomatlardan şəxsən çıxarmaqla, eyni zamanda, 01 avqust 2021-ci ıl tarixdə ünvan 4X7”nin qarşısında təklikdə Şahin İbrahimovdan 1200 manat, 03 avqust 2021-ci il tarixdə isə yenə də həmin çay evinin qarşısında 100 manat olmaqla ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu alıb öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Şahin İbrahimova məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahin İbrahimovu təhrik etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178 2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunda xidmət etdiyi müddət ərzində işinə vicdanla yanaşmış, hər hansı nöqsana yol verməməyə çalışmışdır. İşdən sonrakı vaxtını isə yaşadığı ünvanın yaxınlığında, ünvan 4X7”nə gedib orada keçirmişdir 2021-ci ilin iyul ayının ortalarında həmin çayxanada olduğu zaman tanımadığı bır şəxs ona yaxınlaşmış, həmin şəxsin sonradan İbrahimov Şahin Tahir oğlu olduğunu öyrəndiyi şəxs onunla söhbət edərək özünü ona Şahid3 dostu olduğunu, əvvəllər onun da Bakı şəhəri, Nərimanov rayonunda yaşadığını, hazırda çayxananın yaxınlığında yerləşən binada mühafizəçi olaraq işlədiyini bildirmişdir. Şahinin ad çəkdiyi şəxs, yəni Şahid3 onun sinif yoldaşı olmuş və onların münasibətləri yaxşı olmuşdur. Söhbət əsnasında Şahin İbrahimov qayını Şahid5 17 nömrəli cəza çəkmə müəssisəsində cəza çəkdiyini, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda həmin hökmdən protest verildiyi üçün Şahid5 işinə yenidən Sumqayıt Apelyasiya Məhkəməsində baxılacağını, lakin məhkəmə iclasının keçirələcəyi tarixi bilmədiyini, onun da Ədliyyə Nazirliyinin geyim formasında gördüyünü, sonuncuya məhkəmə iclasının keçiriləcəyi tarixi öyrənməyində köməklik göstərməyini ondan xahiş etmişdir Bu zaman o, Şahin İbrahimova hər hansı köməklik göstərə bilməyəcəyini demişdir Bu söhbətdən bir neçə gün sonra, 2021-ci ilin iyul ayının ortalarında yenidən “X7”ndə olduğu zaman Şahin İbrahimov yenidən ona yaxınlaşaraq qeyd etdiyi söhbətdə köməklik göstərməyini ondan xahiş etmişdir. Bu zaman o Şahin İbrahimova məhkumları cəzaçəkmə müəssisələrindən məhkəməyə aparıb-gətirdiyini, yəni konvoyda işlədiyini, qısa müddət ərzində bu barədə maraqlanıb sonuncuya məlumat verəcəyini demişdir. Şahin İbrahimov isə qaynı Şahid5 ağır cəza almasından qorxduğunu ona söyləmişdir. Qeyd olunan söhbətdən əvvəl, yəni 16 iyun 2021-ci il tarixdə atası Qafar Qafarov rəhmətə getdiyi üçün yas mərasimləri ilə əlaqədar müəyyən məbləğdə pula ehtiyacı olmuşdur. Bu səbəbdən bir neçə gün sonra, 19 iyul 2021-cı il tarixdə Şahin İbrahimova zəng edərək onunla görüşmək istədiyini demişdir. Həmin gün axşam saatlarında Şahinlə “X7”ndə görüşmüşdür. Görüş zamanı o, Sumqayıt Apelyasiya Məhkəməsində olan işə köməklik edə biləcəyini və məhkəmə iclasının 05 avqust 2021-ci il tarixdə keçiriləcəyini öyrəndiyini demişdir. Sumqayıt Apellyasıya Məhkəməsinin vəzifəli şəxsi vasitəsilə qayını Şahid5 şərti cəza tətbiq etdirərək evə buraxdıra biləcəyini bildirmişdir. Şahin İbrahimov ondan həmin məsələni həll etməsi üçün nə qədər pul lazım olduğunu soruşduqda o, guya həmin şəxsə 3000 manat pul qarşılığında həmin işi həll edə biləcəyini ona bildirmişdir. O, Şahin İbrahimova 05 avqust 2021-ci il tarixədək pulu ona çatdırmasını bildirmişdir. Bundan sonra 21 iyul 2021-ci il tarixdə o, Şahin İbrahimova öz istifadəsində olan "xxxx" ASC-yə məxsus maaş kartının şəklini “Whatsapp” proqramı vasitəsi ilə göndərmiş və Şahin həmin gün ona 200 manat, 24 07 2021ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 400 və 100 manat “Milliön” vasitəsi ilə göndərmişdir. Bundan sonra 01 avqust 2021-ci il tarixdə ünvan 4X7” nin qarşısında təklikdə Şahin İbrahimovla görüşmüş və o, ona 1200 manat pul vermiş, qalan 100 manat məbləğində pulu isə 03 avqust 2021-ci il tarixdə yenidən “X7”nin qarşısında təklikdə görüşüb ona vermişdir Bundan sonra 05 avqust 2021-ci il tarixdə Şahin İbrahimov onunla əlaqə saxlayıb məhkəmə iclasının keçirilib-keçirilmədiyini soruşduqda o, ona guya məhkəmə iclasının təxirə salındığını, 13 avqust 2021-ci il tarixdə keçiriləcəyini demişdir. Bundan sonra Şahın İbrahimov onunla “Whatsapp” proqramı, həm də zəng vasitəsi ilə tez-tez əlaqə saxlamış, həmin vaxt o, Şahin İbrahimova 5-ci gün, yəni 13 avqust 2021-ci il tarixdə işin həll olunacağını demişdir. Şahın İbrahimovdan ümumilikdə 3000 manat pul almışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Şahin İbrahimova qısa müddət ərzində pulunu qaytaracağına söz vermişdir. Bundan sonra pulu geri qaytara bilmədiyi üçün Şahin İbrahimov onun barəsində şikayət etmişdir. Hazırda Şahin İbrahimovun pulunu tam olaraq qaytarmışdır. Şahin İbrahimovun ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş İbrahimov Şahin Tahir oğlu ifadəsində göstərmişdir ki, qayını Şahid5 Xaçmaz rayonunun Maqsud kəndində yaşamış və təsərrüfat fəaliyyəti ilə məşğul olmuş, 2020-ci ilin sentyabr ayında Xaçmaz rayonunun ərazisində mülki şəxsə bıçaqla xəsarət yetirdiyi üçün barəsində cinayət işi başlanmış və o, 2021-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını çəkmək üçün 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Şahid5 ilə yaxın olduqlarından ara-sıra onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Şahid5 ilə mobil telefon vasitəsi ilə danışdığı zaman Fuad ona yaxın zamanlarda Sumqayıt Apelyasiya Məhkəməsinə gedəcəyini demişdir. O, hansı səbəbdən məhkəməyə gedəcəyini soruşduqda, Şahid5 ona Ağır Cinayətlər Məhkəməsinin hökmündən protest verildiyi üçün işinə yenidən baxılacağını, lakin məhkəmənin konkret olaraq hansı tarixdə keçirilməsini bilmədiyini və hazırda Bakı İstintaq Təcrıdxanasına gətirildiyini qeyd etmişdir. Bundan sonra o, Şahid5 saxlanıldığı Bakı İstintaq Təcridxanasına getsə də orada onun məhkəməyə getmə tarixinin bir gün əvvəldən onlara məlum olacağı, bu səbəbdən dəqiq tarixi bilmədikləri ona deyilmişdir. Mühafizəçi işlədiyi ünvan 5 ünvanının yaxınlığındakı “X7”nə axşamlar ara-sıra getdiyi üçün, bir neçə dəfə həmin çayxanada Ədliyyə Nazirliyinin hərbi geyim formasında olan bir nəfər şəxsi görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs, yəni Təqsirləndirilən şəxs 1990-2005-cı illərdə ünvan 6 ünvanında yaşadığı zaman onların qonşusu və dostu Şahid3 sinif yoldaşı olmuşdur. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini düşünüb 2021-ci ilin iyul ayının ortalarında qeyd etdiyi çayxanada Natiqə yaxınlaşaraq ona tanışlıq vermiş və onunla söhbət etməyə başlamışdır. Söhbət vaxtı Təqsirləndirilən şəxs formada olmuşdur. Söhbət zamanı o, qayını Şahid5 barəsində Təqsirləndirilən şəxs məlumat vermiş və onun Ədliyyə Nazirliyində işlədiyini, bəlkə ona Şahid5 Sumqayıt Apelyasiya Məhkəməsində baş tutacaq məhkəmə iclasının tarixini öyrənməkdə köməklik edə biləcəyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məhkumları cəzaçəkmə müəssisələrindən məhkəməyə aparıbgətirdiyini, yəni konvoyda işlədiyini, qısa müddət ərzində bu barədə maraqlanıb ona məlumat verəcəyini demişdir. Bir neçə gün sonra, 19 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmək istədiyini demiş və bu səbəbdən həmin gün axşam saatlarında onlar “X7”ndə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsində işləyən tanışının olduğunu, onun vasitəsi ilə qayını Şahid5 məhkəmə iclasının 05 avqust 2021-ci il tarixdə keçiriləcəyini öyrəndiyini ona demişdir. Qayını Şahid5 şərti cəza tətbiq etdirərək evə buraxdıra biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs həmin məsələni həll etməsi üçün nə qədər pul lazım olduğunu soruşduqda, Natiq ona 3000 manat pul qarşılığında həmin işi həll edə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləməsi, həmçinin Sumqayıt Apelyasiya Məhkəməsində işləyən tanışının olduğunu deməsi onu inandırmış və ona həmin pulu vermək barədə razılığa gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs 05 avqust 2021-cı il tarixədək pulu ona çatdırmasını bildirmişdir. Bundan sonra 21 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona öz istifadəsində olan "xxxx" ASC-yə məxsus maaş kartının şəklini “whatsapp” proqramı vasitəsi ilə göndərmiş və o, Natiqə həmin gün 200 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 400 və 100 manat "Million" vasitəsi ilə göndərmişdir. Bundan sonra isə 01 avqust 2021-ci il tarixdə ünvan 4X7”-nin qarşısında təklikdə Təqsirləndirilən şəxs ilə görüşüb ona 1200 manat pul vermiş geriyə qalan 100 manat məbləğində pulu isə 03 avqust 2021-cı il tarixdə yenidən “X7”-nin qarşısında təklikdə onunla görüşüb vermişdir. Bundan sonra 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb məhkəmə iclasının keçirilib-keçirilmədiyini soruşduqda, Natiq ona məhkəmə iclasının təxirə salındığını, 13 avqust 2021-ci il tarixdə keçiriləcəyini demişdir. 13 avqust 2021-ci il tarixdə o, yenidən Təqsirləndirilən şəxsla danışdığı zaman Natiq ona yenidən məhkəmə iclasının təxirə salındığını, 20 avqust 2021-cı il tarixdə keçiriləcəyini söyləmişdir. O, artıq Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb pulunu tam olaraq geri qaytarmasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək gözləməyini söyləmiş və 20 avqust 2021-ci il tarixdə işin alınmayacağı halda pulunu tam olaraq geri qaytaracağını demişdir. O, yenə də, 20 avqust 2021-ci il tarixədək gözləmiş və həmin gün Təqsirləndirilən şəxsla əlaqə saxladıqda Natiq məhkəmənin təxirə salındığını bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona məhkəmənin iclasının keçirildiyini, yekun iclasın bir müddət sonra baş tutacağını və Şahid5 işinin həmin vaxt həll olunacağını bildirmişdir. 2021-ci ilin avqust ayının sonlarında səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demiş və bu səbəbdən həmin gün səhər saatlarında “X7” nin qarşısında onunla görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs oğlunun çənəsinin sındığını, pula ehtiyacı olduğunu, 100 manat pulu borc istədiyini söyləmişdir. O, da Təqsirləndirilən şəxs 100 manat pulu borc olaraq vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yenə də ona məhkəmə baxışı zamanı Şahid5 işinin həll olunacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə artıq inanmadığından Sumqayıt Apelyasiya Məhkəməsinə getmiş və Təqsirləndirilən şəxs ona tamamilə yalan danışdığını öyrənmişdir. Həmin vaxt məhkəmədən ona Şahid5 məhkəməsinin 22 sentyabr 2021-ci il tarixdə keçiriləcəyi, bundan qabaq hər hansı məhkəmə iclasının keçirilmədiyi bildirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs zəng edərək məhkəməyə gəldiyini və hər şeyi öyrəndiyini dedikdə, Natiq ona pulu özünün xərclədiyini, kiminləsə iş görmədiyini, sadəcə olaraq pula ehtiyacı olduğu üçün belə bir hərəkətə yol verdiyini bildirmişdir. Ümumilikdə ona 3000 manat ziyan dəymişdir. Daha sonra bu barədə polisə məlumat vermişdir. Hazırda ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahin İbrahimovu uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs ilə isə birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerləşən 77 nömrəli orta məktəbdə oxumuş, məktəbi başa vurduqdan sonra Natiq ilə əlaqəsi kəsilsə də, ara-sıra görüb hal-əhval tutmuşdur. Bildiyi qədər Natiq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyirmiş. Şahin İbrahimov ünvan 5 ünvanında yerləşən yaşayış binasında mühafizəçi olaraq işləmiş və o arasıra onunla görüşmüşdür. 2021-ci ilin iyul ayında Bakı şəhəri Nərimanov rayonunun ərazisində Şahinlə söhbət etdiyi zaman Şahin qayını Şahid5 Xaçmaz rayonunun ərazisində mülki şəxsə bıçaqla xəsarət yetirməsi səbəbindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığını, bir müddət əvvəl Şahid5 ilə danışdığı zaman məhkəmənin çıxartdığı hökmündən protest verildiyi üçün Sumqayıt Apelyasiya Məhkəməsində işə yenidən baxılacağını, lakin məhkəmənin hansı tarixdə baş tutacağını bilmədiyini ona söyləmişdir. Həmin vaxt Şahin İbrahimov məhkəmənin hansı tarixdə keçiriləcəyini öyrənməyə çalışırdı. Bir müddət sonra 2021-ci ilin iyul ayının ortalarında Şahin İbrahimov onunla əlaqə saxlayaraq ünvan 7 ünvanında yerləşən “X7”-də olduğu zaman onun sinif yoldaşı olan Təqsirləndirilən şəxs çayxanada gördüyünü, ona yaxınlaşaraq qayını Şahid5 məsələsi barədə məlumat verdiyini və Sumqayıt Apelyasiya Məhkəməsində məhkəmə iclasının hansı tarixdə həyata keçirilməsində köməklik göstərməsini xahiş etdiyini və Təqsirləndirilən şəxs isə razılaşdığını ona bildirmişdir. Bir müddət sonra 2021-ci ilin iyul ayının sonlarında Şahin İbrahimov ona bildirmişdir ki, Təqsirləndirilən şəxsla yenidən “X7”ndə görüşmüş, Natiq Sumqayıt Apelyasiya Məhkəməsində işləyən tanışı vasitəsi ilə məhkəmə iclasının vaxtını öyrənib Şahin İbrahimova demiş, habelə həmin tanışı vasitəsi ilə 3000 manat pul qarşılığında Şahid5 şərti cəza verilməsini və evə buraxılmasını həll edə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Şahin İbrahimov məhkəmə iclasının 05 avqust 2021-ci il tarixdə baş tutacağını qeyd olunan tarixə qədər 3000 manat pulu Təqsirləndirilən şəxs verməli olduğunu, hazırda 1000 manat məbləğində pulu olduğu üçün ondan 2000 manat məbləğində pulu borc olaraq istəmişdir. O da Şahin İbrahimovun xahişini yerə salmamaq üçün 2021-ci ilin avqust ayının əvvəllərində axşam saatlarında onunla yaşadığı ünvanın yaxınlığında təklikdə görüşərək 2000 manat məbləğində pulu ona vermişdir. Şahin İbrahimov qeyd olunan pulu qısa müddət ərzində ona geri qaytaracağını bildirmiş və bundan sonra bir neçə gün onunla əlaqə saxlamamışdır. 2021-ci ilin avqust aynın ortalarında Şahin İbrahimovla əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşduqda, Şahin ona Təqsirləndirilən şəxs hissə-hissə 3000 manat pulu tam olaraq verdiyini və cavab gözlədiyini demişdir. Bır müddət sonra Şahin İbrahimov Təqsirləndirilən şəxs pulu verməsinə baxmayaraq, onun işini həll etmədiyini, hər dəfə müxtəlif bəhanələr gətirərək məhkəmə iclasının təxirə salındığını dediyini, bu səbəbdən gözlədiyini ona bildirmişdir. Bundan sonra Şahin İbrahimov ona qayını Şahid5 məhkəmə iclasının hansı tarixdə keçirilməsini öyrənmək üçün Sumqayıt Apelyasiya Məhkəməsinə getdiyini, orada ona məhkəmə iclasının 22 sentyabr 2021-ci il tarixdə keçiriləcəyini qeyd etdiklərini, Təqsirləndirilən şəxs onu aldatdığını, Natiq hər şeyi etiraf etdiyini, pulu özü üçün xərclədiyini ona dediyini söyləmişdir. O da bu səbəbdən Şahin İbrahimova borc olaraq verdiyi 2000 manat pulu Təqsirləndirilən şəxs alıb geri qaytarmasını tələb etmişdir. Bir neçə dəfə Şahin İbrahimovla bu barədə söhbət etdikdə Şahin Təqsirləndirilən şəxs pulu hələ də qaytarmadığını, hər dəfə ondan vaxt istədiyini bu səbəbdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə Təqsirləndirilən şəxs şikayət etdiyini sonradan isə qeyd olunan məsələnin həll edilməsi üçün hərbi prokurorluğa şikayət etdiyini öyrənmişdir. X3 danışdığı zaman Şahin Təqsirləndirilən şəxs 3000 manat pulu hələ də qaytarmadığını, hər dəfə müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində pulu geri qaytaracağını dediyini ona söyləmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Şahın İbrahimovun 3000 manat pulu geri qaytarmadığı üçün ondan 2000 manat pulunu da qaytara bilməmiş, lakin 2021-ci ilin dekabr ayınının əvvəllərində Şahin İbrahimov məndən aldığı 2000 manat pulu qaytarmışdır. Şahin İbrahimovun Təqsirləndirilən şəxs qayını Şahid5 cəzasının şərti olaraq tətbiq edilməsi üçün verdiyi 3000 manat məbləğində pulun kimə çatması həmin pullardan kiməsə pul ayrılması ilə bağlı onun heç bir məlumatı olmamış, onun sadəcə olaraq Şahın İbrahimovun həmin məsələni həll etməsi üçün Təqsirləndirilən şəxs 3000 manat məbləğində pul verdiyindən məlumatlı olmuşdur. Şahin İbrahimovun Təqsirləndirilən şəxs 3000 manat pulu verdiyi zaman onların yanında olmamış, bildiyi qədər Şahın İbrahimov 3000 manat pulun bir hissəsini Təqsirləndirilən şəxs istifadəsində olan maaş kartına yükləmiş, geriyə qalan hissəsini isə ünvan 7 ünvanında yerləşən “X7”-nin qarşısında təklikdə əlbəəl vermişdi. Bildiyi qədər Təqsirləndirilən şəxs Şahin İbrahimova Sumqayıt Apellyasiya Məhkəməsində işləyən tanışının olduğunu bildirmiş, lakin həmin şəxsin kim olması, Təqsirləndirilən şəxs həmin şəxsi haradan tanıması barədə onun heç bir məlumatının olmadığını söyləmişdir. Şahin İbrahimovun 3000 manat pulu Təqsirləndirilən şəxs verməyində niyyətinin qayını Şahid5 cəzasının yüngülləşməsi və evə buraxılması üçün olduğunu, Fuad həmin pulun 2000 manatını ondan borc olaraq götürdüyünü, geriyə qalan 1000 manat pul isə Fuada məxsus olduğunu, Təqsirləndirilən şəxs Şahin İbrahimovdan başqa hansısa vətəndaşları aldadaraq pullarını ələ keçirməsi və ya hansısa şəxsdən pul alıb qanunsuzluğa yol verməsi ilə bağlı məlumatlı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahin İbrahimovu bir neçə illərdir ki, tanımışdır. Onunla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində qonşuluqda yaşamış, aralarında hər hansı qohumluq münasibəti, ədavəti və ya düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs isə şəxsən tanımamış, onun adını Şahın İbrahimovdan eşitmiş, aralarında hər hansı tanışlıq, dostluq və qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi olmamış, bildiyi qədər Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı olmuşdur. Təxminən 21 iyul 2021-ci il tarixdə Şahin İbrahimov ona zəng edərək tanışı Təqsirləndirilən şəxs maaş kartına 200 manat pulu göndərməsini ondan xahiş etmiş və bundan sonra Təqsirləndirilən şəxs “whatsapp” vasitəsi ilə ona öz maaş kartının şəkilini göndərmiş və o həmin gün Şahinin xahişi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən marketlərdən birində olan “Milliön və ya E-manat" ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs həmin gün ona göndərdiyi maaş kartına 200 manat pul göndərmişdir. Təxminən 21 iyul 2021-ci il tarixdə Şahin İbrahimov ona zəng edərək tanışı Təqsirləndirilən şəxs maaş kartına 200 manat pulu göndərməsini xahiş etidiyindən və o Natiqin “whatsapp’' vasitəsi ilə ona göndərdiyi maaş kartına 200 manat pul göndərdikdən sonra, Şahin İbrahimovla bununla bağlı söhbət edib ondan həmin pulun nə üçün qeyd olunan şəxsə göndərdiyini soruşduqda, Şahin həmin vaxt ona bildirmişdir ki, qayını Şahid5 Xaçmaz rayonunun ərazisində mülki şəxsə bıçaqla xəsarət yetirməsi səbəbindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxladığını, bir müddət əvvəl onunla danışdığı zaman məhkəmənin çıxartdığı hökmdən protest verildiyi, Sumqayıt Apelyasiya Məhkəməsində işə yenidən baxılacağını, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4 ünvanında yerləşən “X7”ndə olduğu zaman sonradan tanıdığı, ortaq tanışı olan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı, gizir Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsində işləyən tanışı vasitəsi ilə qaynı Şahid5 şərti cəza tətbiq edilərək evə buraxdıracağı müqabilində ondan 3000 manat pul istəmişdir və bundan sonra ümumilikdə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 3000 manat pul vermişdir. Bu səbəbdən də 21 iyul 2021-cı il tarixdə Şahin İbrahimov ona zəng edərək tanışı Təqsirləndirilən şəxs maaş kartına 200 manat pulu göndərməyi ondan xahiş etmişdir. Bildiyi qədər X4 Qafarova 3000 manat pulu verməsinə baxmayaraq, Natiq Şahini aldadaraq verdiyi vədinə əməl etməmiş, həmçinin həmin 3000 manat pulu da Şahin İbrahimova qaytarmamışdır. Qeyd olunan məsələ ilə bağlı Şahin İbrahimov Bakı hərbi prokurorluğuna da müraciət etdiyini, Təqsirləndirilən şəxs maaş kartına Şahin İbrahimovun xahişi ilə göndərdiyi 200 manat pulu ona qaytardığını, qayını Şahid5 cəzasının şərti olaraq tətbiq edilməsi üçün Fuadın Təqsirləndirilən şəxs verdiyi 3000 manat məbləğində puldan kimə çatması, həmin pullardan kiməsə pul ayrılması ilə bağlı onun heç bir məlumatı olmadığını, sadəcə olaraq Şahin İbrahimovun həmin məsələni həll etməsi üçün Təqsirləndirilən şəxs 3000 manat məbləğində pul verməsindən məlumatlı olduğunu söyləmişdir. Şahin İbrahimovun Təqsirləndirilən şəxs 3000 manat pulu verdiyi zaman onları yanında olmamış, bildiyi qədər Şahin İbrahimov həmin pulun bir hissəsini Təqsirləndirilən şəxs istifadəsində olan maaş kartına yükləmiş, geriyə qalan hissəsini isə ünvan 8 ünvanında yerləşən "X7”nin qarşısında təklikdə sonuncuya əlbəəl vermişdir. Eşitdiyi qədər Təqsirləndirilən şəxs Şahin İbrahimova Sumqayıt Apellyasiya Məhkəməsində işləyən tanışının olduğunu bildirmiş, lakin həmin şəxsin kim olması, Təqsirləndirilən şəxs həmin şəxsi haradan tanıması barədə onun heç bir məlumatı olmamışdır. Şahin İbrahimovun 3000 manat pulu Təqsirləndirilən şəxs verməyində niyyətinin qayını Şahid5 cəzasının yüngülləşməsi və evə buraxılması üçün olduğunu, Şahın İbrahimovun həmin pulun 200 manatını ondan borc olaraq götürdüyünü və sonradan sonuncunun həmin 200 manat pulu ona qaytardığını, geriyə qalan 2800 manat pulu isə Şahin İbrahimovun haradan əldə etməsi barədə məlumatının olmadığını söyləmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Milliön” Ödəniş sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 4169 7414 4869 7191 nömrəli bank kartına həyata keçirilmiş ödənişlərdən görünür ki, ümumilikdə 3000 manat məbləğində pul N. Qafarova məxsus bank kartına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 08 oktyabr 2021-ci il tarixli, 17/3-1778 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq əməkdaşı Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə kiçik rəis heyəti qismində qulluğa qəbul edilmiş, Mühafizə alayının atıcı taqımının atıcısı vəzifəsində qulluq edərkən xidmət üzrə xx.xx.2021-ci il tarixli, 655/k saylı əmrlə öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Təqsirləndirilən şəxs qulluq müddətində xüsusi rütbəli əməkdaş hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 oktyabr 2021-ci il tarixli, 17/15-690 nömrəli məktubundan görünür ki, ədliyyə giziri Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli, 655/K saylı əmri ilə “öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.” Ədliyyə giziri Təqsirləndirilən şəxs barəsində Penitensiar Xidməti Mühafizə alayında heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. AZE 18107841 və AZE 12886231 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində müvafiq olaraq xx.xx.2012-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2010-cü il təvəllüdlü X2 olmaqla iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 17/3-23310 nömrəli xidməti xasiyyətnamədən görünür ki, ədliyyə giziri Təqsirləndirilən şəxs 2004-cü ildən ədliyyə orqanlarında, xx.xx.2021-ci il tarixdən isə Atıcı tağımın atıcısı vəzifəsində qulluq etmişdir. Ədliyyə giziri Təqsirləndirilən şəxs qulluq etdiyi müddət ərzində özünü bacarıqsız, savadsız əməkdaş kimi tanıtdırıb. Verilən əmr və göstərişləri vaxtında keyfiyyətli yerinə yetirməyib. Xidməti maraqları şəxsi maraqlarından üstün tutmamışdır. Etik davranış qaydalarına riayət etməmiş, kollektiv arasında hörmət qazanmamışdır. İntizamsız olmuşdur. Fiziki cəhətdən sağlam, nizami cəhətdən hazırlıqlı olmuşdur, Xarici görkəmi qənaətbəxş olmuşdur. Nizamnamələrin tələblərini bilir və xidmətində onları rəhbər tutmamışdır. Hərbi və Dövlət sirlərini qoruyub saxlamağı bacarmamışdır. Tutulan iradlardan düzgün nəticə çıxarmağı bacarmamışdır. Qüvvədə olan cəzası olub. xx.xx.2005-ci il tarixində Konvoy taborunun komandirinin əmri ilə ona dərs zamanı sıra nizamnamələrini pozduğuna görə “töhmət” verilmişdir. xx.xx.2021-ci il tarixində yenidən Konvoy taborunun komandiri tərəfindən xidməti yerinə heç bir əsas olmadan mütəmadi olaraq gecikdiyinə görə “töhmət” verilmişdir. xx.xx.2021-ci il tarixində Mühafizə alayının komandiri tərəfindən vəzifəsinin icrasına məsuliyyətsiz yanaşdığına, tutulan iradlardan heç bir nəticə çıxartmadığına heç kimə məlumat vermədən və icazə almadan xidməti yerinə çıxmadığı üçün “şiddətli töhmət” verilmişdir. “İnformasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İbrahimov Şahin Tahir oğlunun istifadəsində olan **********75 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********34 saylı mobil nömrə arasında xx.xx.2021-cı il tarixdən - xx.xx.2021-cı il tarixədək olan müddət ərzində ümumilikdə 75 dəfə olmaqla, müxtəlif tarixlərdə və müxtəlif müddətə danışıqlar aparılmışdır. Bundan əlavə, həmin məlumatlardan müəyyən edilmişdir ki, İbrahimov Şahin Tahir oğlu istifadəsində olan **********75 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********34 saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində danışıqlar apardığı zaman “anten” məlumatlarına əsasən, həmin müddətlərdə cinayət işinin materiallarında qeyd olunan ünvan 9 ünvanında yerləşən “X7”-nin yaxınlığında, yəni ünvan 10 20 və ünvan 11 ünvanında olmuşdur. “İnformasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görmür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********34 saylı mobil nömrə ilə İbrahimov Şahin Tahir oğlunun istifadəsində olan **********75 saylı mobil nömrə arasında 16 07.2021-cı il tarixdən xx.xx.2021-cı il tarixədək olan müddət ərzində ümumilikdə 79 dəfə olmaqla, müxtəlif tarixlərdə və müxtəlif müddətə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan **********34 saylı mobil nömrə ilə İbrahimov Şahin Tahir oğlunun istifadəsində olan **********75 saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdən - 26.09 2021-ci il tarixədək olan müddət ərzində danışıqlar apardığı zaman “anten" məlumatlarına əsasən, həmin müddətlərdə cinayət işinin materiallarında qeyd olunan ünvan 4X7”-nin yaxınlığında, yəni ünvan 10 20 və Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsı 13 ünvanında olmuşdur. “Sənədlərin götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahin İbrahimov bildirdi ki, xx.xx.2021-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Oba market”də yerləşən "xxxx" MMC ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərilmiş 80 (səksən) manat və 20 (iyirmi) manat pula dair ödəniş çeklərini yaşadığı mənzildə saxlamış və sonradan həmin çekləri tapa bilmədiyi üçün hazırda təqdim edə bilmir. xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat qəsəbəsindəki “Ailə market” də yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərilmiş 1000 (bir min) manat pula dair ödəniş çeki - 01 vərəq; - xx.xx.2021-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “ARMY market”də yerləşən "xxxx" MMC ödəmə terminalı vasitəsi ******************** №-li hesab nömrəsinə göndərilmiş 300 (üç yüz) manat pula dair ödəniş çeki - 01 vərəq; - xx.xx.2021-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “ARMY” marketdə yerləşən "xxxx" MMC ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərilmiş 100 (bir yüz) manat pula dair ödəniş çeki - 01 vərəq götürülmüşdür. “Sübutların qiymətləndirilməsi haqqında” 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələrinin tərkib əlamətləri mövcud olduğundan, əməllərinin həmin maddələrə tövsif edilməklə barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının qəbul edilməsi, xx.xx.2022-ci il tarixli qərar və protokolla götürülərək cinayət işinə əlavə edilmiş sənədlər, yəni xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat qəsəbəsindəki “Ailə market” də yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərilmiş 1000 (bir min) manat pulun, xx.xx.2021-ci il tarixdə ünvan 15 ünvanındakı “ARMY” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərilmiş 400 (dörd yüz) manat pulun göndərilməsini təsdiq edən qəbzlərin əsilləri, həmçinin, Ş.İbrahimovun ilkin araşdırmaya təqdim etdiyi qəbzlərin surətləri, yəni xx.xx.2021-ci il tarixdə ünvan 13 ünvanındakı “Milliön” ödəmə terminalı vasitəsilə ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərilmiş cəmi 100 manat pulun göndərilməsini təsdiq edən qəbzlərin surətləri, eləcə də Təqsirləndirilən şəxs İbrahimov Şahin Tahir oğlu arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılan yazışmaları özündə əks etdirən 13 vərəqdən ibarət məlumatları, habelə "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş iki ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. “Qətimkan tədbiri seçmək haqqında” 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin 01 avqust 2022-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Nərimanov RPİ 18-ci PŞ-nə gətirilmiş və zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə Nərimanov RPİ MSY-nə təhvil verilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Nərimanov RPi 18-ci PŞ-nə gətirilmiş və zəruri istintaq hərəkətlərinin davam etdirilməsi üçün Nərimanov RPİ MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 X1 02 avqust 2022-ci il tarixli, xx/xx-3537 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İbrahimov Şahin Tahir oğlunun 16 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, barışıq əldə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin sanksiyasında əlavə cəza kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmasa da, məhkəmə onun cinayət əməlini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taborunun 2-ci Konvoy bölüyünün mühafizəçisi vəzifəsində, ədliyyə giziri xüsusi rütbəsində qulluq edərkən törətdiyini nəzərə alaraq müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab etmir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza da təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Şahin İbrahimovdan alınmış pulun qaytarılmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, əsas cəzalar qismən toplanılmalı, əlavə cəza isə cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-211/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan haqqında həbs qismində qətimkan tədbirinin seçilməsi və tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunaraq yerləşdirilməsi qərara alınmış, xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokol ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-in əməkdaşları tərəfindən həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat qəsəbəsindəki “Ailə market” də yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərilmiş 1000 (bir min) manat pulun, xx.xx.2021-ci il tarixdə ünvan 15 ünvanındakı “ARMY” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərilmiş 400 (dörd yüz) manat pulun göndərilməsini təsdiq edən qəbzlərin əsilləri, həmçinin, Ş.İbrahimovun ilkin araşdırmaya təqdim etdiyi qəbzlərin surətləri, yəni xx.xx.2021-ci il tarixdə ünvan 13 ünvanındakı “Milliön” ödəmə terminalı vasitəsilə ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərilmiş cəmi 100 manat pulun göndərilməsini təsdiq edən qəbzlərin surətləri və 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 saat üçün cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat qəsəbəsindəki “Ailə market” də yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** №-li hesab nömrəsinə göndərilmiş 1000 (bir min) manat pulun, xx.xx.2021-ci il tarixdə ünvan 15 ünvanındakı “ARMY” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərilmiş 400 (dörd yüz) manat pulun göndərilməsini təsdiq edən qəbzlərin əsilləri, həmçinin, Ş.İbrahimovun ilkin araşdırmaya təqdim etdiyi qəbzlərin surətləri, yəni xx.xx.2021-ci il tarixdə ünvan 13 ünvanındakı “Milliön” ödəmə terminalı vasitəsilə ******************** №-li hesab nömrəsinə iki dəfəyə göndərilmiş cəmi 100 manat pulun göndərilməsini təsdiq edən qəbzlərin surətləri və 02 ədəd CD formatlı cinayət işinin materiallarında saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 saat üçün cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-211/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-211/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver